DEPUTATIMIZ İSRAİLƏ SƏFƏR EDƏCƏK

07/07/18

Milli Məclisin deputatı Rasim Musabəyov Parlament dostluq qruplarının konfransında iştirak etmək üçün iyulun 8-də İsrailin Yerusəlim şəhərinə səfər edəcək.
Tədbir İsrail dövlətinin yaradılmasının 70 illiyi münasibətilə Knesset tərəfindən təşkil olunub. Toplantıda İsrailin inkişafı, mədəniyyəti, yeni texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlər, dünya ölkələri ilə əlaqələri və digər məsələlər müzakirə olunacaq.
Konfrans çərçivəsində Knesset üzvləri və tədbirə qatılan nümayəndə heyətləri arasında bir sıra görüşlər keçiriləcək. Görüşlərdə dostluq qruplarının fəaliyyəti, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası münasibətlərin gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Səfər iyulun 13-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi