13.06.2017 “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

726-VQD

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraqq ə r a r a   a l ı r :

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 687; 2004, № 1, maddə 10; 2005, № 2, maddə 62; 2006, № 3, maddə 225; 2009, № 11, maddə 878; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 12 maddə1076; 2015, № 4, maddə 343; 2016, № 1, maddə 42) 10-cu maddəsinə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:

“Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 iyun 2017-ci il
№ 726-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi