Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdədir

20/06/18

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri  Məclisinin sədri Li Canşunun dəvəti ilə iyunun 19-da Çin Xalq Respublikasına rəsmi səfər etmişdir.
Burada Ümumçin Xalq Nümayəndələri Məclisinin rəhbərliyi və digər rəsmi şəxslərlə keçiriləcək görüşlərdə iki ölkə arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılacaq.
Səfər iyunun 23-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xdməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi