2012-ci il 16 oktyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VII  SESSİYASI  İCLASININ

PROTOKOLU  № 46

Milli Məclisin iclas salonu.
16 oktyabr 2012-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 106 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 100
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Mahir Muradov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizəd.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizəd.
Oqtay Abbasov, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Metrologiya Xidmətinin rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. M.C.Muradovun Azərbaycan Respublikası Konstitusi-ya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
2. F.İ.İbrahimovun Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında.
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 il-liyi (1918–2013)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası-nın Qanununda dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanu-nunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “İcra haqqında” Azərbaycan Respublikasının Qanu-nunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərba-ycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haq-qında.
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində də-yişikliklər edilməsi haqqında  Azərbaycan Respublikası qa-nununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl-ləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında  Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
13. “Tarix və mədəniyyət abidələrinin qorunması haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layi-həsi haqqında.
14. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Siyavuş Novruzov, Ra-fael Cəbrayılov, Əli Hüseynli, Zahid Oruc, Fazil Mustafa, Gülçöhrə Məmmədova, Fərəc Quliyev, İqbal Ağazadə, Sa-hib Alıyev, Jalə Əliyeva

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

1. M.C.Muradovun Azərbaycan Respublikası Kon-stitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli,  Mahir Muradov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

2. F.İ.İbrahimovun Azərbaycan Respublikası Hesab-lama Palatasının auditoru təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Mə-cəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Res-publikasının orden və medallarının təsis edilməsi haqqın-da” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Sabir Rüstəmxanlı, Aydın Mirzəzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 83
Nəticə: Qəbul edildi

5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişiklik edilməsi barədə Azərbay-can Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Zahid Oruc, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 99
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miq-rasiya orqanlarında qulluq keçmə haqqında Əsasna-mə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

7. “İnformasiya, informasiyalaşdırma və informasiya-nın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

8. “İcra haqqında” Azərbaycan Respublikasının Qa-nununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişikliklər edil-məsi barədə  Azərbaycan Respublikası qanununun layi-həsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında  Azərbaycan Respublika-sı qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Mə-cəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Elmira Axundova, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının Cəzaların İcrası Mə-cəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, İlyas İsmayılov, Sahib Alıyev, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

13. “Tarix və mədəniyyət abidələrinin qorunması haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişik-lik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Nizami Cəfərov, Aqiyə Naxçıvanlı, Bahar Muradova, Gülçöhrə Məmmədova, İsmayıl Hacıyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Bahar Muradova, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

15. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahı-sı”nda dəyişiklik edilməsi barədə  Azərbaycan Respubli-kası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Bahar Muradova, Rüstəm Xəlilov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

16. Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Bahar Muradova, Ziyad Səmədzadə, Ziyafət Əsgərov, Arif Əşrəfov, Astan Şahverdiyev, Valeh Ələsgərov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1-9-cu maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Təklif: 10-22-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 100
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI
   
16 oktyabr 2012-ci  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 100
Yetərsay  83

Yetərsay var, iclasa başlaya bilərik.
Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  100
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq olundu.
Hörmətli millət vəkilləri, bilirsiniz ki, büdcə zərfinə daxil olan layihələr artıq Milli Məclisə təqdim olunub. Mən həm komitə sədrlərindən, həm də millət vəkillərindən xahiş edirəm ki, ayın axırına kimi bu məsələni  komitələrində müzakirə eləsinlər ki, gələn ayın 10-15-i arası biz büdcə zərfinin müzakirəsinə başlayaq.
Gündəliklə bağlı çıxış eləmək istəyənlər varsa, xahiş edirəm, yazılsınlar. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də gündəlikdə olan məsələlərə tərəfdaram, lakin bir neçə məsələ məni narahat edir. Xatırlayırsınızsa, biz “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik etmişdik. Bu əlavələr dəyişiklik edildikdən sonra, bilirsiniz ki, dünyanın bütün ölkələrində,  Azərbaycanda keçirilən bütün beynəlxalq konfranslarda və digər tədbirlərdə həmişə Azərbaycan nümunə kimi göstərilibdir. Hətta NATO Parlament Assambleyasında ayrı-ayrı ölkələrdən gələn məruzəçilər dəfələrlə bu sahədə Azərbaycandan nümunə götürməyi və öyrənməyi tövsiyə ediblər.
Lakin son zamanlar Venesiya komissiyası tərəfindn həmin qanuna  elə düzəlişlər göndərilib ki, bu, qəbuledil-məzdir və bunu yaxın qoymaq olmaz. Dünyanın heç bir ölkəsində belə deyil. Sadəcə, Azərbaycanı bir laboratoriyaya çevirmək, yaxud da Azərbaycanda  bu məsələlərdən istifadə etmək istəyirlər. Məsələn, orada xarici vətəndaşların və vətəndaşlığı olmayanların dini icmalar yaratması göstərilir. Bu hansı ölkədə mövcuddur? Yaxud da xaricdən gələn din nümayəndələrinin dini ayinləri həyata keçirməsini götürək. Bizim bir mollamız gedib Fransada hər hansı bir dini ayini icra edə, yerinə yetirə bilər? Dərhal onun barəsində həbs qətimkan tədbiri seçərlər. Əgər bu yaxşı cəhətlərdirsə, birinci, Avropanın özündə tətbiq eləsinlər. Ondan sonra digər ölkələrə bunları tövsiyə eləyə bilərlər. Amma Fransa kimi neçə illik dövlətçilik tarixi olan və guya mədəniyyətin beşiyi hesab olunan ölkədə hicabla şəhərdə gəzməyə qadağa qoyulub və belə insanlar cinayət məsuliyyətinə cəlb olunurlar. Qanunla hər hansı bir formada geyinməyə və soyunmağa qadağa qoyula bilməz.
Azərbaycana bu cür təkliflərin göndərilməsi bir daha onu göstərir ki, bizə qarşı ayrı-ayrı qurumlar tərəfindən, – biz dəfələrlə şahidi olmuşuq, – qərəzli qərarlar, qətnamələr qəbul olunur və göndərilir. Bu da növbəti qərəzli müraciət-lərdən biridir. Hesab edirəm ki, bu ciddi şəkildə araşdırıl-malı və onlara tutarlı cavab verilməlidir. Azərbaycanda atılan hər bir addım Azərbaycan xalqının, dövlətinin maraqlarına xidmət edir. Nəyi edib-etməyəcəyini Azərbaycan xalqı özü müəyyənləşdirir və Azərbaycan xalqı tərəfindən seçilmiş Milli Məclis də bu əlavələri və düzəlişləri həyata keçirir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Mən bu ilin yaz sessiyasında parlamentə iki qanun layihəsi təqdim eləmişdim. Bunlardan biri avtoxuliqanlar tərəfindən ağır nəticələrə səbəb olan yol qəzasının törədilməsi ilə bağlı cinayət məsuliyyətini nəzərdə tutan maddənin Cinayət Məcəlləsinə əlavə olunması haqqında idi. Cinayət Məcəlləsində bir uyğunsuzluq var. Bu hadisə intizamlı bir sürücü tərəfindən də təsadüfən törədilə bilər, avtoxuliqan tərəfindən də. Cinayət Məcəlləsində bu hadisə eyni maddə ilə tövsif olunur. Mən düşünürəm ki, bu, hüquqi uyğunsuzluqdur.
O biri layihə isə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə sürücülük hüququndan məhrumetmə cəzasının birmənalı şəkildə İnzibati Xətalar Məcəlləsinə daxil edilməsi ilə bağlı idi. MDB məkanında Azərbaycan yeganə respublikadır ki, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən sürücü yalnız cərimə olunur, sürücülük hüququndan isə o vaxt məhrum olunur ki, ya il ərzində ən azı iki dəfə  sərxoş vəziyyətdə avtomobili idarə etsin, ya da qəza törədib kimə isə xəsarət yetirsin. Mən düşünürəm ki, bu, dünya təcrübəsinə uyğunlaşdırılmalıdır. Amma nədənsə müzakirə  ləngiyir.
Mən bu gün də 3 layihə təqdim eləmişəm. Bunun biri “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Res-publikasının Qanununa dəyişikliklə bağlıdır. Bu dəyişikliklə bağlı da daha 2 layihə var. Bunlar İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələrlə bağlıdır. Mən bu layihələrin hər birinin üzərində təfərrüatı ilə dayanmaq istəmirəm. Amma onu demək istəyirəm ki, qanunun zamanla ayaqlaşması,  cəmiyyətin inkişaf səviyyəsinə uyğunlaşdırılması, hüquqi tənzimləmənin daha da dəqiqləşdirilməsi,  baş vermiş hüquq pozuntusu ilə əlaqədar tətbiq olunan cinayət cəzası və inzibati tənbeh tədbiri arasında hüquqi balans yaradılması baxımından bu layihələr aktualdır.  Çıxış etməkdə də məqsədim ondan ibarətdir ki, bu layihələrin müzakirəsinin imkan daxilində tezləşdirilməsi üçün müvafiq göstərişi verəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Rafael müəllim, sağ olun. Sizin təklif elədiyiniz qanun layihələri üzvü olduğunuz Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə göndərilib. Komitə sədri də buradadır, xahiş edirəm, baxılsın. Əli müəllim, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Cənab Sədr, sadəcə, arayış vermək istəyi-rəm. Rafael müəllimin qaldırdığı məsələ ilə bağlı rəylər al-dığımıza görə məsələni bir qədər gecikdiririk. Növbəti həftədə bu məsələlər komitə iclasının gündəliyinə çıxarı-lacaq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Sizin diqqətinizi Nazirlər Kabinetinin müşavi-rəsində cənab Prezidentin Britiş Petrolium kompaniyası ilə bağlı dediyi fikirlərə cəlb eləmək istəyirəm. Hər bir Azərbaycan insanı kimi biz də bu müşavirəni izləyirdik və mən düşünürəm ki, parlament üzvləri cənab Prezidentin bu iradəsini, bu mövqeyini kifayət qədər yüksək qiymətləndirir. Bu bir daha sübut eləyir ki, Azərbaycan dövləti transmilli korporasiyalarla, beynəlxalq şirkətlərlə şəffaf münasibətlər içərisindədir. Məhz bunun əsasında da belə cəsarətli mövqelər ortalığa qoyula bilir. Çünki bilirsiniz ki, Azərbaycanın bu mövqeyinin üzərinə illər uzunu çox çirkli yanaşmalarla gələnlər olubdur. Hətta Britiş Petrolium kompaniyasının kimlərisə devirdiyindən bəhs eləyən qüvvələr bu gün də mediada mövqe sərgiləyirlər.
Cənab Sədr, mən düşünürəm ki,  insanlar bu məsələdən yararlanaraq özləri üçün bir neçə çıxarış elədilər. Birinci, bu cür kompaniyaların vəkilləri kimi çıxış edən insanlar var. Bu bir testdir, elə bil ki, milli barometrdir, ayrı-ayrı qüvvələrin milli, siyasi kimliyini müəyyənləşdirmək üçün bir vasitədir. Deyirlər ki, bu nəhəng şirkətlər dünyanı idarə edirlər, dünya üzərində xüsusi gücə malikdirlər və sair.
İkincisi isə sanki belə bir xidmət təklif olunub. Yəni bizlər çox kiçik vəsaitlər müqabilində hakimiyyət əleyhinə bir bənd alardıq, özümüz üçün bir yer eləyərdik və hakimiyyət uğrunda mübarizədə müəyyən vəsaitlər qazanılardı. Halbuki bunlar onun fərqindədir ki, Azərbaycan bu bəyanatları verməklə heç də xarici iqtisadi kursunda  dəyişiklik eləyərək üzünü başqa dövlətlərə çevirmir. Başqa cür sual veriləcəkdi. Cənab Prezident nə etməli idi? Azərbaycanın milli iradəsinə söykənən bir mövqeni dilə gətirdi. Bunlar nə düşünürlər? Bu qədər böyük vəsait, hətta proqnozlar olsa da,  öhdəliklər birbaşa nəzərə alınmasa da, gələcəkdə ödəniləcək işlər olsa da, buna sükutlamı mövqe göstərməli idik? Bunumu təklif edirdilər? Bu gün parlamentə göndərilən Azərbaycanın dövlət büdcəsində o milyardlar, o rəqəmlər dəyişmiş olacaqdı və bu da sosial-iqtisadi həyatımıza təsir göstərəcəkdi. Bunlar bunumu düşünürlər ki, eləməsinlər?
Mən elə zənn edirəm ki, bu cür qurumların xarici uzantıları ölkə üzərinə düşməklə, bizi insan haqları, demokratiya mövzusunda təftiş eləməklə sanki “kiçik bir vəsaiti bizə verin, əvəzində Azərbaycan xalqı qarşısında məsuliyyətinizi, proqnoz öhdəliklərinizi yerinə yetirməyin” kimi mövqe sərgiləyirlər. Mən elə hesab edirəm ki, cənab Prezidentin bu çıxışından bütün transmilli korporasiyalar – o qurumlar ki 2006-cı ildən bu yana Xəzərin çirklənməsində rol alıblar, şəffaf fəaliyyət göstərməyiblər və sair nəticə çıxaracaqlar. Azərbaycan parlamenti bundan sonrakı dönəmdə müqavilələrə daha xüsusi bəndlərlə yanaşacaq ki, belə bir fors-major situasiyası…
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Son vaxtlar hamıya məlum olan video qalmaqalı ilə bağlı cəmiyyətdə müxtəlif mülahizələr səslənir və bunun sonunda da ayrı-ayrı siyasi qüvvələr müxtəlif bəhanələr gətirərək Azərbaycan parlamentini, deputatları təhqir eləmək yolunu tuturlar. Yəni əsas qaldırılan məsələ budur ki, niyə kiminsə bu məsələni  parlamentdə müzakirə etməyə cəsarəti çatmadı. Özlərinin cəsarəti, qətiyyəti olmayan adamlar elə bilirlər, hamıya nəsə tapşırıq,  göstəriş verilir. Kim bizim ağzımızı bağlaya bilər ki, hansısa sözü deməyək? İstintaq altında olan, araşdırma gedən bir məsələ ilə bağlı onsuz da mətbuatda fikirlərimizi açıqlamışıq. İstintaqın gedişinə mane olmamaq üçün… Əgər bu, keyfiyyətli aparılmazsa, onda öz münasibətimizi bildirəcəyik. Bu hadisə Milli Məclisin deputatı ilə bağlı olduğuna görə, təbii ki, buna münasibətimizin mənfi olmasını açıqlamışıq. Amma məsuliyyət fərdidir. Sabah da bir millət vəkilinin hər hansı bir əməlinə görə bütün millət vəkillərinin məsuliyyət daşıması kimi bir anlayış yoxdur.
Çox qəribədir, xatırlatmaq istəyirəm. Hətta istəməzdim də bunu xatırladam. “Azadlıq” qəzetinin redaktorunun nalayiq hərəkətini bütün Azərbaycan cəmiyyəti gördü. Onun hərəkətindən sonra qəzet öz nəşrini dayandırdımı? Ya AXCP öz fəaliyyətini dayandırdı? Yəni əgər hamıya aiddirsə, özünüzə aid olan sahədə də bunu tələb eləyin ki,  sonra başqasına  bir irad bildirəndə haqlı olduğunuzu qəbul eləsinlər. Bu baxımdan  mən hesab edirəm ki, parlamentin buraxılması təklifini də vermək olar, istefa tələbi də qoymaq olar. Bu, siyasi hüquqdur. Amma fərdi hadisələri bəhanə eləyərək parlamenti, millət vəkillərini təhqir eləmək yolverilməzdir. Məncə, buna kəskin münasibətimizi ortaya qoymalıyıq.
İkinci vacib məsələlərdən biri “Siyasi partiyalar haqqın-da” Qanuna edilən dəyişikliyə görə partiyaların maliyyələşməsidir. Oqtay müəllim, mən Sizdən də xahiş edirəm, büdcəyə baxılan zaman partiyaların qeyri-hökumət təşkilatları ilə bərabər səviyyədə tutulmasına nail olmaq lazımdır. Vəsaitin artırılması Yeni Azərbaycan Partiyasının daha çox xeyrinədir. Amma digər tərəfdən, azlıqda olan partiyaların da dirçəlməsi, fəaliyyəti, seçki kampaniyasında normal iştirak etməsi üçün bu məbləğ, həqiqətən də, kiçikdir. Ola bilsin, deyə bilərlər ki, əşi, vermişik, götürün də, nəyə etiraz edirsiniz? Amma biz istəyirik, doğrudan, Azərbaycanda siyasi sistem,  siyasi mədəniyyət inkişaf eləsin, parlamentdə mübarizə stimullaşdırılsın. Artıq gələcəkdə seçkiyə qoşulanlar bilsinlər ki, parlamentdə yer qazanmaq uğrunda mübarizə aparan partiyalar həm də dövlət tərəfindən dəstəklənəcəklər. O baxımdan büdcəyə baxılarkən bu məsələyə diqqət yetirmək vacibdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Gülçöhrə Məmmədova.
G.Məmmədova. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ötən həftə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev giriş və yekun nitqləri ilə çıxış etmişdir. 9 ayın yekunları ölkə iqtisadiyyatının inkişafının uğurla davam etdiyini göstərir.
Xüsusilə qeyri-neft sektorunun 10 faiz artması vacib göstəricidir. Bütün bölgələrdə quruculuq, abadlıq işləri aparılır. Şəhərlərin, kəndlərin siması sürətlə dəyişir. Ölkənin valyuta ehtiyatları daha 5 milyard artmışdır. İqtisadi inkişafın uğurları əhalinin yaşayış səviyyəsinin də yüksəlməsinə təsir etmişdir. İclasda səsləndirilən rəqəmlər sosial-iqtisadi siyasətin düzgün aparılmasını və yaxşı nəticələr verməsini bir daha sübut edir. Başqa sahələr kimi, tikinti-quruculuq, sosial infrastrukturun yaradılması istiqamətində böyük nailiyyətlər vardır.
Əvvəlki illərin tendensiyasını davam etdirərək təhsilin maddi-texniki bazanın inkişafına, yeni, müasir obyektlərin tikintisinə diqqət yüksək səviyyədə olmuşdur. Cənab Pre-zidentin nitqində daha 188 məktəbin və əlavə korpusların tikintisi, 103 məktəbin əsaslı təmir olunması barədə məlu-mat verilmişdir. Sevindirici haldır ki, bu proses şəhərlərlə yanaşı, kənd məktəblərində də gedir.
Ali təhsildə həyata keçirilən tikinti işlərinin üzərində da-yanmaq istəyirəm. Sentyabr ayında, yeni dərs ilinin əvvəlində 3 universitetin, Azərbaycan Diplomatiya Akade-miyasının, Moskva Dövlət Universitetinin filialının və Bakı Neft Akademiyasının yeni tikilmiş binalarında tədris prosesi başlandı. Bizim universitetin 13 mərtəbəli tədris binası əsaslı təmirdən sonra istifadəyə verildi. Bu tikintilər, sadəcə, yeni bina deyil. Ən yüksək səviyyədə, müasir di-zaynla, memarlıq və tikinti standartlarına uyğun həyata keçirilən layihələrdir. Universitet binaları müasir avadanlıqla təchiz edilmiş, keyfiyyətli təhsil üçün zəruri maddi-texniki baza yaradılmışdır.
Azərbaycan Diplomatiya Akademiyasının binalarını xü-susilə qeyd etmək istəyirəm. Şəhərimizdə tikilən  başqa bi-nalarla yanaşı, bu kompleks də müasir memarlığın ən yük-sək tələblərinə cavab verən bir nümunədir. Bütövlükdə ti-kinti istehsalı xaytek adlandırılan yüksək texnologiyalarla həyata keçirilən bu kompleksdə modern interyer dizaynı xüsusilə nəzərə çarpır. Kompleksdə bərpa olunan enerji mənbələrindən, enerjiyə qənaət edən texnologiyalardan, ən yüksək seysmik dayanıqlığı olan konstruksiyalardan istifadə edilmişdir.
Binalarda yaradılmış rahat iş şəraiti təhsil alan gənclər və müəllimlər üçün gözəl mühit yaradır və əlbəttə, təhsilin yüksək standartlara çatdırılması üçün yaxşı əsasdır. Bunlar Azərbaycan universitetlərinə yönəlmiş siyasətin gözəl gös-təriciləridir. Biz əminik ki, bu siyasət davam edəcək, ölk-əmizin universitetləri Azərbaycanımızın müasir...
Sədrlik edən. Çox sağ olun, Gülçöhrə xanım. Bu adət bizdə var da. Çıxış üçün 3 dəqiqədən artıq vaxt verilmir. Xahiş edirəm, inciməyin, çünki yazılanlar çoxdur. Hər bir deputat yarım dəqiqə artıq danışanda digər məsələlərin müzakirəsinə vaxt çatmır. Fərəc Quliyev buyursun.
F.Quliyev. Cənab Sədr, hörmətli deputatlar! Mən sizi qarşıdan gələn 18 oktyabr – Dövlət müstəqilliyi günü münasibəti ilə təbrik eləyirəm. Hesab edirəm ki, bu bayrama münasibət bir az onun tutumuna adekvat deyil və onun daha təntənəli şəkildə keçirilməsi zəruri şərtlərdən biridir.
O vaxt istiqlalçı deputat kimi tanınan 43 nəfərdən 29-u sağdır və onlardan biri də mənəm. Yoldaşlarımın müraciəti ilə bağlı fikrimi bildirmək istəyirəm. Hesab edirəm ki, istiqlalçı deputatların bugünkü vəziyyətinə adekvat davranış yoxdur. Aralarında xəstələr, vəziyyəti pis olanlar var.
Cənab Prezidentin Ramil Səfərovla bağlı verdiyi əfv qərarı, mən hesab eləmirəm ki, bir fərdə qarşı münasibət idi. O, Vətənə sahib çıxanlara Vətənin sahib çıxdığını göstərən çox böyük bir mesaj idi. Bu, Azərbaycanda vətənpərvərlik hissinin qaldırılması istiqamətində atılan çox böyük bir addım idi. O mənada düşünürəm ki, istiqlaliyyət uğrunda mübarizə aparmış, bu parlamentdə çox böyük fədakarlıq göstərmiş bu adamlara bir az diqqət eləməyimiz istiqlal mücadiləsinə, dövlət müstəqilliyinə verilən dəyər, qiymət olar. Bu mənada hesab edirəm, biz əlimizdən gələni etməliyik ki, onlara münasibət dəyişilsin. Mən hesab eləmirəm ki, bu 29 nəfərə doğru kiçicik addımlar atılsa, bu nəyisə dəyişə bilər. Özüm də istiqlalçı deputat olduğum üçün onlara müəyyən imtiyazların verilməsi ilə bağlı çox danışa bilmirəm. Amma onların hər birinə bir avtomobil verilməsi, təqaüdlərinin artırılması, xəstəliklərinin müalicə olunması nə böyük bir şeydir ki. Milli Məclisin rəhbərliyi bu məsələ ilə bağlı müəyyən bir addım atmaq haqqında düşünə bilər və mən bəri başdan sizə istiqlalçı deputatlar adından təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, möhtərəm cənab Sədr. Mən iki məsələyə münasibətimi bildirmək istəyirəm. Birinci, bir neçə millət vəkili bir neçə dəfə Abşeron Rayon Məh-kəməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinə Nigar Ya-qublu barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciət etdik. Təəssüflər olsun ki, ağır cinayət, ictimai təhlükəli olmayan bir əmələ görə məhkəmə adekvat münasibət göstərmədi və millət vəkillərinin xahişini yerinə yetirmədi. Normal ölkələrdə bunu hətta girov qoymaqla  həll edirlər. Çox təəssüf edirəm ki, bu, Azərbaycanda məh-kəmələrin azad olmamasının və siyasi qərarlarla işlədiyinin bir göstəricisidir.
İkincisi, mən 18 oktyabrla bağlı öz mövqeyimi ifadə etmək istəyirəm. Bu parlamentdə də bir dəfə qeyd etmişdim, 18 oktyabr Azərbaycanın müstəqilliyinin yenidən bərpası günüdür və o gün Azərbaycanın müstəqilliyinin elan olunması ilə bağlı bir akt qəbul olunub. Təəssüflər olsun ki, dünyanın hər yerində təntənə ilə qeyd olunan bu bayramı Milli Məclisdə çoxluğun səsi ilə iş günü kimi yenidən təsdiqlədik və 18 oktyabr qeyri-iş günü hesab olunmadı.
Bunu təqdim eləyən Hadi müəllim məsələni Əmək Məcəlləsi ilə,  əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə bağladı. Mən onda da dedim ki, bu, siyasi addımdır. Bunun nə Əmək Məcəlləsinə, nə də sosial həyat tərzinə bir aidiyyəti var. Bu gün də hesab edirəm ki, 18 oktyabra münasibət siyasi məsələdir və Azərbaycan parlamenti, o cümlədən Azərbaycan iqtidarı buna münasibətini dəyişməlidir. Dünyanın hər hansı bir ölkəsində bilsələr ki, Azərbaycanda müstəqillik günü bayram olunmur, sadəcə, hamı bizə ironik təbəssümlə baxar. 18 oktyabrda bizim müstəqilliyimiz elan olunub. Əslində, yenidən bərpa olunub. 28 may Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması günüdür. Başqa bayramlar Azərbaycan tarixində fərqli şəkildə qeyd olunur. İndi biz 28 mayı qeyd edirik deyə 18 oktyabrı qeyd etməyək? 28 may 1918-ci ildə olub, amma 18 oktyabr 1991-ci ildə. 18 oktyabr müstəqilliyin Azərbaycanda bir nemət, bir sərvət olduğunu əhaliyə, gənc nəslə sübut etmək və onu bir örnək kimi ötürmək üçün əldə böyük fürsətdir. Mən israrla tələb edirəm ki, Milli Məclis bu məsələyə yenidən qayıtsın və 18 oktyabrı...
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Cənab Sədr, dəyərli həm-karlar! Mən də bir məsələyə toxunmaq istəyirəm. Bu, süni gündəm yaratmaq və onun əsasında da hakimiyyətə qarşı fəaliyyət göstərməklə bağlıdır. Süni gündəm nəyin üzərində yaradılır? Bəzən hüquqi presedent siyasi müstəviyə çıxarılır, bəzən də açıq şəkildə bəlli olan bir məsələnin içərisində nə isə başqa maraqlar axtarılır. Bunlara bir az öncə hörmətli Fazil Mustafa da toxundu. Hüquqi bir məsələdən sonra parlamentin qarşısında mitinqlər, piketlər keçirmək istəyirlər. Mən başa düşə bilmirəm ki, nəyə etiraz edirlər? Onamı etiraz edirlər ki, kimsə rüşvətlə parlamentə düşə bilmir. Etiraz edənlərin məqsədi nədir? Rüşvət, pul verməklə kimsə  parlamentəmi düşsün?
İkinci deyəcəyim məsələ bp ilə bağlıdır. Cənab Prezident öz çıxışında vurğuladı. Yeri gəlmişkən, mən istəyirəm, bir məsələni yada salam. Qonşu ölkələrdən fərqli olaraq, – söhbətin hansı ölkədən getdiyini burada hər kəs bilir, – Azərbaycan “Əsrin müqaviləsi”nə heç bir düzəlişlər etmədi. Baxmayaraq ki, o müqavilə imzalanandan sonra tamamilə Azərbaycanın mövqeyi də, regionlardakı qüvvələr nisbəti də dəyişmişdi. Ümumiyyətlə, Azərbaycan bu regionda neft, qaz istehlakçıları içərisində ən çox proqnozlaşdırılan və vədinə sadiq bir tərəfdaş kimi tanınır. Sadəcə, burada öz haqqını tələb etməkdən söhbət gedir.
Bəziləri deyirdilər ki, bp bizi devirdi, bizim hakimiy-yətdən getməyimizin səbəbkarı o idi. İndi valın o biri tərəfini çeviriblər. Siz hakimiyyətdən ona görə getdiniz ki, səriştəsiz idiniz. Siz hakimiyyətdən ona görə getdiniz ki, prinsipsiz idiniz. Siz hakimiyyətdən ona görə getdiniz ki, hakimiyyətin mənbəyini xalqda yox, kənar qüvvələrdə axtarırdınız. Çox təəssüf ki, indi də həmin yoldasınız.
Bir də, söhbət gedir ki, Azərbaycan regionda bütün tərəf-lərlə qarşıdurma vəziyyətindədir. Belə bir söhbət yoxdur və İqtisadi Əməkdaşlıq Təşkilatının bu gün keçirilən toplantısı da bunu təsdiq edir. Sadəcə, insanlar arasında olduğu kimi, dövlətlər arasında da belədir ki, bir dövlət irəliyə gedəndə mütləq istər-istəməz geridə qalanların maraqlarına toxun-malar olur. Hər kəs də buna uyğun reaksiya verir və cavabını da alır. Yəni söhbət ancaq ondan gedir ki, hazırda Azərbaycanın Ermənistandan başqa heç bir düşməni yoxdur. Əgər işğal altındakı torpaqlar azad olunsa, Ermənistanla da...
Sədrlik edən. Sağ olun. Buyurun, Jalə Əliyeva.
J.Əliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, ölkə başçısı cənab İlham Əliyev ötən həftə Zərdab rayonuna səfər etdi. Bu, son illər ərzində dövlət başçısının Zərdab rayonuna artıq üçüncü səfəridir.
Cənab Prezidentin bölgələrə hər bir səfəri orada yaşayan insanlara unudulmaz  anlar yaşadır və qürurverici günlər kimi yadda qalır. Çünki bu səfərlər zamanı ən sadə insanlar belə rəhbərlə üz-üzə dayanıb onunla birbaşa ünsiyyət qura bilir, fikirlərini, arzularını, istəklərini ona birbaşa çatdıra bilirlər. Əlbəttə ki, bu görüşlər ölkə əhalisinin öz Prezidentinə və dövlətinə olan inamını və etibarını daha da möhkəmləndirir.
Bu səfərlərin çox əhəmiyyətli cəhətlərindən biri də ölkə rəhbərinin yerlərdə görülən işlərlə, əldə edilən uğurlarla şəxsən tanış olması, çatışmazlıqları, problemləri yerindəcə dəyərləndirmək imkanını əldə etməsidir. Cənab Prezidentin son səfəri zamanı Zərdab rayonunda 72 kilometrlik ma-gistral su kəmərinin açılışı oldu. Bu, zərdablılar üçün son 100 ilin ən böyük hadisəsidir, çünki bu rayon həmişə təmiz sudan korluq çəkib, Kür çayının bulanıq və çirkli suyundan istifadə etməyə məcbur olub. Bu da əhalinin sağlamlığına, həyat şəraitinə hər zaman öz mənfi təsirini göstərirdi. Bütün bu problemlər ötən həftə kökündən həll olundu. İndi rayon əhalisinin yarıdan çoxu təmiz sudan yararlanacaq və əlbəttə ki, bu, böyük bir hədiyyədir, böyük bir hadisədir. Ölkədə insan amilinə verilən qiymətin daha bir bariz göstəricisidir.
Dünən cənab Prezident abadlıq və yenidənqurma işlərinin davam etdirilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədi ilə öz ehtiyat fondundan Zərdab rayonuna 2 milyon manat vəsait ayrılması üçün sərəncam imzaladı. Bu, imzalanan ilk sərəncam deyil. Son il yarım ərzində təmsilçisi olduğum rayonun inkişaf etdirilməsi üçün cənab Prezidentin sərəncamı ilə 4 dəfə vəsait ayrılıb. Son günlərdə və xüsusilə də dünən minlərlə seçici mənə zəng edərək onların sonsuz təşəkkürlərini və sevgilərini parlament tribunası vasitəsilə ölkə Prezidenti cənab İlham Əliyevə çatdırmağımı xahiş ediblər. Zərdab sakinləri də bütün Azərbaycan vətəndaşları kimi, onların daha yaxşı və daha firavan yaşaması üçün gördüyü bütün əhəmiyyətli işlərə görə Prezidentə sonsuz minnətdardırlar, atdığı hər bir addımda...
Sədrlik edən. Sağ olun. Bir-iki məsələyə münasibətimi bildirmək istəyirəm. Birincisi, bir neçə millət vəkili Nazirlər Kabinetinin 9 aylıq hesabatında cənab Prezidentin tutduğu iradlar barədə danışdı. Çox əfsuslar olsun ki, daxili və xarici mətbuatda Prezidentin yerində olan iradlarını siyasiləşdirmək istəyirlər.
Ümumiyyətlə, elə insanlar var ki,  Valeh müəllim, nə kontraktın bir vərəqini oxuyublar, nə də bu işin məğzindən xəbərləri var. Üzr istəyirəm, savadsız şəkildə bilmədikləri məsələlərdən yazırlar. Cənab Prezident nə söylədi? Cənab Prezident, sadəcə, neft hasilatının əlifbasını söylədi.
Mən də mühəndisəm, oxumuşam. Hələ institutda oxuyanda bizə izah edirdilər ki, əgər hər hansı bir neft quyusu hasilat  quyusu olursa, onun neçə illik istehsal qrafiki olur, bu qrafik üzrə işləyirlər. Yəni hasilat aşağı düşərsə, nələri eləmək lazımdır. Əlavə quyular qazmaq, yoxsa əlavə investisiya cəlb etmək lazımdırmı, bunlar müəyyənləşir. Bu, sadə bir şeydir və o quyu ilə bağlı verilən proqnoz yerinə yetirilməlidir. 3 il dalbadal proqnozlar yerinə yetirilmir.
Cənab Prezident dedi ki, BP böyük şirkətdir və orada savadlı mühəndislər var. Əgər bu mühəndislər məsələni həll eləyə bilmirlərsə, dəyişiklik eləsinlər və götürdükləri öhdəlikləri yerinə yetirsinlər. Necə olur ki, Azərbaycanın payı 80 faizə çatanda bu öhdəliklər  aşağı düşdü? Bu o deməkdir ki, əlavə investisiya qoyulmasına, quyuların hasilatının aşağı düşməsinin qarşısının alınmasına maraq olmayıb. Başqa bir söz deyilməyib ki?
Nə BP təhqir olunub, nə də siyasi məsələ qoyulub. Burada, sadəcə, Azərbaycan dövlətinin maraqları qorunub. Cənab Prezident bu maraqları qorumaq üçün öz sözünü, öz fikirlərini deyib. Bundan bir şou yaratmaq, bunu siyasiləş-dirmək heç bir azərbaycanlıya şərəf gətirməz. Elə çıxır ki, bəziləri Azərbaycanda hansısa bir quyunun istehsal səviy-yəsinin aşağı düşməsinə sevinirlər. Nəyə sevinirlər? Azər-baycanın pis vəziyyətə düşməsinə sevinirlər?
Azərbaycanda neft hasilatı yüksək səviyyədədir, olacaq da. BP də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Axırıncı xəbərdarlığını aldı və mən əminəm ki, bu məsələ öz həllini tapacaq. Bu məsələni siyasiləşdirmək Azərbaycanı sevməyən insanların əlinə bir fürsət verməkdir. Bu məsələni bir daha müzakirə eləmək, danışmaq, qəzetlərdə yazmaq lazım deyil. Savadı olan, ağlı kəsən insan bilir ki, söhbət neft hasilatının əlifbasında olan iki məsələ  barəsindədir. Qurtardı, getdi.
İqbal müəllim sual verdi, getdi. Ziyafət müəllim dəqiq deyə bilər, 1991-ci ildə müstəqillik aktı qəbul ediləndən sonra qərar belə oldu ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün bayram günü elan edilsin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bəli, cümhuriyyətin hüquqi varisidir. Ona görə də bu gün bayram günüdür, amma hökm deyil ki, bütün bayramlar qeyri-iş günü hesab olunsun. Bizdə bir çox bayramlar var. Bu məsələni bir neçə dəfə qaldırıblar. Mən hesab edirəm ki, bu da düzgün deyil.  
Mən Fazil Mustafanın çıxışı ilə razıyam ki, bəzən Azərbaycan parlamentinə qarşı hər hansı bir məsələni şişirdirlər. Biz heç nəyə bəraət qazandırmırıq. Məsələ gündəmdədir. Gülər xanım haqqında olan məsələ ilə bağlı artıq ümumi iş açılıb. O, ərizə ilə MSK-ya müraciət etdi, onlar da qərarlarını verdilər. Bunu şişirtmək və bundan şou yaratmaq  düzgün deyil.
İndi isə gündəliyə keçək. Gündəliyin birinci məsələsi Mahir Muradovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqındadır. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu  komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Cənab Prezident tərəfindən Konstitusiyanın 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə Mahir Muradovun namizədliyi irəli sürülmüşdür. Bu, cənab Prezidentin konstitusion səlahiyyətidir. Parlament bu təqdimata münasibət bildirməlidir.
Mahir Muradov barəsində məlumatlar sizə təqdim olunub. Bu məsələyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılmış və onun namizədliyi yekdilliklə dəs-təklənmişdir. Mahir Muradov uzun illər ədliyyə və proku-rorluq orqanlarında şərəflə çalışmışdır. O, 1970-ci illərdə əmək fəaliyyətinə Məhkəmə-Tibb Ekspertizası İnstitutunda başlamışdır. Hazıra qədər o, Nizami rayon prokuroru vəzifəsində çalışmışdır.
Çalışdığı dövrdə Mahir müəllim özünü peşəkar hüquqşü-nas, vicdanlı insan kimi nümayiş etdirmişdir. Mahir müəllim hüquq ictimaiyyəti üçün tanınan adamdır və xüsusi hörmətə malikdir. Əminəm ki, cənab Prezidentin irəli sürdüyü namizəd dəstəklənəcək və o, gələcəkdə Konstitusiya Məhkəməsinin hakimi kimi şərəfli bir vəzifəni yerinə yetirəcək, Azərbaycan Konstitusiyasının qorunmasında öz xidmətini və töhfəsini verəcəkdir.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, prosedura uyğun olaraq parlament tərəfindən Mahir müəllimin namizədliyi dəstəklənərsə, o, parlament qarşısında and içməlidir.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.


Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Mahir müəllim, mikrofona buyurun.
M.Muradov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəflə, vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, baxdığım məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm.
Sədrlik edən. Mahir müəllim, çox sağ olun, təbrik edirik, Sizə müvəffəqiyyət arzulayırıq! (Alqışlar.)
Gündəliyin ikinci məsələsi Fazil İbrahimovun Azərbay-can Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqındadır. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Fazil İbrahim oğlu İbrahimov haqqında millət vəkillərində kifayət qədər materiallar vardır. Peşəkar iqtisadçıdır, uzun illər Maliyyə Nazirliyində işləmişdir. Son 7 ildə də Hesablama Palatasının auditorudur.
Qeyd etmək lazımdır ki, bütövlükdə Hesablama Palata-sının fəaliyyəti ildən-ilə yaxşılaşır. Ölkədə maliyyə şəffaflığının, maliyyə nəzarətinin güclənməsi istiqamətində böyük işlər görülür ki, bu işlərdə Fazil İbrahimov fəal iştirak edir.
Bu məsələ komitədə müzakirə olunub. Yekdilliklə qərar qəbul olundu ki, Milli Məclis qarşısında məsələ qaldırılsın və Fazil İbrahimov  yeni müddətə Hesablama Palatasının auditoru təsdiq edilsin. Millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Təsdiq olundu, sağ olun.
Mahir müəllim, Fazil müəllim, Sizi bir daha təbrik edirik! Çox sağ olun, gedə bilərsiniz.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli millət vəkilləri, İnzibati Xətalar Məcəlləsinə yeni bir maddənin əlavə olunması  təklif olunur. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina edilməsi və əmək müqaviləsinə xitam verilməsi yolveril-məzdir.
Məsələ burasındadır ki, bizim sosial qanunvericiliyimizdə belə bir müddəa var. Həmin qanunda qeyd olunur ki, belə əmək müqaviləsi bağlamamaq inzibati məsuliyyətə səbəb olar. Məhz bu baxımdan İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə olunması təklif olunur. Təbii ki, imtina vəzifəli şəxs tərəfindən olduğuna görə bu maddədə sanksiya da ancaq vəzifəli şəxslərə ünvanlanır. Vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək miqdarda cərimə oluna bilərlər. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, təşəkkür edirəm, Əli müəllim. Qanun layihəsi ilə əlaqədar çıxış eləmək istəyənlər var. Elmira Axundova, buyurun.     
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Dağınıq skleroz xəstəliyi olan şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinə edilən əlavələri müsbət dəyərləndirirəm, çünki əvvəlki çıxışlarım zamanı dəfələrlə bildirmişəm ki, bu qrup şəxslərin xüsusi dövlət qayğısına və diqqətə ehtiyacı vardır.
Hamımıza məlumdur ki, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərlə dövlət qayğısı haqqında” Qanunda dağınıq skleroz xəstələrinə xüsusi təminatlar nəzərdə tutulub. Bu qrup şəxslərin dövlət tibb və sosial müdafiə müəssisələrində tibbi və sosial yardımı, dərman vasitələri ilə təmin edilməsi nəzərdə tutulur. Həmçinin onlara əlillik müddətsiz verilibdir. Mən bir dəfə təklif etmişəm ki, I qrup göz xəstələri ilə I qrup dağınıq skleroz xəstələrinə verilən pensiyaların həcmi bərabər olsun. Hazırda I qrup göz xəstələri üçün pensiya baza hissəsinin 200 faizidir, amma I qrup dağınıq skleroz xəstələri üçün 120.
Sədrlik edən. Elmira xanım, üzr istəyirəm, bu, tamamilə başqa məsələdir axı. Siz predmet üzrə danışın. O məsələ müzakirə olunanda danışarsınız. Biz dəfələrlə demişik, xahiş edirik, mahiyyəti üzrə danışın. Burada söhbət mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulmasından gedir. Bu qanun layihəsi ilə əlaqədar sözünüz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdursa, rica edirəm, indi səsə qoyaq, növbəti məsələdə fikrinizi deyərsiniz.
Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Silahlı Qüv-vələrinin 95 illiyi (1918–2013)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Ziyafət müəllim, mən Sizdən və Elmira xanımdan çox üzr istəyirəm. Üçüncü məsələnin məruzəsində mən yanlışlığa yol vermişəm. Yəni 11-ci məsələdəki İnzibati Xətalar Məcəlləsini məruzə etmişəm və Elmira xanım məhz o məsələyə görə çıxış edirdi. Ona görə üzr istəyirəm.
Sədrlik edən. Eybi yoxdur, Elmira xanım 11-ci məsələyə gələndə danışar. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Hörmətli Ziyafət müəllim, hörmətli həm-karlar! Cənab Prezident tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  95 illiyi (1918–2013) yubiley medalının təsis edilməsi ilə bağlı qanun layihəsi müzakirəmizə təqdim olunubdur. Hesab edirəm ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illik yubiley medalının təsis olunması  ilk növbədə Azərbaycanın müstəqilliyinin 100 ilə yaxın bir tarixinin olmasını bir daha təsdiqləyən məqamdır.
İkincisi, bizim silahlı qüvvələr 1918-ci ildə təşkil olun-muş Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin varisliyinin nümunəsidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Respublikası Silahlı  Qüvvələrinin 95 illiyi (1918–2013) yubiley medalının təsis olunması dövlətçiliyi-mizdə xüsusi bir yer tutacaq.
Sizlərə yubiley medalının təsviri və Əsasnaməsi təqdim olunmuşdur. Mən qeyd edə bilərəm ki, bu təsvir özündə həm müstəqil dövlətimizin,  həm də Azərbaycanın müdafiə gücünün, hərbi sisteminin atributlarını özündə ehtiva edir. Hesab edirəm ki, belə bir medalın təsis olunmasını parlament də dəstəkləyəcək.
Təltif ediləcək şəxslərin siyahısı belədir: Bu yubiley medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabit, gizir, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş hərbi qulluqçular, ehtiyata,  yaxud istefaya buraxılmış zabitlər təltif ediləcəklər. Çox sağ olun, Ziyafət müəllim.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Ziyafət bəy, hörmətli Milli Məclis! Bu yubiley medalının təsis olunmasını, şübhəsiz, biz də bəyənirik və bu sənədlərin qəbuluna səs verəcəyik. Cari məsələlərin müzakirəsində yazılmışdım, amma təəssüf ki, vaxt çatmadı. Medal təsis etmək çox gözəldir və bu, orduya diqqətin bir əlamətidir. Amma mən ordumuzun bugünkü vəziyyəti ilə bağlı bir-iki kəlmə demək istəyirəm.
Bu arada mən fürsətdən istifadə edib düşmənlə təmas xəttində – bir neçə yerdə olmuşam. Sizə düzünü deyim ki, mən bu barədə çox geniş danışmaq istəmirəm, çünki bu, bəlkə də ayrıca bir söhbətin mövzusudur və müzakirə olunan bu məsələ ilə o qədər də uyğun gəlmir. Amma hər halda mən bunu Milli Məclisdə deməliyəm. Bir dəfə də demişik.
Mənə elə gəlir ki, indiki vəziyyətdə Azərbaycan cəmiy-yətindən, – baxmayaraq ki, bir çox ailələrin taleyində ağır izlər buraxıb, – sanki aralıda yaşayan hərbi hissələrimizə, orduya diqqətin artırılmasına çox böyük ehtiyac var. Mən gəzdiyim yerlərdə bunun şahidi oldum. Mən oradakı  texnikanı da gördüm, bəzi şeyləri də. Bu boyda maliyyə ayrılmasına baxmayaraq, texnikamız hansı vəziyyətdədir? Mən, ola bilsin ki,  arxadakı texnikanı görmürəm. Mən əsgərləri gəzdirən avadanlıqlardan danışıram. Bu səviyyəni görəndən sonra fikirləşdim ki, ayırdığımız maliyyə hara gedir, orduda vəziyyət necədir? Bunu bizim bilməyimiz çox vacibdir. Buna görə də deputatlardan ibarət tərkibdə bir komissiya yaratmağa və bir sıra hərbi hissələrə getməyimizə çox böyük ehtiyac var.
Mən əsgərlərlə söhbət etdim. Onların sanki içini sorub aparıblar,  ruh yoxdur, çünki bunlarla görüşlər keçirilmir. Əsgərlərlə hər gün ziyalıların, yazıçıların, veteranların, müxtəlif adamların görüşləri keçirilməlidir. Hətta  yerli təşkilatların görüşləri keçirilməlidir. Mən bunu görmədim. Mən gördüm ki, əsgərlər atılıb o dağın başına və sanki unudulublar. Qəzet yox, kitab yox. Bəzi yerdə komandiri axtarırsan, 1 saata tapılmır. Bu uşaqlar qarğanmış uşaqlar deyil, biz onları əsir düşərgələrinə göndərməmişik. Biz onları əsgəri xidmətə göndərmişik.
Medal verməzdən öncə o uşaqların ruhunu diriltmək lazımdır. Onlardan 200 metr o tərəfdə düşmən dayanıb. Uşaqlarla söhbət edirsən və görürsən ki, bəziləri müqəvva, xəyal kimi gəzir. Mənə elə gəlir ki, onların yeməyi də, ruhu da yerində deyil. Ona görə hərbi hissələrə çox ciddi şəkildə diqqət göstərmək lazımdır.
Bilirsiniz, Ermənistan gündə təbliğat aparır ki, Azərbay-can müharibə aparmasa da, biz müharibə edəcəyik. Silahlar da alırlar, hərbi təlim də keçirlər, bizə hədə də gəlirlər və sair. Bunun müqabilində bizim ordunu diqqətdən kənarda qoymağımıza heç cür haqq qazandırmaq olmaz. Rəsmi səviyyədən başqa, mən hesab edirəm ki, ictimaiyyətin, o cümlədən deputatların da bir sahəyə diqqəti artırılmalıdır. Çox sağ olun.
Sədrlik edən. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Hərbi ilə bağlı yeni bir yubiley medalının təsis edilməsi, əlbəttə ki, Azərbaycan cəmiyyətinin, Azərbaycan parlamentinin orduya olan diqqətidir. Ordu ilə Azərbaycan xalqı arasında vəhdət yüksəkdir və bundan sonra da belə olacaq.
Hörmətli deputat həmkarım Sabir Rüstəmxanlının verdiyi qiymətlə kökündən razı deyiləm. Həmin qiymət 1992–1993-cü illərdə mövcud olmuş hərbi dəstələr üçün ola bilər.
Necə yəni 1 saat komandiri tapa bilmədim, əsgərlər bil-mirdilər, harada gəzirlər? Necə yəni əsgərin yeməyi yox-dur, əsgərlə heç bir mənəvi söhbət aparılmır və bugünkü Azərbaycan əsgəri ona hazır deyil? Bu cür söhbətlərlə, bu cür çağırışlarla biz Azərbaycan ordusu haqqında hansı təsəvvürləri yaradırıq?
Məgər Mübariz İbrahimov heç nədənmi yarandı? Məgər hər gün ölümlə üzbəüz duran əsgərlərimiz orada boş yerdəmi dayanırlar? Bu gün Azərbaycan ordusunda intizam da var, ən müasir silahlar da. Əlbəttə, hərbi hissəyə gələn qonağın hərbi hissəyə birbaşa əlaqəsi yoxdursa, ona lazım olan texnika göstərilməyəcək.
O ki qaldı hərbi hissədə guya komandirin bir saat tapılmaması məsələsinə, mən bilmirəm, Sabir müəllim hansı hərbi hissədə olub və nədən onda belə bir təəssürat yaranıb. Azərbaycan ordusunda intizam da var, Azərbaycan ordusunda mənəvi ruh da kifayət qədər yüksəkdir. Azərbaycan ordusu bu gün Ali baş komandanın əmrini yerinə yetirir, istənilən vaxt da döyüşə  hazır vəziyyətdədir. Bu baxımdan cəmiyyətdə aşağılayıcı əhvali-ruhiyyə yaratmaq, mənə elə gəlir ki, parlament üzvlərinə yaraşmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Mən də bir neçə kəlmə demək istəyirəm və Aydın Mirzəzadə ilə tamamilə şərikəm. Sabir müəllim, Siz Milli Məclisin deputatısınız, özü də xalq şairisiniz. Nə zaman Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Bəstəkarlar İttifaqı qarşısında məsələ qaldırdınız ki, cəbhəyə getməliyik, əsgərlərlə görüş keçirməliyik və sair. Bunu Siz  etməmisiniz. Bunu parlament etməlidir bəyəm? Edin də, kim Sizə mane olur ki? Bəli, onların hərbi ruhlarını qaldırmaq üçün cəbhə bölgəsinə getmək, əsgərlərlə bir yerdə olmaq lazımdır. Onsuz da onların ruhları yüksəkdir.
Allah rəhmət eləsin, Böyük Vətən müharibəsində Səməd Vurğun başda olmaqla bütün şairlərimiz cəbhədə idi. Amma mən görməmişəm ki, bir şairimiz cəbhədə olsun. İndi bunun günahı Sizdədir, ya bizdə, Sabir müəllim? Deyirsiniz, amma özünüz də bunu etmirsiniz. Yəni bu məsələni qaldıranda bir az fikirləşin ki, bu sözü deyən adam özü başqalarına nümunə olmalıdır.
Mən çox istərdim ki, yazıçılarımız, şairlərimiz, bəstəkar-larımız, bütövlükdə sənət adamlarımız cəbhə bölgələrində olsunlar. Məsələn, mən bilirəm ki, teatr xadimləri cəbhə bölgələrində olurlar. Amma mən şəxsən hər hansı bir tanınmış şair, yazıçı barəsində bunu eşitməmişəm. Bunun günahını bizim üstümüzə yıxmayın da, Sabir müəllim. Hər işi dövlət görməli deyil, axı. Dövlət, cənab Prezident onsuz da ordunun maddi-texniki təchizatı, əsgərlərin hərbi ruhunun yüksəldilməsi sahəsində hər şeyi yüksək səviyyədə edir. Amma elə şeylər də var ki, o, ictimaiyyətdən, o cümlədən sizdən asılıdır. Onu da gərək siz edəsiniz. Sağ olun.
Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  83
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsində dövlət qulluğunun xüsusi növləri ayrılıb. Bunlar, misal üçün, gömrük orqanlarıdır, prokurorluqdur və sair. Bu orqanlarda dövlət qulluğu xüsusi qanunla tənzimlənir. Həmin maddəyə “xüsusi dövlət mühafizə xidməti” sözləri də əlavə olunur. Çünki xüsusi dövlət mühafizə xidməti də dövlət qulluğunun xüsusi növüdür və bu dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi ayrıca bir qanunla tənzimlənir. Bax, belə bir texniki düzəlişdir. Hesab edirəm ki, biz buna səs verməliyik. Çox sağ olun.
Sədrlik edən. Qanun layihəsinin müzakirəsinə ehtiyac var? Zahid müəllim, buyurun.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən çıxışa, əlbəttə ki, bu texniki məsələnin müzakirəsi üçün yazılmadım. Xatırlayırsınızsa, “Dövlət qulluğu haqqında” Qanun 2001-ci ildə qəbul olundu. Bu, əsasən, başa düşülən bir təcrübədir ki, müxtəlif ölkələr biri digərindən hansısa model qanunları ümumən götürürlər. Biz də o dövr üçün Rusiya təcrübəsindən istifadə etdik. Amma ondan sonrakı dövrdə bu qanunun daha da təkmilləşməsinə ehtiyac olubdur.
Hörmətli Ziyafət müəllim, bu həm də Sizin sahənizdir və mən bilirəm ki, Siz onu yüksək qiymətləndirəcəksiniz. Dövlət qulluğu kateqoriyasına aid olan insanların sıra sayının genişləndirilməsi çox mühüm bir məsələdir.
O dövrü mən çox yaxşı xatırlayıram. Hörmətli Şahin müəllimdən  soruşmuşdum ki, Azərbaycanın dövlət qulluq-çusunu, hərbçisini, həkimini yetişdirən Azərbaycan müəllimi nədən dövlət qulluqçusu deyil? Onda çox açıq cavab verilmişdi ki, bu indi ölkənin imkanları xaricindədir.
Sonradan bu məsələyə qayıtmaq mümkün idi. Azərbay-can müəlliminin statusunu, cəmiyyət həyatında yerini daha üstün bir səviyyədə bərqərar etmək üçün bu lazımdır. Azər-baycan hərbçisi ilə bağlı eyni addımı atmaq mümkündür. Yəni söhbət bizim hərbi qulluqçulardan gedir.
Ziyafət müəllim, mən həm də bu çıxışa niyə yazıldım? Əlbəttə, o qurum öz funksiyasını çox yaxşı yerinə yetirir. Dövlət qulluğu sistemi şəffaf həyata keçirilir. Bu həm də parlamentin yükünü azaldır. Müxtəlif insanların hansısa qurumda təmsil olunmaq arzusu ilə bizlərə, ayrı-ayrı dövlət nümayəndələrinə müraciət etməsi xeyli azalıb. Onlar artıq bu qurumdan keçib gedərək çox mühüm, ali bir adı qazanmalarını özlərinin nailiyyəti ilə, potensialı ilə, bilikləri ilə əldə edirlər. Bu çox gözəl hadisədir,  özü də müstəqil bir dövlətin həyatı üçün çox önəmlidir.
Amma bu günlərdə o qurumun bir təmsilçisi bəyan edib ki, biz bu sahədə Vyetnamın və ona bənzər geridə qalmış ölkələrin təcrübəsindən bəhrələnmişik. Doğrusu, mən bil-mirəm, Vyetnamın dövlət qulluqçusu modeli bizim üçün nə qədər əlverişli olar. Elə hesab edirəm ki, olmaz. Azərbaycan dövləti bu dövr ərzində böyük bir yol keçib və bu dövlətin qulluqçusu olmaq böyük şərəfdir. Ona görə düşünürəm ki, bu məsələyə yenidən qayıtmağımıza bir ehtiyac var.
Onlar yalnız 6-11-ci təsnifata daxil olanların testini həyata keçirərək bu qəbulu reallaşdırırlar. Bir sıra hallarda da bu çox ciddi vakansiyalara səbəb olur. Biz bu gün iş yer-lərinin axtarışında olduğumuz bir dönəmdə müxtəlif dövlət qurumlarında bu cür boş yerlər saxlanmaqdadır. Yəqin ki, biz büdcə müzakirələrində bunun şahidi olacağıq. Niyə belə olur? Çünki bir sıra hallarda dövlət qulluqçusu olmağın tələbləri kifayət qədər sərtdir və mənə elə gəlir ki, həm də genişdir. Biz dövlət qulluqçusunun dəqiq təyinatını verməliyik ki, onu hansı obrazda görürük. Ona uyğun da insanlarımızı hazırlamalıyıq.
İnsan institutun auditoriyasından konkret biliklərlə çıxır və ondan sonra o biliklərdən daha geniş sahəni özündə ehtiva edən testdən keçməli olur. Mən elə hesab edirəm ki, o qanuna yenidən baxmağın vaxtı çatıbdır. Həm də Azərbaycanın iqtisadi imkanları artıbdır. Bayaq söylədiyim kimi, Azərbaycan müəllimi, Azərbaycanın hərbi  qulluqçuları da dövlət qulluqçusu statusu alaraq gələcəkdə bu böyük imtiyazdan faydalanmalıdırlar. Onda dövlətə güvənc də böyük olacaq. Çünki bu dövlətin güclü bir lideri var və o anlamda Azərbaycan insanının dövlət qulluqçusu olmağa stimulu da artmış olacaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də qanun layihəsinə səs verəcəyəm. Doğrudan da, təqdirəlayiq məsələdir. Lakin mən bir məsələni xüsusi vur-ğulamaq istəyirəm. Biz Naxçıvan Muxtar Respublikasının dövlət strukturlarında dövlət qulluğu kateqoriyaları ilə bağlı dəfələrlə müxtəlif səpkilərdə qərarlar qəbul etmişik. Mən hesab edirəm ki, orada olan bəzi strukturların da dövlət qulluğunda 1-ci və 2-ci mərhələyə çıxarılması məqsədəuyğun olardı. Naxçıvan Muxtar Respublikası muxtar dövlətdir və bilirsiniz ki, blokada şəraitində yaşayır. Oradakı strukturlar Azərbaycanın başqa-başqa strukturları ilə eyniləşdirilə bilməz. O baxımdan mən hesab edirəm, hörmətli Əli müəllimə də bu siyahını təqdim edərik və qanunvericilik təşəbbüsü ilə də çıxış edərik ki, Naxçıvan Muxtar Respublikasına aid olan strukturların da dövlət qulluğu statusu ən yuxarı mərhələ üçün nəzərdə tutulmuş meyarlarla ölçülsün. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əgər çıxış etmək istəyən yox-dursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 3
İştirak edir  99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – 2009-cu il 4 dekabr tarixli Qanunla təsdiqlənmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, biz elə bundan əvvəl də “Dövlət qulluğu haqqında” Qanunla bağlı söhbət edəndə işə qəbulun qaydaları barədə fikir mübadiləsi apardıq. Hazırda həm dövlət qulluğuna, həm də xüsusi dövlət qulluğuna işə qəbulun qaydası belədir: birinci mərhələ müsabiqə və ikinci mərhələ müsahibə. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin isə 13-cü maddəsində miqrasiya orqanlarında qulluğa qəbulun yalnız müsabiqə forması nəzərdə tutulub. Bu isə dövlət qulluğuna və xüsusi dövlət qulluğuna işə qəbulun ümumi qəbul olunmuş formasından bir qədər fərqlənir. Ona görə də cənab Prezident tərəfindən təqdim olunmuş layihədə təklif edilir ki, Əsasnamənin 13-cü maddəsinə “müsabiqə” sözündən sonra “müsahibə” sözü əlavə olunsun. Hesab edirəm ki, bu bizim dövlət qurumlarına işə qəbul təcrübəsinə tamamilə uyğundur.
Amma 13-cü maddəyə eyni zamanda belə bir cümlə də əlavə olunur: “Kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifə-lərə şəxslər müsahibə əsasında qəbul edilirlər”. Bu da “Dövlət qulluğu haqqında” Qanunda təsbit olunmuş ümumi prinsiplərə uyğundur.
Digər maddələrdə isə işə qəbulun müvafiq icra hakimiy-yəti orqanı tərəfindən həyata keçiriləcəyi nəzərdə tutulub. Amma bizim qanunun  tətbiqi ilə bağlı cənab Prezidentin fərmanında müvafiq icra hakimiyyəti orqanının adı qeyd olunacaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nə təklif olunacaq? Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti, 7-ci məsələ – “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, xatırlayırsınızsa, keçən yaz sessiyasın-da biz Konstitusiya qanununa dəyişiklik edərək, informasiya əldə etmək hüquqlarının pozulması ilə bağı müvəkkil hüququnu insan hüquqları üzrə müvəkkil təsisatına, yəni ombudsmana verdik. İndi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilməsi təklif olunan əlavə də ombudsmana verilən həmin səlahiyyətlərin icrasından irəli gəlir. Yəni, 20-ci maddənin təklif olunan variantında qeyd olunur ki, informasiya əldə etmək hüququ pozulmuş  istifadəçi məlumat sahibindən yuxarı orqana və məhkəməyə şikayət vermək hüququ  ilə yanaşı, birbaşa om-budsmana müraciət etmək hüququna da malikdir. Məhz buna görə də 20-ci maddəyə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana)”  sözləri əlavə olunur. Hesab edirəm ki, biz buna səs verməliyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət  bildirək.

Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bu dəyişiklik də texniki xarakter daşıyır. Məsələ burasındadır ki, “İcra haqqında” Qanunun 17-ci maddəsinin qüvvədə olan mətninə görə icra sənədi üzrə icraat həm də “iqtisad məhkəməsi borclunun iflası barədə məhkəmə icraatına başladıqda” dayandırılır. Amma bilirsiniz ki, bizim məhkəmə-hüquq islahatları nəticəsində iqtisad məhkəmələri artıq mövcud deyil, onların adı dəyişib, inzibati-iqtisad məhkəmələri olub. Təklif olunan variantda, sadəcə, “iqtisad məhkəməsi” sözləri çıxarılır, “borclunun iflası barədə məhkəmə icraatına başladıqda” ifadəsi isə qorunub saxlanılır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Mən də qeyd edilən dəyişik-liyi dəstəkləyirəm. Amma  bu qanunla əlaqədar bir sıra təkliflərlə çıxış eləmək istəyirəm. Çünki “İcra haqqında” Qanunun yenə də çox mühüm dəyişikliklərə ehtiyacı var.
Biz “İcra haqqında” Qanunu nəzərdən keçirdikdə görürük ki, burada alimentlərin ödənilməsi barədə notarial qaydada təsdiq edilmiş sazişlərdən, aliment öhdəlikləri üzrə ödənilən məbləğlərdən də bəhs edilir. Eyni zamanda qeyd edilir ki, alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir.
Bununla belə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş tədbirlər istənilən nəticəni vermir. Bu çox aktual problemdir. Çünki qərəzli şəkildə ödənişdən boyun qaçıranlardan ödənişlərin tutulmasının əməli mexanizmi hazırlanmayıb. Buna görə də bu qanuna və digər müvafiq qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsini məqsədəuyğun hesab edirəm. Bu dəyişikliklər keçmiş ailəsini aldadan və doğma uşaqlarını maddi dəstəksiz qoyanlarla effektiv mübarizə aparılmasında icra məmurlarına yardım edə bilərdi.
Yeri gəlmişkən, bu tədbirlər bir sıra Avropa dövlətlərində geniş tətbiq olunur və bunları Rusiya da tətbiq etmək niyyətindədir. Söhbət aliment ödəməkdən qərəzli surətdə boyun qaçıranların, məsələn, sürücülük hüququndan, silah daşıma hüququndan, ovçuluq və balıqçılıq fəaliyyəti üçün lisenziya kimi xüsusi hüquqlardan məhrum edilməsindən gedir. Əgər bu tədbirlər bizdə də tətbiq olunsaydı, alimenti qərəzli şəkildə ödəməyənləri həmin məbləği ödəyənə qədər sürücülük hüququndan və ya yuxarıda qeyd edilən lisenziyalardan məhrum etmək olardı. Bundan əlavə, bəzi Qərb ölkələrində aliment ödənişlərindən qərəzli şəkildə boyun qaçıranlara qarşı daha bir effektiv metoddan istifadə edilir. Həmin öl-kələrdə bu cür şərtlərlə bağlı məlumatlar sərhəd xidmətinə ötürülür və bu insanlar xaricə istirahətə və ya ezamiyyətə buraxılmırlar.
Mən hesab edirəm ki, bu cür tədbirlər bizim ölkədə də tətbiq edilə bilərdi. Yalnız belə sərt və ədalətli mexanizmin işə salınması ilə biz övladları ilə tənha yaşamağa məhkum edilmiş qadınların bu probleminin qismən də olsa həllinə nail ola bilərik. İnanın ki, xanımlardan müraciətlərin də əksəriyyəti bu barədədir. Xahiş edirəm, mənim təklifimi nəzərdən keçirəsiniz və “İcra haqqında” Qanuna müvafiq dəyişikliklər edəsiniz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Mən, sadəcə, qeyd etmək istəyirəm ki, Elmira xanımın qaldırdığı məsələ, həqiqətən, aktualdır və yəqin, Sizə də, digər millət vəkillərinə də, bizim Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə də alimentlərin tutulması ilə və bu sahədə baş verən problemlərlə bağlı çoxlu müraciətlər var. Ona görə biz, Elmira xanım, mütləq Sizin o təklifləri öyrənəcək və bu məsələləri Ədliyyə Nazirliyinin müvafiq idarəsi ilə də müzakirə edəcəyik. Amma qaldırdığınız məsələ, həqiqətən, aktualdır.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun “Dövlət reyestrinin açıqlığı” adlı 5-ci maddəsinə bir neçə əlavə və dəyişiklik edilməsi təklif olunur. Baxmayaraq ki, onlar çox kiçikdir, amma kifayət qədər əhəmiyyətlidir. Söhbət ondan gedir ki, “Dövlət reyestrinin açıqlığı” maddəsi dövlət reyestrindən arayışın vətəndaşlar üçün çox aydın formada və sürətlə əldə olunmasını özündə ehtiva edir.
Bu da məlumdur ki, bu sahədə bir sıra problemlər də mövcuddur. Təklif olunan variant dövlət reyestrindən arayışın yazılı və ya elektron formada əldə olunmasını özündə əks etdirir. Hesab edirəm ki, hazırda ölkəmizdə şəffaflığın artırılması, müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Dövlət reyestrindən arayışın bundan sonra elektron formada da təqdim olunması  kiçik, amma kifayət qədər mütərəqqi bir təklifdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, xahiş edirəm, bu qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Məlumat verir komitə sədri Hadi Rəcəbli. Buyurun, Hadi müəllim.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, bildiyiniz kimi, bu ilin mart ayında bizim komitə Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında qanun layihəsi təqdim etmişdi. Bu qanunun tətbiqi ilə bağlı bir sıra məcəllələrdə, qanunlarda qanun yaradıcılığı texnikası baxımından də-yişikliklər edilib. Əmək Məcəlləsinin iki maddəsinə – 16-cı və 79-cu maddələrinə bu qanundan irəli gələn məsələlərlə bağlı dəyişikliklər edilib. Mən o dəyişiklikləri oxuyub vaxt almaq istəmirəm. Layihə hamıya paylanıb, hamının məlumatı var. Xahiş edirəm, səsə qoyaq.
Sədrlik edən. Təklif var, səsə qoyaq. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında.  Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Gündəlikdəki 3-cü məsələ mühasibat uçotu üzrə qanun-vericiliyin pozulması ilə bağlı texniki düzəliş idi. Mən yanlış olaraq 3-cü məsələ əvəzinə 11-ci məsələ barədə məruzə eləmişdim. 11-ci məsələ İnzibati Xətalar Məcəlləsinə 53.12-ci maddənin əlavə olunmasıdır. Elmira xanım da bu məsələ ilə bağlı çıxış etdi. Həmin maddədə söhbət şəxsin dağınıq skleroz xəstə olması səbəbindən onunla əmək müqaviləsinin bağlanmasından imtinaya görə vəzifəli şəxslərin məsuliyyətindən gedir. Bu barədə mən artıq məlumat vermişəm. Kifayət qədər ciddi məsuliyyətdir. Hesab edirəm ki,  Sosial qanunvericilik şöbəsinin vaxtilə təqdim etdiyi qanunun tətbiqi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə bu əlavənin edilməsi kifayət qədər zəruridir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, Ziyafət müəllim. Bir təklifim var. Eyni ad altında gələn qanunlar bəzən bizdə çaşqınlıq yaradır, xüsusən də plenar iclasda müzakirə zamanı. Təklif edərdim ki, heç olmasa, həmin qanunda haqqında söz edilən məsələ mötərizə içərisində bir neçə ifadə ilə qeyd edilsin. Bəzən gündəlikdə “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” sözləri dörd yerdə əks olunur. Heç olmasa, onun qısa məzmunu verilsəydi gözəl  olardı.
Deməli, dağınıq skleroz xəstəliyi. İnzibati Xətalar Məcəlləsinə edilən bu əlavəni də çox müsbət dəyərləndirirəm. Çünki əvvəlki  çıxışlarım zamanı da bildirmişəm ki, bu qrup şəxslərin xüsusi dövlət qayğısına və diqqətə ehtiyacı vardır.
Amma mən bir neçə dəfə də təklif etmişəm ki, birinci qrup göz xəstələri ilə birinci qrup dağınıq skleroz xəstələrinə verilən pensiyaların həcmi bərabərləşdirilsin. Nəyə görə? Hazırda birinci qrup göz xəstələri üçün pensiyanın həcmi, bilirsiniz ki, baza hissəsinin 200 faizidir. Lakin birinci qrup dağınıq skleroz xəstələri üçün cəmi 120 faiz nəzərdə tutulur. Bu da onların pensiyaları arasında 60-70 manat fərq yaradır. Halbuki hər iki halda xəstələrin daimi olaraq kənar şəxslərin köməyinə ehtiyacı var. Hətta mən deyərdim ki, dağınıq skleroz xəstələrinin digər şəxslərin köməyinə daha böyük ehtiyacı vardır. Ən əsası da odur ki, bu xəstəlik çox bahalı və uzunmüddətli müalicə tələb edir. Bu da həmin kateqoriya xəstələrin pensiyalarının həcminin  əsaslı şəkildə qaldırılmasını zəruri edir. Bununla bağlı komissiyamıza da dəfələrlə müraciət olunub. Çox istərdim ki, artıq bu aktual məsələyə konkret bir münasibət bildirilsin. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov.  Təşəkkür edirəm, Ziyafət müəllim. Mənim də bir təklifim olacaq. Hörmətli Ziyafət müəllim, Siz də hü-quqşünassınız, hörmətli Əli müəllim də. Mütəmadi olaraq bu Məcəlləyə əlavə və dəyişikliklər təklif edilir. Mən ha-kimlərin vəziyyətini fikirləşirəm. Çünki biz hər həftə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edirik. İnzibati Xətalar Məcəlləsi aşsüzənə dönüb. İndi 20 professional hüquqşünas lazımdır ki, otursun, bu əlavə və düzəlişləri uc-uca bağlasın ki, əvvəli ilə axırı düz gəlsin, ortaya düz-əməlli bir şey çıxsın.
Ayrı-ayrı sahələrin nümayəndələri təkliflər verirlər. Biri deyir, meşəni qırdığına görə İnzibati Xətalar Məcəlləsinə bunu sal, biri deyir, aliment vermədiyinə görə bunu sal. O biri o tərəfdən, bu biri bu tərəfdən təkliflər verir və nəticədə Məcəllə ardıcıl şəkildə dəyişir. Dəyişdikcə də hakimlər cəzaları, cərimələri müəyyənləşdirməkdə çətinlik çəkirlər. Məsələn, bir rayon məhkəməsi  işə baxıb qərar verir, ertəsi gün  və yaxud hakim qərarı  oxuyanda biz burada artıq dəyişiklik edirik. Ona görə onlarda çox böyük problemlər yaranır. Mən bu baxımdan deyirəm ki, İnzibati Xətalar Məcəlləsinin elə Sizin rəhbərliyiniz altında yenidən dərc olunmasına böyük ehtiyac var.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Başqa çıxış eləmək istəyən yoxdur? Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.

Növbəti məsələ Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi ilə bağlıdır. Yenə də komitə sədri Əli Hüseynli məlumat verir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Cəzaların İcrası Məcəlləsinə edilməsi təklif olunan dəyişiklik  də çox mütərəqqi dəyişiklikdir. Qısaca üzərində dayanmaq istəyirəm. Təklif olunan dəyişiklik “Məhkumların telefon danışıqları” adlı 84-cü maddəyə edilən dəyişiklikdir.
Hörmətli Ziyafət müəllim, xatırlayırsınızsa, biz “Məh-kumların yazışması” maddəsinə də vaxtilə dəyişiklik etdik. Həmin maddəni Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququna uyğunlaşdırdıq, çünki orada da məhkumların yazışması ilə bağlı müəyyən məhdudiyyətlər var idi. Hətta Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı müəyyən məhkəmə işinə də baxılmışdı. Ondan sonra biz qanunvericiliyimizdə düzəliş etdik.
Bu düzəliş isə məhkumların telefon danışıqları ilə bağlıdır və həmçinin mühüm bir düzəlişdir. İndiyədək müəyyən müddətə azadlıqdan məhrum edilmiş şəxslərə verilən danışıq müddəti həftədə bir dəfə idisə, bundan sonra həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə ayda iki dəfə idisə, bundan sonra həftədə bir dəfə olacaq.
Bu çox humanist və mütərəqqi bir düzəlişdir, çünki cəzaların icrasının məqsədi insanın islah olunmasıdır. Məhkum olunmuş şəxsin islahında isə onun yaxınlarının, doğmalarının, qohumlarının xüsusi rolu var. Onun cəmiyyətlə təmasda olması, qohumları ilə, yaxınları ilə təmasda olması vacibdir. Edilən düzəliş bu imkanları daha da artırmış olacaq.
84.5-ci maddəyə də dəyişiklik edilir. O maddəni xatırlat-maq istəyirəm. Maddədə deyilir ki, məhkumların telefon danışıqlarına cəzaçəkmə müəssisəsinin işçi heyəti tərəfindən nəzarət edilir. Amma bu müddəa öz-özlüyündə bizim konvension öhdəliklərimizə və yaxud Konstitusiyada nəzərdə tutduğumuz müddəalara ümumən ziddir. Çünki məhdudiyyət ancaq müəyyən hallar çərçivəsində ola bilər. 84.5-ci maddədə təklif olunur ki, bizim Konstitusiyada və Avropa insan haqları Konvensiyasında qeyd olunan məhdudiyyətlər çərçivəsində cinayətin təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin təmin edilməsi, yeni cinayətlərin və digər hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədi ilə telefon danışıqlarına  məhdudiyyət  qoyula  bilər  və  bu  məhdudiyyət   müəssisə rəhbərinin əsaslandırılmış qərarı ilə olmalıdır.
Hörmətli həmkarlar, qeyd etmək istəyirəm ki, 84.5-ci maddənin indiki formulirovkası həm Konstitusiyamıza, həm də Avropa İnsan Haqları Konvensiyasına tam uyğundur. Ona görə bu maddədə ehtiva olunan hər iki düzəliş həm mütərəqqidir, həm də bizim qanunvericiliyin Konstitusiyaya və Konvensiyaya uyğunlaşdırılmasından irəli gəlir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsi ilə əlaqədar çıxış etmək istəyən deputatlarımız var. İlyas İsmayılov.
İ.İsmayılov. Çox sağ olun, Ziyafət müəllim. Mən Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsinə dair təqdim olunan layihə haqqında danışmazdan əvvəl ümumi xarakterli  fikirlər söyləmək istəyirəm. Birincisi, vaxtilə Dostoyevski qeyd edirdi ki, məhbus özü məhbus olduğunu çox yaxşı bilir. Siz onunla məhbus kimi yox, insan kimi rəftar edin ki, o, insan olduğunu unutmasın. Başqa bir müdrik də bildirirdi ki, biz cinayətkarlarda həm də cəmiyyətin ürəyi döyünən canlı bir hissəsini, vətəni müdafiə edəcək əsgəri, ictimai funksiyaları həyata keçirəcək fərdi, ailə başçısını və nəhayət ən əsası, dövlətin vətəndaşını görməliyik. Məhz ona görə düşünürəm ki, cinayətkarlarla mübarizə, cinayətkarlara münasibət təkcə onların törətdikləri əməllərlə deyil, habelə dövlətin ruhu, mahiyyəti və vətəndaş cəmiyyətinin mənəviyyatı ilə müəyyən olunmalıdır.
İkincisi, – Əli müəllim də bunu qeyd etdi, – cinayətkar-larla mübarizə siyasətinin digər tələbi isə bundan ibarətdir ki, azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmuş insanların islah olunub normal vəziyyətdə cəmiyyətə qayıtmaları üçün onların cəmiyyətlə əlaqələri kəsilməməli, daim genişlənməlidir. Əgər onların cəmiyyətlə əlaqələri kəsilərsə, onlar insanlıq keyfiyyətlərini itirə, bir növ vəhşiləşə bilərlər. Odur ki, məhkumlar cəzalarını əsasən qohumlarına yaxın olan yerlərdə çəkməlidirlər ki, onlarla tez-tez təmasda olsunlar. Sovet dövründə olduğu kimi, başqa yerlərə göndərilməməlidirlər.
Mən xatırlayıram ki, sovet dönəmində Cənubi Qafqaz  və Orta Asiya respublikalarından təxminən 50 minə yaxın adam Arxangelsk vilayətinə və Sibirin digər vilayətlərinə göndərilmişdi ki, orada ağac kəsimi işində onlardan havayı işçi qüvvəsi kimi istifadə olunsun. Bu da, əlbəttə, yanlış bir siyasət idi. Azadlıqdan məhrumetmə yerlərində cəzaçəkmə iqtisadi məqsədlərə xidmət etməməli, ancaq islah məqsədi daşımalıdır. Məhkum həmişə cəmiyyətlə, qohum-əqrəbası ilə təmasda olmalıdır. Bu baxımdan edilən dəyişiklikləri tamamilə düzgün hesab edirəm.
Mən 84-cü maddənin 5-ci hissəsinə olunan əlavəni də düzgün hesab edirəm. Çünki bu əlavədə müəyyənləşdirilir ki, konkret hansı hallarda məhbusların telefon danışıqlarına qulaq asıla bilər və bu barədə müdiriyyətin əsaslandırılmış qərarı olmalıdır. Mən sonrakı dəyişiklikləri də müsbət hesab edirəm.
Lakin təklif olunan mətndə 84-cü maddə ilə 122-ci maddə arasında bir ziddiyyət görürəm.  84-cü maddənin birinci hissəsində yazılıb ki, ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə bir dəfə müddəti 15 dəqiqə olmaqla telefonla danışmaq hüququna malikdirlər. 122.2.4-cü maddədə isə yazılıb ki, il ərzində dörd dəfə telefonla danışmaq hüququna malikdirlər. Mən hesab edirəm ki, bunlar bir-biri ilə daban-dabana ziddir və bu ziddiyyət də aradan qaldırılmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Təbii ki, mən də bu düzəlişlərə səs verəcəyəm. Amma mən bir məsələni qeyd etmək istəyirəm. Son dövrlərdə ardıcıl olaraq biz müxtəlif məcəllələrə edilən dəyişikliklərdə hətta ağır cinayət törətmiş insanlara belə daha humanist yanaşma meyllərini görürük. Həmin meyllər bu layihədə də öz əksini tapıb. Bəzən bu cür düzəlişləri beynəlxalq konvensiyalarla, beynəlxalq humanitar təşkilatların tövsiyələri və sair ilə əsaslandırırlar. Ancaq mənə elə gəlir ki, burada əsas olan o deyil. Əsas olan az öncə çıxışlarının birində hörmətli Siyavuş Novruzovun da qeyd etdiyi kimi, Azərbaycanın tolerantlığı, Azərbaycan cəmiyyətindəki dözümlülükdür. Bu, Avropanın aparıcı dövlətlərinin təmsilçiləri tərəfindən dəfələrlə etiraf olunub. Bu günlərdə Bakıda beynəlxalq humanitar forum keçiriləndə də biz bunu bir daha dünyanın həm siyasi, həm də elmi elitasının dilindən eşitdik. Bir halda ki bu tolerantlıq var, o bizim dəmir barmaqlıqlar arasında olan vətəndaşlarımıza da şamil edilməlidir.
Məsələnin digər tərəfi də var. Güclü həmişə daha humanist olmalıdır. Ən azı biz bilirik ki, mütləq güc hesab etdiyimiz Allah nə qədər ədalətlidir. Dövlətlər də elədir. Dövlət nə qədər güclü olarsa, bir o qədər də ədalətli olmalıdır. Mən bütün bu dəyişiklikləri bir tərəfdən Azərbaycan cəmiyyətinin özünün xarakterində olan bir meyl kimi qiymətləndirir, digər tərəfdən də dövlətimizin güclənməsinin daha bir təsdiqi kimi qəbul edirəm.
Mən fikirləşirəm ki, bizim bu cür düzəlişlər etməyimiz təbiidir. Amma bu düzəlişlərə onları yerlərdə icra edənlər də əməl etməlidirlər. Bir tərəfdən qanunun sərtliyi nəzərə alınmalı, digər tərəfdən tolerantlıq məsələsi unudulmamalı-dır. Yəni bu iki hissi ortaq yaşayıb, düzəlişləri peşəkarlıqla həyata keçirmək lazımdır. Əsas şərtlərdən biri budur.
Mən bir məsələyə də diqqəti yönəltmək istəyirəm. Az öncə hörmətli İlyas müəllim də bu məsələyə toxundu. Ümu-miyyətlə, məhkum əgər cəzasını başqa şəhərdə çəkirsə, bu telefon danışıqlarının haqqını ya öz hesabına, ya da mənsub olduğu ailənin hesabına ödəyir. Bir çox halda bilirik ki, məhkumların özləri və ailələri üçün bu məbləğin özü belə çox əhəmiyyətli bir məbləğ hesab olunur. Ona görə, doğrudan da, yaxşı olar ki, hər bir məhkum mümkün qədər öz qohumlarının yaşadığı şəhərdə cəzasını çəksin.
Mənim bir məsələyə dair də qeydim var. Bu da məh-kumların ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda 25 manatadək miqdarda pul xərcləmək imkanları ilə bağlıdır. Amma bu miqdar çoxdan təyin edilib. Şükürlər olsun ki, qonşu ölkələrdən, deyək ki, valyutasının dəyəri bir ay müddətində 40 faiz aşağı düşən ölkələrdən fərqli olaraq  Azərbaycan valyutası neçə ildir, öz sabitliyini qoruyub saxlayır və  bəzən  dəyərinin hətta bir qədər aşağı endirilməsinə doğru hərəkətlər edilir.
Zəruri mallar, xüsusilə ərzaq malları bütün dünyada durmadan bahalaşır. Bu qarşısıalınmaz bir prosesdir. Beynəlxalq ekspertlərin proqnozları da ondan xəbər verir ki, bu proses həmişə bu cür gedəcək. Yəni dediyim vəsaitin hər bir qəpiyi o məhkumlar üçün çox önəmlidir. Yəni bunu elə etmək olar ki, Məcəlləyə hər neçə ildən bir düzəliş edib bu 25 manatı 30 manat, 35 manat yazmağa ehtiyac olmasın. Mənə elə gəlir ki, bu ərzaq məhsullarının qiyməti necə olarsa, onların alınması üçün ayrılan vəsait də avtomatik olaraq ona uyğunlaşdırılmalıdır. Yəni bunun bir forması tapılıb Məcəllədə öz əksini tapmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli həmkarlarım! Mən bu məsələ üzrə danışmaya bilmərəm, çünki bu məsələyə ilk öncə sırf hüquq müdafiəçisi kimi münasibətimi bildirmək istəyirəm. Əvvəla, bu qanunun Azərbaycan Respublikasının Milli Məclisinə göndərilməsinə görə cənab Prezidentə təşəkkür edirəm ki, belə bir humanizm nümayiş etdirir.
Qeyd edim ki, mən Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət edən işçi qrupuna rəhbərlik edirəm. Mütəmadi olaraq cəzaçəkmə müəssisələrində məhkumlarla görüşlər keçiririk. İnandırıram sizi ki, bu Qanunun qəbulu bu gün Azərbaycanda cəzaçəkmə müəssisələrində cəza çəkən 15–16 min məhbusun və onların ailə üzvlərinin sevincinə səbəb olacaqdır.
84-cü maddədə məhkumların telefon danışıqlarının sayını artırmaqla biz onların ailələri, əzizləri ilə daha çox telefon əlaqəsi qurmasına imkan yaradırıq. Bu indiyə qədər qüvvədə olan normanın 100 faiz, yəni iki dəfə artırılmasına xidmət edir. Mən hesab edirəm ki, bu çoxdan zəruri bir məsələ idi və şükürlər olsun ki, artıq müzakirəyə çıxarıldı.
Amma 84.5-ci maddədə cinayət təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin, habelə sair qaydaların pozulması ilə bağlı te-lefon danışıqlarına qulaq asılması məsələsi bir az mübahisə doğuracaq və burada artıq doğurub. Amma mən qeyd etmək istəyirəm ki, bu gün cəza çəkən məhkumların böyük əksəriyyəti üçün burada heç bir problem yoxdur. Yəni onlar hətta buna qulaq asılsa belə, ailələri ilə normal qaydada təmasda olurlar.
Amma unutmayaq ki, tez-tez cəmiyyətdə cəzaçəkmə müəssisələrindən göndərilən sifarişlərlə, telefon zəngləri ilə müəyyən cinayət hadisələri də baş verir. Mən elə iki ay bundan öncə Penitensiar Xidmətə cəza çəkən məhkumlardan biri ilə bağlı rəsmi bir məktub yazdım. O, keçmiş həyat yoldaşına, qayınanası və qayınatasına hədə-qorxu gəlir,   hətta qeyd edirdi ki, özüm yox, sifariş vermişəm, bu gün yandıracaqlar, bu gün öldürəcəklər və sair. Əlbəttə, nəzarət qaydasında aydınlaşdırıldı və qanuni tədbirlər görüldü. Mən belə hesab edirəm ki, buna çox da birtərəfli yanaşmaq olmaz. Amma onu da qeyd etmək istəyirəm ki, rəisin qərarı olduqca əsaslandırılmış olmalıdır.
Bayaq biz ilkin baxışda elə hesab etdik ki, 122-ci maddədə anlaşılmazlıq olub, bir texniki qüsur var. 122.2.4-də yazılır ki, məhkumlar il ərzində iki dəfə telefonla danış-maq hüququna malikdirlər. Amma 84-cü maddədə biz bunu həftədə bir dəfə edəndə bu, ayda 4 dəfə edir. Deməli, 122.2.4-cü maddə ilə 84-cü maddə arasında ziddiyyət yaranır. Amma indi aydınlaşdırdıq ki, 122.2-ci maddədə göstərilir ki, məhkumlar cəzanın icrası qaydalarını poz-madıqda və əməyə vicdanla yanaşdıqda onlara əlavə olaraq ildə iki dəfə telefonla danışmaq hüququ verilir. Ona görə də həmkarlarım  122.2-ci maddəyə baxsalar görərlər ki, bu, 84-cü maddədə verilmiş  imtiyazlardan əlavə olaraq verilən bir imtiyazdır.
Mən qanunun təşəbbüskarlarına təşəkkür edir və hamını bu qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa çıxış etmək istəyən yoxdursa,  qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, mən bir məsələni sizinlə razılaşdır-maq istəyirəm. Deputat həmkarımız İmamverdi İsmayılov təklif edir ki, biz fasiləsiz işləyək. Doğrudan da, gündəlikdə hələ bir neçə qanun layihəsi  qalıbdır. Ona görə vaxta qənaət üçün bəlkə elə fasiləsiz işləyək? Əlbəttə, əgər etirazınız yoxdursa. Səsə qoymağa ehtiyac var? Yoxdur. Sağ olun. 
Növbəti məsələ. “Tarix və mədəniyyət abidələrinin qo-runması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov. Buyurun, Nizami müəllim.
N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Ziyafət müəllim, çox sağ olun. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun “Abidələrin əhəmiyyət dərəcələri” adlı 7-ci  maddəsinə dəyişiklik edilib. Əvvəlki variantda yazılmışdı: “Təsdiqlənmiş siyahıya daxil edilmiş abidənin həmin siyahıdan çıxarılmasına yol verilmir”. Amma yeni variantda həmin müddəanın aşağıdakı şəkildə yazılması təklif olunur: “Təsdiqlənmiş siyahıdan abidənin çıxarılması müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir”. Yəni onsuz da bu və ya başqa bir abidənin siyahıya salınması Milli Elmlər Akademiyasının rəyi əsasında aparılırdı və ona görə də abidənin o siyahıdan Akademiyanın rəyi  nəzərə alınmaqla çıxarılması tamamilə məntiqidir.
Nəzərə alaq ki, abidələr müxtəlif əhəmiyyət dərəcələrinə bölünür. Dünya, ölkə və yerli əhəmiyyətli abidələr var. Bu gün Azərbaycanda  geniş  quruculuq işləri gedir və belə hallarda o abidələrə onların əhəmiyyət dərəcəsinə uyğun olaraq münasibət göstərilməsinə ehtiyac var. Deyim ki, bu məsələ Elm və təhsil komitəsində də müzakirə olunub. Onların da qərarı müsbətdir. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova  sədrlik edir

Sədrlik edən. Aqiyə Naxçıvanlı. 
A.Naxçıvanlı. Təşəkkür edirəm. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublika-sının Qanununa dəyişiklik edilməsi barədə bugünkü layihə çox gözəl bir layihədir. Komitədə o, geniş müzakirə olunmuşdur. Şübhəsiz, mən ona səs verəcəyəm.
Ancaq burada göstərildi ki, o abidələrin siyahıya salın-ması Milli Elmlər Akademiyası tərəfindən müəyyən edilir və sonra da onlar icra hakimiyyəti orqanlarının təklifi ilə o siyahıdan çıxarıla bilər. Əslində, bu abidələrin siyahıdan çıxarılması çox asan məsələdir. Əlbəttə ki, bu abidələrə uzun müddət baxılmasa, onlar qorunmasa, müəyyən bir vaxtdan sonra  onlar özləri uçur, sökülür və sonra da onların, ümumiyyətlə, yer üzündən silinməsi təhlükəsi yaranır.
Mən bir neçə vaxt bundan əvvəl Oğuz rayonunda 33-dən artıq tarix, memarlıq və arxeoloji abidənin olması barədə çıxış etmiş və göstərmişdim ki, onlardan 17-si ölkə əhəmiy-yətli, 15-i arxeoloji, 2-si isə memarlıq abidəsidir. Rayonun şimal-şərq hissəsində Qafqaz Albaniyasına məxsus nadir memarlıq abidəsi olan Alban kilsəsinin dam örtüyünün, içəri hissəsinin bərpa olunmasına böyük ehtiyac var. Rayonun Calut kəndində  qədim memarlıq abidəsi olan məbəddə də bərpa işlərinin aparılmasına ehtiyac var. Uzun illər baxımsız qalmış bu abidələr tamamilə dağılmağa məhkumdur. Xaçmaz kəndində Qavur qalasının, Filfili kəndində  Surxayxan qalasının, Muxas kəndində iki qədim qüllənin bərpa olunmasına böyük ehtiyac vardır. Bu abidələrin son dəfə bərpası, ola bilsin ki, 1915-ci və ya 1945-ci ildə aparılıbdır.
Mən düşünürəm, bu qanun qəbul edildikdən sonra elə olmasın ki, haradasa torpaq özəlləşdiriləndə hansısa bir abidə o torpağı özəlləşdirən insanın təsərrüfat maraqlarına qurban getsin. Elə olmasın ki, axırda bu abidələr icra hakimiyyəti orqanının təklifi əsasında sökülsün, yerində başqa bir şey tikilsin və ya böyük arxeoloji əhəmiyyəti olan yerlər dağıdılsın.
Oğuzda eramızdan əvvəl ikinci minilliyin ortalarına aid olan kurqanlar, zəngin dəfn abidələri var və bu, diqqəti cəlb etməlidir.  Oğuzda hələlik bir kurqanda qazıntı işləri aparılıb və oradan çox əhəmiyyətli əşyalar çıxıbdır. Ancaq 9 kurqandan 8-i açılmamış qalıbdır və burada arxeoloji işlər ilbəil davam edir. Ona görə də mən çox istərdim ki, bu  abidələrə diqqət artırılsın və onların bərpası üçün dövlət qarşısında bir daha məsələ qaldırılsın. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Aqiyə xanım. Gülçöhrə Məmmədova.
G.Məmmədova. Təşəkkür edirəm. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respubli-kasının Qanununa təklif edilən dəyişikliklə bağlı mən komitədə müzakirə zamanı çıxış etmişəm. Amma burada da fikirlərimi qısaca olaraq təkrar etməyi  vacib hesab edirəm.
Məsələ bundadır ki, elə əvvəldən abidələrimizin siyahısı tərtib ediləndə onların əhəmiyyətinə görə 3 kateqoriyaya bölünməsi hər halda  düzgün atılmış bir addım deyildi. Bundan əlavə müxtəlif abidələrin bu və ya digər kateqo-riyaya aid edilməsi də müəyyən hallarda sual doğurur. Çünki yeni tədqiqatlar, axtarışlar hər hansı bir abidənin yerli yəni rayon əhəmiyyətli deyil, ölkə əhəmiyyətli olduğunu aydınlaşdırır və gələcəkdə də bu tədqiqatlar həyata keçiriləcəkdir. Ona görə də mənə elə gəlir ki, bu gün abidələrin yerli kateqoriyaya aid edilib və sonradan asanlıqla  siyahıdan çıxarılmasına yol vermək düzgün deyil. Əgər belə bir zərurət varsa, onda, heç olmasa, onun həyata keçirilmə mexanizmi ciddiləşdirilməlidir.
Layihədə yazılıb ki, Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Amma onu da qeyd etmək lazımdır ki, Azərbaycan Milli Elmlər Akademiyasında memarlıq elminin inkişaf səviyyəsi o qədər də yüksək deyil. Bu gün memarlıq elminin mərkəzi potensialına, aparılan elmi tədqiqat işlərinin tutumuna görə Azərbaycan Memarlıq və İnşaat Universitetidir.
Aqiyə xanımın fikrini təkrarlayaraq narahatlığımı bir daha ifadə etmək istəyirəm. Biz bu yolu asanlaşdırsaq, tezliklə abidələrimizin bir hissəsini itirə bilərik. Bu isə yolverilməzdir, çünki tarix və memarlıq abidələri xalqımızın milli sərvətidir, onun tarixinin nümunələridir və onları itirmək olmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Gülçöhrə xanım. İsmayıl Hacıyev.
İ.Hacıyev. Çox sağ olun. “Tarix və mədəniyyət abidə-lərinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda ediləcək dəyişiklik tamamilə məqsədəuyğundur. Ona görə ki, sovetlər birliyi dövründə tarixi abidələrin siyahısı tərtib edilərkən, ağına-bozuna baxmadan bir çox abidələr buraya daxil edilmişdir. Öz təcrübəmizdən  xatırlatmaq istəyirəm ki, biz bununla 2006–2007-ci illərdə Naxçıvan Muxtar Respublikasında tarix və mdəniyyət abidələrini siyahıya alarkən  qarşılaşdıq. Yəni ilk növbədə deyildiyi kimi, tarix və mədəniyyət abidələri əhəmiyyətliliyinə və dəyərinə görə dünya, ölkə və yerli əhəmiyyətli kateqoriyalara bölünür. Hansı prinsiplərin əsas götürülərək belə bir bölgü aparıldığı bilinmir. Yəni abidələrin dünya, ölkə və yerli əhəmiyyətli kateqoriyaya bölünməsində müəyyən bir prinsip yoxdur. Kim necə istəyirsə, elə də bölür.
İkinci tərəfdən qeyd etdiyim kimi, qanunun əvvəlki vari-antında təsdiqlənmiş siyahıya daxil edilən tarix və mədəniyyət  abidələrinin adlarının həmin siyahıdan çıxarılmasına yol verilməsi haqqında maddə daxil edilmişdir. Lakin elə abidələr var ki, nə tarix, nə də mədəniyyət abidəsidir, ancaq vaxtilə həmin siyahıya düşüb. İndi bunları siyahıdan çıxarmaq üçün təklif edilən variant tamamilə düzgün və məqsədəuyğundur.
Bir də qeyd edim ki, biz 2006–2007-ci illərdə  Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrini dəqiq siyahıya aldıq. 2007-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində 1162 abidə qeydiyyata alındı və hər birinə pasport yazıldı. Həmin pasportda abidənin adını, mövcud vəziyyətini, tarixini və digər məsələləri, o cümlədən şəklini də əks etdirdik.
Naxçıvan Muxtar Respublikasında 2012-ci ilə qədər 1197 abidə qeydə alınmışdır. Bunlardan 550-si dünya əhəmiyyətli abidədir. Həmin abidələr haqqında Azərbaycan və ingilis dillərində “Naxçıvanın  abidələri” ensiklopediyası hazırlanıb,  beynəlxalq və ölkə ictimaiyyətinə çatdırılıb. Üstəlik Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bütün abidələrin siyahısı hazırlanıb və kitab şəklində çap olunub.
Lakin açıq etiraf edək ki, bu günə qədər Azərbaycan miqyasında tarix və mədəniyyət abidələrinin dəqiq siyahısı yoxdur. Yəni ölkə ərazisində nə qədər tarix və mədəniyyət abidəsinin olduğu nə elmi, nə də geniş ictimaiyyətə məlum-dur. Respublikamızın ərazisində olan tarix və mədəniyyət abidələri dövlət səviyyəsində qorunur. Arzu edərdik ki, ictimaiyyət tərəfindən də bu işə diqqət yetirilsin və dəqiq siyahı hazırlansın. Respublika əhalisi də bilsin ki, tarix və mədəniyyət abidələrinin nə qədəri dünya,  ölkə,  yerli əhəmiyyətlidir. Təklif edilən variant düzgündür və buna səs vermək yerində olar.
Sədrlik edən. Sağ olun, İsmayıl müəllim. Burada mənim üçün maraqlı olan iki fikir səsləndi. Nizami müəllim, bəlkə Siz aydınlıq gətirəsiniz. Narahatlıq ifadə edildi ki, istənilən abidəni yerli xarakterli elan edib siyahıdan çıxarmaq  və başqa məqsədlər naminə istifadə etmək olar. İsmayıl müəllim söylədi ki, hansı abidələrin tarixi abidə hesab edilməsi ilə bağlı meyarlar yoxdur. Doğrudanmı belədir? Bəlkə bir izahat verəsiniz.
N.Cəfərov. Bahar xanım, burada Aqiyə xanım da, Gülçöhrə xanım da, İsmayıl müəllim də kifayət qədər dəqiq fikirlər söylədilər. Amma məsələ burasındadır ki, bu, dünyanın hər yerində belədir. Əlbəttə, siyahı ardıcıl olaraq təkmilləşdirilməlidir. Yəni yeni abidələr əlavə oluna bilər, hansısa abidənin əhəmiyyətlilik dərəcəsi dəyişdirilə bilər. Bu məsələdə  millətin elmi səviyyəsi, mədəniyyəti aparıcıdır. Yəni biz öz abidələrimizi nə dərəcədə tədqiq ediriksə, onları  nə dərəcədə öyrənə biliriksə,  onlara qayğı ilə yanaşırıqsa, o səviyyədən asılı olaraq da abidələrimizi qoruyuruq. Abidələrin qorunması həddindən artıq obyektiv bir hadisədir və biz  orada səhvlərə yol verə bilərik, səhvlərimiz də olur.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda belə bir müddəa var: “Beynəlxalq normalara uyğun olaraq”. Hər halda  həm arxeologiya, həm abidəşünaslıq, həm də tarix sahəsində xüsusi beynəlxalq prinsiplər, meyarlar var. Bu siyahılar icra orqanlarının məsləhəti ilə alimlər tərəfindən tərtib edilir. Əlbəttə, alimlər bunları beynəlxalq normalara uyğun tərtib edirlər. Həmin siyahılar beynəlxalq təşkilatlara da göndərilir. Nəzərə almaq lazımdır ki, bu abidələri təkcə biz tədqiq etmirik. Bu, ümumi bir məsələdir və bunu dünyada tanınmış mütəxəssislər də tədqiq edirlər. Yəni tək bizim ümidimizə qalsa, biz çox şey edərik.
Ona görə də beynəlxalq standart məsələsi həm ideya, həm də praktik baxımdan əhəmiyyətlidir. Məsələn, bu gün Qobustan YUNESKO-nun maddi mədəniyyət abidələri sırasına daxildir. Biz indi Qobustanda hansısa dağıdıcı bir iş görməyə başlasaq, dünya ictimaiyyəti buna imkan verməz. Eləcə də dünyanın hər hansı bir yerində, məsələn, Afrikada bir tarixi abidəyə qəsd olursa, Azərbaycan alimləri də etiraz edirlər. Yəni bu, ümumbəşər hadisədir.
Əlbəttə, Milli Elmlər Akademiyası bu abidələrlə bağlı rəy verir. Orada yaradılan komissiya yalnız akademiyanın işçilərindən ibarət ola bilməz. Təbii ki, Memarlıq və İnşaat Universitetindən də bu prosesə mütəxəssislər cəlb olun-malıdırlar. Ancaq burada yalnız Azərbaycan Milli Elmlər Akademiyasının komissiyasından söhbət gedir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Səsə qoyuruq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 14-cü məsələ Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336–IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquq-larının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verəcək. Buyurun, Hadi müəllim.
H.Rəcəbli. Bahar xanım, bu əsasnamənin 6-cı maddəsinə 4 bənddən ibarət dəyişiklik edilibdir. Bu dəyişikliklərin hər biri həmin komissiyaların fəaliyyətinin gücləndirilməsinə yönəldilib. Maddələr yazılı şəkildə  deputat həmkarlarımıza paylanıb, hamıda var. Bunlar həmin komissiyaların işini gücləndirən dəyişikliklər olduğuna görə deputat həmkarlarımı bu maddələrə səs verməyə çağırıram. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Səsə qoyaq? Münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 15-ci məsələ “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqındadır. Bu haqda Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov məlumat verəcək.
R.Xəlilov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Təşəkkür edirəm, Bahar xanım. Hörmətli millət vəkilləri, sizə təqdim edilən “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siya-hısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə əlaqədar məlumat vermək istəyirəm.
Ötən sessiyada “Tovuz rayonunun inzibati ərazi bölgü-sündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Həmin qanuna əsasən Tovuz rayonunun Aşağı Ayıblı  kəndi Əyyublu,  Qazqulu kəndi Qazı qulu, Azaplı kəndi Azaflı, Girzan kəndi Hunanlar, Oskən kəndi Öskən adlandırılmış və Qovlar qəsəbəsinə şəhər statusu verilmişdir. Qeyd edilən bu dəyişikliklərə müvafiq olaraq “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş bu dəyişiklik bələdiyyələrin siyahısında da öz əksini tapmalıdır. Ona görə də hörmətli həmkarlarımdan xahiş edirəm ki, bu qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Səsə qoyuruq. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin sonuncu, 16-cı məsələsi Ölçmələrin vəhdəti-nin təmin edilməsi haqqında Azərbaycan Respublikası qa-nunu layihəsinin ikinci oxunuşudur. Qanun layihəsini Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdim edir.
Z.Səmədzadə. Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri! Qanun layihəsinin birinci oxunuşu zamanı biz bu vacib qanunun Azərbaycan iqtisadiyyatı, onun davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi haqqında da-nışmışdıq. Qanun layihəsi ikinci oxunuşda komitədə müzakirə edilərkən bir daha vurğulandı ki, qanun respublika iqtisadiyyatının rəqabətə davamlılığını artırmaq, səmərəliliyini yüksəltmək,  ölkəmizin bütövlükdə iqtisadi təhlükəsizliyini təmin etmək üçün çox vacib bir  layihədir.
Millət vəkilləri Vahid Əhmədov, Əli Məsimli, İlham Əliyev, Aslan Cəfərov bir sıra məntiqi əsası olan fikirlər söylədilər. Xüsusi olaraq qeyd etdilər ki, qanunun məqsəd və vəzifələri çox ətraflı, eyni zamanda, dağınıq halda verilmişdir, qanun layihəsinin preambulası yenidən işlən-məlidir.
Qanun layihəsinin mühüm çatışmazlıqlarından biri müd-dəalarının qəliz cümlələrlə verilməsidir. Millət vəkilləri bu barədə haqlı olaraq çoxsaylı iradlarını bildirdilər. Tam məsuliyyətlə və səmimiyyətlə bildirmək istəyirəm ki, burada Azərbaycan dilinin saflığı daha səviyyəli şəkildə qoruna, dilimizin potensialı səmərəli istifadə edilə bilərdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan dilinin qorunması ilə bağlı müvafiq sərəncam imzalamışdır.  Biz də Milli Məclis olaraq həmin sərəncamın icrasında fəal iştirak etməliyik, qəbul edəcəyimiz qanunlara bu baxımdan xüsusi yanaşmalıyıq.
Hiss olunur ki, bu qanun layihəsi sözün əsl mənasında xarici dildən tərcümə edilib. İşçi qrup “Əsas anlayışlar” adlanan 1-ci maddədə redaktə xarakterli çoxlu düzəlişlər aparmağı təklif edir. “Qanun layihəsinin məqsədi və tətbiq dairəsi” adlanan 2-ci maddəsi yenidən işlənməlidir. Belə ki, burada həm redaktə edilməli, həm də prinsipial müddəalar vardır. Həmin müddəalarla millət vəkilləri razı deyildirlər. 2-ci maddədəki cümlələri  metrologiya sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri kimi qiymətləndirmək olmaz.
Məsələn, 2-ci maddənin 2.2.6-cı bəndində yazılır: “təhlükə potensiallı obyektlərin istismarına dair texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi”. Komitə hesab edir ki, bu bənd aşağıdakı kimi olmalıdır: “təhlükə potensiallı obyektlərin istismarına dair Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi”. Həmçinin bu maddənin 2.2.7-ci bəndi “əvəzi ödənilən xidmətlərin göstərilməsi, ticarət və mal mübadiləsi əməliyyatlarının həyata keçirilməsi, malların ölçülüb qablaşdırılması” kimi verilir. Komitə üzvləri hesab edirlər ki, burada “əvəzi ödənilən xidmətlərin göstərilməsi” cümləsinə ehtiyac yoxdur.
2-ci maddənin 2.2.8-ci bəndində dövlət uçot və qeydiyyat əməliyyatlarının aparılması öz əksini tapmışdır. Bu bəndin “dövlət uçot əməliyyatlarının aparılması” şəklində təsvir olunmasını təklif edirik. Qeydiyyat funksiyası buraya niyə əlavə edilib? Heç bir ölkənin müvafiq qanunvericiliyində belə bir müddəa yoxdur. Yenə orada 2.2.13-cü bənd “fövqəladə hallarda təhlükəsizliyin təmin edilməsi” kimi öz əksini tapmışdır. Hesab edirik ki, bu bənd aşağıdakı kimi verilsə, daha məqsədəuyğun olardı: “fövqəladə hallarda təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyət”.
2-ci maddənin 2.2.18-ci bəndində deyilir: “dövlət orqanlarının ölçmələrin məcburi aparılması barədə qərarlarının icrası”. Həmin bəndin “məhkəmə, prokurorluq, dövlət icra strukturlarının tapşırıqlarının yerinə yetirilməsi” kimi verilməsi daha məqsədəuyğun olardı.
2-ci maddənin 4-cü bəndində göstərilir: “Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Bir çox ölkələrdə bu xüsusiyyətləri hökumət müəyyən edir. Hesab edirəm ki, bu bənd də aşağıdakı kimi verilməlidir: “Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri Azərbaycan hökuməti tərəfindən müəyyən edilir”.
“Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlətin vəzifələri” adlanan 4-cü maddədə 4.1-4.0.1-4.0.2-4.0.9-cu bəndləri redaktə edilməli, təkrarçılıq aradan qaldırılmalı, 4.0.3-cü bənd isə çıxarılmalıdır. Mən həmin maddələrin adlarını demirəm, çünki qanun layihəsi millət vəkillərində  var.
Qanun layihəsinin 2-ci fəslində, yəni 5–9-cu maddələrdə ölçmələrə, kəmiyyət vahidlərinə, kəmiyyət vahidi etalon-larına, standart nümunələrə və ölçmə vasitələrinə ümumi tələblərdən bəhs edilir. Həqiqətən, burada  Azərbaycanda bu sahədə vəziyyətin daha da yaxşılaşmasına xidmət edəcək bir sıra maddələr,  fikirlər vardır. Amma eyni zamanda, qanun layihəsinin, demək olar, hər bir maddəsində icra strukturlarının vəzifələri müəyyən edilir ki, fikirimizcə, bu, o qədər də düzgün deyil.
Qanun layihəsinin 14-cü maddəsində dövlət metroloji nəzarətinin səmərəliyinin daha da artırılmasına xidmət edən müddəalar əks etdirilib. Bu çox vacib problemdir. Hal-hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bilavasitə iştirakı ilə 587 müəssisədə aparılan metroloji nəzarətin nəticələri aşağıdaki kimi olmuşdur:  77 müəssisəyə iradnamə, 63 müəssisəyə tələbnamə verilmiş, 14 müəssisəyə protokol, 7 müəssisəyə isə 22 min 500 manat məbləğində cərimə sanksiyası tətbiq edilmiş, 75 müəssisənin fəaliyyətinin nəticələri isə qənaətbəxş hesab edilməmişdir. Təbii ki, bu rəqəmlər müəyyən nəticə çıxarmağa, eyni zamanda, fikir söyləməyə imkan verir. Həmin maddələrdə nəzərdə tutulmuş tələblərə qeydlər nəzərə alınmaqla əməl edilsə, bu, göstəricilərin xeyli dərəcədə yaxşılaşmasına  kömək edər. Eyni zamanda, bu maddənin 14.3 və 14.4-cü bəndlərinin ayrıca verilməsi də məqsədəuyğun olar.
15-ci maddə “Dövlət metroloji  nəzarətinin təmin edil-məsi üsulları” adlanır. Ancaq maddənin adı ilə məzmunu ziddiyyət təşkil edir. Burada üsullardan yox, bilavasitə məqsəd və vəzifələrdən söhbət gedir. Ona görə də bu maddədə göstərilənlər nəzarətin mahiyyətini, məqsəd və vəzifələrini əhatə edir. Hesab edirik ki, maddənin adı dəyişdirilməlidir.
Qanun layihəsinin 4-cü fəslində, yəni 17–18-ci mad-dələrində ölçmə vasitələrinin kalibrlənməsi və ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya məsə-lələrindən bəhs edilir. Ümumiyyətlə, bu qanun layihəsinin çatışmayan cəhətlərindən biri ondan ibarətdir ki,  əksər maddələrdə müvafiq icra hakimiyyəti orqanlarına tapşırıqlar verilib, onların nəzarətinin və funksiyalarının artırılması ön plana çəkilib. Fikrimizcə, bu məsələlərin bir maddədə verilməsi daha yaxşı olardı.
“Məsuliyyət” adlanan 20-ci maddədə “şəxslər” dedikdə, konkret olaraq kimlərin nəzərdə tutulduğu anlaşılmır. Dünya təcrübəsi göstərir ki, bir çox  qanunlarda məsuliyyət həm icra strukturlarının müvafiq icra orqanının, həm də bundan istifadə edənlərin üzərinə düşür. Bu qanun layihəsində də həmin məsuliyyətin ayrıca verilməsi yaxşı olardı.
Bütövlükdə belə hesab edirik ki, qanun layihəsində qoyulan məqsəd və vəzifələr, icra orqanlarına verilən funksiyalar bir daha ətraflı təhlil edilməlidir ki, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət tənzimləməsi aradan qaldırılsın və təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinə dövlət orqanlarının əsassız müdaxiləsi məhdudlaşdırılsın, ölkənin etalon bazası təkmilləşdirilsin. Bu istiqamətdə görülən işlər, həqiqətən, müsbət hal kimi qiymətləndirilə bilər. Respublika ərazisində aparılan ölçmələrin nəticələrinin etibarlılığı təmin edilməli, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində iqtisadi inkişafın müasir istiqamətlərinə uyğun olan akkreditasiya sistemi yaradılmalıdır. Milli etalonların və ölçmələrin nəticələrinin beynəlxalq səviyyədə tanınması üçün daha əlverişli şəraitin olması vacibdir.
Ümumiyyətlə, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində informasiya açıqlığı şəraiti yaradılmalı  və bunun maraqlı şəxslər tərəfindən əldə olunmasına imkan veril-məlidir. Bundan başqa, qüvvədə olan qanundan fərqli olaraq yeni qanun layihəsində qanunun tətbiq dairəsi daha dəqiq göstərilməlidir ki, müvafiq icra strukturları arasında koordinasiya daha məntiqi əsaslara söykənsin.
Mən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri ilə söhbət etdim, bu fikirlərimizi, iradlarımızı ona bildirdim. Hal-hazırda o, Moskvadadır. Eyni zamanda, dövlət  metrologiya xidmətinin rəhbərinin iştirakı ilə keçirilən iclasda da bu fikirlərin bəziləri açıqlandı. Ümumiyyətlə, qanun layihəsi qloballaşan dünyada Azərbaycanın iqtisadi əlaqələrinin inkişafı, ölkə iqtisadiyyatının yeni keyfiyyət mərhələsinə keçməsi üçün çox vacibdir. Millət vəkillərindən xahiş edərdim ki, bu iradları nəzərə almaqla sənədə müsbət münasibət bildirsinlər.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Hörmətli deput-atlar, bilirsiniz ki, qanunvericiliyə görə bu qanun layihəsinin müzakirəsinə keçməzdən əvvəl bunu ikinci oxunuşda əsas kimi qəbul etməliyik. Ona görə, xahiş edirəm, qanun layihəsinin ikinci oxunuşda əsas kimi qəbul edilməsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinin müzakirəsinə başlayırıq. Çıxış etmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Arif Əşrəfov, buyurun.
A.Əşrəfov. Təşəkkür edirəm. Bu gün yeni redaksiyada hazırlanmış Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında qanun layihəsinin müzakirəsinə başlayırıq. Mən bu qanun layihəsinə edilmiş  dəyişikliklərin əsas mahiyyətinə toxunmaq istərdim. Ölçmələrin vəhdətinin təmin edilməsi ölkənin sosial-iqtisadi inkişafında, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsində, malların, xidmətlərin, işlərin keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılmasında və elmi-texniki tərəqqinin inkişafında çox mühüm şərtdir.
2000-ci ildə qəbul edilmiş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanun, şübhəsiz ki, bazar iqtisadiy-yatının ilk dövrlərində qəbul edildiyindən müasir sosial-iqtisadi şəraitə və metrologiya üzrə Avropa Birliyinin və beynəlxalq təşkilatların direktivlərinə, Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğun deyildir. Bu baxımdan Azərbaycanda müxtəlif layihələr üzrə fəaliyyət göstərən TVİN-NİNG texniki yardım layihəsi, beynəlxalq metrologiya təşkilatı olan KOOMET, GTZ Almaniya Texniki Əməkdaşlıq Agentliyinin ekspertləri ölkəmizdə mövcud qanun-vericiliyin beynəlxalq hüquq normaları ilə uzlaşdırılmasını, uyğunlaşdırılmasını tövsiyə edirdilər.
Bu qanunvericilik aktında edilmiş dəyişikliklər bizə nə verəcək?! İlk növbədə ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində izafi dövlət tənzimlənməsi aradan qaldırılacaq və dövlətin təsərrüfat subyektlərinin fəaliyyətinə müdaxiləsini məhdudlaşdıracaqdır. Bu olduqca vacib bir şərtdir. Eyni zamanda, ölkə başçısının sahibkarlıq subyektlərinə əsassız müdaxilənin qarşısının alınması ilə bağlı verdiyi fərmanların icrası istiqamətində atılan addımdır. Digər tərəfdən beynəlxalq təcrübədən kifayət qədər faydalanmaqdır.
Milli etalonların, milli etalon bazasının təkmilləşdirilməsi ilə bağlı maddə də çox vacibdir. Azərbaycanın etalon bazasında 2006-cı ilə qədər, ümumiyyətlə, etalon yox idi. İndi isə 27 dövlət etalonu və yüzlərlə işçi etalon vardır ki, bunlar da istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir. Etalon bazası olmadan daxili bazarın qorunmasından, istehlakçıların hüquqlarının müdafiəsindən danışmaq mümkün deyildir.
Respublika ərazisində aparılan ölçmələrin dəqiqliyinin və etibarlılığının təmin edilməsi də çox vacib məsələdir. Hər birimiz istehlakçıyıq və elə bir ev, mənzil yoxdur ki, orada ölçmə vasitələri olmasın. Həmin ölçmələrin düzgünlüyünə təminat verən hüquq normalarının, qanunvericiliyin tələb edilən qaydada olması bu sahəyə nəzarət edən orqanın apardığı testlərin nəticələrindən asılıdır.
Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində iqtisadi inkişafın müasir tələblərinə cavab verən akkreditasiya sisteminin yaradılması ilə bağlı maddə də çox önəmlidir. Yəni bu gün akkreditasiya sistemi olmadan hər hansı bir ölçmə vasitəsinin dəqiqliyindən, düzgünlüyündən danışmaq  mümkün deyildir. Bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanlarında islahatlar aparılır. Həmin islahatların bir əhəmiyyəti də ondan ibarətdir ki, burada dövlətin inhisarında, nəzarətində olan mərkəzi icra hakimiyyəti orqanının bir sıra şöbələri liberallaşmağa doğru gedir. Yəni hər hansı bir təsərrüfat subyekti mülkiyyət hüququ formasından asılı olmayaraq, vergi orqanından VÖEN alaraq qeydiyyatdan keçməklə sadaladığım hər hansı bir sahədə fəaliyyət göstərə bilər, yetər ki, o, müvafiq icra hakimiyyəti orqanında akkreditasiya edilmiş olsun.
Digər bir maddədə milli etalonların və ölçmə vasitələrinin beynəlxalq qurumlar tərəfindən akkreditasiya olunmasından bəhs edilir. Bu da çox vacibdir, çünki cənab Prezidentin uğurlu iqtisadi siyasətinin nəticəsi olaraq ölkəmizə investisiya axını artıb və qeyri-rezident şəxslər üçün münbit investisiya şəraiti yaradılıb.
Ölkəmizdə fəaliyyət göstərən “İtocu”, “BP”, “AMOKO” kimi şirkətlər öz ölçmə vasitələrini ölkə hüdudlarından kənara göndərirlər ki, bu da külli miqdarda dövriyyə vəsaitinin Azərbaycandan çıxarılması üçün şərait yaradır. Məhz buna görə də beynəlxalq təşkilat olan nüfuzlu CİPM-də təmsil edilməyimiz olduqca vacibdir. Əgər bizim etalon bazamız, milli etalonlar və ölçmə vahidlərimiz bu təşkilat tərəfindən tanınsa, şübhəsiz ki, həmin vəsaitlərin ölkə daxilində qalması üçün şərait yaranacaqdır.
Ümumiyyətlə, burada bir neçə maddə də var. Ancaq vaxtınızı çox almaq istəmirəm. Ziyad Səmədzadənin də dediyi fikirlərlə tam razıyam, qanun layihəsinə bu dəyişikliklər mütləq edilməlidir. Bu qanunvericilik aktı təkcə iqtisadiyyatın tənzimlənməsində deyil, ümumiyyətlə, daxili bazarın qorunmasında, istehlakçıların hüquqlarının müdafiəsində çox önəmlidir. Həmkarlarımdan xahiş edirəm ki, bu qanun layihəsinə səs versinlər. Təşəkkür edirəm.
Sədrlik edən.  Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Vaxtınızı çox almayacağam, ölçmə texnikasına az-çox bələd olan insan kimi bir neçə kəlmə demək istəyirəm. Qanun layihəsi bütövlükdə mükəmməl tərtib edilib. Amma müəyyən xətaları var. Məsələn, “Əsas anlayışlar” adlı maddədə ölçmə xətası haqqında heç nə qeyd edilməyib. Bu çox vacib məsələdir. Ölçmə texnikası ilə məşğul olanlar bilirlər ki, mütləq, nisbi və gətirilmiş xətalar var, ancaq bunlar haqda heç nə qeyd edilməyib.
Burada hörmətli Ziyad müəllim Səmədzadə də qeyd etdi. Azərbaycanda  istər Texniki Universitetdə, istərsə də Me-marlıq və İnşaat Universitetində metrologiya kafedraları var, orada kifayət qədər savadlı mütəxəssislər çalışırlar. Qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılanda onların da bu qrupa cəlb edilməsi qanun layihəsinin mükəmməlliyinə xidmət edərdi.
Bir məsələni də qeyd edim. “Metroloji ekspertiza” adlı 13-cü maddənin  13.2-ci bəndində yazılır: “Standart, layihə, konstruktor, texnoloji sənədlər...” Ardı mətndə var, oxumağa ehtiyac duymuram. Konstruktor konstruksiyanı həyata keçirən, onun çertyojunu, cizgisini tərtib edən şəxsə deyirlər. Burada sənəddən söhbət getdiyinə görə, yaxşı olardı ki, “konstruksiya sənədləri” yazılsın. Bu daha aydın olardı. Bütövlükdə bu dəyişiklikləri dəstəkləyirəm, iradları nəzərə almaqla qanun layihəsinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Astan müəllim, təşəkkür edirəm. Əlbəttə, ikinci və üçüncü oxunuşlar arasında vaxt olacaq. Sözsüz ki, deyilən fikirlər, iradlar, qeydlər nəzərə alınacaqdır. Hörmətli deputat həmkarlarım, əgər çıxış etmək istəyən yoxdursa, ikinci oxunuşun tələbinə görə... Üzr istəyirəm, Valeh Ələsgərov, buyurun.
V.Ələsgərov.  Üzr istəyirəm, mən də hərdən-birdən vaxtınızı alıram. Çox önəmli qanun layihəsi olduğuna görə bir-iki söz deməyə ehtiyac var.
Birinci, “konstruksiya”, “deformasiya”, “xarakteristika” və buna bənzər sözləri mətndən çıxarsaydınız, alqışlayardıq. Çünki metrologiya, ölçmələrin dəqiqliyi ilə bağlı olan qanun layihəsi dilimizə də uyğun olsaydı, hamımız üçün çox xoş olardı. Mən demirəm ki, “metrologiya” sözünü dəyişək. “Metrologiya” sözünü əvəz etmək mümkün deyil, “telefonu” da əvəz etmək olmaz, amma “xarakteristikalar”, “konstruksiya”, “deformasiya” sözləri dilimizə yatmır, bunları öz dilimizdə yazmağa ehtiyac var.
Nəyə görə mən qanun layihəsi ilə əlaqədar bir-iki kəlmə söz demək istədim?! Çünki metrologiya ölçmələr, ölç-mələrin vəhdəti və dəqiqliyi haqqında bir elm olduğuna görə biz hər cümləmizdə dəqiq olmalıyıq. Bunun üçün də 1-ci maddədə, yəni “Əsas anlayışlar” hissəsində yazılanlar çox dəqiq olmalıdır. 1.1.18-ci bənd “ölçmə metodikası (me-todu)”, 1.1.19-cu bənd “ölçmə metodikalarının (metodlarının) attestasiyası” adlanır. Anlayışların bu şəkildə tərtib edilməsi bunların eyni məna daşıdığının göstəricisidir. Əslində, belə deyil, çünki “metod” “üsul” deməkdir, “metodika” isə “üsulların məcmusu”dur.  Orta məktəbdə, institutda hər bir müəllimdən soruşun, məsələn, fizikanın tədrisinin metodikası nə deməkdir? O bildirəcək ki, metodların məcmusudur. Ona görə burada ya “metod” sözü işlənməlidir, ya da “metodika”. Bu şəkildə yazmaq, sonra isə mətndə təkrar etmək metrologiya ilə məşğul olan adamlar üçün qəbuledilməzdir.
1.1.5-ci bənddə “metroloji tələblər”, 1.1.6-cı bənddə isə “məcburi metroloji tələblər” anlayışı verilib. “Məcburi metroloji tələblər”ə belə tərif verilir: “normativ hüquqi aktlarla müəyyən edilən və riayət edilməsi məcburi olan metroloji tələblər”. Çox gözəl, qısa, dəqiqdir. Yuxarıda 1.1.5-ci bənddə yenə “metroloji tələblər” anlayışı göstərilir. Əgər tələbdirsə, bu məcburidir. Tələb deyilsə, onda tövsiyədir, məsləhətdir, başqa bir şeydir. “Metroloji tələb” və “məcburi metroloji tələblər” anlayışları arasında nə fərq var? Niyə iki ayrı anlayış verilir?
Bundan başqa, 1.1.10-cu, 1.1.23-cü, 1.1.28-ci bəndləri və 5-ci maddəni oxuyun, bir yerdə “metroloji tələblər”, bir yerdə “məcburi metroloji tələblər” yazılır. Bir maddədə iki fərqli anlayış verilir. Bu  sahəyə aid qanun layihəsində qeyri-dəqiqlik qəbuledilməzdir. Çünki qanunun tətbiqi zamanı problemlər yaranacaqdır.
Bu qanun layihəsində çox nöqsanlar var. Yəqin ki, komitənin iclasında bunları müzakirə etmisiniz. Xahişim ondan ibarətdir ki, qanun layihəsini üçüncü oxunuşa hazırlayan zaman ciddi şəkildə müzakirə aparılsın, lazım olan əlavələr, dəyişikliklər edilsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim, təşəkkür edirəm. Bir daha təkrar etmək istəyirəm, Ziyad müəllim, yəqin ki, ikinci və üçüncü oxunuşlar arasında hörmətli deputatlarımızın, Valeh müəllimin dedikləri təkliflərin  nəzərə alınması üçün vaxt olacaq.
İkinci oxunuşun qaydalarına əsasən qanun layihəsində nəzərdə tutulan fəsilləri bir-bir səsə qoymalıyıq. Amma başqa imkanımız da var, biz sizin razılığınızla 5 fəsli iki-iki, üç-üç – iki fəsli ayrıca, üç fəsli də ayrıca  –  səsə qoya bilərik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən bunu sizinlə razılaşdırmalıyam. Onda xahiş edirəm, qanun layihəsinin 1 və 2-ci fəsillərinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinin 3-cü, 4-cü və 5-ci fəsillərinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinə bütövlükdə münasibət bildirmənizi xahiş edirəm.

Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatdı. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi