Sənədlər

Sənəd 2

Azərbaycan Respublikası Milli Məclisi yanında
Toponimiya komissiyasının  tərkibi
haqqında


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyası aşağıdakı  tərkibdə təşkil edilsin:

Abbasova Mahirə
Həsrət qızı

     AMEA-nın Coğrafiya İnstitutunun
     Xəritəçəkmə və coğrafi adlar şöbəsinin
     aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə
     doktoru;

Cəfərov Nizami
Qulu oğlu

     Milli Məclisin deputatı, filologiya elmləri
     doktoru, professor, AMEA-nın müxbir
     üzvü;

Həbibbəyli İsa
Əkbər oğlu
     Milli Məclisin deputatı, AMEA-nın vitse
     prezidenti, akademik;
Hüseynov Rafael
Baba oğlu
     Milli Məclisin deputatı, AMEA-nın Nizami
     adına Ədəbiyyat Muzeyinin direktoru,
     akademik;
İbrahimli Fəzail
Feyruz oğlu
     Milli Məclisin deputatı, Bakı Dövlət
     Universitetinin Azərbaycan tarixi kafed-
     rasının professoru, tarix elmləri doktoru;
Qarayev İdrak
Akif oğlu
     Milli Məclis Aparatı rəhbərinin xidmətinin
     Ərazi vahidlərinin və bələdiyyələrin dövlət
     reyestri sektorunun müdiri;
Quliyev Musa
İsa oğlu
     Milli Məclisin deputatı, tibb üzrə fəlsəfə
     doktoru;
Mahmudov Yaqub
Mikayıl oğlu
     Milli Məclisin deputatı, AMEA-nın
     A.Bakıxanov adına Tarix İnstitutunun
     direktoru, tarix elmləri doktoru, professor,
     AMEA-nın müxbir üzvü;
Məmmədov Ramiz
Mahmud oğlu
     AMEA-nın H.Əliyev adına Coğrafiya
     İnstitutunun direktoru, akademik;
Məşədiyev Qara
İbrahim oğlu
     AMEA-nın Nəsimi adına Dilçilik
     İnstitutunun Onomastika şöbəsinin müdiri,
     filologiya elmləri doktoru, professor;
Vəlixanlı Nailə
Məmmədəli qızı
     AMEA-nın vitse-prezidenti, Tarix
     Muzeyinin direktoru, akademik.


2. Komissiyanın işinin təşkili Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə tapşırılsın.

 


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                        O.Əsədov
 
Bakı şəhəri,  1 dekabr 2015-ci il
№ 26-VQR

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi