2012-ci il 15 noyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VII SESSİYASI İCLASININ

PROTOKOLU № 50

Milli Məclisin iclas salonu.
15 noyabr 2012-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.


İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 94
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri:

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Əli Abbasov, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.

* * *


Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Vaqif Əliyev, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini.
Alim Quliyev, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti sədrinin birinci müavini.
İntiqam Babayev, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
İlham Quliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
İlqar Rəhimov, Azərbaycan Respublikası əmək və əha-linin sosial müdafiəsi nazirinin müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat na-zirinin müavini.
Rahim Lətifov, Azərbaycan Respublikası fövqəladə hal-lar nazirinin müavini.
Elsevər Ağayev, Azərbaycan Respublikası səhiyyə nazi-rinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
Həmid Bağırov, Azərbaycan Respublikası Dövlət Sta-tistika Komitəsi sədrinin birinci müavini.
Aynur Sofiyeva, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
Tofiq Rəfiyev, Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini.
Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət So-sial Müdafiə Fondu sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fon-dunun 2013-cü il büdcəsi haqqında Azərbaycan Respubli-kası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanu-nunun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Samir Şərifov, Sevinc Həsənova

2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Səlim Müslümov, Arif Rəhimzadə, Zahid Oruc, Mübariz Qurbanlı, Qənirə Paşayeva, Əli Məsimli, Hikmət Atayev, Azay Quliyev, İlham Məmmədov, Fəzail İbrahimli, Əhməd Vəliyev, Ziyafət Əsgərov

3. Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Hadi Rəcəbli, Əli Məsimli

4. Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Hadi Rəcəbli, Əli Məsimli

5. Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetası haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Firudin Hacıyev, Hadi Rəcəbli, Eldar İbrahimov, Aydın Mirzəzadə, Zahid Oruc, Etibar Hüseynov, Nizami Cəfərov, Elmira Axundova, İlham Əliyev

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Heydər Əsədov


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

15 noyabr 2012-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 94
Yetərsay 83

Sədrlik edən. Yetərsay var, iclasımıza başlaya bilərik. 2013-cü il dövlət büdcəsi haqqında qanun layihəsi millət vəkilləri tərəfindən iki gün müzakirə olundu. Biz danışdıq ki, hökumət üzvlərinin, maliyyə nazirinin və İqtisadi İnkişaf Nazirliyi nümayəndələrinin bəzi sualları cavablandırmalarına imkan yaradaq. Sualları cavablandırmaq üçün hörmətli maliyyə naziri Samir Şərifova söz verilir.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli Milli Məclis üzvləri! Döv-lət büdcəsi layihəsinin müzakirələri iki gün davam edib. Müzakirələr zamanı millət vəkilləri tərəfindən bir sıra irad-lar, təkliflər, suallar səsləndirilmişdir. Hesab edirəm ki, bəzi məsələlərə aydınlıq gətirmək düzgün olardı. Onu da qeyd etmək istərdim ki, ənənəvi olaraq Milli Məclisə təqdim edilən büdcə layihəsinin müzakirələri dövlət büdcəsi layi-həsinin növbəti illərdə daha da təkmil, mükəmməl təqdim olunması üçün çox faydalı bir alətdir.
Milli Məclis üzvləri tərəfindən səsləndirilən sualların bir çoxu onların təmsil olunduqları regionlarda zəruri kom-munal, infrastruktur, sosial layihələr və quruculuq-abadlıq işləri ilə bağlı olmuşdur. Bu məsələlərə qısa müddət ərzində konkret cavablar vermək, şübhəsiz ki, qeyri-mümkündür. Amma bütün bu məsələlər tərəfimizdən qeyd olunub. Biz bu məsələləri təhlil edib, bununla əlaqədar fərdi qaydada millət vəkillərinə cavablarımızı təqdim edəcəyik. Təkcə onu qeyd etmək istərdim ki, “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında ölkənin bütün rayonlarında, regionlarında iri investisiya layihələri, o cümlədən qaz, elektrik enerjisi, su təchizatı, kanalizasiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulub və həyata keçirilməkdədir.
Sosial-məişət təyinatlı obyektlərin tikilməsi və yenidən qurulması və digər layihələrdə proqramda öz əksini tapmış-dır. Bir sıra layihələr, o cümlədən su layihələri isə tam məs-uliyyətlə qeyd etmək olar ki, tarixi əhəmiyyət kəsb edir. Azərbaycanın regionlarına kanalizasiya və içməli suyun verilməsi çox böyük əhəmiyyətə malik layihələrdir.
Dövlət büdcəsinin gəlirlərinin hesablanması üçün neftin bir barrelinin qiymətinin 100 ABŞ dolları səviyyəsində gö-türülməsi ilə dövlət büdcəsinin gəlirlər hissəsinin icrası üçün risklərin mövcud olduğu kimi fikirlər səslənmişdir. Bu məsələləri biz Milli Məclisin komitələrində də ətraflı müzakirə etmişdik. Mən bir daha qeyd etmək istərdim, dövlət büdcəsinin gəlirlərinin strukturu elə qurulub ki, bu gəlirlərin bir qismi vergi, gömrük daxilolmaları hesabına formalaşır. Sair daxilolmalar cüzi bir hissəsini təşkil edir və Dövlət Neft Fondundan daxil olan transfert hesabına formalaşır.
Bu daxilolmaların riskə məruz qalması məsələsinə gəldikdə qeyd etmək istərdim ki, Dövlət Neft Fondundan transfert bizə Azərbaycan manatı ilə verilir və büdcədə nəzərdə tutulmuş konkret məbləğ Dövlət Neft Fondundan bizə köçürülür. Söhbət 2013-cü ildən gedirsə, bunun neft qiymətindən hər hansı bir asılılığı yoxdur. Burada biz hər hansı bir risk görmürük. Gömrük daxilolmalarında da biz böyük risklərin olmasını görmürük. Bildiyiniz kimi, vergi daxilolmaları qeyri-neft sektorundan daxilolmalardan və neft sahəsi üzrə Dövlət Neft Şirkətindən daxil olan vergilərdən ibarətdir. Beynəlxalq Əməliyyat Şirkətindən, yəni xarici neft şirkətləri konsorsiumundan daxil olan mənfəət vergisi üzrə daxilolmalar müəyyən qiymət riski ilə üzləşə bilər. Lakin biz bu riskləri o qədər də yüksək qiymətləndirmirik.
Neftin qiymətinin kəskin düşməsi dövlət büdcəsinin gəlirlərinə əhəmiyyətli riskləri özündə götürməyəcək. Lakin bununla əlaqədar onu da qeyd etmək istərdim ki, növbəti illərdə, şübhəsiz ki, dünya konyunkturası bizim tərəfimizdən izlənilib və müvafiq dəyişikliklər, o cümlədən neftin qiymətinə dair dəyişikliklər lazım gəldikdə edilə bilər. Lakin hesab edirik ki, bizim bu hesablamalarla dövlət büdcəsinin gəlirlər hissəsinin icra edilməsi üçün hər hansı risk mövcud deyil. Onu da demək istərdim, cari ilin büdcəsinə düzəlişlər edilən zaman burada, bu salonda fikirlər səslənmişdi ki, neftin qiymətini 80 dollardan 100 dollaradək artırmaq bir qədər risklidir. Lakin həyat göstərdi ki, bizim proqnozlarımız o qədər də riskli deyildir. Mən güman edirəm ki, növbəti ildə də bu proqnozlar özünü doğruldacaqdır.
Səsləndirilmiş digər suallarla bağlı. Burada hörmətli Ze-ynəb Xanlarova büdcə ilə bağlı qısa sual vermişdi ki, büd-cənin həkimlərə, müəllimlərə, elmi işçilərə və büdcədən maliyyələşdirilən digər təşkilatların işçilərinə xeyri olacaqmı? Mən bu suala da qısa olaraq cavab vermək istərdim ki, bəli, xeyri olacaq. Onu da qeyd etmək istərdim ki, Azərbaycanda 2004-cü ildən başlayaraq sosial məsələlərin həllində böyük nəticələr əldə edilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən minimum aylıq əmək haqlarının və buna müvafiq olaraq dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda çalışan işçilərin əmək haqları və əmək pensiyalarının baza hissəsinin 10 dəfədən çox artımı baş vermişdir. Onu da qeyd etmək istərdim ki, 2004-cü ildən başlayaraq 11 dəfə əmək haqları artımı baş vermişdir. Hesab edirəm ki, bu ənənə 2013-cü ildə də davam etdiriləcək. Möhtərəm Prezidentimiz tərəfindən bu sahədə müvafiq addımlar ənənəvi şəkildə atılacaqdır.
Onu da qeyd etmək istərdim ki, təkcə əmək haqqı və pensiyalar büdcədən maliyyələşdirilən təşkilatların işçilərinin rifah halını təşkil etmir. Eyni zamanda, bildiyiniz kimi, mən artıq qeyd etmişdim ki, Azərbaycanda möhtəşəm sosial infrastruktur, fiziki infrastruktur layihələri həyata keçirilir. Şübhəsiz ki, əsas amil təkcə həmin büdcə təşkilatında çalışan işçinin əmək haqqı və yaxud məvacibi ilə ölçülmür, eyni zamanda, son zamanlar Azərbaycanda həyat keyfiyyətinin yaxşılaşdırılması, artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şübhəsiz ki, buna nail olmaq üçün infrastrukturların, o cümlədən iş şəraitinin yaxşılaşdırılması da vacibdir.
Bildiyiniz kimi, təkcə təhsil sahəsində, o cümlədən mək-təblərin yenidən qurulması, yenidən tikilməsi və yaxud əsaslı təmiri istiqamətində böyük işlər həyata keçirilir. Qeyd etmək istərdim ki, 2012-ci ildə təkcə paytaxt Bakı şəhərində 450 məktəb və 109 uşaq bağçasında bu işlər aparılmaqdadır. Bunlardan artıq 250 məktəb və 81 bağça 2012-ci ildə istifadəyə verilib və 2013-cü ildə bu işlərin davam etdirilməsi gözlənilir. Respublikanın digər şəhər və rayonlarında da bu işlər geniş vüsət almışdır. Belə ki, cari ildə 299 məktəb və 48 bağçada yenidənqurma işləri və inşa işləri həyata keçirilməkdədir. Hesab edirəm ki, bütün bunlar, şübhəsiz, büdcədən maliyyələşdirilən təşkilatların işçilərinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün zəruri şərait yaradacaq.
Dağlıq Qarabağ və işğal altında olan digər rayonların büdcədə ayrıca bənddə əksini tapması ilə bağlı təklif veril-mişdir. Mən burada arayış üçün qeyd etmək istərdim ki, təqdim olunmuş büdcə zərfinin birinci kitabdakı Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanun layihəsinin 8-ci, 9-cu səhifələrinin cədvəlində ölkəmizin bütün rayon və şəhərlərinin, o cümlədən Dağlıq Qarabağın və işğal altında olan digər rayonların adları və onlara ayrılan büdcə vəsaiti öz əksini tapmışdır. Burada hər hansı bir problem yoxdur.
Regionların maliyyələşdirilməsi ilə bağlı digər suallar da verilmişdir. Naxçıvana ayrılan dotasiyanın 1 faiz azaldıldığı haqqında fikir söylənmişdi. Mən bununla əlaqədar arayış vermək istərdim. İlk növbədə onu qeyd etmək istərdim ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasına daim davamlı şəkildə diqqət göstərilmişdi. Azərbaycanın ulu diyarı olan, blokada şəraitində yaşayan Naxçıvana Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən də bu diqqət davam etdirilir. Onu qeyd etmək istərdim ki, bunun nəticəsində ilbəil Naxçıvan Muxtar Respublikasının büdcəsi və muxtar respublikanın rayon və şəhərlərinin yerli gəlir və xərcləri artırılır. Bunun müqabilində Naxçıvanın mərkəzdən maliyyə asılılığı tədricən azaldılmağa başlamışdır.
2013-cü ilə gəldikdə Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri 332,7 milyon manat olmaqla, 2012-ci illə müqayisədə 27,3 milyon manat və yaxud 8,9 faiz art-mışdır. Yəni hər hansı azalmadan söhbət gedə bilməz və faktik olaraq Naxçıvan Muxtar Respublikasında 2013-cü il büdcəsinin öz gəlirləri 2012-ci ilə nisbətən 7,7 milyon manat və yaxud 16,3 faiz artmışdır. 2013-cü il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsini tənzimləmək üçün ayrılan dotasiyanın məbləği isə 277,7 milyon manat nəzərdə tutulmuşdur. Bu isə cari illə müqayisədə 19,6 milyon manat və yaxud 7,6 faiz, 2011-ci ilin faktik icrası ilə müqayisədə isə 25 milyon manat və yaxud 9 faiz artım deməkdir. Beləliklə, hər hansı azalmadan söhbət gedə bilməz.
Ümumiyyətlə, son 10 ildə, yəni 2003–2013-cü illəri mü-qayisə etdikdə görürük ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin öz gəlirləri 5,3 dəfə artmış, dövlət büdcəsindən ayrılan dotasiyanın məbləği isə 27,7 milyon manatdan 277,7 milyon manatadək çatdırılmışdır. Bu da 249 milyon manat və yaxud 10,6 dəfə artım deməkdir. Yəni reallıq bundan ibarətdir.
Xərclərin strukturu ilə bağlı bəzi irad və təkliflər irəli sürülmüşdür. Yəni dövlət büdcəsinin xərclərində müəyyən xərclərin xüsusi çəkisinin aşağı olduğu göstərilmişdir. Mən təkcə bunu qeyd etmək istərdim ki, ümumiyyətlə, hər hansı xərcin xüsusi çəkisi aşağıdırsa, onu artırmaqdan ötrü biz digər xərc istiqamətlərində nəzərdə tutulan xərclərin məbləğini azaltmalıyıq. Bunun başqa yolları yoxdur. Burada müxtəlif fikirlər söylənmişdi və təkliflər verilmişdi ki, müdafiə xərclərini artırmaq istəyiriksə, başqa xərcləri azalt-malıyıq. Biz hesab edirik ki, müdafiə xərclərinə hər il dövlət büdcəsindən müvafiq vəsaitlər ayrılır və bu xərclərin həmin səviyyədə saxlanılması çox düzgündür.
Digər sahələrə gəldikdə deyə bilərəm ki, son illər bizim büdcəmiz daha çox investisiya yönümlü, yəni inkişaf büdcəsidir. Yəni şübhəsiz ki, biz inkişaf hədəflərimizə nail olmaq istəyiriksə, bunun üçün müvafiq vəsaitlər ayırmalıyıq. Artıq 2013-cü ilin büdcəsində də müşahidə olunur ki, dövlət büdcəsinin əsaslı xərcləri dövlət büdcəsinin 45,8 faizini təşkil edir. İcmal büdcənin investisiya xərcləri isə ümumi daxili məhsulun təxminən 20 faizini təşkil edir. Bu çox böyük artımdır və siyasətimizin, yəni Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritetlərini göstərir. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, bununla bərabər digər xərclərdə, yəni söhbət sosial yönümlü xərclərdən gedir, heç bir azalma baş verməmişdir. Bu xərclərin həcmi, məbləği 2013-cü ilin büdcəsində yenə də artımla nəzərdə tutulmuşdur. Söhbət elm, təhsil, səhiyyə və sosial təminat sahələri üzrə xərclərdən gedir.
Bir neçə suala münasibətimi bildirmək istərdim. Uşaq bağçalarında ərzaq xərcləri ilə bağlı suallar var idi. Bununla bağlı çıxışımda da qeyd etdim ki, deyilən istiqamətlər üzrə işlər aparılıb və artıq həmin xərclər əhəmiyyətli dərəcədə artırılıb. Təkcə Bakı şəhərində deyil, ölkəmizin regionlarında da bu xərclər artırılacaqdır. Amma bununla yanaşı, şübhəsiz, həm mərkəzdə, həm də yerlərdə həmin xərclərin düzgün icra edilməsinə də nəzarəti gücləndirməliyik.
Qeyd olunan digər məsələ dərs yükü ilə bağlı məsələ idi. Mən buna münasibət bildirmək istərdim. Birincisi, Maliyyə Nazirliyi dərs yükü ilə bağlı hər hansı bir məhdudiyyət qoymayıb. Yalnız onu qeyd etmək istərdim ki, ölkədə müəyyən dərs yükü var, bu da şagirdlərin sayı ilə bağlıdır. Burada Əli müəllim Əhmədov bu məsələ ilə bağlı çox yaxşı şərh verdi, dedi ki, bizdə, doğrudan da, şagird-müəllim nisbəti çox aşağıdır. 7–8 şagirdə bir müəllim düşür, amma ümumi Avropa göstəricilərinə görə ən azı 15–17 nəfərdən söhbət getməlidir. Bu onun göstəricisidir ki, müəllimlərin sayı çox olduğuna görə dərc yükü onların arasında müəyyən nisbətdə bölüşdürülməlidir. Biz bunları da nəzərə almalıyıq. Həmin vəziyyət səhiyyə sahəsində də var. Söhbət həkimlərlə xəstələrin, çarpayının sayı ilə xəstələrin sayının nisbətindən gedir və sair. Bu sahələrdə də biz struktur islahatları aparmalıyıq ki, burada xərclər daha səmərəli icra edilə bilsin.
Prinsip etibarilə əsas suallar bunlar idi. Amma yenə də burada qaldırılan bir məsələyə münasibət bildirmək istərdim. Abel Məhərrəmov qeyd etmişdi ki, ali təhsil xərcləri aşağı düşmüşdür. Bununla tamamilə razı deyilik, vəziyyət elə deyil. Əksinə, ali təhsil xərclərinin artırılması nəzərdə tutulur. Hazırda Nazirlər Kabineti tərəfindən dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqlarının artırılmasına dair sərəncam qəbul edilib və bununla dövlət sifarişli təhsil sahəsində şagirdlərə daha çox vəsait ayrılacaqdır. Biz nəzərə almalıyıq ki, ali təhsildə tətbiq olunan yeni maliyyələşdirmə mexanizmi artıq imkan verir ki, təkcə dövlətə məxsus ali təhsil müəssisələrində deyil, eyni zamanda, özəl ali təhsil müəssisələrində də tələbələr dövlət hesabına tədris ala bilsinlər. Şübhəsiz ki, bu vəsaitin bir hissəsi özəl ali təhsil müəssisələrinə gedir.
Biz dövlətə məxsus ali təhsil müəssisələrinə ayrılmış vəsaiti qiymətləndirəndə, eyni zamanda, onu da nəzərə almalıyıq ki, keçən ildən başlayaraq əvvəllər dövlət büdcəsi vasitəsilə ali təhsil müəssisələrinin sərəncamına verilən büdcədənkənar gəlirlər artıq bilavasitə həmin ali təhsil müəssisələrinin öz bank hesablarına daxil olur. Artıq bunlar büdcə vasitəsilə nizamlanmır. Mən xahiş edərdim ki, hörmətli rektorlarımız bunları da nəzərə alsınlar, həmin vəsaitlər də onların sərəncamındadır.
Ümumiyyətlə, mən bir daha qeyd etmək istərdim ki, bizə verilən digər suallara, o cümlədən konkret regionlarda layihələrin həyata keçirilməsi, müəyyən problemlərin həll edilməsi ilə bağlı suallara biz ya fərdi qaydada Milli Məclis üzvlərinə cavablar verəcəyik, ya da konkret olaraq bunların növbəti dövlət investisiya proqramlarında əks olunması üzrə müvafiq tədbirlərimizi görəcəyik. Çox sağ olun.
Sədrlik edən. İqtisadi inkişaf naziri beynəlxalq tədbirdədir. İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova buyursun.
S.Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən ilk öncə İqtisadi İnkişaf Nazirliyi adından bizə sualları cavablandırmağa şərait yaratdığınıza görə minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, bildirmək istəyirəm ki, hər il bu möhtəşəm salonda büdcə müzakirələri gedərkən birillik fəaliyyətimizin müstəqil qiymətləndirilməsini eşidirik. Bu bizim üçün çox vacibdir, əhəmiyyətlidir. Çünki hər gün öz fəaliyyətimiz çərçivəsində, işlə məşğul olarkən biz kənardan bunların necə qiymətləndirilməsini, dəyərləndirilməsini bilməyə də bilərik. Hər il bu salonda sizin təkliflərinizi, qiymətləndirmələrinizi, suallarınızı eşitmək bizim üçün çox əhəmiyyətlidir. Mən bunun üçün hər birinizə öz minnətdarlığımı bildirirəm.
Burada qaldırılmış suallara gəlincə, ən əsas, ümdə suallardan biri kimi mən qeyri-neft sektoruna dair sualları cavablandırmaq istərdim. Hörmətli millət vəkillərimizdən bir neçəsi bu məsələyə dair fikirlərini, təkliflərini və narahatlıqlarını bildirmişdir. Vahid müəllim Əhmədov qeyri-neft sektorunun strukturuna yenidən baxılması, büdcə gəlirlərini artıran sahələrin inkişaf etdirilməsi kimi təkliflərlə çıxış etdi. Mən bildirmək istəyirəm ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan hökuməti üçün prioritet kimi qorunmuşdur. Maşınqayırma, metallurgiya, energetika, tikinti materiallarının istehsalı, yüngül, yeyinti sənayesinin, kənd təsərrüfatının, turizmin, informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı prioritet kimi müəyyən edilmişdir.
Sizə təqdim etdiyimiz rəqəmlərdən də gördüyünüz kimi, son illərdə ümumi daxili məhsulun artımının qeyri-neft sektorunun dinamik inkişafı hesabına təmin edilməsi də məhz qeyri-neft sektorunun prioritet istiqamətlərinin və strukturunun düzgün müəyyən olunmasını göstərməkdədir. Şübhəsiz ki, ilbəil qeyri-neft sektorunun strukturu, onun tərkibi inkişaf edir, daha da təkmilləşdirilir. Bu, ən əsas prioritetlərdən biridir. Bu zaman məşğulluğun təyin edilməsi, yerli xammalın emalı, qeyri-neft ixracının artırılması, idxalın əvəzlənməsi və həmin sektorun daha sürətlə inkişafı və bununla da büdcə gəlirlərinin artırılması meyarına da baxıla bilir.
Burada büdcə gəlirlərinin qeyri-neft sektorundan daha az artması barədə məsələ qaldırıldı. Mən nəzərinizə çatdırmaq istəyirəm ki, İqtisadi İnkişaf Nazirliyinin 2013-cü il üçün təqdim etdiyi proqnozlarda, əsasən, qeyri-neft sektorunda ümumi daxili məhsulumuz 11,7 faiz artacaqdır. Eyni zamanda, dövlət büdcəsinin qeyri-neft gəlirləri bu artımdan daha da çox, yəni 14,7 faiz olacaqdır. Göründüyü kimi, bu belə deyil, tamamilə əksinə, dövlət büdcəsinin qeyri-neft gəlirləri qeyri-neft sektorunun artımı ilə nəinki bərabərdir, hətta onu üstələyir. Buna səbəb isə əlbəttə, həm qeyri-neft sektorunun inkişafı, həmçinin də vergi inzibatçılığında müvafiq təkmilləşdirmələr olacaqdır. İqbal müəllim qeyri-neft sektoru ilə bilavasitə bağlı digər sualı verdi və Azərbaycanda yeni iqtisadi doktrinanın hazırlanmasına ehtiyac olduğunu bildirdi.
Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan Respubli-kası Prezidentinin 2011-ci il 29 noyabr tarixli sərəncamı ilə “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiya-sının hazırlanması tapşırılmışdı. Bu sənədin hazırlanması üçün İqtisadi İnkişaf Nazirliyi tərəfindən iqtisadi inkişaf konsepsiyası hazırlanıb təqdim olunmuşdu. Bu konsepsiyanın layihəsi ictimaiyyət, ictimai müzakirə üçün açıqdır. Hazırda Azərbaycan Respublikası Prezidentinin rəsmi İnternet saytında yerləşdirilmişdir. Konsepsiyanın iqtisadi hissəsi də oradadır. Bizim məqsədlərimiz, hədəflərimiz orada dəqiq, dürüst göstərilmişdir. Əgər hörmətli millət vəkillərimiz maraqlanırlarsa, bu sayta müraciət edib tanış ola və öz təkliflərini bizə təqdim edə bilərlər.
Bu konsepsiyanın vacibliyini Azərbaycanın gələcək iqti-sadi və ümumiyyətlə, ölkə kimi inkişafının istiqamətlərini müəyyənləşdirən ümdə bir sənəd olmasını nəzərə alaraq mən oradakı iqtisadi inkişaf konsepsiyamızın əsas məqsədlərini diqqətinizə çatdırmaq istəyirəm. Konsepsiyanın başlıca məqsədi uzunmüddətli perspektivləri, sosial-iqtisadi resursları nəzərə almaqla, qabaqcıl dünya təcrübəsindən yararlanaraq Azərbaycanda davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi ilə yüksək sosial rifaha nail olmaqdan ibarətdir. Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan ixrac yönlü iqtisadiyyata transformasiya və insan inkişafı konsepsiyası əsas götürülməklə sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri rəhbər tutulacaqdır. Konsepsiyada biz həmçinin konkret hədəfləri də müəyyənləşdirmişik.
Möhtərəm Prezident İlham Əliyev tərəfindən verilən tap-şırıqlara və göstərilmiş istiqamətlərə əsasən biz qarşıdakı 10 ildə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun həcmini iki dəfədən çox artırmağı hədəfləmişik. Bu rəqəmin 13 min ABŞ dollarına çatdırılması nəzərdə tu-tulur. Bu artımın da məhz qeyri-neft sektorunun iqtisadiyyatı hesabına təmin ediləcəyi təsbit olunmuşdur. Qeyri-neft sahəsi hazırda 50 faiz səviyyəsindədir. Qarşımızdakı 10 ildə Azərbaycan Respublikasının ümumi daxili məhsulunun 80 faizədək artırılması nəzərdə tutulur. Bunun üçün qeyri-neft sahəsinin strukturunun təkmilləşdirilməsi, Azərbaycana ixracetmə imkanı verən, ixrac potensialını genişləndirən ticari sektorun dəstəklənməsi üçün genişmiqyaslı tədbirlər görüləcəkdir. Mən bildirmək istəyirəm ki, bu hədəflər heç də göydən götürülməmişdir. Reallığa, hazırda həyata keçirilən, eyni zamanda, başlanılan layihələrə əsaslanır.
Hər biriniz bilirsiniz ki, Azərbaycanda hazırda genişmiq-yaslı sənayenin modernizasiyası siyasəti həyata keçirilir. Sənayeləşmə siyasəti həyata keçirilir. Cənab Prezidentin sərəncamları ilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən Sumqayıt yaxınlığında Sumqayıt kimya sənaye parkı yaradılması üzrə intensiv işlər gedir. Bunun üçün torpaq sahəsi ayrılıbdır. Burada hazırda infrastrukturla əlaqədar çox intensiv işlər gedir. Bizə dəstək olmaq üçün xarici ekspertləri bu işə cəlb edirik. İqtisadi İnkişaf Nazirliyinin mütəxəssisləri dünyanın qabaqcıl ölkələrində sənaye parklarının qurulması və fəaliyyəti ilə geniş tanış olmuşlar. Hazırda da bunun həm infrastruktur, eyni zamanda, hökumətdə sənaye parkında fəaliyyətin cəlbediciliyinin artırılması üçün tətbiq olunan güzəştlərin müzakirəsi aparılmaqdadır.
Eyni zamanda, Balaxanıda Balaxanı ekosənaye parkının yaradılması həyata keçirilir. Burada xammal kimi Bakı şəhərində yığılan məişət tullantılarının istifadəsi nəzərdə tutulur. Bu layihə həm iş yerlərinin yaradılmasına, həm qeyri-neft sektorunun inkişafına imkan yaradacaq, həm də ekoloji təsirə malik olacaqdır. Bu gün, bildiyiniz kimi, ekoloji problem artıq illərdir ki, qlobal problemə çevrilibdir. Azərbaycanda bu sahəyə çox geniş diqqət yetirilir.
Cənab Prezidentin son sərəncamı ilə yüksək texnologi-yalar parkının yaradılması da tapşırılmışdır. Bu sahədə də işlər aparılacaqdır. Azərbaycanda artıq gəmiqayırma zavodunun tikintisi sürətlə gedir. İlk peykimiz gələn ilin əvvəlində buraxılacaqdır. Gübrə zavodunun tikintisi üzrə işlər aparılır. Samir müəllimin qeyd etdiyi kimi, geniş investisiya layihələri, infrastruktur şəraiti yaradan, infrastrukturu inkişaf etdirən investisiya layihələrinin həyata keçirilməsi də qeyri-neft sektorunun inkişafına təkan verəcəkdir. Tranzit potensialımız daha da genişlənəcək. Tranzit yollarımız, İpək Yolu, Cənub-Şimal yolu ortamüddətli layihələrdir, sizə təqdim olunmuş büdcə müddətində bunların hər biri bitəcəkdir. Bunlar hamısı ortamüddətli büdcə çərçivəsində həyata keçiriləcək və qeyri-neft sektoruna öz töhfələrini verəcəkdir.
Mən digər suala keçmək istəyirdim. Hörmətli Xanhüseyn müəllim kənd təsərrüfatına subsidiyalar barədə məsələ qaldırdı. Bildirmək istəyirəm ki, Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş geniş müşa-virəsində cənab Prezident tərəfindən tapşırıq verilmişdi. Bu tapşırığa uyğun olaraq kənd təsərrüfatının subsidiyalaşdırılmasının mexanizmi təkmilləşdirilir. İqtisadi İnkişaf Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birgə yeni, daha mükəmməl subsidiyalaşdırma mexanizmi hazırlamışdır. Hal-hazırda bununla bağlı razılaşdırmalar həyata keçirilir.
Hörmətli Elmira xanım zibilyandırma zavodunun hələ də işə başlamaması ilə əlaqədar məsələ qaldırmışdır. Mən bildirmək istəyirəm ki, bu, Azərbaycanda analoqu olmayan bir layihədir. Yeni bir layihədir və Azərbaycana məişət tullantılarının idarə olunmasının tamamilə yeni texnologiyalara əsaslanan sistem gətirəcəkdir. Biz aparıcı şirkətlərdən olan Fransanın CNİM şirkəti ilə müqavilə bağlamışıq. Müqavilə 2008-ci ilin dekabrında bağlanmışdır. Müqavilə bağlanandan sonra tikinti sahəsi ayrılmışdır. 2009-cu ilin birinci yarısında tikinti sahəsində hazırlıq işləri həyata keçirilmişdi. 2009-cu ilin avqust ayından ərazidə CNİM şirkəti tərəfindən tikinti işlərinə başlanılmışdır. Hal-hazırda zavod sınaq şəraitində fəaliyyət göstərir və sazişə uyğun olaraq nəzərdə tutulmuş 40 ay ərzində təhvil veriləcəkdir. Cari ilin dekabr ayında cənab Prezidentin də iştirakı ilə belə bir möhtəşəm, vacib, həm ekoloji, həm məişət tullantılarının idarə edilməsi cəhətdən, həm də ekoenerji potensialımızın artırılması nöqteyi-nəzərindən möhtəşəm layihənin açılışı olacaqdır.
Elmira xanım çox vacib, mühüm bir məsələyə də toxun-du. Bu, polietilen paketlərin, qablaşdırmanın törətdiyi fəsadlar, bunlarla bağlı problemlər məsələsidir. Bu çox ciddi məsələdir, həm hökumət dairələrində, həm də Milli Məclisdə dəfələrlə müzakirə olunub. Bununla əlaqədar mən bildirmək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi bununla əlaqədar təhlillər, müzakirələr aparmışdır. Bu məsələ ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyində qeyd etdiyim qu-rumların nümayəndələrindən işçi qrupu formalaşdırılmış-dır. Biz bu sahədə ən qabaqcıl beynəlxalq təcrübəni öyrən-məklə hazırda İtaliyadan olan mütəxəssislərlə müzakirələr aparırıq. Çox qısa bir zamanda digər ölkələrin də təcrübəsi öyrənilməklə tədbirlər paketi hazırlanacaqdır. Hesab edirəm ki, bu ilin sonuna bəhs etdiyim sahədə irəliləyiş əldə edə biləcəyik.
Kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı məsələyə toxunuldu. Qubada olan bəzi problemlərlə əlaqədar həmin bölgədən hörmətli deputatlarımız – Vahid müəllim, Yevda müəllim məsələlər qaldırdılar. Bildirmək istəyirəm ki, regionların inkişafı ən böyük, əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu sahədə iki proqram həyata keçirilir. Biri uğurla həyata keçirilib bitmişdir və ikinci proqram həyata keçirilməkdədir. Hər il cənab Prezident tərəfindən bu proqramın illik tədbirləri təsdiq edilir. Həmin tədbirlərdə proqramın icrası, regionlarda görülən işlər barədə geniş məlumatlar verilir. Hər birimiz hər gün cənab Prezidentin bu sahəyə qayğısının şahidi oluruq. Kütləvi informasiya vasitələrində bölgələrdə aparılan yeniliklər, quruculuq işləri ilə tanış oluruq. Möhtərəm Prezidentin özünün bilavasitə iştirakı ilə açılan yeni-yeni obyektlərin şahidi oluruq.
Quba–Xaçmaz iqtisadi rayonuna gəlincə bildirmək istəyirəm ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən bu rayonun ixrac və iqtisadi potensialı nəzərə alınaraq Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə çox genişmiqyaslı layihələr dəstəklənir. Bu rayonda 1163 sahibkara 100 milyondan artıq kredit vəsaiti ayrılmışdır. Bu kreditlər çərçivəsində 8500-dən çox yeni iş yerləri yaradılmışdır. Bu layihələr sənaye, kənd təsərrüfatı infrastrukturunun dəstək layihələrinə və ixrac potensialını dəstəkləyən layihələrə yönəldilir. Belə ki, bu rayonda tutumu 41 min ton olan 13 soyuducu anbar tikilmişdir. Bu da yetişdirilən məhsulun korlanmaması, saxlanılması və bunu yetişdirənlərin, istehsalçılarımızın daha çox gəlir qaz-anmalarına xidmət edəcəkdir.
Eyni zamanda, burada quşçuluq təsərrüfatları da yaradılır, bağçılıq, üzümçülük təsərrüfatlarına da vəsaitlər ayrılmışdır. Bildirmək istəyirəm ki, Quba–Xaçmaz rayonunda 4 meyvə-tərəvəz emalı zavodu vardır. Onların toplam gücü 26 min tondan yüksəkdir və bunların yaradılmasına da İqtisadi İnkişaf Nazirliyi tərəfindən 11 milyondan çox kredit şəklində dövlət dəstəyi edilmişdir. Qeyd edilən zavodlardan ikisi hal-hazırda mövsüm bitdiyi, yəni məhsul olmadığı üçün işini dayandırıb. Bunlardan biri məhsul satılan zaman tədarük keçirmişdi. Digəri isə yenidənqurma ilə əlaqədar bunu keçirməmişdir. Hər iki zavodda da hal-hazırda yay mövsümü bitməsi ilə əlaqədar modernizasiya işləri həyata keçirilir. Öz güclərini daha da artırmaqla əminik ki, gələn illərdə də bu zavodlar tədarükü həyata keçirəcəklər.
Regionların, xüsusilə Mingəçevir şəhərinin iqtisadi potensialının qaldırılması üçün müvafiq proqramların həyata keçirilməsi ilə əlaqədar bildirmək istəyirəm ki, Mingəçevir şəhərinin potensialı İqtisadi İnkişaf Nazirliyi tərəfindən araşdırılıb. Yaxın vaxtlarda cənab nazirin icra başçısı ilə görüşü keçirilib. Orada biz tədbirlər keçiririk. Bu ilin may ayında sahibkarlığın inkişafına dövlət dəstəyi mövzusunda da tədbir keçirmişik. Burada müasir texnologiyalara əsaslanan müxtəlif sənaye müəssisələrinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının, müasir çörək zavodlarının yaradılması üzrə investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi məqsədi ilə sahibkarlıq subyektlərindən investisiya təkliflərinin qəbulu üçün kütləvi informasiya vasitələrində də elanlar vermişik. Fondumuz tərəfindən burada layihələr həyata keçirilib. Lakin burada görüləsi işlər var. Bu şəhərin turizm potensialı üçün böyük işlər görülüb. “Kür” istirahət mərkəzi tamamilə yenidən qurulub. Bu potensialların reallaşdırılmasına dəstək lazımdır. İqtisadi İnkişaf Nazirliyi digər rayonların, o cümlədən Mingəçevirin də inkişafı ilə bağlı səylərini daha da gücləndirəcək və bu sahədə işlərini davam etdirəcəkdir.
Millət vəkilləri tərəfindən investisiyalara dair suallar qaldırıldı. Sualların bir qismi kənd yollarının maliyyələş-dirilməsi ilə bağlıdır. Bildirmək istəyirəm ki, neçə illərdir, biz kənd yollarına dövlət büdcəsində əsaslı vəsait qoyu-luşuna dair xüsusi sətirlə vəsait ayırırıq. İl ərzində prioritet-lik və təkliflərin daxil olması nəzərə alınmaqla kənd yollarının bərpası maliyyələşdirilir və daim diqqət mərkəzindədir. Biz yalnız iri magistral, tranzit yollara yox, məhz kənd yollarına da ciddi diqqət yetiririk.
Əli müəllim Məsimov Şəki rayonunda kənd yollarının bərpası ilə bağlı məsələ qaldırdı. Bildirmək istəyirəm ki, 2012-ci ildə artıq Aşağı Küngüt – Aydınbulaq avtomobil yolunun tikintisi məqsədi ilə Şəki Şəhər İcra Hakimiyyətinə 2 milyon vəsait ayrılmışdır. Növbəti illərdə də belə layihələr davam etdiriləcəkdir. Digər deputatlar tərəfindən də yollarla bağlı məsələ qaldırıldı. Hörmətli Vahid müəllim tərəfindən Quba–Şamaxı yolunun tikintisi məsələsi qaldırıldı. Bildirmək istəyirəm ki, bu çox böyük layihədir. İrihəcmli, iri maliyyə vəsaitləri tələb edən layihədir. Belə layihələr çox diqqətlə əsaslandırılmalı, ekspertizadan keçirilməlidir. İqtisadi İnkişaf Nazirliyinə bu layihə ilə əlaqədar ilkin texniki-iqtisadi əsaslandırma sənədləri daxil olmuşdur və biz bu sənədlərə öz rəyimizi vermişik. Hazırda bu layihə müzakirə edilir. Vahid müəllim Quba rayonunda Vəlvələçay körpüsünün qəzalı vəziyyətdə olmasını qeyd etdi. Orada işlərin aparılması ilə əlaqədar bildirmək istəyirəm ki, körpülərin təmiri və tikintisinə Dövlət İnvestisiya Proqramından vəsaitlər ayrılır. Bu investisiya proqramında gələn illərdə də vəsait ayrılması davam edəcəkdir.
Eyni zamanda, qum-çınqıl karxanaları ilə bağlı problem-lərin yaranması vurğulandı. Bu, ekoloji cəhətdən ciddi problemdir. Eyni zamanda, iqtisadi cəhətdən də bizə böyük təsirlər göstərir, çünki bunların fəsadları sonradan bərpa olunmalıdır. Bununla əlaqədar Nazirlər Kabinetinin tapşırığı ilə xüsusi komissiya yaradılmışdır. Xüsusi komissiya cari ildə bütün karxanalara, xüsusilə Quba–Xaçmaz zonasında baxış keçirmiş və öz təkliflərini hazırlamışdır. Hal-hazırda bu təkliflər üzrə müvafiq tədbirlərin görülməsi həyata keçirilir.
Fəzail müəllim Ağamalı Salyan və Neftçala rayonlarında kənd yollarının təmiri ilə bağlı məsələ qaldırmışdır. Bildir-mək istəyirəm ki, cari ildə Şorsulu–Xolqarabucaq–Xəzər-kənd avtomobil yolunun tikintisi məqsədi ilə Neftçala Rayon İcra Hakimiyyətinə 5 milyon manat vəsait ayrılmışdır. Eyni zamanda, cənab Prezidentin aprel ayında sərəncamı ilə Kürsəngi – Yolüstü kəndarası avtomobil yolunun tikintisi məqsədi ilə də İcra Hakimiyyətinə müvafiq vəsait ayrılmışdır.
Çingiz müəllim Qənizadə İmişli, Beyləqan rayonlarında qrunt sularının səviyyəsinin aşağı salınması məsələsini qal-dırmışdır. Bildirmək istəyirəm ki, Kürdəmir, Beyləqan, Uçar, İsmayıllı, Biləsuvar, İmişli, Goranboy və digər rayon-larda torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə bağlı layihə həyata keçirilir. Bu layihə çərçivəsində İmişli və Beyləqan rayonlarında qrunt sularının səviyyəsinin aşağı salınması tədbirlərinin icrası üçün hər il Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinə müvafiq vəsait ayrılır. Eyni zamanda, Nazirlər Kabinetinin sərəncamı ilə Ağsu–Kürdəmir–İmişli avtomobil yolunun tikintisinə də müvafiq vəsait ayrılmışdır və bu yolun tikintisi gələn il də davam edəcəkdir.
Arif müəllim Əşrəfov Xaçmaz rayonunda bir sıra investisiya layihələri ilə bağlı məsələ qaldırmışdır. Bildir-mək istəyirəm ki, Xaçmaz rayonunda Tarix Diyarşünaslıq Muzeyi, rayonda Qudyalçay üzərində körpünün tikintisi, qaçqın düşmüş soydaşlarımızın məskunlaşdıqları Arzukənddə məktəb tikintisi ilə əlaqədar sifarişçi təşkilatlar tərəfindən layihələr təqdim olunubdur. Azərbaycan Respublikasının Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydalarına uyğun olaraq bunlara baxılır və növbəti illərdə müvafiq vəsait ayrılacaqdır.
Peşə təhsili ilə əlaqədar investisiyaların artırılması, peşə təhsili müəssisələrinin genişləndirilməsi vurğulandı. Çox mühüm məsələdir. Hörmətli millət vəkilimiz çox əhəmiy-yətli məsələyə toxundu. Əlbəttə, Azərbaycanda hər bir məktəbi bitirən ali təhsil ala bilmir və heç bir ölkədə, o cümlədən də Azərbaycanda qarşıya belə bir məqsəd də qoyulmur. Peşə təhsili almaq Azərbaycan gəncləri, eyni zamanda, Azərbaycanın əmək bazarı və qeyri-neft sektorunun inkişafı üçün çox vacibdir. Vacibdir ki, ali təhsilli mütəxəssislərlə yanaşı, çox yüksək səviyyəli peşə təhsilli, ixtisaslı kadrlarımız da olsun. Bunun üçün yalnız 2012-ci ildə 8 peşə məktəbinin təmir və bərpa işləri həyata keçirilibdir. Gələn illərdə də biz bu layihələri dəstəkləyəcəyik və bunlar həyata keçiriləcəkdir.
Bir neçə rayon üzrə qazlaşdırma ilə əlaqədar məsələlər qaldırıldı. Bununla əlaqədar da bildirmək istəyirəm ki, Dövlət İnvestisiya Proqramından qazlaşdırma üçün Dövlət Neft Şirkətinə vəsaitlər ayrılır. Dövlət Neft Şirkəti tərəfin-dən həm büdcə, həm də öz vəsaitləri hesabına ciddi işlər görülür. Qazlaşdırma artırılır və gələcəkdə də bu sahədə işlər davam etdiriləcəkdir.
Hesab edirəm ki, verilən suallar bu qədərdir. Biz Milli Məclisdə qaldırılan sualların Nazirlər Kabineti tərəfindən toplanılıb göndərilməsini gözləyirik. O zaman bütün suallara daha dəqiqliklə cavablar veriləcəkdir. Hörmətli millət vəkillərimiz üçün də hər zaman açığıq, onlarla müzakirələrə, onları narahat edən məsələləri, onların təkliflərini dinləməyə hazırıq. Onların təklifləri bizə, xüsusilə Dövlət İnvestisiya Proqramında prioritetləşmənin aparılmasında çox yardımçı olardı. Çünki Azərbaycanda külli miqdarda layihələrin həyata keçirilməsinə ehtiyac var. Bu ehtiyac çox olanda ən əsas məsələlərdən biri səmərəli və prioritetləşmiş maliyyələşdirmənin həyata keçirilməsidir. Sizlərin də bu sahədə töhfəsinə biz çox minnətdar olardıq. Sonda mən hər birinizə suallarınıza, şərhlərinizə, təkliflərinizə görə minnətdarlığımı bildirirəm. Hörmətli sədarətə sualları cavablandırmaq üçün mənə şərait yaratdığına görə təşəkkürümü bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Sevinc xanım. Mən bəzi məsələlərlə bağlı kiçik bir məsləhət vermək istərdim. Siz bu saat meyvə-tərəvəzdən danışdınız və dediniz ki, rayonlarda 41 soyuducu anbar tikilib, rayonlarda seminarlar keçirilir. Ancaq mən hesab edirəm ki, İqtisadi İnkişaf Nazirliyi kredit veribsə, hərdən onlara nəzarət etmək yox, soyuducu anbar-larda qiymətlərin səviyyəsinə baxmaq lazımdır. Kənd təsərrüfatı ilə məşğul olan, gözlərini 20–30 ağaca dikən insanların, kəndlilərin bu soyuducularda yer alması nəyə başa gəlir? Bəlkə standart qiymətlər olmalıdır? Böyük, 2–3 hektar torpağı olanın imkanları başqadır, kiçik istehlakçının başqa. Bu soyuducuların səmərəliliyini yoxlamaq lazımdır. Siz deyən seminarları keçirərkən öyrətmək lazımdır ki, onlar səmərəli işləsinlər. Təəssüflər olsun ki, bir çox kəndlərdə becərilən meyvə-tərəvəz nə şəhərə gətirilir, nə də satılır, yem kimi mal-heyvana verilir. Bax, bu məsələnin qarşısını almaq çox vacib və zəruridir. Ona görə də tikilən soyuducuların səmərəli işləməsi üçün dediyiniz seminarları da keçirmək lazımdır.
Hörmətli millət vəkilləri, çox sağ olun. Verilən sualların bəziləri cavablandırıldı. Bilirsiniz ki, sizin qaldırdığınız bəzi məsələlərə, tövsiyələrə münasibət bildirmək, cavab vermək üçün bizim hörmətli nazirlərimizə vaxt veriləcək.
Büdcənin müzakirəsini iki gündür aparırıq. Yəqin, növ-bəti iclasımız noyabrın 30-da olacaq. Biz, adətən, 10 gün vaxt verirdik. Ancaq noyabrın 26–27-si Azərbaycanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının böyük sessiyası keçiriləcək. Ona görə növbəti iclasımız ayın 30-da olacaq. Mən bir daha Samir müəllimə, Sevinc xanıma minnətdarlığımı bildirirəm.
İndi keçək növbəti məsələmizə. İkinci məsələ Dövlət So-sial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında qanun layihəsidir. Layihəyə iki komitədə baxılıb. Hadi Rəcəbli, yəqin, çıxış edəcək. Buyurun, Hadi müəllim.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, də-yərli hökumət üzvləri, xanımlar və cənablar! Büdcə zərfini müzakirə etdiyimiz 2013-cü il Azərbaycan üçün üç tarixi hadisə ilə çox əlamətdardır. Birincisi, müstəqil döv-lətimizin qurucusu ümummilli liderimiz Heydər Əliyev dühasının 90 illik yubileyi, ikincisi, müasir modern dövlət quruculuğunun müəllifi möhtərəm cənab İlham Əliyevin Prezident seçilməsinin 10 illiyi və seçkilər.
Milli Məclis hər il olduğu kimi, bu il də ölkəmizin ali maliyyə sənədlərində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə xüsusi diqqət yetirir və əhalinin 1 milyon 300 minə qədər hissəsinin sosial müdafiəsində olan yerini və rolunu yüksək qiymətləndirir. Bir neçə gün öncə hamımız Dövlət Sosial Müdafiə Fondunun 20 illiyini qeyd etdik. Bu çox əhəmiyyətli qurumun keçdiyi maraqlı yola nəzər saldıq. Görülən mütərəqqi və islahat yönümlü işləri qeyd etdik. Gələcək perspektivlər barədə müzakirələr apardıq. Bir daha hamıya aydın oldu ki, yaradılmış işlək hüquqi baza cəsarətli və ağıllı icra mexanizmləri pensiya-sığorta sisteminin təkmilləşdirilməsini, müasir tələblər baxımından formalaşmasını təmin etdi. Bu həm də qanunverici orqan və icra strukturlarının birgə əməkdaşlığının uğuru kimi də qiymətləndirilə bilər. Nəticədə insanların aldıqları təzminatların həcmi artdı, sistem vahid strukturla idarə olundu, sənədləşmə və hesablama prosedurları elektron mərkəzləşməyə yönəldi və sözün tam mənasında sadələşdirildi.
Hörmətli deputat həmkarlarım, hökumət üzvləri! Fondun büdcəsini təqdim etmək üçün çıxışa hazırlaşarkən əlimdə olan son 15 ilin sənədlərini bir daha diqqətlə nəzərdən keçirdim. Eyni zamanda, Avropanın aparıcı dövlətlərində – Yunanıstanda, İtaliyada, İspaniyada və digərlərində qlobal böhran dövründə pensiya yaşının artırılması, müavinətlərin və sosial büdcənin bütövlükdə azaldılması fonunda ölkəmizdə bu istiqamətdə aparılan uzaqgörən və təmkinli işlərin nə qədər stabil və dinamik olduğu təsdiqini tapdı.
Fondun bu il üçün 2 milyard 632 milyon 695 min manat-lıq büdcəsini 2006-cı ilin rəqəmləri ilə tutuşdurduqda artı-mını bəlkə də təsəvvür etmək çətindir, 5 dəfədən çox oldu-ğunu görürük. Mən bir rəqəmi demək istəyirəm. Təkcə bu ilin 9 ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 milyard 125 milyon manat təşkil edib ki, bu da əvvəlki dövr ilə müqayisədə 24 faiz çoxdur. Bu rəqəm həmin sahədə aparılan böyük işlərdən xəbər verir. Bu il sosial sığorta haqlarının 61,5 faizi və ya 688 milyon manatı qeyri-büdcə sektorundan daxil olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 20 faiz və ya 112 milyon manat çoxdur. Eyni zamanda, bu, proqnozu da xeyli üstələyib.
Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 21 faiz və ya 336 milyon artaraq 1 milyard 943 milyon manat təşkil etmişdir. Hər il olduğu kimi, gələn il üçün də bu məbləğin əksəriyyətinin, yəni 97,6 faizinin bilavasitə insanların pensiya təminatına yönəldilməsi bizim üçün rəqəmlərdən aydın oldu. Ödəmələrin təsnifatına diqqət yetirdikdə bunlardan 64,5 faizinın yaşa, 27 faizinin əlilliyə görə pensiya olması müəyyənləşdirildi. Eyni zamanda, 135,2 min nəfər isə ailə başçısını itirməyə görə pensiya alacaqdır. Son illər bu sıralanmada daha çox yaşa görə pensiya alanların sayı artıb, yəni əlilliyə görə pensiya alanların faiz mütənasibliyi azalıbdır. 2012-ci ilin 1 noyabr tarixinə 2 milyon 154 mindən çox sığorta olunanın sosial sığorta nömrəsi verilmiş, onlar üçün fərdi hesab açılmışdır. Bu da elektron idarəetmə üçün ən lazımlı şəraiti yaradan bir amildir. Əmək pensiyalarının orta göstəricisi 152 manat olmuş, o cümlədən yaşa görə əmək pensiyasının aylıq məbləği 168 manata çatmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hökumə-tin yarımillik hesabatı ilə bağlı etdiyi çıxışda qarşıya qoyu-lan ən vacib məsələlərdən biri də məhz əmək münasibətlə-rinin rəsmiləşdirilməsi, sosial sığortaya cəlb olunmanın təmin edilməsi idi. Son bir neçə ayda bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müfəttişliyi tərəfindən böyük işlər görülüb. Siz hamınız şəhərdə görmüsünüz, taksilərin üzərində belə, müqavilə ilə bağlı məsələlər əksini tapır. Bunlar hamısı son nəticədə 200 mindən çox sığorta olunanın ödəməyə cəlb olunmasını təmin etmişdir.
Bütün bunlarla yanaşı, təhlil və icra rəqəmləri ilə əlaqə-dar bu sahədə boşluqlar və görüləsi işlərin çox olduğunu xüsusi vurğulamaq istəyirəm. Bu problemlərlə bağlı bir neçə statistik rəqəmlərə diqqətinizi cəlb etmək istəyirəm. Ölkədə bu gün 5 milyon 913 min əmək qabiliyyətli əhali vardır. Həmin adamların 4 milyon 400 mini işləyən və məşğul olanlardır, muzdla çalışanların sayı 1 milyon 421 min 500 nəfərdir. Ölkə üzrə işsizlik faizi isə hamımızın bildiyi kimi, təxminən 6 faiz civarındadır.
Aydınlıq üçün çox sadə, vizual uyğunsuzluğa diqqətinizi cəlb etmək istəyirəm. Məsələn, təsəvvür edin ki, 1 milyon iş həcmi olan bir tikinti şirkətində əmək haqqı fondu heç 1 faizi də təşkil etmir. Yəni ortada əmək haqqı fondunun, əmək haqqından ödəmələrin gizlədilməsi faktı var. Bu bir daha onu göstərir ki, hələ də müqaviləsiz və ikili mühasibat vasitəsilə işləyən müəssisələrin sayı heç də istədiyimiz qədər azalmayıb.
Düşünürəm ki, dünya təcrübəsinə uyğun olaraq istehsalat və xidmət sahələri üzrə iş həcminin müəyyən faizini əmək haqqı fondu kimi müəyyənləşdirən normativ hüquqi sənədlərin qəbul olunmasına çox böyük ehtiyac vardır. Belə dəqiq uçot aparılarsa, fondun yığım əmsalının xeyli yüksəlməsinə və nəticədə pensiya ödəmələrinin artmasına nail ola bilərik.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik və idarəetmə özəlliklərindən biri də hər bir işdə səbəbi müəyyənləşdirmək, onu aradan qaldırmaq və beləliklə, nəticədə ola biləsi nöqsan və çatışmazlıqların qarşısını al-maq, hadisələri qabaqlamaqdır. Bu baxımdan hökumətin fəaliyyətində insanların sağlamlığının bərpası daim prioritet olaraq gündəmdə qalır. Buna bariz nümunə olaraq dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort xidmətləri ilə əhatə olunması barədə verdiyi fərmanlardır.
Məhz sığorta olunanların sağlamlığının bərpası ilə bağlı qaldırılan bu məsələ hər il fondun büdcəsinin müzakirəsi zamanı komitənin keçirdiyi yığıncaqlarda ciddi şəkildə səs-lənir. Bu gün açıq etiraf etmək lazımdır ki, insafən həmin rəqəmlərin böyük əksəriyyəti Dövlət Sosial Müdafiə Fon-dunun büdcəsində, onların iş fəaliyyətində nəzərə alınıb.
Əgər biz sırf bu məqsədlər üçün ayrılan vəsaitlərin artım tempinə nəzər salsaq, görərik ki, 2008–2013-cü illər arasında həmin məbləğ iki dəfədən çox artmış və cari ildə 13 milyon 846 minə çatmışdır. Amma büdcə tərkibində rəqəmləri faizlə müqayisə etdikdə bu göstərici hətta 2009–2010-cu illərdəkindən faizə görə çox aşağıdır.
Uşaqların yay tətilinin təşkilində də hələ görüləsi işləri-miz olduqca çoxdur. Məncə, bu məqsədlər üçün az vəsaitin ayrılması, əksinə, bizə sonralar həm mənəvi, maddi, həm də maliyyə cəhətdən xeyli ziyan vura bilər.
Hörmətli deputat həmkarlarım, fondun büdcəsi, əslində, bugünkü reallıqları özündə əks etdirən ölçülü-biçili sənəd-lərdən biridir. Hesab edirəm ki, məndən sonra çıxış edəcək hörmətli cənab Səlim Müslümovun təqdimatında həmişə olduğu kimi, yenə də rəqəmlər komporativ və əyani təhlil şəklində ortaya qoyulacaq, deputat həmkarlarıma daha ət-raflı çatdırılacaq, bir sıra məsələlərə aydınlıq gətiriləcək və bu gün qaldırdığımız bəzi məsələlər sonrakı düzəlişlərdə öz əksini tapacaqdır. Odur ki, sizdən Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinin təsdiq olunmasına səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Hörmətli Səlim Müslümov, Dövlət Sosial Müdafiə Fondunun sədri buyursun. Hörmətli millət vəkilləri, mən indi suallara baxıram, bəlkə fasiləsiz işləyək? Etirazınız yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çünki bundan sonra üç məsələ qalır. Səlim müəllimin çıxışı bitəndən sonra fasiləsiz işləsək, tez bitirə bilərik.
S.Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sürətli iqtisadi inkişaf siya-sətinin uğurla reallaşdırılması nəticəsində yaranan iqtisadi potensial ölkəmizin bütün əhalisinin, xüsusilə də onun aztəminatlı təbəqəsi olan pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində səmərəli tədbirlərin gerçəkləşdirilməsinə real zəmin yaratmışdır. Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin layihəsinin tərtibi zamanı məhz real iqtisadiyyatın növbəti ildəki inkişaf meyilləri və əsas makroiqtisadi göstəricilərin proqnozları, fondun cari ildəki büdcəsinin ötən dövrdəki icrasının nəticələri, 2013-cü ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf meyilləri, sığorta-pensiya sisteminin əsas parametrlərinin dəyişməsi ehtimalları və 2009–2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı üzrə 2013-cü il üçün nəzərdə tutulmuş tədbirlərin fondun büdcəsinə təsir edən qlobal amillər kimi nəzərə alınması əsas götürülmüşdür.
Cari ilin ilk 9 ayında iqtisadiyyatda məşğul olanların sayı 4 milyon 395 min nəfər, bundan muzdla işləyənlərin sayı isə 1 milyon 377 min nəfər olmuş, orta aylıq əmək haqqı 8,7 faiz artaraq 388 manata çatmışdır. İstehlak xidmətlərinin indeksi 1,5 faiz təşkil etmişdir və ilin sonuna 4,7 faiz səviyyəsində gözlənilir. Cari ilin yanvar-oktyabr aylarında fondun büdcəsinin gəlirləri 2 milyard 125 milyon manat və ya proqnozdan 191 milyon manat, 2011-ci ilin ilk 10 ayının nəticələrindən isə 408 milyon manat yuxarı təmin edilmişdir. Məcburi dövlət sosial sığorta haqlarının məbləği 1 milyard 119 milyon manat olmuşdur ki, bu da proqnozdan 6 milyon manat, ötən ilin müvafiq dövründən isə 152 milyon manat və ya 16 faiz çoxdur.
Qeyri-büdcə sektorundan 688 milyon manat, yəni proq-nozdan 66 milyon manat, ötən ilin müvafiq dövründən isə 112 milyon manat və ya 20 faiz çox sosial sığorta haqları daxil olmuşdur. Gəlirlərin səviyyəsi əhaliyə ödənişlərin vaxtında, yəni hər ayın içərisində maliyyələşdirilməsinə imkan vermişdir. 10 ay ərzində fondun bütün xərcləri 2 milyard 27 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 340 milyon manat və ya 20,1 faiz çoxdur. Əmək pensiyaları kimi əhaliyə 1 milyard 943 milyon manat və ya proqnozdan 17 milyon manat, ötən il yanvar-oktyabr aylarından isə 336 milyon manat çox vəsait ödənilmişdir.
2013-cü ildə fondun büdcəsinə təsir edəcək əsas makro-iqtisadi, demoqrafik, məşğulluq və sosial vəziyyət göstəri-cilərinin proqnozları büdcənin layihəsi tərtib edilən zaman aşağıdakı kimi nəzərdə tutulmuşdur. İnflyasiya 5,7 faiz səviyyəsində, iqtisadi fəal əhalinin ortaillik sayı 4 milyon 806 min nəfər, bundan iqtisadiyyatda məşğul olanların sayı 4 milyon 479,5 min nəfər və muzdla işləyənlərin ortaillik sayı 1 milyon 421 min 500 nəfər nəzərdə tutulmuş, orta aylıq əmək haqqının artım sürətinin 9,6 faiz, real artım tempinin 3,9 faiz, orta aylıq əmək haqqının məbləği isə 440 manat olacağı götürülmüşdür.
Sığorta-pensiya sisteminin özünəməxsus göstəriciləri üzrə aşağıdakılar nəzərdə tutulmuşdur. Pensiyaya çıxma yaşı 1 yanvar 2013-cü ildə kişilər üçün 63, qadınlar üçün 59 yaş müəyyənləşdirilmişdir. Pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı dəyişmir, yəni bütün işləyənlər üçün 12 il, əlilliyə görə pensiya alanlar üçün 15 yaşdan yuxarı əmək dövrünün hər bir ili üçün 4 ay, lakin ümumilikdə 5 ildən az olmamaq şərti ilə müəyyən edilir. Bu şərt eyni ilə ailə başçısını itirməyə görə pensiya alanlara da şamil olunur.
Məcburi dövlət sosial sığorta haqlarının dərəcələrində hər hansı bir dəyişiklik nəzərdə tutulmur, yəni işəgötürənlər üçün 22 faiz, işləyənlər üçün 3 faiz olmaqla əmək haqqı fondunun 25 faizi səviyyəsində məcburi dövlət sosial sığorta haqqının dərəcələri nəzərə alınmışdır. Pensiyaçıların ortaillik sayı təqribən 1 milyon 279 min nəfər götürülür. Bu, cari ilin göstəricisindən 1100 nəfər çoxdur. O cümlədən yaşa görə pensiyaçıların sayı 802 min nəfər, əlilliyə görə pensiya alanların sayı 342 min nəfər, ailə başçısını itirməyə görə pensiya alanların sayı 135 min nəfər səviyyəsində götürülür. 2013-cü il ərzində sistemə 50 min 800 nəfərin daxil olacağı, sistemi isə təqribən 49 min nəfərin tərk edəcəyi proqnozlaşdırılır.
Yuxarıdakı reallıqlar, proqnozlar və “2009–2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair” Dövlət Proqramının 2013-cü il üçün reallaşdırılması nəzərdə tutulan tədbirləri hesaba almaqla fondun büdcəsinin gəlir və xərcləri növbəti ildə 2 milyard 632 milyon 700 min manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 178,4 milyon manat çoxdur. Bu artımın xərcləri və gəlirləri aşağıdakı istiqamətlər üzrə belə bölüşdürülmüşdür: əmək pensiyası üzrə xərclərin artımına 177,8 milyon manat yönəldiləcək. Pensiya və müavinətlərin əhaliyə çatdırılması xərclərinə, bildiyiniz kimi, bu xərclər pensiya və müavinətlərin artımına uyğun olaraq artır, təqribən 1,2 milyon manat əlavə vəsait yönəldiləcəkdir. Digər xərclər üzrə artım 0,6 milyon manat nəzərdə tutulur.
Müavinətlər üzrə isə 1,2 milyon manat azalma nəzərə alınmışdır. Gəlirlər üzrə bu xərclərin artımının maliyyələş-dirilməsi üçün artım belə nəzərdə tutulur: məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar üzrə artım 145,7 milyon manat və ya bütün artımın 81,7 faizi qədər, dövlət büdcəsindən transfert üzrə artım 32,7 milyon manat və ya bütün artımın 18,3 faizi qədərdir. Göründüyü kimi, ilk dəfə olaraq xərclərin artımının 82 faizə qədərinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların artımı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur ki, bu da həmin sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini əks etdirir. Müqayisə üçün qeyd edim ki, keçən il 2012-ci ilin büdcəsini proqnozlaşdıran zaman bütün xərclərin artımının yalnız 45 faizi məcburi dövlət sosial sığorta haqlarının daxilolmaları hesabına təmin ediləcəyini nəzərdə tutmuşduq.
Fondun büdcə xərclərinin 97,6 faizi və ya 2 milyard 570,3 milyon manatı əhaliyə ödənişlərə, 2,4 faizi və ya 60,4 milyon manatı isə digər xərclərə yönəldiləcəkdir. Əhaliyə ödənişlərin 97,3 faizini və ya 2 milyard yarımını pensiya xərcləri, 2,7 faizini və ya 70 milyon manatını isə müavinət xərcləri təşkil edəcəkdir. Pensiya xərclərinin 54,3 faizini pensiyaların baza hissəsi, 2013-cü ildən 1,7 bənd yuxarı ol-maqla 45,7 faizini isə sığorta hissəsinin maliyyələşdirilməsi xərcləri təşkil edəcəkdir. Bu isə ildən-ilə sistemdə sosial sı-ğorta prinsiplərinin gücləndiyini və pensiyaların sığorta hissəsinin payının artdığının əyani göstəricisidir.
Hörmətli millət vəkilləri, büdcənin ayrı-ayrı xərc maddə-lərinin formalaşdırılması mexanizmi barədə məlumatları diqqətinizə çatdırmaq istərdim. Pensiyaların baza hissəsinə 2013-cü ildə 1 milyard 358,5 milyon manat vəsait yönəldi-ləcəkdir ki, bu da cari ildəkindən 56,3 milyon manat çoxdur. Qeyd edilən məbləğ aşağıdakı şəkildə formalaşdırılmışdır. Mən əvvəl də qeyd etdim ki, növbəti ildə pensiyaçıların orta əlillik sayı belə olacaqdır: mövcud qanunvericiliyə uyğun olaraq bu pensiyaçılardan 1 milyon 144 min 800 nəfərin pensiyasının baza hissəsi 100 faizlə, 15 min 600 nəfərinki 120 faizlə – onlar I qrup əlilliyə görə pensiya alanlardırlar, 7,8 min nəfərinki 200 faizlə – onlar I qrup gözdən əlilliyə görə pensiya alanlardırlar, 24 min 600 nəfərinki 55 faizlə – onlar III qrup əlilliyə görə pensiya alanlardırlar, 85 min 800 nəfərinki isə 50 faizlə – onlar isə ailə başçısını itirməyə görə ailədə 1 nəfərdən artıq uşaq olduqda baza hissəsinin uşaqlar arasında bölünməsi prinsipinə uyğun olaraq hesablanmışdır. Ümumi məbləğ 1 milyard 309,6 milyon manat təşkil edir.
Bundan başqa, pensiyaların baza hissəsinə “Əmək pensi-yaları haqqında” Qanunun 19-cu maddəsi üzrə müəyyən-ləşdirilmiş əlavələr üçün 48,8 milyon manat vəsait sərf olunması nəzərdə tutulur. Əmək pensiyalarının sığorta hissəsinin cari ilə nisbətən 11,9 faiz və ya 121,5 milyon manat artacağı nəzərdə tutulmuşdur. Bu vəsaitin 37,2 milyon manatı 2013-cü il yanvarın 1-dən pensiyaların sığorta hissəsinin cari ildə gözlənilən istehlak qiymətləri indeksinin 4,7 faiz səviyyəsinə uyğun aparılacaq indeksləşdirmə xərclərinə, qalan hissəsini, yəni 84,3 milyon manatını isə xüsusi əlavələr alan pensiyaçılar, yəni hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və sair kateqoriyadan olan şəxslərin pensiyalarına, qulluq stajına görə veriləcək əlavələrin artımlarının maliyyələşdirilməsi, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsi xərcləri təşkil edəcəkdir. Bu addımlardan sonra pensiyaların aylıq məbləği 9,1 faiz artaraq orta hesabla 163 manata, o cümlədən yaşa görə pensiya alanlar üzrə 11,9 faiz artaraq 183 manata, əlilliyə görə pensiya alanlar üzrə 4,9 faiz artaraq 131 manata, ailə başçısını itirməyə görə pensiya alanlar isə 6 faiz artaraq 128 manata çatdırılması təmin ediləcəkdir.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri içərisində əhaliyə ödənişlərin ikinci böyük xüsusi çəkiyə malik olan hissəsi sosial sığorta vəsaitləri hesabına maliy-yələşdirilən müavinətlərdir. Bu müavinətlərə 2013-cü ildə fondun bütün xərclərinin 2,7 faizi və ya 70 milyon manat vəsait proqnozlaşdırılır. Həmin vəsaitin bölgüsü aşağıdakı kimi nəzərdə tutulmuşdur. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsinə 18 milyon manat ayrılmışdır. Bu, cari ildə nəzərdə tutulan vəsaitdən 3 milyon manat aşağıdır. Hamiləlik və doğuma görə 22 milyon manat – bu da eyni qaydada cari ildəkindən 3 milyon manat aşağıdır. Bunların səbəbləri barədə mən bir az sonra sizə məlumat verəcəyəm.
Uşağın anadan olmasına görə birdəfəlik müavinətə 4,5 milyon manat, cari ildəkindən 500 min manat çox, 3 yaşına çatanadək uşağa qulluqla bağlı müavinətə 8 milyon və ya cari ildəkindən 2 milyon manat çox, dəfn üçün müavinətə 12,7 milyon manat və ya cari ildəkindən 2, 3 milyon manat çox vəsait nəzərdə tutulur. İşsizlik müavinətinin 4,8 milyon manat və ya cari ildə nəzərdə tutulduğu həcmdə saxlanılması proqnozlaşdırılır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavi-nətin və hamiləlik və doğuma görə müavinətin cari ildə nə-zərdə tutulmuş məbləğə görə 3 milyon manat azaldıl-masının əsas səbəbi cari ilin 10 aylıq büdcəsinin icrasının vəziyyəti olmuşdur. Büdcənin 9 aylıq icrasının vəziyyəti göstərmişdir ki, bu iki hal üzrə müavinət alanların sayı və müavinətin məbləği proqnozlaşdırıldığından xeyli aşağıdır. Bu da təbiidir ki, son zamanlar ölkədə səhiyyə xidmətinin xeyli yüksəlməsi hesabına insanların sağlamlığının möh-kəmləndirilməsi və eyni zamanda, büdcədən də bu istiqa-mətə ayrılan vəsaitlərin artması hesabına sağlamlaşdırma tədbirlərinin intensivləşdirilməsi, əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarının azalması hesabına əldə olunmuşdur.
Ümumilikdə növbəti ildə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə nəzərdə tutulan 18 milyon manatın hesab-lanması aşağıdakı şəkildə həyata keçirilmişdir. Nəzərdə tu-tulur ki, il ərzində 59, ən yaxşı halda 60 min müavinət almaq üçün əmək qabiliyyətini müvəqqəti itirən müraciət edəcəkdir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi 18 gün, hər günə hesablanan vəsaitin məbləği 16,84 manat, ümumilikdə 18 milyon manat vəsait yönəldiləcəyi proqnozlaşdırılır. Hamiləlik və doğuma görə müavinətin proqnozunda da 3 milyon 89 min gün, hər günə 7 manat olmaq şərti ilə 24 min 516 nəfərin bizə müraciət edəcəyi və bu məqsədə 22 milyon manat vəsaitin yönəldiləcəyi nəzərdə tutulmuşdur. Mən hörmətli millət vəkillərimizin diqqətinə çatdırmaq istəyirəm ki, bu hesablamaların hamısı müvafiq slaydlarda sizin diqqətinizə təqdim olunur. Ona görə də icazənizlə, mən bu rəqəmlərin üzərində ayrı-ayrılıqda dayanmaq istəməzdim.
Fondun büdcəsinin digər xərcləri barədə məlumatları diqqətinizə çatdırmaq istərdim. Fondun büdcə layihəsində növbəti il üçün digər xərclərə bütün xərclərin 2,4 faizi və ya 62,4 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, 2012-ci il büdcə layihəsinə nisbətən 1,8 milyon manat və ya 3 faiz çoxdur. Bu artımın əsas hissəsini, təbiidir ki, əvvəldə qeyd elədiyim kimi, pensiya və müavinətlərin əhaliyə ödənilən hissəsinin artımı ilə bağlı həmin vəsaitlərin əhaliyə çatdırılması xərcləri təşkil edir. Təqribən 1,2 milyon manat pul xərclərinin artırılması nəzərdə tutulur.
Eləcə də fondun saxlanması xərclərinin də artırılması nəzərdə tutulur. Bu, təqribən 1,9 milyon manatdır və bunun hamısı yalnız fondun işçilərinin əmək haqlarının artımı üçün nəzərdə tutulan vəsait hesabına olmuşdur. Ümumilikdə pensiya müavinətlərinin əhaliyə çatdırılması xərclərinin hesablanması slaydı qarşınızdadır. Həmin slayddan gördüyünüz kimi, artıq biz ölkədə pensiya müavinətlərinin əhaliyə çatdırılmasını 99 faiz avtomatlaşdırmışıq. Yəni bütün pensiyaçılarımızın 99 faizi artıq pensiyalarını plastik kartlarla bankomatlar vasitəsilə alır. Bir plastik kartın illik qiyməti təqribən 6 manat təşkil edir. Siz bunu pensiyaçıların sayına vursanız, yəqin ki, rəqəmi çıxaracaqsınız. Eləcə də bəzi hallarda poçt, baratlar, bankların özlərinin nağd ödənişi vasitəsilə də ödəmələr həyata keçirilir ki, bu da dəfn müavinətlərinin ödənilməsi ilə və digər hallarla bağlıdır. Bunlar digər tariflə tətbiq olunur. Həmin tarifləri mən sadalamaq istəmirəm. Slaydlarda bu görünür. Onlara da yönəldiləcək vəsaitlə birlikdə bu məqsədlərə 20 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Fondun orqanlarının saxlanılması xərcləri ilə bağlı kiçik bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Dövlət Sosial Müdafiə Fondunun orqanlarının saxlanması xərcləri bütün xərclərin 0,89 faizini təşkil edir. Siz müqayisə üçün baxsa-nız, bir sıra digər qonşu ölkələrdəki həmin göstəricinin, mə-sələn, Litvada 6,15 faiz, Moldovada 1,16 faiz, Rusiyada 1,76 faiz, Qazaxıstanda 1,89 faiz, Qırğızıstanda 1,5 faiz və sair olduğunu görərsiniz. Yəni mən bunu ona görə söyləyirəm ki, Dövlət Sosial Müdafiə Fondunun bir orqan kimi saxlanılma xərclərinin fondun bütün büdcəsinin xərclərinə nisbəti qonşu ölkələr içərisində ən aşağı göstərici hesab olunur.
Təbiidir ki, Dövlət Sosial Müdafiə Fondunun xərcləri içərisində sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinə yönəldilən vəsaitlər də xüsusi rol oynayır. Bu barədə burada komitənin sədri xüsusi məlumat verdi. Bu xərclərin artımı fondun bütün xərcləri içərisində keçən il millət vəkillərimizin qaldırdıqları təkliflərə, məsələlərə uyğun olaraq daha çox artırılmışdır. Buna uyğun olaraq növbəti ildə həmin məbləğ 17 milyon 454 min manat təşkil edəcəkdir ki, bu da cari ildəki səviyyədən 13,7 faiz çoxdur. Bu, fondun bütün xərcləri içərisində ən yüksək artım faizidir. Amma yəqin ki, büdcə müzakirələrində bu məsələyə yenə qayıtmaq imkanımız olacaqdır. Bütün bu xərclərin maliyyələşdirilməsi üçün, təbiidir ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri vaxtında və tam məbləğdə təmin olunmalıdır. Növbəti ildə fondun gəlirlərinin də 178,4 milyon manat artırılması nəzərdə tutulur. Bu vəsaitin əsas hissəsi dövlət sosial sığorta haqla-rının hesabına təmin ediləcəkdir. Belə ki, dövlət büdcəsin-dən edilən transfertin artımı cəmi 32,7 milyon manatdır, qalan 145 milyon manat artımın hamısı məcburi dövlət sosial sığorta haqlarının hesabına olacaqdır.
Məcburi dövlət sosial sığorta haqlarının tərkibində qeyri-büdcə sektorundan daxilolmaların xüsusi çəkisinin, eləcə də ümumi məbləğinin artımı əsas rol oynayır. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirlərinin strukturunda növbəti ildə bütün vəsaitlərin bir milyard 550,2 milyon manatının sosial sığorta haqları, 5,5 milyon manatının digər gəlirlər, 1 milyard 77 milyon manatının isə dövlət büdcəsindən ayrılacaq vəsait olacağı görünür. Beləliklə, fondun gəlirlərinin strukturunda dövlət büdcəsinin transfertinin xüsusi çəkisi keçənilki 42 faizdən 40,9 faizə endirilib. Məcburi dövlət sosial sığorta haqlarının və digər gəlirlərinin payı isə 60 faizə qədər artırılır. Məcburi dövlət sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 142,7 milyon manat, 3 milyon manat da sair xərclərin artımı üçün nəzərdə tutulur. Bütün bu artımlardan sonra dövlət büdcəsində əvvəldə qeyd etdiyim kimi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirlərində dövlət büdcəsinə transfertin payı 1,7-dən aşağı salınıb.
Mən bir məsələni də millət vəkillərimizin diqqətinə xüsusi olaraq çatdırmaq istəyirəm. Bu da dövlət büdcəsindən ayrılan transfertin xərclənməsi istiqamətidir. Bu məsələ bəzən mətbuatda, kütləvi informasiya vasitələrində geniş müzakirə olunur. Ayrıca slaydda bu öz əksini tapıb, sizin də diqqətinizə çatdırmaq istərdim. Gələn il üçün nəzərdə tutulan 1 milyard 77 milyon manat dövlət büdcəsindən olan transfertin əsas məbləği, yəni 760 milyon manata yaxın olan hissəsi 1997-ci ilin 1 aprel tarixinə qədər pensiyaya çıxmış “köhnə pensiyaçılar” adlandırdığımız pensiyaçıların pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcəkdir. Bu insanların əsas hissəsi ya ümumiyyətlə, sosial sığorta haqqı ödəməmişdir, ya da 5 ildən az müddət ödəmişdir. Yəni mövcud qanunvericiliyə görə heç vaxt əmək pensiyası hüququ əldə etməmişdir. Amma təbiidir ki, onlar pensiya ilə təmin olunmalıdırlar və onların ən azından orta aylıq pensiya məbləğində pensiya almaları sonuncu islahat tədbirindən sonra, yəni 2011-ci il iyulun 1-də keçirilən islahat tədbirlərindən sonra təmin olunmuşdur.
Transfertin 48,8 milyon manatı “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinə görə pensiyaların baza hissəsinə əlavələrə, 11,6 milyon manatı isə digər mad-dələrinə yönələcək. Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavə alan pensiyaçılarımız var. Onlar dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, prokurorluq işçiləri, millət vəkilləridirlər və sair. 260,8 milyon manat onların qulluq stajına əlavənin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur. Gördüyünüz kimi, bu vəsaitlər məcburi dövlət sosial sığorta haqqı şəklində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olan gəlirlər hesabına maliyyələşdirilə bilməz. Bunlar mütləq şəkildə dövlət büdcəsindən transfert kimi Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmalıdır. Yəni bu hesablamalar qalıq şəklində deyil, konkret rəqəmlərə, mövcud pensiyaçıların, köhnə sistemlə pensiyaya çıxanların və qulluq stajına görə əlavə alanların sayına əsaslanmışdır.
Ümumilikdə Dövlət Sosial Müdafiə Fondunun sizə təqdim olunan büdcəsinin reallaşdırılması bizə nə verəcək-dir? Əvvəldə qeyd etdiyim kimi, pensiyaların orta aylıq məbləği 9,1 faiz artaraq 163 manata, o cümlədən yaşa görə pensiya alanlar üzrə 183 manata qalxacaqdır. Biz bunu Amerika Birləşmiş Ştatları dolları ifadəsinə çevirsək, pensi-yalarımızın məbləği ilk dəfə olaraq 200 dolların üzərinə qalxacaq və yaşa görə pensiya alanlar üzrə isə bu, 235 dollara çatacaqdır. Eyni zamanda, pensiyaların hər ay içərisində pensiyaçılarımıza çatdırılması təmin olunacaqdır. Yaşayış minimumu ilə pensiyaların orta aylıq məbləği arasındakı fərq tədricən artırılacaqdır. Bu da pensiyaçılarımızın ümumi sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların səmərəliliyini göstərir.
Bütün bunları nəzərə alaraq mən sizdən xahiş edirəm ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə səs verəsiniz. Çünki bu büdcənin icrası Azərbaycan Respublikası Prezi-denti cənab İlham Əliyevin Azərbaycan Respublikasında həyata keçirdiyi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətindəki tədbirlərin səmərəliliyini daha da artıracaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Səlim müəllim, çox sağ olun. Mənim kiçik bir sualım var. Milli Məclis həmişə Dövlət Sosial Müdafiə Fondunu dəstəkləyib və inkişafında rol oynayıb. İndi mən bir məsələni soruşmaq istəyirəm. Gəlirləri artırmaq, vergidən yayınmanın qarşısını almaq üçün Dövlət Sosial Müdafiə Fondunun bankda hesabları bağlamaqdan başqa nə imkanları var?
S.Müslümov. Təşəkkür edirəm, çox gözəl bir sual ver-diniz. Burada mən həmin məsələyə niyə diqqət çəkmədim? Çünki Hadi müəllim çıxışında bu məsələləri işıqlandırdı. Bu gün açıq demək lazımdır, ölkədə mövcud olan əhalinin gəlirlərinin içərisində əmək haqlarının xüsusi çəkisi son dərəcə aşağı göstərilir. Amma real olaraq çox böyükdür. Siz Dövlət Statistika Komitəsinin keçənilki göstəricilərinə bax-sanız, görərsiniz ki, statistik hesabatda əhalinin gəlirləri 30 milyard 660 milyon manat göstərilib, amma bundan əmək haqqı şəklində cəmi 23,7 faiz və ya 7 milyard 172 milyon manat vəsait göstərilir.
Müqayisə üçün qonşu ölkələrin bəzilərindən məlumatları diqqətinizə çatdırıram. Rusiyada bu, 69 faiz, Qazaxıstanda 71 faiz və sair təşkil edir. Avropada orta göstərici 65 faizdir. Digər bir göstərici də var. Bu da iqtisadiyyatda məşğul olanların içərisində muzdla işləyənlərin sayı və onların xüsusi çəkisidir. Mən çıxışımda qeyd etdim və Hadi müəllim də burada dedi. Azərbaycanda iqtisadiyyatla məşğul olanların sayı statistikanın göstərdiyi ilə bizə verilən hesabatlar üzrə də eyni ilə üst-üstə düşür. İşləyənlərin cəmi 31,7 faizi müqavilələr əsasında muzdla işləyir. Amma digər ölkələrdə, məsələn, Rusiyada bu, 89 faiz, Moldovada 90 faizdir və sair. Bütün bunlar onu göstərir ki, – Hadi müəllim də burada qeyd etdi, – iqtisadiyyatda çox böyük inkişafın olmasına, çox böyük sayda iş yerlərinin açılmasına baxmayaraq, iş yerləri qeydiyyatdan gizlədilir, eləcə də əmək haqlarının leqallaşması istiqamətində addımlar atılmır.
Cənab Prezident Nazirlər Kabinetinin cari ilin 6 ayının yekunlarına həsr olunmuş iclasında bu məsələnin çox kəskin şəkildə problem kimi ortada olduğunu qeyd etdi və müvafiq tapşırıqlar verdi. Hadi müəllim də bunu qeyd etdi, son 3 ay ərzində bu sahədə həyata keçirilmiş tədbirlər təqribən 180–190 min nəfərlə əmək müqaviləsinin bağlanması ilə nəticələnib. Bunun təqribən 160 min nəfərini bizə Vergilər Nazirliyi, 30 min nəfərini Əmək müfəttişliyi təqdim etmişdir. Bu, təmin olunmuşdur, amma əsas məsələ əmək haqlarının səviyyəsinin gizlədilməsidir.
Oqtay müəllim, sualı cavablandırarkən, təbii ki, mən də açıq danışmalıyam. Təəssüflər olsun ki, bu gün real əmək haqqı cədvəllərində əmək haqları xeyli aşağı göstərilir. Verilən əmək haqları hesablamalarımıza görə 2,5 dəfə yuxarıdır. Amma bunların leqallaşdırılması istiqamətində addımlar atılmalıdır. Biz bunu nəzərə alaraq “Sosial sığorta haqqında” Qanuna bəzi dəyişikliklər edilməsi təklifini irəli sürmüşük. Sizdən də, millət vəkillərimizdən də xahiş edirəm, bu ideyanı dəstəkləyəsiniz. Söhbət iqtisadiyyatın müxtəlif sahələri üzrə əmək haqqı fonduna hasilata nəzərən normaların tətbiq edilməsindən gedir. Bu, ilk dəfə bizim tərəfimizdən hesab icad edilməsi demək deyil. Qonşu Türkiyədə bu artıq 1964-cü ildən bu günə qədər tətbiq olunur.
Burada söhbət nədən gedir? Məsələn, mənzil tikintisi. Türkiyədə müəyyən ediblər ki, mənzil tikintisində satılan, istifadəyə verilən mənzillərin dəyərinin 9,65 faizi həmin şirkətin əmək haqqı fondunu formalaşdırmalıdır. Bu məbləğ minimum kimi qoyulur, bundan yuxarı da ola bilər. Yuxarı olanda sosial sığorta haqları da, gəlir vergisi də faktdan alınacaq. Burada, eyni zamanda, iki vergi növündən, gəlir vergisindən, bir də, sosial sığorta haqlarından söhbət gedir. Belə bir normanın, elə düşünürəm ki, tikintidə və dövlət satınalmalarında tətbiqinə bu gün artıq ehtiyac yaranıb. Əgər belə bir addım atılarsa, bizim hesablamalarımıza görə, fondun məcburi dövlət sosial sığorta haqları şəklində gəlirlərinin ən azından iki il ərzində 80–90 faizə qədər artırılması imkanları var. Təbiidir ki, onda transfertdən imtina etmək olar. Köhnə pensiyaçılar üçün ayrılan hissəni tamamilə daxil olan vəsaitlər hesabına maliyyələşdirmək və yaxud da onu saxlamaqla pensiyaların artımını təmin etmək olar.
Sədrlik edən. Çox sağ olun. Yəni bu o deməkdir ki, gizlədilən pulları insanların pensiyalarına əlavə etmək olar? Çox sağ olun.
Müzakirələrə başlayırıq. Xahiş edirəm, yazılın. Etiraz yoxdursa, çıxışlar 5 dəqiqə olsun. Arif müəllim, Siz sual vermək istəyirdiniz, düyməni basmadınız. Arif Rəhimzadə.
A.Rəhimzadə. Səlim müəllim, Siz banklar vasitəsilə pen-siyaları əhaliyə çatdırırsınız. Bəlkə bankı dəyişəsiniz? Mən nəyə görə deyirəm? Neftçala rayonunda bir zona var, Xol adlanır, rayon mərkəzindən 70 kilometrlik məsafədə, Salyan şəhərindən 40 kilometrlik məsafədə yerləşir. Dörd ildir, söhbət gedir və Siz də bu işlə məşğul olursunuz ki, Kapitalbank orada bir bankomat qoysun, bundan ötrü lazımi şərait də yaradılıbdır. Hər bir imkan var, ancaq bu 4 il ərzində məsələ həll olunmayıbdır. Sizin imkanınız varmı, tender keçirəsiniz və başqa bir bank vasitəsilə bu məsələni həll edəsiniz? Mən elə başa düşürəm ki, bu tək Neftçala rayonuna aid deyil, başqa rayonlarda da belə problem var. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli Səlim müəllim! Əlbəttə, ötən dövr ərzində Azərbaycanda bu sistem kifayət qədər stabilləşdi və aparıcı ölkələrin modelləri ilə mənfi miras saydığımız elementləri müəyyən mənada islah edə bildik. Həqiqətən də, xeyli uyğunlaşdırmalar aparıldı. Xüsusilə də sovet zamanında pensiyaya çıxmış şəxslərin, pensiya məbləği ilə bağlı indeksasiya tədbirlərinin həyata keçirilməsi çox önəmli idi. Lakin cənab Sədr bir məsələyə toxundu. İstəyirəm, bir az bu fikri genişləndirək. Siyasi əleyhdarların da tənqid etdikləri məsələlərdən biri budur. Mən düşünürəm ki, iqtisadi proseslərin ən vacib komponenti, indikatoru bizim indi müzakirə etdiyimiz bu sənəddir.
İş yerlərinin açılması, bunların hansı hissəsinin daimi iş yerlərinin olması, hansı hissəsinin isə mövsümi xarakter daşımasına uyğun sosial sığorta ödəmələri olmalıdır. Həmin ödənişi həyata keçirən insanların sayı artmalıdır. Hörmətli Səlim müəllimdən eşitmək çox maraqlı olardı ki, həmin dövr ərzində onların sayı nə qədər artıbdır və bu, nə qədər əlavə sosial sığorta ödəmələrinə səbəb olubdur?
Mən müqayisə üçün bir məqamı təqdim etmək istəyirəm. Dünyanın əksər ölkələrində əhalinin, hər bir vətəndaşın iqtisadi dəyər yaratma potensialı və reallıqda bunu ifadə etmək imkanları var. Bizdə bu rəqəm onsuz da çox yuxarı deyil. Azərbaycan vətəndaşının, baxmayaraq ki, iqtisadi fə-allığı böyükdür, amma nəticədə ümumi daxili məhsulun formalaşmasında o çox az paya malikdir. Beləliklə də, ödə-mələr kifayət qədər aşağı düşmüş olur. Ancaq mən istəyirəm ki, hörmətli Səlim müəllim buna aydınlıq gətirsin.
Mən həmişə bu məsələlərdən danışılanda qanunun mənfi mirasını xatırladıram. Rusiya qanunvericiliyində bayram günlərinin bazar gününə düşdüyü halda bir gün sürüşdürül-məsi qaydası var. Azərbaycanda təxminən 110–112 gün, ilin üçdə biri qədər istirahət edirik. Bu göstəriciyə görə biz bircə İrandan geri qalırıq. Bununla da çox unikal vəziyyət yaranır. Bir tərəfdən yaxşı əmək haqlarına sahib olmaq, gələcəyimiz üçün yaxşı pensiya formalaşdırmaq istəyirik, digər tərəfdən də çox az istehsal gücünə malikik. Bir gün işləməmək dövlətə və yaxud da vətəndaşın özünə milyonlara başa gəlir. Mən istərdim ki, bu məsələyə münasibət bildirilsin.
Əlbəttə, müharibə bizdə əlillərin, şəhid ailələrinin sayını kifayət qədər artırdı. Müharibə olmasaydı, Azərbaycanın sosial ödəmələri tamam başqa xarakter daşıyardı. İndi qeyd olundu ki, 342 min əlilimiz var. Dünya ölkələri ilə müqayi-sədə bizim əlillərimiz nə qədər çoxdur? Bir məqam orta-dadır, əlillərimizin sayı artır, amma paralel şəkildə orta ömür müddəti də uzanır. Bu çox ziddiyyətli bir mənzərə yaradır. Sanki bu elə bir indikatordur ki, birində artma yaranırsa, deməli, digərində, məsələn, səhiyyə xidmətində vəziyyət problemlidir. Əgər bunların həyat durumunda problemlər yaranırsa, bu, orta ömür müddətinə, heç şübhəsiz, təsir etməlidir.
Mən düşünürəm ki, başqa bir məqam anadan olmuş uşaqlara ödənilən müavinətlərlə əlaqədardır. Əlbəttə, Azərbaycan Çin deyil. Burada əhalinin artımı stimullaşdırılır. Azərbaycan bu cür artımla regionda xüsusi çəki əldə edir. Bu vəziyyət ölkənin ümumi həyatına da müsbət təsir göstərmiş olur və sair. Ancaq bu uşaqlara ödənilən müavinətlər o qədər kiçikdir ki, buna görə Azərbaycan analarına və valideynlərinə təşəkkür düşür. Demirəm ki, onlar həyatlarını məhz buna görə qururlar, amma bu göstərici bir elementdir, mühüm bir vasitədir. Biz bunu bu qədər aşağı təyin etməməliyik. Onsuz da 18 yaşınadək uşaqlara ödəmələr çox kiçik olduğundan biz bunları ləğv etdik, heç olmasa, birdəfəlik ödəmələri artırmalıyıq.
Hörmətli Səlim müəllim, hər il bankomatlar məsələsi qal-xır. Arif müəllim də bu məsələyə toxundu. Qarabağın siyasi paytaxtı, əhalinin təmərküzləşdiyi ən böyük yer Bərdədir. Bankomatlar məsələsi orada da çox böyük problem yaradır. Nəzərə alın ki, burada yüz mindən artıq qaçqın, məcburi köçkün var. Ona görə də Bərdə ilə bağlı bu məsələni xüsusi nəzarətə götürməyi Sizdən xahiş edirik. Mən bu sənədə səs verəcəyəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu qa-nun layihəsi ilə əlaqədar hörmətli Səlim müəllim və hörmətli Hadi müəllim geniş və ətraflı məlumat verdilər. Hesab edirəm ki, kifayət qədər təkmil bir sənəd ortadadır. Qeyd etmək istəyirəm ki, Azərbaycanda son illərdə sosial müdafiə sahəsində çox böyük işlər görülür. Qanunvericilikdə də bununla əlaqədar mühüm dəyişikliklər edilib. Hesab edirəm ki, bu sahəyə cavabdeh olan qurum kifayət qədər çevik bir siyasəti həyata keçirir, dünya təcrübəsini Azərbaycanda çox səriştəli şəkildə tətbiq edir.
Azərbaycanda sosial müdafiəni gücləndirmək Azərbaycan hakimiyyətinin, Azərbaycan Prezidentinin siyasətində aparıcı yerlərdən birini tutur. Azərbaycan Konstitusiyasında da biz sosial yönümlü siyasətə diqqət yetirmişik. Bu məsələ Konstitusiyada da təsbit olunur. Əlbəttə, sosial müdafiəni daha da gücləndirmək, bu sahədə işləri daha da təkmilləşdirmək istiqamətində perspektivdə müəyyən işlər görülməlidir.
Burada hörmətli Sədrimiz Oqtay müəllim Səlim müəllimə sual yönəltdi. Bu istiqamətdə mən fikirlər səsləndirmək istəyirdim. Hörmətli Səlim müəllim bununla əlaqədar mövcud problemi açıqlığı ilə bildirdi. Hesab edirəm ki, bu istiqamətdə də biz Dövlət Sosial Müdafiə Fondunun təkliflərini onların istədikləri formada qanunvericilikdə təsbit etməliyik, çünki qanunlar nə qədər təkmil, sərt olsa və kifayət qədər səlahiyyətlər versə, təbii, bu zaman daha ciddi addımlar atmaq, qərarlar qəbul etmək, işləri lazımi şəkildə həyata keçirmək olar. Bu gün biz ayrı-ayrı ölkələrin qanunvericiliyinə diqqət yetirsək, görərik ki, bu ölkələrdə ən ağır cinayətlər nə sayılır? Ən ağır cinayət vergidən, sosial müdafiə ilə əlaqədar ödəmələrdən yayınmadır. Azərbaycanda da biz bu işləri görməliyik, son nəticədə Dövlət Sosial Müdafiə Fonduna ayırmaları elə səviyyəyə çatdıraq ki, Dövlət Sosial Müdafiə Fondunun vəsaiti başqa yerdən alınmasın. Ona görə də bu istiqamətdə işlər daha da genişləndirilməlidir.
Mən bu qanun layihəsinə səs verəcəyəm. Amma məndən əvvəl hörmətli Zahid Oruc istirahət günləri ilə bağlı bəzi fi-kirlər səsləndirdi. İstirahət günlərinin az və ya çox olması ölkə üçün təhlükəli deyil, əsas odur ki, istehsal düz qurulsun, əmək məhsuldarlığı yüksək olsun. Bizdən də çox istirahət günləri olan ölkələr var. Amma orada ölkənin büdcəsi də, ölkədə təminat da heç də bizdən geri deyil. Yəni burada əsas odur ki, istehsal münasibətləri, məhsuldar qüvvələr və bütövlükdə istehsalın təşkili, yeni texnologiyalar yüksək səviyyədə olsun ki, cəmiyyətin yaratdığı varidat və ümumi daxili məhsul yüksək səviyyəyə qalxmış olsun. Biz də bu yolu seçmişik və həmin yolla gedirik. İstirahət günləri bazar, şənbə gününə düşəndə biz bunları əvəzləyirik. Bu çox məntiqlidir, çünki insanın istirahətini onun əlindən almaq olmaz.
Amma mən razıyam ki, uşaqlara verilən müavinətlər mə-sələsini birdəfəlik həll etməliyik. Ya kifayət qədər normal məbləğ verməliyik, ya da bu məbləği verməməliyik. Ümu-miyyətlə, biz aztəminatlı ailələrə yardım, büdcədən vəsait ayırırıq. Doğrudur, bu, Dövlət Sosial Müdafiə Fondu ilə bağlı deyil, başqa bir məsələdir. Ya biz aztəminatlı ailələrə verilən vəsaitləri oradan çıxararaq çoxuşaqlı ailələrə birdə-fəlik müavinət şəklində ödəməliyik və bu sistem vasitəsilə bunu həll etməliyik, ya da həmin sistemi çoxuşaqlı ailələrə də şamil etməliyik. Yəni bu və ya digər ailənin gəlirləri hesablananda uşaqların sayı və sair də nəzərə alınmalıdır.
Bütövlükdə mən hesab edirəm ki, bu gün Azərbaycanda sosial müdafiə ilə, xüsusilə pensiyaların verilməsi, ödənil-məsi ilə bağlı çox böyük işlər görülür və perspektivdə də bu işlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial, imkan var, bu istiqamətdə də işlər aparılacaq. Əlbəttə, bankomat problemləri var, bu da, hesab edirəm ki, həll olunan məsələlərdir. Mən uğurlar diləyirəm. Qanun layihəsinə də səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hörmətli Səlim müəllim Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi ilə bağlı fikirlərini ətraflı söylədi, gözəl çıxış etdi, məlumatlar verdi. Amma mən çox təəssüf edirəm ki, bu məsələ ətrafında ortaya çıxacaq fikir-lərlə bağlı digər qurumların təmsilçiləri burada yoxdurlar. Həmin qurumların təmsilçilərinin burada olması bəzi məsə-lələrə aydınlıq gətirərdi.
Mən çox hörmətli Səlim müəllimlə bir az əvvəl də bu məsələni müzakirə etdim. Bu məsələnin öz həllini tapmasını istərdim. Ortaya bir məsələ çıxıb. Məsələ ondan ibarətdir ki, Ermənistanın torpaqlarımızı işğalı zamanı bir çox gənclərimiz öz əmək fəaliyyətlərini yarımçıq qoyaraq Vətəni, torpaqlarımızı qorumağa getdilər. Artıq illər keçib, indi belə bir mənzərə ortaya çıxır. Həmin dövrdə kimlər öz əmək fəaliyyətlərini davam etdirib, müharibəyə getməyiblər, onların əmək stajı gedib, onlar əmək pensiyası alacaqlar və əmək pensiyalarının məbləği əlillərin aldıqları müavinətlərlə müqayisədə yaxşı səviyyədədir. Amma o insanlar ki gedib Vətəni qorudular, torpaq üçün sağlamlıqlarını itirdilər, əlil oldular, yəni öz əmək fəaliyyətlərini davam etdirə bilmədilər, bu gün onların əlilliklə bağlı aldıqları müavinət əmək pensiyalarından aşağıdır. Mən hesab edirəm ki, bu, doğru yanaşma deyil. Yəni öz əmək fəaliyyətlərini yarımçıq qoyub müharibəyə getmiş adamlar gənc idilər və onlar 5 il əmək fəaliyyəti göstərə bilməmişdilər. İndi onların əmək pensiyaları üçün 5 il staj mütləq lazımdır. Onlarda da bu yoxdur, ona görə də burada ziddiyyətli məqam ortaya çıxacaq. Səlim müəllimlə də danışdıq, mən hökumət üzvlərinə səslənirəm. Ən yaxşı çıxış yolu ondan ibarətdir ki, onların əlilliyə görə aldıqları müavinətlər əmək pensiyaları həcmində olsun. Ən azı bu həddə çatdıraq ki, həmin insanların bu gün, gələcəkdə problemləri yaranmasın. Bunun hökumət tərəfindən mütləq nəzərə alınması çox yaxşı olardı ki, gələcəkdə bu cür narahatlıq və narazılıq doğuran məsələlər artmasın.
İkinci bir məsələni Səlim müəllim burada geniş vurğu-ladı. Millət vəkilləri də bu məsələyə toxundular. Əmək müqavilələri ilə bağlı ciddi problemlər var və bu sahədə ciddi irəliləyiş yoxdur. Bu gün əmək müqavilələri ilə bağlı ciddi problemlər var, əmək haqlarının həcmi də gizlədilir, əmək müqavilələri bağlanılmır. Bunun Dövlət Sosial Mü-dafiə Fondunun gəlirləri hissəsinə nə qədər böyük zərər vurduğunu biz vurğulayırdıq. Amma gəlin, biz buna insanlar tərəfindən də baxaq. İnsanların bütün gələcəyi zərbə altındadır. Biz pensiya sahəsində fərdi uçot sisteminə keçmişik. Bu adamların əmək müqavilələri yoxdursa və ya əmək müqaviləsində əmək haqları çox cüzi göstərilirsə, sabah onlar pensiyaya çıxanda necə yaşayacaqlar? Nə pensiya alacaqlar? Biz minlərlə, on minlərlə insanın gələcəyini sual altında qoyuruq. Ona görə də biz normativləri qəbul edək.
Mən razıyam. Amma, Səlim müəllim, bu normativləri hə-yata keçirən qurumlar da hesabat verməlidir. Əgər əmək müqavilələri ilə bağlı ciddi problem varsa, buna nəzarət edən qurumlar nə ilə məşğuldurlar? Niyə ciddi nəzarət yox-dur? Dövlət Sosial Müdafiə Fondu gəlirlərini itirir, əhaliyə zərər vurulur. Niyə ciddi nəzarət yoxdur? Hanı bu mə-sələlərdə ciddi pozuntulara yol verən qurumlar? Onlar çox ağır cəzalandırılmalıdırlar. Biz onların adlarını mətbuat səhifələrində görmürük. Nə qədər ağır cəzalar aldıqlarını da görmürük. Bu şirkətlər cəzalandırılsın, ağır cəzalar verilsin, problemlər ortaya çıxsın ki, bu məsələlər öz həllini tapsın. Normativlər qəbul ediriksə, bunlara nəzarət edən qurumlar-dan çox şey asılı olacaq.
Mən sonda Arif müəllimin toxunduğu bankomatlar mə-sələsinə toxunuram. Bu problem bizim rayonda da, hər ra-yonda da var. Səlim müəllim, ümumiyyətlə, bankomatların sayını artırmaqla bərabər, Siz yaxşı bir fikir söyləmişdiniz, səyyar bankomatlar məsələsini qaldırmışdınız. Biz çox xahiş edərik, səyyar bankomatlar məsələsi də tez öz həllini tapsın, çünki ciddi problemlər var. Tovuzun Ermənistanla sərhəd kəndləri rayon mərkəzindən neçə kilometrlərlə uzaqdadır, insanlar əziyyət çəkirlər, pensiyalarını ala bilmirlər. Sizin karta nə vaxt pul ötürüldüyünü mobil telefonla xəbər vermək haqqında layihəniz var idi. Heç olmasa, insanlar gəlib geri qayıtmasınlar.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli Səlim müəllim Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi barədə çox müfəssəl məlumat verdi. Fikirləşmək üçün də zəngin material verən məlumatlar oldu. Bunun ətrafında bir sıra məqamlara münasibət bildirmək istəyirəm.
Birinci, burada səslənən məqamlarla bağlı, Ziyafət müəl-lim, qeyd etmək istəyirəm ki, 1,3 milyon adamın taleyindən söhbət gedən bir anda və Dövlət Sosial Müdafiə Fondunun da bacardığını etdiyi bir məqamda bütövlükdə pensiya məsələsinin Dövlət Sosial Müdafiə Fondunun üzərinə atılması, büdcənin Maliyyə Nazirliyinin üzərinə atılması tamamilə səhv bir yanaşmadır. Pensiya məsələsində pensiya islahatları haqqında çox yaxşı bir konsepsiya hazırlanıb. Necə hazırlanıbsa, davamlı şəkildə də ziqzaqlara yol vermədən həyata keçirilməsi üçün hökumət dəstək olmalıdır.
Bu gün Milli Məclisin dəstəyi 1 milyard manatdan artıq vəsaitin ayrılması istiqamətində özünü göstərir. Eyni zamanda, bəzi məsələləri də müqayisə edəndə görürük ki, bu istiqamətdə əldə edilən nəticələrdə müsbət məqamlar var. Əgər biz MDB məkanında qonşu ölkələri, Xəzərin o biri tayında olan ölkələrin artıq xeyli hissəsini keçdiksə, amma neft hasil edən ölkələrdən, məsələn, Rusiyadan və Qazaxıstandan pensiyanın səviyyəsinə görə geriyik.
İkinci, Baltikyanı ölkələrlə müqayisədə, yenə də biz Lat-viya, Litva, Estoniyanın göstəricilərindən geriyik, çünki orada 340–440 dollar səviyyəsində pensiya var. Bəs bunun artırılması üçün burada deyilən məqamlar yetərincədir? Mənə elə gəlir ki, yox. Əlavə məqamlara da diqqət etmək lazımdır. Birinci, əməyin ödənilməsi üçün ayrılan vəsait 15 faizin altındadır, Ziyafət müəllim, çox nadir ölkələr tapmaq mümkündür ki, bu cür aşağı göstərici olsun. Ona görə də əməyin ödənilməsi 15 faizin altında olan bir şəraitdə 400 manat maaşı olanda da fond Azərbaycanın beynəlxalq səviyyədə imza atdığı sənədlərə əməl etməklə pensiyanı 40 faizə çatdırır və beləliklə də, o, müsbət addım atır, amma bu məbləğ 160 manatdır. Əməyin ödənilməsini təkmilləşdirərək 30 faizə çatdıra bilsək, artıq bizim pensiyalarımız 160 manat yox, 320 manat olacaq və beləliklə də, biz Baltikyanı ölkələrin göstəricilərinə çata biləcəyik. Ona görə də əmək məhsuldarlığının, əməyin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi ilə yanaşı, əməyin bilavasitə uçota alınması, kölgə iqtisadiyyatının aradan qaldırılması sahəsində də, hesab edirəm ki, ciddi tədbirlərin həyata keçirilməsinə eh-tiyac var. Belə tədbirləri həyata keçirməklə biz pensiyala-rın indiki kimi 160 manata yox, təxminən 1,5–2 dəfə artıq bir səviyyəyə qaldırılması istiqamətində addımlar ata bilərik.
Mənim qeyd etmək istədiyim bir məsələ də var. Qənirə xanım da bu məsələyə toxundu. Azərbaycan Respublikası-nın ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizələrdə sağlamlığını itirən I qrup əlillər 70 manat, II qrup 60 manat, III qrup ondan da aşağı müavinət alırlar. Başqa müavinətləri də qeyd edim. Azərbaycan Respublikasının müdafiəsi zam-anı əlil olanlar – I qrup – 99 manat, II qrup – 77 manat, III qrup – 55 manat alırlar. Hörmətli Ziyafət müəllim, ehtiyac meyarı və yaşayış minimumu məsələsini müzakirə edəndə görəcəyik ki, yaşayış minimumu 116 manat, ehtiyac meyarı 93 manatdır. Mənim səsləndirdiyim rəqəmlər isə heç bir əsas olmadan ehtiyac meyarından da aşağıdır. Bu isə fizioloji cəhətdən mövcudluq uğrunda mübarizə aparmaq deməkdir. Ona görə də bu müavinətlərə yenidən baxılmasını, həmin müavinətlərin, heç olmasa, yaşayış minimumu səviyyəsinə çatdırılması istiqamətində addımların atılmasını zəruri hesab edirəm. Dövlət Sosial Müdafiə Fondundakı yeniliklər gələn il pensiyaların artırılmasına təkan olduğuna görə müsbət qiymətləndirirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Hikmət Atayev.
H.Atayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli Səlim müəllim, mən bir məsələ ilə bağlı fikirlərimi söyləmək istəyirəm. Sözsüz ki, bu, məsləhət deyil, mən bu barədə sizə məsləhət edə bilməzdim. Ancaq təkliflərimi demək istəyirəm. Mən belə başa düşürəm ki, pensiya formalaşarkən in-sanın aldığı maaş bunu müəyyənləşdirir. Yəni baza hissəsindən əlavə yığım hissəsi adamın aldığı maaşdan ayrılan vəsait hesabına formalaşır. Mən digər sahələrə toxunmuram, səhiyyə və təhsil sahəsi haqqında demək istəyirəm. Əgər səhiyyə və təhsil işçilərinin pensiya fonduna ayırmaları rəqəm şəklində yox, faiz şəklində hesablansaydı, bu daha ədalətli olardı.
Bir misal gətirim. Məsələn, mən həkim işləyirəm, 150 manat maaş alıram, mən maaşımdan 10 faiz keçirirəmsə, bu, 15 manatdır. Ola bilər ki, 5–10 ildən sonra həkimlərin maaşı 3000–5000 manata çatsın. Belə olarsa, mənim pensiyam bu gün ayırdığım 15 manatın hesabına hesablanacaq? Mən elə bilirəm ki, belə bir pensiya həkimin o vaxtkı maaşı ilə heç uyğun olmayacaq. Amma məsələn, 10 faizi keçirən adam gələcəkdə pensiyaya çıxarkən maaşının müəyyən faizi pensiyasını təşkil edəcək. 20 faiz keçirən adamın pensiyası maaşının müəyyən faizini təşkil etməlidir. Bu, mənə elə gəlir, daha ədalətli olardı. Əlbəttə, mən bu gün aldığım maaşın 20 faizini keçirməyə çalışardım ki, pensiyaya çıxarkən aldığım məbləğ təxminən o vaxt işləyən həkimin maaşı ilə eyni olsun.
Bunu nəyə görə səhiyyəyə və təhsilə şamil etmək istəyirəm? Ona görə ki, səhiyyə və təhsil işçilərinin əmək haqları təxminən eyni olur. Bu nə ilə ölçülür? Təhsil işçi-lərinin əməyi təhsil verdikləri şagirdlərlə ölçülür. Həkim-lərin də, tibb işçilərinin də müalicə etdikləri xəstələrlə. İldən-ilə səhiyyə işçilərinin əməyi daha da yüngülləşir. Misal üçün, mənim rəhmətlik atam həkim olub. O vaxtlar xəstəyə diaqnoz qoymaq üçün, inandırım sizi ki, bir kitab oxumaq lazım idi. Məşhur bir fransız həkiminin diaqnostika kitabı var idi. Bəlkə həmin kitabın yarısını oxumaq lazım idi ki, xəstəyə öd daşı xəstəliyi diaqnozu qoyulsun. Bu gün bunun üçün həkimin həmin xəstəni UZİ-yə göndərməsi kifayətdir. Vaxtilə biz xəstəyə sistem keçirmək üçün şlanqları qaynadırdıq, borucuqlar qoyurduq, bütün günü əlləşirdik. Bu gün sistemlər kifayət qədər var. Mən demək istəmirəm ki, iş asanlaşır deyə həkimlərin maaşları bir az da azaldılsın. Mən hesab edirəm ki, əziyyətlə işləyən həkimlərin sabah pensiyaları onların maaşlarından çox da fərqlənməməlidir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, dəyərli həmkarlar! Mən də bir neçə məsələyə münasibət bildirmək istəyirəm. Hörmətli Səlim müəllim, həqiqətən də, növbəti il üçün nəzərdə tutulan büdcə haqqında ətraflı məlumat verdi. Hesab edirəm ki, qaldıracağımız məsələlər məhz indi səslənən fikirlərə uyğun olacaq. Əgər imkan olarsa, Səlim müəllim bunları nəzərə alar.
Birinci məsələ mülki aviasiya işçiləri ilə bağlıdır. Mülki aviasiya işçiləri arasında pensiya təminatı baxımından mü-əyyən fərqlər var. Yəqin ki, bir çox deputatlara da AZAL-da işləyən əməkdaşlar bu barədə şikayət ediblər. Söhbət pilot heyəti ilə kabinə heyəti arasında olan fərqdən gedir. Ziyafət müəllim, axırıncı dəfə xarici ölkələrdən birinə etdiyimiz səfər zamanı Sizə də bu barədə dedilər, ətraflı məlumat verdilər. Mən də istəyirəm, burada Səlim müəllimin diqqətinə çatdıram ki, bu fərq nədən qaynaqlanır və doğrudan da, həmin əməkdaşların aldıqları pensiya ilə pilotların aldıqları pensiya arasında belə fərqin olması nə qədər ədalətlidir? Baxmayaraq ki, hər iki heyət eyni uçuşu həyata keçirir və eyni şəkildə həyatlarına müəyyən mənada uçuşların mənfi təsiri olur. Birinci sualım bundan ibarətdir.
İkinci sualım bankomat məsələsi ilə bağlıdır. Həmkarla-rım bu barədə danışdılar. Həqiqətən də, mənim də seçil-diyim Şirvan şəhərində belə bir problem ciddi şəkildə var. Şirvan şəhərinin iki qəsəbəsində – Hacıqəhrəmanlı və Bayramlı qəsəbələrində bankomat problemi yaşanmaqdadır. Demək olar ki, 7 ildir, mən dalbadal bu məsələni qaldırıram. Təəssüflər olsun ki, bunun bir həlli tapılmayıbdır. Kapitalbankın əməkdaşı bir neçə dəlil səsləndirməyə çalışır. Gah deyir ki, orada pensiyaçıların ümumi sayı 2 mindən çox deyil, gah da deyir ki, azdır. Mən hesab edirəm ki, bu, ağlabatan izahat deyildir. İnsanlar faktik olaraq bu gün pensiyanı almaq üçün xeyli məsafə qət etməli və bundan da xeyli əziyyət çəkmiş olurlar. Ona görə də mən düşünürəm ki, bizim fond bu məsələyə xüsusi şəkildə aydınlıq gətirməli və məsələni həll etməlidir.
Üçüncü məsələni burada həmkarlar da qaldırdılar. Mən də hesab edirəm ki, biz bunu ciddi bir problem kimi hər zaman qeyd etməliyik. Bu da faktik məşğul əhali ilə fondda fərdi uçotda duran əhalinin sayı arasında olan kəskin fərq ilə bağlıdır. Dövlət Statistika Komitəsinin verdiyi rəqəmə görə, hazırda 4 milyon 375 min nəfər məşğuldur, başqa sözlə, işlə təmin olunublar, işləyirlər. Amma Dövlət Sosial Müdafiə Fondunda təxminən 2,1 milyon şəxs uçotdadır. Səhv etmirəmsə, bu rəqəmin təzələnməyə ehtiyacı var. Bunun səbəbi var. Bu barədə deyildi. Səbəblərdən əsası odur ki, ikili mühasibat var, iş yerləri gizlədilir və ilaxir və sair. Amma bunun həlli yolları nədən ibarətdir?
Burada bir neçə təklif səsləndi. Ola bilər ki, bu gün əmək haqqı fondundan ödənişlər həddindən artıq çoxdur. Məsələn, 22 faiz, 3 faiz, bütövlükdə 25 faiz sosial sığortaya, eyni zamanda, 18 faiz də əmək haqqından gəlir vergisi formasında ödənilir. Baxırsan ki, əmək haqqı fondundan təxminən 43 faiz ödənişlər olur. Təbii, işə götürənlər də maraqlı olurlar ki, bunu gizlətsinlər və əmək haqqı fondundan az ödənişlər etsinlər. Mən düşünürəm ki, gələcəkdə biz bu istiqamətdə də düşünməliyik. Bəlkə bu vergilərin, xüsusilə 22 faizin həcminə təzədən baxaq, yaxud da bunu fərqləndirək, diferensial yanaşmanı tətbiq edək. Mən düşünürəm ki, nəzarət tədbirləri də öz effektini verə bilər. Mən istərdim ki, bizim fondun rəhbəri bu sualları cavablandırsın. Mən də həmkarlarımın təkliflərinə qoşularaq büdcəyə səs verəcəyəm və həmkarlarımı da səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İlham Məmmədov.
İ.Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! 2013-cü ilin dövlət büdc-əsinin bir neçə gün davam edən təqdimatlarında və müzaki-rələrində əmin olduq ki, ölkəmizin gələcəyini şərtləndirən sosial-iqtisadi siyasət növbəti ildə də davam etdiriləcəkdir. Bu gün Dövlət Sosial Müdafiə Fondu tərəfindən müzaki-rəmizə təqdim olunan büdcəni dinləyərkən məlum oldu ki, bu sahədə də dediyimiz fikirlər növbəti il üçün əsaslı olacaqdır. Diqqət yetirəndə görürük ki, fondun hər növbəti il üçün büdcəsi əvvəlki illərə nisbətən daha təkmil, şəffaf, sosial problemləri daha dərindən çözən bir büdcə kimi özü-nü göstərib. Bu, əlbəttə, ilk növbədə möhtərəm Prezidenti-miz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sığorta-pensiya sistemində islahatların nəticəsində mümkün olmuşdur. Bu siyasəti çox uğurla həyata keçirən və cəsarətlə demək olar ki, dünyada bir model standarta çevirən Dövlət Sosial Müdafiə Fondunun islahatlara meyilliyi, xüsusən öz işinə tələbkarlığı nəticəsində mümkün olmuşdur. Mən hesab edirəm ki, bu fikirlərə əksər millət vəkillərimiz şərik olarlar.
Hesab edirəm ki, sosial müdafiə sahəsində bu ilin ən ciddi uğurlarından biri elektron xidmətlərindən istifadə imkanlarının genişlənməsi və uçota alınan sığorta olunanların sayının artması ilə bağlıdır. Mən sentyabr ayında fondun saytında bir maraqlı statistika ilə tanış oldum. 2012-ci il oktyabr ayının 1-i tarixinə olan statistikaya əsasən bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 139 min 36 sığorta olunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi, şəxsi hesabı olan sığorta olunanların sayı 2 milyon 105 min 890 nəfərə yüksəlir. Bu rəqəmi biz eşitdik. Hörmətli Səlim müəllim ilə hörmətli Hadi müəllim qeyd etdilər. Əlbəttə, bu olduqca ciddi bir rəqəmdir. Bu rəqəmin ciddiliyi özünü onda göstərir ki, həmin şəxslərin əmək hüquqları, sosial müdafiəsi qorunacaq. Bu isə gələcəkdə pensiya təminatı üçün, həm də eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artırılması baxımından da çox əhəmiyyətlidir. Nəticədə pensiyaların daha dayanıqlı maliyyələşdirilməsi və dövlət büdcəsində transfertlərin azaldılmasına gətirib çıxaracaqdır. Hörmətli millət vəkilləri, hesab edirəm, müsbət haldır ki, büdcədə transfertlər cari ilə nisbətən, demək olar, dəyişməz qalmışdır və Dövlət Sosial Müdafiə Fondu büdcəsinin gəlirləri, əsasən, sığorta haqları hesabına artırılacaqdır.
Hesab edirəm ki, növbəti ildə qeyri-leqal fəaliyyət göstərənlərin qeydiyyatı sahəsində işlər daha da sürətlənərsə, fondun gəlirləri proqnozlaşdırılandan daha artıq ola bilər. Hörmətli cənab Sədrin çıxışının sonunda Səlim müəllimə ünvanlandırdığı sualı cavablandırarkən Səlim müəllim əhəmiyyətli bir məqamı vurğuladı. Doğrudan da, adını çəkdiyi bir neçə sahə üzrə əmək haqqı fondunun, ümumiyyətlə, gəlirin müəyyən bir faizinin bu sahəyə yönəldilməsi çox əhəmiyyətli ola bilərdi. Hesab edirəm ki, gələcəkdə tibbi sığortanın da maliyyələşdirilməsi mexanizmi öz həllini tapa bilər. Nəzərinizə çatdırım ki, qonşu Türkiyə Respublikasında bu sahədə çox uğurlu addım atılıb. Hətta cərrahi xəstəliklərdən başqa, artıq stomatologiya sahəsində də sığorta sisteminin tətbiqi öz uğurlu nəticəsini vermək üzrədir və bu müzakirələr davam etdirilir.
Hörmətli Səlim müəllim, mənim bunlarla yanaşı, bir neçə sualım da var. Əlbəttə, həkim olduğum üçün bunu aydınlaş-dırmaq istəyirəm. Keçənilkinə nisbətən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 21 milyon vəsait 18 milyona endirilmişdir. Əlbəttə, bir həkim kimi deyirəm. Bəzən xəstələnmədən bülletenə çıxmaq kimi neqativ halların qarşısını almaq lazımdır. Səlim müəllimin qeyd etdiyi kimi, tibbin inkişafı nəticəsində sağlamlıq imkanlarının artması da mümkündür. Ancaq hesab edirəm ki, bu məsələnin nəzərə alınması daha yaxşı olardı. Çünki müəyyən hallarda bu, əhəmiyyətli olur. Hamiləliyə və doğuşa görə də müavinətlərin 25 və 22 milyon olması mənim sualımın əsas hissələrindən biridir. Eyni zamanda, təqdirəlayiq hal kimi sanator-kurort müalicəsinə ayrılan vəsaitin 17 milyon 454 manat artırılması səbəbinin aradan qaldırılması istiqamətində uğurlu bir addımdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F.İbrahimli. Təşəkkür edirəm, Ziyafət müəllim. Təqdim edilmiş qanun layihəsi kifayət qədər elmi tutumlu və res-publikanın iqtisadi inkişaf göstəricilərini özündə əks etdirən bir sənəddir. İstər layihədə, istərsə də Səlim müəllimin təqdimatında məsələlərə kifayət qədər aydınlıq gətirildi və mən deyərdim, sosial müdafiənin prinsipləri ilə yanaşı, sosial müdafiənin gücləndirilməsi ilə bağlı Səlim müəllimin kifayət qədər maraqlı fikirləri və təklifləri oldu. Güman edirəm, Milli Məclis bunu nəzərə alacaq. Burada ayrılan vəsaitin düzgün istiqamətləndirilməsi, vaxtilə növbələrdə dayanan təqaüdçülərin bu problemdən azad olmaları, bankomatların sayının günü-gündən artırılması – bütün bunlar hamısı uğurlu addımlardır.
Mən də hesab edirəm ki, qanun layihəsi kifayət qədər diqqətəlayiqdir və buna səs vermək olar. Ancaq burada bir neçə məsələ qaldırıldı. Mən istəyirəm, bunlar haqqında fikirlərimlə bölüşüm. Mənim üçün, ola bilsin, bəzi məsələlər aydın deyil. Burada təqaüdlərin az olmasından söhbət getdi, əmək müqaviləsi ilə bağlı fikirlər söylənildi. Mənim üçün aydın deyil. Məgər bunlar Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətində olan işdirmi? Yadıma bir misal düşdü. Bir nəfər başqasından borc istəyir, bunun pulu olmur, ancaq şair təbiətli imiş. Deyir: “Dedin dərdini mənə, saldın məni də dərdə. Elə bir şey istədin, nə səndə var, nə məndə”. Bu gün biz Səlim müəllimdən tələb etdiyimiz məsələlər, əslində, Milli Məclisin özünün səlahiyyətinə daxil olan məsələlərdir və güman edirəm, Səlim müəllim öz səlahiyyətində olan bütün məsələlərdən, məqamlardan istifadə edib bu sahədə ciddi addımlar atacaqdır. Qanun layihəsi kifayət qədər diqqətəlayiqdir və ona səs vermək olar. Sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Əhməd Vəliyev.
Ə.Vəliyev. Hörmətli həmkarlar, bu gün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı deyilən fikirlərlə mən də razıyam. Hər hansı bir təşkilatın uğurları, mənə elə gəlir ki, onun rəhbərindən asılıdır. Bu gün çox xoşdur ki, Dövlət Sosial Müdafiə Fondunun başında duran gözəl iqtisadçı alim və eyni zamanda, bütün prosesləri olduğu kimi görən bir mütəxəssis və beynəlxalq aləmdən xəbərdar bir insan olan Səlim müəllimin və onun komandasının Dövlət Sosial Müdafiə Fondunun bu günə çatmasında çox böyük əməyi vardır.
Bu gün müzakirəmizə təqdim olunan büdcə ilə bağlı bir-iki məqama toxunmaq istərdim. Hesab edirəm ki, Fəzail müəllimin qeyd etdiyi kimi, büdcəyə toplanan vəsaitin az və yaxud çox olmasının Səlim müəllimdən asılacağı çox azdır. Ona görə ki, işə götürənlərlə yanaşı, işə gedən insanların özlərindən də çox şey asılıdır. Çox qəribədir ki, insanlarımız sabahkı günü fikirləşmirlər. Mən də bir təşkilat rəhbəri kimi reallığı çatdırmaq istəyirəm. Hər hansı işə girən gəlib deyir ki, mən bu qədər maaş alırdım, ancaq burada çox çıxılıb. Sosial müdafiə ilə bağlı vəsaitlərin çıxılmasına hətta bəzən narazılıq edirlər. Ona görə də mən hesab edirəm, insanlarımız arasında çox böyük maarifləndirmə işi aparmaq lazımdır ki, onların özləri işə götürənin onun maaşını az yazıb çox vermək fikri ilə razılaşmasınlar. Müqavilə bağlayanda da həmin məsələyə çox böyük diqqət yetirilməlidir.
Mən hesab edirəm ki, Dövlət Sosial Müdafiə Fondu üzə-rinə düşən işlərin hamısını yüksək səviyyədə yerinə yetirib, bəlkə də yeganə təşkilatdır ki, nağdsız fəaliyyət mexaniz-mini artıq həyata keçiribdir. Bu gün bankomatlarda pulun olmaması və yaxud hər hansı bir problemin olması da, mənə elə gəlir ki, Dövlət Sosial Müdafiə Fondundan asılı deyil. Bu məsələlər banklardan, digər təşkilatlardan asılıdır. Mən bu barədə çox fikir söyləyə, müəyyən misallar da gətirə bilərəm. Bizim millət bəlkə əvvəldən də belə olubdur. Mən millətin bu istiqamətdə zəifliyini qeyd etmək istəyirəm. Bir zamanlar zavodlarda, fabriklərdə çalışan ermənilər həmişə gələn kimi, o vaxt “uçenik” deyirdilər, şagird kimi fəaliyyətə başlayır, az maaşa qane olurdular. Bizim millət az maaşa qane olmadığına görə, fəhlə kimi çalışıb yüksək maaş almaqla ömrü boyu fəhlə qalırdı, onlar isə 3–5 aydan sonra sənətkar olurdular. Biz millətimizə çatdırmalıyıq ki, sosial müdafiə üçün tutulan pul onun gələcəyinə istiqamətlənir. Bu gün xarici ölkələrdə çalışan insanların çoxu sosial müdafiəyə əlavə vəsait ödəyir ki, təqaüdə çıxanda təqaüdü çox olsun. Mən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini də, onun büdcəyə təqdim etdiyi hesabatı da yüksək qiymətləndirirəm. Mən layihəyə müsbət münasibət bildirəcəyəm və həmkarlarımı da müsbət münasibət bildirməyə dəvət edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Çıxış etmək istəyənlər artıq çıxış etdilər. Əgər başqa çıxış etmək istəyən yoxdursa, mənim də bir sualım var. Səlim müəllim, indi cavab vermək istəyirdiniz, ya necə? Hörmətli Səlim müəllim, bayaq burada Azay müəllim qeyd etdi. Həqiqətən, biz işimizlə bağlı bəzən ezamiyyətlərdə oluruq, sözsüz, hökumət üzvləri də olurlar. Mən AZAL sistemində işləyən uçuş heyətlərinin və bələdçilərin təkidli xahişlərini sizə çatdırmaq istəyirəm. Mən istəyirəm, Səlim müəllim bu məsələyə bir balaca aydınlıq gətirsin. Burada pensiya vəziyyəti nə yerdədir? Onların işlədikləri şəraiti biz bilirik. Fəaliyyətləri həmişə risklə bağlıdır. Həmişə də bizdən təkidlə xahiş edirlər ki, bizim pensiya məsələmizə baxın, imkan olduqca artırın. Səlim müəllim bu işlərin içindədir. Xahiş edirəm, bu məsələyə də münasibətinizi bildirəsiniz. Buyurun, Səlim müəllim.
S.Müslümov. Çox sağ olun, Ziyafət müəllim. Mən bütün millət vəkillərimizə, Milli Məclisin Sədri cənab Oqtay Əsə-dova, müavinlərinə, Ziyafət müəllim, Sizə təşəkkürümü bil-dirirəm ki, Dövlət Sosial Müdafiə Fondunun büdcə layi-həsinə müsbət münasibət bildirdiniz. Müzakirələr aparıldı, gözəl suallar səsləndi. İcazənizlə, həmin suallara cavab verim.
Birincisi, Ziyafət müəllim, Sizin indi səsləndirdiyiniz sualı cavablandırım. Burada belə bir məsələ ortaya çıxıb. Biz 2006-cı ildə yeni “Əmək pensiyaları haqqında” Qanunu qəbul edəndə əvvəlki qanunda, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda pensiya hesablanan zaman əmək haqqına tətbiq edilən məhdudiyyəti ortadan qaldırdıq. Düzdür, həmin il yox, 1 yanvar 2007-ci ildən qaldırdıq. 1 yanvar 2007-ci ildən 1 yanvar 2010-cu ilədək AZAL sistemində işləyən bir sıra adamlar məhdudiyyət qoyulmayan əmək haqqı əsasında pensiyaya çıxdılar. Baxmayaraq ki, əvvəlki illər onların maaşları aşağı olmuşdu, bu pensiya kifayət qədər yüksək idi. Ancaq son illərdə aldıqları yüksək maaşları təqdim etməklə həmin adamlara yüksək pensiya təyin olundu.
Hörmətli Hikmət müəllim bu məsələni qaldırdı. Amma həqiqətdə onlar bunu haqq etməmişdilər, çünki əvvəlki illərdə onların maaşı yüksək olmamışdı. Yəni son 2–3 ilin yüksək maaşı əsasında pensiya təyin olundu. Amma 1 yanvar 2010-cu ildən, bilirsiniz, keçmiş dövr üçün maaşa görə pensiya təyin olunması praktikası ortadan qaldırıldı. Bu gün sistemdə olan 1 milyon 272 min nəfər pensiyaçıdan təqribən 8 minə yaxını həmin illərdə yüksək əmək haqqı əsasında pensiyaya çıxmış şəxslərdirlər. Amma 1 yanvar 2010-cu ildən biz köhnə dövr üçün əmək haqqı arayışlarını ortadan qaldırdıq. Milli Məclis qanun qəbul etdi və 2006-cı ilə qədər olan dövrü bu gün staja görə hesablayırıq. Stajın da hər bir ilinə, bildiyiniz kimi, 170 manat pensiya kapitalı verilib. Hazırda hər bir il üçün 2,1 manat ayrılır. 2010-cu ildən sonra AZAL-dan pensiyaya çıxmış şəxslərin pensi-yalarını yeni qayda ilə hesablayanda, təbii, pensiyaların məbləği aşağı olur. Mən düşünürəm, bu belə bir problemlə bağlıdır. Amma xahiş edirəm, müəyyən bir vaxt verin, biz bunu bir daha araşdıraq. Niyə kabinə işçiləri ilə pilot heyəti arasında belə bir fərq var? Hər halda bunun araşdırılmasına ehtiyac var. Biz bunu araşdırarıq.
Amma bir məsələni də diqqətinizə çatdırım. “Əmək pen-siyaları haqqında” Qanunun 9.3-cü maddəsinə görə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən kişilərin azı 25 il, qadınların isə 20 il stajı olduqda və kişilər 20 il, qadınlar 15 il sosial sığorta haqqı ödədikdə, onlara yaşından asılı olmayaraq pensiyaya çıxmaq hüququ verilir. Burada, əlbəttə, kabinə işçiləri ilə uçuş heyəti arasında fərq var. Qeyd etdiyim kimi, kişilər 20, qadınlar 15 il sosial sığorta haqqı ödəmişlərsə, artıq onlar yaşlarından asılı olmayaraq pensiyaya çıxmaq hüququ qazanırlar və pensiya ala-ala işləməkdə davam edirlər. Həm pensiyalarını, həm də maaşlarını alırlar. Amma kabinə işçilərinə belə bir hüquq verilmir. Amma hər halda, yəqin ki, onlar bu məsələni nə-zərdə tuturlar. Biz bunu aydınlaşdırarıq. Əgər ehtiyac olarsa, qanuna həmin dəyişikliyi etmək imkanları var.
Dünən çıxışında millət vəkili İqbal Ağazadə belə bir fikir söylədi ki, əgər pensiya 50 manatdan başlayıb hər ilinə 10 faiz artım tətbiq olunsa idi, bu gün 300 manata gəlib çıxardı. Tamamilə doğrudur, əgər 50 manatdan başlanılsaydı, bu gün, bəli, 300 manat olardı. Amma çox təəssüf ki, denaminasiya edilmiş, indiki manata çevrilmiş 1992-ci ilin pensiyası 5,6 qəpik, 1993-cü ilin pensiyası isə indiki manatla 1 manat 37 qəpik olub. Əgər bunların üzərinə hər il 10 faiz əlavə etsək, heç bir şey gəlib ortaya çıxmazdı. Əgər biz həmin illərin qiymətləri ilə alıcılıq qabiliyyətini müəyyən etsək, görərik ki, 1992-ci ildə çörəyin 1 kiloqramı 15 rubl, yağın 1 kiloqramı 243 rubl, pensiya da 280 rubl olub. Əgər bunu indiki pulla 9 manat götürsək, hər il üzərinə 10 faiz gəlsəydi, 20 il ərzində cəmi 57 manata gəlib çatardı. Amma biz bunu, gördüyünüz kimi, gətirib 160 manata çatdırmışıq, başqa cür desək, ildə 16 faizdən hesablamışıq.
Burada mən bankomatlarla bağlı qaldırılan məsələlərə toxunmaq istəmirəm. Sadəcə, qeyd etmək istəyirəm, indi mənə yaxınlaşıb dedilər ki, Arif müəllimin qaldırdığı məsələ həll olunub. Arif müəllim, bankomatları dəyişmək bizim əlimizdə deyil. Biz aprel ayında tender keçirdik və həmin tenderi qanuna uyğun olaraq Kapitalbank uddu. Ən aşağı qiymət verildi. Bankomatların sayına görə də digər banklardan daha yüksək mövqedə idi. Ona görə də uddu. Bilirsiniz ki, Sizin müraciətlə bağlı şəxsən mən də rəsmi müraciət etmişəm, məktublar da yazıb göndərmişəm. Əgər bu problem yaxın günlərdə həll olunmazsa, biz sizinlə birlikdə həmin rayonda tenderin ləğv olunması, şərtlərin yerinə yetirilməməsi və yeni tender keçirilməsi barədə elan edə bilərik. Amma mən inanmıram ki, başqa bir bank orada daha çox bankomat yerləşdirəcək. Bu gün Neftçala rayonunda 5 bankomat var, hamısı da Kapitalbanka məxsusdur. Amma biz bu problemi və digər rayonlardakı bankomatlarla bağlı qaldırılan məsələləri mütləq həll edəcəyik. Mən şəxsən bu günlərdə bankların rəhbərlərini dəvət edəcəyəm, qaldırılan məsələləri onlara çatdıracağam. Sifariş verən təşkilat kimi bu tələbləri onların qarşısında qoyacağam.
Burada Qarabağ müharibəsi əlillərinin müavinətləri ilə pensiyalar arasındakı fərq barədə məsələ qaldırıldı. Bəli, bu fərq var. Çünki pensiyaçılar, təbiidir ki, daha yüksək məbləğ alırlar. Amma diqqətinizə çatdırım ki, pensiya alanların sayı daha çoxdur, təxminən 12500 nəfər pensiya alır. 8000-ə yaxın əlilin isə pensiya almaq hüququ yoxdur, onlar müavinət alırlar. Müavinət də, burada qeyd olunduğu kimi, 50, 60, 70 manatdır. Amma bundan əlavə, bu yaxınlarda cənab Prezidentin xüsusi sərəncamı ilə onlara ayda 90 manat həcmində Prezident təqaüdü də verilməyə başladı. Amma bu məbləğ hamısına, yəni həm pensiyaçılara, həm də müavinət alanlara verilir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar müəllim də buradadır. Mənim fikrimə görə, biz hökumət qarşısında məsələ qaldıra bilərik ki, onların müavinəti artırılsın. 8 min adamın müavinətləri təqribən pensiyalar səviyyəsinə qədər qaldırılsın. Əlbəttə, mən də anlayıram ki, məntiqə görə belə olmalıdır, çünki həmin adamlar gənc yaşlarında müharibəyə gediblər və işləmək imkanları olmayıb. Müharibədə də əlil olandan sonra əmək qabiliyyətini itiriblər, işləmək imkanları olmayıb. Ona görə də onlar 5 illik staj müddətini doldura bilmirlər. Bu haqda biz, yəqin ki, öz təklifimizlə hökumətə çıxarıq.
Burada uşaqların müavinətlərinin artırılması məsələsin-dən söhbət getdi. Mən diqqətinizə çatdırmaq istəyirəm ki, növbəti ildən uşaqlara qulluqla bağlı müavinətin qaldırılması nəzərdə tutulur. 1,5 yaşına qədər uşaqlar üçün 20 manatdan 30 manata, 3 yaşına qədər olan uşaqlar üçün isə 10 manatdan 15 manata qədər artırılacaq. Amma yeni doğulan uşaqlar üçün müavinət minimum əmək haqqına uyğun olaraq həyata keçirilir. Artıq minimum əmək haqqı 93 manat 50 qəpiyə qaldırılanda, bu müavinətin məbləği 75 manatdan 82 manat 50 qəpiyə qədər qaldırılıb. Amma Azərbaycanda belə bir demoqrafik problem yoxdur. Bu sahədə addımlar atılması, məncə, hazırda bir tərəfdən xərclərin çoxalması ilə bağlı bəlkə də məqsədəuyğundur, amma demoqrafik problemlə bağlı artırılmaya da bilər. Amma mənim fikrimə görə, əsas məsələ dövlət büdcəsi ilə bağlıdır. İl ərzində 180 minə yaxın, keçən il 176 min uşaq doğulub. Doğulan uşaqların analarının çox az bir hissəsi – 22–30 min arasında olan hissəsi Dövlət Sosial Müdafiə Fondundan sosial sığorta haqları hesabına müavinət alanlardır. Qalanlar işləməyən qadınlardır. Onlara bu müavinət dövlət büdcəsi vəsaiti hesabına verilir. İlqar müəllim də buradadır, biz birlikdə bu məsələni yenə mü-zakirə edərik. Bu o qədər də böyük bir maliyyə vəsaiti tələb etmir, əsas dövlət büdcəsinin vəsaiti rol oynamalıdır.
Burada qaldırılan mühüm məsələlərdən biri, – hər kəs bunu qeyd etdi, – əmək müqavilələri ilə bağlı məsələdir. Amma əsas məsələ əmək müqavilələrinin bağlanmasından daha çox mənim fikrimə görə, əmək haqlarının artırılması və leqallaşdırılması məsələsidir. Əli Məsimli çıxışında qeyd etdi, Qazaxıstanda və Rusiyada bu gün pensiyalar, bəli, bizdəkindən xeyli böyükdür. Amma nəzərə alaq ki, pensiya törəmədir, əsas onların əmək haqqıdır. Yəni bizdə bu gün əmək haqqına nəzərən 40 faizlik əvəzetmə əmsalı var. Bu, Rusiyadakından xeyli yüksəkdir. Amma Rusiyada orta məbləğ daha yüksəkdir. Ona görə ki, əmək haqqı çox yüksəkdir. Orta aylıq əmək haqqı Rusiyada Azərbaycandan 2 dəfə yüksəkdir. Baxmayaraq ki, sosial sığorta haqqının dərəcəsi də bizdəkindən yüksəkdir, 30 faizdir. Bildiyiniz kimi, bizdə 25 faizdir. Amma ümumilikdə pensiyaçıların sayı orada yenə də bizdəkindən 2 dəfə çoxdur. Yəni bizdə əhalinin 10,2 faizi, Rusiyada 27 faizi pensiyaçıdır. Amma əmək haqlarının yüksək olması və işləyənlərin, demək olar ki, əksəriyyətinin qeydiyyata düşməsi hesabına sosial sığortaçılar Rusiyanın pensiya fonduna daha çox daxil olurlar. Bunun nəticəsində də daha yüksək pensiyalar vermək mümkün olur.
Ona görə də biz hamımız bir yerdə əmək müqavilələrinin qeydiyyata alınması və əmək haqlarının leqallaşdırılması istiqamətində addımlar atmalıyıq. Mən bayaq Oqtay müəllimin sualına cavab verəndə bunu qeyd etdim. Burada tərəzinin 2 qolu var. Biz işə götürənlərin qeydiyyatının üzərinə düşüb bunu təmin etsək, bu bizə istədiyimiz effekti verməyəcək. Ona görə ki, əmək haqlarını aşağı endirəcəklər. Əgər əmək haqlarının minimumunu qaldırsaq, onda da işə götü-rənlərin sayını azaldacaqlar. Elə bir göstərici ortaya qoyul-malıdır ki, bunun hər ikisini əhatə etsin. Bayaq mən suala cavab verəndə qeyd etdim. Belə bir göstərici kimi əmək haqqı fondu üzrə norma çıxış edə bilər. Qonşu ölkələrdə bu, tətbiq olunur. Biz bu məsələni qaldırmışıq. Mən elə düşünürəm ki, bu, dəstəklənəcək və biz bunu tətbiq etməklə müvafiq irəliləyişlərə nail ola biləcəyik.
Mən, əsasən, bunları söyləmək istəyirdim. Elə düşünürəm ki, millət vəkillərinin digər sualları olarsa, mən hər zaman komandamızla birlikdə, bildiyiniz kimi, həm əl telefonumla, həm hökumət telefonları ilə, həm də şəhər telefonumla millət vəkillərinin bütün suallarını cavablandırmağa, verdikləri təklifləri qəbul etməyə hazıram. Hər kəs də yaxşı bilir, hətta orada olmasam belə, istənilən millət vəkili mənə zəng edəndə mən mütləq gəlib telefonlara baxıram, zəng edib onu axtarıram ki, hansı məsələ ilə bağlı mənə zəng etmişdi? Diqqətinizə görə təşəkkür edirəm, çox sağ olun.
Sədrlik edən. Səlim müəllim, çox sağ olun, ətraflı cavab-lara görə təşəkkür edirəm. Biz səsverməni indi keçirməyə-cəyik, səsvermə sonra olacaq. İndi növbəti məsələyə keçirik. Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında qanun layihəsi barədə Ziyad Səmədzadə danışacaq. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Təklif olunur ki, əhalinin 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pen-siyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məbləğində müəyyən edilsin. Bu, 2012-ci ildə təsdiq olunmuş yaşayış minimumundan 7,4 faiz çoxdur. Mən xırdalamıram. “Yaşa-yış minimumu haqqında” Azərbaycan Respublikası Qanu-nuna uyğun olaraq yaşayış minimumu minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları və qeyri-ərzaq mallarının orta bazar qiymətləri, xidmət və icbari ödənişlər üzrə normalaşmış faktik məsrəflər əsasında hesablanır. Müqayisəli materiallara görə belə bir dinamika Azərbaycanda yaşayış minimumunun tədricən artmasına imkan yaradacaqdır. Millət vəkillərindən xahiş edərdim ki, gələcəkdə bu məsələyə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli buyursun.
H.Rəcəbli. Minnətdaram, Ziyafət müəllim. Bizim komi-tədə də bu məsələ İqtisadi İnkişaf Nazirliyinin və Dövlət Statistika Komitəsi nümayəndələrinin iştirakı ilə müzakirə olunub. Həqiqətən, rəqəmlər bir az mübahisə doğuran polemik rəqəmlərdir. Bütün hallarda biz düşünürük ki, bu rəqəm əvvəlki illərlə müqayisədə müsbət göstəricidir. Bu rəqəm 2008-ci ildə 70 manat olubdur, indi 116 manatdır. Məqsəd, əslində, real gəlirlərin qorunmasıdır. İstehlak səbətinin bazarda qismən iqtisadi qanunlarla tənzimlən-məsinə, bazarın qiymətinin qalxmasına nail olsaq, onda bu rəqəm tam məqbul və bugünkü tələblərə cavab verən rəqəmdir. Mən də xahiş edirəm, bu layihəyə səs verin.
Sədrlik edən. Təşəkkür edirəm. Hadi müəllim, bəlkə dör-düncü məsələni də təqdim edəsiniz, çünki bir-biri ilə bağlı məsələlərdir.
H.Rəcəbli. Ehtiyac meyarı bizim müəyyənləşdiyimiz rə-qəmdir. Bu, ünvanlı sosial yardımın ödənilməsi üçün nəzər-də tutulub. Bu rəqəmin də dinamikası çox önəmli dina-mikadır. Məsələn, 2007-ci ildə bu rəqəm 35 manat olubdur, indi bu rəqəm 93 manata çatır. Hiss olunan dəyişiklikdir. Düşünürəm ki, ünvanlı sosial yardımı hesablamaq üçün bu rəqəm də yüksək rəqəmdir. Bütövlükdə bu günün tələblərinə cavab verən rəqəmdir. Xahiş edirəm, buna səs verəsiniz.
Sədrlik edən. Sağ olun. Ziyad müəllim, bu layihə Sizin də komitədə müzakirə olunub. Əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. İcazənizlə, qanun layihələrinin müzakirəsinə başlayırıq. Əli Məsimli, buyurun.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanında deyilir ki, hər il ölkə üzrə əmək haqqının və pensiyaların minimum məbləğinin müəyyənləşdirilməsi zamanı təqaüdlərin məbləğinin yaşayış minimumuna nisbətinə dair təkliflər hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin. Fərmanın 1.3-cü bəndinə görə yaşayış minimumu haqqında qanunvericiliyin pozulması ilə bağlı məsuliyyət növlərinə dair təkliflər hazırlanıb Azərbaycan Respublikası Prezidentinə təqdim edilməlidir.
İndi müzakirəyə keçirik. Yaşayış minimumu nədir? “Ya-şayış minimumu haqqında” Qanundan başlayaq. Yaşayış minimumu istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Bəs minimum istehlak səbəti nədir? İnsanın sağlamlığının, həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu. Həmin 116 manatı alan vətəndaşa səhər yeməyi üçün 1 manat, günorta yeməyi üçün 2 manat, axşam yeməyi üçün 1 manat hesablasaq, aylıq xərc 120 manat olar. Bəs onda bunun qeyri-ərzaq malları və xidmətlərinin ödənilməsi üçün olan hissə harada qaldı? Mən təsadüfən Prezident fərmanını oxumadım. Bu qanunvericilik sənədləri müqayisə ediləndə, ehtiyac meyarı kimi süni bir göstərici buraya salınanda həm “Yaşayış minimumu haqqında” Qanunun tətbiqinə dair Prezident fərmanının, eyni zamanda, “Yaşayış minimumu haqqında” Qanunun müddəaları pozulmuş olur. “Yaşayış minimumu haqqında” Qanunda göstərilir ki, ünvanlı sosial yardım verilən zaman məhz yaşayış minimumu göstəricisindən istifadə olunmalıdır. Məsələyə bu kontekstdə yanaşanda, hesab edirəm ki, söhbət, doğrudan da, elmi cəhətdən əsaslan-dırmadan gedirsə, çox sadə misalla – 1 manat səhər yeməyi, 2 manat günorta yeməyi və 1 manat axşam yeməyi mə-sələsini qoymaqla bunun elmi cəhətdən əsasının olmamasını çox asanlıqla sübuta yetirə bilirik.
Birinci, bu göstəricilərin reallığa uyğunlaşdırılması isti-qamətində addımlar atılsın. Mən burada deyilənlərlə razıyam ki, bu rəqəmlər artıb və nəticədə biz gəlib Ukray-nanın göstəricisinə çatmışıq, Qazaxıstanın göstəricisini öt-müşük, amma Rusiyadan çox geri qalırıq. Hesab edirəm ki, Rusiyadan geri qalmamalıyıq və bunu etmək üçün bizim də imkanlarımız var. İkinci, ehtiyac meyarı süni göstəricidir. Mən bunu həm Prezident fərmanı, həm də qanunvericiliklə kifayət qədər əsaslandıra bildim. Ehtiyac meyarı süni göstəricidir və qanunvericiliyin pozulmasına gətirib çıxarır. Ona görə də ünvanlı sosial yardımın, minimum əmək haq-qının müəyyənləşdirilməsində mütləq yaşayış minimumu göstəricisindən çıxış etmək lazımdır. Minimum əmək haqqı 93 manat 50 qəpikdir. Yaşayış minimumunu isə 116 manat götürürük. Hər dəfə də burada çıxışlarda bildirilir ki, ehtiyac meyarının götürülməsi, doğrudan da, zəruridir. 2013-cü ilə qədər bunun götürülməsi mümkün idi. Bu isti-qamətdə addımlar atmaq lazımdır. Eyni zamanda, minimum əmək haqqının da yaşayış minimumuna çatdırılması istiqa-mətində addımlar atılmalıdır.
Azərbaycanın beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərdən biri də bilavasitə mənim son səsləndirdiyim məsələdir. Bu istiqamətdə də hökumətin səy göstərməsi və aşağı səviyyədə yaşayan əhalinin bilavasitə minimumlardan asılı olan məqamlarla bağlı güzəranın yaxşılaşdırılmasına bizim təkliflər təkan vermiş olar. Mənim əlaqədar təşkilatlarla bağlı tənqidi fikrim yoxdur. Sadə formada mən əsaslandırdım, bu göstəricilərə yenidən baxmaq lazımdır ki, əhalinin güzəranının yaxşılaşdırılmasına növbəti töhfə olsun. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər bu qanun layihələri barədə çıxış etmək istəyən yoxdursa, onda növbəti qanun layihəsinə keçirik. Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetası haqqında Milli Məclisin işlər müdiri Firudin Hacıyev məlumat verir. Buyurun, Firudin müəllim.
F.Hacıyev, Milli Məclisin İşlər müdiri.
Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli de-putatlar! Bildiyiniz kimi, Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanması üçün 18 milyon 529 min 231 manat vəsait nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 52-ci maddəsinə əsasən Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir. Gələn il üçün tərtib olunmuş xərclər smetasının layihəsi sizə təqdim edilmişdir. Milli Məclisin və onun Aparatının 2013-cü ilin xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydaya uyğun olaraq ştat cədvəllərinə, inzibati binaların, mühəndis qurğularının xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələr və proqramlara əsasən tərtib edilmişdir. Xərclər smetasının ümumi dəyərinin 67,2 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.
Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xarici səfərləri, eləcə də ölkədaxili ezamiyyələrinin sayı xeyli artmışdır. Bununla bağlı 2013-cü ilin xərclər smetasının ezamiyyə xərcləri köməkçi bölməsi üzrə 1 milyon 206 min 9 manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuşdur. Bildirmək istəyirəm ki, 2013-cü ilin xərclər smetasının qeyri-maliyyə aktivlərinin alınması maddəsi üzrə nəzərdə tutulmuş vəsait 2013-cü illə müqayisədə 50 min manat azaldılmışdır. Bu maddə üzrə cəmi 400 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur. 2013-cü ilin xərclər smetasında dəftərxana xərcləri üçün 10 min manat, digər kommunal-kommunikasiya xidmətləri haqqının ödənilməsi üçün 12 min 500 manat, istehlak malları və materialların alınması köməkçi bölməsi üzrə isə 50 min manat vəsait artırılmışdır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, 2013-cü ilin xərclər smetasında nəqliyyat vasitələrinin alınması maddəsi üzrə vəsait nəzərdə tutulmamışdır. Bundan başqa, Milli Məclisin avtoparkına 2003–2006-cı illərdə müxtəlif markalı və 2012-ci ildə isə Milli Məclisin komitə sədrlərinə “Mersedes-e” markalı minik avtomobilləri alınmış, istismara verilmişdir. Bu gün uzunmüddətli istismar nəticəsində göstərilən avtomaşınların cari, əsaslı təmir edilməsi və bir sıra avtomaşınların istismara yararsız hala düşməsi səbəbindən yenisi ilə əvəz edilməsi tələb olunur. Qeyd olunanları nəzərə alaraq Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə yeni avtomaşınların alınması üçün nəqliyyat vasitələrinin alınması maddəsinə 250 min manat vəsait ayrılması tələb olunur.
Qeyd etmək istəyirəm ki, Milli Məclisə gələn nümayəndə heyətlərinin mehmanxana xərcləri və sair xidmətlər üçün digər alış və xidmətlər yarımmaddəsinə sair xərclər paraq-rafına 850 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Hörmətli deputatlar, göstərilən bəzi yarımmaddə və paraqraflar üzrə vəsait çatışmazlığını nəzərə alaraq Milli Məclisin 2013-cü ilin xərclər smetasında xarici ezamiyyə xərcləri paraqrafına 400 min manat, digər alış və xidmətlər yarımmaddəsinə 150 min manat, icarə və muzdlu xidmətlər paraqrafına 200 min manat, nəqliyyat vasitələrinin alınması maddəsinə isə 250 min manat əlavə vəsait alınması tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Milli Məclisin avtoparkında yenidənqurma işləri və inzibati bi-nalarda təmir işlərinin aparılması üçün lazımi vəsait ayrılmışdır.
Hörmətli deputatlar, nəzərinizə çatdırmaq istəyirəm ki, Milli Məclisin inzibati binasının foyesinə hədiyyə guşəsi üçün və əsas binanın 14-cü mərtəbəsinin görüş salonuna xüsusi mebel dəstləri alınıb quraşdırılmışdır. Bundan başqa, həyətyanı sahədə inzibati binanın mühafizə olunması məqsədi ilə görüntü kameraları quraşdırılmışdır. Eyni zamanda, Milli Məclisin avtoparkının bir hissəsi tam sökülərək ikimərtəbəli, sahəsi 3 min kvadratmetr olan 110–120 avtomaşının saxlanılması və maşınlara texniki xidmətlərin göstərilməsi, yardımçı otaqlar tikilməsi və həmin otaqlara müasir avadanlıqların alınıb quraşdırılması nəzərdə tutulmuşdur. Bildirmək istəyirəm ki, Milli Məclisin inzibati binasında, həyətyanı sahəsində, avtoparkında mütəmadi olaraq yenidənqurma işləri bu gün də davam etdirilməkdədir.
Hörmətli sədarət, hörmətli deputatlar, 2013-cü ilin dövlət büdcəsində Milli Məclis üçün nəzərdə tutulmuş xərclər smetasına dair əlavə açıqlamaya ehtiyac olduğu təqdirdə suallarınıza cavab verməyə hazıram. Sizdən göstərilən maddələr üzrə tələb olunan əlavə vəsaitlər də daxil olmaqla Milli Məclisin 2013-cü ilin xərclər smetasının təsdiq edilməsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm, Firudin müəl-lim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Hadi Rə-cəbli.
H.Rəcəbli. Minnətdaram, Ziyafət müəllim. Bu gün Azər-baycan parlamentində hər bir deputatın, bizim işləməyimiz üçün möhtərəm Prezidentimizin qayğısı və diqqəti nəticə-sində, sözün tam mənasında, çox yaxşı şərait yaradılmışdır. Bu gün biz binamızı dünya səviyyəsində təqdim edə bilirik. Həqiqətən, parlamentin bugünkü durumu dünyaya Azərbaycanı göstərməli bir vəziyyətdədir. Belə də olmalıdır. Düşünürəm ki, Milli Məclis hakimiyyətin bir qoludur, Azərbaycanın sifətidir, Azərbaycanı dünyaya göstərən bir qurumdur. Burada Azərbaycan xalqını təmsil edən cəmi 125 insan oturub. Bəzən burada nəyin isə olması, cəmiyyət demirəm, bəzi müxalif fikirli adamlar, jurnalistlər tərəfindən birmənalı qəbul olunmur və bunun ətrafında söz-söhbət yaranır.
Mən çox böyük minnətdarlıq hissi ilə qeyd etmək istəyi-rəm ki, komitə sədrlərinə yeni maşın verilməsi təqdirəlayiq bir addımdır. Təsəvvür edin ki, 7–8 ilin köhnə maşınlarında biz rayonlara gedirdik, tədbirlərdə iştirak edirdik, özümüz özümüzdən xəcalət çəkirdik. Sağ olsunlar ki, belə bir şərait yaradılıbdır. İndi görürük ki, təzə maşının təmirə olan xərcləri qismən azalıb. Bir qrup komitə sədri, deputatlar rayonlara daha tez-tez gedirlər. Ona görə də yanacaqla, ya-nacaq xərclərinin artırılması ilə bağlı məsələyə, düşünürəm ki, baxmaq lazımdır. Ay ərzində müəyyənləşdirilmiş yana-caq norması bugünkü tələblərə cavab vermir.
Digər bir məsələni mən, Ziyafət müəllim, xüsusi vurğu-lamaq istəyirəm. Bizim deputat həmkarlarımızın bir qrupu ezamiyyətə getməkdən yorulub, şikayət edirlər ki, tez-tez ezamiyyətə gedirlər. Belə lap kobud desək, zəhlələri tö-külüb, digər bir qrup isə 5–10 il deputat seçilsələr də, xaricə getmək həsrətindədirlər. Bu proporsiyanı düşünmək lazımdır. Mən başa düşürəm, burada deyiləcək ki, beynəlxalq qrupların üzvləri tez-tez gedirlər. Bu, məntiqlidir, məlum məsələdir. Amma bu səfərlərdə deputatların başqa qruplarının da iştirakı pis olmazdı. Mən özümü demirəm, bəzən xaricə beynəlxalq təşkilatlar hesabına gedirik. Bu məqsədlər üçün vəsaitin də artırılmasına ehtiyac var. Biz Azərbaycanı dünyada təbliğ edirik. Azərbaycanın dünyaya inteqrasiyasında iştirak edirik. Düşünürəm ki, bu məsələlərə baxılsa, smetanı təsdiq etmək olar. Sağ olun.
Sədrlik edən. Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən də, təbii ki, builki xərclərlə əlaqədar minnətdarlığımı bildirirəm. Burada Firudin müəllim geniş, ətraflı məlumat verdi. Məni də elə həmkarım Hadi müəllimin dediyi məsələ narahat edir. Xüsusilə nəzərə almaq lazımdır ki, parlamentin beynəlxalq aləmlə əlaqələri daha çox genişlənib və çoxlu ezamiyyələr olur. Qabaqkı illərdən fərqli olaraq tez-tez Meksikaya və yaxud da İndoneziyaya, Malayziyaya səfərlərimiz olur. Təbii ki, bu səfərlərə pulsuz getmək olmur. Bunun təyyarə bileti də, ezamiyyə xərcləri də bahadır. Bu baxımdan ezamiyyə xərcləri, fikrimcə, xeyli artırılmalıdır. Nəzərə alaq ki, yeni parlament qrupları yaradılıb. Həmin qrupların işləməsi üçün, hesab edirəm ki, bu məbləğ azdır. Bunun artırılmasını təklif edirəm. Yəqin ki, Samir müəllim eşidir, bu, artırılsa, daha yaxşı olar, parlamentin işinə çox böyük təsir göstərər.
Eyni sözləri mən də demək istəyirəm, nəqliyyat xidmət-ləri ilə əlaqədar olaraq 575 min ayrılıbdır. Bu həm yanacaq-sürtkü materiallarına, həm də nəqliyyat xidmətlərinə bölünübdür. Bu isə maşınların təmiri ilə əlaqədardır. Hesab edirəm ki, bu da azdır. Düzdür, mən də minnətdarlığımı bildirirəm ki, komitə sədrlərinə maşınlar verilib. Amma təkcə komitə sədrlərinə maşın verilməklə iş bitmir axı. Bizim parkda nə qədər köhnə maşınlar var. Köhnə maşınlardan da istifadə etmək lazımdır və istifadə də edəcəklər. Bunlar üçün ehtiyat hissələr, yanacaq lazımdır. Yəni ayrılan vəsaitlə biz gələcəkdə, 2013-cü ildə, hesab edirəm ki, bunları həyata keçirə və parkı saxlaya bilməyəcəyik. Bunlar hökmən lazımdır. Əgər bunlar nəzərə alınsa, Milli Məclisin işi daha da səmərəli olar. Milli Məclis üzvlərinin xarici ezamiyyələri, parlament qruplarında və beynəlxalq təşkilatlarda iştirakları daha səmərəli olar. Deputatların maşınlarla, heç olmasa, rayonlara getmək imkanı olmalıdır. Həmkarım Hadi müəllim dedi. Həmin maşınlar çox köhnədir. Möhtərəm Prezidentimiz çox sağ olsun ki, bizə “Mercedes”lər verildi. Bunun özü də böyük şeydir. Parkımızın gələcəkdə də təzələnməsi üçün maliyyə vəsaiti lazımdır. Çox sağ olun.
Sədrlik edən. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Biz, deputatlar deputatlıq fəaliyyəti ilə bağlı tez-tez Milli Məcli-sin Aparatı və İşlər İdarəsi ilə təmasda oluruq. Qeyd etmək istəyirəm ki, həmişə onlar tərəfindən öz fəaliyyətimizə diq-qət və böyük dəstək görürük. İlk növbədə mən Aparat və İşlər İdarəsi kollektivinə bizə dəstək olduqlarına görə təşəkkürümü bildirmək istəyirəm. Peşəkarlardan təşkil olunmuş bu kollektivlər, doğrudan da, bizim deputatlıq fəaliyyətimizə, parlamentin ümumi fəaliyyətinə çox böyük dəstəkdirlər. Bu, qeyd edilməlidir. Bu baxımdan Milli Məclisin 2013-cü ilin xərclər smetasını düzgün sayıram və hesab edirəm ki, düzgün qurulub.
Mənim təklifim dostluq qruplarının fəaliyyəti ilə bağlıdır. Bəlkə də məsələyə bir o qədər aidiyyəti yoxdur. Milli Məclisdə artıq 70-dən çox ölkənin parlamenti ilə dostluq qrupu var. Onların bir qismi Azərbaycanın strateji maraqlarına uyğun olaraq həmin ölkələrin dostluq qrupları ilə çox sıx əlaqədədir və vaxtaşırı səfərlərdə olurlar. Ancaq bir sıra dostluq qrupu var ki, çox təəssüf, 5 illik seçki müddətində bir dəfə də olsun həmin ölkənin parlamentləri ilə təmasda ola bilmirlər. Mən hesab edirəm, norma qoymaq olar ki, 5 il ərzində dostluq qrupları azı iki dəfə həmin ölkələrin parlamentlərinə səfər etsinlər, dostluq əlaqələrini möhkəmləndirsinlər. Çünki biz bəzən hansısa bir məsələ ilə bağlı həmin parlamentlərdən dəstək gözləyirik, amma bunun olması üçün mütləq görüşlər keçirilməli, materiallar verilməli, məsələlər qaldırılmalıdır. Azərbaycanın tarixi, bugünkü problemləri ilə bağlı həmin ölkələrin parlamentlərinin rəhbərliyi və deputatları arasında iş aparılmalıdır. Bu baxımdan artıq dostluq qruplarının da səfərlərinin mütəmadi olaraq təşkil edilməsi məsələsi gündəliyə salınsa, düzgün olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də həmkarlarımın mövqelərini bölüşürəm. Həqiqətən də, bu dövr ərzində parlamentin həyatında çox böyük dəyişikliklər baş verdi. İlk növbədə sovet kreslolarından, qırmızı rəngdən xilas olduq. Müstəqil Azərbaycan dövlətinin sifəti, elementləri bu parlamentdə də bərqərar oldu. Bu çox vacib idi. Bir çoxları bunu adicə zahiri keyfiyyət göstəricisi sayırdılar, amma bu belə deyildi. Azərbaycanın müstəqillik həyatı parlamentdə də öz əksini tapmaqdadır. Heç şübhəsiz ki, bununla paralel şəkildə müzakirələr dövründə bir sıra məsələlərə diqqəti cəlb etməyə çalışırıq.
Birincisi, hörmətli Ziyafət müəllim, sığorta ödənişlərini biz həyata keçiririk, lakin parlament üzvləri də, ölkənin digər vətəndaşları da dövlət qulluqçuları kimi məcburi tibbi sığorta kartlarından, hüquqlarından məhrumdurlar. Bəlkə bir çoxlarına qəribə görünəcək, mən bir başqa təkliflə çıxış etmək istəyirəm. Hər il bizim həyatımız 65 minə yaxın sı-ğorta olunur. Əlbəttə, bu mövzunu, ümumiyyətlə, danışmaq yaxşı deyil. Bunlar insanın yalnız öldüyü halda alına biləcək vəsaitlərdir. Bu sözü də demək istəmirdim, amma özümü bu nöqtədə saxlaya bilmədim. Heç bir ən gözəl tabut belə, insanı ölümə sövq edə bilməz. Bu məbləğ 165 min də olsa belə, bunu yalnız öləndən sonra insanın ailəsi alır.
İşləməyən bu müddəa illər ərzində deputatların sanki üzərində bir biyara, töycüyə çevrilib. Biz ödənişləri həyata keçiririk, sonra o millət vəkilləri parlament həyatından kə-narda qalırlar və beləliklə də, sanki sığorta qurumları bundan udurlar. Həmin 65 min vəsaitin 10–15 min manatını məcburi tibbi sığortaya yönəltsinlər. Bu, parlament üçün mühüm bir göstərici olmaqla bərabər həmin sahədə ilk işin başlanması demək olacaqdır. Millət vəkilinin öz həyatının qüdrətini qiymətləndirmək, necə deyərlər, başqalarından ayırmaq mənasında yox, digər dövlət qulluqçuları üçün də bir stimul verməkdir ki, proses başlanır.
Parlamentdə kifayət qədər peşəkar hüquqşünaslar var. Parlamentin Aparatına ölkədə kifayət qədər tanınmış hüquqşünas, dövlət idarəçiliyində kifayət qədər təcrübəsi olan Səfa müəllim Mirzəyev rəhbərlik edir. Düşünülüb bir optimal formula tapılsın ki, parlament üzvünün həyatı məcburi qaydada tibbi sığortaya məruz qalmış olsun, bu çox önəmlidir.
Başqa bir təklifim deputat ofisləri ilə bağlıdır. Bu heç bir halda özünə yer qazanmaq uğrunda mübarizə deyil. Qanun-vericiliklə təsbit olunub ki, yerli icra orqanları bunu təmin etməyə borcludurlar. Bu da reallıqda işləyən bir müddəadır. Hər kəsin orada ayrılmış otağı var, ondan istifadə edir. Am-ma keçmişdə ayrı-ayrı səfirliklər müəyyən layihələri həyata keçirməyə başladılar. Əslində, mən, açıq desək, bunun əleyhinə idim. Hər hansı bir ölkə səfirliyi Azərbaycan parlamentinin üzvünə ofis tikməli deyildir. Amma bu baş verdi. Yəni bəlkə də bizə əlavə bir təkan verməli idi ki, parlamentin müstəqil hakimiyyət qolu olduğunu nəzərə alaraq, deputatlar hansısa binaların yardımçı nöqtələrində, ərazilərində deyil, ayrıca deputat ofisləri ilə təmin olunsunlar. Bəlkə də ilk dövrdə bunun maliyyə yükü çox böyük olardı, halbuki ştat tərkibi bir köməkçidən ibarətdir. Kiçik bir formada belə ofislər tikmək olar. Bu bir adam üçün deyil ki? 5 ildən bir parlament üzvü əvəzlənir, azı 3–5 dəfə seçilmək imkanı olur, sonra yenə başqa insanlar da orada əyləşə biləcəklər.
Mənim bir əlavə təklifim də parlamentin qarajı ilə bağlı-dır. Dövlət qulluqçuları kateqoriyalarla, əmək haqları ilə təmin olunmaqdadırlar. Doğrudan da, bu dövr ərzində onların həyatında dəyişikliklər hiss olundu, parlament Aparatında təmsil olunmaq bir şərəf işinə çevrilib, dövlət qulluğu sistemində bu yerə gəlmək istəyən adamların sayı çoxalıb. Bu çox vacibdir. Həyatımızın bu və ya digər nöqtələrində bizə kömək edən qarajın sürücülərinin əmək haqları ölkə üzrə, mənə elə gəlir ki, ən aşağı səviyyədədir. Yəni Aparat rəhbərliyi bu işlərdə bizə yardımçı olur, amma həmin insanların problemlərini eşidəndə adam o maşına mindiyinə görə sıxıntı keçirir. Mən təklif edirəm ki, bu dönəmdə onların da maaşları qaldırılsın.
Sədrlik edən. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Ziyafət müəllim, burada hörmətli Firudin müəllim də, digər həmkarlarımız da parlamentin binasında, ətrafında görülən işlərdən söhbət açdılar. İndi bəlkə də mənim dediyim məsələ ilk baxışdan xırda görünə bilər, ancaq mən hesab edirəm, bu çox önəmli məsələdir. Həqiqətən də, bizim dünyanın bir çox ölkələrinin parlamentlərinin həsəd aparacağı bir binamız, deputatlarımızın iş şəraiti, otaqları var. Ancaq məsələ ondadır ki, bizim kabinetlərdə rəngli televizorlar, rəngbərəng telefonlar, par-par parıldayan mebel olsa da, İnternetimiz həddən artıq bərbad vəziyyətdədir. Bu gün ən önəmli məsələ İnternetdir. Elə dünyada yaşayırıq ki, bu gün böyükdən kiçiyə, fəhlədən Prezidentə qədər hamının iş üsulunun əsasını İnternet təşkil edir. Amma bu gün deputatlarımızın otaqlarında olan İnternet həddən artıq bərbad vəziyyətdədir, kompüterlər də onun kimi. Yəni adi bir məktubu yazanda, beşinci cümləni yazanda birinci cümlə ancaq ekranda peyda olur. Bir məktubun hazırlanması bir saat çəkir.
Digər tərəfdən İnternetin özü çox zəif işləyir. Bir məsələ də var ki, nədənsə deputatların İnternetində “YouTube” başda olmaqla bir çox görüntülərə də məhdudiyyətlər qoyulubdur. Bu da anlaşılmaz bir şeydir. Aydın məsələdir, dünyanın əksər ölkələrində də, Azərbaycanda da idarələrdə, təşkilatlarda İnternetdə müəyyən məhdudiyyətlər, filtrlər qoyulur ki, işçilər iş vaxtı əyləncə, tanışlıq saytlarına girib vaxtlarını sərf etməsinlər. Bu anlaşılandır. Yəni məhdudiyyət qoyulursa, Aparatın işçilərinə, personala qoyulsun. Ancaq bunu deputatlara tətbiq etmək, mən elə bilirəm ki, düzgün deyil. Çünki bu gün ən populyar saytlarda, xəbər portallarında müxtəlif videogörüntülər yerləşdirilir. Son günlər, bildiyiniz kimi, çox məşhur bir hal olub. Mən ona görə xahiş edərdim ki, bu məhdudiyyətlər də götürülsün.
Bundan başqa, qəribədir ki, bir çox qəzetlərin saytlarına girişlərə də məhdudiyyət, qadağalar qoyulub. Gülməli haldır ki, Milli Məclisin foyesində həmin qəzetlər açıq şəkildə satılır, ancaq otaqlardakı İnternetdə həmin qəzetlərə girişlərə məhdudiyyət qoyulub. Bu da anlaşılmazdır. Bu yaxınlarda Bakıda İnternet idarəsi üzrə forum keçirildi. Azərbaycanda azad İnternet var və sair. Ancaq bizim İnternetimiz də, kompüterimiz də çox bərbad vəziyyətdədir. Mən çox xahiş edirəm, bu məsələyə də diqqət yetirilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Etibar müəllim. Mən dediyiniz bəzi saytlara, “YouTube”a giriş məhdudiyyəti məsələlərini araşdıraram. Açığı, mən bu barədə bilmirdim. Amma qəzet-lərə heç bir məhdudiyyət yoxdur. Qəzetlərə məhdudiyyətdən söhbət gedə bilməz. Qalan məsələni də araşdırarıq. Nizami Cəfərov.
N.Cəfərov. Çox sağ olun, Ziyafət müəllim. Əlbəttə, Milli Məclisin 2013-cü il üçün xərclər smetası kifayət qədər mü-kəmməl hazırlanıb. Parlamentin ildə bir dəfə imkanı olur ki, deputatlara, millət vəkillərinə lazımi şəkildə kömək göstərən parlament işçilərinə təşəkkür etsin və həqiqətən, onlar yaxşı işləyirlər. Yəni maliyyə vəsaitinin onları nə dərəcə təmin etməsi ayrı söhbətdir, hər halda, yəqin, təmin edir. Amma iş, həqiqətən, keyfiyyətlidir. Bunu mən xüsusi qeyd etmək istəyirəm. Biz Prezidentimizə minnətdarıq. Ən azından başqa parlamentlərlə müqayisələr edə bilirik. Həm səfərlərdə, həm də otellərdə yerləşmədə, onların qiymətlərində biz nəinki geri qalmırıq, nəinki onlarla eyni səviyyədəyik, imkanlarımız digər parlamentlərdən çox-çox genişdir. Bu da ölkənin nüfuzu ilə bağlıdır. Xarici ölkədə millət vəkilinin necə təmin olunması diplomatın necə təmin olunması kimi bir məsələdir və tam təsəvvür yaradır. Ona görə də, əlbəttə, biz minnətdarıq.
Bizim parlamentdə hər il sözün yaxşı mənasında dəyi-şiklik olur. Amma indi bir məsələni mən qeyd etmək is-təyirəm. Bilmirəm, nə dərəcədə məntiqlidir, nə dərəcədə yox. Bizim Naxçıvanda yaşayan millət vəkillərimiz var, İsa müəllimdir, İsmayıl müəllimdir. Onların Naxçıvana gedib-gəlmək, nəqliyyat, təyyarə xərcləri Milli Məclis tərəfindən ödənilə bilərmi? Mən bilmirəm, indi onların vəziyyəti necədir? Hər halda fikirləşirəm ki, onların elə maaşlarının hamısı yola gedir. Naxçıvandan iki millət vəkilimiz var. Bu məsələ üzərində fikirləşmək olar. Tam məntiqlidir, Nax-çıvanın xüsusi vəziyyəti var və istər-istəməz ayda da 5–6 dəfə gedib-gəlirlər və böyük məbləğ alınır. İmkan varsa, həmin məsələ üzərində bir düşünülsün. Amma onlar demə-yiblər, mən özüm deyirəm. Onlar heç vaxt bu barədə gileylənməyiblər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Elmira Axun-dova.
E.Axundova. Çox sağ olun. Mən də hörmətli bizim İşlər İdarəsi müdirinə və bütün işçilərinə dərin hörmətimi, təşək-kürümü bildirmək istəyirəm. Doğrudan, onlar çox gözəl işləyir, təvazökar insandırlar. Bizim hər bir istəyimizi yerinə yetirir və bizə çox böyük köməklik göstərirlər. Mən onlara, doğrudan, minnətdaram. Burada bizim üçün çox komfortlu bir şərait yaradıblar. Düzdür bu, ilk növbədə Oqtay müəllimin xidmətidir. Lakin İşlər İdarəsi çox ahəngdar və çox gözəl bir kollektiv kimi işləyir.
Bir-iki təklif vermək istəyirəm. Deməli, mən Zahid Orucla tamamilə razıyam ki, məcburi tibbi sığorta çox vacib bir məsələdir. Çünki bizim deputatların əksəriyyəti orta və yaşlı nəsillərin nümayəndəsidirlər və ildə bir-iki dəfə müalicəyə, müayinəyə, o cümlədən xaricdə əməliyyat keçirməyə ehtiyacları var. Onlar hamısı imkanlı insanlar deyildir. Onların tibb məsələsi onların şəxsi işidir. Lakin belə olmamalıdır, yaxşı olardı ki, heç olmasa, biz deputatlar tibbi sığortaya yiyələnək. Əgər dövlət klinikalarında mümkün deyilsə, özəl tibbi klinikalarda, xaricdə tibbi əməliyyat keçirilən zaman, heç olmasa, xərcin müəyyən bir qismini Milli Məclis bizim üçün ödəyə bilsin. Çox gözəl bir məsələ olardı.
Deputatların asudə vaxtlarını daha səmərəli keçirmələri barədə. Mən bilirəm ki, Bakıda işləyən bəzi xarici şirkətlərin nümayəndələri üçün idman abonementlərinin haqqını onların şirkətləri ödəyir. Mən istərdim ki, sağlam həyat, asudə vaxtın daha səmərəli keçirilməsi üçün bizə də müəyyən idman komplekslərində xüsusi abonementlər alınsın, çünki bunlar çox bahadır, hər kəsin buna imkanı yoxdur.
Üçüncü, mən bir neçə dəfə qeyd etmişəm, yenə qeyd etmək istəyirəm ki, bir köməkçi ilə işləmək çox çətindir, çünki deputatların köməkçilərinin əksəriyyəti rayonlarda işləyir, lakin seçicilərimiz Bakıya gəlməkdədirlər. Məktublar qalaq-qalaq Bakıya gəlir və burada biz bu problemlərlə təkbaşına qalırıq, ona görə də mən xahiş edərdim ki, heç olmasa, gələcəkdə biz ikinci deputat köməkçisi məsələsinə baxaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Təşəkkür edirəm, hörmətli deputat həmkarlarım. İlham Əliyev buyursun.
İ.Əliyev. Təşəkkür edirəm. 3 gündür, biz də burada çox ciddi olaraq büdcəyə baxırıq. Demək istəyirəm ki, büdcə layihəsi üzərində çox böyük mütəxəssislər, iqtisadçılarımız işləyiblər. Əlbəttə, deputat həmkarlarımız burada öz mənfi və müsbət rəylərini bildirdilər. Mən İqtisadi siyasət komitə-sinin üzvü kimi hesab edirəm ki, büdcəmiz çox dolğun, ge-niş, hərtərəfli büdcədir və il-ildən bundan da geniş olmağını arzu edirəm. Bizim maliyyə naziri Samir Şərifova, onun komandasına minnətdarlığımı bildirirəm ki, büdcə üzərində belə gözəl iş aparıblar.
Milli Məclisin İşlər İdarəsinin büdcəsi ilə bağlı həmkar-larımızın toxunduqları məsələlərə mən də fikrimi bildirmək istəyirəm. Bizim üçün çox komfortlu şərait yaradılıb. Təva-zökarlıqdan kənar olmamaqla, bizə sözün əsl mənasında, təmənnasız qulluq göstərirlər, bizim hər problemimizi, hər sualımızı həll edirlər. Bütün Aparata, İşlər İdarəsinə min-nətdarlığımı bildirirəm.
Mən bir məsələni də demək istəyirəm. Bu mənim öz fikrimdir. Dövlət nə qədər güclü olsa da, bütün yükləri onun üzərinə qoya bilmırik. Biz özümüz millət vəkili kimi müəyyən məsələləri həll etmək iqtidarında olmalıyıq. Mən qətiyyən heç kimə irad bildirmək istəmirəm. Amma, bəli, Nizami müəllim sağ olsun, çox ciddi məsələ qaldırdı. Naxçıvandan millət vəkillərimiz hər dəfə gəlirlər, gedirlər. Amma burada mənim üçün yenilik oldu. Büdcə layihəsini oxuyanda məlum oldu ki, respublikadaxili də ezamiyyələr var. Ezamiyyətə gedərkən hətta maşın da ayrılır. Mənim səhvim olub ki, bununla maraqlanmamışam. Bəlkə buna ehtiyac olmayıb, ona görə maraqlanmamışam.
Əgər biz burada millətimizi təmsil ediriksə, hər birimiz hansı isə bir zonadan, rayondan, ərazidən seçilib gəlmişiksə, bizim vəzifə borcumuz oradakı seçicilərimizin problemləri ilə məşğul olmaq, problemlərini qabarıq şəkildə burada üzə çıxarmaq və həmin problemləri həll etməkdirsə, biz gərək yükün bir hissəsini öz çiynimizə götürək, dövlətin, büdcənin üzərinə qoymayaq. Bu mənim öz fikrimdir. Mən işlə bu yolla məşğul oluram. Ola bilər, kimin isə bu dərəcədə imkanı olmasın. Amma seçkiqabağı kampaniyada insanlar gəlib deyirlər ki, məni seçin, mən sizin üçün nəyi isə edəcəyəm. Mən seçkiqabağı boynuma götürdüyüm bütün işlərin hamısını seçkidən əvvəl etdim. Bilmirdim, seçiləcəyəm, yoxsa yox. Əlbəttə, iki köməkçi də, fitnes kluba getmək də, hətta artıq yanacaq almaq da gözəldir. Amma mənim fikrim budur ki, gərək yükün bir hissəsini öz üzərimizə götürək. Hamınıza təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, İlham müəllim, təşəkkür edirəm. Başqa çıxış etmək istəyən yoxdursa, nəhayət, növbəti məsələmizə keçək. Azərbaycan Respublikası Hesablama Pala-tasının 2013-cü il üçün xərclər smetası haqqında Hesablama Palatasının sədri Heydər Əsədov məlumat verir. Buyurun, Heydər müəllim.
H.Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Mən vaxtınızı çox almayacağam. Bizim büdcə layihəsi keçənilki büdcədən 11 min artıq nəzərdə tutulub. Bu məbləğ də bizim öz istəyimizlə əlavə edilib. Bizim həm maliyyə-təsərrüfat, həm də funksional vəzifəmizi yerinə yetirməyə tam imkan verir. Ona görə də hörmətli millət vəkillərindən həmin büdcəni təsdiq etməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Heydər müəllim, çox sağ olun, çox müxtəsər, qısa və aydın. Əgər başqa çıxış etmək istəyən yoxdursa, bununla da iclasımızı yekunlaşdıraq. Növbəti iclasın tarixi haqqında sizə məlumat veriləcək. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi