30.10.2018 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

1291-VQD

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12, (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409) aşağıdakı dəyişikliklər edilsin:

1. 7.3-cü maddədə “Azərbaycan” sözü “Tədris” sözü ilə əvəz edilsin.

2. 22.12-ci maddədə “müqavilələrə,” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramına,” sözləri əlavə edilsin.

3. 44.1-ci maddədə “kvota” sözündən sonra “, təhsil qrantı proqramı” sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda 44.1-1-ci maddə əlavə edilsin:
“44.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 oktyabr 2018-ci il
№ 1291-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi