14.04.2017 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Layihə

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq, "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında"  Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar  qərara alır:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; № 11, maddə 1773, Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 397-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.1.6-cı maddədə "sertifikatlaşdırılması" sözü "sertifikatlaşdırılmasının təşkili" sözləri ilə əvəz edilsin.

2. 52.2-ci maddədə "müvafiq peşə standartlarının tələblərinə uyğunluğunu və onun peşə yararlığını" sözləri "müvafiq standartda, texniki reqlamentdə və digər normativ  hüquqi aktda müəyyən olunmuş  tələblərə uyğunluğunu" sözləri ilə əvəz edilsin.

3. 54.4-cü maddənin birinci cümləsində "habelə təhlükəsizlik tələblərinə" sözləri "müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş  tələblərə" sözləri ilə əvəz edilsin.

4. 55.2-ci maddə üzrə:
4.1. birinci cümləyə "sınaq laboratoriyaları" sözlərindən sonra  "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında"  Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada" sözləri əlavə edilsin;
4.2. ikinci cümlə çıxarılsın.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi