Arxiv

21.12.18

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Dekabrın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirildi.
Azərbaycan parlamentində Dünya Bankının təmsilçiləri ilə görüşü təqdirəlayiq hal kimi dəyərləndirən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd etdi ki, müstəqilliyin ilk illərindən etibarən ölkəmizlə bu qurum arasında çox sıx əlaqələr qurulub, əməkdaşlıq ildən-ilə möhkəmlənib.


ətraflı

18.12.18

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 18-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevə söz verdi. 
Çıxış edən Cavanşir Feyziyev dekabrın 11-12-də Avropa Parlamentində keçirilən ilin son iclasları və qəbul edilən qətnamənin məzmunundan söz açdı.  

ətraflı

17.12.18

YAPONİYA PARLAMENTİNİN DEPUTATI ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB

Bakıda iki gün davam edən Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal Konfransının iştirakçısı, Yaponiya parlamentinin üzvü Masanobu Ogura dekabrın 16-da Şəhidlər xiyabanında olub.


ətraflı

15.12.18

MİLLİ MƏCLİSDƏ KEÇİRİLƏN PARLAMENTLƏRARASI İTTİFAQIN GƏNC PARLAMENT ÜZVLƏRİNİN KONFRANSI BAŞA ÇATDI

Dekabrın 15-də Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal Konfransı üçüncü sessiyada “Güclü gələcək: sabahın iş yerləri” mözvusunda işini davam etdirdi. Oksford Universitetinin professoru Daniel Susskind mövzuya dair məruzəni təqdim etdi. Professor bildirdi ki, bu gün dünyada böyük problemlərdən biri işsizlikdir və 2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir. Professorun sözlərinə görə, bu problemin kökündə isə elm və texnologiyanın sürətli inkişafı və onun həyatımıza, əl əməyinə ciddi təsiri dayanır.


ətraflı

15.12.18

MİLLİ MƏCLİSİN SƏDRİ GÜRCÜSTANDA SƏFƏRDƏ OLACAQ

Dekabrın 16-da Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanın yeni seçilmiş prezidenti xanım Salome Zurabişvilinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkənin Telavi şəhərinə səfər edəcək.


ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi