06.03.2018 “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

1027-VQD

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı əndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar  q ə r a r a    a l ı r :

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 9, № 8, maddə 598, № 9, maddə 668; 2007, № 4, maddə 320, № 5, maddə 446, № 7, maddə 712, № 11, maddə 1078; 2008, № 6, maddə 470, № 7, maddə 608; 2010, № 7, maddə 590; 2011, № 4, maddə 266, № 11, maddə 982; 2012, № 6, maddə 521; 2014, № 2, maddə 84; 2015, № 5, maddə 491) 73.7-ci maddəsində “Pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş Konstitusiya Məhkəməsinin” sözləri “Konstitusiya Məhkəməsinin hakiminin,” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6 mart 2018-ci il
№ 1027-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi