DEPUTATLARIMIZ TÜRKİYƏDƏ REFERENDUMU MÜŞAHİDƏ EDƏCƏKLƏR

12/04/17

Milli Məclisin  Səhiyyə komitəsinin  sədri  Əhliman  Əmiraslanov və deputat  Ağalar Vəliyev Türkiyədə keçiriləcək referendumu  müşahidə etmək üçün  aprelin 13-də  Ankaraya  səfərə gedəcəklər.
Millət vəkilləri Türkiyə Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsində Türkdilli Ölkələrin Parlament Assambleyasının   xətti ilə iştirak edəcəklər.
Deputatlarımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəklər.
Səfər aprelin 17-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi