07.12.2018 "Uşaq hüquqları haqqında" və "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Layihə


"Uşaq hüquqları haqqında" və "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484; 2001, № 3, maddə 143, № 11, maddələr 676, 687, № 12, maddə 731; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 7, maddə 507; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 560; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 4, maddə 275; 2013, № 11, maddə 1317; 2015, № 5, maddə 484; 2016, № 6, maddə 968; 2017, № 7, maddə 1263) 11-ci maddəsinin ikinci hissəsində ", məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq təlim-tərbiyə" sözləri "və təhsil" sözləri ilə əvəz edilsin, 27-ci maddəsinin ikinci cümləsindən ", məktəbəqədər və məktəbdənkənar müəssisələrdə" sözləri çıxarılsın.

Maddə 2. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 392; 2001, № 11, maddələr 676, 699, № 12, maddə 731; 2007, № 11, maddə 1053; 2010, № 4, maddə 280; 2011, № 7, maddə 602; 2014, № 11, maddə 1340; 2015, № 10, maddə 1104; 2017, № 1, maddə 30) 6-cı maddəsinin ikinci hissəsinin üçüncü bəndindən "uşaqların məktəbəqədər tərbiyə ocaqlarında, yeniyetmələrin və gənclərin müvafiq təhsil müəssisələrində" sözləri çıxarılsın.


Azərbaycan Respublikasının Prezidenti




Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi