12.10.2018 “Torpaq bazarı haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə

1287-VQD

“Torpaq bazarı haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1154-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

1. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 390; 2002, № 5, maddə 241; 2003, № 1, maddələr 11, 13; 2006, № 6, maddə 478, № 8, maddə 657; 2007, № 1, maddə 3, № 6, maddə 571; 2008, № 5, maddə 348, № 12, maddə 1048; 2012, № 6, maddə 504; 2014, № 3, maddə 235; 2015, № 3, maddə 245, № 10, maddə 1096) 8-ci maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”.

2. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 393; 2001, № 12, maddələr 731, 736; 2005, № 12, maddə 1093; 2007, № 5, maddə 401) 6-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”.

2.2. üçüncü cümləyə “Torpaq sahələrinin” sözlərindən sonra “istifadəyə” sözü əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 12 oktyabr 2018-ci il
№ 1287-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi