ABŞ-DA ƏSRİN MÜQAVİLƏSİNİN 25 İLLİYİ QEYD OLUNACAQ

16/11/19
Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasi Mərkəzinin təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar yubiley tədbirləri keçiriləcək. 
Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov iştirak edəcəkdir.
Yüksək səviyyəli rəsmi şəxslərin, Böyük Qafqaz regionu ölkələri səfirlərinin, ABŞ-ın hökumət nümayəndələrinin iştirak edəcəyi yubiley tədbirlərində “Əsrin müqaviləsi”nin imzalanmasından bugünədək regionda enerji təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanda, Qazaxıstanda və digər Xəzər hövzəsi ölkələrində neft və qaz istehsalının gələcəyinin öyrənilməsi barədə məsələlərə nəzər salınacaqdır.    
Səfər çərçivəsində komitə sədri ABŞ Konqresində də bir sıra görüşlər keçirəcək, Azərbaycan-ABŞ münasibətlərinə dair müzakirələr aparacaqdır.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi