Arxiv

20.06.18

PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ ÇİNDƏ

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti ilə Çin Xalq Respublikasında rəsmi səfərdədir.
İyunun 20-də nümayəndə heyəti Çin Kommunist Partiyasının Mərkəzi Partiya Məktəbində olub. Nümayəndə heyəti əvvəlcə partiyanın muzeyi ilə tanış olub.


ətraflı

20.06.18

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdədir

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri  Məclisinin sədri Li Canşunun dəvəti ilə iyunun 19-da Çin Xalq Respublikasına rəsmi səfər etmişdir.


ətraflı

29.05.18

Milli Məclisin Sədri Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubiley tədbirində iştirak edib

Mayın 26-da Tbilisidə Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubiley tədbiri keçirilib. Bayram münasibətilə Tbilisinin mərkəzi küçə və meydanları al bayraqlarla bəzədilib, Rustaveli prospektində yarmarka və əyləncəli proqramlar təşkil olunub. Bayram tədbirləri paytaxt Tbilisi ilə yanaşı, Batumi, Kutaisi, Rustavi, habelə azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda və digər rayonlarda da qeyd olunub.
Yubiley tədbirində iştirak etmək üçün 6 ölkənin prezidenti, 20 ölkənin yüksək vəzifəli şəxsləri, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Gürcüstana gəliblər.


ətraflı

25.05.18

YUBİLEY TƏDBİRLƏRİNDƏ

Milli Məclisin Sədri Oqtay Əsədov Gürcüstan ilk Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün mayın 26-da bu ölkənin paytaxtı Tbilisi şəhərində səfərdə olacaq.


ətraflı

17.05.18

SPİKERLƏRİN İSTANBUL GÖRÜŞÜNDƏ

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 25-ci ildönümünə həsr olunmuş Spikerlərin İstanbul Sammitində iştirak edib. Tədbirə QDİƏT PM-də nümayəndə heyətimizin başçısı, deputat Eldar Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də qatılıblar.


ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi