02.05.2017 “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

662-VQD

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda  dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 26-cı bəndini rəhbər tutaraq, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 360-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755; № 12, maddə 1996; Azərbaycan Respublikasının 1 fevral 2017-ci il tarixli 512-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 29.2.7-ci maddədə “bioloji aktiv əlavə və qida əlavəsi” sözləri “bioloji fəallığa malik qida əlavəsi” sözləri ilə əvəz edilsin.
2. 30-cu maddə üzrə:
2.1. adında “Bioloji aktiv əlavələrin, qida əlavələrinin” sözləri “Bioloji fəallığa malik qida əlavələrinin” sözləri ilə əvəz edilsin;
2.2. 30.1-ci maddədə “Bioloji aktiv əlavələrin və qida əlavələrinin” sözləri “Bioloji fəallığa malik qida əlavələrinin” sözləri ilə əvəz edilsin;
2.3. 30.4-cü, 30.5-ci və 30.6-cı maddələrdə “Bioloji aktiv əlavələrin, qida əlavələrinin” sözləri “Bioloji fəallığa malik qida əlavələrinin” sözləri ilə əvəz edilsin.
3. Aşağıdakı məzmunda 30.7-ci maddə əlavə edilsin:
“30.7. Bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 may 2017-ci il
№ 662-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi