2010-ci il 7 dekabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
I SESSİYASI İCLASININ

PROTOKOLU № 3

Milli Məclisin iclas salonu.
7 dekabr 2010-cu il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri
 O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 113 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 113
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Məzahir Pənahov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının sədri.
Şaitdin Əliyev, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini.
Natiq Məmmədov,  Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının katibi.
Fuad Cavadov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Ramiz İbrahimov,  Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Validə Kazımova, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Qabil Orucov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Azər Tağıyev, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
İlham Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Nizami Nadirov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Tamam Cəfərova, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Tofiq Həsənov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Akif Qurbanov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Almas Qəhrəmanlı, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Oqtay Hümbətli, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Mikayıl Rəhimov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Arifə Muxtarova, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Çingiz Ələkbərov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyası Katibliyinin müdiri.
Samir Məhərrəmov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyası Katibliyi müdirinin müavini.
Zemfira Eminova, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının  Təşkilat şöbəsinin müdiri.
İradə Hacıyeva, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının Hüquq şöbəsinin müdiri.
Rasim Qasımov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının Maliyyə şöbəsinin müdiri.
Rövzət Qasımov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri.
Elşən Əsgərov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının Ümumi şöbəsinin müdiri.
Azər Sarıyev, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının Mətbuat şöbəsinin müdiri.
Cavanşir İmanov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının Təsərrüfat şöbəsinin müdiri.
Zirəddin Cəlilov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının İnformasiya təminatı şöbəsinin müdiri.
Ramil Hüseynov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyası nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının təşkil edilməsi haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin  sədr müavinlərinin seçilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi haqqında.
4. Azərbaycan Respublikası Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsi üzvlərinin seçilməsi haqqında.
5. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.
6. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin seçilməsi haqqında.
7. Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.
8. Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.
9. Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsi üzvlərinin seçilməsi haqqında.
10. Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsi üzvlərinin seçilməsi haqqında.
11. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında.
12. Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi üzvlərinin seçilməsi haqqında.
13. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Gündəlik haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 117
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  117
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının təşkil edilməsi haqqında.

Çıxış etmişdir:   Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 116
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir  118
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin  sədr müavinlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:   Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  111
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:   Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.58 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  110
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikası Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:   Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  107
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:   Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  110
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:   Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 1

Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  106

Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir  104
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:   Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir  109
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:   Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  108
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:   Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  108
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:   Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  111
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Fəttah Heydərov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 115
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir  117
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

MİLLİ MƏCLİSİN İCLASI

7 dekabr 2010-cu  il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media  nümayəndələri, qonaqlar, xanımlar və cənablar! Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat               (saat 12.07 dəq.)
İştirak edir                          113
Yetərsay                                                                                             83

Çox sağ olun. Yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli deputatlar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yaradılmış demokratik şərait Milli Məclisə seçkilərin beynəlxalq standartlara uyğun olaraq keçirilməsini təmin etmişdir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, biz əminik ki, dördüncü çağırış Milli Məclis öz qanunvericilik fəaliyyəti ilə Azərbaycanın demokratik   inkişafına yeni töhfələr verəcəkdir.
Hörmətli millət vəkilləri, yəqin, xatırlayırsınız, 2005-ci ildə Milli Məclisin deputatı vəsiqələrini sizə ilk dəfə olaraq Milli Məclisdə təqdim elədik. Biz həmin ənənəni davam etdiririk.
Bu gün Mərkəzi Seçki Komissiyasının rəhbərliyi, üzvləri, MSK Aparatının işçiləri Milli Məclisdə iştirak edirlər. Fürsətdən istifadə edərək, icazə verin, seçki kampaniyasını yüksək səviyyədə keçirdiklərinə görə   Mərkəzi Seçki Komissiyasına, onun bütün üzvlərinə hamınızın adından dərin minnətdarlığımızı bildirək. (Alqışlar.)
Mən burada bir şeyi də qeyd etmək istəyirəm. Azərbaycanın seçki tarixində ilk dəfə olaraq 2010-cu il parlament seçkilərində heç bir dairənin nəticələri ləğv edilməmişdir. Bu bir daha sübut edir ki, Azərbaycanda seçki mədəniyyəti artıq çox yüksək səviyyədədir. Biz əminik ki, Mərkəzi Seçki Komissiyası gələcəkdə öz işini daha da təkmilləşdirəcəkdir. 
Hörmətli millət vəkilləri, mən sizə proseduru qısaca izah eləyim. Mənim çıxışımdan sonra Məzahir müəllimə söz veriləcək. Məzahir müəllim çıxışını bitirdikdən sonra bir-bir vəsiqələri bizə təqdim edəcək. Mərkəzi Seçki Komissiyasının nümayəndəsi soyadları bir-bir səsləndirəcək, vəsiqələr təqdim ediləcək. İndi icazə verin, sözü verək Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova.
M.Pənahov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli Sədr müavinləri, hörmətli Milli Məclisin deputatları! İlk növbədə icazə verin, sizi 2010-cu il 7 noyabr tarixində keçirilmiş seçkilərdə qazandığınız qələbə münasibəti ilə Mərkəzi Seçki Komissiyası adından, öz adımdan ürəkdən təbrik edim. Əminik ki, siz  Azərbaycanın hüquqi dövlət kimi inkişafına öz layiqli töhfələrinizi verəcəksiniz.
Parlament seçkilərinə dövlət başçısı möhtərəm Prezident İlham Əliyevin 2010-cu il 3 sentyabr tarixli sərəncamı ilə start verildi. Mən məmnuniyyətlə qeyd etmək istərdim ki, əvvəllər olduğu kimi, bu parlament seçkiləri dövründə də Azərbaycanda demokratiya prinsipləri əsasında ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün lazım olan bütün şərait mövcud idi. Yəni Azərbaycanda oturuşmuş ictimai-siyasi sabitlik mövcud idi və indi də mövcuddur. Azərbaycanda söz azadlığı, siyasi partiyaların azad fəaliyyəti, plüralizm, demək olar ki, bizim artıq adət etdiyimiz bir həyat tərzinə çevrilmişdir. Azərbaycanda çox mükəmməl Seçki Məcəlləsi var. Mərkəzi Seçki Komissiyası başda olmaqla bütün seçki komissiyalarının öz fəaliyyətini Seçki Məcəlləsinin tələblərinə uyğun qurması və seçkilərin lazım olan səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmışdır.
Təbiidir ki, demokratik prinsiplər əsasında şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün əsas amillərdən biri də dövlət başçısının siyasi iradəsidir. Bu gün bütün dünyada bu amil çox mühüm rol oynayır. İstənilən ölkədə demokratik, ədalətli seçkilərin keçirilməsi üçün hökmən dövlət rəhbərliyinin siyasi iradəsi ortada olmalıdır. Yeri gəlmişkən, mən lazımi şəraitin yaradılmasına və ardıcıl olaraq nümayiş etdirilən siyasi iradəyə görə seçkilərin hazırlanıb keçirilməsinə məsul olan  qurum kimi Mərkəzi Seçki Komissiyası adından ölkə Prezidentinə öz minnətdarlığımı bildirirəm.  Seçkilər elan olunandan dərhal sonra Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrinin qarşıdan gələn seçkilərə çox ciddi münasibət göstərməsində və bu seçkilərə fəal qoşulmasında məhz ölkə Prezidentinin siyasi iradəsinin ortada olması faktı əsas rol oynamışdır.
Yeni Azərbaycan Partiyası daxil olmaqla 10 siyasi partiya müstəqil şəkildə, 13 siyasi partiya isə 5 siyasi partiya blokunda birləşməklə Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib, dərhal rəsmi şəkildə seçkilərə qoşuldu və öz namizədlərini irəli sürdü. Parlamentdə mövcud olan 125 deputat yerinə 700-ə yaxın namizəd qeydə alındı. Bu namizədlər arasında 23 siyasi partiyanın nümayəndələrinin olması, Azərbaycanda mövcud olan 125 dairənin hamısında seçkilərin siyasi plüralizm, çox yüksək siyasi mədəniyyət nümayiş etdirməklə, siyasi fikirlərin çoxluğu şəraitində keçirilməsi təmin olundu. Azərbaycan seçicilərinə öz seçimlərini etmək üçün geniş imkan yaradıldı. Bizim ən az namizəd olan dairələrimizdə 4 namizəd var idi, hətta bəzi seçki dairələrində 12-14 namizəd mübarizə aparırdı.
Bu seçki prosesinin təşviqat mərhələsindən başlayaraq Seçki Məcəlləsinin və Azərbaycan Konstitusiyasının tələblərinə uyğun şəkildə aparılması  Mərkəzi Seçki Komissiyasının daim diqqət mərkəzində idi. Mən xüsusi məmnuniyyətlə vurğulamaq istəyirəm ki, bütün iddiaçı namizədlərin öz seçiciləri ilə görüşməsi, seçkiqabağı platformalarını seçicilərinə çatdırması və seçicilərdə düzgün seçim etmək imkanının yaradılması baxımından həm seçki komissiyaları, həm də səlahiyyətli dövlət orqanları bütün lazımi addımları atmışdılar. Tam məsuliyyətlə deyə bilərəm ki, bütün namizədlər bu imkanlardan bərabər şəkildə istifadə etmişlər. Mən buraya kütləvi informasiya vasitələrində, yəni televiziya kanallarında və dövri nəşrlərin səhifələrində yaradılmış imkanları da aid etmək istərdim. Bu baxımdan hesab edirəm ki, seçkiqabağı mühit çox demokratik bir mühit idi.
Mərkəzi Seçki Komissiyası Prezident Administrasiyasının, parlament rəhbərliyinin, Azərbaycanın müxtəlif nazirliklərinin iştirakı ilə ATƏT və Avropa Şurası kimi təşkilatları və digər beynəlxalq qurumları cəlb etməklə seçkiqabağı mərhələdə çox geniş formatlı maarifləndirmə proqramı hazırlayıb onlarla birlikdə həyata keçirmişdir. Hesab edirəm ki, 2010-cı ildə bu seçkilərin sakit, sivil bir atmosferdə keçirilməsinin əsas səbəblərindən biri də sadaladığım subyektlərlə birlikdə müxtəlif formatlarda həyata keçirdiyimiz o maarifləndirmə tədbirləri olmuşdur.
Azərbaycanda keçirilən seçkilərə beynəlxalq miqyasda çox geniş maraq var idi. Bu seçkilərin keçirilməsinin beynəlxalq standartlara nə qədər yaxın olmasının xarici müşahidəçilər tərəfindən qeyd olunması bizim doğru yolda olduğumuza daha bir sübutdur. Bu, Azərbaycanın seçki tarixində əldə etdiyimiz böyük bir nailiyyət idi. Azərbaycan ictimaiyyətinin və namizədlərin irəli sürdüyü müşahidəçilərin sayı 50 minə  yaxın idi. Seçkiləri mindən artıq beynəlxalq müşahidəçi izləyirdi. Dünyanın tanınmış kütləvi informasiya vasitələri Azərbaycanın kütləvi informasiya vasitələrinə qoşularaq həm səsvermədən əvvəlki prosesləri, həm də xüsusilə səsvermə və səsvermənin başa çatması proseslərini çox geniş şəkildə işıqlandırırdılar. Azərbaycanda keçirilən parlament seçkilərinə beynəlxalq qurumların belə böyük maraq göstərməsi və seçki məntəqələrinin 90 faizindən çoxunda səsvermənin qanunun tələblərinə uyğun həyata keçirildiyini, Azərbaycanda seçkilərin beynəlxalq standartlara cavab verdiyini bəyan etməsi beynəlxalq qurumların bizə verdiyi yüksək qiymətdir.
Şəffaf, ədalətli keçirilən səsvermədə legitim Milli Məclis formalaşdırıldı. Bu Milli Məclisə Azərbaycanda fəaliyyət göstərən 10 siyasi partiyanın nümayəndələri və bitərəflər daxildirlər. IV çağırış Milli Məclis Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrinin təmsilçisi rolunu oynamaq baxımından bəlkə də bizim ən arzu etdiyimiz bir parlamentdir və mən şübhə eləmirəm ki, o, Azərbaycan ictimaiyyətinin, Azərbaycan xalqının həmrəyliyi baxımından özünün müstəsna rolunu oynayacaqdır.
Azərbaycanda keçirilən IV çağırış parlament seçkilərində Yeni Azərbaycan Partiyası yenidən çox böyük, parlaq bir qələbə qazandı. Sirr deyil ki, bu qələbə əsası ümummilli liderimiz, ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş kursun bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən çox böyük məharət və siyasi uzaqgörənliklə həyata keçirilməsi nəticəsində qazanılmışdır. Yeni Azərbaycan Partiyasının Milli Məclisdə çoxluq təşkil edən deputat qrupu, yəqin ki, bu nailiyyəti layiqincə qiymətləndirərək, Azərbaycan Respublikası Prezidentinin xarici və daxili siyasi kursunun ölkəmizə beynəlxalq miqyasda qazandırdığı nüfuzun gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcəkdir. Şübhə etmirəm ki, 2010-cu ildə seçilən bu parlamentin səlahiyyət müddəti başa çatdıqdan sonra ölkə Prezidenti yeni parlament heyəti ilə görüşəndə IV çağırış Milli Məclisin fəaliyyətindən də tam razı qaldığını vurğulayacaqdır.
Cənab Sədr, Sizin rəhbərliyinizlə bu parlamentə mən bir daha uğurlar arzulayıram. Diqqətinizə çatdırmaq istəyirəm ki, Mərkəzi Seçki Komissiyasının çox şərəfli vəzifələrindən biri də Milli Məclis üzvlərinə vəsiqələrin təqdim olunmasıdır. Sizin qeyd etdiyiniz kimi, bu, artıq bir ənənə halını almışdır. Milli Məclisdə ilk iclasların birində biz yeni deputatlara vəsiqələrini təqdim etməkdən məmnunluq duyuruq. İcazə versəniz, biz indi həmin prosedura başlayarıq. Bir  daha sizə uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Məzahir müəllim. Buyurun, bu gözəl missiyanı həyata keçirin.
M.Pənahov. Əsədov Oqtay Sabir oğlu. (Alqışlar.)
Əsgərov Ziyafət Abbas oğlu. (Alqışlar.)
Muradova Bahar Əvəz qızı. (Alqışlar.)
Ələsgərov  Valeh Feyruz oğlu. (Alqışlar.)                       
Həbibbəyli İsa Əkbər oğlu. (Alqışlar.)
Möhbalıyev Səttar Suliddin oğlu. (Alqışlar.)
İbrahimov Eldar Rza oğlu. (Alqışlar.)
Novruzov Siyavuş Dünyamalı oğlu. (Alqışlar.)
Hacıyev İsmayıl Muxtar oğlu. (Alqışlar.)
Həsənquliyev Qüdrət Müzəffər oğlu. (Alqışlar.)
Cəbrayılov Rafael Kamil oğlu. (Alqışlar.)
Musayev Madər Əliəsgər oğlu. (Alqışlar.)
Vəliyev Ağalar İsrafil oğlu. (Alqışlar.)
Zabelin Mixail Yuryeviç. (Alqışlar.)
Əliyev Rauf Asif oğlu. (Alqışlar.)
Hüseynov Etibar Əli oğlu. (Alqışlar.)
Məhərrəmov Abel Məhəmmədəli oğlu. (Alqışlar.)
Quliyev Ülvi Zahid oğlu. (Alqışlar.)
Musabəyov Rasim Nəsrəddin oğlu. (Alqışlar.)
Əhmədov Əli Cavad oğlu. (Alqışlar.)
Əliyev Adil Abış oğlu. (Alqışlar.)
Mustafayeva Aytən İnqlab qızı. (Alqışlar.)
Mollazadə Asim Nazim oğlu. (Alqışlar.)
Səmədzadə Ziyad Əliabbas oğlu. (Alqışlar.)
Vəliyeva Sədaqət Süleyman qızı. (Alqışlar.)
Mustafayev Fazil Qəzənfər oğlu. (Alqışlar.)
Salahzadə Qalib Aslan oğlu. (Alqışlar.)
Quliyev Eldar Allahyar oğlu. (Alqışlar.)
Muradov Fuad Rauf oğlu. (Alqışlar.)
Fətəliyeva Sevinc Həbib qızı. (Alqışlar.)
Quliyev Fərəc İbrahim oğlu. (Alqışlar.)
Abıyev Ağacan Qulam oğlu. (Alqışlar.)
Mirələmov Hüseynbala Fazil oğlu. (Alqışlar.)
Əhmədova Gülər Mikayıl qızı. (Alqışlar.)
Ağazadə İqbal Fehruz oğlu. (Alqışlar.)
Seyidov Səməd İsmayıl oğlu. (Alqışlar.)
Abbasov Aydın Abbas oğlu. (Alqışlar.)
Hacıyev Asəf Hacı oğlu. (Alqışlar.)
Fətiyev Xanlar Nuru oğlu. (Alqışlar.)
Abdullayeva Leyla Arif qızı. (Alqışlar.)
Qasımlı Musa Cəfər oğlu. (Alqışlar.)
Babayev Muxtar Bahadur oğlu. (Alqışlar.)
Salayev Hacı Hacı Baba oğlu. (Alqışlar.)
Alışanov Arif Nazim oğlu. (Alqışlar.)
Quliyev Azay Əjdər oğlu. (Alqışlar.)
Mirzəzadə Aydın Böyükkişi oğlu. (Alqışlar.)
Məmmədov İlham Kazım oğlu. (Alqışlar.)
Hüseynli Əli Məhəmməd oğlu. (Alqışlar.)
Xanlarova Zeynəb Yəhya qızı. (Alqışlar.)
Badamov Azər Camal oğlu. (Alqışlar.)
Əhmədov Vahid Qazməmməd oğlu. (Alqışlar.)
Abramov Yevda Sasunoviç. (Alqışlar.)
Süleymanov Tahir Süleyman oğlu. (Alqışlar.)
Əşrəfov Arif Əşrəf oğlu. (Alqışlar.)
Əliyev İlham Əli Səftər oğlu. (Alqışlar.)
Qəribov Fərhad Həsən oğlu. (Alqışlar.)
Hüseynov Rafael Baba oğlu. (Alqışlar.)
Hüseynov Əliağa İzzət oğlu. (Alqışlar.)
Ağamalı Fəzail Rəhim oğlu. (Alqışlar.)
Rəhimzadə Arif Qafar oğlu. (Alqışlar.)
Xəlilov Rüstəm Gülabba oğlu. (Alqışlar.)
Əmiraslanov Əhliman Tapdıq oğlu. (Alqışlar.)
Kazımlı Xanhüseyn Hüseynağa oğlu. (Alqışlar.)
Həsənov Malik Əvəz oğlu. (Alqışlar.)
Kazımov Mirkazım Məhəmməd oğlu. (Alqışlar.)
İbrahimli Fəzail Feyruz oğlu. (Alqışlar.)
Əliyev Nəriman Əlibala oğlu. (Alqışlar.)
Axundova Elmira Hüseyn qızı. (Alqışlar.)
Rüstəmxanlı Sabir Xudu oğlu. (Alqışlar.)
Quliyev Rüfət Atakişi oğlu. (Alqışlar.)
Rəcəbli Hadi Musa oğlu. (Alqışlar.)
Paşazadə Cavanşir Hümmət oğlu. (Alqışlar.)
Cəfərov Aslan Məmmədhüseyn oğlu. (Alqışlar.)
Məmmədov İqbal Nəriman oğlu. (Alqışlar.)
Qasımov Əsabil Qarakişi oğlu. (Alqışlar.)
Qənizadə Çingiz Aşralı oğlu. (Alqışlar.)
Orucov Ayaz İsmayıl oğlu. (Alqışlar.)
Rzayev Tahir Musa oğlu. (Alqışlar.)
Abbasov Aqil Məhəmməd oğlu. (Alqışlar.)
Süleymanov Elxan Sirac oğlu. (Alqışlar.)
Aslanov Novruzəli Davud oğlu. (Alqışlar.)
Cavadov Ərəstun Nurəddin oğlu. (Alqışlar.)
Hacıyev Sabir Kamal oğlu. (Alqışlar.)
Hacıyev Şəmsəddin Hümmət oğlu. (Alqışlar.)
Əsədullayev Çingiz Rauf oğlu. (Alqışlar.)
Məmmədov Elton Arzuman oğlu. (Alqışlar.)
Əliyeva Jalə Fazil qızı. (Alqışlar.)
Orucov Zahid Məhərrəm oğlu. (Alqışlar.)
Baxşəliyeva Gövhər Baxşəli qızı. (Alqışlar.)
Alıyev Sahib Eyvaz oğlu. (Alqışlar.)
Aslanov Mahir Məhəmmədəli oğlu. (Alqışlar.)
Qafarova Sahibə Əli qızı. (Alqışlar.)
İbharimqızı Məlahət İbrahim qızı. (Alqışlar.)
Qurbanlı Mübariz Qəhrəman oğlu. (Alqışlar.)
Hüseynova Sevinc Əmirəhməd qızı. (Alqışlar.)
Məmmədhəsənov Rafiq Musa oğlu. (Alqışlar.)
Paşayeva Qənirə Ələsgər qızı. (Alqışlar.)
İsmayılov İlyas Abbas oğlu. (Alqışlar.)
Vəliyev Əhməd Abdulkərim oğlu. (Alqışlar.)
Cəfərov Nizami Qulu oğlu. (Alqışlar.)
Aslanova Rəbiyyət Nurullah qızı. (Alqışlar.)
Atayev Hikmət İsmayıl oğlu. (Alqışlar.)
Əliyeva Kamilə Əliağa qızı. (Alqışlar.)
Kərimli Azər Şəmşid oğlu. (Alqışlar.)
Məsimli Əli Əhməd oğlu. (Alqışlar.)
Feyziyev Cavanşir Əyyub oğlu. (Alqışlar.)
Heydərov Fəttah Səməd oğlu. (Alqışlar.)
Naxçıvanlı Aqiyə Həbib qızı. (Alqışlar.)
Əliyev Bəxtiyar Həmzə oğlu. (Alqışlar.)
Sadıqov Bəxtiyar Yusif oğlu. (Alqışlar.)
Şahverdiyev Astan Nuşrəvan oğlu. (Alqışlar.)
Fərəcov Nazim Fərəc oğlu. (Alqışlar.)
Qasımova Flora Qasım qızı. (Alqışlar.)
Məmmədov Elman Camal oğlu. (Alqışlar.)
İsmayılov İmamverdi İbiş oğlu. (Alqışlar.)
Qurbanov Cavid Qənbər oğlu. (Alqışlar.)
Hörmətli Sədr, hörmətli sədarət, hörmətli Milli Məclis üzvləri! Təbiidir ki, bu prosedurun həyata keçirilməsi bizim üçün də həyatımızın ən yaddaqalan günlərindən birinə çevrilir. Mən bir daha sizə işlərinizdə uğurlar arzulayıram. Sağ olun. (Alqışlar.)
Sədrlik edən. Hörmətli Məzahir müəllim, hörmətli Mərkəzi Seçki Komissiyası, bu gözəl təqdimata görə sizin hamınıza minnətdarlığımızı bildirir və gələcək işlərinizdə uğurlar arzulayırıq. Sağ olun. Mən bir daha hörmətli millət vəkillərini vəsiqə almaqları münasibətilə təbrik edirəm.
İndi artıq gündəliyimizə başlayaq. Gündəlik hamınıza paylanılıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri                                              (saat 12.55 dəq.)
Lehinə              117
Əleyhinə                            0
Bitərəf                  0
Səs vermədi                 0   
İştirak edir                                 117  
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik qəbul edildi. Gündəliyin birinci məsələsinə keçirik. Bilirsiniz ki, biz artıq Milli Məclis komitələrinin sədrlərini seçmişik. Bu gün komitə sədrlərinin müavinlərini və komitə üzvlərini seçməliyik ki, Milli Məclis öz qanunvericilik fəaliyyətinə başlaya bilsin.
Gündəliyimizdə 13 məsələ var. Birinci məsələ Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının təşkil edilməsi haqqındadır. Siyahı hamınızda var. Adbaad, ya birdəfəlik səsə qoyaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, təqdim olunmuş siyahıya münasibət bildirək.

Səsvermənin nəticələri                                              (saat 12.56 dəq.)
Lehinə              116
Əleyhinə                            0
Bitərəf                  0
Səs vermədi                 2   
İştirak edir                                 118  
Nəticə: qəbul edildi

Çox sağ olun, təsdiq edildi. Təbrik edirəm sizi, ancaq bu iclasın davam etdiyi müddətdə, xahiş edirəm, İntizam komissiyası yığılsın, sədr, katib seçsinlər. Sonra bizə məruzə edərlər.
Gündəliyin ikinci məsələsi Milli Məclis komitələrinin sədr müavinlərinin seçilməsi haqqındadır. Hörmətli millət vəkilləri, komitələrin sədr müavinlərinin də siyahısı sizdə var. Komitələrin sədr müavinlərinin siyahısını adbaad, yoxsa siyahı üzrə səsə qoyaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siyahı üzrə. Xahiş edirəm, siyahı üzrə münasibət bildirək.

Səsvermənin nəticələri                                              (saat 12.57 dəq.)
Lehinə              110
Əleyhinə                            0
Bitərəf                  0
Səs vermədi                 1   
İştirak edir                                 111  
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. İndi isə Milli Məclisin komitələrinin üzvlərini seçməliyik. Bunlar hamısı eyni prosedur qaydalarıdır. Yenə adbaad oxumayaq, siyahı üzrə səsə qoyaq. Xahiş edirəm, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi haqqında qərar layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri                                              (saat 12.58 dəq.)
Lehinə              109
Əleyhinə                            0
Bitərəf                  0
Səs vermədi                 1  
İştirak edir                                 110  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi üzvlərinin siyahısına münasibət bildirək.

Səsvermənin nəticələri                                              (saat 12.59 dəq.)
Lehinə              106
Əleyhinə                            0
Bitərəf                  0
Səs vermədi                 1   
İştirak edir                                 107  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Milli Məclisin İqtisadi siyasət komitəsi üzvlərinin siyahısına münasibət bildirək.

Səsvermənin nəticələri                                              (saat 12.59 dəq.)
Lehinə              109
Əleyhinə                            0
Bitərəf                  0
Səs vermədi                 1   
İştirak edir                                 110  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin siyahısına münasibət bildirək.

Səsvermənin nəticələri                                              (saat 13.00 dəq.)
Lehinə              107
Əleyhinə                            0
Bitərəf                  1
Səs vermədi                 2   
İştirak edir                                 110  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Milli Məclisin Sosial siyasət komitəsi üzvlərinin siyahısına münasibət bildirək.

Səsvermənin nəticələri                                              (saat 13.01 dəq.)
Lehinə              105
Əleyhinə                            0
Bitərəf                  0
Səs vermədi                 1   
İştirak edir                                 106  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Regional məsələlər komitəsi üzvlərinin siyahısına münasibət bildirək.

Səsvermənin nəticələri                                              (saat 13.01 dəq.)
Lehinə              102
Əleyhinə                            0
Bitərəf                  0
Səs vermədi                 2   
İştirak edir                                 104  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Milli Məclisin Elm və təhsil komitəsi üzvlərinin siyahısına münasibət bildirək.

Səsvermənin nəticələri                                              (saat 13.02 dəq.)
Lehinə              107
Əleyhinə                            0
Bitərəf                  0
Səs vermədi                 2   
İştirak edir                                 109  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Milli Məclisin Aqrar siyasət komitəsi üzvlərinin siyahısına münasibət bildirək.

Səsvermənin nəticələri                                              (saat 13.03 dəq.)
Lehinə              107
Əleyhinə                            0
Bitərəf                  0
Səs vermədi                 1   
İştirak edir                                 108  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Milli Məclisin Mədəniyyət komitəsi üzvlərinin siyahısına münasibət bildirək.

Səsvermənin nəticələri                                              (saat 13.03 dəq.)
Lehinə              107
Əleyhinə                            0
Bitərəf                  0
Səs vermədi                 1   
İştirak edir                                 108  
Nəticə: qəbul edildi

Qəbul edildi. Milli Məclisin İnsan hüquqları komitəsi üzvlərinin siyahısına münasibət bildirək.

Səsvermənin nəticələri                                              (saat 13.04 dəq.)
Lehinə              110
Əleyhinə                            0
Bitərəf                  0
Səs vermədi                 1   
İştirak edir                                 111  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Nəhayət, xahiş edirəm, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin siyahısına münasibət bildirək.

Səsvermənin nəticələri                                              (saat 13.04 dəq.)
Lehinə              115
Əleyhinə                            0
Bitərəf                  0
Səs vermədi                 2   
İştirak edir                                 117  
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Bütün komitələrin sədr müavinləri və üzvləri artıq təsdiq olundu. Milli Məclis öz işlərini apara bilər. Fəttah müəllim, qaldı ancaq sizin komissiya.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İntizam komissiyasının sədri və katibliyi haqqında.
F.Heydərov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İntizam komissiyasının bütün üzvlərinin iştirakı ilə birinci iclası oldu. Hörmətli həmkarımız Siyavuş Novruzov komissiyanın sədri seçildi. Çoxlarına məlumdur ki, keçən 5 ildə Siyavuş müəllim burada intizamın bərpa olunması və Məclisin normal keçməsi üçün ştatdankənar bir komissiya sədri kimi iştirak edibdir. Komissiyanın katibi vəzifəsinə hörmətli Gülər xanım Əhmədova seçilmişdir. Hər ikisini təbrik edirik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fəttah müəllim. Hamımızı təbrik edirik. Siyavuş müəllimin işi, yəqin, çox çətin olacaq, görək də... Hörmətli millət vəkilləri, bununla bugünkü iclasımız sona çatır. Növbəti iclas haqqında sizə xəbər verəcəklər. Komitə sədrlərindən xahiş edirəm, qanun layihələri ilə işləməyə başlasınlar ki, ayın 17–18-nə kimi qanun layihələrini təqdim etsinlər. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi