22.10.2019 "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584; 2003, № 6, maddə 267; 2004, № 12, maddə 979; 2005, № 5, maddə 393, № 12, maddə 1083; 2006, № 2, maddə 67, № 3, maddə 225, № 12, maddə 1012; 2007, № 12, maddə 1202; 2008, № 12, maddə 1049; 2009, № 7, maddə 505; 2012, № 6, maddə 528; 2014, № 8, maddə 958; 2016, № 11, maddə 1777; 2017, № 1, maddələr 18, 32; 2018, № 8, maddə 1671, № 12 (I kitab), maddə 2500; 2019, № 8, maddə 1365) 11-1.2-ci maddəsinə "büdcə xərclərinin" sözlərindən sonra "növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilmiş məbləğinin" sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanun 2019-cu il oktyabrın 1-dən tətbiq edilir.

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi