Milli Məclisin Sədri Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşüb

20/05/19

Milli Məclisin Sədri Oqtay Əsədov Ukraynanın paytaxtı Kiyev şəhərində səfərdədir. Səfər zamanı Spiker əvvəlcə ümummilli lider Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin heykəli önünə tər çiçəklər düzməklə onun əziz xatirəsini yad edib.
Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Spikerə park haqqında ətraflı məlumat verib.
Milli Məclisin Sədri Kiyev şəhərində insult keçirən Milli Qəhrəman Zabit Quliyevin müalicə aldığı A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna gəlib. Prezident İlham Əliyevin salamlarını çatdıran spiker qeyd edib ki, dövlət başçımızın birbaşa göstərişi və nəzarəti ilə onun müalicəsi nəzarət altındadır. Dövlətimiz müalicə başa çatanadək yardımını əsirgəməyəcək.
Zabit Quliyev ona göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Sonra Spikerə milli qəhrəmanlarımız haqqında olan kitabı təqdim edib.
Oqtay Əsədovu görüşlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev müşayiət ediblər.
Parlament Sədrinin Kiyevə səfəri davam edir.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi