DEPUTATIMIZ AVRONEST PA-nın KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏK

11/09/17

Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyassında  nümayəndə  heyətinin rəhbəri Fuad Muradov, Avronest  PA-nın Büro və Avropa Parlamentinin Xarici əlaqələr komitəsində Avronest PA-ya üzv ölkələri ilə birgə  iclaslarında iştirak etmək üçün  sentyabrın 12-dən 17-dək Fransanın  Strasburq şəhərində  səfərdə olacaq.
Büro iclasında  Avronest PA-nın 6-ci Plenar sessiyasının gündəliyi,   qurumun prosedur qaydalarına dəyişikliklər və  funksiyaları ilə  bağlı müzakirələr aparılacaq. Toplantıda eyni  zamanda  Avronest PA tərkibində Assosiasiya Sazişi imzalamış ölkələrin müvəqqəti  işçi qrupu üzvlərinin təyin olunması, Şərq  tərəfdaşlığı  ölkələrində   mədəniyyət və  digər sahələrdə əməkdaşlıq məsələlərinə baxılacaq.
Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin Avronest PA-ya üzv ölkələrlə birgə iclasında 2017-ci ilin noyabrında keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti ilə əlaqədar,  Avropa İttifaqının Şurasına, Avropa  İttifaqının komissiyasına ünvanlanacaq tövsiyələrlə  bağlı  qətnamələr  müzakirə olunacaq.
Millət vəkili müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi