Arxiv

18.01.19

AŞPA-nın QIŞ SESSİYASINDA

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun qış sessiyasında iştirak etmək üçün yanvarın 20-dən Fransanın Strasburq şəhərində səfərdə olacaqlar.

Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyev daxildirlər.


ətraflı

17.01.19

MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ

Yanvarın 17-də Mədəniyyət komitəsi Milli Məclisin 2019-cu il yaz sessiyasında ilk iclasını keçirdi. Komitənin sədri Rafael Hüseynov öncə günün aktual məsələlərinə toxundu, Azərbaycan Prezidentinin mədəniyyət sahəsi ilə bağlı imzaladığı son sərəncamlardan söz açdı. Qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ədəbiyyat, mədəniyyət və mənəviyyat hadisəsidir.


ətraflı

17.01.19

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA

Yanvarın 17-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri, parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov əvvəlcə komitə üzvlərini yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi. 1990-cı ilin qanlı 20 yanvar hadisələrində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


ətraflı

16.01.19

MƏHƏMMƏD BAQERİ: “İRAN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR”

Yanvarın 16-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Baqerinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.


ətraflı

28.12.18

MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI BAŞA ÇATDI

Dekabrın 28-də Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirildi. Spiker Oqtay Əsədovun sədrliyi ilə 52 məsələdən ibarət gündəlik təsdiqləndi.


ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi