Arxiv

15.12.18

MİLLİ MƏCLİSİN SƏDRİ GÜRCÜSTANDA SƏFƏRDƏ OLACAQ

Dekabrın 16-da Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanın yeni seçilmiş prezidenti xanım Salome Zurabişvilinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkənin Telavi şəhərinə səfər edəcək.


ətraflı

22.11.18

PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN İZMİRƏ SƏFƏRİ BAŞA ÇATIB

Xəbər verildiyi kimi, noyabrın 21-də Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.


ətraflı

21.11.18

İZMİRDƏ TÜRKPA-nın ŞURA İCLASI VƏ YUBİLEY KONFRANSI KEÇİRİLİB

Xəbər verildiyi kimi, Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci Şura iclası keçirilib. İclasda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Nizami Cəfərov, İlham Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.


ətraflı

17.11.18

TÜRKPA-nın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti TÜRKPA-nın 8-ci plenar iclasında və qurumun 10 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək üçün noyabrın 19-dan 21-dək Türkiyənin İzmir şəhərində səfərdə olacaq. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Sevinc Hüseynova, Nizami Cəfərov, İlham Əliyev, Sədaqət Vəliyeva, Hikmət Məmmədov, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.


ətraflı

30.10.18

MİLLİ MƏCLİSİN SƏDRİ OQTAY ƏSƏDOV İSTANBULUN YENİ HAVA LİMANININ AÇILIŞ MƏRASİMİNƏ QATILIB

Oktyabrın 29-da, Türkiyə Cümhuriyyətinin elan edilməsinin 95-ci ildönümü günündə İstanbulda yeni inşa olunmuş hava limanının açılış mərasimi keçirilib.
Mərasimdə ölkəmizi Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.


ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi