01.12.2017 Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında

907-VQ

Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Ehtiyac meyarının həddi
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 dekabr 2017-ci il
№ 907-VQ

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi