01.02.2019 “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

1467-VQD

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 83, № 11, maddə 1364; 2015, № 6, maddə 682; 2018, № 10, maddə 1986) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.2-1-ci maddə əlavə edilsin:
“1.2-1. Doğum haqqında şəhadətnamə ilə birlikdə ilk dəfə verilən fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs də müraciət edə bilər.”.
2.  3.2-ci maddəyə “nümayəndəsi” sözündən sonra “və ya bu Qanunun 1.2-1-ci maddəsində nəzərdə tutulmuş halda onun notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs” sözləri əlavə edilsin.
3. 7-ci maddəyə “nümayəndəsindən” sözündən sonra “və ya onun notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsdən” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2019-cu il
№ 1467-VQD

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi