Arxiv

22.06.17

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

İyunun 22-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası oldu. Komitənin sədri Əli Hüseynli bildirdi ki, gündəliyə hakimlərin təyinatı ilə bağlı 6 məsələ, həmçinin digər qanun layihələri daxil edilib.
Öncə iclasda Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov Azərbaycan Prezidentinin təqdimatına əsasən Ali Məhkəmənin, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya Məhkəmələrinin hakimlərinin təyin və azad edilməsi haqqında məlumat verdi. Bildirdi ki, namizədlər irəli sürülərkən MHŞ-ın təklifləri nəzərə alınıb.


ətraflı

22.06.17

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Serbiyanın yeni seçilmiş Prezidenti Aleksandr Vuçiçin iyunun 23-də paytaxt Belqradda keçiriləcək andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib.

***
Milli Məclisin deputatı Ağalar Vəliyev Avronest Parlament Assambleyasının Belarus üzrə işçi qrupu və Avropa Parlamentinin Belarus ilə əlaqələr üzrə nümayəndə heyətinin birgə iclasında iştirak etmək üçün iyunun 28-29-da Belçikada səfərdə olacaq.


ətraflı

22.06.17

MİLLİ MƏCLİSİN DEPUTATI QAZAXISTANDA SEÇKİLƏRİ MÜŞAHİDƏ EDƏCƏK

Milli Məclisin  deputatı Cavanşir Feyziyev iyunun 28-də Qazaxıstanda keçiriləcək parlament seçkilərini  müşahidə etmək üçün  Astanada  səfərdə olacaqdır.

ətraflı

22.06.17

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAY SESSİYASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 25-dən iyulun 2-dək Strasburqda səfərdə olacaqlar.

ətraflı

20.06.17

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA

İyunun 20-də Milli Məclisdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.
Öncə Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qanun layihəsi üzərində aparılmış işlər barədə məlumat verdi. Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov qanun layihəsini təqdim etdi.


ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi