Arxiv

19.11.19

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. 
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikası 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri (ikinci oxunuş), həmçinin “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri (ikinci oxunuş) daxildir.  

ətraflı

19.11.19

DEPUTATIMIZ YUNANISTANDA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının fakt araşdırma missiyasının tədbirlərində iştirak etmək üçün noyabrın 20-də Yunanıstanın paytaxtı Afina şəhərinə səfər edəcək.

ətraflı

19.11.19

MDB PA-ın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-ın Şura və növbəti plenar iclasında iştirak etmək üçün noyabrın 20-dən 22-nə kimi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Xanlar Fətiyev, Fəzail Ağamalı, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildilər.

ətraflı

18.11.19

BEŞ KOMİTƏNİN BİRGƏ İCLASINDA

Noyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olundu.


ətraflı

18.11.19

DEPUTATIMIZ RUSİYADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı Mixail Zabelin Rusiya Dövlət Dumasının təşkilatçılığı ilə “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyalar və blokların qarşılıqlı əlaqələrinin rolu” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün noyabrın 18-dən 23-dək Moskvada səfərdə olacaq.


ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi