30.09.2019 "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Birinci oxunuş

Layihə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır:

"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797; Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1576-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 6.3.3-1-ci maddə əlavə edilsin:
"6.3.3-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahı üzrə verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar və icazələr ilə bağlı bu Qanunun 8.1-ci maddəsində göstərilən məlumatları reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir;".

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi