Arxiv

25.11.19

BEYNƏLXALQ KONFRANSDA

Milli Məclisin Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Adil Əliyev və deputat Naqif Həmzəyev “Prezidentlik İnstitutu: Qazaxıstan modeli” mövzusunda keçiriləcək beynəlxalq parlament konfransda, iştirak etmək üçün noyabrın 26-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər.


ətraflı

23.11.19

Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında

Noyabrın 23-də Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirildi. 
İclası açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəliyə  “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələ daxildir.

ətraflı

22.11.19

İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

Noyabrın 22-də Milli Məclisin İnsan hüquqları komitəsində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında” məsələyə baxıldı.
İnsan hüquqları komitəsinin sədri, Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə 3 namizəd təqdim edilib: Əliyeva Səbinə, Əliyeva Kəmalə və Abıyeva Kəmalə. Hər üç namizəd ixtisasca hüquqşünasdır, məhkəmə sistemində çalışır, siyasi baxımdan bitərəfdir.


ətraflı

22.11.19

MDB PA-nın YUBİLEY SESSİYASINDA

Noyabrın 22-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqun Tavriya sarayında MDB PA-nın 50-ci yubiley sessiyasında iştirak edib.


ətraflı

21.11.19

Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirmişdir

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və növbəti Plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Xanlar Fətiyev, Fəzail Ağamalı, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. 

ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi