DEPUTATLARIMIZ BELARUS RESPUBLİKASINDA SƏFƏRDƏ OLACAQLAR

14/11/19

Milli Məclisin bir qrup deputatı Belarus Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün noyabrın 14-dən Minsk şəhərində səfərdə olacaqlar.
Millət vəkilləri Sahibə Qafarova AŞPA-nın xətti ilə, Xanlar Fətiyev MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində, Tahir Mirkişili  isə ATƏT PA-nın beynəlxalq müşahidəçilər missiyasının tərkibində  prosesə qatılacaqlar.
Deputatlarımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrinə gedəcək, orada yaradılmış şəraitlə yaxından tanış olacaq, vətəndaşların fəallığını izləyəcəklər.
Səfər noyabrın 18-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi