MİLLİ MƏCLİSİN HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB

14/06/19

İyunun 14-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi.
        Komitənin sədri Əli Hüseynli gündəliyə "Yol hərəkəti haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin daxil olduğunu dedi. Bildirildi ki, sənədə bir sıra redaktə xarakterli dəyişikliklər, həmçinin qanunun 66-cı maddəsinə "nişanı  svetoforla  nizamlanan yolayrıcında daimi sağa dönməyə icazə vermək məqsədilə tətbiq olunur" məzmunlu  yeddinci hissə əlavə olunur.
İclasda iştirak edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev    deyib ki, Bakı şəhərində 74 yol torlama nişanı çəkilib.
O qeyd edib ki, yaxın zamanlarda Bakıya 300 yeni böyük avtobuslar gətiriləcək. Bu, yol infrastrukturunun genişləndirilməsinə yönəlib.
Qeyd olunub ki, ölkəmizdə parklanma ilə bağlı tədbrilər həyata keçirilir.  BNA, həmçinin ödənişsiz parkinqlərin qurulması istiqamətində çalışır.
Komitə üzvləri Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Çingiz Qənizadə, Elşən Musayev, Sabir Hacıyev və Tahir Kərimli  qanun layihəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

 

 Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi