Arxiv

28.12.18

MİLLİ MƏCLİSDƏ “AZƏRBAYCAN PARLAMENTARİZMİ TARİXİ” KİTABININ TƏQDİMATI KEÇİRİLDİ

Dekabrın 28-də Milli Məclisdə “Azərbaycan parlamentarizmi tarixi” adlı ikicildlik kitabın təqdimat mərasimi keçirildi.

Mərasimdə Milli Məclisin Sədri Oqtay Əsədov,  Sədrin birinci müavini Ziyafət Əsgərov, Sədr  müavinləri Bahar Muradova  və Valeh Ələsgərov,  parlament Aparatının rəhbəri Səfa Mirzəyev,  Milli Məclisin deputatları  və KİV  nümayəndələri iştirak  edirdilər.
Parlamentin Spikeri Oqtay Əsədovun elmi məsləhətçiliyi və redaktorluğu, Milli Məclisin Sədr müavini Bahar Muradovanın, deputat, AMEA-nın müxbir üzvü Musa Qasımlının, tarixçi-alim Vasif Qafarovun müəllifliyi ilə hazırlanan kitabın təqdimat mərasimini giriş sözü ilə Bahar Muradova açdı.


ətraflı

26.12.18

PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ İRANDA SƏFƏRDƏDİR

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir. Dekabrın 25-də nümayəndə heyəti İran Prezidenti Həsən Ruhani ilə görüşüb.


ətraflı

24.12.18

PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ İRAN İSLAM RESPUBLİKASINDA SƏFƏRDƏ OLACAQ

Dekabrın 25-26-da Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdə olacaq.


ətraflı

21.12.18

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Dekabrın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirildi.
Azərbaycan parlamentində Dünya Bankının təmsilçiləri ilə görüşü təqdirəlayiq hal kimi dəyərləndirən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd etdi ki, müstəqilliyin ilk illərindən etibarən ölkəmizlə bu qurum arasında çox sıx əlaqələr qurulub, əməkdaşlıq ildən-ilə möhkəmlənib.


ətraflı

18.12.18

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 18-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevə söz verdi. 
Çıxış edən Cavanşir Feyziyev dekabrın 11-12-də Avropa Parlamentində keçirilən ilin son iclasları və qəbul edilən qətnamənin məzmunundan söz açdı.  

ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi