PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ KOREYA RESPUBLİKASINA SƏFƏR EDƏCƏK

23/06/17

İyunun 26-da Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Koreya Respublikasına rəsmi səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Ülviyyə Ağayeva, Xanlar Fətiyev, Malik Həsənov, İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Rəsmi səfər zamanı Milli Məclisin Sədri ölkənin Baş naziri və Milli Assambleyanın spikeri ilə görüşərək parlamentlərarası münasibətlərimizin bugünü və gələcək inkişaf perspektivləri, ikitərəfli əlaqələrimizin daha da dərinləşməsi barədə danışıqlar aparacaq.
Səfər zamanı Spiker Seulda keçirilən Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsinə qatılacaq. Tədbirdə “Avrasiya regionunda birgə rifah naminə parlamentlərarası əməkdaşlığın təşviqi” mövzusunda dinləmələr keçiriləcək. Müşavirədə Milli Məclis Sədrinin çıxışı gözlənilir. Tədbirin sonunda Seul Bəyanatı qəbul ediləcək.
Burada Milli Məclisin Sədrinin Müşavirədə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.
Səfər iyunun 28-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi