Arxiv

12.11.19

DAĞISTAN DEPUTATLARI MİLLİ MƏCLİSİN ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ OLDULAR

Noyabrın 12-də Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Dağıstan Milli Məclisi sədrinin müavini Kamil Davdiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər. 
ətraflı

12.11.19

DEPUTATIMIZ AŞPA-nın KOMİTƏ İCLASLARINDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 13-də Almaniyanın paytaxtı Berlin şəhərinə səfərə gedəcək.

ətraflı

08.11.19

DEPUTATIMIZ KENİYADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Əhali və inkişaf üzrə Beynəlxalq konfans 25” (İCPD 25)” : Vədlərin sürətləndirilməsi mövzusunda Nayrobi Sammitində iştirak etmək üçün noyabrın 10-da Keniya Respublikasının paytaxtı Nayrobi şəhərinə səfərə gedəcək.


ətraflı

07.11.19

MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİNDƏ 2020-ci İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLDİ

 Noyabrın 7-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclası keçirildi.
İclası Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova açaraq “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrinin parlamentin komitələrində bir neçə gündür davam etdirildiyini bildirdi.
ətraflı

07.11.19

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. 
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (birinci oxunuş) və “Azərbaycan Respublikası 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş) daxildir.  

ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi