18.05.2018 "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Təhsil haqqında"Azərbaycan Respublikasının Qanununu "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300; 2017, № 12, I kitab, maddə 2200) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci maddədə "bu Qanundan," sözlərindən sonra "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanunundan," sözləri əlavə edilsin.

2. 14.5.1-ci maddədə ", хüsusi uşaq bağçası" sözləri "və "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, digər məktəbəqədər təhsil müəssisələri" sözləri ilə əvəz edilsin.

3. 18.3-cü maddədə "üç yaşdan başlayır" sözləri "1-6 yaşlı uşaqları əhatə edir" sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 18.7-ci maddə əlavə edilsin:
"18.7. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.".

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi