Çamlıca məscid kompleksinin açılış mərasimində

04/05/19

Mayın 3-də İstanbulda 2013-cü il martın 19-da inşasına başlanılan Çamlıca məscid kompleksinin rəsmi açılış mərasimi keçirilib. Yerli və xarici dövlət xadimlərinin qatıldığı tədbirdə Milli Məclisin Sədri Oqtay Əsədov iştirak edib.
Eyni vaxtda 65 min dindarın ibadət edə biləcəyi, Türkiyənin ən böyük məscidi olan Çamlıcanın cümə namazından sonra rəsmi açılışı olub. Mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb. 
İstanbulun yeni rəmzi olan kompleksdə məscidlə yanaşı, 11 min kvadratmetrlik muzey, 3 min 500 kvadratmetrlik sənət qalereyası, səkkiz sənət atelyesi, 3 min kvadratmetrlik kitabxana, min nəfərlik konfrans salonu da var.
Altıminarəli məscidin Malazgirt zəfəri şərəfinə ucaldılan dörd minarəsinin hündürlüyü 107,1 metr, digər ikisinin ki, isə 90 metrdir. Məscidə xüsusi hazırlanmış 17 min kvadratmetrlik xalı döşənib. Məscidin 5 metr eni, 6,5 metr hündürlüyü və 6 ton ağırlığı olan əsas qapısı türk taxta-əl işi sənətinin ən gözəl nümunələrindən biri hesab edilir.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi