20.11.2012 Tarixinə olan gündəlik

Layihə

Azərbaycan Respublikası Milli Məclisinin
2012-ci il noyabrın 20-də keçiriləcək iclasının
gündəliyinə təklif olunan

M Ə S Ə L Ə L Ə R

1. "Azərbaycan Respublikasının Höküməti və Türkiyə Respublikasının Höküməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. 

2. "Azərbaycan Respublikası Höküməti və Türkiyə Respublikası Höküməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
 
3. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin və Tacikistan Respublikasının Prezidenti E.Rəhmonun Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. 

4. "Azərbaycan Respublikası Höküməti və Tacikistan Respublikası Höküməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

5. "Azərbaycan Respublikası Höküməti və Tacikistan Respublikası Höküməti arasında təhsil,elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında 

6. "Azərbaycan Respublikası Höküməti və Tacikistan Respublikası Höküməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi haqqında 

7. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə 

8. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə 

9. "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında 

10. Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi