NATO PARLAMENT ASSAMBLEYASININ İLLİK SESSİYASI KEÇİRİLƏCƏK

10/10/19
Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 65-ci illik sessiyasında iştirak etmək üçün oktyabrın 10-da Böyük Britaniyanın paytaxtı Londona yola düşəcəklər. 
İllik sessiya çərçivəsində əvvəlcə NATO PA-nın komitə iclasları keçiriləcəkdir. Komitə iclaslarında müxtəlif mövzuları əhatə edən 15 hesabat və 7 qətnamə layihəsi müzakirə ediləcəkdir. İllik sessiya çərçivəsində həmçinin son dövrdə görülən işlər, növbəti il üçün fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparılacaq,  maliyyə sənədləri təqdim olunacaq, NATO dəyərlərinin qorunması, NATO prinsiplərinə sadiqlik əsas müzakirə mövzuları olacaqdır. 
Nümayəndə heyətimizin üzvləri tədbirlərdə müzakirəyə çıxarılacaq  məsələlərə münasibət bildirəcəklər. 
Səfər oktyabrın 15-də başa çatacaqdır.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi