15.12.2017 Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

922-VQD

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin İntizam nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 5-6 (əlavə), maddə 93; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 2010, № 12, maddə 1056; 2017, № 3, maddə 326) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”nin 78-ci maddəsinin ikinci hissəsində “inzibati məsuliyyət” sözləri “intizam məsuliyyəti” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 dekabr 2017-ci il
№ 922-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi