HEYDƏR ƏLİYEVİN 95 İLLİK YUBİLEYİ XARİCİ ÖLKƏLƏRDƏ QEYD OLUNACAQ

11/05/18

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə Ankara, Astana və Almatı şəhərlərində bir sıra tədbirlər keçiriləcək.
Milli Məclisin deputatları Adil Əliyev və Nizami Cəfərov tədbirlərdə iştirak etmək üçün mayın 14-dən 15-dək Türkiyədə olacaq, mayın 16-da isə Qazaxıstana səfər edəcəklər.
Yubiley mərasimlərində Heydər Əliyevin şərəfli həyat yolu, ictimai-siyasi fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi barədə xatirələr səsləndiriləcək,  Ulu öndərə həsr olunmuş kitablar, sənədlər, fotomateriallar nümayiş etdiriləcək.
Səfər mayın 18-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi