2012-ci il 20 aprel tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  39

Milli  Məclisin iclas  salonu.
20  aprel  2012-ci  il.

İclasa  Azərbaycan  Respublikası  Milli  Məclisinin Sədri  O. Əsədov  sədrlik  etmişdir.


İclasda Milli Məclisin 100 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 94
Yetərsay 83

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəllə-sində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin “Hauptvaxt haqqında” 4 saylı Əlavəsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Avtomobil yolları haqqında”Azərbaycan Respubli-kasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublika-sının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də də-yişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Fərəc Quliyev, İqbal Ağa-zadə, Astan Şahverdiyev, Siyavuş Novruzov, Fazil Mustafa, Musa Qasımlı, Fuad Muradov, Sabir Rüstəmxanlı, Ziyafət Əsgərov, Mübariz Qurbanlı, Elman Məmmədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

1. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barə-də Azərbaycan Respublikası qanununun layihəsi haq-qında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

3. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, İlham Məmmədov, Səda-qət Vəliyeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin “Hauptvaxt haqqında” 4 saylı Əlavəsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Siyavuş Novruzov, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbay-can Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.07 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Eldar Quliyev, Elmira Axundova, Bahar Muradova
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Bahar Muradova, Əli Hüseynli, Vahid Əhmədov, Ziyafət Əsgərov, Əli Məsimli, Elmira Axundova, İlyas İsmayılov, Xanhüseyn Kazımlı, Fazil Mustafa, Bəxti-yar Əliyev, Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

12. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.08 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qa-nununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.20 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

15. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

16. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Eldar Quliyev, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

17. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.22 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

18. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

Çıxış etmişlər: Valeh Ələsgərov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.24 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edil-məsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

22. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”-də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Vahid Əhmədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.29 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

23. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.35 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

24. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Hikmət Atayev, Fazil Mustafa, İqbal Ağazadə, Mübariz Qurbanlı, İlyas İsmayılov, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Sahib Alıyev, Əli Əhmədov, Siyavuş Novruzov, Fərəc Quliyev, Ziyafət Əsgərov, Xanhüseyn Kazımlı, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.03 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                   O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

20  aprel  2012-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
 
Qeydiyyat  (saat 12.06 dəq.)
İştirak edir  94
Yetərsay  83

Yetərsay var. İclasa başlaya bilərik.
Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.07 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  92
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, sağ olun. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Fərəc Quliyev.
F.Quliyev. Xoş gördük. Çox təşəkkür edirəm, cənab Sədr. Bu yaxınlarda Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun dünya ölkələrinin hərbi büdcələri ilə bağlı illik hesabatı oldu. Mən bununla bağlı bir məqama toxun-maq istəyirəm. O hesabatda Azərbaycanın silahlanmaya görə 1-ci və Ermənistanın 10-cu yerdə olması göstərilib. Bu, beynəlxalq səviyyədə nüfuzlu təşkilatdır və öz hesabatını da, təbii ki, bütün beynəlxalq təşkilatlara verir.
Məncə, Milli Məclisdə bu məsələ ilə bağlı bizim bir müraciətmi, bir sənədmi qəbul eləməyimiz və beynəlxalq ictimai rəyə ötürməyimiz lazımdır. Əvvəla, biz göstərməliyik ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistana məxsus olan silahlar saxlanılır və Ermənistan iddia edir ki, bu silahlar guya erməni əsilli azərbaycanlıların əldəqayırma qurumunun silahlarıdır. Üstəlik, Ermənistan Kollektiv Təhlükəsizlik Təşkilatından, Rusiyadan xeyli silahları özündə saxlayır. Ermənistan Azərbaycan ərazilərini işğal eləyibdir. Azərbaycan kimsənin ərazisinə iddia eləmədiyini və işğaldan qurtulmaq üçün dinc vasitələri əsas götürdüyünü bəyan edibdir.
Bu tip institutlar məsələnin dinc yol ilə həllinə kömək eləməlidirlər. Mən hesab edirəm ki, indiki halda Ermənistanın beynəlxalq kvotalardan xeyli artıq olan gizlətdiyi silahların miqdarı ilə bağlı bir araşdırma aparıb beynəlxalq ictimaiyyəti məlumatlandırmaq zəruridir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Mən iki məsələyə qısaca münasibət bildirmək istəyirəm. Burada mən dəfələrlə həm Milli Məclisə, həm də cənab Prezidentə 2 apreldə həbs olunan məhbusların əfv olunması və ya amnistiya ilə azadlığa buraxılması barədə müraciətlə məsələ qaldırmışam. Amma çox təəssüf ki, bunların heç biri hələlik gerçəkləşməyib.
İndi yeni mərhələdir. Onlar məhkəməyə cəzalarının üçdə bir hissəsini çəkərək vaxtından əvvəl azad olunmaları barədə müraciət edirlər. Çox təəssüf ki, Arif Hacılı başda olmaqla 2 aprel aksiyasında həbs olunanların cəzasının üçdə bir hissəsini çəkib azadlığa buraxılmaq xahişini məhkəmə qəbul etmir. Onların ərizələri ya baxılmamış saxlanılır, ya da onlara baxılarkən obyektiv və ictimai-siyasi vəziyyətə, o cümlədən də məhkəmənin predmetinə uyğun qərarlar qəbul olunmur. Çox xahiş edərdim ki, bu məsələdə hakimiyyət orqanları ciddi mövqe nümayiş etdirərək həmin şəxslərin həbsdən azad olunması, həm də Azərbaycanda ictimai fikrin, ictimai-siyasi mühitin normallaşması üçün, qarşıdurma mühitinin aradan qalxması üçün bu addımı atsın.
Mənim qaldıracağım ikinci məsələ ölüm cəzası almış şəxslərə 1998-ci ildə Azərbaycanda ölüm hökmünün ləğvindən sonra ömürlük həbs cəzasının tətbiq olunmasıdır. Bilirsiniz ki, bu, Milli Məclisin qərarı ilə edilib. Lakin bu, doğru qərar deyil. Çünki bu, məhkəmə orqanının səlahiyyətlərini mənimsəməkdir. Ola bilsin ki, onların vəziyyətləri tamamilə başqadır və ağırlaşdırıcı halda geriyə tətbiq olunmamalı idi. Elə hallar var ki, dünən ona görə ölüm cəzası nəzərdə tutulurdusa, bu gün 15 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Amma məhkəmənin əvəzinə parlamentin onlar haqqında qərar verməsi doğru hal deyil. Mən hesab edirəm ki, onların cinayət işlərinə təkrarən baxılması üçün yenidən məhkəmə keçirilməli və onların hər biri barədə fərdi qərar verilməlidir. Ümumiyyətlə, bu insanlar artıq uzun illərdir, həbsdədirlər. Yaşları keçənlər, artıq 80-dən yuxarı yaşı olanlar var.
Hesab edirəm ki, Milli Məclis bununla bağlı həm amnistiya barədə düşünməli, həm də 1998-ci ildə qəbul olunmuş o qərara yenidən baxaraq ədalətli qərar qəbul etməlidir. Məhkəmə öz səlahiyyətlərini icra etməli, parlament onun əvəzinə qərar verməməlidir. Çox sağ olun.
Sədrlik edən. Hörmətli İqbal müəllim, həm deyirsən ki, biz məhkəmənin işinə qarışmalı deyilik, həm də deyirsən, biz məhkəməyə deyək ki, o öz işini təftiş eləsin. Bir az uyğunsuzluq əmələ gəlir. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli həmkarlar! Mən Avropa Parlamentinin bu yaxınlarda Azərbaycanla bağlı qəbul etdiyi qətnamə haqqında fikrimi bildirirəm. Bu qətnamədə müəyyən pozitiv hallar var. Amma digər tərəfdən burada Azərbaycanın silahlanması məsələsinə toxunulur. Qətnamədə silahlanmanı dayandırmağa çağırış da yer alıb. Məndə Avropa Parlamentinin bu qətnaməsinin həm ingilis, həm də Azərbaycan dillərində mətnləri var.
Digər məsələ. Bir neçə gün bundan öncə Euronyus proqramı Eurovision verilişi ilə bağlı qısa bir fraqment verdi və orada qeyd olundu ki, Azərbaycan çox böyük sürətlə bu Eurovision üçün bina hazırlayıb. Bunun ardınca elə ara vermədən Avropada hansısa bir hüquqi təşkilatdan insan hüquqları müdafiəçisinə söz verdilər və o da Azərbaycanda siyasi dustaqların, vicdan məhbuslarının olduğunu qeyd elədi. Onun dediyinə görə, ona informasiyanı ölkə daxilindən ötürüblər. Mən başa düşmürəm, Azərbaycanda yaşayan, Azərbaycan vətəndaşı olan insanlar hansı vicdanla Azərbaycan haqqında belə böhtan və iftiranı Avropa ölkələrinə ötürürlər.
Daha bir məsələ. Fransada bir teleproqram var. “Bir ölkə, bir həftə” adlanan bu proqramda mütəmadi olaraq, yəqin ki, ermənilərin və onlara müsbət münasibət göstərənlərin əli ilə Azərbaycana qarşı təbliğat yer alır. Burada Ermənistanı daim tərifləyir və Azərbaycanı pisləyirlər. Hesab edirəm ki, Azərbaycanın Fransadakı səfirliyi bu məsələnin aradan qaldırılması işində dönüş yaratmalıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli Astan müəllim, Eurovision, doğrudan, çox böyük bir tədbirdir və onun Bakıda keçirilməsi Azərbaycanı tanıtmaq üçün gözəl imkandır. Ancaq bəzi kütləvi informasiya vasitələrində özünə yer tapan bu cür verilişlər və yazılar onu göstərir ki, bizi ermənilərdən “çox istəyən” başqaları da var. Biz bunu bilməli və vəziyyəti xeyrimizə dəyişmək üçün işləməliyik. Burada qəribə bir şey görmürəm. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən elə Astan müəllimin dediklərinə bir neçə kəlmə əlavə etmək istəyirəm. Doğrudan da, Azərbaycanda dünya səviyyəli tədbirlərin keçirilməsi müəyyən ölkələrlə yanaşı, Azərbaycanda o ölkələrə xidmət eləyən qüvvələrə sərf eləmir. Bu qüvvələr istər yerli, istərsə də xarici mətbuatda Azərbaycana qara yaxmaq, Azərbaycanın daxilində ictimai-siyasi sabitliyi pozmaq, hansısa təşkilatlara material ötürmək işi ilə məşğuldurlar.
İndi məsələ qaldırıblar ki, Eurovisionda üzərinə bunların vicdan məhbusları adlandırdıqları, əslində isə bu və ya digər cinayət törədib bu cinayətə görə cəza çəkən məhbusların şəkilləri salınmış maykalar geyinəcəklər. Mən sual edirəm, bəs niyə indiyə qədər 20 yanvarda ölən, Xocalıda o qətliamın qurbanı olan, Dağlıq Qarabağda şəhid olan insanların şəkillərini əks etdirən maykalar geyinib Avropa Şurasının qarşısında, bir səfirliyin qarşısında durmamısınız? Bunlar məgər Azərbaycan vətəndaşları, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, müstəqilliyi uğrunda ölən insanlar deyilmi? Deyirsiniz, mətbuat təşkilatı yaradıb, dünyaya informasiya ötürəcəksiniz. Niyə indiyə qədər Azərbaycanın problemləri ilə bağlı informasiya ötürmürsünüz? Əli Kərimli həftə səkkiz, mən doqquz Almaniyanın qəzetlərində Azərbaycanın əleyhinə çıxış eləyir. Bir kəlmə Dağlıq Qarabağla, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bir məsələyə toxunmur. Bu, artıq göstərir ki, bu adamlar kimlər tərəfindən idarə olunur və onlara verilən tapşırıqları hansı formada yerinə yetirirlər.
İndi burada İqbal Ağazadə məsələ qaldırdı – vicdan məhbusu. Bunların harası vicdan məhbusudur? Bu adı kim verib bunlara? Bunlar bu və ya digər şəkildə cinayət törə-diblər və ona görə də cəzalarını çəkirlər. İstər əfv, istərsə də cəzanın üçdə bir hissəsini çəkdikdən sonra bağışlanma o halda baş verir ki, məhbus islah olunduğunu etiraf eləsin. İslah olunmadığı təqdirdə nə əfv? Cəzasının bir müddətini çəkib müraciət edənlər tək onlar deyil. Bu cür məhbuslar arasında, misal üçün, toyuq oğrusu da var. Qanun qarşısında hamı bərabərdir. Törətdiyi cinayətə görə cəzasını çəkməlidir. Əfv istəyən məhbus cənab Prezidentə müraciət eləsin. Əfv komissiyası bu müraciətə baxsın və onun barəsində bu və ya digər şəkildə qərar qəbul eləsin.
Digər məsələ – ölüm cəzası ilə əlaqədar. Azərbaycanda ölüm cəzası ümummilli liderimiz tərəfindən ləğv olundu. Mən xatırlayıram ki, İsa Qəmbər heç prezident deyildi, pre-zident səlahiyyətlərini icra edən vaxt Azərbaycanın o boyda problemi qala-qala 6 nəfərin güllələnməsinə sərəncam verdi. Ümummilli lider hakimiyyətə gələndən sonra Azərbaycanda heç bir güllələnmə hökmü icra olunmayıb və bu şəxslərə ömürlük həbs cəzası verilib. İndi onların işinə yenidən baxılmanın da yolu var. Bunu məhkəməyə müraciət etməklə həll etmək olar. Təşəkkür edirəm.
Sədrlik edən. Belə çıxdı ki, öz sualına özün cavab verdin. Eurovision, doğrudan, bizə Azərbaycanı təbliğ eləmək imkanı verən böyük bir müsabiqədir və mən inanıram ki, bu müsabiqə Azərbaycanda çox uğurla keçəcək. Rəhmətlik ulu öndərin təbiricə desək, istəməyənlərin də arzuları gözlərində qalacaq. Ona görə bu məsələni artıq kənara qoyaq. Onsuz da vaxt az qalıb. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, bugünkü gündəliyimiz kifayət qədər zən-gindir və bunun ən maraqlı tərəfi də “Siyasi partiyalar haqqında” Qanunun uzun müddətdən sonra parlamentin müzakirəsinə çıxarılmasıdır. Bu qanuna ediləcək dəyişikliklər ölkədə siyasi islahatların başlaması üçün çox ciddi bir addım olacaqdır.
Mən bilmək istərdim ki, niyə bu çox vacib, mühüm qanun gündəliyə sonuncu məsələ kimi salınıb? Bəlkə bunu önə çəkmək məqsədəuyğun olardı ki, daha səmərəli bir müzakirə aparılsın. Məncə, bu qanun qəbul olunandan sonra siyasi partiyaların cəmiyyətdə rolunun artması və ölkənin demokratikləşməsi istiqamətində mühüm addım atıldığını bəyan eləmək olar. Hesab edirəm, bu qanunda elə müddəaların qəbul olunması vacibdir ki, gələcəkdə ölkənin siyasi həyatında artıq əsas söz sahibi olan siyasi partiyaların sözünün eşidilməsinə, siyasi partiyaların aktiv rol oynamasına şərait yaratsın.
İkinci məsələ. Siyasi məhbuslarla bağlı məsələdə mən Siyavuş Novruzovun və başqa həmkarlarımın fikirləri ilə razı deyiləm. O mənada ki, beynəlxalq təşkilatların Azərbaycana qarşı bəlli iradları var və bu iradlar da müvafiq beynəlxalq təşkilatlar qarşısında bizim götürdüyümüz öhdəliklə bağlıdır. Məncə, təkcə müxalifətdə bəzi qüvvələr, yaxud bəzi qəzetlər və ya jurnalistlər deyil, elə hakimiyyətin özü də Azərbaycan əleyhinə işləyir. Eurovision kimi böyük bir tədbir ərəfəsində, ümumiyyətlə, elə ehtiyatlı davranmaq lazımdır ki, heç kim ölkəyə qarşı hansısa bir kampaniya keçirmək fürsəti əldə etməsin. Məncə, bu vicdan məhbuslarının azadlığa buraxılması hakimiyyət üçün onların məhbəsdə qalma-sından daha sərfəlidir. Ona görə ki, məhbəsdə qalmaq onları daha çox məşhurlaşdırır, onların siyasi lider imicini formalaşdırır. Halbuki azadlıqda onlardan çoxunun heç deyəcək bir fikri, sözü, yaxud hər hansı bir şəkildə özünü cəmiyyətə təqdim eləmək imkanı yoxdur. Ona görə mən deyirəm ki, hakimiyyət dolayısı yolla elə müxalifətin özünə xidmət eləyir, onların məşhurlaşmasına yardım göstərir.
Üçüncü məsələ. Mən ali məktəblərlə bağlı məsələyə to-xunmaq istəyirəm. Tez-tez bizə ödənişli təhsillə bağlı müraciətlər olur. Tələbə ali məktəbin birinci kursuna qəbul olunanda, məsələn, 1500 manat ödəyirsə, artıq gələn il ondan 2000, sonra 2500, daha sonra 3000 manat təhsil haqqı tələb olunur. Bu məsələdə bir dövlət tənzimlənməsinə ehtiyac var ki, tələbə hansı məbləğlə qəbul olunubsa, növbəti illərdə də o məbləğdə haqq ödəsin. Elə olur ki, sonradan insanların bunu ödəməyə imkanları çatmır və məktəblərdə çox böyük problemlər yaşayırlar. Bu öz vətəndaşımızdır və hər halda bunun təhsil məsələsini biz kifayət qədər ciddi şəkildə düşünməliyik. Məncə, bu sahədə bir tənzimləyici normativ sənədin qəbul olunmasına ehtiyac var.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkil-ləri! Diqqətinizi bir neçə məsələyə yönəltmək istəyirəm. Hər şeydən əvvəl Prezidentimiz cənab İlham Əliyevin Sumqayıta xüsusi diqqət yetirməsini, son günlərdə şəhərdə aparılan tikinti-quruculuq işlərinə, səhiyyə sisteminə əlavə vəsait ayırmasını qeyd eləmək istəyirəm. Bütün bunlar seçicilər tərəfindən rəğbətlə qarşılanır və buna görə seçicilərimiz adından cənab Prezidentə təşəkkür edirəm.
İkinci, hörmətli cənab Sədr, arxivlərimiz haqqında məsələ qaldırmaq istəyirəm. Son illərdə ölkəmizdə arxiv quruculuğuna xüsusi diqqət yetirilib. Bir neçə il əvvəl cənab Prezidentimiz Milli Arxiv İdarəsini bərpa etdirdi və onu açdı. Arxivlərimizdə vəziyyət xeyli dərəcədə yaxşılaşdı. Bu gün tədqiqatçılar üçün arxivlərimizdə ideal şərait yaranıb. Amma fikrimcə, arxiv quruculuğu işində bəzi xarici ölkələrin də təcrübəsinə diqqət yetirməyimizdə fayda var. Elə ölkələr var ki, onların arxivlərinə tədqiqatçıları noutbukları ilə buraxmırlar, deyirlər ki, elektrik enerjisini sərf etdiyiniz üçün bir akkumulyator gətirməlisiniz. Sənədlərin olduğu bir qovluğu gətirməkdən ötrü pul vəsaiti tələb eləyirlər. Sənədlərin surətinin çıxarılmasından ötrü əsillərə uyğun olaraq fərqli-fərqli vəsaitlər tələb eləyirlər. Bu ödənişlər həyata keçirilir. Foto-aparatla, telefonla sənədlərin surətinin çıxarılmasına doğru olaraq icazə vermirlər.
Əlbəttə, bu gün heç bir tədqiqatçının ödəyəcəyi pul və-saitinə Azərbaycan dövlətinin ehtiyacı yoxdur. Amma hörmətli Oqtay müəllim, bu məsələnin başqa bir tərəfi var. O nədən ibarətdir? Hər il ölkəmizə onlarla xarici tədqiqatçı gəlir. Biz bu ödənişli sistemə keçəriksə, birinci, arxiv büdcəmizə əlavə vəsait daxil olar. Arxiv işçiləri onsuz da işə yaxşı can yandırırlar, daha da yaxşı can yandırarlar. Biz bilərik ki, hansı ölkəyə nə qədər arxiv sənədinin surəti gedir, hansı ölkədə Azərbaycan üzrə nə qədər mütəxəssis var. Onlarla işləməkdən ötrü bir əlaqə qurular, Azərbaycan üzrə mütəxəssislər yetişər. Fikrimcə, bizim bu iş üsuluna keçməyimiz faydalı olar.
Arxivlər üçün mütəxəssislərin hazırlanması məsələsini qaldırmaq istəyirəm. Sovet dövründə arxivşünaslıq ixtisası var idi. Fikrimcə, indi kitabxanaçılıq və biblioqrafiya fakültəsinin nəzdində belə bir ixtisasın açılmasına ehtiyac var. Çünki bizim arxivlərimiz mütəxəssislərlə təmin olunmur. Halbuki dünya ölkələrində buna çox ciddi münasibət bəsləyirlər. Hesab edirəm ki, bu məsələlərə baxılması faydalı olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli mil-lət vəkilləri! Mən də aprelin 17-də Avropa Parlamentində müzakirə olunan məsələ ilə bağlı öz mövqeyimi bildirmək istəyirəm. Biz, adətən, Avropa Parlamentində Azərbaycana qərəzli yanaşma olanda buna reaksiya verir, mövqeyimizi bildiririk. Amma məncə, müsbət fikirlər olanda da biz bunu qeyd eləməliyik. Mən xüsusi olaraq Avropa Parlamentinin bir neçə üzvünün adlarını çəkmək istəyirəm, çünki onlar çıxışlarında, həqiqətən, Azərbaycanın ərazi bütövlüyü, haqq işi barədə çox müsbət sözlər demişlər. Mətin Kazak, Vitautas Landsbergis, Anna İbrisadiç, Edit Herczog, Yevgeni Kirilov kimi deputatların çıxışlarında Azərbaycanın nə qədər önəmli olması və nə qədər irəliyə getməsi öz əksini tapıb.
Növbəti bir məsələyə toxunmaq istəyirəm. Təəssüflər olsun ki, bizdə son zamanlar bir mitinq əhvali-ruhiyyəsi var. Hamı fikirləşir ki, mitinq keçirərək nəyəsə nail olacaq. Amma mitinq keçirməyin də qaydaları olmalı, mədəniyyəti olmalıdır. Meydanın ortasında əlində pivə butulkası tutub mitinq keçirmək olmaz. Ümumiyyətlə, yaxşı olardı ki, Səbail rayonunda bundan ötrü müvafiq yer ayrılması məsələsinə baxılaydı.
Növbəti məsələ. Oqtay müəllim, mətbuatda müxtəlif mövqeləri əks etdirən çoxlu fikirlər yazılır. Amma mən başqa məsələyə toxunmaq istəyirəm. Təəssüflər olsun ki, bizdə bəzi məmurlar özləri problem yaradır və özləri də guya o problemi sonra həll edirlər. Mən çox istərdim, o məmurlar yaddan çıxarmasınlar ki, bu gün hansı mövqeyə çatıblarsa, bu, cənab Prezidentin onlara göstərdiyi etimada görə olub.
Biz Azərbaycan gəncləri olaraq Eurovision ilə bağlı onu yekdilliklə deyə bilərik ki, Eurovision mahnı müsabiqəsində çox yüksək səviyyədə iştirak edəcəyik. Biz imkan vermərik ki, hansısa qüvvələr bu tədbiri pozmağa çalışsınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Mən müxtəsər olaraq bir neçə məsələ ilə bağlı fikrimi demək istəyirəm. Birincisi, Bakıda son vaxtlar bütün şəhərin qazılması məsələsi xalqı ciddi şəkildə narahat edir. Belə təsəvvür yaranır ki, Bakıda, ümumiyyətlə, illər uzunu heç bir iş görülməyib, bütün işləri son aylara saxlayıblar. Son aylarda şəhərin hər tərəfi qazılır. Hər tərəfdə səki daşları dəyişilir. Nə olub, bunun hamısı indiyə qalıb? Bilirsiniz, çox ciddi narazılıq var, camaat yollardan keçə bilmir.
Rayonlarda da təxminən Bakıdakı kimidir. Rayona yeni icra başçısı təyin olunanda onun ən ciddi yeniliyi ondan ibarət olur ki, əvvəlki icra başçısının tikdiyi divarı söküb yenisini tikir və ya onun qoyduğu daşı çıxarıb yenisini qoyur. Bu ölkədə divar çəkməkdən, səki düzəltməkdən başqa iş yoxdur. Bu pullar hayıf deyil? Bunu istehsalata sərf eləmək əvəzinə nə qədər bu yollara səki daşı düzməyə sərf eləyəcəklər? Bu, xalqın, hər kəsin dediyi fikirdir, mən burada dilə gətirirəm.
İkincisi, burada Eurovisionla bağlı fikirlər səsləndi. Biz dəfələrlə bu Məclisdə demişik... Mənim orada xaricdən gəl-miş mütəxəssis dostlarım işləyirlər. Onlarla söhbət elədim. Orada almaniyalı mütəxəssislər ancaq ümumi rəhbərlik eləyirlər, xarici mütəxəssislər Türkiyədən gələnlər, əsas işi görənlər isə azərbaycanlılardır. Xaricdən gələnlərə üç-beş dəfə artıq maaş verir, azərbaycanlıları isə su qiymətinə – 200, 300, 400 dollara, ya manata işlədirlər. Bizim öz ölkə-mizdə öz insanımız bu qədər aşağılanır. İnsan varsa, vətən var, insan yoxdursa, vətən yoxdur. Bizim hansı sahəyə əl atırsınız, xarici şirkətlərdə, xaricilərin işlədiyi yerlərdə Azərbaycan vətəndaşı aşağılanır.
Milli Məclisdə deyilən sözlərin, nəhayət, bir nəticəsi ol-malıdır. Burada əgər bu məsələlər müzakirə olunursa, bu hansı şəkildəsə o xarici firmalara çatdırılmalıdır. Dünən dostumla görüşmək üçün ora getdim, gördüm, qabaqda bir sədd çəkiblər, heç kəsi də buraxmırlar. Hərbi obyekt deyil, millətin pulu ilə tikilən bir müəssisədir. Bəlkə də təhlükəsizlik lazımdır. Amma Milli Məclisin üzvlərindən və yaxud ölkənin tanınmış ziyalılarından niyə gizlənirik? Gündə ora yüz xarici jurnalist girib-çıxır. Niyə onlardan qorunmurlar, bizdən qorunurlar?
Nəhayət, mən bir şeyi də demək istəyirəm. Bizə çoxlu qonaqlar gələcək, Bakını, xüsusən paytaxtımızın mərkəzini gəzəcəklər. Bəs onlar baxmayacaqlar ki, bu lövhələrdə, reklamlarda bir dənə də Azərbaycan sözü yoxdur? Bunlar düşünməyəcəklər ki, bu hansı ölkənin paytaxtıdır? Burada azərbaycanlılar...
Sədrlik edən. Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Bir neçə məsələ ilə əlaqədar fikirlərimi sizinlə bölüşmək istəyirəm. Burada İqbal bəy məsələ qaldırdı ki, 1998-ci ildə ölüm cəzası ləğv edilib və bu cəzaya məhkum olunmuş insanlara guya Milli Məclisin qərarı ilə ömürlük cəza verilib. Tamamilə yanlış fikirdir. Xahiş edirəm, insanları çaşdırmayın. Əvvəla, 1998-ci il fevralın 10-da ölüm cəzası ləğv olunandan sonra Cinayət Məcəlləsinə dəyişiklik edilib və ölüm cəzası əvəzinə ömürlük cəza salınıb. Amma ömürlük cəzanın kimlərə tətbiq olunması artıq məhkəmənin işidir və həmin insanlar ömürlük cəzaya məhkəmənin hökmü ilə məhkum olunublar. Milli Məclis bəyəm məhkəmə orqanıdır ki, kiməsə ömürlük cəza versin? Xahiş edirəm, bu məsələləri qarışdırmayın.
Fazil bəy burada “siyasi məhbuslar”, “vicdan məhbusları” ilə əlaqədar məsələ qaldırdı. Mən bu məsələyə bir neçə dəfə münasibət bildirmişəm. Hörmətli Fazil bəy, Siz hüquqşünassınız. Mən Sizdən soruşuram, “vicdan məhbusu”nun, “siyasi məhbus”un hüquqi anlayışını verə bilərsinizmi? Verə bilməzsiniz. Heç mən də verə bilmərəm. Çünki beynəlxalq hüquqda belə bir anlayış yoxdur. Bunlar hamısı uydurmadır, Azərbaycanın inkişafını istəməyənlərin ona təzyiq vasitəsidir. Azərbaycana başqa yolla təsir eləyə bilmirlər, bu yolla təsir etməyə çalışırlar.
Avropa Şurasında, NATO-nun Parlament Assambleyasında Venesiya Komissiyasının nümayəndələri ilə, hüquqşünas alimlərlə dəfələrlə söhbətlərimiz olub. Deyirəm, siz alimsiniz, hüquq elmləri doktorusunuz, professorsunuz, deyin görək, hansı ölkənin məcəlləsində, yaxud hansı bir beynəlxalq sənəddə bu anlayış var ki, biz də bunu oradan götürək, tətbiq eləyək. Bu anlayış yoxdur, bu əlamətin, bu tərkibin əlamətləri yoxdur. Siz “vicdan məhbusu” anlayışını haradan götürürsünüz? Belə şeylər yaramaz axı, biz hüquqşünasıq, gəlin, konkret Cinayət Məcəlləsi ilə, beynəlxalq hüququn işlətdiyi konkret normativ hüquqi sənədlərlə danışaq. Yoxsa elə çıx ora, qışqır, siyasi məhbus, vicdan məhbusu. Belə olmaz, axı. Bunun qaydası var, oturaq, fikirləşək.
Bir dəfə Bakıda nümayəndələr olanda bununla əlaqədar söhbətimiz oldu. Mənə dedilər ki, bilirsiniz, bu “siyasi məhbus” haqqında Avropa hüquqşünaslarının subyektiv fikirləri var. Biz onu əsas götürüb belə qərara gəlirik ki, Azərbaycanda, ya başqa bir ölkədə siyasi məhbus var. Biz də cavab verdik ki, mən də bu ölkənin hüquqşünasıyam, özü də pis hüquqşünas deyiləm, deyilənlərə görə yaxşı hüquqşünasam. Mən də elə o cür deyə bilərəm ki, Amerika Birləşmiş Ştatlarında, Fransada və ya İngiltərədə siyasi məhbuslar var. Bu da mənim subyektiv fikrimdir. Məhkəmə mənim subyektiv fikrimi əsas götürə bilməz axı. Məhkəmə normativ hüququ əsas götürməlidir və deməlidir ki, sənin əməlin filan əlamətlərə uyğun gəldiyinə görə siyasi məhbus və ya vicdan məhbususan. Nə qədər gedəcək bu söhbətlər? Mənasız söz-söhbətlərdir. Mən təəssüf edirəm ki, bu işə müxalifət cəbhəsindən hətta hüquqşünaslar da qoşulurlar. Heç olmasa, siz bunu anlayırsınız axı.
Sonra, burada Eurovision ilə bağlı fikirlər səsləndi. Mən də görürəm, son vaxtlar bu məsələ ilə əlaqədar həm beynəl-xalq mətbuatda, həm də bizim daxili mətbuatda spekulya-siyalar çoxdur. Bakıda aparılan abadlıq işlərini Eurovision ilə əlaqələndirirlər. Həm Azərbaycan Respublikası, həm də Bakı şəhəri üzrə sosial-iqtisadi inkişaf proqramı təsdiq edi-lib. 2013-cü ilə qədər Bakı şəhərində quruculuq, abadlıq işləri, infrastruktur məsələləri, hamısı həll olunmalıdır. Eurovision bir aydan sonra olacaq, ondan sonra olmayacaq. Bəyəm biz işimizi dayandırmalıyıq? Yaxud Sumqayıtda xəz-dəri fabrikinin tikilməsi haqqında cənab Prezident fərman verib. Bunun Eurovision ilə nə əlaqəsi var? Bu bizim ölkəmizin sosial-iqtisadi inkişaf proqramının tələblərinə uyğun olaraq gördüyümüz işlərdir. Bu işlər hələ bundan sonra da davam edəcək. Ona görə bu məsələni bu qədər siyasiləşdirməyin heç bir adı yoxdur.
Mən hesab edirəm ki, bu gözəl tədbir Azərbaycanın tari-xində unikal hadisələrdən biridir. Müstəqilliyimizin çox az yaşı olmasına baxmayaraq, Azərbaycan musiqisinin qüdrətidir ki, bu tədbir Azərbaycana düşdü. Biz bundan istifadə eləyib Azərbaycanı təbliğ eləmək, dünyaya bir daha tanıt-maq əvəzinə gözəl bir musiqi hadisəsinə kölgə salırıq.
Mən hesab edirəm ki, vicdanı olan hər bir Azərbaycan vətəndaşı öz dövlətinin quruculuğunda daim iştirak eləməlidir. Quruculuq deyəndə bura mədəniyyət də, incəsənət də, rəssamlıq da, ədəbiyyat da daxildir. Yəni hər bir insan bacardığı qədər bu işə töhfə verməlidir. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siz “unikal” sözünü işlətdiniz, amma bizdə də Azərbaycanın uğurlarına sevinməyən “uni-kal” insanlar var.
Z.Əsgərov. Təəssüf ki, var, bəli.
Sədrlik edən. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri! Burada Avropa musiqi yarışması ilə əlaqədar fikirlər səsləndi. Mən də istərdim, bu məsələyə bir neçə cümlə ilə toxunum. Bakıda keçiriləcək Avropa musiqi yarışması 57-ci musiqi yarışması olacaq. İndiyə qədər ayrı-ayrı ölkələrdə 56 belə musiqi yarışması keçirilib. Bir araşdırma aparmışıq, məlum olub ki, 56 ölkənin heç birində musiqi yarışması ərəfəsində Azərbaycanda olduğu qədər belə süni ajiotaj yaradılmayıb.
Bunun səbəbi nədir? Bunun səbəbini, mənə elə gəlir ki, möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin iclasında çox tutarlı şəkildə bildirdi. Azərbaycana qarşı informasiya müharibəsinin aparılması, bu dairələrin əsas niyyəti və məqsədi. Buna heç nə əlavə eləməyə ehtiyac duymuram. Sadəcə, onu demək istəyirəm ki, çox təəssüf, ölkəmizin daxilində bəzi dairələr Azərbaycanın milli maraqlarına zidd olan dairələrlə birlikdə sinxron şəkildə fəaliyyət göstərirlər.
Milli maraq böyük anlayışdır. Bunu hər kəs bilməlidir. Avropa musiqi yarışmasının Bakıda keçirilməsi milli maraq baxımından, əlbəttə, çox böyük əhəmiyyət kəsb edir. Bu, ideoloji hadisədir. Bu, işğalçı Ermənistan üzərində mənəvi üstünlüyümüzü göstərən hadisədir. Bundan hər bir azərbaycanlı qürur duymalıdır. Bunu hansı hakimiyyətin keçirməsi, kimin hakimiyyətdə olması dövründə keçirilməsi əsas deyil. Əsas odur ki, bu, Azərbaycanda keçirilir.
Çox təəssüf ki, bizim mətbuatda indi də bunun əleyhinə yazılar gedir, müraciətlər edilir. Azərbaycanda görülən, Bakıda görülən quruculuq-abadlıq işləri ilə əlaqədar baş verən hadisələr şişirdilir. Jurnalistləri xüsusi kasta kimi göstərmək istəyirlər, xarici internetlərə məlumatlar verirlər. Əlbəttə, bu, yolverilməzdir.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Şuşa şəhərinin işğalının 20 illiyi ilə əlaqədar cənab Prezidentin xüsusi sərəncamı olub. Cənab Sədr, hesab edirəm ki, biz də Milli Məclis olaraq bununla bağlı müəyyən işlər görməliyik. Yə-qin ki, Sizin bununla əlaqədar nəzərdə tutduğunuz işlər var. Ancaq mən təklif edərdim ki, Şuşanın işğalının 20 illiyi ərəfəsində biz ayrı-ayrı beynəlxalq təşkilatlara parlament adından müraciət göndərək. Bir də, mümkünsə, məsləhətləşmələr aparıb işğal olunmuş ərazilərimizin statusunu müəyyənləşdirən qanun üzərində işləyək. Ola bilər, kimsə bununla əlaqədar polemika açsın, fikir mübadiləsi etsin və sair. Amma mən düşünürəm ki, işğal olunmuş torpaqların statusu ilə bağlı bir qanun qəbul eləmək, qərar qəbul eləmək lazımdır ki, o ərazilərdə kimlərsə – xarici təşkilatlar və sair iş görə bilməsin. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Yarım saat keçdi. Təkid elə-yən yoxdursa, Elman Məmmədova söz verim, keçək gündəliyə.
E.Məmmədov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputat həmkarlarım! Bir qədər əvvəl burada belə bir fikir səsləndi ki, bir beynəlxalq təşkilat öz hesabatında Azərbaycanın sürətlə silahlanmasından bəhs edir. Sual olu-nur, bu beynəlxalq təşkilatlar bilmirlər ki, Azərbaycan niyə silahlanır? Beynəlxalq təşkilatlar havadarlıq elədikləri cinayətkar terrorçu dövlətin ipini niyə çəkmirlər ki, sən Azərbaycan ərazilərini işğaldan azad elə, Azərbaycan da silahlanmasın? Beynəlxalq təşkilatlar heç vaxt hesabatlarında göstərmirlər ki, Ermənistana müxtəlif dövlətlərdən, müxtəlif mənbələrdən verilən külli miqdarda silah-sursat, 500-dən çox tank Azərbaycanın işğal olunmuş ərazilərində, Dağlıq Qarabağ ərazisində gizlədilib saxlanılır. Beynəlxalq təşkilatlar bunları demirlər.
Biz bunların dediklərinə bəzən həddindən artıq əhəmiyyət veririk. Biz ancaq bir şeylə maraqlanmalıyıq – bunlar kim tərəfindən yaradılır, kim tərəfindən idarə olunur və kim tərəfindən maliyyələşdirilir. Erməni dediyini deyir, bunlar da erməninin çaldığı tütəyə züy tuturlar, Azərbaycanın inkişafını görmək istəmirlər. Ancaq Azərbaycanın silahlanması bunların gözünə girir. Bu beynəlxalq təşkilatlar niyə onu qeyd eləmirlər ki, Ermənistan ortada oturub Azərbaycanın işğal olunmuş ərazilərindən tranzit kimi istifadə eləyərək Rusiyanın silahını alıb Şərqə satır, Şərqin bütün narkotikasını alıb bunları zəhərləməkdən ötrü Avropaya göndərir? Bunu niyə demirlər?
Beynəlxalq təşkilatlar belə təlaş, təşviş hissi keçirirlərsə, Azərbaycanın haqq işini müdafiə eləsinlər, işğal edilmiş torpaqlar işğaldan azad olunsun və Azərbaycan silaha verdiyi pulu başqa istiqamətlərə yönəltsin. Mən demək istəyirəm ki, biz bu məsələ ilə bağlı narahatçılıq keçirməməliyik. Biz ordumuzu günü-gündən gücləndirəcək, dünyanın ən müasir silahları ilə təchiz edəcəyik. Çünki biz hər an müharibəyə hazır olmalıyıq, bunu da gözləyirik. Sağ olun.
Sədrlik edən. Keçirik gündəliyə. Gündəliyin birinci mə-sələsi. “İnformasiya əldə etmək haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Oqtay müəllim, etiraz etməsəniz, mən birinci və ikinci məsələləri birlikdə təqdim edərəm. Çünki bir-biri ilə üzvi surətdə bağlıdır.
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Bildiyiniz kimi, İnsan hüquqları üzrə mü-vəkkil (ombudsman) haqqında Konstitusiya Qanunu mövcuddur. Bir müddət öncə biz o Konstitusiya Qanununa dəyişiklik elədik və informasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı səlahiyyətlər də ombudsmana verildi. Beləliklə, informasiya əldə etməklə bağlı meydana çıxan problemlərin, hüquqpozmaların qarşısının məhz ombudsman tərəfindən alınması təmin olundu. Hesab edirəm ki, Konstitusiya Qanununa etdiyimiz bu dəyişiklik və əlavələr çox əhəmiyyətli idi.
İndi həmin Konstitusiya Qanununun tətbiqi ilə bağlı digər iki qanuna – Cəzaların İcrası Məcəlləsinə və “İnformasiya əldə etmək haqqında” Qanuna əlavələr və dəyişikliklər edirik. Birinci əlavədə informasiya sorğusunun icrasından imtina edilməsi və ya onun lazımınca icra edilməməsi barədə şikayətə məhz insan hüquqları üzrə müvəkkil təsisatı tərəfindən baxılması qeyd olunur, eyni zamanda, “informasiya məsələləri üzrə müvəkkil” sözləri çıxarılır, çünki artıq belə bir müvəkkil yoxdur. Bu müvəkkilin səlahiyyətləri ombudsman tərəfindən həyata keçirilir.
Cəzaların İcrası Məcəlləsində edilən əlavə və dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, biz xatırlatdığım Konstitusiya Qanununda İnsan hüquqları üzrə müvəkkil təsisatına, eyni zamanda, Milli preventiv qrupun yaradılması ilə bağlı səlahiyyət vermişik. Bu, İşgəncə Əleyhinə Avropa Konvensiyasının ratifikasiyasından sonra üzərimizə götürdüyümüz öhdəlik idi. İndi o Milli preventiv qrup yaradılmışdır və ombudsman təsisatının nəzdindədir. Amma həmin o Konvensiyanın tələblərindən və artıq Konstitusiya Qanununun müddəalarından biri də ondan ibarətdir ki, Milli preventiv qrupun üzvləri istənilən vaxt cəzaçəkmə müəssisəsinə xəbərdarlıq etmədən, əvvəlcədən demədən maneəsiz daxil olub, orada saxlanılan şəxslərin vəziyyəti ilə tanış ola bilərlər.
Cəzaların İcrası Məcəlləsinə edilən bu əlavədə, yəni 22-ci maddədə İnsan hüquqları üzrə müvəkkilin səlahiyyətləri ilə bağlı bir dəyişiklik edilir. Burada deyilir ki, müvəkkilin (ombudsmanın) cəzaçəkmə müəssisəsinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır. Amma bir daha xatırladıram, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında Qanunda belə bir hüquq artıq mövcuddur. Biz, sadəcə olaraq, bunu Cəzaların İcrası Məcəlləsinə köçürmüş oluruq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Onda xahiş edirəm, gündə-liyin birinci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.45 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Gündəliyin ikinci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.46 dəq.)
Lehinə  90
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Psixiatriya yardımı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Buyursun Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov.
İ.Məmmədov, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Qeyd etmək istəyirəm ki, bu qanun layihəsi “Psixiatriya yardımı haqqında” Qanunun “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Konstitusiya Qa-nununa dəyişiklik edilməsi barədə 2011-ci il 24 iyun tarixli qanuna uyğunlaşdırılması məqsədini daşıyır. Belə ki, “Psi-xiatriya yardımı haqqında” Qanuna aşağıdakı məzmunda 42.1-ci maddə təklif olunmuşdur: “Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən psixiatriya müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerdə saxlanılmasının qanu-niliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, psixiatriya müəssisələrinin rəhbərliyi tərəfindən tə-xirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin psixiatriya müəssisələrinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır”.
Göründüyü kimi, psixiatriya müəssisələrinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ istisna olmaqla Milli preventiv qrup üzvləri ombudsmanın səlahiyyətlərindən istifadə edə bilərlər. Qanuna edilən dəyişikliyin də mahiyyəti məhz bundan ibarətdir. Hörmətli deputat həmkarlarım, sizi qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Buyursun Sədaqət Vəliyeva.
S.Vəliyeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu qanunda dəyişikliklər edilməsinin, həqiqətən, zəruri olduğunu qeyd etmək istəyirəm. Çünki mən 30 ildən artıq təcrübəsi olan bir həkim kimi həmin xəstələrin nə dərəcədə böyük köməyə ehtiyacı olduğunu yaxşı bilirəm. Bu insanlar qapalı müəssisədə saxlanılarkən bəzən hətta onların valideynləri belə onlardan imtina edirlər. Onların bu vəziyyətindən istifadə edən insanlar bəzən onların hüquqlarını pozmağa cəhd edir, onları yaşayış yerlərindən məhrum etməyə çalışırlar.
Mən bu yaxınlarda belə bir hadisə ilə rastlaşdım. Ata öz oğlunu evə qəbul eləməkdən imtina edir və məndən tələb edirdi ki, oğlu xəstəxanadan buraxılmasın. Əgər öz valideyni bu hərəkəti edirsə... Hətta qəyyumlar da bəzən bu xəstələrə belə münasibət göstərirlər. Mən hesab edirəm, bu dəyişikliklər çox düzgündür. Millət vəkillərindən xahiş edirəm ki, buna səs versinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, dəyişikliklərə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.51 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Azərbaycan Respublikası Silahlı Qüv-vələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin “Hauptvaxt haqqında” 4 saylı əlavəsində dəyişiklik edilməsi barədə. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlü-kəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Cənab Sədr, mahiyyət etibarilə bu qanun layihəsi də cənab Prezident tərəfindən bir məktubla daxil olmuş qanun layihələri ilə eynidir. Yəni söhbət “Hauptvaxt haqqında” 4 saylı əlavəyə dəyişiklikdən gedir. Buraya 5-1-ci maddə əlavə olunur. Həmin maddədə deyilir ki, adı çəkilən Milli preventiv qrupun hauptvaxtlara daxil olmaq və orada nəzarəti həyata keçirmək hüququ var. Bu, eyni zamanda, ombudsmanın bu mənada səlahiyyətlərinin genişləndirilməsi ilə bağlıdır. Bilirsiniz ki, biz 2011-ci il iyun ayının 24-də İnsan hüquqları üzrə müvəkkil haqqında Konstitusiya Qanununa dəyişikliklər, əlavələr elədik. Qarnizon və qarovul xidmətləri nizamnaməsinin “Hauptvaxt haqqında” 4 saylı əlavəsinə dəyişiklik də onu həmin Konstitusiya Qanununa uyğunlaşdırmaq nöqteyi-nəzərindən edilir. Xahiş edirəm, bu məsələyə müsbət münasibət bildirəsiniz.
Sədrlik edən. Başqa fikir yoxdursa, xahiş edirəm, müna-sibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.53 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  93
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.

Növbəti məsələ. Azərbaycan Respublikasının Seçki Mə-cəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, 5-ci məsələ 6-cı və 7-ci məsələlərlə birbaşa bağlıdır. Əgər etiraz etmirsinizsə, hər üç məsələ barədə birgə məruzə edim.
Beşinci məsələ, yəni Seçki Məcəlləsinə təklif olunan də-yişikliklər ilə bağlı onu deyə bilərəm ki, bu, birmənalı olaraq Məcəllədə referendum üzrə təşviqat qrupunun qeydə alınması, vətəndaşın seçki hüquqlarının pozulmasının aradan qaldırılması və sair ilə əlaqədar olan müddətlərin qısaldılmasına yönəlib. Ümumiyyətcə, hər zaman Seçki Məcəlləsi ilə bağlı tövsiyələr belə olub ki, müddətlər mümkün qədər qısa olsun. İndi də bilirsiniz ki, Mərkəzi Seçki Komissiyası, yerlərdə dairə və məntəqə komissiyaları, onların katiblikləri müasir informasiya texnologiyaları ilə təmin olunub. Ona görə də biz Məcəllədə göstərilən müddətlərin qısaldılmasını mümkün hesab edirik.
İkinci məsələ İnzibati Prosessual Məcəllədə edilən dəyişiklikdir. Bu da birbaşa seçki prosesi ilə bağlıdır. İndiyə qədər hüquq ictimaiyyəti seçki hüquqlarının müdafiəsi ilə bağlı işlərə hansı məhkəmələr tərəfindən baxılması ilə bağlı müzakirələr aparırdı. Hazırda bu işləri ümumi yurisdiksiyalı məhkəmələr araşdırır. Amma bir müddət öncə İnzibati Prosessual Məcəllə qəbul olundu və Azərbaycanda inzibati-iqtisadi məhkəmələr fəaliyyət göstərməyə başladı.
Əslində, seçki də bir inzibati prosesdir. Bəs bu təqdirdə vətəndaşla və yaxud siyasi partiya ilə seçki komissiyaları arasında mübahisələri hansı məhkəmələr araşdırmalıdır? Hesab edirəm, düzgün olaraq qərar qəbul olundu ki, bunu məhz inzibati-iqtisadi məhkəmələr araşdırmalıdır. Bu layihə də elə həmin problemi həll etmiş olur. Burada təklif olunur ki, İnzibati Prosessual Məcəllədə inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılan işlər kateqoriyasına Seçki Məcəlləsinin XVIII fəslində nəzərdə tutulmuş məsələlər də aid olunsun. Beləliklə, seçki hüquqlarının müdafiəsi ilə bağlı işlərə inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılacaq.
Məlumat üçün deyim ki, inzibati-iqtisadi kollegiyalar apellyasiya instansiyalı məhkəmələrin nəzdində yaradılmışdır. Yəni o daha səlahiyyətli və daha yüksək instansiyalı məhkəmədir.
Nəhayət, üçüncü məsələ, Mülki Prosessual Məcəlləyə edilən dəyişiklik. Bu dəyişiklik əvvəlki dəyişikliklə birbaşa bağlıdır. Çünki biz artıq o məsələni Mülki Prosessual Mə-cəllədən çıxardıq və bu səlahiyyətlər inzibatı-iqtisadi məh-kəmələrə keçdi. Ona görə təklif olunur ki, 34-cü maddənin ikinci cümləsi çıxarılsın və ikinci bölmənin ikinci yarım-bəndi ləğv edilsin. Çünki bütün bu məsələlər artıq İnzibati Prosessual Məcəlləyə keçir. Ona görə də Mülki Prosessual Məcəllədə seçki hüquqlarının müdafiəsi ilə bağlı icraatı tənzimləyən yarımbənd, ümumiyyətcə, ləğv olunur. Diqqə-tinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də bu dəyişiklikləri təqdirəlayiq hesab edirəm. Mütəmadi olaraq biz İnzibati Xətalar Məcəlləsinə, Mülki Məcəlləyə, digər məcəllələrə əlavələr, dəyişikliklər edirik. Seçki Məcəlləsində də bir çox dəyişikliklərə ehtiyac duyulur. Hesab edirəm ki, indi olmasa da, gələcəkdə komitə bu məsələ haqqında düşünməlidir. Seçki Məcəlləsinin də müəyyən dərəcədə təkmilləşdirilməsi üçün müəyyən addımlar atılmalıdır.
Cənab Prezidentin bir sıra fərman və sərəncamlarında yeni informasiya-kommunikasiya texnologiyalarına uyğunlaşdırma və digər məsələlər qaldırılır, bu məsələlərin həlli üçün ayrı-ayrı strukturlar qarşısında vəzifələr qoyulur. Ke-çən dəfə biz Seçki Məcəlləsindəki müddətlərlə bağlı qərar qəbul elədik. Lakin Seçki Məcəlləsində köhnədən qalan bəzi digər müddəaların da dəyişdirilməsinə ehtiyac var. Məsələn, Seçki Məcəlləsində deyilir ki, imza toplandıqdan sonra imza vərəqəsini imzalayan müvafiq səlahiyyətli nümayəndə imzasının qoyulması tarixini də göstərməlidir. Buna nə ehtiyac var? Onsuz da Məcəllədə imza vərəqələrinin müvafiq seçki komissiyasından nə vaxt alınıb nə vaxt təhvil verildiyi göstərilib. Yəni bu artıq köhnəlmiş bir müddəadır.
Bilirsiniz ki, indi bütün şəxsiyyət vəsiqələrinin qeydiy-yatı, nömrəsi barədə məlumatı istənilən kompüterə girməklə əldə etmək mümkündür. Seçki Məcəlləsində deyilir ki, imza vərəqəsində şəxsiyyət vəsiqəsinin nömrəsi, seriyası və verilmə tarixi göstərilməlidir. Bu verilmə tarixi istər ayın 15-i olsun, istər 25-i olsun, bunun məsələyə nə aidiyyəti var? Nömrəsi var, seriyası var, istənilən vaxt bunu kompüter vasitəsi ilə yoxlamaq olar.
Növbəti il Azərbaycanda prezident seçkiləri ilidir. Ona görə mən istəyirəm ki, bu il Seçki Məcəlləsinə bir neçə başqa dəyişikliklər də edilsin. Məsələn, seçki qərargahlarının yaranması, strukturu. Hər bir namizəd deyir, mənim seçki qərargahım. Lakin Seçki Məcəlləsində bunun heç bir hüquqi statusu müəyyənləşdirilməyibdir. Təbii ki, orada səlahiyyətli nümayəndələr, vəkillər və digər şəxslər var. Amma ümumilikdə seçki qərargahının strukturu anlayışı Seçki Məcəlləsində yoxdur. Ola bilər ki, istənilən bir şəxs bir il öncədən öz seçki qərargahını yaradır və hazırlıq işlərini görür. Bu baxımdan mən hesab edirəm, seçki qərargahlarının yaranması və onların hüquqi statusu Seçki Məcəlləsində öz əksini tapmalıdır.
Bir məsələ də namizədin irəli sürülməsi müddəti ilə bağlıdır. Namizəd nə vaxt irəli sürülə bilər, seçki elan olunanda, ya elan olunmazdan qabaq? Məsələn, Amerika Birləşmiş Ştatlarında seçkilərə bir il, il yarım qalmış partiyalar namizədlərini irəli sürür və artıq təbliğat işlərinin aparılması, araşdırma, ərazinin, problemlərin öyrənilməsi və sair başlanır. Bizdə dəqiq göstərilməyib ki, bu işlər seçki elan olunandan qabaq və ya sonra aparılmalıdır. Bu isə müəyyən məsələlərdə problemlər yaradır.
Seçki kampaniyasının maliyyələşdirilməsində də dəqiq-ləşdirilməli məsələlər var. İndi biz “Siyasi partiyalar haqqında” Qanunu yenidən işləyərkən bu məsələlərə baxacağıq. Amma bu, Seçki Məcəlləsində də var. Burada deyilir ki, seçki ilə əlaqədar vəsait seçkiyə qədər, yəni seçki elan olunandan sonra 45 gün müddətində toplanmalıdır. 45 günə nə maliyyə toplayıb seçki kampaniyası aparmaq olar?
Mən hesab edirəm, Seçki Məcəlləsində biz bu məsələləri müasir standartlara uyğunlaşdırmalıyıq. Bu məsələlərlə bağlı biz gələcəkdə komitəyə yazılı təkliflər də verə bilərik. Təbii ki, bu məsələlərə baxılarkən aidiyyəti strukturlarla da məsləhətləşmələr aparılacaq və gələcəkdə başqa təkliflərimiz də olacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bəzən bir qanuna demokratik yönlü bir bəndin salınması onun təsiri altına düşən daha bir neçə qanunda müvafiq dü-zəlişlər edilməsinə səbəb olur ki, bu da gündəlikdəki məsələlərin sayını artırır. Məsələn, bu gün Seçki Məcəlləsinə edilən dəyişikliklər həm İnzibati Prosessual Məcəllədə, həm də Mülki Məcəllədə bəzi maddələrin dəyişdirilməsinə və yeni maddələrin tətbiq edilməsinə gətirib çıxarır.
Cəmiyyətdə, ölkədə ən çox seçki ilə bağlı məsələlər müzakirə predmeti olur. Seçki dövrlərində və sonrakı dövrlərdə bu, davamlı olaraq mətbuatda gedir. Bu gün Seçki Məcəlləsinə etmək istədiyimiz bu əlavələr məhz ona yönəlib ki, seçkilər müddətində vətəndaşlar öz seçki hüquqlarından istifadə edərək məhkəməyə və ya Mərkəzi Seçki Komissiyasına etdikləri müraciətə cavabı konkret bir vaxtda, konkret bir müddətdə ala bilsinlər.
Mən hesab edirəm ki, bugünkü dəyişikliklər vətəndaşların seçki hüququnun daha da genişləndirilməsinə və bu hüquqdan vətəndaşların daha çox bəhrələnməsinə xidmət edir. Məsələn, 60-cı maddədə təklif olunan variantda məsələlərin həlli üçün artıq saatla müddət qoyulub – 24 saat. Seçki gününə 30 gündən az qalmış şikayətlərə iki gün müddətində baxılması, ekspert rəyinin verilməsindən dərhal sonra Mərkəzi Seçki Komissiyası tərəfindən qərarların 18 saatdan gec olmayaraq elan olunması da, hesab edirəm ki, vətəndaşların seçki hüquqlarının daha yaxşı təmin olunmasına xidmət edən müddəalardır.
İnzibati Prosessual Məcəlləyə edilən dəyişikliklər vətəndaşların seçkilərlə bağlı şikayətlərinə hansı məhkəmədə və hansı müddətdə baxılmasını tənzimləyir. Hesab edirəm ki, bu dəyişikliklər nəinki Azərbaycan seçiciləri, həm də beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndiriləcəkdir.
Təbii ki, biz bu əlavələri etdikdən sonra Mülki Prosessual Məcəllədən xeyli müddəaları çıxarmalıyıq. Çünki proseslər artıq İnzibati Prosessual Məcəllə ilə və Seçki Məcəlləsinə edilən dəyişikliklərlə tənzimləndiyinə görə Mülki Məcəllədə müəyyən bəndlərin saxlanmasına ehtiyac qalmır.
Hər üç qanun indi, yəqin, birlikdə səsə qoyulacaq. Xü-susilə Seçki Məcəlləsinə edilən dəyişikliklər vətəndaşların seçki hüquqlarından daha çox bəhrələnməsinə və seçki prosesləri zamanı razılaşa bilmədikləri məqamların demokratik dövlətlərdə olduğu kimi, məhkəmə qaydasında operativ həllinə yönəldiyi üçün mən bu təklifi alqışlayıram və həmkarlarımı da buna səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, gündəliyin 5-ci məsələsinə – Seçki Məcəlləsində dəyişikliklər edilməsi barəsində layihəyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.06 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1  
İştirak edir  94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 6-cı məsələsinə – Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.06 dəq.)
Lehinə  88
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  88
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
7-ci məsələyə – Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.07 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1  
İştirak edir  93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, Çingiz Qənizadənin söylədiyi kimi, həqiqətən, elə olur ki, bir qanun qəbul edilərkən onunla bağlı bir neçə qanuna dəyişiklik edilir. Gündəliyimizdəki növbəti 14 qanun layihəsi də bu qəbildəndir. “Torpaqların dövlət ehtiyatları üçün alınması haqqında” Qanuna dəyişikliklə bağlı 14 qanunda dəyişiklik edilir. Mən xahiş etmişdim ki, hər komitə özünün baxdığı qanunları qruplaşdırıb bir yerdə təqdim etsin. Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələrinə Aqrar siyasət komitəsində baxılıb. Eldar Quliyev, buyurun.
E.Quliyev, Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavini.
Çox sağ olun. Cənab Sədr, icazə versəydiniz, 8-ci və 9-cu məsələləri mən ardıcıl deyərdim, ayrı-ayrılıqda səsverməyə qoyardıq.
Sədrlik edən. Buyurun.
E.Quliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkillə-ri! “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarını bu qanuna uyğunlaşdırmaq üçün 14 qanun layihəsində dəyişikliklər edilməsi təklif olunur.
Azərbaycan Respublikasının Meşə Məcəlləsində iki dəyişiklik nəzərdə tutulur. Birincisi, “Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin əsasları” adlanan 20-ci maddənin ikinci hissəsinin yeddinci abzasından, yəni “meşə fondu sahələri dövlət ehtiyacları üçün geri alındıqda” cümləsindən “geri” sözü çıxarılır. İkincisi, “Meşə fondu istifadəçilərinin hüquqlarının müdafiəsi” adlanan 51-ci maddənin ikinci hissəsinə “Mülki Məcəlləsində” sözlərindən sonra və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri əlavə edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində aşağı-dakı 7 dəyişikliyin edilməsi nəzərdə tutulur:
1) “Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri” adlanan 6-cı maddənin birinci hissəsinin dördüncü bəndində “ehtiyaclarının təmin edilməsi məqsədilə geri alınması” sözləri “ehtiyacları üçün alınması” sözləri ilə əvəz edilir.
2) “Torpaq fondunun istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri” adlanan 38-ci maddənin beşinci abzasında “bu Məcəllədə” sözləri “qanunla” sözü ilə əvəz edilir və həmin abzasdan “geri” sözü çıxarılır.
3) “Torpaq sahələrinin geri alınması” adlanan XIV fəslin adı dəyişdirilərək “Torpaqların dövlət ehtiyacları üçün alınması” adlandırılır.
4) “Torpaq sahələrinin geri alınmasının ümumi qaydaları” adlanan 70-ci maddə tamamilə dəyişdirilərək aşağıdakı redaksiyada verilir:
“Maddə 70. Torpaqların dövlət ehtiyacları üçün alınması.
Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyac-ları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”.
5) “Torpaq sahələrinin tikinti altına verilməsi üçün geri alınması şərtləri” və “Torpaq sahələrinin geri alınması ilə əlaqədar məsələlərin baxışı zamanı hüquqi və fiziki şəxslərin iştirakı” adlanan 71-ci və 72-ci maddələr çıxarılır.
6) “Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları” adlanan 73-cü maddənin 1-ci bəndinin on birinci abzasında “dövlət ehtiyacları üçün torpaq sahələrinin geri alınması zəruriliyi qanunla müəyyən edildikdə” sözləri “dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda” sözləri ilə əvəz edilir.
7) “Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarə-çilərinin hüquqlarının müdafiəsi və təminatı” adlanan 84-cü maddənin 5-ci və “Torpağın bazar qiymətinin formalaş-masının əsasları” adlanan 96-cı maddənin 6-cı bəndləri çıxarılır.
Millət vəkillərindən xahiş edirəm, bu dəyişikliklərə səs versinlər. Sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
müavini  B. Muradova  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Eldar müəllim. Elmira Axun-dova.
E.Axundova. Hörmətli Bahar xanım, mənim qeydlərim 10-cu və 13-cü məsələlərə aiddir. İndi Oqtay müəllim dedi ki, bütövlüklə danışandan sonra biz...
Sədrlik edən. İki qanun təqdim olundu. Bununla bağlı Sizin sözünüz yoxdursa, bunları səsə qoyaq.
E.Axundova. Bunlarla bağlı sözüm yoxdur.
Sədrlik edən. Onda səsə qoyuruq. 8-ci məsələ – Azər-baycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi səsə qoyulur.

Səsvermənin nəticələri  (saat 13.12 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  92
Nəticə: Qəbul edildi

Qəbul olundu.
9-cu məsələ – Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi səsə qoyulur.

Səsvermənin nəticələri  (saat 13.13 dəq.)
Lehinə  85
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  85
Nəticə: Qəbul edildi

Qəbul olundu.
10-cu məsələ – Azərbaycan Respublikasının Mülki Mə-cəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Bahar xanım. Bizim komitədə bu məsələ ilə bağlı dörd layihəyə baxılıb. Bunlar gündəlikdəki 10-cu, 11-ci, 13-cü və 18-ci məsələlərdir. Səsvermədə, xahiş edirəm, nəzərə alasınız. Bütövlükdə isə hörmətli Eldar Quliyevin təqdimatının davamı kimi qeyd etmək istəyirəm ki, bütün bu qanunlara edilən əlavə və dəyişikliklərin yeganə mahiyyəti artıq qüvvədə olan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının digər məcəllə və qanunlara köçürülməsi, yəni ora tətbiq olunmasıdır.
10-cu məsələnin – Mülki Məcəlləyə edilən dəyişikliklərin mahiyyəti də ondan ibarətdir ki, indiyə qədər bu məsələlər, yəni mülkiyyətin müdafiəsi, torpaqların dövlət ehtiyacları üçün alınması kimi məsələlər Mülki Məcəllədə müvafiq qaydada tənzimlənirdi. İndi artıq yeni qanun bunu daha dəqiq, daha ədalətli tənzimləyir. Həmin müddəalar Mülki Məcəllədə olan müvafiq maddələrə köçürülür, bəzilərində isə dəyişiklik edilir.
11-ci məsələ İnzibati Xətalar Məcəlləsinə edilən dəyişik-liklərdir. Məsələ burasındadır ki, İnzibati Xətalar Məcəlləsi, eyni zamanda, bu qəbildən olan inzibati xətaların aidiyyəti məsələsini müəyyənləşdirir, yəni bu məsələyə rayon məhkəmələri tərəfindən baxılır. Burada edilən bir əlavə 88-4-cü maddədir. Amma məlumat üçün demək istəyirəm ki, burada bir texniki dəyişiklik baş verib. İstəyirəm ki, stenoqramda öz əksini tapsın. İnzibati Xətalar Məcəlləsinə əlavə edilən maddə 88-4-cü yox, 326-6-cı maddə olmalıdır. Bu barədə qanunvericilik təşəbbüsü subyekti ilə razılaşmışıq. Bu maddə belə adlanacaq: “Torpaqların dövlət ehtiyacları üçün alınması səlahiyyəti verilmiş hər hansı şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə mane olmaq”. Maddəni oxuyuram: “Torpaq-ların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna müvafiq olaraq alınan torpağa daxil olmaq və ya onun üzərində sahibliyin əldə olunması ilə bağlı digər hərəkətləri həyata keçirmək səlahiyyəti verilmiş hər hansı şəxsin səla-hiyyətlərinin həyata keçirilməsinə mane olmağa görə fiziki şəxslər 50 manat miqdarında, vəzifəli şəxslər 100 manat miqdarında, hüquqi şəxslər 200 manat miqdarında cərimə edilirlər”. Mən bunu tam oxudum ki, stenoqrama düşsün. Bu dəyişiklik qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılmışdır.
Gündəliyin 13-cü məsələsi Mənzil Məcəlləsində edilən dəyişikliklə əlaqədardır. Bu dəyişikliyin böyük bir hissəsi, qeyd etdiyim kimi, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunla bağlıdır, yəni həmin müddəalar Mənzil Məcəlləsinə köçürülür. Amma bir dəyişiklik bir qədər fərqlidir. Buraya edilən əlavənin mahiyyəti ondan ibarətdir ki, qəza vəziyyətində olan mənzilin və ya yaşayış binasının bərpası mümkün olmursa, bu, məhkəmə tərəfindən təsdiqlənməlidir. Qəza vəziyyətində olan həmin mənzil və ya yaşayış binası Mənzil Məcəlləsinin müvafiq maddəsinə əsasən açıq hərracda 3 ay ərzində satıla bilər, amma bu müddətdə satılmasa, Məcəllənin müvafiq maddələrində müəyyən edilmiş qaydada dövlət tərəfindən alınmalıdır. Beləliklə, qəza vəziyyətində olan yaşayış binasının bərpası mümkün olmasa, onun alınması ilə bağlı məsələ Məcəllədə tam dəqiqliyi ilə öz əksini tapmış olur.
Nəhayət, gündəliyin 18-ci məsələsi haqqında. Bu məsələ də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tətbiqi ilə bağlıdır. İndiyədək avtomobil yollarının təhkim zolağı və bununla bağlı torpaqların alınması məsələsi Mülki Məcəllə ilə tənzimlənirdi. Amma indi, təbii ki, artıq qeyd etdiyimiz qanun olduğuna görə bu məsələ həm Mülki Məcəllə, həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunla tənzimlənəcək. Yəni əlavə yalnız bir cümlədən ibarətdir. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihələrinin müzakirəsinə başlayırıq. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Təklif olunan qanun layihələri, yəni müvafiq qanunlara edilən dəyişikliklər bu gün Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdəndir. Xüsusilə son zamanlar Bakı şəhərində baş vermiş hadisələr – Sulutəpə qəsəbəsində, Keşlə stansiyasında evlərin dağıdılması və ya köçürülməsi zamanı yaranan problemlər bu qanun layihələrindəki dəyişikliklərə nə qədər ehtiyac olduğunu bir daha üzə çıxardı. Bu qanunlar qəbul olunanda biz öz fikirlərimizi demişdik və bu gün də dediklərimizin üstündə dururuq.
Ümumiyyətlə, dövlət ehtiyacları üçün torpaqların alınmasında əsas iki problem yaranır. Bunlardan biri alınan torpağın, əmlakın qiymətləndirilməsi, ikincisi də dəyərinin ödənilməsidir. Bu iki məsələ öz həllini taparsa, burada, demək olar ki, heç bir problem qalmaz. Çünki insanlar istər torpağın, istərsə də onun üzərində olan əmlakın dəyərinin ödənilməsi ilə əlaqədar çoxlu problemlər yaşayırlar. Bu problemlər bu gün də öz həllini gözləyir.
Son hadisələr göstərir ki, insanlar tikdikləri yaşayış binalarının, yaşadıqları mənzillərin dəyərini ala bilmirlər. Əlaqədar strukturlar belə bəhanələr gətirirlər ki, bunlar qeyri-qanuni tikilib və sair. Azərbaycanda qeyri-qanuni daşı daş üstünə qoymaq mümkün deyil. Yəni daşı daş üstünə qoymaq istəsən, 1 saat sonra sahə rəisi, Mənzil-İstismar İdarəsinin rəisi və sairləri həmin yerdə olacaqlar. Bu evlərin heç biri qeyri-qanuni tikilməyib. İnsanlar yaşamaq üçün özlərinə evlər tikmişlər və indi o evlər dağıdılır. İnsanlar dağıdılan evlərinin dəyərini ala bilmirlər.
Mən bu gün edilən dəyişikliklərin əksəriyyətini qəbul edirəm. Amma bir neçə dəyişikliyə öz münasibətimi bildirmək istəyirəm. Birinci, Azərbaycanda qiymətləndirmə siyasətini, ümumiyyətlə, müəyyənləşdirmək lazımdır. Azərbaycanda “Qiymətləndirmə haqqında” Qanun var. Amma o qanun artıq köhnəlib, bu gün Azərbaycanda gedən iqtisadi inkişafın tələblərinə cavab vermir. O qanunda çox ciddi dəyişikliklər etmək lazımdır. Azərbaycanda qiymətləndirmə ilə əlaqədar güclü mütəxəssislər yoxdur. Qiymətləndirmə adi bir problem deyil, adi problem olsaydı, onu istənilən iqtisadçı mütəxəssis həll edə bilərdi.
Mən təklif edirəm ki, “Qiymətləndirmə haqqında” Qanun yenidən işlənib hazırlansın və qəbul edilsin. Belə bir qanun layihəsi bizim komitədə müzakirəyə çıxarılıb. Onun üzərində iş gedir. Xanhüseyn müəllim bu qanunun müəllifidir. Hesab edirəm, bu qanun üzərində işi sürətləndirmək lazımdır ki, o, mümkün qədər tez qəbul olunsun.
İkinci, dəyərin ödənilməsi məsələsi. Bilirsiniz, hərə bir dəyər qoyur. Torpağın qiyməti var. Biz artıq 20 ildir ki, bazar iqtisadiyyatı sistemində fəaliyyət göstəririk. Torpağın qiymətini bazar müəyyən edir. Torpağın qiymətini heç bir məmur müəyyən edə bilməz. Əgər həmin ərazidə, yaxud ona yaxın ərazidə istər torpağın, istərsə də mənzilin və ya binanın qiyməti müəyyən edilibsə, bazar qiymətini götürüb onunla da camaatla halallaşmaq lazımdır. Yəni dəyərin ödənilməsi məsələsi çox ciddi məsələdir.
Mən nəyə görə bunları deyirəm? Çünki biz bu yaxınlarda Tikinti Məcəlləsinə və Şəhərsalma Məcəlləsinə müəyyən dəyişikliklər edəcək, yeni məcəllə qəbul edəcəyik. Orada da bu məsələlər öz əksini tapmalıdır. Düzdür, Əli Hüseynli bu məcəllənin qəbul edilməsi ilə əlaqədar çox böyük iş görür. Amma biz İqtisadi siyasət komitəsi olaraq bu qanun layihəsində Məcəllənin bu cür qəbul olunmasının tərəfdarı deyilik. Öz fikirlərimizi demişik.
İndi qüvvədə olan Məcəllədə ödəmə ilə əlaqədar olaraq göstərilir ki, dövlət ehtiyacları tələb etdikdə bu, bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özəlləşdirilə bilər. Bu gün biz həmin Məcəllədə dəyişiklik edir və göstəririk ki, qabaqcadan ödəmə olmayacaq. Bunun əvəzini ödəmək üçün biz torpağı özəlləşdirənə 90 gün vaxt veririk. Bu o deməkdir ki, biz indi daha mürtəce bir təklif irəli sürürük. Yəni hansısa bir dövlət orqanı əgər bu torpağı, bu mülkiyyəti alırsa, onun əvəzini 90 gün müddətində ödəyə bilər. Bu, artıq irəliyə yox, geriyə doğru bir addımdır.
Qanun layihəsində bu məsələnin öz əksini bu cür tapması mənə çatmır. Ümumiyyətlə, mən başa düşə bilmirəm ki, niyə belə olmalıdır. Qüvvədə olan qanunda hələ əvvəldən ödəmə ola-ola biz onu həyata keçirə bilmiriksə, yəni ödəmə olmursa, müəyyən mübahisələr düşürsə, insanın evi sökülürsə, indi biz, ümumiyyətlə, əvvəlcədən ödəməni ləğv edib deyirik ki, bunun əvəzi 90 gün müddətində ödənilə bilər. Biz bunu qanuniləşdiririk. Onda istənilən məmur istənilən yerdə istənilən evi, torpağı götürə bilər və deyər ki, qanunla mənə 3 ay vaxt veriblər, 3 ay müddətində mən bunu həll edəcəyəm. Bu məsələyə istərdim ki, Əli müəllim öz münasibətini bildirsin.
Ümumiyyətlə, bu məsələ ətrafında çox danışmaq olar. Amma mən bayaq qeyd etdiyim kimi, qanun layihəsində dəyərin ödənilməsi və qiymət məsələsini elə həll etmək la-zımdır ki, insanlar bundan daha çox əziyyət çəkməsinlər. Çünki bunlar hamısı axırda gəlib ağır bir yük kimi dövlət başçısının üzərinə düşür. Yəni məmur o evi sökəndə, torpağı alanda bunları o qədər fikirləşmir. İnsanlar daha çox şikayət edirlər.
Bu yaxınlarda mən Keşlə stansiyasından 28 nəfər şika-yətçi qəbul etmişəm. Gəliblər, bu məsələ ilə əlaqədar mək-tub yazıblar. Yəni evlərini sökürlər, amma ödəniş yoxdur. Bunlara deyirlər, sənin evin qeyri-qanuni tikilib, qeyri-qa-nuni tikmisən, burada qeyri-qanuni yaşayırsan. Axı, bu, mümkün olan şey deyil. Bu qanunlarda dəyişiklik edəndə bir bu camaatın da vəziyyətini nəzərə alın. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Vahid müəllim. Vahid müəllim, amma deyim ki, bizdə qiymətləndirmə üzrə yaxşı mütəxəssislər də var. Biri elə burada əyləşib – Xanhüseyn Kazımlı. İndi, yəqin ki, çıxışında fikrini bildirəcək. Əli Məsimli, buyurun.
Ə.Məsimli. Hörmətli Sədr, hörmətli millət vəkilləri, xa-nımlar və cənablar! Mən də bu dəyişiklikləri dəstəkləyirəm. Ümumiyyətlə, 14 qanunda torpaqların dövlət ehtiyacları üçün alınması istiqamətində nəzərdə tutulan dəyişiklikləri çox vacib hesab edirəm. Eyni zamanda, deputatların yalnız seçildikləri dairədən deyil, Azərbaycanın müxtəlif regionlarından gələn məktublarda, əsasən, bu müzakirə olunan məsələ ətrafında suallar verilir. Bununla əlaqədar mən bəzi məsələləri demək istərdim. Mülkiyyət münasibətlərindən söhbət gedirsə, bunun əsas komponentləri sahibli sərəncam və istifadə münasibətləridir. Bu münasibətlərdə mülkiyyətin toxunulmazlığı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş maddələrə yenidən baxılmasına və onun möhkəmləndiril-məsinə ehtiyac var.
İkinci, təcrübədə mövcud olan bir məsələni qeyd eləmək istəyərdim. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tətbiqi ilə bağlı Prezident sərəncamında “müvafiq icra hakimiyyəti orqanı” deyiləndə bilavasitə həmin torpaqları alan orqandan söhbət gedir. Amma təəssüflər olsun ki, praktikada müvafiq icra hakimiyyəti orqanından başqa qurumlar da bu prosesə qoşulurlar və bu zaman xeyli narazılıq yaranır. Mən deyərdim ki, Azərbaycan dövlətinin, hökumətinin imicinə xələl gələn xoşagəlməz hallar baş verir.
Ona görə də qeyd eləmək istərdim ki, bu problemlərin köklü həllinin əsas üsullarından biri məmur-vətəndaş münasibətlərində informasiya-kommunikasiya texnologiyalarından daha geniş surətdə istifadə edilməsidir. Məsələn, dünən Yeni Azərbaycan Partiyası Azərbaycan: 2020-ci il kontekstində pensiya sahəsində məmurla pensiyaçı arasında olan münasibətlərdə informasiya-kommunikasiya texnologiyalarından istifadə eləməklə o mənfi halların aradan qaldırılması istiqamətində görüləcək işlər barəsində, hesab edirəm ki, kifayət qədər maraqlı bir təqdimat verdi. Bu yaxınlarda I rübün yekunlarına həsr olunan tədbirdə də hökumətin elektron portalının yaradılması məsələsi bir daha qaldırıldı. Təkcə pensiya sahəsində deyil, başqa qurumlarda da o neqativ halları aradan qaldırmaq üçün bu istiqamətdə işlər görülməlidir.
Mən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Vətəndaş torpağını dövlət ehtiyacları üçün verəndən sonra 2 il pulunu ala bilmir. Pulunu ala bilməyən adamı çağırıb ərizə yazdırırlar ki, bu pulu alandan sonra torpağın hər faizinə 400 manat ödəməlisən. Azərbaycanın hansı qanununda yazılıb ki, bir faizə görə 400 manat ödənilməlidir. Əgər bu vətəndaş üzüyoladırsa, razılaşdısa, növbəti dəfə şəxsiyyət vəsiqəsini gətirməlidir və yerdə qalan pulu bələdiyyənin bir üzvü almalıdır. Sözün həqiqi mənasında, tənqidə sığması mümkün olmayan bu cür halların aradan qaldırılmasının ən yaxşı üsulu informasiya-kommunikasiya texnologiyalarından istifadədir. Vətəndaş sənədlərini göndərir, əgər onlar düzdürsə, müvafiq icra hakimiyyəti orqanı təsdiq edir və pulu onun hesabına keçirir. Avtomatik surətdə problemlərin hamısı həll olunur.
Başqa bir məqam ondan ibarətdir ki, vətəndaş borclu olanda, necə deyərlər, bunu onun canından çıxarırlar. Bəs müvafiq orqan 2 il gecikdirəndə qanunda nə nəzərdə tutu-lub? Məhkəməyə verə bilər. Məhkəmə də qərar çıxardı ki, vətəndaşın pulunu qaytar. Bununla məsələ bitmir. O təşkilat bunu bilərəkdən gecikdirib. Bir var ki, sənədlər düz olmayıb, qaytarıb. Burada məhkəməyə müraciətə yer var. Bir də var, sənədlər düzdür, hər şey öz qaydasındadır, amma təşkilat onun pulunu vermir. Burada məhkəməyə müraciət eləmək artıq məsələdir. Həmin dövrün, heç olmasa, inflyasiyasına uyğun surətdə əlavə kompensasiyanın ödənilməsi məsələsi və başqa sanksiyalar qanunvericilikdə öz əksini tapsa, yaxşı olar.
Tərəflərin münasibətlərində optimal nisbətlərin, ədalətli variantın tapılması istiqamətində qanunvericiliyimizdə irəliyə doğru addımlar atılmalıdır. Mən hüquqşünas deyiləm, amma bunun dediyim variantlarda qanunvericilikdə öz əksini tapan formasını müəyyənləşdirmişəm. Milli Məclis Aparatının hüquqşünasları, bu işdə maraqları olanlar qanunvericilikdə nəzərdə tutulan o prinsiplər əsasında bunun işlənilməsi məsələsində kömək eləsələr, mən hesab edirəm ki, Milli Məclisin adından “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna bu cür əlavə və dəyişikliklərin edilməsi həmin konfliktləri aradan qaldırar. Bununla da dövlətimizin imicinin, vətəndaşın sinirlərinin pozulmasına son qoyulan bir varianta gəlib çıxarıq ki, bu da hamımızın xeyrinə olan bir işdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Dövlət ehtiyacları üçün torpaqların alınması ilə bağlı Mülki Məcəlləyə və Mənzil Məcəlləsinə edilən dəyişiklikləri müəyyən mənada müsbət bir addım kimi dəyərləndirirəm. Layihədə torpaqların dövlət ehtiyacları üçün alınması zamanı görüləcək bütün işlərin və prosedurların ardıcıllığı, mülkiyyətçiyə torpağın dəyərinin tam ödənilməsi, mülkiyyətçinin həmin ərazidən köçməsi zamanı tərəflərin bir-biri qarşısındakı öhdəlikləri, torpağın bazar qiymətinin müəyyən edilməsi və sair kimi mühüm müddəalar öz əksini tapmışdır. Elə hallar ola bilər ki, dövlət ehtiyacı üçün alınmalı olan torpaq icarədə olsun. Bu halda icarəyə götürənin hüquqlarının pozulmaması lazımdır. Çox təqdirəlayiq haldır ki, bu məsələ də nəzərdən qaçmamışdır.
Təklif olunan bu dəyişikliklər ölkədə gedən quruculuq, abadlıq işlərinin fonunda öz əksini tapır və tam zamanında atılmış bir addımdır. Mən çox gözəl başa düşürəm ki, şəhə-rimiz, rayonlarımız yenilənməli, müasir görkəm almalıdır. Azərbaycan Dram Teatrından yuxarıda yerləşən ərazidə mənim də dədə-babadan qalma evim var və həmin ərazilərin sökülməsi haqqında məlumatı ürəkağrısı ilə qəbul etmişəm. Amma digər tərəfdən, başa düşürəm ki, həyat öz yerində dayanmır, daim hərəkətdədir və şəhərə yeni görkəm vermək lazımdır. Yeni görkəm vermək üçün isə ölkə rəhbərliyi tərəfindən mütərəqqi və qətiyyətli addımların atılması labüddür. Amma burada bir neçə məqam ortaya çıxır. Siz gözəl başa düşürsünüz ki, hətta çox mükəmməl olan qanunla reallıq hərdən üst-üstə düşmür. Misal üçün, deputatların ünvanına dövlət ehtiyacları üçün torpaq və mülklərin alınması ilə bağlı haqlı, ya da haqsız xeyli sayda ərizə və şikayətlər daxil olmaqdadır. Belə hallar onunla bağlıdır ki, kompensasiya ya tam ödənilmir, ya da ümumiyyətlə, ödənilmir.
Bu məsələlərlə bağlı bir neçə sual ortaya çıxır. Əvvəla, “dövlət ehtiyacları” dedikdə müvafiq qanunlara uyğun ancaq yol, qaz və neft borularının çəkilməsini nəzərdə tutmalıyıq. Lakin axır vaxtlar müəyyən bir qurum, fiziki və hüquqi şəxslər bina, obyekt və sair tikirlər və onu dövlət ehtiyacları kimi qələmə verirlər. Mənə elə gəlir ki, bu, yolverilməzdir, çünki belə olan halda kompensasiyalar da başqa cür verilməlidir.
İkinci tərəfdən, layihədə də qeyd olunduğu kimi, torpaq alınarkən bazar qiymətləri müəyyən edilir. Bazar qiymət-lərini hər kəs indi bir cür başa düşür. Görürsən ki, bir küçədə yerləşən və eyni şəraiti olan mənzili biri 50 min manata, o biri 80 min manata satmağa müvəffəq olur. Bəs bu məsələ öz həllini necə tapacaqdır?
Üçüncü deyəcəyim məsələ, düşünürəm ki, hər zaman aktual olub və olmaqdadır. Elə hallar var ki, vətəndaş dövlət mülkiyyətində olan torpaqlarda 30 il yaşayıb. Məsələn, neft kəmərlərinin üstündəki torpaqlarda, 20-ci sahə deyilən ərazidə və sairdə tikilən evlərin əksəriyyətində müvafiq sənədlər yoxdur. Eyni zamanda, burada yaşayan bəzi insanların başqa yerlərdə də mülkləri, torpaqları, yaşayış yerləri vardır. Amma elə insanlar var ki, onların yeganə yaşayış yeri bu ərazilərdə tikilən balaca daxmalardır. Təklif edərdim ki, burada yaşayan adamların digər ərazidə əlavə mülkünün olub-olmaması haqqında dövlət reyestrindəki məlumat yoxlanılsın. Bundan sonra əlavə yaşayış yeri olanlarla olmayanlar arasında mütləq qaydada fərq qoyulsun, çünki yaşayış yeri olmayan vətəndaşı evsiz-eşiksiz qoymaq heç cür qəbul edilən hal deyil.
Bununla bağlı mənim bir sualım var. Ümumiyyətlə, mül-kiyyət sənədi olmayan vətəndaşlara kompensasiya verilə-cəkmi? Xalq arasında “naxalstroy” deyilən yerlərdə yaşayan insanların əksəriyyətinin mülkiyyət sənədi yoxdur, lakin onlar on illərlə burada yaşayırlar və qeydiyyatdadırlar.
Mənim digər təkliflərim Mənzil Məcəlləsinə edilən dəyişikliklərlə bağlıdır. Qeyd etmək lazımdır ki, qəzalı vəziy-yətdə olan mənzillərdən söhbət gedir və bu qanunda olan bəzi müddəalar məni narahat etməyə bilməz. Belə ki, qanuna əsasən qəzalı vəziyyətə düşmüş mənzilin təmiri ev sahibinin üzərinə qoyulur. Vətəndaşın maddi imkanı olmadıqda və mənzil təmin edilmədikdə açıq hərraca çıxarılır. Qeyd edim ki, xüsusilə rayon və kənd yerlərində şəxsi evlərin böyük əksəriyyəti çiy kərpicdən inşa edilmişdir.
Seçildiyim Masallı rayonu ilə bağlı deyə bilərəm ki, mənə edilən müraciətlərin çoxu qəzalı evlərin inşasına və təmirinə kömək edilməsi ilə bağlıdır. Əhali görür ki, hökumət təbii fəlakətdən qəzalı vəziyyətə düşmüş evləri yenidən tikib vətəndaşların istifadəsinə verir. Buna görə də hamı istəyir ki, onların da evi tikilsin. Amma bu, mümkün deyil, çünki bunlar köhnəlmiş evlərdir. Ona görə də bu evlərin dövlət tərəfindən təmir olunması mümkün deyil. Belə olan halda maddi imkanı aşağı olan bu insanları məcbur etmək olmaz ki, mənzillərini təmir etsinlər. Onun vəsaiti yoxdur. Təmir edə bilmədiyi üçün həmin şəxsin mənzili hərracda satılarsa, onu yeganə yaşayış yerindən məhrum etmiş olarıq.
Qanundan göründüyü kimi, bir çox hallarda ev ilkin bazar qiymətindən 15, hətta 20 faiz aşağı satıla bilər. Yəqin ki, bu vəsait ev sahibinə veriləcəkdir. Elədirmi, Əli müəllim? Mən bunu Sizdən soruşuram. Amma mən elə hesab edirəm ki, bu vəsaitlə təzə mülk tikmək çətin olacaq. Həm də başa düşürsünüz, hətta qəzalı vəziyyətdə olan bu evlər insanlar üçün əzizdir. Onların həyatı burada keçib. Bu insanları birdən-birə oradan köçürmək, evlərini hərraca qoymaq onlar üçün çox ağır olacaq. Yaxşı olar ki, həmin vətəndaşlara dövlət tərəfindən köməkliklər edilsin. Söhbət nədən gedir? Sovet dövründə kənd əhalisinə ev tikintisində müəyyən köməklik edilərdi. Faizsiz ssudalar verilərdi. Kolxoz və sovxozların hesabına o insanları tikinti materialları ilə təchiz edərdilər. İndi isə biz onları bu problemlə təkbətək qoyuruq.
Mən qəzalı evlərlə bağlı Nazirlər Kabinetinə də təkliflə müraciət etmişəm və indi fürsətdən istifadə edərək bunları səsləndirmək istərdim. Misal üçün, evin təmiri problemini həll etmək üçün bu qrup əhaliyə güzəştli şərtlərlə kredit, tikinti materialları verilməlidir. İmkansız insanlara kömək üçün hər il dövlət büdcəsindən icra hakimiyyəti orqanlarına xüsusi vəsait ayırmaq lazımdır. Hər rayonda bu işlərlə əlaqədar komissiyalar yaradılmalıdır. Aztəminatlı ailələrə, kimsəsiz, ahıl insanlara istisna hal kimi dövlət büdcəsi hesabına standart evlər tikilməlidir. Qeyd etdiklərim xeyli sayda vətəndaşımızın mənzil probleminin həll edilməsinə və narazılıqların azalmasına öz töhfəsini verəcəkdir. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Mən konkret olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 249-cu maddəsinə edilən dəyişikliklərlə əlaqədar fikrimi bildirmək istəyirəm. 249.1.2-ci maddədə qeyd olunur ki, alınan torpaqda yaşayan və ya ondan istifadə edən qanuna əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan şəxslər hesab edilir. Eyni zamanda, 249.1.6-cı maddədə qeyd olunur ki, alan orqan almanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərərçəkən digər şəxslərə və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. “Digər şəxslər” də alınmanın təsirinə məruz qalan şəxslər kimi 249.1.2-ci maddədə göstərilməlidirlər və 206-cı maddədən müvafiq olaraq “torpağın alınması nəticəsində zərərçəkən digər şəxslərə və təşkilatlara” sözləri çıxarılmalıdır. Məlumdur ki, “şəxs” dedikdə həm fiziki, həm də hüquqi şəxslər, o cümlədən təşkilatlar nəzərdə tutulur. Əks halda torpağın alınması nəticəsində zərərçəkmiş şəxslər və digər şəxslər, məsələn, layihənin 248.3-cü maddəsində almanın təsirinə məruz qalan şəxslər üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilməzlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Cənab Sədr, burada əmlakın, torpağın qiymətləndirilməsi, bunun qanunvericilik bazasının yeniləşdirilməsi barədə fikirlər söylənildi. Hörmətli Səfa müəllim də buradadır, bu məsələ qabaqcadan razılaşdırılmış formada sizin müzakirənizə təqdim edilib və Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planında var.
Mən “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunla bağlı bir balaca açıqlama vermək istəyirəm, çünki burada bir çox deputatlar haqlı olaraq bildirdilər ki, hər hansı bir dövlət ehtiyacı üçün alınan torpağın, evin, əmlakın dəyərinin ödənilməsi vaxtı bazar dəyərindən istifadə edilmir və yaxud da kimlərinsə tərəfindən dəyər müəyyən edilir. Belə fikirlər oldu. Lakin mən deyə bilərəm ki, MDB məkanında ilk olaraq Azərbaycanda 1998-ci ilin may ayında “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun qəbul edilmişdir. 6 ay sonra Rusiya Federasiyasında, daha sonra isə Belarusda qəbul edilmişdir.
Əlbəttə, digər qanunlar qəbul olunduqca, həyatımızdakı yeniləşmələr bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşdıqca bu və ya digər qanunlara da əlavə və dəyişikliklər olunur. Amma “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda indiyə qədər əsaslı surətdə əlavə və dəyişikliklər olmamışdır. Vergi Məcəlləsinin və digər qanunların tələblərinə uyğun olaraq bir-iki dəfə əlavə və dəyişiklik olub.
Mən onu deyə bilərəm ki, Azərbaycan yeganə ölkələrdən biridir ki, 2000-ci ildə beynəlxalq qiymətləndirmə standart-larının tələblərinə uyğun olaraq milli qiymətləndirmə stan-dartlarının hazırlanması məsələsi ölkə rəhbərliyi tərəfindən irəli sürülmüşdür. İl yarım içərisində milli qiymətləndirmə standartları hazırlanaraq normativ hüquqi akt kimi qiymət-ləndiricilərin, vergi, gömrük və digər orqanların istifadəsinə verilmişdir. Şübhəsiz ki, bu istiqamətdə böyük işlər görülmüşdür.
Mən bir məsələni də demək istərdim. Cənab Sədr, bəziləri qiymətləndirmə fəaliyyəti deyəndə bəzən təsadüfiliyi nəzərdə tuturlar. Bu, düzdür, qeyri-peşəkarlıq olur. Amma mən istərdim, nəzərinizə çatdırım ki, hələ 1999-cu ildə Azərbaycanda lisenziyalaşdırma siyahısı tərtib edilərkən qiymətləndirmə fəaliyyətinin də lisenziyalaşdırılması həmin siyahıda olmuşdur. Qoy bunu həm cəmiyyətimiz, həm də deputat həmkarlarımız bilsinlər. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq lisenziyalaşdırmaq xüsusi razılıq deməkdir. Bu razılığın dövlət qurumlarına həvalə olunduğunu rəhbər tutaraq bütün Avropa ölkələrində, eləcə də MDB məkanında qiymətləndirmə fəaliyyətinin lisenziyalaşdırılmasına yox, onun sertifikatlaşdırılması mərhələsinə keçirilməsi tələb olunmuşdur. Buna uyğun olaraq Azərbaycan hökuməti tərəfindən də qiymətləndirmə fəaliyyəti lisenziyalaşdırma siyahısından çıxarılmışdır. Onun sertifikatlaşdırılması, yəni qiymətləndiricinin öz peşəkarlığına görə rəqabətlə özünə cəmiyyətdə nüfuz qazanaraq yer tutması və müvafiq orqanlar tərəfindən ona sertifikatların verilməsi məsələsi irəli sürülmüşdür.
Şübhəsiz ki, bu istiqamətdə müəyyən boşluqlar yaranmışdır. Burada gözəl fikirlər səsləndi, hörmətli Ziyafət müəllim və Vahid müəllim tərəfindən təkliflər verildi. Mən hesab edirəm ki, indi qiymətləndirmə bazarında iki istiqamətdə boşluq vardır. Cənab Sədr, birinci, təsadüfi bir MMC yaradıb fəaliyyətə girişirlər, ayrı-ayrı banklarda, vergi orqanlarında, digər sahələrdə bir ofis götürürlər, afişalar yapışdırırlar. Ayrı-ayrı hallarda vətəndaşlar tərəfindən də onlara müraciətlər olunur. Amma öyrənilmir ki, onun buna hüququ, ən azı potensialı varmı?
İkinci bir tərəfdən, “bazar dəyəri” anlayışı daimi anlayış deyil. Bazar və beynəlxalq qiymətləndirmə standartlarında göstərilir ki, bazar dəyəri əgər əmlakın müqayisəli dəyəri, məsrəf metodu və yaxud gəlirin kapitallaşdırılması metodu vasitəsilə hesablanırsa və bu zaman müqayisə metoduna istinad olunursa, 3 ay bundan əvvəl satılmış əmlakın bazar dəyərini əsas götürmək olmaz. Çünki ola bilər, o dəyər dəyişibdir. Bizdə qeyri-peşəkarlığın, mütəxəssislərin olma-ması üzündən belə hallara yol verilir.
O ki qaldı dövlət ehtiyacları üçün satılan, alınan əmlak-lara, mən hesab edirəm ki, bu istiqamətdə hökumət tərəfin-dən müvafiq normativ sənədlər qəbul edilmişdir. Bir məsələni də deyim ki, Nazirlər Kabineti tərəfindən torpağın normativ dəyəri barədə hələ 10 il bundan əvvəl qəbul edil-miş qərar bu gün “bazar dəyəri” anlayışına uyğun gəlmir. Yenə deyirəm, bazar dəyəri ayda bir dəfə dəyişir. Bayaq Elmira xanım da dedi, bu gün əgər şəhərin mərkəzində hər hansı bir mənzilin dəyəri 50 min manatdırsa, ola bilər, 3 aydan sonra 60 min olsun. Ya da 35 min manat ola bilər. Ona görə də mən hesab edirəm ki, “bazar dəyəri” anlayışına mütəmadi, daimi anlayış kimi baxılması yanlış olardı.
Sözümün sonunda mən Milli Məclisə təşəkkürümü bil-dirirəm. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun iş planında var. Hətta hörmətli Səfa müəllim belə bir təklif verdi ki, bu qanuna əlavə və dəyişikliklər etmək yox, onu yeni redaksiyada müzakirəyə təqdim etmək lazımdır. İndi o qanuna İqtisadi siyasət şöbəsində və İqtisadi siyasət komi-təsində baxılır. Sizin məsləhətinizlə, yəqin ki, plenar iclasın müzakirəsinə çıxarılacaqdır. Diqqətinizə görə minnətdaram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! XIX əsrin ortalarında Karl Marksın “Kommunist Partiyasının Manifesti” əsəri meydana çıxdı. Əsər bu sözlərlə başlayırdı: “Avropada bir kabus dolaşmaqdadır – kommunizm kabusu”. İndi XXI əsrin əvvəllərində Azərbaycanda bir kabus dolaşmaqdadır. Bu, “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Qanundur. Nədən mən kabus deyirəm. Azərbaycan cəmiyyətində hər kəs, burada oturan insanlar da ayrı-ayrı sahələrdə bu iqtisadi-ictimai münasibətlərin subyektləridir və xüsusi mülkiyyət sahibi olmaqdan artıq qorxurlar. Çünki kim obyekt, mənzil alırsa, təminat yoxdur ki, bir ildən, ya iki ildən sonra dövlət torpaq ehtiyacı adı ilə buradan bir yol, xətt çəkilməyəcək, park salınmayacaq, ya da başqa işlər görülməyəcək.
Bu, olduqca qeyri-normal bir vəziyyətdir. İnsanların bəlkə də tarix boyu qazandıqları ən böyük nemət onun yaşamaq hüququnu təmin eləyən xüsusi mülkiyyətçilik anlayışıdır. Bu, sovet sisteminə yad olduğuna görə biz bunu dərindən bilmirdik. Amma normal burjua, modern cəmiyyətlərində bu, əsas faktor kimi önə çıxır və onun təminatı o ölkələrin etibarlılıq göstəricisidir. Çox təəssüf ki, Azərbaycanda dövlət ehtiyacının nə olduğunun, bunun necə müəyyən edilməsinin sabit, dəqiq və əhalini razı sala biləcək bir modeli tapılmayıb. Bunun nəticəsində də biz referendumda Konstitusiyaya edilən dəyişikliklərdə “ictimai ehtiyaclar” ifadəsini çıxardıq və düşündük ki, “dövlət ehtiyacları” ilə bu sahə bir az da məhdudlaşacaq və həll olunacaq. Kim müəyyən eləyə bilər, tutaq ki, Bakıda tramvay xətti hər hansı asfalt yoldan daha az dövlət ehtiyacıdır, ya ictimai ehtiyacdır? Kim iddia edə bilər ki, əhalinin yaşadığı bir massiv orada park salınmasından daha az dövlət ehtiyacına uyğun gəlir? Ona görə də bunun müəyyən olunması üzərində, məncə, əvvəlcə müzakirələr getməlidir, sonra qanunvericilikdə bu dəyişikliklərə baxmaq olar. Artıq vaxtı gəlib ki, qanunda dəyişiklik aparaq və bunu parlamentə tövsiyə eləyək. Çünki demok-ratik ölkələrdə icra qurumları 5 il, 10 il, 20 il, 30 il, 50 il sonra dəyişir. Dəyişəndə və (qərarla, inzibati aktla nəyinsə dövlət ehtiyacı üçün müəyyən olunmasından sonra) bunun yanlış olduğunu 30 ildən sonra müəyyən eləyəndə hansı fəsadın ortaya çıxacağını indidən hamı təsəvvürünə gətirə bilirmi? Bu baxımdan da bunun üzərində düşünmək lazımdır.
Hər adi məsələni, hər park salınışını dövlət ehtiyacı adı ilə vətəndaşın üzərinə qoymaq olmaz. Elə bil, bir-birindən ayrı, bir-birinə qarşı olan iki tərəf var. Bir tərəfdə dövlət, o biri tərəfdə vətəndaş və sahibkar durub ki, kim kimi daha çox aldadacaq, kim kimdən daha çox pul qoparacaq, kim kimdən daha çox kompensasiya alacaq? Hüquqi zəmində bunun sabit dəyərləndirilməsi olmadığına görə bazar qiymətləri qoyursan, çox vaxt məhkəmə vasitəsi ilə bu da işləmir.
Ekspertlərin müəyyənləşdirilməsində problem var. Elə proseslər gedir ki, bunlar Azərbaycanda xüsusi mülkiyyətçiliyin ciddi bir təhlükə altında olmasından xəbər verir. Ona görə də mən hesab edirəm ki, bunun üzərində düşünülməlidir. Hər halda bu təklifləri bizim təqdim eləmək imkanımız yoxdur, çünki “Normativ hüquqi aktlar” haqqında Qanunu qəbul eləyəndən sonra biz mütləq ekspertiza da təyin eləməliyik. Müəyyən eləməliyik ki, bu ekspertizadan keçsin, sonra təklif eləyək. Bunun özü də normal bir hal deyil. Amma buna baxmayaraq, mən təklif olaraq irəli sürürəm ki, artıq dövlət ehtiyacının müəyyən olunması sadə prosedurdan çıxsın, parlament pro-sedurundan keçsin. Müəyyən olunsun ki, bu ölkədə dövlət ehtiyacı nədir? Zəruridirsə, hamı ona səs versin, zəruri deyilsə, sadəcə, qeyd edim ki, icra orqanlarının kefi, şəxsi istəyi ilə bu məsələnin həlli gələcəkdə böyük fəsadlar törədəcəkdir.
Mən bir maddəyə münasibətimi bildirmək istəyirəm. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsinin 88.4-cü maddəsində göstərilir ki, torpaqların dövlət ehtiyacı üçün alınması səlahiyyəti verilmiş hər hansı şəxsi təhqir etmə və ya səlahiyyətlərinin həyata keçirilməsinə mane olma, yaxud əngəl törətmə və ya belə əməllərə yardım göstərmə, yaxud təhrik etmə inzibati məsuliyyət yaradır. Çox qəribədir. Çar Rusiyası dövründə “opriçnina” siyasəti var idi. Çarın opriçniklərinə heç kim söz deyə, üzünə baxa bilməzdi. Əks halda mütləq cəzalanmalı idi. Belə bir siyasətə, bunun qanunvericilikdə göstərilməsinə nə ehtiyac var? Məhkəmə icraatı, ümumi qaydalar var. Ayrı-ayrı şəxslərə bu səlahiyyətlərin verilməsinin hansı məntiqi izahı var? Mən hesab edirəm ki, vətəndaşa qarşı xüsusi imtiyazlı təbəqə yaratmağa heç bir ehtiyac yoxdur və bu, artıq ölkədə müəyyən fərqlənmənin əsasını qoyan bir amildir. Hüquqi nöqteyi-nəzərdən, məncə, bu, yolverilməzdir.
Düşünürəm ki, bu cür maddələrin qəbul olunması doğru nəticələr ortaya qoymaya bilər. Ümumiyyətlə, mən bu qa-nunun müəyyən maddələrinin müəyyənləşməsinin tərəfdarıyam və bəzi anlaşılmazlıqların ortadan qalxmasına müsbət yanaşıram. Amma hesab edirəm ki, öncə biz mütləq “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna baxmalıyıq və bu məsələdə parlamentin rolunu artırmalıyıq.
Baxın, biz müvəkkillə bağlı qərar qəbul etdik. Ölkədə ən aşağı status artıq deputatın statusudur. Çox yaxşı, bu səla-hiyyəti verdik, həbsxanaya gedə, psixi xəstələrlə maraqlana bilər və sair. Amma deputat yalnız parlament tərəfindən bu işə müvəkkil edilmişsə, onu buraxa bilərlər. Necə olur, müvəkkil bunu eləyə bilər, amma deputat bilməz? Yəni parlamentin səlahiyyətini çox aşağı salırıq.
ATƏT-in qətnaməsi var – güc strukturları üzərində par-lament nəzarəti. Biz heç bir nəzarət formasını həyata keçirmək imkanına sahib deyilik. Bunun üzərində də düşünmək lazımdır. Ölkədə təkcə bir qurumun hakimiyyətlər bölgüsü prinsipinə görə önə çıxması, qalan qurumların hüquqsuz, səlahiyyətsiz vəziyyətdə olması, əslində, dövlətin özünün ümumi işinə mane olan cəhətlərdəndir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm. Cənab Sədr, mən də burada səslənən o fikirlərə şərikəm ki, qanunlarda əlavə və dəyişikliklərin edilməsi olduqca zəruridir. Hüquqi dövlətdə ən vacib olan şərtlərdən biri hüquqi mexanizmin işləməsidir. Şübhəsiz ki, ölkədə xeyli ciddi islahatlar aparılıb və qanunlara əlavə və dəyişikliklərin edilməsi də böyük zərurətdən irəli gəlir. Amma burada səslənən bir çox fikirlər də bizi düşünməyə vadar edir. Biz bir tərəfdən hüquqi mexanizmləri işləyirik, amma digər tərəfdən onların icrası, səviyyəsi haqqında bəzən düşünməyə məcbur oluruq. Qanun gözəldir, amma onun icrası zamanı görürük ki, çoxlu ciddi problemlər meydana çıxır. Bu ondan irəli gəlmir ki, praktika yoxdur. Praktika var, amma sonra yeni icra mexanizmləri əlavə olunur.
Məsələn, biz qanuna əlavə və dəyişiklik edəcəyik. Qanun qalır bir kənarda, hər hansı bir əsasnamə normativ hüquqi akt kimi qeydiyyatdan keçirilir və əsas sənəd kimi istifadə olunur. Cəmiyyətdə ciddi kazuslar yaranır, istər vətəndaşların, istərsə də hüquqi şəxslərin hüquqları pozulur, ciddi problemlər yaranır və illərlə uzanan məhkəmə çəkişmələri başlayır. Sual olunur ki, əgər məhkəmə çəkişməsi illərlə davam eləyirsə və 4–5 ildən sonra məhkəmə qərar çıxarırsa, onda qiymətlər hansı dövrlə hesablanır? Hadisənin baş verdiyi, yoxsa qərarın çıxdığı anla? Bu müddət ərzində vətəndaşa dəymiş mənəvi və maddi zərər kim tərəfindən ödəniləcək? Buna kim cavabdehdir, kim məsuliyyət daşıyır?
Başqa bir məsələ. Bir də görürsən ki, vətəndaş qeydiyyatdan keçib, mülkiyyət hüququnu təsdiq eləyən sənəd alıb. Günlərin bir günü hər hansı bir tikinti şirkətindən gəlirlər ki, bəs bizə sərəncam verilib, burada bina tikəcəyik, bu kvartalı sökməliyik. Yaxşı, bu necə olur? Deyilir ki, gedin, vətəndaşlarla dil tapın, danışın. Mülkiyyətini verməyən şəxslər tikinti şirkətləri tərəfindən bu və ya digər qaydada köçürülür, evləri əllərindən alınır, mülkiyyət hüquqları pozulur. Əlbəttə, biz dövlət ehtiyacları ilə bu cür dırnaqarası ehtiyacları dəqiq şəkildə müəyyənləşdirməliyik və buna görə də məsuliyyət müəyyənləşdirilməlidir. Biz qərarların icrasını həyata keçi-rən şəxslərə qarşı edilən hərəkətləri inzibati məsuliyyət kimi nəzərə alırıq, amma digər tərəfin hüquqlarını nəzərə almırıq. Vətəndaşlara qarşı qeyri-qanuni əməlləri həyata keçirən görəvlilər də inzibati məsuliyyət daşımalıdırlar.
Biz vaxtilə qanunvericilikdə dəyişiklik etdik ki, elektrik enerjisi borcu məhkəmə qaydasında həll edilməlidir. Heç kəsin ixtiyarı yoxdur ki, özbaşına elektrik enerjisi verilmə-sini dayandırsın. Belə olarsa, həmin şəxs inzibati məsuliy-yətə cəlb edilir. Burada qayda yarandı, artıq özbaşınalıqlara yol verilmir. Hər şey sivil qaydada həll olunur, vətəndaş öz vəzifəsini anlayır, hər iki tərəf də buna əməl edir.
Digər bir məsələ. Çox maraqlıdır ki, “Torpaq islahatı haqqında” Qanunda, Torpaq Məcəlləsində və digər qanun-larda açıq-aydın yazılıb ki, torpaq dövlət, bələdiyyə və bir də şəxsi mülkiyyətdədir. Vaxtilə icra hakimiyyətlərinin fiziki və hüquqi şəxslərin istifadəsinə verdiyi torpaqlar həmin qanunlara görə bələdiyyə torpaqları hesab edilir. Amma bu gün müəyyən məsələlər ortalığa çıxanda həmin torpaqları yenə də dövlət torpağı kimi qələmə verirlər və icra hakimiyyətləri tərəfindən 2001-ci ilə qədər istifadəyə verilmiş torpaqları bələdiyyə deyil, dövlət ehtiyat torpaqları kimi qiymətləndirirlər. Bu da ciddi problemlər yaradır.
Bu, ciddi qanun pozuntusudur və mənə elə gəlir ki, biz bu məsələni bir daha nəzərdən keçirməliyik, çünki burada bələdiyyə torpaqlarının idarə edilməsi, onların vergilərinin müəyyənləşməsi məsələsi var. Qanunda açıq-aydın yazılmasına baxmayaraq, həmin torpaqlar mübahisəli olduğuna görə bu gün bələdiyyələr istifadədə olan həmin torpaqlardan vergilərin toplanması ilə məşğul olmurlar. Beləliklə də, külli miqdarda vəsait bələdiyyə büdcələrindən yayınır və ümumiyyətlə, o torpaqlarla bağlı vergilər heç bir təşkilata ödənilmir. Nə Vergilər Nazirliyinə ödənilir, nə də başqa bir quruma. Mənə elə gəlir ki, bələdiyyəyə aid olan torpaqların səlahiyyətinin bələdiyyələrə verilməsinin və onlardan bunun məsuliyyətinin tələb edilməsinin vaxtı gəlib çatıbdır.
İndi burada bələdiyyələrin hesabatları verilir və görürük ki, orada ciddi dönüş yaradılıb və işlər görülüb. Digər tərəf-dən, büdcə təsdiq olunanda şikayətlər gəlir ki, bələdiyyələrə dövlət büdcəsindən vəsait ayrılmalıdır. Amma biz torpaq islahatının nəticələrinə baxsaq, görərik ki, torpaqların təqribən 80 faizə yaxını məhz bələdiyyə torpaqlarıdır. Amma bələdiyyələrin büdcələri boşdur. Niyə, problem nədədir? Biz bunu araşdırmalı və buna cavab verməliyik. Bu ondan irəli gəlmir ki, o torpaqlara görə vəsaitlər ödənilmir. Vəsaitlər alınır, amma necə? Hara gedir o vəsaitlər? Buna bir aydınlıq gətirilməli və bunun məsuliyyəti müəyyənləşdirilməlidir.
Çox yaxşı haldır ki, artıq Torpaq Məcəlləsindən müəyyən məsələlər çıxarılır və Mülki Məcəlləyə gətirilir. Nəhayət ki, Mülki Məcəllə bütün mülki prosesləri tam həcmdə tənzimləmək iqtidarında olacaqdır. Mənə elə gəlir ki, bu əlavə və dəyişikliklər məhkəmə çəkişmələrinin, qaranlıq məsələlərin vaxtında, obyektiv araşdırılmasına və həll edilməsinə, vətəndaşların hüquqlarının qorunmasına öz müsbət təsirini göstərəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli müəllim, qanun layihəsini Siz təqdim etmisiniz. İndi xahiş edirəm, bəzi sualları cavablandırın, sonra layihəni səsə qoyaq. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Mən bi-lirəm ki, artıq nahar fasiləsidir. Amma məsələnin mahiyyəti çox vacibdir və əslində, millət vəkillərinin narahatçılıq dolu çıxışları da gözlənilən idi. Mən qeyd edim ki, təcrübədə gördüyümüz bir sıra pozuntuların olması belə millət vəkillərini narahat edir. Amma onu da qeyd etmək istəyirəm ki, bu gün cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi layihələrin məqsədi elə bu pozuntuların aradan qaldırılmasına xidmət edir.
Mülkiyyət hüququ fundamental bir hüquqdur və əlbəttə ki, biz də qanunverici orqan olaraq indiyə qədər bu hüququn qorunmasından ötrü bir çox işlər görmüşük. İndi Mülki Məcəlləyə edilən dəyişiklikləri biz son illərdə nəzərdə tutmuşuq, çünki əvvəllər dövlət ehtiyacı üçün bu qədər torpaqlar, mənzillər alınmırdı və təbii ki, problemlər yox idi. Amma elə ki, bir neçə il bundan əvvəl problemlər yarandı, xatırlayırsınızsa, biz Mənzil Məcəlləsinə, Mülki Məcəlləyə, hesab edirəm ki, çox mütərəqqi dəyişikliklər etdik. Amma bu gün hətta bir neçə il bundan əvvəl etdiyimiz dəyişikliklər belə kifayət deyil. Niyə? Çünki sizin dediyiniz kimi qanunların icrası problemi mövcuddur. Ona görə də təklif olunan dəyişikliklər bu məsələləri – həm müddətləri, həm də mexanizmləri daha dəqiq tənzimləyir.
Fazil müəllim, hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsi ilə bağlı qaldırdığınız məsələ əsaslıdır, amma mən təqdimatda onu demişdim. Məsələ bundadır ki, 88-4-cü maddənin adı, mahiyyəti ilə bağlı fikirlərinizdə haqlısınız və biz qanunvericilik təşəbbüsü subyekti ilə bunu razılaşdırmışıq. Bir daha qeyd edirəm ki, İnzibati Xətalar Məcəlləsinin 326-6-cı maddəsi olacaq və onun adı da artıq burada qeyd olunduğu kimi yox, belə səslənəcək: “Torpaqların dövlət ehtiyacı üçün alınması hüququ verilmiş hər hansı şəxsin səlahiyyətlərini həyata keçirməsinə mane olma”. Yəni ənənəvi olaraq bizim İnzibati Xətalar Məcəlləsində olan və sizin də irad bildirdiyiniz anlayışlar artıq yoxdur.
İki fundamental məsələyə toxunmaq istəyirəm. Mən istə-mirəm ki, dövlət ehtiyaclarının nə olması ilə bağlı hər hansı bir təsvir verim. Yəni bu, vaxt aparan bir məsələdir. Amma o yerdə ki dövlət ehtiyacı yoxdur və Elmira xanımın, Bəxtiyar müəllimin, digər millət vəkillərinin qaldırdığı məsələlər var, onda binaların tikilməsi ilə bağlı problemlər yaranır. Bəli, bu, mövcuddur. Bununla bağlı çoxlu məhkəmə prosesi var. Bir sıra tikinti şirkətləri var ki, ümumiyyətlə, cinayət məsuliyyətinə cəlb olunublar. Yəni o reyestr problemi, bir mənzilin bir neçə nəfərə satılması var və deyə bilərəm ki, bizim Tikinti Məcəlləsi problemi kökündən həll edə biləcək. Bəxtiyar müəllim qeyd etdi, sərəncam alırlar, sonra vətəndaşa deyirlər ki, biz artıq buranı almışıq. Bu, ola bilməz. Əlbəttə ki, bu, qanun pozuntusudur. İlk növbədə vətəndaşla müqavilə bağlanmalıdır, bütün prosedurlardan keçməlidir və ondan sonra müvafiq icra hakimiyyəti orqanı sərəncam verə bilər. Təəssüf ki, belə hallar mövcuddur və bunların qarşısı bəzən hüquq mühafizə orqanları, bəzən də yuxarı icra hakimiyyəti orqanları tərəfindən alınır və alınmalıdır.
Mən, əsasən, Mülki Məcəllə və Mənzil Məcəlləsi üzərin-də dayanmaq istəyirəm. Mülki Məcəllənin 246-cı maddəsində dövlət ehtiyacları üçün torpaq sahəsi alınan zamanı mülkiyyətçi ilə olan münasibətdən söhbət gedir. 2000-ci ildəki Mülki Məcəllə ilə müqayisədə mövcud müddəa özü də mütərəqqidir. Amma istəyərəm ki, diqqət yetirəsiniz, indiki layihədə 246-cı maddə mülkiyyətçinin üzərinə vəzifə qoyur. Yəni dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi 90 gündən tez, 180 gündən gec olmayaraq müəyyən şərtlər çərçivəsində torpaq sahəsini azad etməlidir. Amma təklif olunan dəyişikliyə baxın. Alğı-satqı müqaviləsi bağlanıldıqdan sonra torpağı alan müvafiq orqan 90 təqvim günü müddətində müəyyən məsələləri həyata keçirməlidir. Yəni artıq layihənin mahiyyəti dəyişib. Mülkiyyətçinin üzərinə yox, orqanın üzərinə vəzifə qoyulur. Mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir, torpaqla bağlı hüquqların dövlətə verilməsi üçün öz xərcləri hesabına lazımi tədbirlər görür və yeni yaşayış yerinə köçməkdə mülkiyyətçiyə köməklik göstərir. Yəni demək istəyirəm ki, indi təklif olunan dəyişiklik konkret olaraq dediyiniz problemlərin həllinə ünvanlanıb. Artıq həmin orqanın üzərinə vəzifələr qoyulur.
Hörmətli Elmira xanım qanun layihəsi ilə bağlı çox əsaslı fikirlər söylədi. Belə başa düşdüm ki, qəzalı mənzillərlə bağlı vəziyyət onu narahat edir. Elmira xanım, burada da hesab edirəm ki, yeni layihə məsələləri əvvəlkindən daha dəqiq özündə ehtiva edir. Deməli, köhnə variantda necədir? Əgər qəza vəziyyətində mənzil varsa, onun bərpası mümkün olmursa... Amma bərpa məsələsini də deyim. Bu problemlə biz üzləşmişik, yəni təbii fəlakətlər olub. Əgər mənzil özəldirsə, burada artıq özəl, bazar iqtisadiyyatı, sığortaçı-mülkiyyətçi münasibətləridir. İndi bizdə bu da problemdir, buna toxunmuram. Fövqəladə hallar, təbii fəlakətlər baş verərkən Azərbaycan dövləti, ölkə Prezidenti humanistlik nümayiş etdirdi, mülkiyyətçinin ziyanını dövlət ödədi. Baxmayaraq ki, ödəmək vəzifəsi üzərində yox idi. İndiki vəziyyətdə əgər məhkəmə tərəfindən təsdiqlənirsə ki, qəzalı mənzili bərpa eləmək mümkün deyil, nəticə etibarilə bina dövlət tərəfindən alınır. Bu, mövcud qanundadır. Amma indi təklif olunur ki, açıq hərraca çıxarılır.
Elmira xanım, Sizi qəzalı mənzillərə qoyulan qiymət və sair narahat edir. Birinci, 28.4-1-ci maddəyə əsasən müstəqil qiymətləndirici cəlb olunur. İkinci, vətəndaş alğı-satqı müqaviləsində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında qiyməti müəyyən edir. Yəni vətəndaş həmin ərazidə notariat qaydasında təsdiq olunmuş (yəni qanunda dəqiq, konkret, bu seçim verilir, bəzən bu məsələlər əsasnamələrlə ədalətsiz həll olunurdu) alğı-satqı predmeti olmuş 3 mənzilin qiymətləndirilməsinin orta qiymətini seçir. Həmin o məbləğ, o qiymət qəzalı mənzilə hesablanır. Məncə, bu çox ədalətli bir yanaşmadır. Yəni baxmayaraq ki, mənzil qəzalı vəziyyətdədir, ən yüksək bir həddi seçmək imkanı var. Vətəndaşın hüquqlarının müdafiəsinə yönələn hərracla bağlı bütün bu prosedurlar baş tutmasa, onda son nəticədə həmin qəzalı bina dövlət tərəfindən alınır. O da artıq həm mənzilin, həm də torpağın dövlət ehtiyacı naminə alınması ilə bağlı digər müddəalarla tənzimlənir. Bütövlükdə demək istəyirəm ki, narahatçılıqların olmasına baxmayaraq, indi təklif olunmuş əlavələr və dəyişikliklər əvvəlkindən daha dəqiq, daha əda-lətli və mülkiyyətçinin xeyrinə yönələn formada məsələləri həll edir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Üç məsələni müzakirə etdik. İndi xahiş edirəm, 10-cu məsələyə – Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 14.15 dəq.)
Lehinə  96
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 13-cü məsələyə – Mənzil Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 14.16 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 18-ci məsələyə – “Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilmişi barədə məsələyə müna-sibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 14.16 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  94
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.

(FASİLƏDƏN  SONRA)

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Hörmətli deputatlar, günün birinci yarısında gündəlikdə olan 11-ci məsələ də müzakirə olunmuşdu. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi Əli müəllim tərəfindən təqdim olunmuşdu. Xahiş edirəm, bu qanun layihəsinə də münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.08 dəq.)
Lehinə  86
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  86
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
İndi isə gündəliyin 12-ci məsələsinin müzakirəsinə başlayırıq. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məruzə edəcək. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Məndən əvvəl çıxış edən hörmətli həmkarlarım qanun layihəsi barədə ətraflı danışdılar. 12-ci, 14-cü və 20-ci məsələlər həmin qanunun fəaliyyəti ilə əlaqədardır.
Vergi Məcəlləsinin 102-ci maddəsinə aşağıdakı məzmunda əlavə edilir: “102.1.18. “Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ödənilən kompensasiya”.
Eyni cümlə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna da əlavə edilir.
“Dövlət rüsumu haqqında” Qanuna isə aşağıdakı məz-munda 27.3-cü maddə əlavə edilir: “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədiyi təqdirdə alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur”. Hər üç məsələ Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirə edilib. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihələrinə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Arif Rəhimzadə.
A.Rəhimzadə. Sağ olun, Ziyafət müəllim. Düzəlişin mahiyyəti aydındır, ancaq elə bir formada yazılıb ki, tərcümə-çisiz onu başa düşmək olmur. Bir də, burada bir məsələ var, böyük əngəllər yarada bilər. Yazılıb ki, “kompensasiya verilərkən rüsumun məbləği kompensasiyanın içində oturmursa, onda bundan rüsum tutulmur”. İndi mülkiyyətin əvəzində kompensasiya alan adam gərək gedib sübut etsin ki, kompensasiyanın tərkibində rüsum haqqı alıb, ya almayıb. Odur ki, çox yaxşı olardı ki, qabaqkı redaksiyada verilsin. Qabaqkı redaksiya belə idi: “bu qanun qüvvəyə minənə qədər daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında (bunları yazmaq lazım deyil, çünki artıq qanun qəbul olunub) həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün dövlət rüsumu tutulmur”. Qısaca belə yazılsa, onda bütün fəsadlar aradan götürülər. Bu, birinci, başa düşülmür, ikinci də gələcəkdə böyük çətinliklər yarada bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Ziyad müəllim, Siz qiymətləndirmə fəaliyyəti ilə əlaqədar məlumat verdiniz də?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsinə keçirik. Eldar müəllim, buyurun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yox, Siz məlumat verin, səsvermə sonra aparılacaq.
E.Quliyev. Çox sağ olun, Ziyafət müəllim. “Torpaq ica-rəsi haqqında” Qanunun 16-cı maddəsinə dəyişiklik edilir. İlk növbədə nəzərinizə çatdırmaq istəyirəm ki, qanun layi-həsinin bizim komitədə müzakirəsi zamanı bir neçə maddə-yə əlavə və dəyişikliklər oldu. Bununla əlaqədar olaraq biz Prezident Administrasiyası ilə əlaqə saxladıq və burada müəyyən dəyişikliklər etdik. Demək istəyirəm ki, verilən redaksiya ilə mənim dediyim redaksiya arasında bir balaca fərq olacaq.
16-cı maddə “İcarəyə verilmiş torpaqların dövlət ehtiyacları üçün alınması” adlanır. Burada göstərilir: “Hüquqi və ya fiziki şəxslərə icarəyə verilmiş torpaqların dövlət ehtiyacları üçün alınması halları və şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir”.
İcazə versəniz, “Torpaq bazarı haqqında” Qanuna edilən dəyişikliklər barədə də məlumat verərdim. “Torpaq bazarı haqqında” Qanunun “Torpaq bazarında qiymətin formalaş-masının əsasları” adlanan 16-cı maddəsinin beşinci hissəsi aşağıdakı redaksiyada verilir: “Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”.
İcazə versəydiniz, mən 21-ci məsələ barədə də məlumat verərdim, çünki bu da bizim komitəyə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 6.2-ci maddə-sinə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilir: “Alın-manın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumunun “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur”. Millət vəkillərindən xahiş edirəm, bu üç məsələyə öz müsbət münasibətlərini bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Növbəti məsələ “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Bu barədə Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verəcək. Valeh müəllim, buyurun.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehti-yatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Əli müəllimin dediyi kimi, edilən müəyyən dəyişikliklərdən sonra bununla bağlı olan qanunvericilik aktlarında da uyğun dəyişikliklər edil-məlidir. Diqqətinizə çatdıracağım “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilən maddə də bu sıradandır. Təklif olunur ki, 46-cı maddə yeni redaksiyada verilsin: “Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaqların dövlət ehtiyacları üçün alınmasına Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir”. Burada müzakirə edilməli, ya da irad tutulmalı bir şey yoxdur. Ona görə də əminəm ki, Milli Məclisin deputatları bu təklifi dəstəkləyəcəkdir.
Bir də, Ziyafət müəllim, icazə versəniz, bundan öncə müzakirələrdə səslənən bir fikrə öz münasibətimi bildirmək istərdim. Qəza vəziyyətində olan evlərlə əlaqədar təkliflər oldu, misallar da gətirildi. Misal üçün, çiy kərpicdən tikilmiş binaların sahiblərinə ev verilsin, şifer verilsin, pulla kömək olunsun və sair. Bu, şəxsi mülkiyyətdir. Əgər bu təklifi davam etdirsək, onda gərək köhnə maşını olana təzə maşın alaq, sağılmayan inəyi olana sağılan inək verək, atı ölübsə, at alaq. Şəxsi mülkiyyətdə olan bir şeydir. Əgər insan gələcəyini fikirləşirsə, onları sığorta etdirsin. Zəlzələ də, yağış da, külək də ola bilər. Nə desən, ola bilər. Bunun qanunla, təcrübə ilə müəyyən olunmuş yolları var. Bir tərəfdən, ağzı dolu bazar iqtisadiyyatından, qanunvericiliyin üstünlüyündən danışırıq, o biri tərəfdən də qanuna, bazar iqtisadiyyatının tələblərinə uyğun olmayan təkliflərlə çıxış edirik. Özümüzü də çaşdırırıq, camaatı da. Ona görə xahiş edirəm, belə təkliflər verəndə bugünkü qanunvericiliyin normalarına, bugünkü iqtisadi vəziyyətə bir az diqqət yetirin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Növbəti məsələ “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verir. Arif müəllim, buyurun.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitə-sinin sədri.
Dəyişiklik “Bələdiyyə torpaqlarının idarə edilməsi haq-qında” Qanunun “Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları” adlanan 6-cı maddəsinədir. Bu maddənin 6.10-cu bəndinə düzəliş edilib. Yazılmışdı ki, dövlət ehtiyacları üçün torpaq geri alınır. Düzəliş də ondan ibarətdir ki, “geri” sözü buradan çıxarılıbdır. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Əgər danışmaq istəyən yoxdursa, səsverməni apara bilərik. Amma hörmətli deputatlar, səsverməyə keçməzdən əvvəl sizdə tam aydınlıq olsun deyə bir arayış verim. 10-cu məsələdən 22-ci məsələyə qədər olan qanun layihələri cənab Prezident tərəfindən bir məktubda gəldiyinə görə biz şərait yaratdıq ki, müzakirələr eyni vaxtda getsin, amma səsverməni ayrıca aparaq.
İndi icazənizlə, səsverməyə keçək. Xahiş edirəm, 12-ci məsələyə – Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.20 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1  
İştirak edir  93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
13-cü məsələ günün birinci yarısında səsə qoyulub. Xahiş edirəm, 14-cü məsələyə – “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.21 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  1  
İştirak edir  91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.21 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.22 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Su təchizatı və tullantı suları haqqın-da” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.23 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi 0  
İştirak edir  93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişi-klik edilməsi barədə qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.23 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.24 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, xahiş edirəm, bu zərfə daxil olan axırıncı məsə-ləyə – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.25 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1  
İştirak edir  90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
22-ci məsələ Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasna-mə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respubli-kası qanununun layihəsi haqqındadır. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Bildiyiniz kimi, hazırda Azərbaycanda müstəqil miqrasiya xidməti mövcuddur və çox təqdirəlayiq haldır ki, qısa müddət ərzində onun işi çox yüksək səviyyədə təşkil olunmuşdur. Təbii ki, ölkəmiz sürətlə inkişaf edir, amma əmək miqrasiyası problem olaraq qalır. Qanunvericilik təşəbbüsü ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə təklif olunan dəyişiklik miqrasiya orqanı işçilərinin təminatı ilə bağlı olan bir məsələdir. Hesab edirəm ki, bu, kifayət qədər əsaslıdır.
Hörmətli Ziyafət müəllim, Siz də, hüquqşünas həmkarla-rım da bilirlər ki, müstəqil miqrasiya xidməti yaranmamış-dan əvvəl bu, Daxili İşlər Nazirliyinin tərkibində bir şöbə idi. Yəni bu orqan uzun müddət daxili işlər orqanlarının tərkibində olub və daxili işlər orqanlarının əməkdaşlarına məxsus olan maddi-texniki təminatları olub. Təklif olunan dəyişikliklərdə miqrasiya orqanları işçilərinə fasiləsiz qulluq illərinə görə verilən əlavələrin hesablanmasının daxili işlər orqanlarının əməkdaşları ilə eyniləşdirilməsi nəzərdə tutulur. Mən hesab edirəm ki, həm tarixilik, həm də bugünkü reallıq baxımından düzgün bir təklifdir və həmkarlarımı bunu dəstəkləməyə çağırıram.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müzakirəyə başlayırıq. Vahid Əhmədov.
V.Əhmədov. Əli müəllim, belə bir sualım var. Bu qanunun 84-1-ci maddəsində vəzifə maaşının altı misli məbləğində birdəfəlik müavinət nəzərdə tutulur. Bunu polis əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqa bərabər edirik. Bunların aralarındakı fərq təxminən nə qədərdir?
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Hazırdakı vəziyyəti soruşursunuzsa, Vahid müəllim, təxminən oxşar, bir-birinə yaxın əlavələr, müavinətlərdir. Yəni burada təklif olunan birdəfəlik müavinət, miqrasiya xidməti orqanlarında yoxdur. Hesab edirik ki, bu, ədalətli olar. Amma bu, yüksək məbləğ deyil. İndi miqrasiya orqanlarında əmək haqqı təxminən 250–300 manatdır. Ziyafət müəllim, biz yeganə olaraq miqrasiya orqanı əməkdaşlarına nədə kömək etmişdik? Xatırlayırsınızsa, korrupsiyaya qarşı mübarizə proqramının icrası kimi biz bir sıra hüquq mühafizə orqanlarına cərimələrin 25 faizi məbləğində təminat yaratmışdıq. Bax, miqrasiya orqanlarında çalışanların əmək haqqındakı düzəliş bununla bağlı oldu. Amma, ümumiyyətlə, yüksək əmək haqqı yoxdur.
Sədrlik edən. Çox sağ olun, təşəkkür edirəm. Xahiş edi-rəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.29 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1  
İştirak edir  92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qa-nun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, bilirsiniz ki, biz mütəmadi olaraq “Dövlət qulluğu haqqında” Qanuna bir sıra əlavə və dəyişikliklər etmişik. Bu gün dövlət qulluğuna qəbul, ümumiyyətlə, bütün məsələlər kifayət qədər şəffafdır. Ən başlıca məsələ dövlət qulluğunda təsnifatla bağlıdır. Mütəmadi olaraq bununla bağlı müxtəlif fikirlər, müzakirələr olur. Bir sıra dövlət orqanları təsnifatdakı yerləri ilə bağlı təkliflər verirlər.
Hazırda təklif olunan dəyişikliyin əsas mahiyyəti mövcud olan təsnifatların daha da dəqiqləşdirilməsidir. Daha doğrusu, Konstitusiyanın 7-ci maddəsinə görə qanunvericilik, icra və məhkəmə hakimiyyəti ən yüksək dövlət orqanları sırasında olduqlarına görə, onlara müvafiq olaraq aparatların da təsnifatı dəqiqləşdirilib. Hesab edirəm ki, bu dəqiqləşdirmə labüddür. Əlbəttə, bu qanun qüvvəyə minərsə, nəticədə müvafiq hakimiyyətlərdə çalışan aparat işçilərinin də maddi təminatlarında müsbət bir irəliləyiş ola biləcəkdir. Çox sağ olun, Ziyafət müəllim.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Çingiz Qənizadə.
Ç.Qənizadə. Hörmətli həmkarlar, qanun layihəsi ilə tanış oldum və belə hesab edirəm ki, səsverməyə çıxarıla bilər və mən də bunu tövsiyə edirəm. Amma 8.1-ci maddədə dövlət orqanlarının kateqoriyalar üzrə təsnifatına bəzi orqanların düşməməsi ilə bağlı məndə bir fikir formalaşdı.
8.1.1-ci maddədə biz ali kateqoriya dövlət orqanlarının konkret siyahısını veririk. “Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları” və sonra sadalayırıq ki, kimlər ali kateqoriya orqanları ola bilərlər.
Daha sonra, 8.1.2-ci maddədə də biz yenə qeyd edirik ki, əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusi-yası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları. Biz Azərbaycan Respublikasının Ali Məhkəməsini 1-ci kateqoriyaya təklif edirik. Mən belə hesab edirəm ki, 8.1.1-ci maddə ilə 8.1.2-ci maddə arasında müəyyən ziddiyyət var. Yəni biz ali kateqoriya orqanlarında məhkəmə hakimiyyətini ən yüksək orqanlar kimi ifadə etsək də, Ali Məhkəmənin Aparatının bura aid edilməsini görmürük.
Mən belə hesab edirəm ki, bu bir az ədalətsiz yanaşmadır, çünki Azərbaycanda hakimiyyət bölgüsü var və məhkəmə hakimiyyəti də hakimiyyətin bir qoludur. Ali Məhkəmə də onun ən yüksək pilləsi olduğuna görə, belə hesab edirəm ki, əgər Konstitusiya Məhkəməsini ali kateqoriyanın sırasına salmışıqsa, ondan daha çox təsiri olan, daha çox fəaliyyət göstərən Ali Məhkəmənin də bura salınması məqsədəuyğun olardı. Ona görə təklif edirəm ki, “Azərbaycan Respublikasının Ali Məhkəməsi” sözlərini də 8.1.1-ci maddəyə əlavə etməklə Ali Məhkəməni də bu kateqoriyaya aid edək. Təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Z.Əsgərov. Hörmətli cənab Sədr, üzr istəyirəm, mən bir balaca arayış vermək istəyirəm. Yəqin, Əli müəllim də danışacaq. Əlbəttə, icraatında baxılan işlərin, funksiyaların miqyasına görə, sözsüz ki, Ali Məhkəmənin işi çoxdur və onun yüksək statusu da var. Amma Çingiz müəllim, burada yanaşma bir az fərqlidir. Konstitusiya Məhkəməsi nə üçün ali dövlət orqanları kateqoriyasına salınıbdır? Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsində onun malik olduğu səlahiyyətlər verilib. Burada da göstərilir ki, səlahiyyətləri Konstitusiya ilə müəyyən edilən. Konstitusiya Məhkəməsi yeganə orqandır ki, onun çıxardığı qərar son sözdür. Onun qərarlarından heç kim şikayət verə bilməz. Amma Ali Məhkəmənin qərarı hələ son söz deyil, ondan da yuxarı Konstitusiya Məhkəməsi var. Hesab edirəm ki, bu, normal bir yanaşmadır. Sağ olun.
Sədrlik edən. Hesab edirəm ki, müzakirənin mənası yoxdur, izah olundu. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.35 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, çoxdan gözlənilən “Siyasi partiyalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsinə keçirik. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Oqtay müəllim, qeyd etdiyiniz kimi, “Siyasi partiyalar haqqında” Qanun üzərində artıq uzun müddət – təxminən 2004-cü ildən başlayaraq iş gedir. Hüquqşünaslar layihə üzərində çalışıblar, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi bir neçə dəfə bu mövzuda ictimai dinləmə təşkil edib.
Bu məsələ ilə bağlı ATƏT-in Bakı ofisi ilə əməkdaşlıq edilib və hazırlanmış layihəyə Venesiya Komissiyasında da müzakirə olunub. Bəri başdan deyim ki, Venesiya Komis-siyasının 2011-ci ilin dekabr ayında təkliflərlə bağlı rəyi də mövcuddur. Yəni bu gün sizin diqqətinizə təqdim olunmuş bu layihə yüksək peşəkarlıqla hazırlanıb. Əlbəttə, bir çox təkliflər olmuşdu, amma nəticə etibarilə müzakirəyə çıxarılmış əlavə dəyişikliklərin əsas mahiyyəti siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlıdır. Qanunun əsas məğzi bundan ibarətdir.
Siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi çox fundamental, dövlət idarəçiliyində onların rolunu artıran və fəaliyyətinin şəffaflığına xidmət edən bir məsələdir. Dövlət tərəfindən siyasi partiyaların maliyyələş-dirilməsi məsələsinə fərqli yanaşmaların olmasına baxmayaraq, bu, dövlətçilik baxımından çox ciddi əhəmiyyət kəsb edir.
Hörmətli həmkarlar, mən layihənin müddəaları üzərində dayanmayacağam, çünki Oqtay müəllim, Siz də izləyə bil-misiniz, komitənin iclasında biz müəyyən mənada dinləmə formasını təşkil etmişdik. Parlamentdə təmsil olunan həm hakim, həm də müxalifət partiyaları dinləməyə dəvət olun-muşdular. Onlara çıxış etmək və mövqelərini bildirmək üçün bütün şərait yaradıldı. Eyni zamanda, ATƏT-in Bakı ofisinin nümayəndələri də komitənin iclasında çıxış etdilər.
Deyərdim ki, çox maraqlı və fundamental təkliflər səsləndi. Biz bu təklifləri ümumiləşdirdik və qanunvericilik təşəbbüsü subyektinə – Prezident Administrasiyasına təqdim etdik. Orada çox peşəkar müzakirələr aparılıb. Fürsətdən istifadə edib deyə bilərəm ki, Prezident Administrasiyasındakı həmkarlarımızla apardığımız konstruktiv əməkdaşlığın nəticəsində millət vəkillərinin təkliflərinin böyük bir hissəsi nəzərə alınmışdır. Hörmətli millət vəkilləri, hazırda sizin qarşınızda olan variant komitənin iclasında müzakirə etdiyimiz layihədən fərqlənir. Ona görə mən bütün məsələlərə yox, konkret olaraq bu dəyişikliklərə diqqət yetirməyinizi xahiş edərdim.
Komitənin iclasında zamanı hörmətli Əli Əhmədov, Siyavuş Novruzov, Mübariz Qurbanlı, İqbal Ağazadə, Fərəc Quliyev, Sabir Rüstəmxanlı, Rafael Cəbrayılov və Çingiz Qənizadə siyasi partiya anlayışına fərqli yanaşmışlar və bir sıra təkliflər vermişdilər. O təkliflərin də əsas məğzi nədən ibarət idi? İlkin variantda qeyd olunurdu ki, siyasi partiya ümumi siyasi ideyaları və məqsədləri olan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən formalaşdırılan bir qeyri-hüquqi şəxsdir. Onlar ümumi siyasi ideya və məqsədin nə olduğunu, nə üçün onun bu qanunda öz əksini tapdığını irad kimi bildirdilər. Qanunvericilik təşəbbüsü subyekti də bu fikirlə razılaşıb və “ümumi siyasi ideyaları və məqsədləri olan” sözləri 1-ci maddədən çıxarılıb.
Həm hakim, həm də müxalifət partiyaları tərəfindən ən ciddi müzakirə predmeti 4-cü maddə ilə bağlı idi. Bu mad-dədə göstərilirdi ki, Konstitusiya quruluşuna zidd olan və beynəlxalq öhdəlikləri ilə bir araya sığmayan qanunla qadağan edilmiş digər əməllər törətməyə görə siyasi partiyaların yaradılmasına və fəaliyyətinə yol verilmir. Yəni fikir ondan ibarət idi ki, bu çox geniş təfsir oluna və sui-istifadələrə gətirib çıxara bilər. Bu məsələ də qanunvericilik təşəbbüsü subyekti tərəfindən dəstəklənib və 4.3-cü maddədən bu sözlər çıxarılır. Beləliklə, yeni redaksiyada belə olacaq: Məqsədi və ya fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli, dini ədavəti qızışdırmağa və sair. Yəni qanunsuz fəaliyyətə yol verilmir. Yəni demək istəyirəm ki, sırf konstitusion bir müddəa burada öz əksini tapır.
Digər təklif “Siyasi partiyanın təsis edilməsi” adlı 5-1.3-cü maddə ilə bağlı idi. Söhbət siyasi partiyanın təsis qurultayının keçirəcəyi yer və tarix barədə məlumatın həmin tarixdən azı bir ay əvvəl dərc olunmasından gedir. Təkliflər oldu ki, indi informasiya texnologiyaları mövcuddur və ona görə belə bir xüsusi müddəanın, vaxtın qoyulmasına ehtiyac yoxdur. Bu təklif də qanunvericilik təşəbbüsü subyekti tərəfindən nəzərə alınıb və 5-1.3-cü maddədən “azı bir ay əvvəl” sözləri çıxarılır.
Nəhayət, ən vacib məsələlərdən biri barədə demək istəyirəm. Bu məsələyə daha çox müxalifət partiyalarının sədrləri toxunurdular. Söhbət siyasi partiyanın məhkəmədən kənar qaydada ləğv olunması ilə bağlı müddəadan gedir: “Məhkəmə siyasi partiyanın ləğvi barədə iş üzrə qərar qəbul edənə qədər müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında həmin siyasi partiyanın fəaliyyətini dayandıra bilər”. Cənab Sədr, bu maddə çox ciddi müzakirə olunmuşdu. Hörmətli millət vəkilləri, buna, əlbəttə ki, ciddi etirazlar var idi. Bu barədə bir də müzakirələr aparıldı və beləliklə, 16.6-cı maddə buradan çıxarılır və ona görə də yeni variantda artıq 16.8-ci maddə yoxdur, onun əvəzinə 16.7-ci maddədir.
Hörmətli həmkarlar, bir neçə məsələnin də üzərində dayanmaq istəyirəm. Birincisi, hesab edirəm ki, sizlərin irəli sürdüyünüz və qanunvericilik təşəbbüsü subyektinin razılaşdığı bu təkliflər çox fundamental və əsas məsələlərdir. Yəni siyasi fəaliyyəti həyata keçirməkdən ötrü siyasi partiyanın qeydiyyatından başlamış onun ləğvinə qədər bunların qabağında yarana biləcək hər hansı bir tədbirlərin qarşısını alan bir razılaşmadır.
Əlbəttə, müzakirə predmeti olmuş digər bir məsələ siyasi partiyanın maliyyələşdirilməsi zamanı yaranan bölgülərdir. Həm hakim, həm də müxalif partiyalarının nümayəndələri tərəfindən fərqli fikirlər oldu. Mən Yeni Azərbaycan Parti-yasının üzvü kimi öz həmkarlarımın və partiya rəhbərinin fikri ilə tamamilə razıyam. Yəni indiki bölgüdə parlamentdə təmsil olunmayan siyasi partiya belə nəticə etibarilə kifayət qədər maliyyə ala bilir. O, parlamentdə təmsil olunmursa, deməli, onun böyük bir çəkisi yoxdur. Amma təklif olunan bu düstur (10, 40 və 50 faizlərin üzərində ciddi dayanmaq istəmirəm) ölkə Prezidenti tərəfindən Azərbaycanda həyata keçirilən siyasi, demokratik islahatların ayrılmaz tərkib hissəsidir və siyasi partiyaların inkişafına verilən böyük bir şansdır.
Yenə deyirəm, bəlkə də burada müəyyən mənada formal ədalət prinsipi pozulur, amma (qanun layihəsi cənab Prezi-dent tərəfindən təqdim olunub) onun bütün ruhu ölkədəki siyasi fəaliyyətə, siyasi həyata müəyyən bir dəstək vermək-dir. Bütün siyasi partiyalara bərabər, hətta müəyyən mənada hakim partiya ilə müqayisədə müəyyən bir üstün şəraitin yaradılmasını həmkarlarım da komitənin iclasında səsləndirdilər. Bu, əslində, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasi islahatların çox vacib bir elementi kimi nəzərə alınmalıdır. Oqtay müəllim, bir daha vurğulayam ki, biz sizinlə birlikdə bu layihəni kifayət qədər təkmilləşdirə bilmişik. Hesab edirəm, bu qanun qəbul olunarsa, biz ölkədəki demokratiyanın inkişafının indiki mərhələsində ölkədəki demokratiyanın inkişafının indiki mərhələsində öz töhfəmizi vermiş olacağıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hikmət Atayevin sualı var, buyursun.
H.Atayev. Çox sağ olun. Mənim sualım Əli müəllimədir. Əli müəllim, bir vətəndaş eyni zamanda iki partiyanın üzvü ola bilər, ya yox? Yəni onun olub-olmamağını hansı yolla dəqiqləşdirmək olar?
Sədrlik edən. Əli müəllim bu suala axırda cavab verər. Fazil Mustafa buyursun.
F.Mustafa. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Bayaq da qeyd etdiyim kimi, bu bizim çoxdan gözlədiyimiz bir qanun layihəsidir. Bununla bağlı bizim tərəfimizdən də ayrıca qanun layihəsi verilmişdi və orada olan müddəaların bir qismi bu qanun layihəsində öz əksini tapıb.
Cəmiyyətdə müəyyən söz-söhbətlər var idi ki, partiyaların qeydə alınması çətinləşəcək. Venesiya komissiyasının rəyində qeyd olunduğu kimi, 5000-ə yaxın üzvü olan partiyaların yenidən qeydiyyatdan keçirilməsi burada nəzərdə tutulmadı. Bu, müsbət haldır. Hesab edirəm ki, müəyyən natamamlıqlara baxmayaraq, bu qanun layihəsi mövcud reallıqlarla yanaşı, Azərbaycan cəmiyyətinin siyasi sistemində dəyişiklik yarada biləcək. Bu həm də proporsional seçki sisteminə keçəcəyimiz dövrə qədər partiyaların daha hazırlıqlı, yetkin qurumlara çevrilməsi üçün şərait yarada bilər.
Bu qanun layihəsinin siyasi mənası da var və ona görə də bunun müzakirəyə çıxarılmasını gözləmirdim. Yəni bu qanun layihəsinin müzakirəyə çıxarılması o deməkdir ki, hakimiyyət sözün həqiqi mənasında siyasi islahatlar etmək istəyir. Çünki bu günə qədər siyasi islahatlar xüsusilə də müxalifətlə münasibətlərdə bəyanatdan o tərəfə keçməyib. Bütün mədəni ölkələrdə olduğu kimi, Azərbaycanda da müxalifət partiyalarının statusunun tanınmasını və ümumiyyətlə, Azərbaycan protokolunda yerinin müəyyən olunması baxımından bu addımın atılmasını faydalı hesab edirəm. Ümid edirəm ki, bu qanunun qəbulu gecikməyəcək, vaxtında imzalanacaq və partiyalar onlara verilən müəyyən imtiyazlardan, həqiqətən, bəhrələnəcəklər. Bəzi dəyişiklikləri də müsbət hesab edirəm, ancaq Əli Hüseynli çıxışında qeyd etdiyinə görə bunlara toxunmayacağam. Amma bir sıra natamamlıqlar da var ki, onlara münasibət bildirməliyik. Komitə iclasında olmadığıma görə fikirlərimi burada səsləndirməyi zəruri hesab edirəm.
Layihədə müharibəni təbliğ etmək məsələsi var. Təbii ki, biz müharibəni təbliğ etməyi stimullaşdıra bilmərik. Ancaq Azərbaycan müharibə şəraitində yaşayan bir ölkə olduğuna görə burada çıxışın dürüst ifadə edilməsi vacibdir. Burada ədalətsiz müharibəni təbliğ etmək nəzərdə tutulmalıdır. Ən azı Qarabağ məsələsi həll olunana qədər belə olmalıdır. Ola bilsin ki, hakim partiya müharibə istəmir. Amma Azərbay-canın bütün siyasi partiyalarının səsini boğaraq, heç kim müharibə istəməsin, belə bir çağırış etməsin deyə tələb qoymaq yanlış olar. Bununla xarici siyasətimizdə də yanlış bir addımın əsasını qoymuş olarıq. Elə şərait yaranar ki, hakimiyyət sülhdən danışa bilər, amma müxalifət partiyası məhz müharibə aparmağın zəruriliyini qeyd edər. Həmin partiyanı bağlayacaqlar? Yaxud da siyasi arenadan siləcək-lər? Ona görə də, məncə, bu məsələyə diqqət yetirmək lazımdır.
Vacib məsələlərdən biri də siyasi partiyanın ləğvidir. Demokratik ölkələrdə partiya hər hansı məhkəmə tərəfindən ləğv edilə bilməz. Partiyanın ləğvi barədə qərarı ya Milli Məclis, ya da Konstitusiya Məhkəməsi verməlidir. Təbii ki, bu məsələ İnzibati-Prosessual Məcəlləyə uyğun olaraq tənzimlənir. Amma siyasi partiyanın ləğvi əlçatmaz olmalıdır və daha yüksək məhkəmə instansiyası tərəfindən edilməlidir ki, ölkədə partiyaların prestiji, nüfuzu qalxsın.
Maliyyələşmə məsələsi ilə bağlı burada qeyd olundu. Mən hesab etmirəm ki, digər partiyalara xüsusi imtiyaz verilir. Ən böyük imtiyaz Yeni Azərbaycan Partiyasındadır, ən çox qazanan da Yeni Azərbaycan Partiyası olacaq. Ona görə də Yeni Azərbaycan Partiyasının üzvləri daha çox fədakarlıq edib bu qanunun qəbuluna çalışmalıdırlar və hamısı yekdilliklə buna səs verməlidirlər. Nəticədə digər siyasi partiyalar da burada müəyyən yer ala bilərlər. Amma burada qeyri-dəqiqlik var. Məsələn, seçkilərdə etibarlı səslərin 3 faizini qazana bilməyən, yaxud səs toplamayan partiyalar dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizinin bölgüsündən heç nə əldə edə bilmədi. Faktik olaraq parlamentdə təmsil olunmayan partiya heç bir məbləğ ala bilmir. Bu 10 faiz haraya gedir? Mən təklif edirəm ki, vəsaitin Milli Məclisdə təmsil olunan partiyalara ayrılması dəqiq qeyd olunsun.
İkinci tərəfdən, bu gün de-fakto olan partiyaları nəzərdə tutmuram. Sabah parlamentdə olan bitərəflərdən 2–3 nəfər 3 ildən sonra bir partiya yarada və qeydiyyatdan keçirə bilər. Qeydiyyatdan keçən kimi tələb qoyacaq ki, mən parlamentdə təmsil olunuram? Bu dəqiqləşdirilməlidir. Qanunda belə bir boşluq saxlamaq doğru deyil. Bu gündən müəyyən edilməlidir ki, sonra problem olaraq qalmasın.
Təbii ki, qanun layihəsi ideal deyil. Hamını razı sala bilməz. Müxalifət tərəfindən də bu haqda fikirlər səslənir, razı olmayanlar da var. Amma fikrimcə, əgər biz ölkədə de-mokratiyanı dərinləşdirmək istəyiriksə və bu qanun layihə-sinin yaxın zamanlarda təsdiq olunmasını nəzərdə tuturuqsa, o zaman parlamentdə təmsil olunmayan müəyyən elektoratı, gücü olan partiyalardan birinin və ya bir neçəsinin bunun subyekti olması barədə düşünməyə dəyər. Xüsusilə tarixi bir partiya olan Müsavat Partiyasının bu vəsaiti almasının nə ziyanı ola bilər? Dövlət onsuz da “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə həmin vəsaiti ayrı yolla verir. “Azadlıq” qəzetindən AXCP götürür.
Mən heç AXCP-nin bu vəsaiti almasına tərəfdar deyiləm. Çünki AXCP artıq Əbülfəz Elçibəyin deyil, xarici səfirlik-lərin AXCP-sidir. Bir dərnək formasında da olsa həmişə qalacaqdır. Xarici səfirliklər həmişə hardansa pul tapıb bu partiyaya verəcəklər. Amma ölkə siyasətinə inteqrasiya olunması üçün köklü partiyaların, xüsusilə Müsavat Partiyasının bu qanunun subyektinə çevrilməsi dövlət üçün də faydalı olar. Başa düşürəm ki, qanunu ayrı-ayrı subyektlərə görə müəyyən etmirlər, ancaq bunu düşünməyə dəyər. Hesab edirəm ki, həm də yersiz söz-söhbətlər kəsilər. Beynəlxalq təşkilatların da bu qanunun qəbuluna münasibəti müsbət ola bilər.
Bütün hallarda mən bunu tarixi bir hadisə hesab edirəm. Bu qanunun qəbul olunması ölkədə sivil münasibətlərin, siyasi islahatların dərinləşdiyini sübut edən bir hadisədir və bundan sonra bütün partiyaların Azərbaycan siyasi həyatında rolu, çəkisi və təşəbbüskarlığı daha da artacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Çox yaxşı çıxış etdiniz, amma yenə Yeni Azərbaycan Partiyasından danışdınız. Yeni Azərbaycan Partiyası güclü partiyadır, imkanı var. Bütün baryerləri də keçib, deputatları da onun sayına görə vəsait alır. İndi hansı partiya 3 faizlik baryeri keçib? Milli Məclisdə iştirak edən partiyalar? Məsələni bu şəkildə qoymaq bir az düzgün deyil. İqbal Ağazadə buyursun.
İ.Ağazadə. Təşəkkür edirəm. Möhtərəm cənab Sədr, hör-mətli millət vəkilləri! Mən də “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edil-məsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi-nin müddəaları ilə tanış olmuşam. Komitənin iclasında da bununla bağlı fikirlərimi bildirmişəm. Ümumiyyətlə, Milli Məclisin tarixi boyunca bütün sessiyalarda “Siyasi partiyalar haqqında” Qanuna əlavə və düzəlişlərin edilməsini, yaxud da yeni qanun layihəsinin qəbul olunmasını istəyən millət vəkillərindən biri idim. Bu qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılmasına görə təşəkkür edirəm.
Çox istərdim ki, bu qanun Azərbaycanda siyasi partiyaların bir institut kimi formalaşmasına ciddi təkan versin və siyasi münasibətləri tənzimləyə bilsin. Çünki siyasətçi dövlət idarəçiliyinə iddialıdır və dövlət idarəçiliyində iştirak edir. Dövlət idarəçiliyi ilə bağlı kadrlar isə hər hansı bir universitetdə, əlahiddə qaydada siyasətçi fakültəsində deyil, məhz siyasi partiyalarda yetişirlər. Siyasi partiyalar həmin insanları siyasətə, dövlət idarəçiliyinə hazırlayır. Buna görə də siyasi partiyaların bir institut kimi formalaşması həm iqtidarın, həm müxalifətin, həm də bütövlükdə Azərbaycan dövlətini sevən hər bir kəsin marağına uyğun olmalıdır. Hesab edirəm ki, siyasi partiyaların ciddi qazanc əldə etməsində və cəmiyyətə fayda verə bilməsində hər kəs maraqlı olmalıdır.
Qanun layihəsinə gəldikdə isə bir sıra konkret məsələlərə münasibətimi bildirmək istəyirəm. İlk növbədə siyasi partiyaların dövlət qeydiyyatına alınması məsələsinə toxunmaq istəyirəm. Əgər siyasi partiyaların statusu Milli Məclisə keçirilən seçkilərdə iştirakla qazandığı səslərlə, maliyyələşdirilməsi isə qanunla tənzimlənirsə və onun cəmiyyətdəki yeri ilə müəyyənləşirsə, hesab edirəm ki, siyasi partiyaların təsisini sadələşdirmək lazımdır. Siyasi partiya təsis olunduğu gündən bir ay müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq partiya üzvlərinin sayını təsdiqləyən sənəd əlavə edilməklə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət edir. Hesab edirəm ki, bu doğru deyil. Çünki burada həm üzvlərin ərizələri, həm də onların şəxsiyyət vəsiqələri tələb olunur. Araşdırmalar nəticəsində məlum olur ki, yerlərdə partiya üzvləri həmin sənədləri təqdim edəndən sonra bəzən telefonla qorxudulurlar. Hətta bu, üzvlükdən imtinaya qədər gətirib çıxarır. Ona görə hesab edirəm, bu prosedur sadələşdirilməli və siyasi partiyaların qeydə alınmasında heç bir ciddi əngəl olmamalıdır. Təsəvvür edin ki, siyasi partiya qeydə alındı, onun cəmiy-yətdəki yerini və statusunu, fəaliyyətini, dövlət tərəfindən maliyyələşdirilməsini isə seçkilərdə iştirakı və qazandığı səslər müəyyən edirsə, partiyanın möhürünün olub-olma-ması və yaxud da onun hüquqi şəxs kimi qeydə düşüb-düş-məməsinin nə əhəmiyyəti var? Buna niyə süni əngəl yara-dılmalıdır?
Siyasi partiyaların fəaliyyət formaları haqqında maddədə siyasi partiyanın ictimai məsələlər ilə bağlı rəylərini dövlət və yerli özünüidarəetmə orqanlarına çatdırmaq da göstərilir. Hesab edirəm ki, burada əhaliyə, ictimaiyyətə çatdırmaqla bağlı xüsusi bənd olmalıdır. Dövlət “Siyasi partiyalar haqqında” Qanunda partiyanın rəylərinin ictimaiyyətə, vətəndaşlara, seçiciyə çatdırılması ilə bağlı üzərinə məsuliyyət götürməlidir. Əslində, siyasi partiyanın işlədiyi baza vətəndaşlar, seçicilərdir. Dövlət məsuliyyət daşımalıdır ki, siyasi partiya seçici ilə bu və ya digər şəkildə işləyə bilsin.
Siyasi partiya dövlət qeydiyyatına alınan zaman və sonradan həmin proqrama edilən hər hansı dəyişikliyi müvafiq icra hakimiyyəti orqanına məlumat üçün təqdim edir. Mən komitənin iclasında da bunu xüsusi qeyd etdim. Siyasi partiyanın fəaliyyətini, cəmiyyətdəki yerini, onun idarə edilməsini, quruluşunu və sair məsələləri hüquqi sənəd kimi nizamnamə tənzimləyir. Partiyanın proqramının müvafiq icra hakimiyyəti orqanına çatdırılması şərt kimi irəli sürülə bilməz. Çünki siyasi partiyalar ildən-ilə proqramını dəyişə də bilər. Siyasi partiya proqramını qurultayda deyil, öz ali məclisində də, digər səlahiyyətli qurumlarda da qəbul edə bilər. Tutaq ki, partiyanın 2013-cü ilin prezident seçkilərinə, 2014-cü ilin bələdiyyə seçkilərinə, parlament seçkilərinə yönəlik proqramları var. Əgər hədəflər fərqlidirsə, proqramlar da fərqli ola bilər.
2011-ci ildə dünyadakı iqtisadi vəziyyət 2013-cü ildəki iqtisadi vəziyyətdən fərqlidirsə, partiya qurultayını beş ildən bir çağırırsa və həmin səlahiyyətini ali məclisinə verirsə, partiyanın proqramı niyə müvafiq icra hakimiyyəti orqanına çatdırılmalıdır? Əgər proqram ildən-ilə dəyişdirilə, ona əlavə və düzəlişlər edilə bilərsə, yaxud da partiyanın səlahiyyətli qurumlarında, komissiyalarında partiyanın cəmiyyətə ünvanlanacaq mesajları, ayrı-ayrı hədəf qrupları içərisindən seçilib göstəriləcəksə, proqram nəyi dəyişir? Proqram onun hüquqi statusunun, idarəçiliyinin Konstitusiyaya və yaxud “Siyasi partiyalar haqqında” Qanuna zidd olub-olmaması ilə bağlı hər hansı bir məsələ qoymur. Hakimiyyəti zorla ələ keçirmək proqramda əks olunmur. Hakimiyyətə gəlməyin yolları, metodları yalnız nizamnamədə göstərilir, proqramda göstə-rilmir. Proqram seçiciyə yönəlikdir.
Burada həm də bir məxfilik olmalıdır. Bəlkə heç partiya proqramında göstərdiyi ünvanlanacaq hədəf mesajlarını qabaqcadan digər partiyaların və yaxud hansısa bir qurumun bilməsini istəmir. Ona görə hesab edirəm, qanun layihəsindən proqram məsələləri bütövlüklə çıxarılmalıdır. Siyasi partiyanın proqramı ilə bağlı 6-1-ci maddə əlavə edilməməlidir.
Bundan başqa, hesab edirəm ki, siyasi partiyaya ianə ve-rənlərin adlarının müvafiq icra hakimiyyəti orqanına təqdim olunması da yanlışdır. Doğru məsələ deyil. İanəçilik vətəndaşların öz vəsaitlərini könüllü surətdə harasa xərcləməsidir. Vətəndaşın üzərinə belə bir məsuliyyət qoyula bilməz ki, pulunu haraya xərclədiyin haqqında məlumat ver. Bu, vətəndaşların hüquqlarına müdaxilədir. Üzvlük haqqı ödəyən partiya üzvlərinin siyahısı məsələsində də əlavə vəsaitlərin daxil olma mənbəyi kimi üzvlük haqqı göstərilə bilər, amma üzvlük haqqı verən şəxslərin xüsusi göstəricilərinin harasa təqdim olunması, hesab edirəm ki, doğru deyil.
Ən maraqlı məqamlardan biri, təbii ki, siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən maliyyələşdirilməsi və dövlət büdcəsindən xüsusi vəsaitin ayrılmasıdır. Bəlkə bu gün start vəziyyəti yaranmasa, qüvvədə olan qanun çox normal, müvafiq qanun olardı. Amma vəziyyət elə deyil. Hökumət, dövlət öz üzərinə öhdəlik götürür ki, siyasi partiyaları bir institut kimi formalaşdırsın və onların cəmiyyət qarşısında həm məsuliyyətini, həm də imkanlarını artırsın. Belə olan təqdirdə siyasi partiyaların hamısına bərabər şərait yaradılmalıdır.
Bu gün 2010-cu ilin parlament seçkilərinin nəticələri əsas götürülür. Əvvəla, 2010-cu il seçkilərinin nəticələri əsas götürülürsə, o zaman seçkiyə münasibəti aydınlaşdırmaq lazımdır. Həmin partiyaların seçkiyə münasibəti adekvat deyilsə, fərqlidirsə bu münasibətlər içərisində eyni müstəvi yaratmaq nə dərəcədə doğrudur? 2010-cu ilin parlament seçkilərində 17 siyasi partiya iştirak edib. Təklif etdiyim variant budur ki, həmin partiyalar arasında vəsait bərabər bölünsün. Dövlət öz üzərinə öhdəlik götürsün ki, siyasi partiyalar bir institut kimi formalaşma, təkmilləşmə mərhələsində, start vəziyyətində eyni olacaq. 2015-ci ildən bu qanun qüvvəyə minsin və qanunun tələblərinə uyğun olaraq partiyalar parlamentdəki yerinə, roluna, sayına və sairə uyğun olaraq maliyyələşdirilsin.
İkinci, qanun layihəsində qeyd olunur ki, dövlət büdcəsindən ayrılan vəsaitin 40 faizi parlamentdə təmsil olunan partiyalar arasında bərabər bölünür. Bu gün Azərbaycan parlamentində 2010-cu ilin seçkilərində yalnız bircə namizəd irəli sürən 3 partiya var. Bircə namizəd irəli sürüb, parlamentdə təmsil olunanla yüz namizəd irəli sürüb parlamentdə təmsil olunmayan partiyaların hüquqları necə eyniləşdirilə bilər? Bu növbəti dövr üçün çox ciddi presedent yaradır.
10–15 nəfər fərdi qaydada namizədliyini verir, parlamentdə təkbaşına təmsil olunur. Nə partiya, nə də struktur var. Həmin şəxs parlamentdə təmsil olunur, dövlət büdcəsindən ayrılan vəsaiti də götürür. Siz bilirsinizmi ki, təkcə bir nəfərin parlament seçkilərinə namizədliyini partiya siyahısı ilə vermək üçün az qala 80 səhifə material hazırlanır, notarial qaydada təsdiq olunur və vəsait ödənilir. Bir partiya 100 namizəd üçün az qala 8 min səhifə material hazırlayıb Mərkəzi Seçki Komissiyasına, Dairə Seçki Komissiyasına verir. Bir nəfər isə ərizə yazır, bir dairəyə verir və namizəd olur. Ərizədə də yazır ki, mən filan partiyanın üzvü idim. Parlamentdə də təmsil olundu. Nə partiya var, nə partiyanın quruluşu, nə də strukturu. Sonda partiya maliyyələşdirilən zaman dövlət büdcəsindən ayrılan vəsait bərabər şəkildə bölünür.
Sədrlik edən. Vaxtınız bitdi. Siz çıxışınızda bir-birinə uyğun olmayan iki fikir söylədiniz. Deyirsiniz ki, bir şəxs ərizə verir və namizəd olur, səs toplayıb deputat olursa, Siz bunu qəbul etmək istəmirsiniz. Amma 500 üzvü olan partiya ilə 500 min üzvü olan partiyanı bərabərləşdirmək istəyirsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sertifikatı olmasın, istəyir kosmosda olsun. Sən burada 500 nəfərlə 500 mini bərabərləşdirmək istəyirsən, 100 nəfərlə bir nəfəri yox. Yəni bu məsələlər bir-birini təkzib etməməlidir. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, əvvəla, qeyd edim ki, bu qanun layihəsində təklif olunan dəyişikliklər Hüquq siyasəti və dövlət quruculuğu komitəsində çox geniş müzakirə edilibdir. Cənab Əli Hüseynli, parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələrinin hamısına çıxış üçün şərait yaratdı. Qanun layihəsi 2–3 saata yaxın ətraflı müzakirə olundu. Hər bir siyasi partiyanın nümayəndəsi öz mövqeyini açıqladı və açıq fikir mübadiləsi aparıldı. Layihə yalnız komitədə deyil, mətbuatda da, televiziyalarda da geniş şəkildə müzakirə olundu. Bütövlükdə cəmiyyətin və siyasi prosesdə iştirak edənlərin mütləq əksəriyyəti belə dəyişikliklərin zəruri olduğunu bildirib və bu cür dəyişiklikləri bəyəniblər. Əli Hüseynli də çıxışında bildirdi ki, komitədə səsləndirilən fikirlərə müvafiq olaraq qanun layihəsində dəyişikliklər edilib. Mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi, siyasi partiyaların təmərküzləşməsi və inkişafı baxımından bu qanunda edilən dəyişikliklər çox zəruridir, əhəmiyyətlidir və vaxtında edilir. Bu dəyişikliklər siyasi partiyaların inkişafına çox müsbət təsir göstərəcəkdir.
Yeni Azərbaycan Partiyasının bu qanun layihəsinə münasibətdə mövqeyi cənab Əli Əhmədov tərəfindən komitədə bildirildi və mətbuatda da açıq şəkildə ifadə olundu. Opponentlərimiz bəzən ədalətdən danışırlar, “ədalətli deyil, ədalətsizdir” və sair kimi sözlərdən istifadə edirlər. Mən komitədə deyilən fikirləri bir daha təkrar etməyəcəyəm. Amma Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolu, mövqeyi, üzvlərinin sayı, təşkilatlanması, parlamentdə, bələdiyyələrdə və sair orqanlarda təmsilçiliyi, o cümlədən keçirilən prezident, parlament, bələdiyyə seçkilərində aldığı səsləri əsas götürərək siyasi partiyaların maliyyələşdirilməsi ilə əlaqədar dünya təcrübəsində istifadə olunan formulları tətbiq etsək, onda Yeni Azərbaycan Partiyası ayrılan vəsaitin daha çox hissəsini alardı. Lakin partiyamız siyasi partiyaların gerçək vəziyyətini nəzərə alaraq, o cümlədən bu prosesin daha da inkişaf etdirilməsi məqsədi ilə qanun layihəsindəki dəyişikliklərə dəstək verib. Mən bu layihəyə komitə üzvü olaraq da səs vermişəm və iclasda da səs verəcəyəm.
Burada həm Fazil Mustafa, həm də cənab İqbal Ağazadə tərəfindən müxtəlif fikirlər səsləndi. Komitədə də bənzər fikirlər səsləndirilmişdi. Burada start vəziyyətindən danışıldı. Azərbaycanda siyasi partiyaların yaranması prosesi 1990-cı ildən başlayıb. Bu vaxtdan da Azərbaycanda müxtəlif sayda, müxtəlif zamanda siyasi partiyalar yaradılıb. Hazırda verilən informasiyaya görə Azərbaycanda 110 siyasi partiya mövcudluğunu elan edib. Lakin faktiki olaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçən partiyaların sayı 40-dan bir az artıqdır. Həmin siyasi partiyaların da yalnız 11-i seçkilərdə iştirak edib və parlamentdə təmsil olunur. Partiyanın siyasi fəaliyyətinin hansı dərəcədə olmasını müəyyən edən meyar, ölçü seçkilərdir və məhz seçkilər onun gücünü müəyyənləşdirir. Seçkilərin nəticələrinə uyğun olaraq da siyasi partiyalara maliyyə ayrılır və ya onun cəmiyyətdəki yeri müəyyən edilir.
Siyasi partiyaların nizamnaməsi, proqramı, təsis olunması ümumi məsələlərdir və hamıya aiddir. Siyasi partiyaların proqramlarının ölkənin qanunvericiliyinə, Konstitusiyasına uyğun olub-olmaması və sair məsələlər bütün dünyada, qanunvericilikdə təsdiq olunur. Heç bir ölkədə mövcud hakimiyyətin, quruluşun dəyişdirilməsini təbliğ və təşviq edən partiyaların yaradılmasına icazə verilmir. Təbii ki, Azərbaycanda da belədir. Qanun layihəsində həmin normalar öz əksini tapıb.
Ayrı-ayrı ölkələrdə siyasi partiyaların fəaliyyəti, onların ləğvi və sair məsələlərlə əlaqədar müxtəlif formalar tətbiq oluna bilər. Partiyaların ləğvi bəzi ölkələrdə adi məhkəmə yolu ilə, bəzilərində müvafiq icra hakimiyyəti vasitəsilə, bəzi ölkələrdə isə ali məhkəmə qurumları tərəfindən həyata keçirilir. Hesab edirəm ki, bizdə tətbiq olunan norma qanunauyğundur və burada heç bir təhlükə görmürəm. Əgər siyasi partiya fəaliyyətində Konstitusiyaya zidd əməllərə yol verməyəcəksə, onun hər hansı formada ləğv olunmasından söhbət getməyəcək.
Partiyanın proqramı məsələsi ilə bağlı komitədə də bəzi fikirlər səsləndirildi. Həqiqətən də hazırkı şəraitdə siyasi partiyaların proqramları seçkiyə yönəlik, ona uyğun şəkildə müəyyən olunur və seçki proqramı adlanır. Əlbəttə, komitə sədri qanunvericilik təşəbbüsü subyekti ilə danışıq aparsa, proqramın hər bir dəyişiklikdən sonra müvafiq icra hakimiyyəti orqanına təqdim olunması məsələsinə yenidən baxıla bilər. Amma siyasi partiya proqrama malik olmalıdır və proqram da cəmiyyətə çatdırılmalıdır, bilinməlidir ki, bu partiya nə istəyir? Nizamnamədə bunlar tam əksini tapmır, burada partiyanın daxili strukturu, eyni zamanda, onun ida-rəçiliyi müəyyənləşdirilir.
Hikmət Atayev bir şəxsin iki partiya üzvü olma məsələsi ilə bağlı sual verdi. Həmin məsələ qanun layihəsində yox-dur, amma siyasi partiyaların nizamnamələrində öz əksini tapa bilər. Siyasi partiyanın nizamnaməsində birmənalı ola-raq göstərilməlidir ki, şəxsin başqa partiyaya üzvlüyü aydınlaşdırılsa, partiyadan avtomatik xaric edilə bilər. “Siyasi partiyalar haqqında” Qanunda belə bir norma nəzərdə tutulmur. Hesab edirəm ki, bu da doğrudur. Siyasi partiyalar özləri bunu müəyyənləşdirə bilərlər.
Partiyalara ayrılacaq vəsaitlə bağlı müzakirələr gedir. Partiyalara maliyyə dəstəyinin verilməsi indiki hakimiyyətin siyasi partiyaların fəaliyyətinə böyük imkanlar yaratmasının əsas göstəricilərindəndir və siyasi islahatlar istiqamətində atılan addımdır. Vəsaitin bölüşdürülməsi ilə əlaqədar da fikirlər səsləndirildi. Hesab edirəm ki, bölgü çox ədalətlidir. Əgər partiya parlament seçkilərində iştirak edərək 3 faiz civarında səs toplaya bilmirsə, ona hansı formada yardım göstərmək olar? Hansı maliyyə dəstəyindən söhbət gedə bilər? 40 faizin bərabər şəkildə bölünməsi məsələsinə isə Yeni Azərbaycan Partiyası etiraz edə bilər, ancaq biz buna etiraz etmirik. Ayrılan 40 faiz vəsaitin 11 partiya arasında bərabər bölünməsinə də normal yanaşırıq. Sonra isə artıq diferensial qaydada, yəni yerlərdə müvafiq şəkildə bölgü aparıla bilər.
Biz 2010-cu ilin parlament seçkilərində iştirak edən bütün partiyaları buraya daxil etsəydik, onda qanunun qəbul edilməsi, geriyə tətbiqi doğru olmazdı. Bu qanun real gerçəkliyi, indiki vəziyyəti nəzərə alaraq sonrakı prosesi müəyyənləşdirəcək. Parlamentdə təmsil olunan deputatlar gələcəkdə partiya quracaqlarsa, büdcə ayırmaları zamanı yeni bölgüdə iştirak edə biləcəklər. Yaxud da partiyalarda dəyişikliklər baş verəcəksə, dövlət büdcəsindən ayırmalar zamanı yeni bölgüdə vəsait alacaqlar. Əgər bölünübsə, ayrılan vəsait artıq bir dəfə verilibsə, bundan sonra yeni yarananlara bu qayda başqa cür tətbiq olunacaq.
Bu qanun layihəsində çox mühüm məsələlər var. Doğru-dur, əvvəllər də siyasi partiyaların maliyyə hesabatları ver-məsi məsələsi var idi. Bütövlükdə Azərbaycanın siyasi sis-temində maliyyə hesabatı verən yeganə partiya Yeni Azər-baycan Partiyasıdır. Yeni Azərbaycan Partiyası vaxtaşırı olaraq özünün maliyyə hesabatlarını mətbuatda dərc etdirir. Amma hazırda qüvvədə olan qanunda müvafiq normaların mövcudluğuna baxmayaraq, hələ heç bir müxalifət partiyası və yaxud da digər partiyalar öz maliyyə hesabatlarını cəmiyyətə açıq şəkildə çatdırmayıblar. Bu özü qanun pozuntusudur.
Biz əgər indiki şəraitdə ianə verənləri anonim saxlasaq, onda partiyaların maliyyə mənbələri ilə bağlı şübhə mey-dana gələ bilər. İanə verənlərin adlarının məlum olması elə də qorxulu məsələ deyil. Üzvlük haqqı verənlərin isə adları deyil, yalnız sayı tələb olunur. Hesab edirəm ki, qanun layi-həsində bu normalar çox yerində tətbiq olunur. Gələcəkdə Azərbaycan cəmiyyəti inkişaf etdikcə bu qanuna da dəyişikliklər ediləcək. İndiki şəraitdə qanun layihəsi çox normal tərtib olunub və Azərbaycanda siyasi sistemin inkişafına mühüm təsir göstərəcək. Mən bir deputat kimi bu qanun layihəsinə tərəfdaram və ona səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Mübariz müəllim. Qanun layihəsinin müzakirəsi zamanı istərdim hamımız səmimi olaq. İndiyə kimi bu qanun layihəsinin müzakirə ediləcəyinə belə inamımız yox idi. Qanun layihəsi hazırlandı. Pulların bölünməsi məsələsinə heç kəs inanmırdı.
Əgər biz bu saat qanun layihəsinə Milli Məclisdə iştirak edən bütün partiyalar arasında pulların bərabər bölünməsi ilə bağlı dəyişiklik etsək, inandırım sizi, onda burada iştirak edən bir çox partiya nümayəndələri gizli səsvermə keçirilməsini tələb edəcəklər. Çünki istəməzlər ki, onlara şərik çıxsınlar.
Bir az populist çıxışlar oldu, başqa fikirlər səsləndi. Biz hamımız demokratıq. Amma həm pul bölgüsü, həm qanun layihəsindəki dəyişikliklər start vəziyyəti üçün çox yüksək səviyyədədir. Fikirlər məlum oldu. Ancaq müzakirələrə ehtiyac varsa, davam edək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən xahiş edirəm, çıxışlar üçün 5 dəqiqə-lik reqlamentə keçək, kim istəsə, əlavə vaxt verərəm. Bu çox vacib məsələdir, kim istəsə 10 dəqiqə də çıxış edə bilər, amma xahişim budur ki, mümkün qədər qısa çıxış edək. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Bu qanun layihəsini çoxdan gözləyirdik. Ona görə də bugünkü müzakirəni hədsiz dərəcədə müsbət hesab edirəm. Xüsusilə siyasi partiyaların maliyyələşdirilməsi məsələsi çox təqdirəlayiqdir. Yəqin ki, bu, siyasi partiyaların inkişafına böyük təkan verəcək.
Arzu edirəm ki, gələcəkdə siyasi partiyaların inkişafı üçün proporsional seçki sistemi tətbiq olunsun, o zaman hər bir partiyanın qazandığı səs daha düzgün hesablanar. Əlbəttə, komitədə müzakirə zamanı müəyyən təkliflərimizi dedik. Təkliflərin bir çoxu xüsusilə 4.1.4-cü və 16.6-cı maddələrlə bağlı olanlar nəzərə alındı. Mən burada Fazil Mustafanın və çıxış edən digər yoldaşların qanun layihəsinə verdikləri siyasi qiymətlə tam razıyam. Ona görə də təkrar etmək istəmirəm. Müəyyən təkliflərim var idi, komitədə də demişdim. Ancaq gördüm ki, nəzərə alınmayıb. Bunları sizin diqqətinizə çatdırmaq istəyirəm.
İlk növbədə Fazil müəllimin qaldırdığı məsələyə qayıt-maq istəyirəm. Hesab edirəm ki, doğrudan da, siyasi parti-yalar yüksək instansiya orqanları tərəfindən ləğv edilməlidir. Türkiyədəki kimi, Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilməlidir. Bu səlahiyyəti aşağı instansiya məhkəmələrinə vermək, mənə elə gəlir ki, düzgün deyil.
Daha sonra, 4-cü maddədə yazılır: “Dövlət və yerli özü-nüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilmir”. Yəqin ki, “yerləşdirilməsi-nə” yox, ya “yaradılmasına”, ya da “təsis edilməsinə yol verilmir” yazılmalıdır.
21-ci maddədə “mədaxili və məxarici” sözlərinin “gəlir və xərcləri” sözləri ilə əvəz edilməsi təklif olunur. Siyasi partiyalar qeyri-kommersiya təşkilatlarıdır. Onların gəlirləri olmadığı üçün Vergilər Nazirliyi ilə heç bir əlaqələri də yoxdur. Bunların ancaq müəyyən dərəcədə Dövlət Sosial Müdafiə Fondu qarşısında öhdəliyi olur ki, işçiləri maaşlardan müəyyən faizlər ala bilsinlər. Ona görə də hesab edirəm ki, “mədaxil və məxaric” sözləri daha düzgündür.
İnkişaf etmiş demokratik ölkələrdə siyasi partiyalar hakimiyyətin idarəçiliyində iştirak etməsələr də, faktiki olaraq ona nəzarəti həyata keçirərək hakimiyyətin vəzifədən sui-istifadə etməsinin qarşısını alırlar. Partiyalar bunu fikir bildirmək vasitəsilə, nümayişlər, parlament diskussiyası, KİV-lər və sair müxtəlif yollarla edirlər. Ona görə mənə elə gəlir ki, siyasi partiyaların hüquqları haqqında 12-ci maddəyə, aşağıdakı məzmunda bir bənd əlavə etmək lazımdır: “Dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət funksiyasını həyata keçirmək”. Ümumilikdə qanun layihəsini müsbət hesab edirəm. Burada maliyyələşdirmə ilə də bağlı çox söhbət getdi. Hər halda nə qədər vəsait ayrılıbsa ona da şadıq. İstərdim ki, qanun tez qəbul olunsun, Prezident tərəfindən imzalanıb qüvvəyə minsin və fəaliyyət göstərsin.
Sədrlik edən. Çox sağ olun, İlyas müəllim. İkinci millət vəkilidir ki, partiyaların yuxarı instansiya – Konstitusiya Məhkəməsi tərəfindən ləğv olunması haqqında fikir bildirdi. Türkiyəni misal çəkdiniz. Türkiyədə Böyük Millət Məclisində cəmi 5 partiya təmsil olunur. Ümumiyyətlə, ölkənin siyasi həyatında iştirak edən, mübarizə aparan ən çoxu 10 partiya var. Eləcə də bütün böyük dövlətlərdə 3, 5, 10 partiya olur.
Ölkəmizdə hal-hazırda qeydiyyatdan keçən 49, özünü partiya kimi bəyan edən 100 partiya var. Bu məsələlərə Konstitusiya Məhkəməsi baxsa, onda gərək işini-gücünü atıb, hər ay bir partiyanın məhkəməsi ilə məşğul olsun. Problemi bu instansiyaya qaldırmaq lazım deyil. Nə vaxt ki partiyalar püxtələşər, güclü olar, onda bu maddəyə yenidən baxarıq. Hesab edirəm ki, qanun layihəsi indiki dövr üçün çox normal tərtib olunub. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hör-mətli millət vəkilləri! Əlbəttə, mən də siyasi partiya rəhbəri kimi belə bir qanun layihəsinin Milli Məclisin plenar iclası-na çıxarılmasını çoxdan gözləyirdim. Çox yaxşı haldır ki, siyasi partiyaların Azərbaycanın siyasi həyatındakı mövqe-yinin möhkəmləndirilməsi, onların fəaliyyətinin gücləndirilməsi və siyasi sistemimizin təkmilləşdirilməsi üçün əlverişli şəraitin yaradılmasını özündə ehtiva edən belə bir qanun layihəsi, nəhayət, müzakirəyə çıxarıldı. Qanun layihəsini kifayət qədər təkmilləşdirilmiş hesab edirəm və yüksək qiymətləndirirəm. İşçi qrupuna da, layihənin müəlliflərinə də millət vəkili və partiyanın sədri kimi təşəkkürümü bildirirəm.
İstər layihəni təqdim edən Əli Hüseynlinin, istərsə də digər həmkarlarımızın qanun layihəsinin ayrı-ayrı maddələri ilə bağlı söyləmiş olduqları fikirlərə qoşuluram. Əminliklə bildirirəm ki, bu qanun layihəsi qüvvəyə mindikdən sonra Azərbaycanın siyasi həyatında siyasi partiyaların yeri və rolu daha da artacaq və onlar siyasi sistemin təkmilləşdirilməsi üçün üzərilərinə düşən vəzifənin məsuliyyətini dərk edərək ciddi töhfələr verəcəklər. İnanıram ki, bu qanun layihəsi tezliklə qəbul ediləcək və siyasi partiyaların həyatında yeni bir mərhələ başlayacaqdır. Hörmətli Sədr, bütün bunlarla bərabər bir neçə maddə ilə bağlı təkliflərim də var.
Birinci növbədə 4-cü maddə ilə bağlı təklifim var. “Siyasi partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır” müddəasına “Azərbaycan Respublikası ərazisinin üçdə ikisindən azı 1000 vətəndaşı onun üzvü olmalıdır” şəklində düzəliş etmək lazımdır. Mənə elə gəlir ki, ümumrespublika səviyyəli bir partiya Azərbaycan Respublikası ərazisinin ən azı üçdə ikisində min nəfərin imzasını toplamalıdır.
İkinci təklifim “Siyasi partiyaların ləğv edilməsi və ya fəaliyyətinin dayandırılması” adlanan 16-cı maddə ilə bağlıdır. Düşünürəm ki, əgər siyasi partiya 3 il müddətində bələdiyyə, parlament, prezident seçkilərində iştirak etmirsə, onun qeydiyyatı ləğv edilməlidir. Bir çox ölkələrdə belə bir təcrübə var və düşünürəm ki, biz də bunu 16-cı maddəyə əlavə etsək məqsədəuyğun olar.
17-ci maddə partiyaların güclənməsinə mühüm təsir göstərir. Burada dövlət büdcəsi hesabına siyasi partiyaların maliyyələşdirilməsindən söhbət gedir. Bu haqda müxtəlif rəylər var və mən də öz münasibətimi bildirmək istəyirəm. Həmkarım İqbal Ağazadənin vəsaitin bölgüsü haqqında fikri ilə razılaşmıram. Parlament seçkilərində 17 siyasi partiya iştirak edib. Onların içərisində eləsi var ki, 1 nəfərlə iştirak edib, cəmi 2000–3000 və ya 500 səs toplayıb. Ancaq Yeni Azərbaycan Partiyası külli miqdarda səs toplayıb və üzvləri parlamentdə əksəriyyət təşkil edirlər. Bu partiyalar ilə mənim sədrlik etdiyim Ana Vətən Partiyası, yəni 36 min səs toplayanla 500 səs toplayan partiyalar arasında bərabərlik işarəsini qoymaq və hər ikisinə eyni vəsaitin ayrılmasını irəli sürmək ədalətli yanaşma deyil. Prinsip etibarilə təqdim edilmiş format çox normaldır və bundan ideal bir variant tapmaq bəlkə də mümkün deyil.
Vəsaitin 40 faizinin partiyalar arasında bərabər bölünməsi ilə bağlı fikrimi bildirmək istəyirəm. Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının bütün ərazilərində təşkilat strukturu olan böyük və kütləvi partiyadır. Başqa partiyaların adlarını çəkmək istəmirəm. Bu gün Ana Vətən Partiyasının Azərbaycan Respublikasının 62 rayonunda təşkilatı var. Ancaq elə partiya var ki, heç bir təşkilatı yoxdur, Milli Məclisdə təmsil olunur. Heç kimin acığı gəlməsin, reallığı demək istəyirəm. Bu partiyalar arasında 40 faizin bərabər bölünməsi necə ola bilər? 62 rayonda yerləşən təşkilatı saxlamaq, yəni onları ofislə, avadanlıqla təmin etmək lazımdır, buna vəsait sərf olunacaq, Ana Vətən Partiyası ayrılan vəsaiti, şərti rəqəm deyirəm, 50 mini 62 rayon təşkilatına, Yeni Azərbaycan Partiyası isə misal üçün, 200 mini bütövlükdə 86 rayon təşkilatına xərcləməli olacaq. Seçkilərdə bir nəfər ilə iştirak edən partiya isə həmin pulu özünə xərcləyir. Bu necə olacaq? Ona görə mənə elə gəlir ki, bu bəndə yenidən baxmaq lazımdır. Bəlkə də səslənmiş fikir reallıqla uzlaşmır, ancaq hər halda mən təklifimi verirəm, işçi qrupu bunu nəzərə ala da bilər, almaya da. Bütövlükdə mahiyyət etibarilə qanun layihəsinə müsbət yanaşıram, yüksək qiymətləndirirəm və ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr! “Siyasi partiyalar haqqında” Qanunda dəyişiklik çox aktual bir mövzudur. İclasın bu gün keçirilməsinə baxmayaraq, artıq bir neçə gündür həm parlamentdə, həm parlamentdən kənarda, kütləvi informasiya vasitələrində layihə ilə bağlı ciddi müzakirələr gedir. İş burasındadır ki, qanunda çox sayda və ciddi dəyişikliklər edildiyinə görə bunun dəyişiklik kimi yox, yeni qanun formasında qəbul edilməsinə tərəfdaram. 1992-ci ildə qəbul edilən “Siyasi partiyalar haqqında” Qa-nundan, əslində, az bir hissə qalır.
Siyasi partiyalar böyük mövzudur, bununla bağlı həm polemikaya girmək, həm də yeni təkliflər vermək olar. Vaxtın azlığını nəzərə alaraq edilən təkliflərə münasibətimi bildirmək istəyirəm.
4.2-ci maddədə bildirilir: “Siyasi partiyaya üzvlük peşə, irqi, cinsi, etnik və dini əlamətlərə görə məhdudlaşdırıla bilməz”. Mən təklif edirəm ki, “subyektiv amillərə görə məhdudlaşdırıla bilməz” yazılsın. Çünki sabah kimsə müəyyən bir soyad üzrə partiya yaradacaq – Həmidovlar, Şərifovlar partiyası. Biz isə ona qadağa qoya bilməyəcəyik, çünki eyni soyadı daşıyan insanların partiya yaratması qanunla qadağan olunmur. Yaxud da təhsil səviyyəsinə görə – orta təhsillilər partiyası, universitet təhsillilər partiyası. Bu baxımdan “subyektiv amillərə görə” sözləri bütün belə halları əhatə edə bilər.
5-ci maddədə bildirilir ki, “nizamnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə təsir göstərə bilər”. Mənə elə gəlir ki, “nizamnaməsinə görə” deyil, “qanunlara görə” yazılmalıdır. İş burasındadır ki, partiyanın nizamnaməsindəki müəyyən müddəa onun hakimiyyət orqanlarına təsiri üçün əsas ola bilməz. Hansı partiyanın üzvü olur-olsun o, Azərbaycan Respublikasının vətəndaşıdır və qanunlardan çıxış edərək hakimiyyət orqanlarına təsir edə bilər.
Texniki düzəliş kimi görünə bilər, amma mən bunu ciddi sayıram. 5-ci maddənin 1.1-ci hissəsində bildirilir ki, siyasi partiya nizamnamə və proqramın qəbul olunması yolu ilə təsis edilir. Partiya ilk növbədə proqramını ortaya qoymalı-dır. Sonra isə bu proqramı həyata keçirmək üçün mexanizm, yəni nizamnamə qəbul edilməlidir. Bundan başqa bir neçə yerdə də “nizamnamə və proqram” şəklində yazılıb. Mən təklif edirəm ki, “proqram və nizamnamələr” yazılsın. Bu texniki məsələdir. Ancaq partiyanın müəyyən məqsədlər üçün yaradıldığını və həmin məqsədləri həyata keçirmək üçün nizamnamə adlı işlək mexanizm formalaşdırdığını göstərir.
6-cı maddədə bildirilir ki, partiyanın adının qısaldılmış forması olmalıdır. Təklif edirəm, buraya “arzu edərsə, partiyanın adının qısaldılmış forması” sözləri yazılsın. Biz məcbur edə bilmərik ki, partiyaların hamısının adının qısaldılmış forması olsun. Bu baxımdan parlamentdə də bir neçə partiya var ki, onların adlarının qısaldılmış formasının nə cür yazılması mənim üçün aydın deyil.
Həm mövcud qanunda, həm də indiki qanun layihəsində bildirilir ki, partiya maliyyə hesabatı verməlidir. Amma Yeni Azərbaycan Partiyasından başqa Azərbaycanda qey-diyyatda olan 55 partiyanın heç biri maliyyə hesabatı vermir. Biz qanuna bu müddəanı saldıq. Əgər partiya bunu yerinə yetirməsə, hansı məsuliyyəti daşıyacaq? Hesab edirəm, bu halda hansı məsuliyyəti daşıyacağı konkret şəkildə göstərilməlidir. Digər tərəfdən təklif edirəm ki, iki dəfə ardıcıl olaraq ümummilli seçkilərdə iştirak etməyən partiyanın qeydiyyatı avtomatik şəkildə ləğv edilsin. Azərbaycanda qeydiyyatda olan 55 partiya var. Seçkilərdə isə yalnız 10-15 partiya iştirak edir. Onların böyük əksəriyyətini nəinki vətəndaşlar, heç mütəxəssislərin özləri də tanımırlar. Bu saxta çoxpartiyalılıq şəraitində iki dəfə ümummilli seçkilərdə iştirak etməyən partiyanın qeydiyyatı mütləq ləğv edilməlidir. Siyasi partiyalar dövlətdən aldığı yardımı, vəsaiti geri qaytara və yaxud müəyyən hissəsindən imtina edə bilər.
Bir məsələni də qeyd etmək istəyirəm. Fazil müəllim etirazını bildirdi. Partiya dinamik bir orqanizmdir. Bu baxımdan hansısa partiya üzvünün partiyadan çıxması, yeni partiyaya üzv olması normal, demokratik bir haldır. Ancaq tələb etmək olmaz ki, parlament formalaşandan sonra partiya üzvlərinin nisbəti hansı formadadırsa, 5 il ərzində maliyyə yardımı da həmin formada olsun. Əgər parlament üzvü partiyasını dəyişərsə, yaxud yeni bir partiya təsis edib ona daxil olarsa, bu zaman maliyyə yardımı sxeminə yenidən baxılmalıdır.
18-ci maddədə sadalanır: “dövlət büdcəsindən ayrılan vəsait; borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ, hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak”. Bunlar nə deməkdir? Aydın deyil. Məsələyə aydınlıq gətirilməsini və ya daha dəqiq sözlərlə ifadə olunmasını təklif edirəm. Ümumilikdə dəyişikliklər müsbətdir və bunlar Azərbaycanda çoxpartiyalı sistemin daha da inkişaf etməsinə töhfəsini verəcəkdir.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Son zamanlar tez-tez bu və digər qanunlara dəyişikliklər edirik. Bu, qanunvericilik praktikasında daimi olaraq rast gəlinən haldır.
Ümumiyyətlə, Azərbaycanda qanunvericilik aktlarına edilən dəyişikliklərin kökündə 3 amil dayanır: ölkəmizin qloballaşan dünyaya daha sıx inteqrasiyası; qloballaşan dünyanın özünün sürətlə dəyişməsi və daha şəffaf, daha olumlu harmonik bir cəmiyyət qurmaq istəyi. “Siyasi partiyalar haqqında” Qanuna edilən dəyişikliklərin kökündə də məhz bu fəlsəfənin dayandığını görürük. Edilən dəyişikliklərdə konseptual olaraq nələr nəzərə çarpır?
Əvvəlcə onu demək istəyirəm ki, bəzi qanunvericilik aktlarında, fikirlərin ifadə tərzini görəndə göz önünə sağ qulağın sol əllə qaşınması gəlir. Yəni orada deyiləni anlamaq üçün bir neçə dəfə oxumaq məcburiyyətində qalırsan. Amma “Siyasi partiyalar haqqında” Qanun edilən dəyişik-liklərdən sonra bu baxımdan müsbət mənada fərqlənir.
“Siyasi partiyalar haqqında” Qanunda edilən dəyişiklikdən danışarkən öncə onu demək istəyirəm ki, bu daha çox yeni bir qanunun hazırlanmasına bənzəyir. Çünki burada əksər maddələrin üzərində yenidən işlənilib. Bir çox hallarda maddələr bütünlüklə dəyişdirilib, bəziləri daha da genişləndirilib, eyni zamanda əvvəlki qanunda rast gəlinməyən maddələr əlavə olunub. Edilən dəyişiklikləri qanunvericilik texnikası baxımından uğurlu sayıram. Eyni zamanda, onların təkcə hüquqi və informativ deyil, həm də ağır siyasi mahiyyət daşıdıqlarını etiraf etməliyəm.
1-ci maddəyə edilən dəyişikliklərin qanunvericilik texnikası baxımından uğurlu olduğunu hesab edirəm. Bu maddə əvvəlkindən daha yığcam, lakonik və məzmunludur. Edilən dəyişikliklərin əhəmiyyətindən danışarkən qeyd etməliyəm ki, burada bizim qanunlarla yanaşı, qoşulduğumuz beynəlxalq hüquqi aktlara uyğunlaşma ön plana çəkilir. Digər tərəfdən qanun təkcə partiyalarla cəmiyyət, partiyalarla hakimiyyət münasibətlərində təkmil, anlaşıqlı və şəffaf əməkdaşlığın formalaşması üçün baza rolu oynamayacaq; eyni zamanda, partiya daxilində daha demokratik, dəqiq mexanizmlə tənzimlənən açıq atmosferin yaranmasına yol açacaqdır. Məsələn, siyasi partiyanın nizamnaməsi ilə bağlı 6-cı maddəyə siyasi partiyanın orqanlarında iradənin ifadə olunması, siyasi partiyanın üzvlərinin siyasi partiyanın rəhbər orqanlarının qərarlarından şikayət etmək qaydalarının yer alması, siyasi partiyaya üzvlüklə bağlı 8-ci maddəyə “heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyünə qalmağa məcbur edilə bilməz” bəndinin salınması bu qəbildən olan dəyişikliklərdəndir.
Ancaq mənim bəzi iradlarım da olacaq. Onlardan biri 4-cü maddə ilə bağlıdır. Hörmətli Fazil Mustafa da bu məsə-ləyə toxundu. 4-cü maddənin 4-cü bəndində müharibə təbliğatının yolverilməz olduğu qeyd edilir. Nəzərə almalıyıq ki, torpaqlarımızın 20 faizi işğal altındadır və daim həm rəsmi səviyyədə, həm də cəmiyyət olaraq hansı yolla olur-olsun onların qaytarılmasını tələb edirik. Ona görə də fikirləşirəm ki, burada bir balaca düzəliş edilməlidir. “Müharibəni” sözü “işğalçılıq məqsədi güdülən ədalətsiz müharibəni” sözləri ilə əvəz olunmalıdır.
Bir neçə kəlmə də 17-ci maddə haqqında demək istəyi-rəm. Bu da ən çox mübahisə doğuran partiyaların maliyyələşdirilməsi məsələsi ilə bağlıdır. Müxtəlif spektrlərdə olan qruplaşmaların və güclərin buna yanaşmaları, təbii ki, müxtəlifdir. Heç bir partiyanın üzvü olmayan, neytral bir adam kimi deməliyəm ki, əslində, bu məsələdə ən çox, formal da olsa, haqsızlıqla üzləşən hakim partiyadır. Çünki hazırkı maliyyələşdirilmə sistemi Avropa təcrübəsi əsasında hazırlanıb. Partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilk dəfə Almaniyada başlayıb və Avropa ölkələrinin əksəriyyətində – Almaniyada, İsveçdə, İtaliyada, Fransada, Danimarkada və sair dövlətlərdə tətbiq olunur. Əgər bu ölkələrin təcrübəsinə fikir versək görərik ki, partiyalar maliyyələşdirilərkən onların parlamentdə təmsilçilik sayı ön plana çəkilib. Almaniya təcrübəsində bir zamanlar hətta hər seçici sayına görə 1,5-2 marka pul ayrılırdı. Yəni bu baxımdan Yeni Azərbaycan Partiyası öz iradlarında haqlıdır. Amma bizim əsas məqsədimiz partiya quruculuğu, ölkədə yeni bir siyasi mədəniyyət formalaşdırmaq, dövlətin siyasi dayanıqlığını daha da gücləndirmək olduğundan layihədə çox böyük güzəştlər nəzərdə tutulur.
Layihəyə görə 40 faiz vəsait bütün partiyalar arasında bərabər bölünür. Bunu anlaya bilmirəm ki, nə üçün məbləğin miqdarı haqda deyil, faiz haqqında danışılır? Almaniya təcrübəsində bu, 0,15 faizdir. Orada partiyalara 500–600 milyon avro pul ayrılır. Amma əhalisi az, siyasi partiyalarının sayı çox olan dövlətlərdə bu göstərici 4–5 dəfə azdır. Azərbaycanda nə qədər olacaq? Mənə elə gəlir ki, bununla bağlı danışılmalı idi. Amma partiya təmsilçilərinin çıxışlarında bu məsələlərə rast gəlmədim. Daha çox partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi fəlsəfəsi üzərində dayanıldı.
Qərb politologiyasında küçə müxalifətçiliyi, mitinqlərin, piketlərin intensivliyi dövlətin zəifliyi kimi təqdim olunur və qəbuledilməz sayılır. Parlamentdə olan partiyaların dövlət tərəfindən maliyyələşdirilməsində də məqsəd yeni bir siyasi mədəniyyət formalaşdırıb siyasi mübarizənin parlament çərçivəsinə salınması idi. Bu baxımdan da parlamentdə təmsil olunan partiyaların maliyyələşdirilməsi və 3 faizlik baryer məsələsi həm Avropa qanunvericiliyinə, həm də Azərbaycan reallığına tamamilə uyğundur. Mən bu dəyişikliklərə səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə.Əhmədov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Bu gün parlamentdə müzakirə edilən “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi iki başlıca məziyyəti özündə birləşdirir.
Bunlardan biri, təbii ki, Azərbaycan Respublikasının siyasi sistemində siyasi islahatların davam etdirilməsi ilə əlaqədardır. İnanıram ki, bu dəyişikliklər ölkəmizdə siyasi sistemin daha da təkmilləşməsinə və partiyaların burada rolunun artmasına xidmət edəcəkdir. Beləliklə də siyasi partiyalar daha çox ictimai dəstək qazanaraq daha sivil və səmərəli şəkildə fəaliyyət göstərə biləcəkdir. Təkliflərin, dəyişikliklərin başlıca qayəsini və mənasını məhz bu təşkil edir.
Təkliflərin ikinci, qeyd edildiyi kimi, daha çox müzakirə olunan və gözlənilən tərəfi isə partiyaların dövlət tərəfindən maliyyə dəstəyi almasıdır. Hesab edirəm ki, partiyalara dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi siyasi islahatların davam etdirilməsi, partiyaların cəmiyyətdəki rolu və əhəmiyyətinin artması baxımından mühüm əhəmiyyət kəsb edir. Amma bu zaman çox vacib bir məqam ortaya çıxır ki, dəstək hansı prinsiplər, meyarlar və səbəblər əsasında reallaşdırılmalıdır.
Dünya təcrübəsində başlıca meyar olaraq partiyaların ictimai dəstəyi, tanınması və etimadı əsas götürülür. Dövlət həmin meyara istinad edərək partiyaların maliyyələşdirilməsi problemini həll edir və müəyyən prinsiplər hazırlayır. Mən partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə ünvanlı sosial yardım kimi yanaşılmasını qəbul edə bilmərəm. Yəni maliyyə yardımı partiyaların ehtiyacına uyğun şəkildə ayrılsa və paylanılsa bu, prinsip etibarı ilə dövlət tərəfindən göstərilən yardımın mahiyyətini kökündən təhrif etmiş olar.
Birinci, istənilən maddi yardımda ilkin səbəb elə maddi yardımın göstərilməsidir. Bu və ya digər quruma, indiki halda partiyalara ona görə maddi yardım göstərilir ki, onlar öz fəaliyyətlərini daha səmərəli şəkildə həyata keçirsinlər.
İkinci səbəb həmin yardımın hansı prinsiplər əsasında göstərilməsidir. Bərabərləşdirici prinsip tarixdə özünü doğ-rultmayıb. Digər tərəfdən sosial yardım prinsipi isə həm ədalət, həm də qarşıya qoyulan məqsədlərə çatmaq baxımından düzgün ola bilməz. Ona görə də dünya təcrübəsində ictimai etimad və yaxud fəaliyyətin səmərəliliyi prinsipi qəbul olunub. Daha geniş tətbiq olunan digər yanaşma parlamentdə partiyaların təmsilçilik dərəcəsinə görə yardımın ayrılmasıdır. Müzakirə edilən qanun layihəsində də bu prinsip müəyyən dərəcədə öz əksini tapıbdır. Komitənin iclasında səsləndirdiyim bəzi rəqəmləri qısa olaraq burada da təkrar etmək istəyirəm.
Parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin təxminən 85 faizini Yeni Azərbaycan Partiyasının üzvləri təşkil edir. Yəni Milli Məclisdə müxtəlif partiyaları təmsil edən 84 deputat var ki, onların 71-i Yeni Azərbaycan Partiyasının üzvüdür. 13 deputat isə digər partiyalara mənsubdur. Beləliklə, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsilçilik dərəcəsi 84,5 faizdir, təklif olunan dövlət yardımının paylanma prinsipi əsasında isə bu partiyaya 44,6 faiz pay düşür. Hesab edirəm ki, bu yanaşma ədalətsiz deyil.
Hörmətli Prezidentimizin göstərilən qanuna dəyişiklikləri Milli Məclisə göndərməsinin mahiyyəti ondan ibarətdir ki, bu məsələdə kompromis variant ortaya qoyulsun. Yəni dövlət Milli Məclisdə təmsil olunan və bəzi hallarda təmsil olunmayan partiyaların maliyyə cəhətdən dəstəklənməsində daha yaxından iştirak etsin. Təbii ki, bu dəstək Yeni Azərbaycan Partiyasına veriləcək yardım hesabına olur. Yeni Azərbaycan Partiyanın hesabına digər partiyalara dövlətimiz tərəfindən dəstək edilmiş olur. Biz Yeni Azərbaycan Partiyası olaraq prinsip etibarı ilə bu təklifə etiraz etmirik, onu kompromis, güzəştli bir variant kimi qəbul edirik. Gərək opponentlərimiz də bu məsələyə dövlət tərəfindən edilən sosial yardım kimi yanaşmasınlar.
Hörmətli Oqtay müəllim, bir məsələni də qeyd etmək istəyirəm. Bu, 10 faizlik payın bölünməsi ilə bağlıdır. 3 faizlik baryeri aşa bilməyənlərə 10 faizin verilməsi bir sıra hallarda hansı məqamlara gətirib çıxara bilər? İndiki halda parlamentdə bir, yaxud iki deputatla təmsil olunan parti-yanın bu bölgü ilə ayrılan paydan 3-6 faiz yardım almaq imkanı var. Əgər bu, 3 faizlik baryeri keçən, eyni zamanda, parlamentdə iki deputat ilə təmsil olunan bir partiyadırsa, 3-7 faiz arasında yardım ala biləcək. Digər bir partiya 3 faizlik baryeri aşıb, parlamentdə təmsil olunmaq imkanı qazanmayıb və parlamentdə heç bir deputatı yoxdur, ancaq dövlətin ayırdığı 10 faiz yardımdan faydalana biləcək. Beləliklə, 3 faizlik baryeri aşan, parlamentdə təmsil olunan partiya 3-7 faiz, 3 faizlik baryeri aşıb parlamentdə təmsil olunmayan partiya isə 10 faiz civarında yardım almış olur. Hesab edirəm ki, bu ədalətsizlikdir. Hörmətli Əli müəllimdən xahiş edirəm ki, qanunvericilik təşəbbüsü subyekti ilə bu məsələni müzakirə edib daha münasib bir variant hazırlasınlar.
Nəhayət, son olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanda müharibə təbliğatı yoxdur. Burada yalnız işğal olunmuş torpaqların düşməndən azad edilməsi istiqamətində ədalətli bir təbliğat gedir. Bunu müharibə təbliğatı ilə qarışdırmaq olmaz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Maddi məsələ-ləri kənara qoyaq, çünki Yeni Azərbaycan Partiyasının ürəyi çox genişdir. Opponentlərin də ürəyi genişlənər. Siyavuş Novruzov, buyurun.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Bu məsələ ilə bağlı həm parlamentdə, həm də komitədə geniş müzaki-rələr oldu. Yeni Azərbaycan Partiyasının mövqeyi barədə hörmətli Əli müəllim münasibətini bildirdi. Mən də qanun-vericilik və siyasi partiyaların təsnifatı baxımından bir sıra məsələlərə toxunmaq istəyirəm. Burada qeyd olundu ki, bu tamamilə yeni qanundur. Əslində, belə deyil. Qeyri-siyasi partiyaların maliyyələşdirilməsi məsələsini çıxmaq şərti ilə digər maddələrə edilən dəyişikliklər sırf redaktə xarakterli cüzi dəyişikliklərdir. Hesab edirəm ki, “Siyasi partiyalar haqqında” Qanun bu əlavə və dəyişikliklərlə həm Seçki Məcəlləsinə, həm də Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyasına uyğunlaşdırılmalıdır.
Siyasi partiyaların yaranması və fəaliyyəti, onların ləğv olunması və təmsilçiliyi, maliyyələşdirilməsi və seçkilərdə iştirakı baxımından təsnifatını vermək olar. Burada partiyaların yaranması ilə bağlı fikirlər söylənildi. Mən də düşünürəm ki, seçicilərin 0,1 faiz səsini toplaya bilməyən hər hansı bir siyasi təşkilat siyasi partiya ola bilməz.
Bu gün Azərbaycanda 5 milyona yaxın seçici var. “Siyasi partiyalar haqqında” Qanun qəbul olunanda Azərbaycanın əhalisi 7 milyon idi və həmin vaxta uyğun olaraq min nəfər nəzərdə tutulurdu. Artıq əhalimiz 9 milyonu keçib. Artıq siyasi partiyalar da, siyasi sistem də formalaşıbdır. Bu baxımdan hər şeyi seçiciyə yönəltməli və seçicinin 0,1 faizini nəzərdə tutmalıyıq.
Siyasi partiyaya geniş hüquqlar verilir, hər bir partiya prezidentliyə, parlamentə, bələdiyyəyə namizəd irəli sürür. Əgər bir partiya prezidentliyə namizəd irəli sürür və tələb olunan 50 min imzanı yığırsa, ancaq həmin partiya özünə 0,1 faiz, yəni 5 min imza toplaya bilmirsə, bu, siyasi partiya ola bilməz. Hörmətli Fəzail müəllimin qeyd etdiyi kimi, biz bunu dairələr üzrə müəyyənləşdirməliyik. Parlament seçkilərində namizədi 50+1 dairədə qeydiyyatdan keçməyən siyasi partiya partiya kimi fəaliyyət göstərə bilməz. Bu sahədə də müvafiq imza toplamayan partiya qeydiyyatdan keçməməlidir.
Hörmətli Əli müəllim də siyasi partiyaların müharibə təbliğatı ilə bağlı fikirlərini bildirdi. Bu müddəa bizim Konstitusiyamızda təsbit olunubdur. Orada söhbət ondan gedir ki, heç bir partiya siyasi proqramına bu məsələni daxil etməməlidir. Ancaq torpaqlarımızın işğaldan azad olunması ilə bağlı ümumi çıxışlara, fikirlərə kim qadağa qoya bilər? Hamı buna tərəfdardır və bu barədə öz fikirlərini söyləyə bilər.
Müzakirələr zamanı siyasi partiyanın ləğv olunması ilə də əlaqədar məsələlər qaldırıldı. Siyasi partiya eyni zamanda hüquqi şəxsdir. Hüquqi şəxslər məhkəmə qaydasında hansı formada ləğv olunursa, siyasi partiya üçün də həmin qayda tətbiq edilməlidir. Yəni partiya hansı ərazidə hüquqi şəxs kimi qeydiyyatdan keçibsə, onun ləğvi barədə də həmin ərazidəki məhkəməyə müraciət olunur. Bu isə siyasi partiyaya imkan verir ki, gələcəkdə qərardan razı qalmadıqda digər instansiyalara da müraciət etmək hüququna malik olsun. Konstitusiya Məhkəməsi Konstitusiyanın və yaxud konstitusion müddəanın pozulmasına nəzarət edir. Oqtay müəllim çox gözəl qeyd etdi. Hər gün bir partiya Konstitusiya Məhkəməsinə müraciət göndərsə, onda gərək bütün işlərini qırağa qoyub ancaq bununla məşğul olsunlar?
Digər tərəfdən, mən bir məsələyə toxunmaq istəyirəm. Burada maliyyə məsələləri ilə bağlı fikirlər söylənildi. Mən də buna münasibətimi bildirmək istəyirəm. Orada 10 faiz vəsaitin bölünməsi ilə bağlı müddəada “lakin” sözü var. Bu söz çıxarılmalıdır və konkret yazılmalıdır ki, həmin vəsait 3 faizlik baryeri aşan siyasi partiyalar arasında bölünür. Həmin partiyanın nümayəndəsinin namizədinin seçilib-se-çilməməsinin, keçib-keçməməsinin fərqi yoxdur. Ola bilər ki, ümumi səslərin 3 yox, 7 faizini toplasın, amma par-lamentdə təmsil olunmasın. Partiya 25 dairədən namizəd irəli sürə bilər. Hər biri 2000 səs toplasa, cəmi 250 min səs edir. Ancaq yenə də parlamentdə təmsil olunmaya bilər, çünki 3000 min səs almış namizəd ondan irəli keçir. Bu mojaritar sistemdir. Bu baxımdan da digərlərinin hüququnu pozmaq olmaz.
İkinci müddəa nədən ibarətdir? Vəsaitin 40 faizi partiya-lar arasında bərabər bölündüyü halda 10 faizinin toplanılan səslərin sayına uyğun bölünməsi qeyri-normaldır. Əgər 40 faizi bərabər nəzərdə tutulmuşsa, 10 faizin də baryeri keçən partiyalar arasında bərabər bölünməsi məqsədəuyğundur.
Digər bir məsələ partiyalara ianələrin verilməsi ilə bağlıdır. Burada hüquqi şəxslərə qadağa qoyulur. Seçki Məcəlləsində qeyd olunur ki, əgər partiyanın əsas funksiyalarından biri seçkilərdə iştirakdırsa, seçki prosesinin maliyyələşdirilməsində hüquqi şəxslərin iştirakına qanunla icazə verilir. Belə olan halda hüquqi şəxslərin partiyaya maddi dəstək göstərməsinə necə qadağa qoya bilərik? Xarici vətəndaş tərəfindən yaradılan və yaxud xarici dövlət təşkilatı olan, 50 faizi dövlət, bələdiyyə mülkiyyətinə və ya xarici vətəndaşa aid olan hallarda ianə verilməsinə qadağa qoyula bilər. Bu, Seçki Məcəlləsində də var. Digər hallarda hüquqi şəxsin siyasi partiyaya ianə yardımına qadağa qoyulması məqsədəuyğun hesab edilmir. Hüquqi cəhətdən də düzgün deyil.
İkinci tərəfdən burada üzvlük haqları və ianə verən şəxslərlə də bağlı məsələ qaldırıldı. Seçki Məcəlləsində göstərilib ki, hər bir vətəndaş seçki prosesinə kömək edə bilər. Vəsaitin miqdarı da qeyd edilib. Hesab edirəm ki, burada ianələrin, üzvlük haqlarının miqdarı, kim tərəfindən köçürülməsi göstərilməlidir. Ona görə ki, xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin bu pulu köçürməsinə qadağa qoymuşuq. Bu baxımdan da həmin şəxslərin siyahısının təqdim olunması tam normaldır və şəffaflığı təmin edir. Kimin qorxusu yoxdursa, arada vasitəçilik edən başqa bir adam yoxdursa, hesabatını istənilən orqana təqdim etsin. Mübariz müəllim qeyd etdi. Biz hər dəfə hesabat verərkən göstəririk ki, haradan nə qədər vəsait daxil olub və hansı sahələrə sərf edilib.
Bir məsələ ilə də bağlı fikrimi bildirmək istəyirəm. Burada Fazil müəllim qeyd etdi ki, Müsavat Partiyasına da maliyyə yardımı göstərilsin. Ona görə ki, bunun adı tarixi bir addır. Adı tarixi ola bilər, amma bugünkü insanlar tarixi deyildirlər. Vaxtilə Müsavat Partiyasını yaradanlar tamam başqa adamlar idilər. İndi hərəsi bir tərəfdən yığılıb partiyanın adını mənimsəyiblər və fəaliyyətləri də nə müsavatçılığa, nə dövlətə xidmətə, nə də xalqın maraqlarına uyğundur. Ola bilər ki, 50 belə ad qoysunlar. Bu həmin Müsavat Partiyası demək deyil. Maliyyələşdirmə ad, soyad ilə olmur. Bunun seçkilərdə iştirak və səslərin qazanılması ilə bağlı göstəricisi var. Dünya praktikasında 1 faizdən 14 faizə qədər baryerlər mövcuddur. Məsələn, ən demokratik dövlətlərdən biri Kanadada bu baryer 14 faiz, qardaş Türkiyədə 7 faiz, Yunanıstanda 96 faizdir. 3–5 faizlik baryeri olan ölkələr də var. Bu baxımdan bizdə də normal 3 faizlik baryer götürülüb. Bu da çox böyük rəqəm deyil. Yəni həmin rəqəmi toplamayan siyasi partiya dövlət tərəfindən maliyyələşdirilə bilməz. Ayrılan maliyyə vəsaitinin düzgün çatdırılması və siyasi sistemin möhkəmləndirilməsi üçün səmərəli sərf olunması da vacib elementlərdəndir. Hesab edirəm ki, təkliflərin hər biri gələcəkdə nəzərə alınmalı və müəyyən normalar orada öz əksini tapmalıdır. Təşəkkür edirəm.
Yerdən. (Eşidilmir.)

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Bir dəqiqə, darıxmayın, Fərəc müəllimə də söz verək, sonra Sizinlə məsləhətləşərik. Buyurun, Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Çalışaca-ğam ki, çox qısa münasibət bildirim. Əli müəllim, əvvəla, təşəkkür edirəm ki, müzakirədən sonra bizim fikirlərimizin, demək olar ki, hamısını nəzərə almısınız. Ona görə də həmin təklifləri təkrar səsləndirmək istəmirəm. Hesab edirəm ki, bu qanun layihəsi çox ciddi bir islahatın və artıq inqilabın gerçək nümunəsidir. Bu islahat günün birində ona gətirib çıxaracaq ki, mojaritar və proporsional sistemin bərabər tətbiqi ilə partiyaların gerçək üzü və gücü daha yaxşı görünəcək.
Ən mühüm məqamlardan biri də budur ki, dövlət və yerli özünüidarəetmə orqanlarında departizə, siyasiyətsizləşmə üçün ciddi bir addım atılıb. 4.1-ci maddədə göstərilir ki, “Dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilmir”. Məncə, burada “yerləşdirilməsinə” sözündən əvvəl “yaradılmasına” sözü yazılsa, daha düzgün olardı.
İkinci təklifim 12-ci maddənin 1.4-cü bəndi ilə bağlıdır. Burada yazılır: “dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə etməmək”. Ancaq elə göstərmək lazımdır ki, bu, dövlət orqanları və vəzifəli şəxslərin işlərinə ictimai nəzarəti tamamilə qadağan edən anlama gəlməsin.
Burada bir neçə dəfə səslənən, bir az da mübahisəyə səbəb olan 4.4-cü maddədə müharibəni təbliğ etmək məsələsidir. Məncə, bu maddə yerindədir. Doğrudur, oraya belə bir cümlə artırmaq olar: “Ölkə ərazisi ədalətsiz müharibəyə məruz qaldığı müddətdə müharibəni təbliğ etmək mümkündür”. Yəni həmin qadağa aradan götürülsün.
10-cu maddədə siyasi partiyanın orqanlarında iradə ifa-dəsi məsələsindən bəhs olunur. Hesab edirəm ki, nizamnamənin yükünü bu dəyişikliyə salmaqdansa bu müddəanı nizamnamənin özündə vermək daha məqsədəuyğun olardı. Bütövlükdə qanun layihəsini çox mütərəqqi və ciddi islahat kimi qəbul edirəm və ona səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Hörmətli depu-tatlar, hesab edirəm ki, çox ciddi qanun layihəsini kifayət qədər müzakirə edə bildik. İqtidar partiyasının nümayəndə-ləri də, müxalifətdən və digər partiyalardan olan deputatlar da, bitərəflər də öz fikirlərini dedilər. Amma burada əsas məsələ Əli müəllimin də vurğuladığı kimi, cəmiyyətdə kompromisin olmasıdır. Dövlətin məqsədi ondan ibarətdir ki, çox üzr istəyirəm ifadəmə görə, küçə müxalifətçiliyindən fərqli olaraq sivil bir müxalifət formalaşsın və biz də iqtidar – müxalifət münasibətlərini parlamentə daşıyıb dünyada olduğu kimi sivil bir qaydada mübahisə edə bilək. Yəni cəmiyyəti narahat edən problemləri müzakirə edək, çıxış yolları göstərək və sair. Əgər bütün bunlar parlament səviyyəsində olsa, hesab edirəm, cəmiyyət də, xalq da, dövlət də qazanar. İndi əgər təkid edən yoxdursa, təkid edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, buyurun, Xanhüseyn Kazımlı.
X.Kazımlı. Təşəkkür edirəm, Ziyafət müəllim. Bir həqiqət var ki, bu vaxta qədər siyasi partiyalara dövlət tərəfindən heç bir ianə verilmirdi, kömək edilmirdi. Amma bu partiyalar yenə də fəaliyyət göstərirdi. Ona görə də bu gün ölkə rəhbərliyi, cəmiyyətimiz tərəfindən belə bir ideyanın, fikrin irəli sürülməsi təqdirəlayiqdir və mən bunu alqışlayıram.
O ki qaldı müharibənin təbliği ilə əlaqədar deyilənlərə, mənə elə gəlir ki, bu məsələnin müzakirə olunan qanun layihəsinə aidiyyəti yoxdur. Çünki Azərbaycan uğurlarını ərazisinin 80 faizinin potensialı hesabına əldə etmişdir. Bütün dünya bilir ki, onun torpaqlarının 20 faizi işğal altın-dadır və büdcəsi hansı məhrumiyyətlərə, məhdudiyyətlərə, ağırlıqlara məruz qalır. Hesab edirəm ki, hər bir ictimai-siyasi qüvvə, kollektiv ideyasının ictimailəşdirilməsində müharibə və işğal amilini üstün tutacaqdır.
Hörmətli Ziyafət müəllim, ayrılan vəsait ilə də bağlı təklifim olacaq. Əgər mümkün olsa, büdcədən bunun 0,5, 1 və ya 2 faiz ayrılması məsələsini də göstərərdik. Layihədə ayrılan vəsaitin 10 faizi yazılır, bu isə qeyri-müəyyəndir. Bilmirik, 10 manatın, 100 manatın, yoxsa 1 milyonun 10 faizindən bəhs edilir? Ona görə də təklif verirəm ki, hörmətli Əli müəllim bu məsələyə yenidən baxsın və bu müddəa orada göstərilsin.
Bir məsələni də qeyd etmək istəyirəm. Böyüklüyündən, kiçikliyindən, üzvlərinin sayından asılı olmayaraq bütün partiyaların idarə aparatının saxlanılması üçün maliyyə vəsaiti tələb olunur. Bax, bu özü də nəzərə alınmalıdır. Ümumiyyətlə, qanun layihəsinə səs verəcəyəm və hesab edirəm ki, deputat həmkarlarım da onun qəbul edilməsinə tərəfdardırlar.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Buyurun, Valeh Ələsgərov.
V.Ələsgərov. Çox üzr istəyirəm. Mənim qanun layihəsinə nə isə əlavə etmək və ya onu təhlil etmək fikrim yoxdur. Çünki heç bir partiyanın üzvü deyiləm və olmaq fikrim yoxdur. Burada bəzi deputatlar dedilər ki, “bitərəf” sözünü əzəldən qəbul etmirəm, heç bir partiyanın üzvü olmayan deputatlar birdən partiya yaradarlar. Sizin ciblərinizə girməyə ehtiyacımız da yoxdur, fikrimiz də. Rahat yaşaya bilərsiniz.
Mən nəyə görə söz istədim? Bu, “ədalətsiz müharibə” sözlərinin işlədilməsi ilə bağlıdır. Sabah bundan istifadə edib cürbəcür söhbətlər yarada bilərlər. Birincisi, ərazi bütövlüyünü bərpa etmək istəyən bir dövlət hər hansı bir separatist, terrorist, ərazi bütövlüyünü pozmaq istəyən və ya pozmuş qüvvəyə qarşı hərbi əməliyyat aparırsa, bu, müharibə deyil. Başqa dövlətə və ya dövlətin ərazisinə qarşı yönəldilən, öz ərazimizdən kənarda kiminləsə aparılan hərbi əməliyyata müharibə demək olar. Ona görə də bu məsələnin qanun layihəsinə heç bir aidiyyəti yoxdur. Burada necə yazılıbsa, elə də qalmalıdır. Biz heç kimə qarşı müharibə aparmaq istəmirik. Yalnız ərazi bütövlüyümüzün bərpasından, beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz çərçivəsində, üstündə suverenliyimiz olan ərazilərin qaytarılmasından danışırıq. Müharibədən söhbət getmir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 18.03 dəq.)
Lehinə  95
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.


EDİLMƏMİŞ
ÇIXIŞIN MƏTNİ


20 aprel 2012-ci il
———
Azər Badamov. İlk növbədə qeyd etmək istərdim ki, müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi ölkəmizdə olan çoxpartiyalı, demokratik siyasi mühitin təkmilləşdirilməsi istiqamətində mühüm addımdır. Nəzərdə tutulan dəyişikliklər siyasi partiyaların daha səmərəli fəaliyyət göstərmələrinə şərait yaradacaq. Vurğulamaq istəyirəm ki, bu dəyişikliklər dünya praktikasına əsaslanır və mütərəqqi xarakter daşıyır. Digər tərəfdən, qanun layihəsində dövlətimizin təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edən bir sıra məsələlər də öz həllini tapıb.
Təqdim olunan qanun layihəsinin 4.4-cü maddəsində edilən yeni redaktələr partiyaların sivil, tolerant, milli maraqlar müstəvisində yaranmasını, fəaliyyətini özündə ehtiva edir. Həm də siyasi partiyaya üzvlüyün peşə, irqi, cinsi, etnik və dini əlamətlərə görə məhdudlaşdırıla bilməməsi Azərbaycan dövlətinin demokratik olduğunu bir daha göstərir. Bu baxımdan, edilən dəyişiklik olduqca zəruridir.
Layihənin vacib məqamlarından biri siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə əlaqədar xüsusi maddənin əlavə olunmasıdır.Bu məsələ 17.1-ci maddə ilə tənzimlənir. Burada göstərilir ki, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Həmin vəsait dövlət büdcəsində ayrıca sətirlə göstərilir. Bu isə öz növbəsində fərqli maliyyə mənbələrindən qidalanan, ən əsası isə maddi həvəsləndirmə qarşılığında dövlətin və xalqın maraqlarına uyğun olmayan fəaliyyətlə məşğul olan, bir sıra məsələlərlə çaşqınlıq yaratmaq istəyən partiyaların yaranmasına, fəaliyyətinə imkan verməyəcək, dövlət maraqlarımızın qorunmasına şərait yaradacaqdır. Həm də hesab edirəm ki, siyasi partiyalara dövlət büdcəsindən ayrılacaq maliyyə vəsaiti bölgüsünün ədalətli olması müzakirə etdiyimiz qanun layihəsində öz əksini tapmışdır və mən də bunu dəstəkləyirəm.
Bu təkliflərin xüsusi əhəmiyyəti ondadır ki, Azərbaycan dövləti bir daha siyasi partiyaların fəaliyyətinə dəstəyini genişləndirir. Bu baxımdan, təqdim olunan qanun layihəsi-nin qəbulunu zəruri hesab edirəm.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi