DEPUTATIMIZ DANİMARKAYA SƏFƏR EDƏCƏKDİR

21/04/17

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün təşkilatın Büro üzvü qismində aprelin 22-də Danimarkanın paytaxtı Kopenhagena  səfərə gedəcək.
Tədbirdə ATƏT PA-nın müxtəlif hesabatları təqdim ediləcək və təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq.
Deputatımız Büro iclasının gündəliyinə uyğun olaraq müzakirəyə çıxarılan məsələlərə aid fikir və təkliflərini bildirəcək.
Səfər aprelin 26-da başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi