31.05.2018 “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

1160-VQD

“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununu “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 736-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 604; 2007, № 5, maddə 442; 2008, № 11, maddə 958; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1148; 2016, № 3, maddə 409, № 10, maddə 1602; 2017, № 1, maddə 6, № 11, maddələr 1957, 1960, № 12, I kitab, maddə 2223) aşağıdakı dəyişikliklər edilsin:

1. 13-5.1-ci maddənin ikinci abzasında “benefisiarın” sözü “benefisiar mülkiyyətçinin” sözləri ilə əvəz edilsin.

2. 13-5.2-ci maddədə “aktlar” sözü “və normativ xarakterli aktlar” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31 may 2018-ci il 
№ 1160-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi