MİLLİ MƏCLİSİN SƏDRİ GÜRCÜSTANDA SƏFƏRDƏ OLACAQ

15/12/18

Dekabrın 16-da Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanın yeni seçilmiş prezidenti xanım Salome Zurabişvilinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkənin Telavi şəhərinə səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov, qrupun üzvü, deputat Hikmət Məmmədov və digər rəsmi şəxslər daxildirlər.
Parlamentin Sədri inauqurasiya mərasimində ölkənin yeni seçilmiş prezidentini təbrik edəcək, ona gələcək fəaliyyətində uğurlar arzulayacaq.
Səfər dekabrın 17-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi