DEPUTATIMIZ QADINLARA HƏSR OLUNMUŞ TƏDBİRDƏ İŞTİRAK EDƏCƏK

04/12/17

Milli Məclisin deputatı Məlahət İbrahimqızı “İşdə qadın” mövzusunda keçiriləcək 2-ci Beynəlxalq zirvə görüşündə iştirak etmək üçün Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq.
Türkiyənin Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə qadınların ictimai-siyasi həyatda rolu, onların sosial, iqtisadi sahələrdə fəallığının artırılması məsələləri müzakirə olunacaq.
Millət vəkili ölkəmizdə qadınlara olan münasibət, Azərbaycan qadınlarının müxtəlif sahələrdə əldə etdikləri uğurlar barədə yığıncaq iştirakçılarına məlumat verəcək.
Səfər dekabrın 6-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi