Aqrar siyasət

Ümumi məlumat

Aqrar siyasəti komitəsi dövlətin aqrar siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Aqrar siyasəti komitəsi:
aqrar sahədə mülkiyyət və sahibkarlıq münasibətlərinin dövlət tənzimləməsi, kəndin təbii potensialı olan torpaq, su, meşə resurslarının, habelə mövcud genofondun mühafizəsi və onun səmərəli istifadəsi, kənddə əhalinin layiqli həyatı və fəaliyyəti üçün müvafiq mühitin yaradılması, aqrar bazarın tənzimlənməsi, aqrar sektorun maliyyələşdirilməsi və buraya xarici investisiyaların cəlb edilməsi, aqrar sahədə kredit siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, istehsal və sosial infrastrukturun inkişafı, yerli, sahə, sahələrarası və regional özünüidarə institutlarının formalaşması və inkişafı, aqrar elminin və təhsilin inkişafına dair qanun layihələri hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
torpaq mülkiyyəti ilə və torpaq münasibətləri ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində aqrar məsələlərə dair rəy verir.

Ekspert:    Abbasov Zahid Əjdər oğlu

Əlaqə:
       510-36-03

E-mail:      agrarian_com@meclis.gov.az

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi