Milli Məclisin informasiya məsələləri

Milli Məclisin informasiya məsələləri

Hörmətli vətəndaş!

Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır.
Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.
İnformasiya sahibinə müraciət edən hər kəs:
- sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq;
- informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 

Sorğunun mətnini yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır. Sorğu aydın və səlis cümlələrlə yazılmalıdır.  Sorğu edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə sorğuya cavab verilmir.

Elektron sorğunun mətni 1500 işarədən çox olmamalıdır.

Elektron sorğuda qoşma fayllar olmamalıdır. Mətni uzun olan sorğular, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Milli Məclisin E-mail: internet@meclis.gov.az ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:

Azərbaycan Respublikası, Bakı, Az 1152, Parlament pr-ti 1, Milli Məclis.

İnformasiya sorğusu göndərin                  Elektron poçt göndərin

Sizin informasiya sorğunuz “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına uyğun baxılacaq.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 27 oktyabr 2011-ci il tarixli 61-IV saylı sərəncamına əsasən, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş informasiya əldə etmək hüququnun təmin edilməsi məqsədilə informasiya məsələləri üzrə struktur bölməsinin funksiyaları  Azərbaycan Respublikası Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin İnformasiya məsələləri sektoruna həvalə edilmişdir.

Tel:         (99412) 4989748 - 159

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi