2015-ci il 2 fevral tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XIV  SESSİYASI  İCLASININ

PPOTOKOLU  №  102

Milli  Məclisin  iclas  salonu.
2  fevral  2015-ci  il.

İclasa  Azərbaycan  Respublikası  Milli  Məclisinin
Sədri  O.Əsədov  sədrlik  etmişdir.

İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 100
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Ramiz Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini.
Vüqar Rəhimzadə, Azərbaycan Mətbuat Şurasının üzvü.
Hacəmi Atakişiyev, Azərbaycan Reklamçılar İttifaqının sədri.
Etibar Əbülqasımov, Azərbaycan Reklamçılar İttifaqının üzvü.
Qafar Cəbiyev, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası sədrinin müavini.
Araz Əliyev, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament müdiri.
Namiq Qulamov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri.
Pərviz Abdullabəyli, Baki Şəhər İcra Hakimiyyətinin departament rəisinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.
4. Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edil-məsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Reklam haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Zahid Oruc, Xanhüseyn Kazımlı, Qənirə Paşayeva, Leyla Abdullayeva, Fərəc Quliyev, Flora Qasımova, Fazil Mustafa, Azay Quliyev, İqbal Ağazadə, Sabir Rüstəmxanlı, Sədaqət Vəliyeva, Siyavuş Novruzov, Çingiz Qənizadə

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında.


Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Zahid Oruc, Ziyafət Əsgərov, Elmira Axundova, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, İqbal Ağazadə, Musa Quliyev, Eldar İbrahimov, Elman Məmmədov, Bahar Muradova

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Sevinc Fətəliyeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası Hökuməti ilə Macarıstanın Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.02 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

6. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Qənirə Paşayeva, Gövhər Baxşəliyeva, Fəttah Heydərov, Vahid Əhmədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.16 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

7. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 81
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 81
Nəticə: Yetərsay yoxdur

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

8. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

9. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
 
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, Etibar Hüseynov, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Fazil Mustafa, Eldar İbrahimov, Azay Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.51 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Azay Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.51 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

11. Reklam haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Vahid Əhmədov, Ziyafət Əsgərov, Elmira Axundova, Jalə Əliyeva, Arif Əşrəfov, Zahid Oruc, Tahir Rzayev, Gövhər Baxşəliyeva, Azay Quliyev, Qüdrət Həsənquliyev, Əli Məsimli, Məlahət İbrahimqızı, Azər Badamov, Qənirə Paşayeva, Siyavuş Novruzov, Valeh Ələsgərov

Təklif: Qanun layihəsi birinci oxunuşda  qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.04 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                       O.ƏSƏDOV
 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

2  fevral  2015-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! 2015-ci ilin yaz sessiyasını açıq elan edirəm.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

Sədrlik edən. Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.05 dəq.)
İştirak edir 100
Yetərsay           83

Yetərsay var, çox sağ olun. İclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, mən bir daha yaz sessiyasının başlanması münasibəti ilə sizin hamınızı təbrik edirəm və gələcək işimizdə hamımıza uğurlar arzu edirəm.
Hörmətli deputatlar, ötən sessiyanın və ilin yekunları barədə mən sizə keçən iclasda məlumat vermişdim. Qeyd edim ki, Milli Məclis Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin uğurlu olması üçün öz boynuna düşən qanunvericilik məsələlərini yüksək səviyyədə həyata keçirmişdir və əminəm ki, gələcəkdə də bu istiqamətdə öz işini davam etdirəcəkdir.
Bildiyiniz kimi, IV çağırış Milli Məclisin səlahiyyət müddətinin başa çatmasına az qalıb. Ona görə də işimiz çox gərgin olacaqdır. Yaz sessiyasının qanunvericilik planı ha-zırlanmışdır. Bu plan təqdim ediləcək və biz bu plan haqqında müzakirələr aparacağıq. Ondan başqa, bu sessiyada Konstitusiyaya uyğun olaraq, Azərbaycan Respublikası hö-kumətinin hesabatı dinləniləcək, eləcə də 2014-cü ilin dövlət büdcəsinin icrası və digər məsələlər müzakirə ediləcək, ombudsmanın hesabatı dinləniləcəkdir. Mən görüləcək işlərimizdə sizin hamınıza uğurlar arzu edirəm. İndi xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, sağ olun.
Müzakirələrə ehtiyac varsa, xahiş edirəm, yazılasınız. Zahid Oruc buyursun. Adın yazıldı, sonra pozuldu? Nə edək?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Mikrofon verin.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən də yaz sessiyasının başlaması münasibəti ilə hər birinizi təbrik edirəm və millətimiz adına qarşıdakı dönəmdə gördüyünüz işlərdə hər birinizə uğurlar arzu edirəm.
Hörmətli cənab Sədr, parlament sessiyaarası tətildə olduğu dövrdə, yanvarın 12-də Tarif Şurası bizim qəbul etdiyimiz vergi qanunvericiliyinə dəyişikliklər ilə əlaqəli bir addım atdı, yəni qərar verdi. Konkret olaraq benzin və dizel yanacağının qiymətini iki qəpik artırdı. 2 gün sonra ölkə rəhbəri haqlı olaraq həmin qərarı ləğv etdi. Lakin bundan sonra heç şübhəsiz ki, hökumət üzvləri qarşısında sual qaldırıldı ki, həmin şuranın statusu nədən ibarətdir. Onlar əsasnamə prinsiplərinə uyğun olaraq verdikləri qərarda nə dərəcədə iqtisadiyyatın stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, yerli məhsulların qorunması və sair prinsiplərə əməl edirlər. Məlum oldu ki, elə sözügedən məsələnin özündə, məsələn, Aİ-92 və Aİ-95 markalı benzinlərin özünün qiymətinə yanaşmada çox səhv bir metodoloji sistemdən istifadə olunub. Mən bunun dəyərləndirilməsini vermək istəmirəm. Demək istəyirəm ki, ümumiyyətlə, Tarif Şurasının statusu, əslində, qanunla müəyyənləşməlidir. Onun tərkibinə müxtəlif qurumların, sadəcə, müavin səlahiyyətlərini daşıyan insanlar cəlb olunurlar, halbuki orada, məsələn, cəmiyyətin maraqlarını ifadə edən və əslində, dövlət ilə vətəndaş arasında bir institut olan əlaqələndirici qeyri-hökumət təşkilatı rəhbərlərindən, parlament nümayəndələrindən, İqtisadi siyasət komitəsindən, həmçinin Mətbuat Şurasından bir nəfərin olması yerində olardı. İndi baxın, həmin qərar hesabına, əslində, digər sahələrdə məhsulların qiymətində nisbi dəyişmələr baş verdi. Əlbəttə, bunlar köklü şəkildə əhalinin maraqlarını tam əngəlləyən, zədələyən dəyişikliklər deyil. Hər halda o cür əsassız addım niyə atılmalı idi ki, ona belə bir münasibət də göstərilsin. Mən düşünürəm ki, ümumiyyətlə, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər sahəsinin özünə yenidən baxmağa bir ehtiyac var.
Hörmətli cənab Sədr, Siz bundan öncə bir dövlət strukturunda təmsil olunmusunuz. Məsələn, su tarifləri başa düşüləndir. Amma orada xidmət sahələri də var. Bunların heç birini dünyanın aparıcı ölkələrində dövlət
tənzimləmir. Bu, bərabərrəqabətli vəziyyətdə bazar iqtisadiyyatının tələbi olaraq meydana çıxır. Ona görə də mən həmin qurumun statusunun formalaşmasının qanunla aparılmasını təklif edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun, hörmətli cənab Sədr. Mən də bütün deputat həmkarlarımı ürəkdən təbrik edirəm. Eyni zamanda, bölgələrdə olarkən mən hiss etdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 27-də keçirdiyi müşavirədəki çıxışı və orada qoyulan məsələlər Azərbaycan ictimaiyyəti tərəfindən çox böyük coşqu ilə qarşılanmış və güclü dəstək almışdır. Cənab Prezidentin orada söylədiyi kəlamlar, xüsusilə də “Biz keçmiş tariximizə qayıtmalıyıq” ifadəsi Azərbaycan ictimaiyyəti tərəfindən yüksək səviyyədə qarşılanmışdır.
Cənab Sədr, bildiyimiz kimi, bu ayın 2-si Gənclər günüdür. Azərbaycan Respublikası Prezidentinin əlamətdar gün-lərə diqqət ayırması və xüsusilə “Gəncliyimiz gələcəyimizdir” mövzusunda tədbirlərin keçirilməsi və gənclərə böyük meydanın verilməsi istiqamətində atılan addımlar hamımızın ürəyindəndir. Eyni zamanda da istər beynəlxalq səviyyədə, istərsə də Azərbaycanın bölgələri səviyyəsində, Azərbaycan ictimaiyyəti səviyyəsində gənclərə üstün yer verilməsi və xüsusən də Azərbaycanın faciəsi olan Xocalı soyqırımı gününün Heydər Əliyev Fondu və onun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən ayrı-ayrı ölkələrdə qeyd edilməsi olduqca yüksək səviyyədə qarşılanmışdır.
Cənab Sədr, Prezidentin sərəncamı ilə 6 nəfər gəncin Prezident mükafatına layiq görülməsi gənclərimizə verilən meydanın daha da genişlənməsi deməkdir. Ona görə də mən öz adımdan cənab Prezidentə gəncliyimizə verilən mükafatlara görə təşəkkürümü bildirirəm və ona böyük uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün Gənclər günüdür, mən də Gənclər günü münasibəti ilə ölkə əhalisinin böyük bir hissəsini təşkil edən gənclərimizi təbrik edir, onlara dövlətimizin, millətimizin mənafeyi uğ-runda bütün fəaliyyətlərində uğurlar, can sağlığı və xoşbəxtlik arzulayıram.
Bu dövr ərzində bölgələri gəzdiyimiz zaman çox ciddi şəkildə ortaya çıxan bir problemlə bağlı məsələni qaldıraraq parlamentdən və Oqtay müəllim, Sizdən bu məsələdə dəstək olmanızı rica edirəm. Söhbət ondan gedir ki, biz 2012-ci ilin sonunda Cinayət Məcəlləsində dəyişiklik edərək bu məsələdə müəyyən addımlar atdıq və onu 176-cı maddədən 306-cı maddəyə keçirdik, yəni aliment verməkdən imtina edən insanların, əsasən də ataların hətta azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə qədər bu məsələ öz əksini tapdı. Amma çox təəssüf ki, bu, müəyyən mənada problemin həllinə müsbət təsirini göstərsə də, ciddi şəkildə bu problemin həllinə təsirini göstərə bilmir. Söhbət rayonlarda və kənd rayonlarında bu məsələdə daha qabarıq üzə çıxan bir vəziyyətdən gedir. Mən xatırlayıram, o zaman, hələ 2012-ci ilin sonunda komitə sədri çox hörmətli Əli Hüseynli açıqlama verərkən bu məsələyə baxmağımızı belə əsaslandırmışdı ki, məhkəmə qərarlarının icraatında təxminən 140 min iş gözləyir. Onun üçdə biri məhz bu aliment məsələsi ilə bağlıdır və biz buna ciddi yanaşmalıyıq. Həmin məsələ bu gün də aktualdır, biz kəndlərdə, rayonlarda olduq, öz övladları üçün aylarla aliment ala bilməyən analar çox çətin vəziyyətdə qalırlar və bəzən bu alimenti verməkdən atalar qəsdən imtina edirlər. Mən işləmirəm deyirlər, amma adamın hansısa qeyri-rəsmi iş yeri var, müəyyən qazancı var, verməkdən imtina edir. Bəziləri başqa yollarla yayınır, bəziləri də var, mənim bir işim yoxdur, nə edim, verə bilmirəm deyir və sair. Beləliklə, analar öz kiçik yaşlı uşaqları ilə çox ağır vəziyyətdə qalırlar. Çox xahiş edərdim ki, aliment fondunun yaradılması məsələsinə baxılsın. Bir sıra dünya ölkələrinin təcrübəsində bu var. Bu nə edir? Alimenti hökumət verir, onun belə bir fondu, mexanizmləri var. O, vəsaiti ala bilir, yəni hökumət alimenti ödəyəcək atadan həmin vəsaiti ala bilir və ya işi yoxdur deyirsə, məcbur işə cəlb edərək o vəsaiti alır və analara verir. Dövlətin belə analara köməyi, dəstəyi bu şəkildə olur. Dövlət zərərə düşmür, analar da məhkəmə qapılarında qalmırlar, hansısa çətinliklərlə üzləşmirlər, yəni dövlət onların hüquqlarını daha ciddi şəkildə qoruyur. Bu məsələyə…
Sədrlik edən. Qənirə xanım, bu fondları yaradaraq biz problemlər də yarada bilərik. Onda aliment verməyənlərin sayı bir az da artacaq. Bunun başqa formaları da var. Qonşu ölkələrdə başqa formada edirlər. Onu fikirləşin, komissiyaya tapşıraq, baxsınlar. Məsələn, Rusiyada əmlaka yönəldirlər, maşınlara yönəldirlər, hər iş görürlər. Amma fond yaratmaq kimi yükü dövlətin üstünə salmaq, özü də indiki vaxtda, bu məsələlər bir az populist çıxır, lazım deyil. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hör-mətli həmkarlar! Azərbaycan Respublikası günü-gündən inkişaf etməkdədir. Ölkəmiz bir sıra göstəricilərə görə öz nailiyyətləri ilə öyünə bilər. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası davamlı inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Məlumdur ki, hər dövr, eyni zamanda, yeni çağırışlar deməkdir. Qloballaşan dünyanın öz göstəriciləri, öz şərtləri vardır. Bu gün biz qloballaşan dünyanın tərkib hissəsiyik. Azərbaycan Respublikası uğurla inkişaf edən dünya ölkələrinə doğru irəliləməkdədir. Bu gün təhsil və elm kimi sahələrin əhəmiyyəti çox böyükdür. Ölkəmizdə bu sahədə xeyli işlər görülür, islahatlar aparılır. Millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu sahədə böyük layihə və proqramlar həyata keçirilir.
Bu yaxınlarda cənab Prezident ümumtəhsil məktəbləri müəllimlərinin böyük bir qrupunun məvaciblərinin artırılması haqqında fərman verdi. Bu günlərdə isə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oldu. Bütün bunlar təhsil sahəsinin inkişafı üçün müvafiq addımların atılmasına gətirib çıxaracaqdır. Bu baxımdan mən də bir təhsil işçisi kimi bu kontekstdə bir məsələni vurğulamaq istərdim.
Orta məktəblərdə kişi müəllimlərin sayı çox azdır. Təhsil Nazirliyinin rəsmi rəqəmləri də göstərir ki, bu gün ölk-əmizdə orta məktəb müəllimlərinin böyük əksəriyyəti qadınlardan ibarətdir. Demək olar ki, bütün fənlər üzrə qadın müəllimələr üstünlük təşkil edir ki, bu hətta ənənəvi olaraq kişilərin tədris etdiyi fənləri də bu gün əhatə etməkdədir. Düzdür, bizdə bu sahədə həmişə qadınlar daha çox olublar. Bunun da bir sıra səbəbləri var idi. Lakin bir reallıq da var. Bunu artıq elm sübut etmişdir. Gənc nəslin formalaşmasında kişi nümunəsi çox mühümdür. Kişi nümunəsinin, kişi davranış modelinin əhəmiyyətini müasir dünyanın bütün pedaqoqları birmənalı şəkildə vurğulamaqdadırlar. Psixologiya, sosiologiya elmləri də bu davranış modelinin bir müəllim timsalında olmasının vacibliyini qeyd edirlər.
Digər tərəfdən, biz yalnız şagird yox, həm də əsgər yetişdiririk. Mən bu sahədə çalışan, təcrübəsi olan bir insan kimi bu problemi əhəmiyyətli hesab edirəm və bu barədə düşünməyə çağırıram. Məsələn, belə bir variantı nəzərdən keçirə bilərik. Bir qrup müəllimin stimullaşdırılması üçün xüsusi mexanizmlər müəyyən etmək, qanunvericilikdə dəyişiklik etmək, xüsusi proqram qəbul etmək, hər halda bu problem varsa, bu sahədə bir mexanizm düşünmək lazımdır. Məsələn, Yaponiyada hər məktəbdə kvota kimi kişi müəllim sayının qoyulması məlumdur. Hesab edirəm ki, bu, göründüyündən də ciddi məsələdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Fərəc Quliyev buyursun.
F.Quliyev. Sağ olun, cənab Sədr. Mən də bütün həmkarlarımı yaz sessiyasının başlaması münasibəti ilə təbrik edi-rəm və bir məsələyə diqqət yetirmək istəyirəm ki, bu il yayda Azərbaycan üçün çox əhəmiyyətli olan beynəlxalq bir tədbir – Avropa oyunları keçiriləcək. Ölkə rəhbərliyi tərəfindən də bu hazırlıqlarla bağlı, yəni şəhərin sahmana salınması istiqamətində, müəyyən infrastrukturların bərpası və sair ilə bağlı çox ciddi işlər görülür. Güman edirəm ki, bu ərəfədə Azərbaycanda, xüsusən Bakıda köhnə avto-mobillərin çox olması mənfi amil kimi görünəcəkdir. Mən təklif edirəm ki, biz il məhdudiyyəti qoymaqla müəyyən avtomobillərin həmin dövrdə və ya indidən başlayaraq Bakıya buraxılmasının qarşısını almalıyıq, bunlar əyalətlərə gedə bilərlər. Növbəti mərhələdə isə həmin avtomobillər dövlət tərəfindən götürülüb qiymətləndirilə, habelə istifadəçiyə, yəni həmin əmlakın sahibinə o qiyməti çıxmaq şərti və əlavə ödəmə ilə yerli avtomobillər təklif oluna bilər. Bu həm Azərbaycanda avtomobil istehsalının inkişafına səbəb olar, həm də yerli istehsal olan mallarımız ilə təminat olar, valyutamız da kənara çıxmaz.
Bu, beynəlxalq tədbir ərəfəsində Azərbaycanda, Bakı şə-hərində xüsusən tıxacların olmaması, ekoloji cəhətdən təmiz bir mühitin olması üçün də məncə, əhəmiyyətli məsələdir. Mən bilmirəm, bunu qanunvericilikdə hansı formada tənzimləmək olar. Amma hər halda bu məsələni hökumət ilə bir araya gəlib müzakirə eləməyə, məncə, dəyər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Flora Qasımova.
F.Qasımova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının başlaması münasibəti ilə sizə işlərinizdə uğurlar arzu edirəm. 2 fevral həm də Gənclər günüdür. Bu münasibətlə də gənclərimizi təbrik edirəm. Arzu edirəm ki, gənclərimiz xalqımıza yararlı, dövlətimizə sadiq vətəndaş kimi yetişsinlər.
Hörmətli həmkarlar, biz yanvar ayında Qanlı Yanvarın 25 illiyini qeyd etdik. Fevral ayında Xocalı soyqırımının 23 illiyi qeyd olunacaq. Beləcə, ilin 2–3 ayını çıxmaqla, demək olar, elə bir ay yoxdur ki, xalqımıza qarşı soyqırımı, təcavüz, işğal faktı olmasın. Araşdıranda görürük ki, bunların arxasında həmişə ermənilər və onları müdafiə eləyən dövlətlər durur. Çox maraqlıdır, bütün beynəlxalq qurumlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını və Azərbaycanın ərazi bütövlüyü faktını tanıyırlar, lakin Minsk qrupuna həmsədrlik edən dövlətlərin də səs verdikləri BMT-nin işğal barəsindəki 4 qətnaməsi kağız üzərində qalıb. Bizə tövsiyə edirlər ki, bu münaqişəni yalnız sülh yolu ilə həll edək və təcavüzkarlara heç bir təzyiq göstərilmir. Görünür, münaqişənin uzanması və yaxud alovlanması elə bu dövlətlərin də marağındadır.
Məcburi köçkünlər 20 ildən artıqdır ki, bütün məşəqqət-lərə dözərək münaqişənin ədalətli həllini gözləyirlər. Artıq səbrimiz tükənib. Mən də öz doğma elimə qayıtmaq, doğmalarımın qəbrini ziyarət etmək istəyirəm. Beynəlxalq təşkilatlara inamımız qalmayıb. Ümidimiz Ali Baş Komandana və Azərbaycan ordusunadır. Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni separatçıları işğal etdikləri torpaqlarda özlərini çox sərbəst, arxayın hiss edirlər. Belə olmasa idi, Kəlbəcərdə olan vətəndaşlarımızdan birini öldürüb, digər ikisini girov götürərək sərhədi qanunsuz keçmək adı altında üzərlərində qondarma məhkəmə qurub Şuşa türməsində saxlamazdılar. Halbuki Şuşa türməsində Sarkisyan, Köçəryan, Ohanyan, Bako Saakyan kimi cinayətkarlar saxlanılmalıdır. Ermənistan prezidenti Serj Sarkisyan o qədər azğınlaşıb ki, hərdən Azərbaycana da hədə-qorxu gəlir. Sarkisyan rusun kölgəsində yatıb, elə bilir ki, öz kölgəsidir. Ancaq unudur ki, Azərbaycan nə 1918-ci ildəki, nə də 1990-cı illərdəki Azərbaycandır.
Azərbaycan ordusu hər an torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Biz hər şeyə hazır olmalıyıq. Son zamanlar cəbhə bölgəsində erməni silahlılarının təxribatı nəticəsində əsgərlərimiz şəhid olurlar. Şəhid olanlara Allahdan rəhmət, ailələrinə isə səbr diləyirəm. Şəhid olanların valideynləri övlad itkisi nə qədər ağır olsa da, övladlarının Vətən uğrun-da şəhid olmaları ilə fəxr etdiklərini bildirirlər. Lakin unut-masınlar ki, bu gənclər şəhid olana kimi onların övladları idilər, indi isə bütün xalqın övladlarıdırlar. Biz bu ailələrin problemlərinə həssaslıqla yanaşmalıyıq. Hörmətli Oqtay müəllim, şəhid ailələri neçə müddətdir ki, biz deputatlara müraciət edərək qanunla onlara çatacaq dövlət icbari sığorta pullarını almaları üçün köməklik göstərməyimizi istəyirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun vaxtında icra olunmaması bu qanunun icrasına məsul olan müvafiq icra orqanlarının günahıdır.
Sizdən xahişim odur ki, Milli Məclisin Sədri kimi səlahiyyətlərinizdən istifadə edərək tezliklə bu problemin həll olunması üçün öz köməkliyinizi əsirgəməyəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bizə də müraciət ediblər, biz o müraciəti hökumətə göndərmişik, indi məşğuldurlar. Bizə Konstitusiya Məhkəməsinin tövsiyəsi ilə göndərilsə də, bu məsələ ilə hökumət məşğul olur, cavabı hökumət verəcək. Fazil Mustafa, buyurun.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən Flora xanımın sonuncu çağırışını təkrarlamaq istəmirəm. Bilirəm ki, bu məsələyə Milli Məclisin rəhbərliyi səviyyəsində xeyli həssaslıqla yanaşılıb, bunları qəbul eləyiblər. Məsələnin həlli üçün hamımız birgə səylərimizlə işlər görəcəyik. Bu gün Gənclər günündən danışdıq, amma cəbhədə həlak olanları unutmayaq ki, onlar da gənc idilər və bu gün şəhidlərə verdiyimiz qiymət Azərbaycan əsgərinin mənəvi əhvalının yüksəlməsi üçün vacib meyardır. Ona görə də bu addımı atmağımız vacibdir ki, insanlar döyüşməyə, ölməyə peşman olmasınlar və Vətən üçün özlərini fəda etməyə həmişə hazır olsunlar.
Vacib məsələlərdən biri, bildiyiniz kimi, budur ki, qarşımızda erməni soyqırımının 100 illiyi ilə bağlı hadisələr durur. Mən hesab edirəm ki, xaricdə Azərbaycana, Türkiyəyə qarşı təsiri olacaq bu hadisəyə bizim münasibətimiz yetərli səviyyədə deyil. Bu günlərdə mən Strasburqda bir tədbirdə iştirak etdim. Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçek İsveçrə hökumətini məhkəməyə vermişdi və erməni soyqı-rımı olmayıb iddiasının cinayət cəzası olaraq tanınmasına qarşı iddia qaldırmışdı. Bu iddia Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul olunub. Çox ciddi bir tədbirdir və bir türk vətəndaşı, siyasətçisi, demək olar ki, erməni iddialarını orada darmadağın elədi və artıq Avropa ictimai rəyində belə bir məsələnin cinayət məsələsi kimi görünməsinin cəfəngiyat olduğu hər kəsə bəlli olmağa başladı. Amma bunun bizdə işıqlandırılması geniş şəkildə aparılmadı. Halbuki bu təkcə Türkiyəyə yönəli iddia deyil, bizim özümüzə də yönəli bir iddiadır və bunun hansısa məqamda ifşa olunması, sındırılması Azərbaycanın xeyrinədir.
Digər tərəfdən, Fransa prezidenti Fransua Olland bəyan edib ki, aprel ayının 24-də saxta soyqırımının 100 illiyi ilə bağlı Yerevana səfər edəcək və orada erməni xalqı ilə həm-rəylik duyğusunu yaşayacaq. Bəlkə biz də, ümumiyyətlə, bu gündən başlayaraq, – qarşıda Xocalı soyqırımının 23 illiyi gəlir, – Fransua Olland da daxil olmaqla erməni simpatiyasını özlərində daşıyan dünya liderlərinin bu soyqırımına həssaslıq göstərdiklərini nəzərə alıb onlara müraciət yazaq ki, qarşıdan Xocalı soyqırımının 23 illiyi gəlir, siz də soyqırımı məsələsinə belə həssas yanaşan insanlar olduğunuza görə, sizi Azərbaycana, Bakıya dəvət edirik, gəlib soyqırımı tədbirində iştirak edin və tarixdə soyqırımı axtarmaq yerinə sübutu olan, müasir dövrümüzdə, sivil dünyada baş verən gerçək soyqırımının şahidi olun, yəni Bosniyada baş verən soyqırımının başqa bir formada Azərbaycanda necə baş verdiyinin şahidi olun. Bizim də bu informasiya təbliğatından istifadə etməyimiz vacibdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Heç kim bizim əlimizdən tutmur ki, biz bu informasiyadan istifadə etməyək. Qəzetlər də ya-zırlar, biz də deyirik, Xocalı soyqırımı haqqında artıq bütün konfranslarda, beynəlxalq təşkilatlarda sözlərimizi demişik. Bu yaxınlarda İstanbulda İslam ölkələri parlament sədrlərinin konfransında da bu məsələ qaldırıldı. Bunun üzərində işləyirik. Deyək ki, Azərbaycan heç nə eləmir, bu düz deyil, ancaq dərinə gedəndə görürük ki, beynəlxalq təşkilatlar, həqiqətən, bütün məsələlərə birtərəfli baxırlar. Nəinki Fransua Olland, Roma Papası da gedir Ermənistana. Nə deyəcəyik, gedirlər, getsinlər. Onların görüntüləri budur. Onlar Azərbaycana gəlməyəcəklər, buna siz əmin olmalısınız, 10 dəfə də qarışsaq, məktub yazsaq, xeyri yoxdur. Gələnlər neyləyiblər ki, gəlməyənlər neyləsinlər? Biz özümüz öz məsələlərimizə çarə qılmasaq, heç bir beynəlxalq təşkilat Azərbaycanın məsələlərinə çarə qılmayacaq. Mən buna artıq əmin olmuşam. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən də bir neçə məsələyə toxunmaq istəyirəm. Hamımız bilirik ki, Xocalı soyqırımının növbəti ildönümü yaxınlaşır və bir qrup qeyri-hökumət təşkilatı və ümumiyyətlə, müharibədən əziyyət çəkən insanlar bizə müraciət ediblər ki, bu soyqırımını törədən Serj Sarkisyanın beynəlxalq məhkəməyə verilməsi ilə bağlı bir petisiya hazırlansın. Belə bir petisiya bizim tərəfimizdən hazırlanaraq BMT-nin Təhlükəsizlik Şurasına ünvanlanıb, petisiyada bir tələb var, Sarkisyan hərbi cinayətkar kimi tanınsın. Mən fürsətdən istifadə edib, bütün ictimaiyyəti, qeyri-hökumət təşkilatlarını bu petisiyaya dəstək verməyə çağırıram və xüsusən televiziya kanallarından xahiş edirəm ki, bizə informasiya dəstəyi versinlər. Biz artıq ciddi bir şəkildə imzatoplama mərasiminə başlamışıq, 100 min imza lazımdır və bu imzanı qısa zamanda təqdim edəcəyik.
İkinci məsələ Minsk qrupunun tərkibi ilə bağlıdır. 20 ildir ki, Minsk qrupunun həmsədr ölkələrinə öz iradımızı bildiririk. Təəssüflər olsun ki, bu tərkib heç bir məsələnin həllinə müsbət təsir etməyib. Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, artıq Azərbaycan rəsmi şəkildə Minsk qrupunun həmsədr ölkələrinin tərkibinə yenidən baxılıb genişləndirilməsi məsələsini rəsmi şəkildə müzakirəyə çıxarsın. Bilirsiniz ki, yanvarın 21-də cənab Prezidentin Almaniyaya uğurlu bir səfəri oldu və bu səfər zamanı Almaniyanın Baş naziri xanım Angela Merkel də Dağlıq Qarabağ probleminin həllinə yaxından dəstək verəcəyini bildirdi. Hesab edirəm ki, bu məqamdan istifadə edib Almaniyanın Minsk qrupu həmsədrliyinə gətirilməsi məsələsini qoymaq lazımdır.
Bir təklif də Türkiyənin bu formata daxil edilməsidir. Bilirsiniz ki, Türkiyə regional dövlətdir, hər iki münaqişəyə cəlb olunmuş ölkə ilə müəyyən mənada maraqları var. Xüsusən Ermənistan neçə illərdir, Türkiyə ilə sərhədlərinin açılmasına çalışır, hesab edirəm, Türkiyənin bu istiqamətdə müəyyən imkanları var ki, təsir etsin, çünki Türkiyə sərhədlərin açılması məsələsinin birbaşa Dağlıq Qarabağ probleminin həllindən keçdiyini söyləyir. Beləliklə, mən düşünürəm ki, indiyə qədər fəaliyyət göstərən hər 3 sədr ölkə – ABŞ, Rusiya və Fransa birmənalı şəkildə Ermənistanı dəstəkləyir. Rusiya Ermənistanı özünün fond postu elan edir, Fransa Ermənistana kiçik qardaş deyir, onlarla fəxr etdiyini bildirir, ABŞ da ki birbaşa separatçılara maliyyə dəstəyi göstərir. Ona görə də bu balansı yaratmaq, heç olmasa, ədalətli mövqeyi müəyyən formada bərqərar etmək üçün hesab edirəm ki, tərkibə yenidən baxılmalıdır. ATƏT-in Parlament Assambleyasının Vyanada keçirilən qış sessiyasında mən bu məsələni qaldırmaq istəyirəm. Hörmətli Bahar xanımdan da, heyətdən də xahiş edirəm ki, bu təşəbbüsə dəstək versinlər və məsələni rəsmi şəkildə müzakirəyə qoyaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının işə başlaması münasibəti ilə millət vəkillərinə uğurlu fəaliyyət arzulayıram. Bu gün Gənclər günüdür, gənclik bizim gələcəyimizdir, gəncliyə veriləcək qiymət, təbii ki, ölkənin gələcəyinə qoyulan kapitaldır, sərmayədir. Amma bir qrup gəncimiz də var ki, bu gün həbsxanadadır və uzun müddətdir, həm ölkə daxilində, həm də ölkədən xaricdə beynəlxalq təşkilatlar həmin şəxslərin həbsdən azad olun-ması istiqamətində çağırışlar edir.
Qarşıdan Yay Olimpiya Oyunları gəlir. İlk dəfədir, Avro-pa miqyasında Yay Olimpiya Oyunları keçiriləcək. Qürur-verici haldır ki, bu olimpiya Azərbaycanda keçirilir. Azər-baycan gərək bu proseslərdə elə bir siyasət sərgiləsin ki, nə Avropa ölkələrindən, nə dünyanın başqa ölkələrindən, nə də ölkə daxilindən bu proseslərə mane ola biləcək və yaxud da ki, proseslərin istiqamətini dəyişə biləcək bir addım atılsın. Ölkə daxilində vətəndaş həmrəyliyi, vətəndaşla dialoq mühiti, siyasi partiyalarla hakimiyyət arasında dialoq mühiti davam etdirilməlidir.
Qarşıdan əlamətdar günlər gəlir, Novruz bayramı gəlir, 28 may – Cümhuriyyət günü gəlir. Milli Məclis amnistiya aktı hazırlaya bilər və bu gün həbsdə olan NİDA-çı gənclər, habelə Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqov, Murad Adilov, Seymur Həzi, Fərəc Kərimli və başqaları da bu siyahıda yer alıb həbsdən azad oluna bilərlər. Həm barış və dialoqa, həm də 2015-ci ilin parlament seçkilərinə tama-milə fərqli ab-havada gedilməsi üçün ölkədə bir mühit yaradıla bilər. Mən hesab edirəm ki, bu gün Azərbaycanda əvvəlki illərdən fərqli olaraq qadın məhbusların da sayı ar-tıqdır. İstər Xədicə İsmayılın, istər Leyla Yunusun və istərsə də digərlərinin həbsi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ciddi müzakirə mövzusuna çevrilib. Bu məsələlər, hesab edirəm ki, Azərbaycan hakimiyyəti tərəfindən amnistiya aktı ilə tənzimlənməlidir.
Azərbaycan hamımızın Vətənidir, Azərbaycana baxışı-mız, gələcəyinə baxışımız onun demokratik, vətəndaşlarının sosial güvənli cəmiyyətdə yaşaması üçün-dür. Kimlərsə onu fərqli görə bilər. Amma mən bir dəfə də yazılarımın birində qeyd etmişdim, hansı pəncərədən bax-saq, hamısından Azərbaycan görünür və o Azərbaycan naminə də hamımız ən azı, olan baxışları, fərqli münasibətləri də dəyişməli və fərqli münasibətlərə, fərqli baxışlara, hətta bəzən günahlara və cəzalara da yumşaq münasibət sərgiləməliyik ki, ölkəmizi bu qədər kataklizmlər və çətinliklər dövründə irəli apara bilək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, İqbal müəllim. Söylədiyiniz məsələlər Azərbaycanda gedir, bu yaxınlarda əfv fərmanı oldu. 100-ə yaxın insan əfv olundu, burada söhbət həm cavandan gedir, həm də qeyri-cavandan gedir. Amma Siz bir söz işlətdiniz, dediniz ki, Azərbaycanda keçirilən Olimpiya Oyunları bizə ruh verir. Mən çox şadam. Ancaq əfsuslar olsun ki, bir çox ruhsuz adam ruh almaq əvəzinə bütün beynəlxalq təşkilatları Azərbaycana qarşı, Olimpiya Oyunlarının keçirilməsinə qarşı iş aparmağa yönləndirir. Bunların ruhu hansı ruhdur? Onlar da azərbaycanlıdırlar da. Buyursun Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Məclis! Mən də yeni iş dövrünün, yaz sessiyasının başlanması münasibəti ilə hamınızı təbrik edirəm, Gənclər günü münasibəti ilə gənclərimizi təbrik edirəm və bir-iki məsələyə münasibətimi bildirmək istəyirəm.
Bunlardan biri rayonlarımızın vəziyyəti ilə bağlıdır. Mən sevinirəm ki, son günlərdə Prezident bu ili kənd təsərrüfatı ili elan elədi. Azərbaycan kəndlərinin inkişafı bizim ölkənin gələcəyi ilə bağlı çox ciddi bir problemdir. Ümumiyyətlə, ölkənin kənd təsərrüfatı iqtisadiyyatda mühüm yer tutur. Amma təəssüf ki, bizdə başqa proses gedir. Bizim rayonlarda idarələr birləşdirilir, regional idarələr yaranır, əgər region yaranmayıbsa, bölgü yoxdursa, rayonların statusu eynidirsə, niyə Yardımlıda, məsələn, bir idarə olmasın, qaz idarəsi hökmən Lənkəranda olsun, o biri idarə Masallıda olsun. Bu, dağ rayonudur, bu idarələrin bir hissəsi də dağ rayonunda olmalıdır. Təsəvvür edin, 5 idarə getsə, hərəsində 20–30 adam, onda rayonda kim qalar? Rayonun vəziyyəti necə olar, ona görə bu məsələ müzakirə olunmalıdır.
Mən diqqətinizi ikinci məsələyə cəlb etmək istəyirəm. Bakıda tikintilər gedir, vəziyyət göz qabağındadır, hamımız buna sevinirik. Bizim oturduğumuz yer, ofisimiz indi ti-kilməkdə olan “Ağ şəhər” tərəfdədir. “Ağ şəhər” çox böyük bir layihədir və sevinirəm ki, Bakının o zonası təmizlənir. Amma elə bil, bu bölgənin adına yazılıb “Qara şəhər” ol-maq. Baxıram, Paris evləri tikirlər. Əvvəla, Paris evləri köh-nə yataqxanalara oxşayır. Niyə Paris evləri, memarlıq cəhətdən nə gözəlliyi var? Çox paradoksal bir haldır ki, bütün evlərin üzərinə qara örtük vururlar. Üstdən baxanda o yenə “Qara şəhər” olacaq. Ona görə mən şəhər rəhbərliyinin, ümumiyyətlə, memarların diqqətini ora cəlb eləmək istəyirəm ki, Bakının başqa yerlərində keramit ağ ola-ola, niyə yeni tikilən rayonun, “Ağ şəhər”in üzərinə qara keramit vururlar? Bu hökmən gərək qara şəhər olsun?
Nəhayət, sonuncu, mənə bu günlərdə Gəncədən zəng vurublar ki, 3 ildir, orada bir parkda Rəsulzadənin büstünün başına çuval keçiriblər, guya burada bərpa işləri gedir və büst çuvalın altındadır. Bilirsiniz də, əsgərlərin başına çuval keçirmək dəbə düşüb, amma Rəsulzadə bu ölkənin qurucularından biridir, onun başına bu ölkədə çuval keçirmək cinayətdir. Camaat buna niyə münasibət bildirmir? Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Söz verdiyinizə görə təşəkkür edirəm. Məlum olduğu kimi, bir sıra beynəlxalq təşkilatlar var ki, Azərbaycan haqqında daim qeyri-obyektiv və qərəzli mövqedən çıxış edirlər. Bunlardan biri də “Freedom House” təşkilatıdır ki, bu günlərdə yenə də öz hesabatında Azərbaycanın Dağlıq Qarabağ ərazisini mübahisəli ərazi kimi göstərir. Dünyanın bütün dövlətləri və mötəbər təşki-latları, o cümlədən dünyanın ən ali hüquq təşkilatı olan BMT Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı halda, özünü insan haqlarının keşikçisi kimi qələmə verən “Freedom House” beynəlxalq hüquqa hörmətsiz yanaşaraq, əslində, müəyyən dairələrin əlində təzyiq vasitəsi olduğunu növbəti dəfə ortaya qoyur. Amma bu cür cəhdlər əbəsdir, çünki belə va-sitələrlə ölkəmizə təzyiq etmək mümkün deyil. Adı çəkilən təşkilatın qərəzli yanaşmaları artıq bir çox cəmiyyətlərdə ciddi qəbul olunmur və bumeranq effekti verib geri qayıdır. Lakin insanı “Freedom House”un dəyirmanına su tökən Əli Kərimli kimilərin verdiyi bəyanatlar, çıxışlar daha çox ağrıdır.
Ötən ilin avqust ayından başlayaraq Ermənistan silahlı qüvvələrinin apardığı təxribat əməlləri bizi çox narahat edir, belə ki, dinc sakinlər gülləbaran edilir. Ötən günlərdə ordumuzun 3 əsgəri şəhid olub, Allah onlara rəhmət eləsin, ruhları şad olsun, ailələrinə başsağlığı verirəm. Əlbəttə, Azərbaycan ordusu da ermənilərə gücünü göstərir. Amma təəssüfdoğurucu məqam ondan ibarətdir ki, Ermənistanın bu hərəkətlərinə fikir verilmir, lakin Azərbaycan düşmənə qarşılıq verən kimi, həmin anda bəlli qüvvələr tərəfindən ortaya qərəzli münasibət qoyulur. Necə olur, Ermənistanın hərbi helikopteri, kəşfiyyat təyyarəsi Azərbaycanın hava sərhədlərini pozarkən heç kim heç nə danışmır, ATƏT-in Minsk qrupu sakit dayanır, heç bir söz demir, lakin Azərbaycan cavab verən kimi, artıq Azərbaycana qarşı bəyanatlar verilir. Bütün bunlar hamısı məlumdur. Həmin dairələr başa düşmürlər ki, beynəlxalq təşkilatların hesabatında boz zona kimi qeyd olunmuş Qarabağ çirkli pulların yuyulduğu, insan alverinin baş alıb getdiyi, hektarlarla narkotik plantasiyalarının mövcud olduğu cinayətkar yuvasına çevrilib? Ermənistanın hərbi xuntası olan Dağlıq Qarabağda narkomanlar və terrorçular yuva salıblar. Rüşvətxor, terrorçu və çirkin işlərin sifarişçisi olan Ermənistan diktatorları bütün region üçün təhlükə mən-bəyinə çevriliblər.
Əgər beynəlxalq birlik ortaya birmənalı mövqe qoyarsa, münaqişə bitərsə, Azərbaycan öz torpaqlarına sahib olarsa, bu təhlükəli halların qarşısı alınmış olar. Çox təəssüflər ol-sun ki, Azərbaycandan hər zaman demokratiya, hüquq tələb edən qüvvələr nədənsə Ermənistan torpaqlarından zorla qovulmuş bir milyon qaçqının və köçkünün haqqını sormur. Mən Flora xanımın fikirlərinə dəstək oluram, hər kəs öz torpağını görmək istəyir. BMT Təhlükəsizlik Şurasının Liviya haqqında çıxardığı qərar iki saat ərzində reallaşdığı halda, 1992-ci ilin əvvəlində qəbul edilmiş qətnamə hələ də kağız üzərində qalır. İctimaiyyətimiz tələb edir ki, bu ədalətsizlik aradan qaldırılsın. Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinə son qoyulsun və Ermənistan da anlasın, ona havadarlıq edənlər də bilsinlər ki, işğalçılıq sonsuzluğa qədər davam edə bilməz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Artıq müzakirələri bitiririk. Siyavuş, təkid edirsən? 3 dəqiqəmiz var. Buyur.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də sessiyanın başlaması münasibəti ilə deyilən təbriklərə qoşuluram. Bilirsiniz ki, hər ilin yekunu olaraq bu il də həm 2014-cü ilin yekunları, həm də regionların sosial-iqtisadi inkişafının bir illiyi ilə əlaqədar cənab Prezident böyük bir müşavirə keçirdi. Bax, bu müşavirə, mən hesab edirəm ki, hökumətin, dövlətin xalq qarşısında bir hesabatı idi. Çox gözəl bir nümunədir ki, məhz Azərbaycanda bu cür müşa-virələr keçirilir, görülən işlər və qarşıda duran perspek-tivlər barəsində insanlara, cəmiyyətə, xalqa ətraflı məlumat verilir ki, onlar da bilsinlər, hansı işlər görülübdür və hansı işlər görüləcəkdir.
Dünyada baş verən böhrana baxmayaraq, Azərbaycanın iqtisadi inkişafı artır. Azərbaycan pensiyaları artırır, yeni iş yerlərinin açılması ilə məşğuldur və sair. Təbii ki, Azərbaycanda olan ictimai-siyasi sabitlik, Azərbaycanda olan iqtisadi inkişaf xaricdə bəzi dairələri narahat etdiyi kimi, onların burada vassalı olan bəzi idrakı sönük partiya sədrlərini də narahat etməyə başlayıb. Görülən işlərə kölgə salmaqdan ötrü müxtəlif formada şərh etmək istəyirlər ki, ölkədə guya bu məsələlər belə deyil.
Azərbaycan neftdən gələn gəlirlərdən ən uğurlu istifadə edən bir ölkədir. Əgər biz neft istehsal edən ölkələrə nəzər salsaq, görərik ki, Azərbaycan bunların içində ən uğurlusu-dur və bunu Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, neft-dən gələn gəlirləri idarə edən təşkilatlar dəfələrlə yüksək şəkildə qiymətləndirirlər. Məhz Azərbaycanda neftdən gələn gəlirlər xalqın rifahı üçün müxtəlif məsələlərə – məktəblərin, xəstəxanaların tikilməsinə, yolların, körpülərin salınmasına, yeni texnoparkların yaradılmasına, Azərbaycanın elektrik sisteminin yenidən təşkil olunmasına, mədəniyyət obyektlərinin yenidən qurulub xalqın istifadəsinə verilməsinə və sairə sərf olunur. O cümlədən istehsal müəssisələri, emal müəssisələri və kənd təsərrüfatı ilə bağlı olan sahələrə də xeyli vəsait qoyulur. Təbii ki, bizi istəməyən və Azərbaycanın daxilində olan bu qüvvələr həmin məsələlərə qara yaxmaq istəyirlər. Burada qeyd olundu, Yay Avropa Olimpiya Oyunları yaxınlaşdıqca, bu qüvvələrin xaricdən və daxildən böhtanlarının sayı getdikcə artmaqdadır və bəzi qeyri-hökumət təşkilatları, o cümlədən Azərbaycanın daxilində olanlar da bunlara qoşulur. Mən hesab edirəm ki, Azərbaycan öz haqq yolundadır, düz yoldadır və bu yolu davam etdirməli, hər hansı bir təzyiqdən çəkinməməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Çingiz Qənizadə, buyur.
Ç.Qənizadə. Çox sağ olun, Oqtay müəllim. Mən çalışacağam, cəmiyyəti bu gün narahat edən iki məsələni qısaca qeyd edim və Sizin, təbii, köməyinizə ehtiyac olacaq. Mü-qəddiməsiz demək istəyirəm ki, bu gün cəmiyyətdə yüzlərlə, bəlkə də minlərlə insan mənzillərinin MTK sahibləri tərəfindən bir neçə şəxsə satılması ilə bağlı həm maddi, həm də mənəvi əziyyət çəkir. Mən bu bir ayda araşdırdım ki, bundan çıxış yolu tapmaq üçün nə edə bilərik.
2004-cü ildə “Daşınmaz əmlakın dövlət reyestri haqqın-da” Qanun qəbul olunub. Artıq 11 ildir və onun 17-ci mad-dəsində “Hüquqların qabaqcadan qeydiyyatı” anlayışı var və bu nə deməkdir? Yəni vətəndaş hansı isə MTK-dan və yaxud da bir dövlət qurumundan torpaq və digər mülkiyyət aldıqda, – hətta tikintisi başa çatdırılmamışsa belə, – qeydiyyat idarəsinə getməklə həmin mənzilə öz hüququnu qeydiyyatdan keçirmiş olur. Yəni MTK sahibi bir mənzili ikinci şəxsə satarsa, qeydiyyat idarəsində artıq görünür ki, bu mənzil kiminsə istifadəsinə verilib və yaxud da ki, satılıb. Bu qanun bir çox ölkələrdə işləyir. Məsələn, Rusiyada bu cür qeydiyyat üçün cəmi 100 rubl pul, rüsum ödənilir. Mən belə hesab edirəm ki, 17-ci maddənin işləməsi üçün mütləq bu qanunun işləməsinə mane olan bir neçə bənd var, onlar aradan götürülməlidir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi məndə olan məlumata və apardığım danışıqlara görə bunda maraqlıdır. Ona görə bu məsələnin müzakirəsi üçün bizim komitədə və digər komitələrdə bir müzakirə aparmaq lazımdır ki, insanları gələcəkdə bu problemlərdən çıxara bilək. Oradan bir, ya iki maddənin çıxarılması ilə bu qanun işləyə bilər. Ona görə çox xahiş edərdim ki, Siz dəstək verəsiniz, tapşırıq verəsiniz ki, biz bu müzakirələri apara bilək.
Digər bir məsələ isə Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə bağlıdır. Mən dünən mətbuatda gördüm. Hətta toyda qayınatanın başını bıçaqla kəsirlər. Bu gün gənclərimizin böyük əksəriyyəti cibində bıçaq, soyuq silah gəzdirir. Metro qarşısında gənclər bir-birlərinin boğazını kəsirlər. Amma 228-ci maddənin 4-cü bəndində soyuq silah anlayışı bir az dar çərçivədə götürülüb. Mən istərdim ki, bununla bağlı hüquq mühafizə orqanları ilə birgə bir müzakirə aparılsın və gələcəkdə soyuq silahdan istifadəyə görə məsuliyyətin artırılması məsələsinə baxaq. Hər gün soyuq silahdan istifadə etməklə cinayətlər törədilir. Biz pnevmatik silahla bağlı, qaz balonları ilə bağlı bunları etdik. Görün, bu sahədə cinayətlər nə qədər azalıb. Amma məhz soyuq silahla törədilən cinayətlərin sayı cəmiyyətdə artır. İnsanlar övladlarını küçəyə, ictimai yerlərə çıx-armağa, göndərməyə qorxurlar. Mən hesab edirəm ki, hüquq mühafizə orqanları ilə bizim müvafiq komitələr bu məsələni birgə araşdıra bilərlər. Təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli Çingiz müəllim, kim bu səlahiy-yəti Sizin əlinizdən alır? Komitə Sizin komitədir, Sizin komitənin səlahiyyətinə aiddir. Siz nə vaxt bir məsələ çıx-ardınız, təklif etdiniz, biz onu dəstəkləmədik? Əvvəl öz ko-mitənizdə baxın, ortalığa məsələ çıxarın, ondan sonra baxaq, müzakirə də edək. Yəni Siz millət vəkilisiniz, komitənin üzvüsünüz. Bura da öz təşəbbüsünüzlə çıxa bilərsiniz.
Mən qısaca bir məsələni qeyd etmək istəyirəm. Bugünkü çıxışların hamısında bizim bir çox həmkarımız beynəlxalq təşkilatlardan danışdı, onlara istinad etdi, mənə, sadəcə, tə-əccüblü gəlir. Hamınız təcrübəli millət vəkillərisiniz, çoxu-nuz 15 ildir, 10 ildir buradasınız, artıq öyrənmişik. Biz yenə də bu beynəlxalq təşkilatların əksəriyyətinə inanırıq. İndiyə kimi görmürük ki, bu beynəlxalq təşkilatlar yalnız öz dirijorlarının göstərişi ilə işləyirlər? Yəni bunu biz görmüşük, həmişə bunlara istinad edib, bunlardan şikayət etməkdən yorulmuşuq.
Biz öz sözümüzü çatdırırıq. Misal üçün, bax bu yaxın-larda, – Səməd Seyidov hələ gəlməyib, bizim nümayəndə heyəti buradadır, – Azərbaycan nümayəndə heyəti, mən də hesab edirəm, çox düzgün olaraq Rusiya əleyhinə irəli sürülən sanksiyalara qarşı çıxdı. Bu saat bütün qəzetlər “Azərbaycan nümayəndə heyəti işğalçı dövləti dəstəklədi” yazır, indi mən sual verirəm sizə, bizim torpaqlar işğal olunanda həmin dövlətlərdən hansı Azərbaycanı dəstəklədi? Kim Azərbaycanı dəstəklədi ki, bu sanksiyaları Ermənistana qarşı qəbul eləsinlər? Biz 6 aydır, bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq. Mən Avropa Şurası Parlament Assambleyası spikerlərinin Oslo şəhərində keçirilən görüşündə hamıya müraciət etdim, söylədim, ay hörmətli həmkarlar, dünya, həmişə deyirsiniz, çox böyük dünyadır, amma dünya çox kiçikdir. Dünyanın bir yerində kiçik bir kataklizm olursa, əgər ona çarə qılınmırsa, bu vurub bir çox yerdən çıxır.
Bu Ukrayna məsələsinin səbəbi də ondadır ki, Qarabağ məsələsi kimi məsələlər olanda siz buna kölgə altında baxdınız, ona fikir vermədiniz, indi yeni-yeni problemlər çıxır. Bir bu problemə də baxın. Sanksiya qəbul edirsinizsə, onlara da sanksiya tətbiq edin. Bir xəbər çıxdı? Bizim nümayəndə heyətləri deyirlər ki, Ermənistana qarşı da sanksiya olsun, çünki 20 faiz torpağımız işğal olunub, 1 mi-lyon qaçqınımız var. Hansı beynəlxalq təşkilat bizi bu istiqamətdə dəstəklədi? Həmin bu məsələlərdə adını çəkdi-klərimizin bir çoxu Azərbaycanı dəstəkləyibmi? Ona görə Azərbaycan nümayəndə heyəti öz fikrini bir daha çatdırmaq üçün deyir ki, sanksiya ikili standartda olmalı deyil. Əgər sanksiya tətbiq edirsinizsə, o birilərə də tətbiq edin. Bunu niyə başa düşmək olmur?
Azərbaycan Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Ukraynanın ərazi bütövlüyünü tam dəstəklədi. Bundan bö-yük dəstək varmı? Ancaq sanksiyalarda Azərbaycan öz səsini eşitdirmək üçün dedi ki, biz bu sanksiyalara qarşıyıq. Bizə həmişə demirlər ki, danışıq yolu ilə, dialoqla həll edin?! Biz də xahiş edirik, hörmətli Avropa Şurası Parlament Assambleyası, dialoqla həll edin, sanksiya ilə yox, danışıqlar yolu ilə həll edin. Bizə gördüyünüz məsləhətlə, o istiqamətdə işləyin. Nəyə görə birinə məsləhət verirlər, birinə vermirlər? Mən çox istərdim ki, bizim bir çox jurnalistlər, bunları yazanlar fikirləşsinlər, yəni populizm xətrinə yazmasınlar.
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bu onun siyasətidir, ancaq o, ikili standartlara qarşıdır. Əgər bir ölkəyə sanksiya qəbul olunur, digər ölkəyə qəbul olunmursa, bu, əlbəttə, bizə təsir edir. İstəyirik ki, bizim də səsimiz eşidilsin. Bəs başqa cür bizim səsimiz necə eşidilsin? Biz səsimizi eşitdirmək istəyəndə Azərbaycana yarlıq vurursunuz ki, biz guya təcavüzkar ölkəni dəstəkləyirik. Bu çox böyük bir səhvdir. Ona görə xahiş edirəm, bu beynəlxalq təşkilatlarla işləyənlər, bizim nümayəndə heyətləri diqqətli olsunlar. Heç vaxt onlara arxayın olmaq olmaz. Onlar hansı komandanı alırlarsa, o istiqamətdə işləyirlər. Ancaq biz yenə də işimizi aparmalıyıq, bizim işimizə kənardan müdaxilə edib gördüyümüz işə bir başqa don geyindirmək isə deyəsən, bizim özümüzünkülərə məxsus bir xasiyyətdir.
Mən hesab edirəm ki, bununla müzakirələri qurtaraq, gündəliyə başlayaq. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq biz hər il İntizam komissiyasını və Hesablayıcı komissiyanı seçirik. Gündəliyin birinci məsələsi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqındadır. Qərar layihəsi sizlərə paylanılıb, hamınızda var. Əgər bir etiraz yoxdursa, xahiş edirəm, qərar layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikası Milli Məclisinin Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında qərar layihəsidir. Bu da sizlərə paylanılıb, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İndi keçirik üçüncü məsələyə. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında. Buyursun Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mən Sizin Avropa Şurasında Azərbaycan parlamenti nümayəndə heyətinin davranışları, səsvermədə mövqeyi və beynəlxalq təşkilatlarla Azərbaycanın münasibətləri kontekstində söylədiyiniz fikirlərin hamısını müdafiə edirəm və düşünürəm ki, bu həm daxili, həm də xarici dairələrə Azərbaycanın rəsmi mövqeyini izah etmək baxımından kifayət qədər səlis, ətraflı, əsaslandırılmış bir mövqedir.
Cənab Sədr, bu 10 dəqiqəlik çıxışımda qanunvericilik iş-lərinə təkliflər planı ilə əlaqədar mənim toxunmaq istədiyim bir neçə məsələyə diqqətinizi cəlb etmək istəyirəm. İki həftəyə yaxındır ki, Azərbaycanın penitensiar sistemləri gündəmə gəlib. Bir şəxsin, bir məhbusun 10 il bundan əvvəl törətdiyi əməl kontekstində Azərbaycanın informasiya məkanı, demək olar ki, işğal olunubdur. Əlbəttə, biz media azadlığını tanıyırıq, kimsə onlara hansısa yazıları yazmağı diktə edə bilməz. Xüsusən də sosial şəbəkələr sistemi daha azaddır, daha genişmiqyaslıdır və sair. Ancaq mən düşünürəm ki, ölkənin əsas quruculuq informasiyalarını siyasi həyatdan çıxarmaqla daha çox kriminal, dedektiv xarakterli məlumatların bu məkanda yeridilməsində xüsusi maraq var. Əgər konkret olaraq bir şəxsin 10 illik cəza müddətinin sonuna doğru ona qarşı hansısa bir süni, quraşdırılmış əməl baş veribsə, buna görə qoy həmin hakimi cəzalandırsınlar. Əgər prokurorluq burada təşəbbüskar mövqe tutubsa, qanuni normaları aşıbsa və cəza çəkərkən bir şəxsin üzərində əməliyyatlar qurubsa, qoy həmin prokurorluğun təmsilçisi məsuliyyətə cəlb olunsun. Yaxud da ki, cəzaçək-mə müəssisəsinin rəhbərliyi burada təşəbbüskar rol oynayıbsa, onlara qarşı hansısa davranış seçilsin. Amma bütövlükdə Azərbaycanın hüquq mühafizə sistemini gözdən salmaq, ayrı-ayrı şəxslərin arasındakı münasibətlərdən bəhs etmək, hamını sanki kriminal xəbərlərin seriyasını gözləməyə vadar etmək, ölkənin siyasi həyatında olanları da buna bağlamaq düşünürəm ki, bizim maraqlarımıza uyğun deyil. Açığını desəm, mən bunu, sadəcə, KİV-lərin marağından irəli gələn bir mövqe kimi dəyərləndirmirəm. Necə oldu ki, bu hadisələr ayrı-ayrı QHT rəhbərlərinin və beynəlxalq dairələrin uğrunda savaşdığı o hüquq müdafiə nümayəndələrinin məhz hazırkı dövrdə həbsxanada olduğu zamana təsadüf edir. Mən bunu xüsusi olaraq qurulmuş bir hadisə kimi dəyərləndirirəm. Azərbaycan dövlətinin nüfuzdan salınması, onun ədliyyə sisteminin, məhkəmə sisteminin bütövlükdə üzərinə gedil-məsi üçün addım kimi dəyərləndirirəm.
Bu dövr ərzində Azərbaycan hakimiyyəti cəza və əfv si-yasətini paralel olaraq uğurla apara bilibdir. Əgər cəza ol-masa idi, onların əməllərindən qorunacaq insanları, cəmiy-yəti biz saxlaya bilməzdik. Əgər əfv və humanizm olmasa idi, dövlət islah edir, mənəvi addımlarla sizi cəmiyyətə qaytarır fikrini əsaslandıra bilməzdik. Ona görə də mən bu məsələ ətrafında xüsusi olaraq penitensiar sistemin özünün təmsilçilərinin cəmiyyətlə fəal işləməsini təklif edirəm. Bunların hamısının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri olmalıdır və ya var. Hamı bu hadisənin öz-özünə yekunlaşacağını gözləyir. Axı belə olmur, yəni Azərbaycan dövləti bundan kifayət qədər zərbə alır və kimsə hesab edirsə ki, həbsxanalardakı inqilabla, hansısa bir vəziyyətlə hərəkətlənmələrə səbəb ola biləcək, o yanılır. Düşünürəm ki, İnsan haqları üzrə müvəkkil təsisatı da burada cəzaçəkmə müəssisələrinin monitorinqini aparan qurum kimi rol oynamalıdır.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z.Əsgərov  sədrlik  edir

Z.Oruc. Hörmətli Ziyafət müəllim, mənim ikinci qaldıracağım məsələ Dağlıq Qarabağla əlaqəlidir. Siz peşəkar hü-quqşünassınız, hüquqi biliklərinizə parlamentdə hər zaman hörmətlə yanaşılıb, o cümlədən hörmətli Bahar xanımın da bu məsələyə daha diqqətlə siyasi dəstək göstərməsinə çağırış edirəm.
1992-ci ildə bilirsiniz ki, Dağlıq Qarabağın muxtar vilayət statusu Xalq Cəbhəsi hakimiyyəti tərəfindən ləğv olundu. Bunun hüquqi və siyasi əsasları vardırmı, yoxdurmu, bunun üzərində dayanmaq istəmirəm. Bu bizim maraqlarımıza nə qədər xidmət etdi? Bunu da indi təftiş etməyin adı yoxdur, tarixdə qalıbdır. Ancaq ən önəmli məsələ bundan ibarətdir ki, bəli, buna qarşılıq olaraq ermənilər özlərinə bir saxta dövlət elan ediblər. Bunu, düzdür, beynəlxalq aləmdə tanıtdıra bilməyiblər, amma bu dövr ərzində “Dağlıq Qarabağ Respublikası” adını ən azı öz cəmiyyətlərində təbliğ edirlər, cəmiyyətin beyninə yeridirlər və sadə erməni hər gün Dağlıq Qarabağın inzibati orqanları ilə üz-üzə qalır.
Azərbaycan cəmiyyətində isə mənzərə xeyli fərqlidir. Biz Dağlıq Qarabağ terminindən siyasi olaraq istifadə edirik, hamımızın beynində o ifadə var. Amma hüquqi olaraq bu anlayış heç bir yerdə yoxdur. Məsələn, hörmətli Rövşən müəllim, bizim həmkarımız Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil edir. Amma hüquqi olaraq ona – çox dəyərli həmkarımıza, kifayət qədər qoçaq, beynəlxalq aləmdə Azərbaycanın maraqları üçün işləyən bir insana bu yöndə addımlar atmaq səlahiyyəti verilib. Amma hüquqi olaraq Dağlıq Qarabağda o rayonları birləşdirən hansısa bir adda status qoymamışıq qalsın. Ona görə də Dağlıq Qarabağın azərbaycanlı icmasından danışanda Dağlıq Qarabağı hüquqi bir istilah kimi seçə bilmirik. O rayonların da rəhbərlərini hüquq altında birləşdirə bilmirik. Ona görə də mən düşünürəm ki, Dağlıq Qarabağın muxtar vilayət statusu bərpa olunmalıdır, əlbəttə, fikirlərimi parlamentin rəhbərliyinə daha səlis izah etdikdən sonra bu məsələyə dəstək olacaqdır. Mən bunu Dağlıq Qarabağ məsələsinin həlli modeli kimi təklif etmi-rəm. Bir daha deyirəm, azərbaycanlı cəmiyyətinin bu məsə-lədə hüquqi olaraq bir məkana sığışdırılması üçün irəliyə sürürəm.
Növbəti qaldırmaq istədiyim məsələ barədə, – indi fevral ayıdır, təbii ki, biz Xocalı soyqırımının növbəti ildönümünə hazırlaşırıq, – həmkarlarımız xeyli fikir söylədilər. Mən düşünürəm ki, ümumiyyətlə, müharibə cinayətlərinə görə Azərbaycanda məhkəmə qurulmalıdır. Biz keçmişdə haqlı olaraq daxildə olan o cinayətkarlara qarşı belə məhkəmələrin şahidi olmuşuq. Amma bizə heç kim mane olmur ki, məsələn, Serj Sarkisyan və digərləri üçün bu addımlar atılsın və hərbi cinayətkarlar ən azı qiyabi olaraq mühakimə olunsun. Azərbaycan Konstitusiyası və qanunları bunu tanıyır. Bu addım atılsın və bu, əslində, Azərbaycanın müharibə dövrünə verdiyi qiymət kimi gələ-cəkdə də bizə lazım olacaq. Ancaq mən istəyirəm ki, fikrim düzgün başa düşülsün. Mən qətiyyən bu növbəti ideyamla ermənilər üçün amnistiya təklif etmirəm. Biz ermənilərə dünyada iki yol təklif etməliyik. Cinayətkarlarına cəza, o şəxslər ki, sadəcə, separatizmi ideya kimi müdafiə ediblər, onlar üçün də bir müharibə amnistiyası bəyan edək. Mən on illər ərzində fəaliyyət göstərən parlament üzvü kimi bu mövzunun cəmiyyətdə nə qədər həssas olduğunu bilirəm və onun da fərqindəyəm ki, biz bu gün də real döyüş əməliyyatındayıq. Mən ermənilər üçün güzəşt, ermənilər üçün bağışlama, ermənilər üçün əfv mövqeyini tutmuram. Erməniləri, bilmirəm, nə qədər iki yerə bölmək mümkün olacaq, lakin mən həmişə düşünmüşəm ki, Rusiyanın Çeçenistan siyasətini Azərbaycan da həyata keçirməlidir. Yəni bizə də Kadirovlar lazımdır, biz də ermənilərin içərisindən Azərbaycan Konstitusiyasını tanıyan, qanunla-rını tanıyan, səhv etdiklərini deyən, hansısa bir cinayət mə-suliyyəti daşıdığını bəyan edən insanlara ikinci qapını göstərməliyik. Ona görə də mən bu müharibə cinayətlərinə cəza, müharibə amnistiyası mövqeyini gündəmə gətirirəm.
Hörmətli Ziyafət müəllim! Növbəti qaldırmaq istədiyim məsələ Ermənistana Avropa Birliyinin yardımı ilə əlaqədar-dır. Bilirsiniz, 4–5 ay bundan öncə Avropa Birliyində Brita-niyanın təmsilçisi Devid Lidinqton Elmar Məmmədyarovla görüşündə bildirmişdi ki, onlar artıq Avrasiya İqtisadi Birli-yinə üzv olublarsa, bundan sonra biz onlara yardım etməyəcəyik. 14–15 gün öncə onlara 77,5 milyon dollarlıq yardım göstərildi. 2013-cü il noyabrın 29-da Yanukoviç assosiativ sazişi imzaladığına görə onu devirdilər. Yaxşı, heç olmasa, o adam Avrasiya İqtisadi Birliyinə qoşulmamışdı. Amma Ermənistan üzvlüyünü bərqərar edib, yaxın qonşuluq siyasətində 8 il ərzində onlara xərclənən pulların havaya sovrulduğunu və yumşaq desəm, özünün geopolitik bucağını göstərib. Amma sahibinin də kim olduğunu göstərir. İndi belə olan təqdirdə biz Avropa Birliyinə müraciət etməliyik ki, Ermənistana yardımlarını dayandırsın. Çünki bunun nə geopolitik, nə də siyasi əsası var, əks halda yaxın qonşuluq siyasəti iflasa uğramış olacaq.
Mən son olaraq nazirliklərin adı ilə bağlı məsələni gün-dəmə gətirmək istəyirəm. Biz müstəqillik dövründə hökumət strukturlarını çox uğurla təşkil etdik və onların da adları fəaliyyət istiqamətlərinə uyğun formalaşıbdır. Amma 2 qurumun adını mən, doğrusu, Azərbaycan cəmiyyətində peşəkar dilçilərdən soruşmuşam, bu məsələnin konkret izahını onlar da verə bilməyiblər. Birinci, Səhiyyə Nazirliyidir. Əlbəttə, bu, “министерство здравоохранения” sözünün rus dilindən tərcüməsidirsə, onda sağlamlığı qoruyan, sağlamlıq orqanı kimi tərcümə olunmalıydı. Onun hüquqi islahını tapmaq lazımdır. Amma “səhiyyə” sözünü Azərbaycan cəmiyyətinə, Azərbaycan vətəndaşına izah etmək mümkün deyil. O cümlədən ədliyyə. “Ədliyyə” sözünün mənasını bilən varmı? Bu, türk köklü bir sözdürsə və “adiliyyə” sözündən, “adil” sözün-dən, ədaləti təmin edən orqan mənasından gəlirsə, bu belə də olmalıydı. “Ədliyyə” sözü xeyli mücərrəd məfhumdur. Bu mənim nazirliklərə və nazirlərə münasibətim deyil, hər iki qurumun rəhbəri cəmiyyətdə müsbət nüfuza malik insanlardır. Mən hesab edirəm ki, o nazirliklərin adı dəyişdirilməlidir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid müəllim, çıxışınıza görə çox sağ olun. Sizin çıxışınıza şərh vermək fikrində deyiləm. Amma jurnalist həmkarlarımızda müəyyən qədər başqa fikir yarana bilər deyə, bir məsələyə aydınlıq gətirmək istəyirəm. Dağlıq Qarabağ anlayışı, Zahid müəllim, beynəlxalq sənədlərdə artıq çoxdan öz əksini tapıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsində, Avropa Şurasının qəbul etdiyi qərarda və Avropa Parlamentinin qəbul etdiyi qərarlarda Dağlıq Qarabağ və ona bitişik rayonların işğalı ilə bağlı bütün müddəalar var. Onlar qəbul etdikləri qərarları həyata keçirə bilmirlər və ya həyata keçirmək istəmirlər məsələsi artıq başqa söhbətin mövzusudur. Amma bu anlayış artıq beynəlxalq sənədlərə daxil olub. İstəyirdim, bunu biləsiniz. Təşəkkür edirəm. Elmira Axundova, buyurun.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Fərəhli haldır ki, 2014-cü il millətimiz, dövlətimiz üçün əlamətdar hallarla yadda qaldı. Mən yeni 2015-ci ildə hər birinizə, xalqımıza, onun rəhbəri cənab İlham Əliyevə möhkəm can sağlığı, firavanlıq, ailə səadəti, xoşbəxtlik diləyirəm. Qoy bu il də bizim üçün uğurlu olsun.
Ölkəmizə qarşı haqsız ikili standartlar davam etdirilmək-dədir. Bu barədə artıq burada danışılıb. Bəzi xarici siyasi qüvvələr bizə qarşı təzyiq dili ilə danışmağa cəhd edirlər. Bunun birmənalı və layiqli cavabını Azərbaycan Respubli-kasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin bu yaxınlarda keçirilən yekun müşavirəsində qətiyyətlə verdi. Əgər kimsə hesab edirsə ki, Azərbaycana ultimatum dili ilə, yaxud dediktat dili ilə nə isə deyə bilər, səhv edir. Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz, bunu hamı bilməlidir. Bu fikirlər hər birimizin ürək sözləridir. Biz ölkə rəhbərini sonuna qədər dəstəkləyirik.
Dünyada gedən iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda işlər öz axarı ilə gedir. Belə ki, I Avropa Oyunlarına hazırlıqlar tamamlanır, digər infrastruktur layihələr davam etdirilir. Sosial siyasət komitəsinin üzvü kimi xüsusi diqqətimi çəkən məsələ şəhid ailələrinə verilən müavinətlərin 200 manata qaldırılması, 30 minə yaxın müəllimin maaşının 2 dəfə artırılması oldu. İnanıram ki, 2015-ci ildə digər sosial yönlərdə işlər davam etdiriləcək. Xüsusən tibbi sığortanın reallaşmasını və bunun ardınca həkimlərin maaşının artırılmasını görmək istərdik. 2014-cü il ali qanunvericilik orqanı olan Milli Məclisin fəaliyyətində də məhsuldarlığı ilə yadda qaldı. Biz bəzi qanunları qəbul etdik. Bir çox qanunlara əlavə və dəyişikliklər etdik. Mən özüm plenar və komitə iclasları zamanı həm dəyişikliklərlə bağlı çıxışlar etmişəm, həm də yeni təkliflərimi sizlərin diqqətinə çatdırmışam. Mən şadam ki, bu təkliflərimin bir qismi aidiyyəti qurumlar tərəfindən nəzərə alınır. Məsələn, bu gün müzakirə olunacaq Reklam haqqında qanun layihəsində, nəhayət, SMS və reklamlarla bağlı məsələ öz həllini tapacaqdır.
Bu gün mən iş planı ilə əlaqədar bir neçə təklifimi səsləndirmək istəyirəm. Çox təəssüf ki, artıq dördüncü çağırış Milli Məclisin son ili olmasına baxmayaraq, təhsil sahəsində çərçivə qanunlar qəbul olunmadı. Mən hər bir plenar iclasın başlanğıcında, sessiyalar başlayanda bunu deyirəm. Bu sahədə hər hansı işin başlaması barədə məndə məlumat yoxdur. Halbuki artıq onların qəbul edilməsinə böyük ehtiyac var idi.
Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsini çox müsbət qarşılayıram. Bu qanunun qəbuluna və kənd təsərrüfatı kooperasiyalarının yaradılmasına böyük ehtiyac var. Hətta bu istiqamətdə biz yubanmışıq. Xüsusən neftlə bağlı gedən proseslər bir daha sübut etdi ki, qeyri-neft sektoruna, əsasən, kənd təsərrüfatının inkişafına diqqəti artırmalıyıq. Təsadüfi deyil ki, bu il Azərbaycanda kənd təsərrüfatı ili elan olunub. Biz bu qanun qəbul olunan zaman öz fikirlərimizi deyəcəyik. Hazırda əsas təklifim ondan ibarətdir ki, indidən yerli məhsul istehsal edən insanlara ciddi köməklik olunmalıdır. Kənd təsərrüfatı mallarının alış qiymətində, onların dövlətlə alış-veriş siyasətində ciddi islahatlar aparılmalıdır. Eyni zamanda, idxal olunan malların, – xüsusən İran və Türkiyədən gələn meyvə və tərəvəzi nəzərdə tuturam, – gömrük rüsumu artırılmalıdır ki, bizim yerli istehsal stimullaşdırılsın. Bir sözlə, qida təhlükəsizliyi sahəsi hər birimiz üçün bu il prioritet olmalıdır.
Eyni zamanda, arzu edərdim ki, 2015-ci ilin iş planında aşağıdakı məsələlər də nəzərə alınsın. İlk məsələ şəkərli diabet xəstələri ilə bağlıdır. Belə ki, dövlət hesabına dərman verilərkən bu xəstələr böyük növbələrdə əziyyət çəkirlər. Bilirik ki, həmin şəxslərin çoxu ahıl və ağır şəkər xəstəsi olanlardır. Saatlarla növbədə gözləməyin onlar üçün nə qədər əzab-əziyyətli olmasını təsəvvür etmək çətin deyil. Növbə olmasa belə, hər hansı dərman üçün tibbi müəssisəyə bəzən bir neçə dəfə gedib-gəlmək lazım olur. Buna görə 2014-cü ilin dekabrında Masallıda seçicilərlə keçirdiyim hesabat xarakterli görüş zamanı mənə təklif etdilər ki, bu xəstələrə kart verilsin və dövlətin hər şəkərli diabet xəstəsinə ayırdığı vəsait pul şəklində həmin karta köçürülsün. Bildiyim kimi, bu vəsait 130 manata qədərdir. Xəstə istədiyi vaxt özü həmin kartdan istifadə etməklə istədiyi aptekdən bu və ya digər dərman vasitəsini ala bilər. Düşünürəm ki, bu, problemin həllinin ən qısa yoludur və bununla biz həmçinin süründürməçilik və sui-istifadə hallarının da qarşısını almış olarıq.
İkinci məsələ mənim hər zaman qeyd etdiyim və son görüş zamanı seçicilərin də ən çox səsləndirdikləri təkliflə bağlıdır. Bilirik ki, ünvanlı sosial yardımla bağlı problemi hələ də tam şəkildə həll edə bilməmişik. İmkanı aşağı olan, yoxsulluq həddində yaşayan da sosial yardım istəyir, yaxşı yaşayan da istəyir. Ona görə də seçicilər hər görüşdə mən-dən xahiş edirlər ki, ünvanlı sosial yardımın əvəzinə uşaq pulu bərpa edilsin.
Digər bir təklifim isə çoxuşaqlı anaların pensiya təminatı ilə bağlıdır. Arzu edərdim ki, belə analar pensiya yaşına çatdıqda çoxuşaqlı olduqlarına görə onların əmək pensiyasının baza hissəsinə əlavələr nəzərə alınsın və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə bununla bağlı əlavə bənd daxil edilsin. Çünki kənd yerlərinin özündə demoqrafik artım əvvəlki kimi deyil. Gənc və orta yaşlı ailələrdə 2, 3 uşaqdan artıq övlad sahibi olmurlar. Onun da əsas səbəbi ailələrin sosial durumudur. Düzdür, keçən sessiyada 5 uşaqdan yuxarı uşağı olan ailələrə dövlət tərəfindən dəstək verildi, bu müsbət haldır. Amma mənim diqqət çəkdiyim məsələ anaların özünün statusu ilə bağlıdır. Məncə, çoxuşaqlı anaların statusunu dövlət səviyyəsində əhə-miyyətli dərəcədə qaldırmaq lazımdır. Bunun da bir neçə yolu var. Misal üçün, Rusiyada bu yaxınlarda bu cür qadın-lara sovet vaxtındakı kimi, “qəhrəman ana” statusu bərpa edildi. Bizdə də 7 və daha çox uşağı olan analara dövlət tə-rəfindən hər hansı imtiyazlar, yuxarıda qeyd etdiyim pensi-yalara əlavələr və yaxud fərqli bir status verilə bilərdi. Bu da cəmiyyətdə çoxuşaqlı anaların hörmətini və çəkisini artırardı. Sonda bir daha hər birinizə uğurlu və bərəkətli yeni il arzulayıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, media nümayəndələri! Mən bu gün hər birimizi narahat edən ciddi bir məsələ haqqında danışmaq istəyirəm. Bizim yaz sessiyasının iş planı çox zəngindir. Qeyd etmək istəyirəm ki, məndən öncə də qeyd olundu, bu il Azərbaycan Respublikasının Prezidenti tərəfindən kənd təsərrüfatı ili elan olunub. Ümid edirəm ki, nəhayət, biz Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsini qəbul edəcəyik. Bundan başqa, Təhlükəsizlik və müdafiə komitəsi tərəfindən 2 qanun layihəsi təqdim olunub və hesab edirəm ki, son dərəcə zəruri və əhəmiyyətli qanun layihələridir. Nəhayət ki, Elm haqqında qanun layihəsini də yaz sessiyasında müzakirə edib qəbul edə biləcəyik. Bunları qeyd etməklə yanaşı, sözsüz ki, iş planının təsdiq olunmasına səs verəcəyəm.
Mən istəyirəm, ölkəmizdə son vaxtlar xüsusən gənc qızların hesabına genişlənən narkomaniya problemi haqqında danışım. Biz mütləq müvafiq qanunvericiliyə əlavə və dəyişikliklər etməliyik. Hazırda Azərbaycan hökuməti narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar olaraq bir çox beynəlxalq konvensiyalara qoşulub. Eyni zamanda, Azərbaycanda bu gün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Bundan başqa, 2005-ci ildə biz “Nar-kotik vasitələrin, psixotrop maddələrin və onların prekur-sorlarının dövriyyəsi haqqında” Qanun qəbul etmişik. Am-ma çox təəssüf ki, bütün dünyada genişlənməkdə və yayılmaqda olan bu bəla Azərbaycanda da geniş yayılıb.
Ziyafət müəllim, Siz özünüz də hüquqşünassınız, yəqin, məni daha dəqiq başa düşərsiniz ki, bu gün Azərbaycanın həbsxanalarında yatan məhbusların, məndə olan məlumata görə, təqribən 30 faizə qədəri narkomanlardır. Biz qanun qəbul etmişik, adını çəkdiyim qanunu qəbul edərkən həm də müəyyənləşdirmişik ki, şəxsin üzərində olan narkotik maddənin neçə qramı şəxsi istehlak üçün nəzərdə tutulur. Ondan artıq olan miqdar isə narkotik maddənin saxlanması kimi qiymətləndirilir və həmin şəxslər həbs olunur. Hazırda Azərbaycanda ən çox yayılmış narkotik maddə marixuana və tiryəkdir. Marixuana üçün 5 qram, tiryək üçün 0,5 qram müəyyən olunub. Amma narkomanların çoxu narkotiki alanda onlar özləri ilə tərəzi aparmırlar ki, milliqramı ilə dəqiq çəksinlər, bu 0,5 milliqram artıq gəldi, ya əskik gəldi. Ona görə də həbs olunanların çoxu, bunu açıq demək lazımdır ki, narkomanlardır. Bir də adını çəkdiyim qanunda yazmışıq ki, narkomaniya bir xəstəlikdir. Bizim penitensiar sistemdəki müəssisələr xəstələrin müalicə yeri deyil. Biz xəstələri başqa yerlərdə müalicə etməliyik. Əgər biz parlament olaraq bu insanları xəstə kimi qəbul etmişiksə və Prezident də bu qanunu imzalayıbsa, onda xəstələrin həbsxanalara doldurulmasının mənası yoxdur. Deməli, biz bu istiqamətdə daha ciddi tədbirlər görməliyik. Baxın, son vaxtlar Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən nə qədər narkotik vasitələrin Azərbaycana girişinin qarşısı alınır, həmin şəxslər həbs olunurlar. Amma bu zaman biz nəyi müşahidə edirik? Əsasən, narkotik maddəni daşıyanlar, daha çox isə onu istehlak edənlər tutulur. Narkotik maddələrin yayımı ilə məşğul olanları, narkosindikatları və mütəşəkkil cinayətkar dəstələri ifşa etmək mümkün olmur. Ona görə ki, onların böyük bir hissəsinin mərkəzi Azərbaycandan kənarda, xüsusən də İrandadır. Mən hesab edirəm ki, İranla dövlət səviyyəsində ciddi danışıqlar aparmaq lazımdır. Adətən, biz televiziyadan, mətbuatdan öyrənirik ki, burada həbs olunan şəxslər bu maddələri İranda mənbəyi məlum olmayan kimdənsə alıblar. Yəni bu məsələlər İran dövləti ilə ciddi araşdırılmalıdır. Bəzən o adamların həbs edilməsinə tələsmək lazım deyil, çalışmaq lazımdır ki, bu işlə mütəşəkkil şəkildə məşğul olan sindikatı ifşa etmək mümkün olsun. Bəzi hallarda biz bilirik ki, Azərbaycanın özündə də, başqa ölkələrdə də narkobaronlar, sindikatlar özləri ayrı-ayrı narkomanlar haqqında məlumat verir, on-ların həbsini təşkil edirlər. Amma dediyim kimi, bu işin təş-kilatçıları məsuliyyətdən kənarda qala bilir. Ona görə də, mən hesab edirəm ki, bununla əlaqədar olaraq biz mütləq müvafiq dövlət strukturlarının, hörmətli Əli Həsənovun rəhbərlik etdiyi komissiya üzvlərinin və ictimai nümayəndələrin iştirakı ilə dinləmələr keçirərək bu qanunu dəyişməliyik. Bu qanunda qeyd olunmalıdır ki, indi məktəbliləri və universitet tələbələrini də narkomanlığa cəlb edirlər. Bu istiqamətdə qanunda müvafiq müddəalar olmalıdır, orta məktəblərdə müvafiq reklam çarxları göstərilməlidir ki, narkomanlar nə günə qalırlar, bu hansı faciələrə yol açır.
Son vaxtlar oğurluqların da sayı artıb. Mən sizi tam əmin edirəm ki, bəzən 3–5 manatdan ötrü yaşlı insanların evinə girib onları qətlə yetirirlər. Niyə? Ona görə ki, narkotik al-maq üçün onlara pul lazımdır. Narkomaniya digər cinayət-lərə də yol açır. Böyük bir faciədir. Çox təəssüf ki, qızları-mız da artıq narkomaniyaya cəlb olunur. Özü də bunu azər-baycanlı kişilər edirlər. Bununla bağlı dinləmələr keçirilməlidir və biz o qanuna mütləq baxmalıyıq. Universitetlərdə, orta məktəblərdə müvafiq reklam çarxları nümayiş etdirilməli və təbliğat işi aparılmalıdır. İnzibati orqanların, polisin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və digər orqanların gücü ilə mən inanmıram ki, bu bəlaya qarşı mübarizə aparmaq mümkün olsun. Özü də Azərbaycan coğrafi mövqeyinə görə Asiya ilə Avropanın arasında yerləşir, bir dəhliz rolunu oynayır. Ona görə də bir çox narkotik satışı və istehsalı ilə məşğul olan sindikatlar çalışırlar ki, bu vasitələrin Azərbaycan üzərindən daşınmasını təmin etsinlər. Bu bəlaya qarşı mübarizə aparmaq üçün ilk növbədə biz Cinayət Məcəlləsinə yenidən baxmalıyıq və orada, sadəcə olaraq, normadan artıqdır deyə, şəxsi istehlak miqdarından artıqdır deyə, adamı cinayət məsuliyyətinə cəlb edib həbsxanaya göndərmənin adı yoxdur. Əgər istintaq orqanı sübut edə bilirsə ki, bu onu satış məqsədi ilə özündə saxlayır, yaxud hansısa cinayətkar qrupun üzvü olaraq qoruyur, saxlayır, o halda onu məsuliyyətə cəlb etmək lazımdır. Yoxsa biz artıq qanunvericilik qaydasında qəbul etmişik, dünya da belə qəbul edib ki, narkoman olmaq cinayətkar olmaq demək deyil. Bu bir xəstəlikdir. Bu xəstəliyə qarşı mübarizə aparmaq üçün də dediyim kimi, onları həbsxanaya doldurmağın adı yoxdur. Hamımız bilirik ki, o adamların həbsxanada saxlanması ilə əlaqədar olaraq dövlət nə qədər xərc çəkir. Ona görə də mən çox istərdim ki, yaz sessiyasın-da biz bu qanunun, yəni “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun adını, sadəcə, dəyişib bu cür qoyaq: “Narkomaniyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu. Sonra, mahiyyət etibarilə qanunun üzərində köklü şəkildə işləyib dəyişikliklər aparmaq lazımdır və həmin qanundan çıxış edərək həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişikliklər etməliyik. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Fərəc Quliyev.
F.Quliyev. Sağ olun, cənab Sədr. Mən yaz sessiyasının qanunvericilik işləri planında çox ciddi məsələlərin olması-nın fərqindəyəm və hesab edirəm ki, bu sessiya çox səmərəli olacaqdır. Amma bir neçə təklifimi nəzərinizə çatdırmaq istəyirəm.
Əhalinin layiqli həyat səviyyəsinin təmin olunması və yoxsulluqla mübarizə siyasətinin həyata keçirilməsi üçün ehtiyac meyarına, yaşayış minimumuna yanaşmanın dəyiş-məsi ilə bağlı mən təklif vermək istəyirəm. Düşünürəm ki, ehtiyac meyarını yaşayış minimumuna çatdırmaq siyasəti əvəzinə nisbi yoxsulluq siyasətinin yürüdülməsi vacibdir. Mən bu istiqamətdə qanunlarda müəyyən dəyişiklik olunmasının yaz sessiyasında həyata keçirilməsini təklif edirəm.
İkinci məsələ milli iqtisadiyyatımızın rəqabət qabiliyyəti ilə bağlıdır. Hesab edirəm ki, mülki dövlət və bazar münasi-bətlərini tənzimləmək üçün mütləq əvvəl kölgə iqtisadiyya-tına qarşı bir proqram həyata keçirilməlidir. Bu proqram həyata keçirilməyənə qədər bilirik ki, bazarın olmasında kölgə iqtisadiyyatı kifayət qədər rol oynayır və vergilərdən yayınmaya görə də büdcə xeyli dərəcədə itkilərə məruz qalır. Düşünürəm ki, bunun həyata keçirilməsi üçün müəyyən dəyişikliklər olmalıdır. Müəyyən proqramların həyata keçirilməsi üçün də biz müəyyən qanunvericilik bazasından çıxış eləməliyik.
Üçüncü məsələ kommunal sektor ilə bağlıdır. Kommunal sektorun idarəetməyə verilməsini təmin eləyən siyasət yürütmək üçün bir qanunvericilik bazasının hazırlanmasına ehtiyac vardır. Söhbət istilik təchizatı, elektrik enerjisi və qaz sektorundan gedir. Dövlət mülkiyyəti özündə saxlamaq şərti ilə bu sektoru özəl istifadəyə verə bilər və bunun üçün də məncə, qanunvericilik bazası hazırlamaq imkanları var.
Dördüncü məsələni isə mən dəfələrlə parlamentdə qaldırmışam. Mən bilmirəm, hökumət buna nəyə görə biganə qaldı. Amma hər halda biz də bu məsələdə, deyəsən, bir az dişsiz siyasət yürütdük. Milli Məclisin ehtiyat fondunun yaradılması ilə bağlı addımlar atmağımız lazımdır. Mən hesab edirəm ki, bu çox mühüm məsələdir. Amma Milli Məclis bir az təvazökarlıq eləyir və hökumət də bundan, məncə, sui-istifadə edir. Bu məsələnin də qaldırılması yerinə düşər.
Bir təklifim də var. Bu qarşıdakı yeni təhsil ilində Azər-baycanın ali məktəblərinə qəbul üçün Azərbaycan hökuməti Gürcüstanda doğulmuş soydaşlarımız üçün bir limit ayırsın. Mən bunu Milli Məclisdə qaldırmışdım, vaxt keçir və bu məsələyə diqqət yetirilmir. Amma bu çox mühüm məsələdir. Biz deyək ki, Gürcüstanda yaşayan vətəndaşlarımıza 50–100 nəfərlik bir limit ayırmaqla nəyə nail ola bilərik? Hər halda Gürcüstandakı soydaşlarımızın kompakt yaşadıqları yerlərə bu limiti versək, onlar burada ali təhsil alacaqlar. Amma şərt qoyarıq ki, mütləq yerlərinə qayıtsınlar və orada kadr siyasəti ilə bağlı müəyyən irəliləyişlərimiz olsun. Həm əhalinin orada yerini dəyişməməsini, həm də yenə də elit təbəqənin, kübar təbəqənin, daha zəngin təbəqənin orada qalmasını təmin eləmək və əhalinin köçməsinin qabağını almaq mümkündür. Yaz sessiyasında biz bu məsələyə baxarıqsa, – məncə, zaman var, – müəyyən qədər bu məsələyə nail olmaq imkanlarını saxlaya bilərik. Mən başqa təkliflərlə bağlı da çıxış eləmək istəyirdim, amma bunları yazılı şəkildə Milli Məclisə təqdim eləyəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasında müzakirə olunacaq məsələlərin bir çoxunun cəmiyyətin ictimai-siyasi həyatında, sosial həyatında mühüm rol oynayacağı qənaətindəyəm. Hesab edirəm ki, bu yaz sessiyası dönəmində bu qanun layihələrinə baxmaq ən azı insanlarımızın, vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması və onların fəaliyyətlərinin tənzimlənməsi istiqamətində mühüm rol oynayacaq. Mən gündəliyə bir neçə məsələni təklif etmək istəyirəm.
İlk növbədə təklif edəcəyim məsələ 2015-ci ilin parla-ment seçkiləri ərəfəsində Seçki Məcəlləsinə edilə biləcək mümkün dəyişikliklərlə bağlıdır. Siyasi partiyalar və siyasi institutlar cəmiyyətin tərkib hissələridir, cəmiyyətin sütunlarıdır və hakimiyyətin formalaşması istiqamətində yeganə qanunverici stimuldur. Hesab edirəm ki, siyasi partiyalar bu məsələdə olduqca maraqlı olduğu üçün Milli Məclis Seçki Məcəlləsində dəyişiklikləri hökmən gerçəkləşdirməlidir. İlk növbədə namizədlərin qeydə alınması məsələsində bundan əvvəlki Seçki Məcəlləsində olan pozitiv məqam, girov qoymaqla qeydiyyata alınma məsələsi bərpa olunmalıdır. Bundan əvvəlki Seçki Məcəlləsində bu var idi. 2008-ci ildə Milli Məclisdə Seçki Məcəlləsinə edilən dəyişikliklərdə girov qoymaqla qeydə alınma məsələsi, təəssüf ki, gündəlikdən çıxarıldı. Bu, birinci məsələdir. Bu məsələdə olduqca möhtəkircəsinə yanaşma olur və siyasi partiyaların, ictimai təşkilatların bununla bağlı ciddi narazılıqları var.
İkinci məsələ seçki komissiyalarının tərkibinin formalaş-dırılması istiqamətində ədalət prinsipinin gözlənilməsi və tərəflərin maraqlarını ehtiva eləyən ən azı ictimai nəzarət mexanizminin tətbiq olunması baxımından bir sistemə ke-çiddir. Bu olduqca vacib bir şeydir. O cümlədən seçki ko-missiyalarında təmsil olunan partiyalara münasibətdə Mər-kəzi Seçki Komissiyasında, dairə və məntəqə seçki komissiyalarında ədalətli münasibətlərin tənzimlənməsi üçün Milli Məclis rəhbərliyindən, cənab Sədr, şəxsən Sizdən və hörmətli parlamentarilərdən bu məsələ ilə bağlı xahişimiz var. Biz komissiyada təmsil olunuruq, ancaq əksər rayonlarda bizə yer verilməyib, bölgü prinsipləri gözlənilmir və adını da qoyurlar ki, bu, səsvermə ilə olub. Əgər bu, səsvermə ilədirsə, siyasi partiyalar niyə tərəf olaraq iştirak edirlər? Bu tərəf iştirak edirsə, ona münasibət ədalətli olmalı və tərəf kimi haqqı tanınmalıdır.
Üçüncü təklif etmək istədiyim məsələ penitensiar xidmətlə bağlıdır. Hesab edirəm, ciddi müzakirəyə ehtiyac var. Son dövrlərdə penitensiar sistemdə baş verən hadisələr cəmiyyətin böyük hissəsini narahat edir. Məsələn, 14 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürüldüyü iddia edilən bir məhbusun taleyi haqqında hələ də nə Respublika Prokurorluğu, nə də digər səlahiyyətli dövlət qurumları ciddi bir açıqlama irəli sürür. Özü də vətəndaşın həbsdən azad olunmasına çox az bir müddət qalmışdı. O adamın öldürülməsi ilə bağlı hələlik hər kəs susur. Bundan sonra 14 saylı cəzaçəkmə müəssisəsində baş verən hadisələr o məhbusun ölümündən daha dəhşətlidir. Artıq o hadisənin şahidi olan adamların böyük bir qismi – 11 nəfəri vərəm dispanserinə göndərilib. Orada guya onların sağlamlığının yoxlanılması ilə bağlı artıq 33 gündür, təhqiqat aparılır və nəticə bilinmir. Bunu həbsxanada aparmaq daha rahatdır. Bu gün müasir texnikalar var və biz bunun həbsxanada şahidi olmuşuq, elə yerindəcə bunu ölçürlər. Sadəcə, bu adamlar həmin cinayətin izini itirmək üçün müxtəlif formalardan istifadə edirlər və çox təəssüf ki, cəzasızlıq mühiti baş alıb gedir.
Digər hadisə 2003-cü ildə vaxtı ilə Şəmkirin icra başçısı işləmiş Aslan Aslanovun oğlunun ölümündə günahlandırılan 2 şəxslə bağlıdır. Mən uzun müddət Azərbaycanın ictimai-siyasi həyatında olan şəxs kimi hələ rast gəlməmişəm ki, penitensiar sistemdə daxili nizam-intizam qaydalarını pozmağa görə kiminsə üzərinə təzədən 5 il 6 ay iş qoyulsun. Bir gənc qadın hətta nə cinayət törətmiş olsa belə, onun bədəlini Cinayət Məcəlləsində nəzərdə tutulan maddə ilə ödəyib, 10 il həbsdə yatıb. 10 il həbsdə yatmış bir adamın daxili nizam-intizamı pozmağa görə cəzasının üstünə bir 5 il də əlavə olunub. Nə deməkdir bu? Harada görünüb bu? Bu, kimlərinsə ayrı-ayrı sifarişlə qisas almasıdırmı? Bu nə yanaşmadır? Bundan əlavə ən dəhşətli fakt odur ki, bu gün həbsxanada həmin qadına ərizə yazdırırlar ki, mən könüllü, öz xoşumla kiminləsə münasibətdə olmuşam və qeyri-qanuni uşaq dünyaya gətirmişəm. Penitensiar sistem haqqında qanunun tələb-lərinə görə nikahda olduğu şəxsdən başqa heç bir kəslə görüşmək imkanı yoxdur. Bu həbsxanada belə bir şey necə olub? Hansı nəzarətçi sistemdə olub? Buna görə kim cəza çəkməlidir? Niyə cəza çəkmirlər? Buna hansı formada yanaşıblar? İstintaq altında ona 5 il 6 ay iş verilmişdir. Qeyri-qanuni və qeyri-hüquqi metodlarla ona içəridən bəyanat verdirirlər ki, mən təcridxanaya qaytarılanda orada dustaqların biri ilə münasibətdə olarkən uşaq doğmuşam. Bu gün hələ içəridən videosunu da yayırlar. Kimin cinayətini pərdələyirlər? Kimin cinayətini gizləyirlər? İçəridən dustağa videomaterial yaydırırlar ki, sən bunu bu şəkildə cəmiyyətə təqdim et. Kim onda güvənər içəridə çalışanlara? Hər hansı bir insanın müxtəlif dönəmlərdə taleyi müxtəlif ağrılar ilə üz-üzə gəlib, hətta cinayət də törədə bilər, təsadüfi hadisələr də ola bilər, ora düşər. Ora dövlətin yeridir. Dövlətin nəzarətində olan yerdir. Azərbaycan məhkəmələri çıxardıqları qərarda bircə şeyi nəzərə almalıdırlar.
Azərbaycanda cənab Prezident fərman verir, 109-cu maddəyə görə, Prezidentin adından verilir. Milli Məclis qərar çıxarır, Milli Məclisin adından verilir. Yeganə orqan məhkəmədir ki, orada qərarlar Azərbaycan dövlətinin adından çıxarılır. Azərbaycan dövlətinin adından bu cür ədalətsiz, bu cür qeyri-hüquqi qərarlarmı çıxararlar? Belə olan halda Azərbaycan vətəndaşı o məhkəməyə, o qeyri-hüquqi qərarlar çıxaran orqanlara necə güvənib “mən təhlükəsiz yaşaya bilirəm” deyə bilər? Hər şeyi fərdlər həll etməməlidir. Qanun bunu elə sistemə salmalıdır ki, bu adamlar cəzalandırılmalıdır. Hesab edirəm, hökumətin hesabatına qədər penitensiar sistemlə bağlı bu məsələlər ciddi müzakirə olunmalıdır.
Hörmətli millət vəkilləri, xüsusən mən burada xanım millət vəkillərindən xahiş edirəm ki, o xanımın hüquqlarının müdafiə olunması istiqamətində səlahiyyətli dövlət qurumları üzərinə ciddi basqı həyata keçirsinlər ki, adam səhv eləyib, cinayət törədib, nə olub, cavanlığında olub. Buna görə məhkəmə ona 10 il iş verib. 10 il iş verilmiş bir qadına daxili nizam-intizam qaydalarını pozmağa görə təzədən 5 il 6 ay iş kəsilərmi? Mən inanıram ki, üstündən 3 il keçəndən sonra onun üzərinə başqa bir cinayət işi qoyacaqlar. Tutaq ki, içəri telefon keçirdi. Bu nə qisasçılıq əməliyyatıdır? Yoxsa feodal dövrünə qayıdırıq? Ona görə, hörmətli deputat həmkarlarımdan xahiş edirəm ki, bu məsələnin üzərinə ciddiliyi ilə getsinlər. Heç kimin fərdi acısından və ya şəxsi hislərindən istifadə edilib hər hansı bir vətəndaşın hüququnun tapdalanmasına imkan verilməsin. Bəlkə də bir az çılğın çıxış oldu. Sonra. Həmin qadının yanında olan gənc, cinayət işinin yoxlanılması və həyata keçirilməsi zamanı hər kəs bilirdi ki, ömürlük həbs cəzası alan adam, ümumiyyətlə, ölüm işində şahid kimi iştirak etmişdir. O faciəni törədən qadın idi, ona görə də cinayət məsuliyyətinə cəlb olunmuşdu. Amma gəncə ömürlük həbs cəzası kəsdirmək, ondan sonra onun atasını həbs etdirmək, nə deməkdir bu? Hansı dönəmdə yaşayırıq? Hansı dövrdə yaşayırıq? Mən hesab edirəm ki, Milli Məclis, nəhayət, bu məsələlərə diqqətlə və həssas yanaşmalıdır, çünki vətəndaşın güvənə biləcəyi yerlər çox azdır. Məhkəmə Azərbaycan vətəndaşının xüsusən gü-vənmədiyi bir yerdir. Məhkəmə Azərbaycan vətəndaşının ədalət gözləmədiyi bir yerdir. Təşəkkür edirəm.
Sədrlik edən. Mən bir kəlmə söz demək istəyirəm. Artıq 2015-ci ilin yaz sessiyasıdır. Neçə illərdir, biz deyirik ki, qanunvericilik işləri planı müzakirə olunanda təkliflər varsa, bu plan təhvil verilənə qədər komitələrə verilməlidir, komitələrdə baxılmalıdır. İndi biz komitələrdən gələn məsələləri müzakirə eləyirik. Bu müzakirə dövründə hər bir həmkarımız gündəliyə yeni məsələlər təklif edir. Bu, axı, düzgün alınmır. Gündəliyi qoyub, başqa məsələlərdən danışırlar. Bu, tribunadır. Tribuna həmişə varınızdır. Ona görə, xahiş edirəm, sonrakı çıxış eləyənlər gündəliyin ətrafında çıxış edirlərsə, etsinlər. Yeni təkliflər varsa, xahiş edirəm, yazılı şəkildə verin, göndərək komitələrə, komitələr baxsınlar, gələn sessiyada bu, gündəliyə salına bilər. Musa Quliyev buyursun.
M.Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Sizin de-diklərinizlə mən tamamilə şərikəm. Hesab edirəm ki, doğru-dan da, gündəlik iş planında o məsələlər müzakirə olun-malıdır ki, onlar ya komitələrdə müzakirələrdən keçib, ya da ki, vaxtı ilə onlar barəsində fikirlər səsləndirilib və komitə hazırdır ki, onları həyata keçirsin. Mənim deyəcəyim təkliflər sağlamlığın mühafizəsi, ana və uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır və Milli Məclis üçün o qədər də yeni məsələlər deyil. Bir neçə il bundan öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bir yerdə bizim bir neçə komitənin birgə iclası oldu və orada Əmək Məcəlləsinə əlavə və dəyişikliklərin olunması təklif edildi ki, doğuşa və hamiləliyə görə məzuniyyətin müddəti hazırda 126 gündür, bunun müddəti uzadılsın. Bəzi fikirlər oldu, 200 günə qədər uzadılsın. Bəzi deputatlar dedi, 180 günə qədər uzadılsın. Amma sonuncu variantda bizim Sosial siyasət komitəsi və Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Maliyyə Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu ilə birgə razılaşdırdılar ki, 126 gündən 140 günə qədər qaldırılsın. Amma sonradan nədənsə bu məsələ gündəlikdən çıxarıldı və müzakirəyə qoyulmadı. Ona görə də, mən təklif edirəm, yenidən biz bu məsələyə qayıdaq və Əmək Məcəlləsində o dəyişikliyi edək ki, doğuşa görə məzuniyyət, – indi 56 gündür, – 56 gündən 2 həftə artırılaraq 70 günə çatdırılsın. Bütövlükdə isə hamiləliyə və doğuşa görə məzuniyyət 140 günə qaldırılsın.
İkinci məsələ burada hörmətli Qənirə xanım tərəfindən qaldırıldı. Oqtay müəllim, Siz də o fikrə çox doğru bir cavab verdiniz ki, aliment fondunun yaradılması əlavə problemlər yaradacaq. Amma sosial olaraq bu problem qalmaqdadır və gündən-günə də artır. Mən təklif edirəm ki, aliment probleminin aradan qaldırılması yollarını araşdırmaqdan ötrü bizim hörmətli Bahar xanımın rəhbərliyi ilə bir dinləmə keçirək. Müvafiq qurumların rəhbərlərini, qeyri-hökumət təşkilatlarını çağıraq və millət vəkilləri ilə birgə ümumi bir variantdan çıxış yolu tapaq. Çünki bu, doğrudan da, xüsusən də kənd yerlərində çox ciddi bir problemə çevrilib və ildən-ilə də alimentdən yayınanların sayı artır. Bəziləri deyirlər ki, guya iş yerləri tapılmır, bəziləri deyirlər ki, guya Azərbaycanda yoxdurlar, çıxıb gediblər. Müxtəlif ölkələrin təcrübəsindən istifadə edərək bir variant tapa bilərik.
Növbəti mənim təklifim Reproduktiv sağlamlığın qorun-ması haqqında qanun layihəsi ilə bağlıdır. Dəfələrlə bu məsələ qaldırıldı. Hətta bir dəfə Milli Məclisin müzakirəsinə də çıxarıldı. Burada yeganə razılaşdırılmamış məsələ qalır. Donorluq məsələsi. Donorluq məsələsində Qafqaz Müsəlmanları İdarəsi öz etirazını bildirir. Biz müvafiq qurumlarla da danışmışıq, bu donorluğu, ümumiyyətlə, Azərbaycanda qadağan etmək olar. Əgər elə olarsa, bütövlükdə bu qanunu biz niyə saxlayaq? Həm də nəzərə alaq ki, ildən-ilə sonsuzluğun da sayı artır, sonsuzluqla bağlı boşanmaların da sayı artır. Bir dənə bu donorluq problemidirsə, gəlin, bunu da aradan çıxardaq və birdəfəlik bu qanunu qəbul edək. Yəni bir məsələyə görə bu boyda qanunu illərlə saxlamağın yeri yoxdur.
Növbəti təklifim autizm xəstələri ilə bağlıdır. Bu bəlkə də bizim çoxumuz üçün yeni görünən bir məsələdir, ancaq son 30 ildə dünyada çox sürətlə artan autizm yeni doğulan uşaqların cəmiyyətə inteqrasiyasının zəifləməsi, özünə qapanması, marağın itməsi ilə bağlı xarakterizə olunan bir xəstəlikdir. Təxminən orta statistikaya görə yeni doğulan hər min uşaqdan 4 və 5 nəfərin, bəzi hallarda 6 nəfərin autizm xəstəliyinə tutulması müşahidə olunur. Amerikada son tədqiqatlar göstərir ki, hər yüz nəfərdən birində, başqa sözlə, hər min doğulandan 10-da autizm xəstəliyi vardır. Azərbaycanda bunun dəqiq statistikası aparılmasa da, qeyri-hökumət təşkilatlarının verdiyi məlumata görə 2000–2500 arasında belə uşaqlar var. Bunlar faktiki olaraq müalicəsiz və sosial müdafiəsiz qalıblar. Təklif edirəm ki, bunların da sosial müdafiəsi ilə bağlı bir qanun hazırlayaq.
Nəhayət, sonuncu məsələ tütün məmulatları istehlakının məhdudlaşdırılması ilə bağlıdır. Biz addım-addım bu məsə-ləyə yaxınlaşırıq. 2 il bundan öncə Milli Məclis qərar qəbul elədi, ictimai nəqliyyatda tütün məhsullarının istehlakına qadağa ilə bağlı cərimə qoyuldu. Bu qanun çox yaxşı işlə-yərək öz effektini verdi. Cənab Prezident tərəfindən sərən-cam verildi ki, İçərişəhər qoruq şəhəri ərazisidir, orada siqaret çəkilməsi qadağan olunsun. Bu da öz müsbət nəticəsini verib. Nəhayət, Milli Məclisin keçənilki son sessiyasında tütün məmulatlarına olan aksiz vergilərinin artırılması barədə qərar qəbul etdik. Bu, tütün məmulatlarının əlçatanlığının bir az da məhdud-laşdırılmasına gətirib çıxaracaqdır. Amma bütövlükdə Azərbaycanda tütün məmulatlarının istehlakı getdikcə artan bir xarakter daşıyır. Təkcə 2014-cü ildə əvvəlki illə müqayisədə tütün məmulatlarının istehlakı 13 faiz artmışdır. Ən pisi də ondadır ki, bu artım uşaqların, yeni-yetmələrin və qadınların hesabınadır.
Eyni zamanda, Azərbaycanda bizi çox narahat eləyən bir məsələ də sulu qəlyanların geniş şəkildə işlədilməsi, hətta reklam olunması və buna heç bir məhdudiyyətin qoyulma-masıdır. Camaat ailəsi və uşaqları ilə gedir bir istirahət yer-ində istirahət eləməyə, görürsən, yanında sulu qəlyan var. Sulu qəlyanların da həm narkotik təsiri, həm də onkoloji təsiri artıq dünyada sübut olunmuş faktdır. Sulu qəlyanların ən geniş yayıldığı İran və Türkiyə artıq onu qadağan etmiş-dir. İndi biz də əgər tütün məmulatları istehlakının məhdud-laşdırılması haqqında qanun qəbul edəcəyiksə, bu sulu qəl-yanları da buraya əlavə edək. Yox, o qanun yenə də uzana-caqsa, onda heç olmasa, sulu qəlyanların istehlakının məh-dudlaşdırılması, yaxud da müəyyən icazə ilə onun istifadəsi üçün yerlər ayrılması məsələsini gündəliyimizə gətirək. Mənim söyləyəcəyim bunlardır. Bütövlükdə iş planına səs verəcəyəm. Hamınıza yaz sessiyasında uğurlar arzulayıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Təklif var ki, müzakirələri azal-daq. Eldar müəllim, çıxış eləyin. Eldar İbrahimov buyursun.
E.İbrahimov. Söz verdiyinizə görə çox sağ olun, hör-mətli cənab Sədr. Hörmətli deputat həmkarlarım! Bildiyiniz kimi, möhtərəm Prezidentimizin yanvarın 12-də verdiyi müvafiq sərəncama əsasən 2015-ci il kənd təsərrüfatı ili elan edildi. Mən fürsətdən istifadə edərək möhtərəm Prezidentimizə, – buradakı deputat həmkarlarımız, yəqin ki, mənimlə razılaşarlar, – hamımızın adından öz dərin minnətdarlığımı, səmimi təşəkkürümü bildirirəm. Möhtərəm Prezidentimiz həmişə kənd təsərrüfatına böyük diqqət və qayğı göstərib. 2015-ci ili də kənd təsərrüfatı ili elan etməklə bu qayğını bir daha təsdiqlədi. Kənd təsərrüfatı məhsullarının istehsalını və xüsusən Azərbaycan xalqının ərzaq təhlükəsizliyini təmin etmək üçün 2015-ci il çox əlverişli bir vaxtdır. Belə deyim ki, kənd təsərrüfatı ili təkcə Kənd Təsərrüfatı Nazirliyi və ya kənd təsərrüfatında olan digər təşkilatlar üçün yox, bütün Azərbaycan üçündür. Başqa nazirliklər və təşkilatlar da kənd təsərrüfatı ili ilə əlaqədar olaraq kənd təsərrüfatına köməklik edəcək, öz töhfələrini verəcəklər.
Mənim həm də builki iş planımızla əlaqədar hörmətli həmkarlarıma çatdırmaq istədiyim məsələlər var, çünki on-ların da nigarançılığını eşitdim. 2014-cü il aprelin 16-da möhtərəm Prezidentimizin Fərmanı ilə Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsinin 6 ay müddətində hazırlanıb Prezidentə təqdim edilməsi tapşırılmışdı və bu qanun üzərində iş gedir. Qanun bu yaxınlarda bizə təqdim ediləcək və biz qanunu müzakirə edəcəyik, özü də hörmətli həmkarlarım bilsinlər ki, bu qanun möhtərəm Prezidentin fərmanı ilə olan bir qanun kimi müzakirə olunacaq. İkinci, Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında qanun layihəsi də Prezidentin 2014-cü il 16 yanvar tarixli Sərəncamı ilə göndərilib. Fermerlərə informasiya-məsləhət xidmətinin göstərilməsi ilə əlaqədar belə bir qanunun qəbul olunmasına göstəriş verilib. Artıq bu qanun da bizdə hazır-dır. Yəni mən istəyirəm, hörmətli millət vəkilləri, deputat həmkarlarım bilsinlər ki, hər iki qanun bu il yaz sessiya-sında, inşallah, onların köməklikləri ilə qəbul olunacaq və beləliklə, Milli Məclisin kənd təsərrüfatı ilinə hədiyyəsi elə bu qanunların qəbul olunması olacaq və yəqin, payızda da biz kənd təsərrüfatının sığortası ilə əlaqədar qanun hazırla-yacağıq. Biz də öz töhfəmizi belə verə biləcəyik. Diqqəti-nizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təkid eləyən yoxdur ki?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Etibar, sən səsini verdin, artıq getdi. Elman Məmmədov buyursun.
E.Məmmədov. Çox sağ olun, hörmətli cənab Sədr. Mən qısa olaraq bir neçə məsələnin Milli Məclisin yaz sessiya-sının gündəliyinə daxil edilməsini təklif etmək istəyirəm. Cari məsələlərdə deputat həmkarlarım Xocalı soyqırımı ilə bağlı müəyyən fikirlər səsləndirdilər. ATƏT-in Minsk qrupu ilə bağlı hörmətli deputat həmkarım Azay Quliyev fikir səsləndirdi. Əgər məqsədəuyğun hesab olunsa, təbii ki, mən də bu məsələlərlə bağlı fikrimi demək istəyirəm. ATƏT-in Minsk qrupu haqqında fikrimi uzun illərdir deyirəm, ancaq hələ bir nəticəsi yoxdur, yəqin ki, bir nəticəsi olar. Azərbaycanda rəsmi və qeyri-rəsmi səviyyələrdə artıq neçə vaxtdır səslənir ki, ATƏT-in Minsk qrupu çoxdan etimadını itirmiş, fəaliyyəti nəticəsiz olan yarıtmaz bir qurumdur. Yəni bu, inkaredilməz faktdır. Bunu mən 13–14 il ərzində ATƏT-in Minsk qrupu həmsədrləri ilə müxtəlif vaxtlarda görüşəndə onların özlərinə də demişəm. Digər bir məsələ də var. Bu gün ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlərin, – dünyanın 3 böyük dövlətinin, – biz tarixə nəzər salsaq, görərik ki, erməni məsələsində – ermənilərin tarixən Azərbaycan torpaqlarına köçürülüb bu torpaqlarda dövlət yaratmalarında rolları danılmazdır. Keçmişdə də belə olub, bu gün də belədir, yəqin, gələcəkdə də belə olacaq. Əgər belədirsə, biz bu ermənipərəst dövlətlərin bu münaqişənin həllində ədalətli mövqe tutmasına necə etibar eləyə bilərik, təbii ki, bu, sadəlövhlük olardı.
Hörmətli Azay müəllim bir fikir səsləndirdi ki, Ermənis-tan birinin forpostudur, birinin qardaşıdır, birinin nəyidir. Amma mən bir balaca düzəliş vermək istəyirəm, hörmətli Azay müəllim, Fransanın əvvəlki prezidenti Sarkozi Ermə-nistanla Fransa münasibətində çox yaxşı bir söz dedi ki, Ermənistan Fransanın kiçik bacısıdır. Amma bir az yarımçıq dedi, gərək deyəydi ki, Ermənistan Fransanın əxlaqsız, tərbiyəsiz, yolunu azmış kiçik bacısıdır. Bu, həqiqətən, belədir. Şimal qonşumuzun bu məsələlərdə mövqeyi tarixən məlumdur. Dağlıq Qarabağ məsələsində ABŞ-ın iç üzü də açılıb ortaya qoyulub. Tanınmamış, qondarma, cinayətkar, separatçı quruma haqdan, ədalətdən, insan hüquqlarından dəm vuran Amerika Birləşmiş Ştatları 1992-ci ildən başlayaraq həmin cinayətkar quruma hər il mütəmadi olaraq maliyyə yardımı göndərir. Əgər belədirsə, biz bu münaqişənin taleyinin 3 ermənipərəst dövlətdən asılı olması ilə niyə razılaşmalıyıq?
Mən dəfələrlə təklif eləmişəm ki, bu mandat onlardan alınıb daha nüfuzlu, daha böyük və daha səlahiyyətli quruma verilsin. Məsələn, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası səviyyəsində və yaxud elə deyək ki, ATƏT çərçivəsində qalmaqla daha çox dövlət bu həmsədrlikdə təmsil olunsun. Azərbaycan tərəfindən deyil, heç olmasa, ədalətli tərəfdən söz deyən bir-iki dövlət bura daxil olsun. Bu bir təklifim.
İkinci bir təklifim Serj Sarkisyanın hərbi cani kimi məhkəməyə verilməsi ilə bağlıdır. Müvafiq hüquq mühafizə orqanları tərəfindən mindən çox Xocalı sakini dindirilib və bu sakinlərin içərisində əsirlikdə olub gələnlər var. Hamısı bu hadisələrin şahididir və onlar şahidlik ediblər ki, Serj Sarkisyan o işgəncələrdə, əsirlərin öldürülməsində, o işğalda rəhbər kimi iştirak eləyib. Serj Sarkisyanın iki etirafı kifayətdir ki, o, hərbi cani kimi məhkəməyə verilsin. Birinci, Serj Sarkisyan Robert Köçəryandan sonra getdi, Avropa Şurasının tribunasından bəyan elədi ki, bəli, mən Xocalıda keçirilən hərbi əməliyyatlarda səhra komandiri kimi iştirak eləmişəm, bununla qürur duyuram. Yəni o birbaşa demək istədi ki, mən soyqırımın törədilməsində iştirak eləmişəm. İkinci bir etirafını da elədi, müsahibəsində dedi ki, xocalılar elə bilirdilər, biz dinc əhaliyə qarşı vuruşmayacağıq, onlara qarşı qəddar olmayacağıq, ancaq biz o stereotipi qırdıq və Xocalıda dinc əhaliyə divan tutduq. Bunlar kifayətdir ki, Serj Sarkisyan hərbi cani kimi öz komandası ilə birlikdə məhkəməyə verilsin.
Üçüncü təklifimi keçən il bir neçə dəfə səsləndirdim, yenə deyirəm. Bu gün bizim başımızın üstündə heç bir başqa qüvvə yoxdur, biz müstəqil suveren dövlətik və biz bunu edə bilərik. Nəyi edə bilərik? Bu gün Azərbaycanda soyqırıma məruz qalmış şəhər var, Xocalı şəhəri və soyqırıma məruz qalmış həmin şəhərin sakinləri var, Xocalı sakinləri, mənə elə gəlir ki, biz Milli Məclisdə müzakirəyə çıxarıb həmin şəhərə “Şəhid şəhər” statusu verə bilərik, həmin insanlara “Soyqırıma məruz qalmış insanlar” deyə bilərik. Bu, beynəlxalq aləm üçün vacib olan məsələlərdəndir ki, Azərbaycana gələn və yaxud bu məsələ ilə tanış olan insanlara 3–5 nəfəri göstərib deyəsən ki, bu insanlar filan vaxtı soyqırıma məruz qalıblar və bu soyqırımı ermənilər törədiblər. Mən bu üç məsələni təklif edirəm və xahiş edirəm, nəzərə alasınız. Sağ olun.
Sədrlik edən. Sağ olun, müzakirələri bitiririk. Bahar xanım, buyurun.
B.Muradova. Çox təşəkkür edirəm, Oqtay müəllim. Mən həmkarlarımın çıxışlarının bir çox məqamları ilə razıyam və əlbəttə ki, biz gündəlik fəaliyyətimizdə və qanunvericilik işlərini planlaşdırarkən bunların bir çoxunu nəzərə almalıyıq, bu məsələyə öz parlament münasibətimizi bildirməliyik. Amma bəzi məsələlər var ki, onlarla bağlı birmənalı fikir söyləmək olmur və fikirlər haçalanır. Burada birməntiqli fikrin olmasına, ümumiləşmənin olmasına ehtiyac vardır. İlk növbədə bu il seçki ili olduğu üçün Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı təkliflə əlaqədar onu söyləmək istəyirəm ki, Seçki Məcəlləsinə hansısa prinsipial və ümumiyyətlə, onun fəlsəfəsini və hədəflərini dəyişə biləcək dəyişikliklərə heç bir ehtiyac yoxdur. Əvvəlki seçkilər bunu sübut edib və seçki qanunvericiliyinin hər hərfini öz fəaliyyətində əlində rəhbər tutan Yeni Azərbaycan Partiyası bütün müddəaların Azərbaycanın ictimai-siyasi reallıqlarına uyğun olduğunun qənaətindədir. Ancaq hansısa texniki, prosedur dəyişiklikləri ola bilər, mən bunu istisna etmirəm. Bütöv-lükdə isə hesab edirik ki, buna ehtiyac yoxdur. Ən azı, girov qoymaqla qeydiyyatın bərpası çağırışını mən məqsədəuyğun hesab etmirəm. Çünki elə məhz konyunktur addımlar söylənən bu məsələdən istifadə edərək başqa-başqa hərəkətlərin meydana gəlməsi ilə bu müddəanın mövcudluğu zamanı üzə çıxır, çünki heç bir sosial dayağı olmayan, seçicilərin etimadını qazanmayan və bu seçicilərin etimadını qazanmaq üçün cəhd göstərib onlara tərəf getməyən, onların problemlərini öyrənərək aradan qaldırmaq üzərində düşünmək istəməyən adam müəyyən qədər pul ödəyir, yarışa girir və bütün bunlardan keçərək yarışa girmiş digər insanlarla bərabər status qazanır, hətta işi elə gətirir ki, o da gəlib millət vəkili olur, fəaliyyətində məhz həmin mövqedən də çıxış edir. Ona görə mən hesab edirəm ki, bu məsələdə də geriyə qayıdış mümkün deyil.
Seçki komissiyaları ilə bağlı balansı isə mən bugünkü ictimai-siyasi reallıqlara uyğun hesab edirəm və düşünürəm ki, bu format, doğrudan da, uğurlu bir formatdır. O ki qaldı penitensiar sistem haqqındakı fikirlərə, Zahid Orucun fikir-lərini qəribliyə salmayın, mən onun fikirlərinin bəzi məqamları ilə razıyam. Doğru vurğulayır ki, bu gün Azərbaycanda insan haqlarının pozulması adına çağırışların müqabilində Azərbaycanın məhkəmə sistemində keçmişdə baş vermiş bir sıra halları qabardaraq meydana çıxarmaq, onları bərabərləşdirərək bir mövqe fərq eləmək və fikir yaratmaq cəhdləri açıq-aşkar görünməkdədir. Heç bir məhkəmə sistemi ideal deyil, heç bir ölkənin ədalət mühakiməsi sistemi nöqsansız deyil. Çünki burada fərdlər iştirak edirlər – istər hakim olsun, istər prokuror olsun, istər vəkil olsun, istərsə də cinayəti törətmiş şəxs olsun. Hər hansı bir prosedur pozuntusu ola bilər və mən razıyam ki, bununla əlaqədar günahı olan, işti-rakı olan və suçu olan şəxslərə qanunun gücü ilə münasibət göstərilsin. Amma bütövlükdə bunu əldə rəhbər tutaraq Azərbaycanın məhkəmə sistemini şübhə altına almaq və vurğulamaq ki, Azərbaycan insanı məhkəməyə güvənmir, inanmır və ondan ədalət gözləmir, hesab edirəm ki, bu çox məsuliyyətsiz bir çağırışdır və biz belə bir çağırışa laqeyd qalıb onu cavabsız qoya bilmərik. Azərbaycanın məhkəmə sistemi islahatlar keçirmiş bir sistemdir, bu islahatlar bu gün də davam edir və ədalət mühakiməsinin hər kəs üçün ədalətli və əlçatan olması istiqamətindəki nailiyyətlərimiz bu gün bizə irad tutan həmin beynəlxalq təşkilatlar tərəfindən hesabatlara daxil edilir. Bu müasir yeniliklər başqa ölkələrin öyrənməsi üçün də keçərlidir, ona görə də üç-beş çağırışın müqabilində Azərbaycanın bütöv bir sisteminin fəaliyyətini şübhə altına almaq millət vəkilinə yaraşmaz. Hesab edirəm ki, bu, doğru deyildir. O ki qaldı ATƏT-in Minsk qrupunun fəaliyyətinə, o formatın dəyişməsi və bununla bağlı olan fikirlər yeni deyil, artıq neçə illərdir ki, biz bu məsələləri ən müxtəlif səviyyələrdə gündəliyə gətiririk, müxtəlif fikirlər səsləndiririk. Əlbəttə, bunun da əsas səbəbi münaqişənin həll olunmaması, uzanması, insanların həyatını itirməsi, təcavüzün davam etməsi və təcavüzkara lazım olan münasibətin göstərilməməsidir. Bəli, bu bizi vadar edir ki, bütün istiqa-mətlərdə ardıcıl və fəal münasibətimizi göstərək və işimizi aparaq. Bu iş Azərbaycanın nümayəndə heyətləri tərəfindən beynəlxalq təşkilatlarda gedir, rəsmi diplomatiya tərəfindən həm çoxtərəfli, həm də ikitərəfli münasibətlərdə yüksək səviyyədə aparılır, eləcə də vətəndaş cəmiyyəti tərəfindən bu məsələlərə ciddi diqqət yetirilir. Burada həmkarımız Azay Quliyev petisiyanın hazırlanması və imzaların toplanması ilə bağlı məsələni xatırlatdı. Bu, bütün demokratik cəmiyyətlərdə mövcud olan metoddur və bunun gücündən istifadə etmək, Sarkisyanın rəhbərlik etdiyi Ermənistan hökumətinin, onların yeritdiyi siyasətin təcavüzkar mahiyyətini ifşa etmək lazımdır və gələcəkdə bunun hansısa hüquqi nəticələrə gətirib çıxaracağını göz önünə almaq lazımdır.
Amma bu gün Sarkisyan, əlbəttə, ölkənin prezidentidir və onun immuniteti var, qorunmaq üçün müvafiq beynəlxalq qanunvericilik buna imkan verir. Ancaq gün gələcək ki, – əlbəttə, mən buna inanıram, – Sarkisyan daxil digər hərbi cinayətkarlar da, Azərbaycana qarşı soyqırımı hadisəsində iştirak etmiş və bunu planlaşdırmış şəxslər də mütləq ədalət mühakiməsi qarşısında dayanacaqlar. Bunun geci-tezi var. Çünki bəşəriyyət əleyhinə cinayətin müddət limiti yoxdur, onlar mütləq bu cəzanı alacaqlar. Amma biz bütün fəaliyyətimizi beynəlxalq hüquqa uyğun şəkildə qurmalı, cənab Prezidentin də bir çox hallarda vurğuladığı kimi, sülh limitinin tükənmədiyi bir şəraitdə Minsk qrupunun imkanlarından da istifadə etməli və əlbəttə ki, bu formata yeni çalarların gətirilməsi istiqamətindəki təkliflərə açıq olmalı, bu məsələləri daim qaldırmalıyıq. Hesab edirəm ki, biz bu istiqamətdə mövqeyimizi ATƏT-in Parlament Assambleyasının qarşıdakı qış sessiyasında açıq şəkildə ortaya qoyacağıq. Cənab Sədrin dəvətilə Parlament Assambleyası sədrinin Azərbaycana səfəri də gözlənilir. Bu məsələ ilə bağlı Parlament Assambleyasının mövqeyinin formalaşması üçün biz öz fikirlərimizi ona da çatdıracağıq. Düşünürəm ki, bizim rəsmi siyasətimizlə ziddiyyət təşkil edən açıqlamalardan çəkinməklə ümumi fəaliyyətimizi məhz bu siyasətə uyğunlaşdıraraq aparmaqda bir fayda vardır. Mən hesab edirəm ki, bunları nəzərə almaq və qanun layihəsini də səsə qoymaq olar. Təşəkkür edirəm.
Sədrlik edən. Xahiş edirəm, yaz sessiyasının qanunvericilik işləri planı haqqında qərara münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədədir. Sevinc Fətəliyeva buyursun.
S.Fətəliyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbay-can–Macarıstan əlaqələrinin tarixi müstəqilliyimizin ilk illərindən başlayır və getdikcə genişlənməkdədir. Diqqətinizə təqdim olunan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə 2014-cü ilin noyabr ayında Budapeşt şəhərində imzalanıb. Bu sənəd Macarıstan–Azərbaycan əlaqələrinin gələcək inkişafını müəyyən edən sənəddir. Bəyannamədə bütün sahələr öz əksini tapıb. Siyasət istiqamətində ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verilib. Həmçinin BMT, ATƏT, Avropa Şurası, NATO və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyat və ticarət istiqamətində, sənaye, energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və sair sahələrdə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulub. Müdafiə və təhlükəsizlik istiqamətində hər iki ölkənin müdafiəsi və daxili işlər nazirliklərinin əməkdaşlığının genişləndirilməsi, Avroatlantik zona ilə müntəzəm məslə-hətləşmələrin təsis edilməsi nəzərdə tutulub. Bu sənəddə həmçinin təhsil, elm və mədəniyyət sahələrinin genişləndi-rilməsi məsələsi də öz əksini tapıb. Ümumiyyətlə, təqdim olunun Birgə Bəyannamə Azərbaycan–Macarıstan əlaqələri üçün yeni üfüqlər açır və münasibətlərin yeni mərhələyə keçməsini təmin edir. Sənədin mahiyyəti ondan ibarətdir ki, Avropa İttifaqına üzv olan Macarıstanla strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcəkdə Avropa İttifaqı – Azərbay-can əlaqələrinin genişləndirilməsi üçün mühüm baza yaradır. Bunları nəzərə alaraq mən həmkarlarımdan bu qanun layihəsinə dəstək vermələrini xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, Bəyannamənin təsdiq edil-məsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə buyur-sun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sevinc xanım kifayət qədər Azərbaycan–Macarıstan əlaqələrindən danışdı, hava əlaqəsi haqqında bu qanun layihəsi də hər iki dövlətin milli maraqlarına cavab verir. Ona görə millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.02 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq edildi.
Gündəlikdə 6 məsələ qaldı, saat 4-ə kimi tənəffüs elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Hörmətli millət vəkilləri, xahiş edirəm, əyləşəsiniz. Növbəti 6-cı məsələ “Yanğın təhlükəsizliyi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyursun Ziyafət müəllim.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Cənab Sədr, icazənizlə qeyd etmək istəyirəm ki, cənab Prezidentin bir məktubu ilə iki məsələ daxil olub. Növbəti məsələ də “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədədir.
Müzakirənizə təqdim olunmuş qanun layihəsində məqsəd “Yanğın təhlükəsizliyi haqqında” Qanunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlıdır. Belə ki, yanğından sığortalanma könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada həyata keçirilir. Eyni zamanda, daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Eyni zamanda, qeyd etdiyim kimi, “Fövqəladə hallar or-qanlarında xidmətkeçmə haqqında” Qanunda da dəyişiklik nəzərdə tutulub. Belə ki, qanunun 23.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarının əməkdaşlarının həyat və sağlamlığı “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta etdirilir. Xahiş edirəm, bu qanun layihəsinə də edilən dəyişikliyə müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Biz yanğın təhlükəsizliyi ilə bağlı məsələyə icbari sığorta içərisində baxdığımız üçün mən bir çağırış etmək istəyirəm. Söhbət ondan gedir ki, biz 2011-ci ilin 24 iyununda icbari sığortalar haqqında önəmli bir qanun qəbul etmişdik. Cənab Prezidentin də 2011-ci ilin 15 sentyabrında bu qanunun tətbiqi haqqında fərmanı var. Bu sənəddə deyilir ki, bütün evlər, mənzillər mütləq icbari sığorta olunmalıdır. Söhbət yaşayış evlərindən gedirsə, yaşayış evlərində icbari sığortanın tətbiqinə nəzarət rayon icra hakimiyyətlərinə tapşırılır, daşınmaz əmlaklarda isə bu, Fövqəladə Hallar Nazirliyinə tapşırılır. Bu məsələni niyə qaldırıram? Mən, sadəcə, Tovuz rayonundan danışacağam. Son iki ayda təxminən 8, 9 evdə ya qaz partlayışı olub, ya yanğın olub, ya da elektrikdən ev tamamilə yararsız vəziyyətə düşüb. Ailə gəlir, bizə yardım edin deyir və biz araşdıranda məlum olur ki, evlərin heç birinin icbari sığortası yoxdur, bu insanlar sığortalardan yararlana bilmirlər. Kim kömək edəcək bu ailələrə? O qədər vəsait lazımdır, bu da çətindir. Təbii fəlakətlər olur, bədbəxt hadisələr olur. Bu yükün hamısı qalır dövlətin üzərində. Amma əslində, icbari sığorta, illik 30 manat sığorta ödənərsə, bədbəxt hadisə olur, təbii fəlakətdir, yanğındır, partlayışdır və sair, vətəndaş təxminən 15 min manata qədər yardım ala bilər ki, bu da insanlarımıza çox kömək olar.
Mən sığorta qurumlarından rəsmi rəqəm aldım. Ona görə buradan icra hakimiyyətlərinə və icra başçılarına çağırış səsləndirirəm ki, xahiş edirik, bu qanunun özəlliklə rayonlarda həyata keçməsində daha fəal olun. 2 milyondan artıq yaşayış evlərindən cəmi 120 mini, bu rəsmi rəqəmdir, 6 faiz eləmir. 6 faiz, – bu günə qədər 2 ildən çox vaxt keçib, – hələ sığortadadır, hansı ki, cənab Prezidentin fərmanından iki il keçir. Sabah bir bədbəxt hadisə, bir təbii fəlakət baş verəndə vətəndaş gəlir, sığortası yoxdur, yararlana bilmir. Ona görə də yük dövlətin üzərində qalır, vətəndaş da problemlə qarşılaşır. Bu qanunu həyata keçirən icra hakimiyyətləri ilə bərabər mən buradan, – televiziyamız və mediamız da buradadır, – onlara da səslənirəm, xahiş edirik, bu qanunun həyata keçirilməsi üçün bu qanunla bağlı maarifləndirmə işini gücləndirin. İnsanlarımızın içərisində bəlkə yoxsullar var, onlar üçün ildə 30 manat böyük məbləğ görünə bilər, amma bizim kifayət qədər insanımız var ki, ildə 30 manat məbləği ödəyə bilər, evini sığortalada bilər, sabah hansısa bir hadisə baş versə, sığortasını alıb problemlərini həll edə bilər. Digər rayonlarımızla da bağlı mətbuatda oxuyuruq və görürük ki, belə hallar çoxalıb. Bu sığorta olarsa, vətəndaş da, dövləti-miz də daha rahat vəziyyətdə olar və bu problem müəyyən qədər çözülər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Hörmətli həmkarlar, mən, sözsüz ki, bu qanun layihəsinə səs verəcə-yəm, çünki çox vacib, zəruri qanun layihəsidir. Ümumiyyətlə, icbari sığorta sahəsində bu qanunvericiliyin təkmilləşdirilməsini yalnız dəstəkləmək olar. Xüsusən də nəzərə alsaq ki, son vaxtlar çox tez-tez yanğın hadisələrinin baş verməsi ilə üz-üzə gəlirik.
Mənim deyəcəyim yalnız bir məsələdir. Burada texniki səhv gedib. Bizə verilən qanun layihəsinə dair arayışda nə-zərdə tutulub ki, 12-ci maddənin 11-ci bəndindəki “yanğına qarşı sığortalanmasından” sözləri “bu qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada yanğından sığortalanmadan, habelə” sözləri ilə əvəz edilsin, amma bizə verilən arayışın təklif olunan hissəsində bu, 11-ci bənddə nəzərdə tutulduğu halda, 12-ci bəndə salınıb. Mən xahiş edərdim ki, bu nəzərə alınsın, bu hissə düzəlməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Ziyafət müəllim, buyurun.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Qənirə xanım, Sizin qaldırdığınız məsələ bilavasitə bu qanunun predmetinə aid deyil. Siz, ümumiyyətlə, sığorta ilə bağlı məsələ qaldırırsınız, amma burada söhbət fövqəladə hallar orqanları əməkdaşlarının həyatının sığortasından, daşınmaz əmlakın sığortasından və yanğın təhlükəsizliyi ilə bağlı sığortadan gedir. Bu, təkcə dövlətin məsələsi deyil, bu həm də maarifləndirmə və təbliğatla bağlı məsələdir. Vətəndaş-lara dəfələrlə deyilir, izah olunur ki, daşınmaz əmlakınızı, o cümlədən evinizi sığorta edin. Sabah bir yanğın hadisəsi olanda yapışırlar dövlətin ətəyindən ki, kömək elə. Bunu vaxtında etmək lazımdır ki, sonradan belə problemlər mey-dana çıxmasın. Söhbət bundan gedir. Bu, həyatdır, həyatda hər şey, təbii ki, daşqın da, sel də, yanğın da ola bilər. Ona görə insanlar gərək bu məsələdə özləri maraqlı olsunlar ki, evlərini könüllü sığorta etdirsinlər.
Sədrlik edən. Sağ olun. Fəttah Heydərov.
F.Heydərov. Çox sağ olun. Cənab Sədr, hörmətli deputat həmkarlar! Bu məsələ hər birimizi, doğrudan da, çox dü-şündürür, çünki təbii fəlakətlər olur, yanğınlar olur, digər məsələlər olur. Mənə belə gəlir ki, bütün sığortalar kiçik əmlaklardır, sonra başqa dəyərlərdir və sair. Avtomaşınlar, başqa şeylər ola bilsin ki, özəl sığortadan istifadə edə bilərlər. Burada məcburi də ola bilər, qeyri-məcburi də. Amma mənə belə gəlir ki, daşınmaz əmlakın məcburi sığortası dövlətlə əlaqədar olmalıdır. Çünki idarə edən dövlətdir. Bu qədər dəymiş zərərləri, vətəndaşlara dəyən zərərləri bu günə qədər dövlət ödəyibdir, bu ödəmələri dövlət həyata keçiribdir. Mənə belə gəlir ki, belə bir qurumun yaradılmasını bizim çox hörmətli iqtisadçılardan, bu sahədə çalışan çox hörmətli insanlardan xahiş edərdim, düşünsünlər. Bəlkə bunlar cəmləşsin, dövlət büdcəsində ayrıca bir maddə kimi bir qurum tərəfindən həyata keçirilsin, vətəndaşa dəymiş zərər onun ödədiyi sığortadan və digər yığımlardan konkret, lazımi və əhəmiyyətli şəkildə ödənsin. Bu məsələnin üstündə, mənə belə gəlir ki, işləmək olar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Oqtay müəllim, burada çox ciddi bir məsə-ləyə toxunuldu. “İcbari sığortalar haqqında” Qanun qəbul etmişik. Yadınıza gəlirsə, bu qanun çox ciddi müzakirələrdən keçdi. O cümlədən daşınmaz əmlakın sığortası da bu qanunda öz əksini tapdı. Ziyafət müəllim tamamilə düzgün dedi. Burada bütün günah sığorta şirkətlərindədir. Yəni bir vaxt var idi, Azərbaycanda bir adama təxminən 16 manat sığorta pulu düşürdü. Bu qanun qəbul olunandan sonra təxminən 1–2 dəfə artıb, haradasa 36, 37 manatdır. Yəni bu çox azdır. Sığorta şirkətləri öz qazandıqları vəsaitin müəyyən hissəsini bu təbliğat işlərinə yönəltməlidirlər ki, insanlar əmlaklarını sığorta etsinlər. Evini sığorta etdirmir, hansı ki, dövlətin qanunu var. Özü də daşınmaz əmlakın sığortası artıq məcburi sığortadır. Bir vaxt var idi, könüllü idi, amma biz qanun qəbul etdik. Yəni bu insan əgər əmlakını sığorta etdirmirsə, deməli, hökumətin şirkətləri var, həmin şirkətlər gedib əmlakı sığorta etməlidirlər, yəni bir qədər öz məsuliyyətlərini hiss etməlidirlər ki, sabah bir yanğın hadisəsi baş verəndə, hansısa təbii fəlakət baş verəndə müəyyən qədər oradan vəsait götürsün, daha bütün yük dövlətin üstünə düşməsin. Ona görə də sığorta şirkətləri təbliğata xüsusi vəsait ayırmalıdırlar, təbliğatla məşğul olmalıdırlar, reklama vəsait ayırmalıdırlar ki, insanlar öz daşınmaz əmlaklarını sığorta etdirsinlər. Çox sağ olun.
Sədrlik edən. Yavaş-yavaş həvəsə düşürük. Eldar İbra-himov.
E.İbrahimov. Oqtay müəllim, mən çox üzr istəyirəm, amma bu elə bir yaralı məsələdir ki, danışmamaq mümkün deyil. Bizim aqrar sahədə də, bu, yaralı yerdir. Ziyafət müəllim çox gözəl dedi. Kənd təsərrüfatında sığorta, demək olar ki, mümkün deyil. Biz həmişə danışırıq, deyirik, nə edirik, mümkün deyil. Bəziləri belə deyir, bəlkə mənim torpağımda quraqlıq olmayacaq, bəlkə yağış yağmayacaq, mən torpağımı niyə sığortalamalıyam? Bax, bu bizim böyük bəlamızdır. Ona görə Ziyafət müəllim çox gözəl dedi, Vahid müəllim də qeyd etdi, insanları başa salmaq, təbliğat aparmaq lazımdır ki, ay kişi, sən bu sığortanı verməlisən. Səninki olmayacaq, qonşununku olacaq, sabah da qonşununku olmayacaq, səninki olacaq. Bir-birinizə kömək edin də. Yəni bunun çox böyük təbliğata ehtiyacı var. Ona görə bizim televiziyada, qəzetlərdə bu iş aparılmalıdır. Görürəm, bu gün qəzet redaktorları da buradadırlar. Bu sahəyə, harada ki bizim bir ağır sahəmiz var, bir yaralı sahəmiz var, gərək ona böyük yer ayıraq və təbliğatımızı aparaq. Çox sağ olun.
Sədrlik edən. Dərd də onun dərdidir ki, pulsuz heç kim təbliğat aparmaq istəmir. Hamı pul istəyir, hamı reklam istəyir, pulsuz təbliğat aparan yoxdur.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Bu məsələlərə gələcəkdə baxmaq olar. İndi gündəliyin 6-cı məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.16 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun.
Gündəliyin 7-ci məsələsinə də münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 81
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 81
Nəticə: Yetərsay yoxdur

Bir də səsvermə keçirin, qarışdı nə isə.

Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, bir xahişim var. Bizim ayda ən azı iki dəfə iclasımız olur. Bu iclaslara gecikmək, vaxtında gəlməmək, xahiş edirəm, belə şeylərdə bir az diqqətli olun. Mənim bu barədə sizə irad tutmağım yaxşı deyil.
Gündəliyin növbəti məsələsinə keçirik. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticə-sində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna uyğunlaşdırılması prosesi gedir. Burada bayaq icbari sığorta ilə bağlı fikir səsləndi. İcbari sığorta, əlbəttə, sığortanın həmrəylik prinsipinə uyğun olan məsələdir. Hamı bunu yaxşı bilir ki, adamlar sığorta haqqını ödəyirlər. Sonra kimin problemi yaranırsa, onda o adam sığorta təşkilatları tərəfindən dəstəklənir. Ona görə də, bəzən adamlar elə başa düşürlər ki, bunun qapısında o hadisə olmursa, demək, o, sığortalanmamalıdır. Amma bu halda dövlət özü icbari sığorta ilə bağlı öz qurumlarında çalışan insanların müdafiəsini gücləndirir.
Bu sənəddə 16 maddəyə düzəliş edilib. Bu düzəlişlər 3 istiqamətdədir, birinci istiqamətdə “məcburi” sözünü “icbari” sözü ilə əvəz etmişik, çünki bu qanunumuzu uyğunlaşdırdığımız son qanunda “məcburi” yox, “icbari” sözü işlədilib. Birinci dəyişiklik bununla bağlıdır. Bizim əvvəlki qanunumuzda “qanunvericiliklə müəyyənləşdirilir” sözləri var idi. İndi isə konkret qanun var, ona görə də biz deyirik ki, bu filan qanunla uyğunlaşdırılır. Bu, ikinci düzəlişin istiqamətidir. Üçüncü istiqamət isə həmin tibb orqanlarında çalışanların sağlamlığının icbari sığorta vasitəsi ilə müdafiə olunması ilə bağlı olan məsələdir. Bu 3 istiqamətin üçü də bütövlükdə həm texniki baxımdan düzəlişdir, eyni zamanda, bizim səhiyyə sahəsində çalışan həkimlərimizin sosial müdafiəsi ilə bağlı olan məsələdir. Bütövlükdə, xahiş edirəm, deputat həmkarlarım bu layihəyə səs versinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 9-cu məsələ “Yol hərəkəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət qu-ruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Cənab Sədr, icazə versəniz, 9-cu və 10-cu məsələləri birgə məruzə edərdim. Çünki hər ikisi bir-biri ilə bağlıdır. Qeyd etdiyiniz kimi, 9-cu məsələ “Yol hərəkəti haqqında” Qanuna təklif edilən dəyişikliklərdir. Bunun mahiyyəti bizim 2014-cü ildə İnzibati Xətalar Məcəlləsinə etdiyimiz dəyişikliklərin tətbiqi ilə bağlıdır. Qısaca isə onu deyə bilərəm ki, bu qanunun mahiyyəti tərtib olunmuş inzibati xəta haqqında protokolların müvafiq icra hakimiyyəti orqanına, mərkəzi informasiya sisteminə çevik, vaxtında, təxirəsalınmadan çatdırılmasıdır.
10-cu məsələ isə İnzibati Xətalar Məcəlləsinə edilən də-yişikliklərin “Yol hərəkəti haqqında” Qanuna tətbiqi ilə bağlıdır. Burada məsələ yenə də çevikliklə, amma başqa bir halda, cərimələrin köçürülməsinin daha çevik mexanizmi ilə bağlıdır. Təklif olunur ki, ödəniş qəbul edilərkən, yəni inzibati xəta haqqında tərtib olunmuş inzibati cərimə haqqında məlumat bank və ya poçt tərəfindən qəbul edildikdən sonra bu barədə məlumat dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməlidir. Beləliklə, hər iki qanun layihəsinə, yəni “Yol hərəkəti haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər həm inzibati protokolların tərtib olunması, eyni zamanda, inzibati cərimələrin ödənilməsinin daha sürətli həyata keçirilməsini təmin edəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Biz bu gün “Yol hərəkəti haqqında” Qanuna müvafiq dəyişikliklər edi-rik və yeri gəlmişkən qeyd etmək lazımdır ki, demək olar, hər plenar iclasda “Yol hərəkəti haqqında” Qanuna və İnzi-bati Xətalar Məcəlləsinə bu və ya digər düzəlişlər etmək-dəyik. Cərimələr sərtləşdirilir, bəzi hüquqi terminlər dəqiq-ləşdirilir və sair. Lakin yollarda vəziyyət nəinki müsbətə doğru dəyişmir, mən deyərdim ki, günü-gündən ağırlaşır.
Bu günlərdə biz həmkarım Rafael Cəbrayılovla yol hərə-kəti ilə bağlı bir dəyərli tədbirdə iştirak etmişdik. Hörmətli Rafael müəllim Azərbaycanda yol qəzalarının və onların faciəli nəticələrinin statistikasını açıqlayaraq yollardakı vəziyyəti əsl müharibə ilə müqayisə etmişdi. Mən onunla tamamilə razıyam. Biz hamımız bilirik ki, əsas problem nə qanunlarda, nə də polis işçilərindədir. Əsas problem sürücülərin əksəriyyətinin savadsızlığından, yollarda təhlükəsizlik qaydalarına riayət etməməsindən, sükan arxasına sərxoş vəziyyətdə əyləşməsindən irəli gəlir. Digər tərəfdən, piyadalar da qanunu pozmaqda sürücülərdən geri qalmırlar. Nəticədə hər gün ağır yol-nəqliyyat hadisələri və insan tələfatı barədə məlumatlar eşidirik.
Buna görə, hörmətli Sədr, mən istəyirdim, bir təkliflə çıxış edim. İstərdim ki, Təhsil Nazirliyinin proqramlarına bağçaların yuxarı qruplarında və orta məktəblərin ibtidai siniflərində yol hərəkəti qaydaları və yol mədəniyyəti adında dərslər əlavə olunsun və bu dərslər bütün adıçəkilən təhsil ocaqlarında məcburi şəkildə keçirilsin. Düzdür, məktəblərdə ayrı-ayrı fənlər içərisində bununla bağlı şagirdlərə məlumat verilir. Lakin mənim təklifim onun həftədə, heç olmasa, bir dəfə məcburi formada dərs olaraq keçirilməsindədir. Belə olan halda bütün uşaq və yeniyetmələrimiz bu biliyə kiçik yaşlarından yiyələnəcək və gələcəkdə qayda-qanuna riayət edən sürücü və piyadalara çevriləcəklər. Bunun sayəsində biz yol mədəniyyətini mənimsəmiş, yol hərəkəti qaydalarına hörmətlə yanaşan nəsil yetişdirmiş olarıq.
Yeri gəlmişkən, mən bilirəm ki, hörmətli nazirimiz Ramil Usubov özünün son müşavirəsində də tövsiyə edib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları təhsil ocaqları ilə daha sıx əməkdaşlıq etsinlər. Seminarlar keçirilsin, təbliğat vasitələri genişləndirilsin. Açıq-aydın görünür ki, yol qəzaları cənab naziri də çox düşündürən, narahat edən məsələdir və DİN bu istiqamətdə ciddi şəkildə fəaliyyət göstərir. Biz də öz töhfəmizi veririk. Bir daha qeyd edim ki, bu, məsələnin vacibliyinə dəlalət edir. Ona görə də təklifimin qəbul olunmasını aidiyyəti qurumlardan xahiş edərdim. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Bu qanunun müzakirə edilməsi yaxşı vaxta düşüb. Son qanunumuz reklam haqqındadır. Mən Vahid müəllimdən də xahiş edəcəyəm, qanunu şərh edəndə çox diqqətli olsun. Mən fikir verirəm, televiziyalar-da, qəzetlərdə sosial reklamların faizi ən aşağı faizdir. Praktik olaraq sosial reklam yoxdur. Ya təşkilatlar vermirlər, ya da təşkilatlar verirlər, qəbul etmirlər. Dünyanın hər yerində sosial reklamlar pulsuz olur. Reklam haqqında qanunu qəbul edək, amma nə isə bir bölüm olmalıdır ki, sosial reklamlar da qəbul olunsun. Belə məsələlər üçün sosial reklamlar çox vacibdir. Bunu gələcək üçün dedim. Buyursun Etibar Hüseynov.
E.Hüseynov. Cənab Sədr, mən 3-cü bənddə danışmalıydım, amma öz növbəmi Eldar müəllimə verdim, amma fikirlərim 9-cu məsələ ilə bağlı olduğuna görə indi istəyirəm, həmin fikirləri səsləndirim. Mən, ümumiyyətlə, yol polisinin və ümumilikdə, Azərbaycan polisinin hüquq və səlahiyyətlərinin artırılması ilə bağlı çıxış etmək istəyirəm. Bu artıq bir zərurətə çevrilib. Çünki televiziya və mətbuatı izləyirik, bu gün az qala elə bir həftə olmur ki, televiziya və mətbuatda Azərbaycan polisinə qarşı zorakılıq, paqonlarının sökülməsi və yaxud üstünə maşın sürülməsinin şahidi olmayaq.
Biz elə bir dövrdə yaşayırıq ki, bu gün internet vasitəsi ilə, rəqəmsal televiziya vasitəsi ilə bütün dünyanı izləyirik və mən şəxsən kütləvi iğtişaşlar istisna olmaqla hansısa bir ölkədə polisin döyülməsinin, paqonlarının cırılmasının, üstünə maşın sürülməsinin şahidi olmamışam. Tək indi deyil, uzun onilliklər boyu görmüşük ki, nümunə kimi göstərilən Avropa və Amerika polisləri əmrə tabe olmayan sürücünü saxlayanda maşından düşürüb ağzı üstə uzadır, əllərini də boynunun arxasında cütləşdirirlər. Tabe olmayanda xəbərdarlıq etmədən atəş açırlar. Mən hələ demirəm ki, əmrə tabe olandan sonra da bir neçə cüssəli polis onun çiyninə çıxıb qollarını qandallayır və sair. Yəni bu baxımdan götürəndə, Azərbaycan polisi ən humanist və bir növ səlahiyyətsiz polisdir. Biz polisə qarşı hörmətimizi dəyərləndirməliyik. Çünki istər ayrı-ayrı işlərlə bağlı, istərsə də böyük dövlət tədbirləri vaxtı yaranan tıxaclarda biz görürük ki, Azərbaycan polisi, – istər yayın istisi olsun, istərsə də qışın soyuğu olsun, – hansı gərgin iş qrafikində işləyir, bəlkə də dünyanın heç bir yerində polis bu gərginliklə işləmir. Digər tərəfdən, küçədə biri birini bıçaqlayanda polis gəlməmiş heç kim yaxın durmur və ya qadına qarşı soyğunçuluq olanda da hamı polisi səsləyir. Ancaq ayrı vaxtlarda polisin adi göstərişlərinə əməl olunmur.
Mən bir misal da gətirmək istəyirəm. Hamınız, yəqin, şahidi olmusunuz. Moskvadan gələndə Domodedovo hava limanında baxırsan ki, rus polisinin bir çox hallarda kobud əmrlərini, göstərişlərini dizləri əsə-əsə, dili topuq vura-vura quzu balası kimi yerinə yetirir. Amma Bakıda hava lima-nında təyyarədən düşəndə bizim sərhədçilərin, gömrükçü-lərin və yaxud polisin kifayət qədər nəvazişli göstərişinə, əmrinə elə bir hirslə cavab verir ki, məəttəl qalırsan, elə bil, 1–2 saat bundan əvvəl rus milisinin qabağında sanki dizləri titrəyən bu adam deyildi. Bu baxımdan mən çox istərdim ki, biz “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edək və Azərbaycan polisinin hüquq və səlahiyyətlərini artıraq. Təşəkkür edirəm.
Sədrlik edən. Ay Etibar, sən elə danışdın ki, məni ağlamaq tutdu. Sən bizim polisi belə aciz görmüsən? Polisləri-mizin, maşallah, hər cür səlahiyyətləri və hüquqları var. Mən eşitməmişəm ki, polisi kimsə döysün. Parlamentdə danışırıq, polislərimiz acizdir nə deməkdir? Hamısı, maşallah, özlərinə də cavab verən, dövlətə də cavab verən adamlardır. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İnzibati Xətalar Məcəlləsinin 429.6-cı maddəsində qeyd olunur ki, “inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma”. Yəni vətəndaşlara SMS vasitəsi ilə onların harada və nə vaxt inzibati xəta törətməsi barədə məlumatın göndərilməsi son dərəcə mütərəqqi bir müddəadır və bunu
alqışlamaq lazımdır ki, vaxtın da ora daxil edilməsi həmin məlumata son dərəcə önəm verir. Mən günün birinci yarısında narkomaniya barədə danışanda da söylədim ki, biz bəzən hüquq mühafizə orqanlarının üzərinə çox böyük məsuliyyət qoyuruq və hesab edirik ki, hüquq mühafizə orqanları cəmiyyətdəki müəyyən problemləri təkbaşına həll etmək gücündədirlər. İndi də əgər ölkədə sürücülük mədəniyyəti aşağı səviyyədədirsə, bunu Dövlət Yol Polisinin gücü ilə təkbaşına aradan qaldıra bilməyəcəyik. Cəzaların sərtləşdirilməsi ilə bu problem öz həllini tapmayacaq. Bunun üçün ictimai qınaqdan geniş istifadə olunmalıdır.
Oqtay müəllim, mən təklif edirəm, bu məsələni müzakirə edək. Bəzi hallarda valideynlər övladlarının avtomobili sürətli sürməsi, yol hərəkəti qaydalarını pozması barədə məlumatsız olurlar. Biz burada yalnız sürücülərə bu SMS vasitəsi ilə informasiyanın göndərilməsini nəzərdə tuturuq, bəlkə də polisin işini artırmış oluruq. Amma bu vətəndaşların ailələrinə, yəni sürücülərin ailələrinə və iş yerlərinə belə bir məlumatların göndərilməsi, – belə insanlar yol hərəkəti qaydalarını pozursa, – məncə, doğru olardı. Niyə?
Birincisi, kiminsə həyat yoldaşı yol hərəkəti qaydasını pozur, onun xanımı, yaxud uşaqları ona təsir edəcək ki, axı sən bir gün həyatını itirə bilərsən, şikəst ola bilərsən, böyük bir ailə fəlakətlə üz-üzə qala bilər. Bəlkə ailə ona təsir edə bilər ki, yol hərəkəti qaydalarına daha ciddi riayət etsin, yaxud kiminsə uşağı, yaxud iş yerində təsir edə bilərlər. Məsələn, cərimə gəlir, o da cəriməni təkbaşına ödəyərək fikirləşir ki, heç kim bunu bilmədi. Amma bilsə ki, iş yerində hamı biləcək, bu yol hərəkətini pozan bir şəxsdir, o ictimai qınaq onu bəlkə də sövq edəcək, o yol hərəkəti qaydalarına tabe olsun və ciddi əməl eləsin.
Xarici ölkələrdə bu işi görmək çox asandır. Ona görə ki, hər bir şəxsin identifikasiya, yəni eyniləşdirmə kodu var. O kodda da bütün məlumatlar öz əksini tapır və çox asanlıqla belə məlumatlardan onun harada işlədiyini hamı bilir. Mən bilmirəm, Azərbaycanda bu məlumatlandırmanın həyata keçirilməsi nə dərəcədə çətindir. Amma məncə, bura belə bir norma daxil edilsə ki, onun ailəsinə və iş yerinə bu tipli məlumatlar göndərilir, bu doğru olar. Əlbəttə, burada müəyyən fikirlər səslənə bilər ki, bu nə dərəcədə doğrudur, ya doğru deyil. Amma mən düşünürəm ki, ictimai qınaq məsələsi çox önəmli məsələdir və biz bundan istifadə etsək, heç olmasa, bir ailəni, bir insanın həyatını xilas edə bilsək, bir insanı şikəst olmaqdan qoruya bilsək, bunun özü böyük məsələdir. Ona görə də bu məsələnin ciddi müzakirəsinə ehtiyac var. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çox düzgün yanaşmadır. Həqiqətən, cərimələri nə qədər sərtləşdirsək də görürük ki, məsələlər öz həllini tapmır. İctimai qınaq da çox düzgün məsələdir. Gəlin, təsəvvür edək ki, bir gün Bakı şəhərində yol polisi yoxdur, görün, şəhərdə nə əmələ gələ bilər. İndi polis ola-ola, maşınların sürəti çıxıb kəlləçarxa. Mən razı-yam, bu məsələ üstündə, yəni ictimai qınaq barədə fikirləşmək olar. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən İnzi-bati Xətalar Məcəlləsi ilə bağlı çıxış etmək istəyirdim. Amma əvvəl həmkarım Qüdrət müəllimin dediyi bir fikirlə bağlı mən öz münasibətimi bildirmək istəyirəm. Şəxsin həyatına toxunmaq olmaz. O tamam başqa bir şeydir. Tutaq ki, mərifətli bir insandır, bir dəfə yol hərəkəti qaydasını pozub. Bunu götür işinə göndər, evinə göndər. Müdir bəhanə axtarır ki, bunu işdən çıxarsın, indi onun əlinə bir əsas verəcək, evdə qalmaqal yaradacaq. Başqa bir məsələni düzəltmək əvəzinə bu məsələni biz korlayırıq. İctimai qınaq başqa bir şeydir. Amma şəxsin həyatı tək yol hərəkəti qaydalarında deyil, ümumiyyətlə, digər məsələlərdə də, mən hesab edirəm ki, toxunulmazdır və heç kəsin hüququ çatmamalıdır ki, bu məsələyə toxunsun. Bu baxımdan hesab edirəm ki, bu yanaşmanın özündə fərqlilik olmalıdır. Təbii ki, ictimai kanallarda, televiziyada, reklamlarda ictimai qınaq olmalıdır, – siz çox gözəl dediniz, – ancaq sosial reklamları gecə saat 2-dən sonra verirlər. Gündüz vermirlər, çünki xəbərlər vaxtı reklamın qiyməti birdir. Gecə saatlarında, – indi qanunun müzakirəsində deyəcəyik, – gecə saat 2-də reklamın qiyməti tamam başqa şeydir. Qeydiyyatından keçir ki, bəli, öhdəçiliyi var, sosial reklam verdi. Amma nə vaxt, nə zaman, hansı anda. Bütün insanlar yatan vaxt bu, sosial reklam göstərir. İnsanların televiziyaya baxan vaxtı başqa-başqa məişət əşyalarının reklamı və digər reklamlarla məşğul olur. O baxımdan da mən bu məsələyə toxunmaq istəmirəm. Həm də bizim müzakirə etdiyimiz məsələnin mövzusu deyil. Burada tamam başqa bir məsələdən söhbət gedir. Biz birini qoyub o birinə keçirik.
Mənim, Oqtay müəllim, təklifim var. Təklifim ondan iba-rətdir ki, Sizdən də xahiş edirik, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə tapşırıq verəsiniz ki, İnzibati Xətalar Məcəlləsini yenidən çap etdirsin. Parlamentimizin nəşriyyatı var. Orada İnzibati Xətalar Məcəlləsi yenidən çap olunmalıdır. Mənim hesablamama görə, İnzibati Xətalar Məcəlləsinə mindən artıq dəyişiklik olub. Bu da həm məhkəmələrdə, həm də hüquq mühafizə orqanlarında çox ciddi problem yaradır. Bir maddəni bir kağızdan götürməlidir, o biri maddəni o birindən. Köhnə İnzibati Xətalar Məcəlləsi aşsüzəndir. Orada daha heç nə qalmayıbdır, hamısı süzülüb gedib, təmizlənib. Ona görə də əgər yeni bir hüquqşünas gəlirsə, götürüb İnzibati Xətalar Məcəlləsini oxumalıdır. Yaxud da hörmətli Ziyafət müəllim hüquq fakültəsində bu fəndən indi dərs deyir. İnzibati Xətalar Məcəlləsi məcəllə deyil, onda əlavə və dəyişikliklər yoxdur. Ona görə də mən hesab edirəm ki, parlamentin bu yaz sessiyası ərəfəsində bu yeni nəşrdə çap edilsin. Parlamentin nəşriyyatı Sizin sədrliyinizlə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təklifləri ilə cəmiyyətə yeni bir İnzibati Xətalar Məcəlləsi təqdim etsin və bütün insanların istifadəsinə verilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siyavuş müəllim, İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi verənlərin əksəriyyəti elə hüquq mühafizə orqanlarıdır. Onlar verirlər, biz də qanunu müzakirə edirik. Milli Məclisdə bu məsələnin qoyuluşu başqadır. Bu qanunlar, İnzibati Xətalar Məcəlləsi ehkam deyil, bunlar həmişə dəyişirlər. Onda biz gərək tək məcəlləni deyil, bütün qanunları yenidən bir-bir çap etməyə başlayaq. Dəyişikliklər il boyu olur. Bu il edəcəksən, 1 ay ərzində 30 dənə dəyişiklik keçirəcəksən. Əli müəllimlə fikirləşib başqa forma tapmaq lazımdır. Yoxsa, hər dəfə təzədən dərc etməklə məcəllənin dərcini itirəcəyik. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkil-ləri! Mən də sonuncu, Siyavuş müəllimin qaldırdığı məsələ-dən başlamaq istəyirəm. Xatırlayıram, bəlkə də biz haradasa 2 iclasdan bir yol hərəkəti qaydaları ilə bağlı dəyişikliklər edirik. Təbii ki, gündən-günə yol infrastrukturu dəyişdikcə, texnoloji vasitələr inkişaf etdikcə yeniliklərin tətbiq olunması qaçılmazdır. Bunu hər kəs qəbul edir. Olmazmı ki, müəyyən müvafiq qurumlar ixtisaslaşmış şəxslərdən ibarət bir komissiya yaratsınlar və hansı dəyişikliklər olacaqsa, ən azı 10 iclasdan bir bu məsələyə baxılsın. Hər dəfə yol hərəkəti qaydalarında dəyişiklik etmək artıq polis üçün də çətindir, vətəndaş üçün də çətindir. Hər dəfə kimsə telefon açıb soruşur ki, yol hərəkəti qaydalarında filan dəyişiklik olub, xəbəriniz yoxdur? Çox vaxt biz özümüz də bunu izləyə bilmirik. Ona görə də bunu bir sistemə salmaq lazımdır ki, hər çağırışda ən azı 3 ayda bir dəfə bütün dəyişiklikləri eyni vaxtda həyata keçirək ki, ən azı, onu çap edəndə də ondan istifadə etmək daha rahat olsun və hər hansı bir şəkildə bu qanunu bilməmək haqqında fikirlər səsləndirilməsin.
İkinci, bu qaydaların tətbiq olunmasını mən də dəstəklə-yirəm. Müsbət haldır, çünki dediyimiz kimi, operativ infor-masiyanın yerləşdirilməsi vacibdir. Amma burada qeyd olunduğu kimi, bizdə problem, əsasən, bununla bağlı deyil. Bizdə, həqiqətən də, yol hərəkəti ilə bağlı maarifçilik işi yetərli səviyyədə deyil. Çox hörmətli cənab nazir Ramil Usubovun göstərişi ilə təşkil edilən o tədbirlərdə mən bir neçə dəfə iştirak etmişəm. Türkiyə səfirliyinin arxasında bir məktəb var, orada bütün yol hərəkəti qaydalarının tənzimləmə qaydaları, işarələr – hamısı müəyyən olunubdur. Polkovnik Vaqif Əsədov, bir də bizim bu sahədə çalışan jurnalistimiz var, Elməddin Muradlı bu sahədə çox faydalı işlər görürlər. Təbliğat baxımından AFFA televiziyasında veriliş gedir, orada bütün suallara cavab verilir. Müsbət bir ənənədir, orada uşaqlara fakültativ dərs kimi yol hərəkəti qaydaları öyrədilir. Amma bu hansı uşaqlara öyrədilir? 3-cü, 4-cü, 5-ci sinifdən yuxarı uşaqlara.
Mən sizə bir alman nümunəsi demək istəyirəm. Almani-yada həftədə bir dəfə polislər uşaq bağçasına gedərək uşaq-lara yol hərəkəti qaydalarını, işarələri öyrədirlər və bağçaya gedən uşaq artıq yol hərəkəti nişanlarının əksəriyyətini əzbər bilir. Yəni bu ona görə vacibdir ki, hətta balaca bir uşaq yolu keçəndə valideyni yanında yoxdursa, əli ilə maşına işarə edir ki, mən yolu keçirəm. Bütün maşınlar saxlayır və 3–4 yaşında balaca uşaq artıq o qədər vərdiş edib ki, yolu müstəqil keçə bilir. O zaman hər hansı bir qəza olarsa, hadisə baş verərsə, sürücü buna görə ciddi məsuliyyət daşıyır. Ona görə də uşaq vaxtlarından bunu təlqin etmək lazımdır. Orada keçirilən tədbirlərlə bağlı müsbət bir ənənəni də deyim, yol hərəkəti qurbanlarının xatirəsini yad etmək üçün ildə bir dəfə tədbirlər keçirilir. Çox faydalı bir şeydir, insanlar o tədbirdə iştirak edəndə baxıb dəhşətə gəlirlər ki, heç müharibə vaxtı, yaxud da hansısa bir fəlakət zamanı, tutaq ki, zəlzələdə bu qədər insan həlak olmur. Yəni adi bir məsuliyyətsizlikdən, yaxud da bir bədbəxtçilikdən yol qəzaları zamanı ölən insanların sayı heç yanda yoxdur. “Trafik canavarı” elə-belə demirlər. O baxımdan məncə, polisdə belə strukturlar var, uşaq bağçalarında bunu etmək asandır. Xoş niyyət də var, çünki öyrətmək istiqamətində, – mən baxıram, – son vaxtlar tədbirlər intensiv xarakter daşıyır. Bunu bəlkə elə o sistemdən başlamaq lazımdır ki, uşaqlıqdan insanlarda bu mədəniyyətə alışmaq vərdişi olsun. Əgər bu olarsa, artıq orta məktəb illərində və sonrakı illərdə də insana nəyisə təlqin edəndə rahatlıqla onu beynində həzm edə bilər. Mən həm polisin işinin rahatlanması, həm də vətəndaşın rahatlığı baxımından bu problemlərin həllini vacib sayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Dediyiniz sözlərdə, həqiqə-tən, fikir var. Amma mən deyim ki, artıq Bakı şəhərinin bir çox bağçalarında yol hərəkəti qaydaları üzrə təlimlər keçirilir, dövlət yol müfəttişləri tərəfindən bir çox bağçalara yol işarələri verilib. Yəni bu iş başlanılıb və bunu yaxşı davam eləsələr, bağçalar nə isə bir yaxşı nəticə verə bilər. Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun, hörmətli cənab Sədr. Doğru-dan da, bu qanuna dəyişiklik çox vacib dəyişikliklərdən biridir. Xüsusilə mən burada 85-ci maddənin yeni təklif olunan mətninə diqqət elədim. Burada, təbii ki, DYP işçilərinə, ümumiyyətlə, polis işçilərinə hər bir insan tərəfindən hörmət lazımdır, onu qorumalıdır və saymalıdır, çünki dövlət adamıdır və o hər bir insandan, deputatdan da hər bir şey tələb eləyə bilər. Burada 3-cü maddədən sonra çox gözəl bir qeyd yazılıb. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Məhkəmə-Hüquq Şurasının üzvlərinin və Azərbaycan Respublikası hakimlərinin şəxsiyyəti, xidməti və şəxsi nəqliyyat vasitələri toxunulmaz olduğuna görə onların yoxlanılmasına və ya inzibati qaydada tutulmasına yol verilə bilməz.
Mən arzu edərdim ki, bu qeyd yerinə yetirilsin. İndi burada DYP-nin nümayəndəsi iştirak eləyir. Gəlin, siz o DYP serjantlarından bir soruşun, görün Milli Məclis maşınlarının nömrələri haradan başlayır, harada qurtarır. Prezident Aparatı maşınlarının nömrələri haradan başlayır, harada qurtarır və ya ombudsmanın maşınının nömrəsi neçədir? Məni maşına görə tanıyırsınız. Mənim alnıma yazılmayıb ki, Milli Məclisin deputatı Eldar İbrahimov. Maşına baxırsınız ki, 10AA409. Siz bilməlisiniz ki, bu 400 Milli Məclisin maşınıdır, yəni buna yanaşanda bir hörmət ilə, bir qanacaq ilə, bir mərifət ilə danışın. Bilin ki, bunu idarə eləyən deputatdır. Qanunsuzluq eləyib, deməlidir get, sonra araşdırsın, sözünü desin. Amma çox təəssüflər olsun ki, bizim DYP-də bu mədəniyyət hələ çatmır. Misal üçün, mənə çox gileylər olur, deyirlər, özümün də başıma gəlib, hətta məni saxlayıblar. Demişəm, deputatam, Milli Məclisin deputatlıq kitabçasını çıxarıb göstərmişəm. Baxıb, oxuyub. Deyirəm, orada nə yazılıb? Deyir, elə bu kitabçadan hamıda var da. Deyirəm, ay kişi, bu kitabçadan 125 deputatda var. Başqa heç kəsdə yoxdur. Oxudun, başa düşmədin? Bu dana, üzr istəyirəm ifadəmə görə, haradan gəlibdir? Bunları işə götürəndə təbliğat işi aparılmalıdır. Bayaq elə Ziyafət müəllim dedi, təbliğatdan başladı. Ona görə mən də elə təbliğat ilə başladım. Bunu işə götürəndə başa salın ki, deputat kimdir, Prezident kimdir, Baş nazir kimdir, hələ Məhkəmə-Hüquq Şurası üzvlərinin, yəqin, heç maşınlarını da tanımırlar, sifətlərini də tanımırlar. Əda göstərirlər, çox hörmətsizlik eləyirlər. Mən arzu edərdim ki, bunlar olmasın. Bu insanları işə götürəndə başa salın. Mən demirəm ki, elə biz düzük. Elə öz payımıza deyirəm. Bəzən bəlkə DYP-ni saymıram. Bəlkə yolda duran adamı saymıram. Saymalıyam, düz eləmirəm, çünki o, dövlət adamıdır. Ona tabe olmalıyam. Amma tabe olanda da, deyəndə də o adam başa düşsün ki, qarşısındakı kimdir. Bizi elə-belə, adi, maşınları oynadan o küçə xuliqanları kimi nəzərdə tutmasın. Ona görə istərdim ki, DYP nümayəndəsi burada iştirak eləyir, o bunları bilsin və nəzərə alsın. Heç olmasa, o cavan uşaqlara, o serjantlara dərs keçsin, başa salsın. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Mən qısa olaraq həmkarlarımla bir neçə kəlmə bölüşmək istədim. Bu, ümumiyyətlə, yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlıdır və bilirsiniz ki, burada ciddi problemlər var. Mənim həmkarım Fazil Mustafa çox haqlı olaraq qeyd etdi ki, burada ciddi şəkildə maariflənməyə ehtiyac var. İctimai qurumların bu işdə rolu, həqiqətən, çox böyükdür və Fazil müəllim, Sizin haqqında danışdığınız layihəni bizim şura maliyyələşdirmişdir. Bu layihə polis orqanları ilə qeyri-hökumət təşkilatlarının birgə keçirdiyi reydlər zamanı aşkarlanan problemləri ümumiləşdirmək və ümumiyyətlə, əhali arasında maarifləndirmə işini aparmaqla bağlı çox uğurlu bir layihə idi və biz bunu davam etdirəcəyik.
Amma hörmətli Oqtay müəllim, bilirsiniz ki, burada bir problem də ondan ibarətdir ki, bizim qəbul etdiyimiz qanunların bir çox hallarda vətəndaşlar mahiyyətini tam bilmirlər. Burada yenə də maariflənməyə ehtiyac var. Bu gün bizim Milli Məclisin qəbul etdiyi qərarlarla, qanunlarla bağlı bilirsiniz ki, çox az reportajlar hazırlanır. Ona görə də, çox xahiş edərdim, Siz öz səlahiyyətiniz və nüfuzunuzdan istifadə edərək bizim vətəndaş cəmiyyəti institutları ilə kütləvi informasiya vasitələrinin, xüsusən televiziyaların birgə ortaq proqramlar hazırlamasına dəstək verəsiniz. Bilirsiniz ki, Milli Məclis ilə şuranın bununla bağlı bir anlaşma memorandumu var. Məndə olan məlumata görə, bir sıra qeyri-hökumət təşkilatları bununla bağlı müraciət ediblər. Yaxşı olar ki, həftədə bir dəfə ictimai televiziyada və ya digər hər hansı bir televiziyada müvafiq vaxtda yarımsaatlıq efir vaxtı ayrılsın və bizim qəbul etdiyimiz qanunlar orada ekspertlərin iştirakı ilə müzakirəyə çıxarılsın, müəyyən mənada insanlara izah edilsin. Xüsusən burada danışıldı, İnzibati Xətalar Məcəlləsi ilə bağlı gündə biz nə qədər qanunlar qəbul edir və ya əlavə və dəyişiklik edirik. Bunları insanlar bilməlidirlər. Bəzi insanlar qanunları bilmədən müəyyən xətalar edirlər. Düzdür, qanunu bilməmək hər hansı bir məsuliyyətdən azad etmir. Amma istənilən halda bu məsələ də Milli Məclisin və ictimai qurumların diqqətində olmalıdır. Çox sağ olun.
Sədrlik edən. İndi bir məsələ deyəcəyəm, heç kim də inciməsin. Çox vaxt televizorda hansı kanalı açıram, görü-rəm, bizim deputatlar nə mövzuda istəyirsən, danışırlar. Yaxşı, bu mövzuları danışmaq əvəzinə, millət vəkillərisiniz, televiziyaya gedirsiniz, bu məsələni özünüz qoyun da. Mən mövzuları xırdalamaq istəmirəm, özünüz məndən yaxşı bilirsiniz. Bu sualı qaldırırsınız, televiziyaya gedirsiniz, rəhbərləri dəvət edirlər, çıxışlar edirsiniz. Bir dəfə də məsələ qaldırın ki, sosial istiqamətli çıxışlar edilsin də. Mən bunu hamıya aid eləmək istəmirəm. Kim bilir, öz payını götürdü. Ancaq mən sözümü dedim. Həqiqətən, sosial reklamlar, belə çağırışlar bizim mətbuat orqanlarında, televiziyada çox azdır.
Siyavuş müəllim çox düzgün dedi, gecə saat 1-dən, 2-dən sonra nə istəyirsən göstərirlər. Ancaq 2 dənə fincanı sosial reklamdan qabağa qoyurlar. Bu gün biz qanun qəbul edəcəyik. Mən çox xahiş edirəm, bu qanunda bir az diqqətli olaq ki, sosial reklamların bir yeri olsun. İndi televiziyaya, bilirik ki, lazımdır. Pul qazanmalıdır, özünü saxlamalıdır. Qəzetlər də qazanmalıdır. Ancaq bu millət də qazanmalıdır. Bu sosial reklamları qanunla pulsuz eləməlidirlər. Bunu da insanlar vaxtında görməlidirlər. Xahiş edirəm, 9-cu məsə-ləyə – Yol hərəkəti haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.51 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti 10-cu məsələyə – İnzibati Xətalar Məcəlləsində dəyişikliklərə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.51 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti, sonuncu məsələmiz Reklam haqqında qanun layihəsidir. Buyursun Vahid Əhmədov.
V.Əhmədov, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü.
Çox sağ olun, hörmətli cənab Sədr.
Sədrlik edən. Vahid müəllim, bir dəqiqə, üzr istəyirəm Sizdən, 25 nəfər artıq yazıldı. Mən istəyirəm ki, hamı iştirak eləsin. Əgər etiraz yoxdursa, 5 dəqiqəyə keçək, yoxdur ki? Müzakirələr 5 dəqiqə olacaq. Xahiş edirəm, diqqətli olaq.
V.Əhmədov. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, hörmətli mətbuat! Müasir Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Ölkəmizin 2015-ci ildə I Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyi ərəfədə Reklam haqqında qanun layihəsinin müzakirəyə çıxarılması mühüm hadisədir. Reklam cəmiyyətin həyatında, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsində, istehlakçıların seçim imkanlarının genişlənməsində, istehsalçılar arasında rəqabətin güclənməsində mühüm rol oynayan amildir. Reklamın əhalinin sosial-psixoloji durumuna, mənə-viyyatına, xalqımızın milli mentalitetinə göstərdiyi təsir də çox böyükdür. Reklam sahəsində fəaliyyət göstərən çoxsaylı şirkətlərdə reklamın yayılmasının yeni üsul və vasitələrinin meydana çıxması, reklam bazarı iştirakçılarının hüquq və vəzifələrinin konkretləşdirilməsi, maraqlarının qorunması, onların dövlətə münasibətlərinin tənzimlənməsi həmin dövrün çağırışı idi.
1997-ci ildə “Reklam haqqında” Azərbaycan Respubli-kası Qanununun qəbulu bu istiqamətdə atılan mühüm ad-dımlardan biri olmuşdur. Artıq həmin vaxtdan 17 il ötmüş, Azərbaycan dünya iqtisadiyyatının mühüm iştirakçılarından birinə çevrilmiş, başqa ölkələr ilə əlaqələri güclənmiş, bir sıra beynəlxalq iqtisadi təşkilatlara üzv olmaqla üzərinə ciddi öhdəliklər götürmüşdür. İnternet şəbəkəsinin, mobil rabitənin əhalinin müxtəlif təbəqələrinə nüfuz etməsi, reklam yayımının, malların və xidmətlərin satışının yeni vasitələrinin və üsullarının meydana çıxması ölkəmizdə reklam bazarının təşəkkül tapması üçün hədsiz imkanlar yaratmışdır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, rəsmi statistik məlumatlara əsasən əgər 1995-ci ildə ölkədə reklam bazarının dövriyyəsi cəmi 200 min dollar təşkil edirdisə, hazırda 60 milyon manatadək artmışdır. Biz hesab edirik ki, əslində, bu rəqəm dəfələrlə yüksəkdir. Cəmiyyət göstəriciləri ilə bərabər reklam bazarında keyfiyyət dəyişiklikləri də baş vermişdir. Onun iştirakçıları arasında münasibətlər mürəkkəbləşmiş, təcili həllini gözləyən yeni problemlər ortaya çıxmışdır.
Müzakirənizə təqdim edilən Reklam haqqında yeni qanun layihəsinin hazırlanmasının zəruriliyi də məhz qeyd olunanlardan irəli gəlir. Məqsəd həmin reklam bazarının dövlət tənzimlənməsinin səmərəliyini artırmaq, onu beynəlxalq standartlara uyğunlaşdırmaq, reklamlarda xalqımızın mənəvi-mədəni dəyərlərini qorumaq, milli kadrların hazırlanması üçün zəmin yaratmaqdır. Təqdim olunan Reklam haqqında Azərbaycan Respublikası qanununun layihəsində bütün bu məqamlar öz əksini tapmışdır. Layihə hazırlanarkən bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrin təcrübələri öyrənilmiş, Avropa İttifaqının bir sıra direktivlərinin, o cümlədən sərhədsiz televiziya, Beynəlxalq Ticarət Palatasının reklam fəaliyyəti sahəsində beynəlxalq məcəlləsinin və digər beynəlxalq sənədlərin tələbləri nəzərə alınmışdır. Əminəm ki, onun qəbulu bizdə sivil, beynəlxalq səviyyəli reklam bazarının genişlənməsinə təkan verəcək və cəmiyyətin həyatına müs-bət təsir göstərəcəkdir.
Qanun layihəsi 38 maddədən ibarətdir. Buraya müasir dövrdə baş vermiş dəyişikliklərə etibar edən yeni anlayışlar daxil edilmiş, reklam subyektləri arasındakı münasibətlərin tənzimlənməsi mexanizmləri təklif edilmişdir. Reklam obyekti, sponsor, sponsor reklamı, sosial reklam, reklam fəaliyyəti, reklam fəaliyyətinin subyektləri, reklam yaradıcısı kimi yeni anlayışlar da buraya daxil edilmiş, əvvəlki qanunda olan məfhumlar yenidən redaktə olunmuşdur. Bu anlayışlar qanunun reklam fəaliyyətinin bütün subyektləri tərəfindən birmənalı təmsil olunmasına xidmət edir, onlar arasında yarana biləcək mübahisələrin qarşısını alır. Qanun layihəsində reklam fəaliyyətinin dövlət tənzimlənməsinin təcrübəsi nəzərə alınmaqla bu sahədə köklü keyfiyyət dəyişikliklərinin aparılmasını, reklamın yönəldiyi auditoriyanın, reklamvericilərin, reklam yayıcılarının maraqlarının müdafiəsini və tarazlaşdırılmasını nəzərdə tutan məsuliyyət hüdudlarını müəyyənləşdirən yeni müddəalar daxil edilmişdir. Reklamda Azərbaycan Respublikasının dövlət dilindən istifadə olunmalı, milli, mənəvi dəyərləri, insanların şərəf və ləyaqətini aşağılayan, etik normalara zidd hallara yol verilməməli, dil və üslub baxımından düzgün olmayan söz və ifadələr işlədilməməli, qrammatika və orfoqrafiya qaydalarına riayət olunmalıdır. Dövlət dili ilə yanaşı, xarici dillərdən istifadəyə o vaxt icazə verilir ki, xarici dildə olan mətn dövlət dilində verilən mətndən sonra yerləşdirilsin. Beynəlxalq standartlara uyğun olaraq reklama dair ümumi və xüsusi tələblərə məhdudiyyətlər müəyyən edilmiş, reklamvericinin, reklam yaradıcısının və reklam yayıcısının hüquq və vəzifələri daha dəqiq göstərilmişdir.
Layihədə yetkinlik yaşına çatmayanların müdafiəsi barə-də müddəalar genişləndirilmiş, süni qida məhsullarının satış sərgisinin və xüsusi nümayişinin reklam məqsədi ilə təşkil olunması, bioloji aktiv əlavələrin, körpələr və erkən yaşına çatmamış uşaqlar üçün süni qida məhsullarının məsafədən satışının reklamı qadağan edilmişdir. İstehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması və effektivliyinin yüksəldilməsi məqsədi ilə tələblər gücləndirilmişdir. Elektron vasitələrlə reklama dair yeni tələblər müəyyən olunmuş, əmtəə satışını stimullaşdıran reklamın verilməsi şərtləri müasir dövrün tələblərinə uyğunlaşdırılmışdır. Telekommunikasiya xidməti göstərən provayder reklamı yalnız abunəçi ilə bağlanılan müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Qeyd etməliyəm ki, sponsor reklamının geniş yayılmasına baxmayaraq, bu zaman yaranan münasibətlər mövcud qanunvericiliklə tam tənzimlənir. Ona görə də sponsor reklamının təqdim olun-masına dair xüsusi qayda müəyyən edilmişdir.
Layihədə televiziya və radio verilişlərində mobil rabitə sisteminin vasitəsi ilə reklamın yayılması qadağan olunduğu hallar dəqiq müəyyən edilmişdir. Layihənin mühüm məqamlarından biri reklamın açıq məkanda yayımlanmasına, reklam qurğularının yerləşdirilməsinə dair yeni tələblərin müəyyən olunmasıdır. Reklamın nəqliyyat vasitələrində yerləşdirilməsinə dair tələblərə yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi nöqteyi-nəzərindən yenidən baxılmışdır. Dərman vasitələrinin, bioloji aktiv əlavələrin, körpələr üçün süni qida məhsullarının, tibbi texnikanın və avadanlıqların, tibbi xidmətlərin reklamının məzmununa dair tələblər son illərdə bu sahələrdə qəbul etdiyimiz qanunların müddəalarına uyğunlaşdırılmışdır. Əhali, xüsusilə böyüməkdə olan gənc nəsil arasında idmanın və bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsi, maddi-texniki bazasının inkişaf etdirilməsi üçün idman lotereyası, mərc oyunları keçirilir. İdmanı təbliğ edən reklamların kütləviləşməsini nəzərə alaraq qanun layihəsinə buradakı münasibətləri tənzimləyən tamamilə yeni maddələr əlavə edilmişdir. Tələblərə əsasən mərc oyunlarının, lotereyaların reklamında onların operator və təşkilatçısı, keçirildiyi yer və vaxt, mükafatların, yaxud uduşların verilməsi yeri, vaxtı və müddəti barədə məlumatlar əks olunmalıdır. Onun reklam daşıyıcılarında yerləşdirilməsinə dair tələblər təyin olunmalıdır. Maliyyə sektorunun sürətli inkişafı əlverişli biznes mühitinin yaradılmasına, əhalinin müvəqqəti maddi çətinliklərinin aradan qaldırılmasına xidmət etməklə yanaşı, bir çox hallarda maliyyə xidmətlərinin reklamında informasiyanın tam açıqlanmamasına, onun sadə adamlar üçün anlaşılmaz şəkildə təqdim olunmasına, sonradan ciddi mübahisələrin, narazılıqların yaranmasına gətirib çıxarır. Ona görə də qanun layihəsində həmin xidmətlərin reklamının tənzimlənməsinə xüsusi diqqət yetirilmişdir. Qanun layihəsi parlamentin plenar iclasının müzakirəsinə çıxarılmazdan əvvəl rəy və təkliflərini bildirmələri üçün dövlət orqanlarına, özəl və beynəlxalq iqtisadi təşkilatlara göndərilmişdir. Layihəni hazırlayan işçi qrupu reklam bazarının subyektləri, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatlarla görüşlər keçirmiş, onların təkliflərini müzakirə etmişdir.
2014-cü ilin noyabr ayında Milli Məclisdə Prezident Ad-ministrasiyasının şöbə müdiri Əli Həsənovun və adminis-trasiyanın məsul işçilərinin, Milli Məclis Aparatının rəhbəri cənab Səfa Mirzəyevin və aparat əməkdaşlarının, Milli Məclis üzvlərinin və dövlət orqanlarının, özəl şirkətlərin, media nümayəndələrinin iştirakı ilə qanun layihəsinin icti-mai dinləmələri keçirilmişdir. Müzakirə iştirakçıları yekdil-liklə Reklam haqqında qüvvədə olan qanunun müasir dövrün tələblərinə cavab vermədiyini təsdiqləmiş, reklam sahəsində münasibətləri tənzimləyən yeni qanun qəbul olunmasını dəstəkləmiş, fikirlərini söyləmiş, təkliflərini vermişlər. Təkliflərin bir çoxu layihədə artıq öz əksini tapmışdır. Qanun layihəsinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Milli Məclisin Sədri cənab Oqtay Əsədova öz dərin minnətdarlığımızı bildiririk. Milli Məclisin Sədr müavini cənab Valeh Ələsgərovun, bizim həmkarımız Çingiz Əsədullayevin, o cümlədən həmkarım Azər Badamovun müəyyən təklifləri olmuşdur. Bu təkliflər işçi qrup tərəfindən araşdırılır və ikinci oxunuşda, yəqin ki, nəzərə alınacaqdır. Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirə olunmuş və plenar iclasa çıxarılması tövsiyə edilmişdir. Elə bilirəm ki, sizin də reklam və reklam sahəsində sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə dair təklifləriniz olacaq. Bu layihə ikinci oxunuşa çıxarılanadək onları diqqətlə araşdırmağa hazırıq. Diqqətinizə görə təşəkkür edirəm.


Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Vahid müəllim. Hörmətli depu-tatlar, qanun layihəsinin birinci oxunuşda müzakirəsinə başlayırıq. Hörmətli deputatlar, bir daha xatırlatmaq istəyirəm ki, qanun layihəsi birinci oxunuşda konseptual cəhətdən müzakirə olunur. Ona görə, xahiş edirəm, fikirlərimizi ümumiləşdirək və qanun layihəsini fəsil-fəsil, maddə-maddə müzakirə eləməyək.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. 5 dəqiqə məsələsi artıq həll olundu. Elmira Axundova.
E.Axundova. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Əvvəla, onu qeyd edim ki, Reklam haqqında qanunun təkmilləşdirilməsinə çoxdan ehtiyac var idi. Ölkə sürətlə inkişaf edir, istehsal və idxal olunan əmtəələr çoxalır, xidmət sahələri genişlənir. Bütün bunlardan irəli gələrək reklam bazarı da böyüyür. Buna görə də reklam bazarının ciddi şəkildə nəzarət və tənzimlənməsinə ehtiyac yaranır. Bu mənada müzakirəyə çıxarılan Reklam haqqında qanunun yeni redaksiyasını təqdirəlayiq hesab edirəm və müsbət qarşılayıram. Göründüyü kimi, bu qanun üzərində ciddi işlənilib və məmnuniyyətlə qeyd etməliyəm ki, bir neçə təklifim yeni qanunda öz əksini tapıb. Ona görə qanunu hazırlayan işçi qrupuna öz minnətdarlığımı bildirirəm. Məsələn, keçən sessiyalarda mən həm sosial çarxların yayımı, həm də telefonlarımıza bezdirici SMS-lərin göndərilməsi ilə bağlı dəfələrlə çıxış etmişdim. Şadam ki, qanun layihəsinin 10-cu maddəsi sosial reklamlara həsr olunub. Bir daha qeyd edirəm ki, sosial xarakterli reklamların olması labüddür. Bu, cəmiyyətin hazırkı mənəvi vəziyyətində müsbətə doğru dəyişikliyə xidmət edəcəkdir.
İlk növbədə müvafiq nazirliklərə və dövlət qurumlarına üz tutaraq xahiş edərdim ki, bu məsələyə xüsusi diqqət yetirsinlər və indidən sosial reklam çarxlarının hazırlanmasına öz töhfələrini versinlər. Həmçinin qanunun 23-cü maddəsində telekommunikasiya qurğuları ilə yayımlanan reklamla bağlı müddəalar var, bu da çox maraqlı bir yenilikdir. Bundan sonra, əlbəttə ki, qanuna ciddi riayət edilsə, mobil rabitə istifadəçilərinin icazəsi olmadan onlara hər hansı lazımsız və bezdirici mesajların göndərilməsi mümkün olmayacaq. Bu qanunla əlaqədar bəzi fikirlərimi sizinlə bölüşmək istərdim. İlk olaraq ondan başlayım ki, KİV-in reklam bölgüsündə hazırda natarazlıq müşahidə olunur. Belə ki, bir çox KİV nümayəndələri, xüsusən elektron formatda olanlar daha çox reklam verirlər, digərlərində reklam verən tapılmır. Bilirik ki, KİV əsas gəlirlərini reklamdan əldə edir. Bu baxımdan 20.4, 20.5 və 20.9-cu maddələrdə reklamın vaxtı və ümumi həcmi ilə bağlı konkret rəqəmlərin göstərilməsi müsbət haldır. Əminəm ki, bu, KİV-lər arasında reklamın ədalətli bölgüsünə xidmət edəcəkdir.
Digər narahat edən məsələ küçə reklamlarında dildən istifadə qaydalarıdır. Misal üçün, Rəşid Behbudov küçəsində yerləşən çilçıraq mağazalarında “lüstr” yazılıb. İnqilab və Təbriz küçələrində isə divar kağızı mağazalarının üzərində “oboy aləmi”, “oboy evi”, “oboy mərkəzi” kimi reklamlardan istifadə edilir. Rus dilində “oбoи” sözü var, axı, nə Azərbaycan, nə də rus dillərində “oboy” sözü var. İstəyirsən reklam lap esperanto dilində olsun, amma çalışmaq lazımdır ki, reklam savadlı şəkildə verilsin. Belə savadsız, Azərbaycan dilinə qətiyyən yaraşmayan reklamlar ticarət obyektlərində kifayət qədər çoxdur. Ona görə təklif edərdim ki, savadsız reklam lövhələrinin məsələsi və onların qadağan olunması qaydaları da qanunda müəyyən formada öz əksini tapsın.
Bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Məlum ol-duğu kimi, ölkə rəhbərliyi iri, həmçinin orta və kiçik sa-hibkarlığın inkişafına xüsusi
diqqət ayırır. Onların fəaliyyətinin səmərəliliyini təmin etmək, daha şəffaf mühit yaratmaq üçün mütəmadi olaraq islahatlar keçirilir. Çünki anlamaq lazımdır ki, sahibkarlığın möhkəmlənməsi, iqtisadi cəhətdən güclənməsi, vergi ödənişlərinin artması yeni iş yerlərinin açılması deməkdir. Buna görə də hər bir qanunda sahibkarların mənafelərini imkan daxilində daha çox nəzərə almalıyıq. Məndə olan məlumata görə, xüsusən satış və xidmət sahələri ilə məşğul olan kiçik və orta sahibkarlar hər hansı obyektdə fəaliyyət göstərərkən öz xidmətlərinin alıcı və müştərilərə çatdırılmasında çətinliklərlə üzləşirlər, hətta işlədikləri obyekt üzərində reklam yerləşdirmək üçün müvafiq qurumlardan icazə almaqda belə çətinlik çəkirlər. Bir çox hallarda onlara trasa baxan küçələrdə, ya da nisbətən mərkəzə yaxın küçələrdə obyekt üzərində reklam lövhəsi yerləşdirməyə, ümumiyyətlə, icazə verilmir. Digər tərəfdən hətta de-fakto və de-yure departament tərəfindən icazə verilmiş reklam lövhələrini də müvafiq məhkəmə qərarı olmadan obyektlərin üzərindən sökürlər. Ona görə istərdim ki, qanunda bu və ya digər reklamın sökülmə qaydaları, bu prosesin normaları öz əksini tapsın. Hələ ki, mən bunları Reklam haqqında qanunda görmədim. Xahiş edirəm, bu məsələləri nəzərdən keçirəsiniz.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm. Müzakirə etməkdə olduğumuz qanun layihəsi Azərbaycan Respublikasında reklam istehsalının, onun əmtəə bazarında yerləşdirilməsinin və yayımının dövlət tənzimlənməsinin hüquqi əsaslarını, reklam fəaliyyəti subyektlərinin özünü tənzimləmə sahəsində vəzifələrini və səlahiyyətlərini müəyyən edir. Qanun layihəsi reklama dair ümumi tələblərin, reklama müəlliflik hüququnun müəyyən edilməsi, televiziya və radio proqramlarında, dövri mətbu nəşrlərdə, yazılı bildirişlərdə reklamın tənzimlənməsi, habelə alkoqollu içkilərin, tütün məhsullarının, dərman vasitələrinin reklamında qaydaların tətbiq edilməsi baxımından əhəmiyyətlidir. Qanunda yetkinlik yaşına çatmayanlara zərərli təsirlərin qarşısını almaq məqsədi ilə müəyyən edilən qadağalar da, fikrimizcə, layihənin digər müddəaları qədər, bəlkə onlardan da çox əhəmiyyətlidir.
Mən, təbii ki, bu qanuna səs verəcəyəm. Lakin bununla bərabər bəzi fikirlərimi diqqətinizə çatdırmaq istəyirəm. Əvvəllər də Milli Məclisdə Reklam haqqında müzakirələr aparılıb və həmin müzakirələr zamanı qeyd etdiyimiz bir məsələni, – bir az əvvəl həmkarım Elmira xanım da o məsə-ləyə toxundu, – reklamların dili məsələsini bir daha vurğu-lamağa ehtiyac hiss edirəm. Qanun layihəsində reklamın dili ilə bağlı, sadəcə, 4-cü maddənin altıncı hissəsində qısaca söz edilir. Burada küçələrdəki tanıdıcı lövhələr haqqında, ümumiyyətlə, heç bir müddəa yoxdur. Qəbul edərsiniz ki, küçələrdə müxtəlif məişət və iaşə obyektlərinin üzərindəki tanıdıcı lövhələr çox vaxt bərbad vəziyyətdə olur. Bu lövhələr istər estetik baxımdan, istərsə də ən başlıcası, Azərbaycan dilinin orfoqrafiya qaydaları, ahəng qanunu, Azərbaycan dilinin qrammatikası baxımından uyğun gəlmir. Son vaxtlar küçələrdə diqqətimi çəkən, lakin vaxtınızı almamaq üçün bir neçə kəlmədən, sadəcə, ikisinin üzərində dayanacağam. Mətbəx və ehtiyat kəlmələrinin Azərbaycan dilində yazılış qaydası Azərbaycan dilindən xəbəri olan hər kəsə, yəqin ki, məlumdur. Lakin bir çox mebel mağazalarının üstündə yazılan lövhələrdə “mətbəx”i nədənsə “mətbəxd”ə çevirərək bu kəlməni tamamilə bədbəxt ediblər. Maşınların təmiri ilə məşğul olan obyektlərin önündə “ehtiyat hissələri” nədənsə dönüb “ehdiyat” olub. “Ə” hərfinin yerinə “e” dən istifadə edilməsi də tez-tez rast gəldiyimiz qüsurlardandır. Tanıdıcı lövhələrin əcnəbi dillərdə, xüsusən də rus, ingilis dillərində və Türkiyə türkcəsində yazılma halları həddən artıq çoxdur. “Dövlət dili haqqında” Qanunun müddəaları məhz bu tip lövhələrdə kobud şəkildə pozulur.
Müzakirə etməkdə olduğumuz qanun layihəsinin 26-cı maddəsi açıq məkanda reklamı tənzimləyir. Həmin mad-dənin 26.8-ci hissəsində qeyd edilir ki, “birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsinin diva-rında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiy-yətini, fəaliyyət növünü, istiqamətini, sahəsini və iş rejimini istehlakçıya çatdıran lövhələr reklam daşıyıcıları hesab edilmir.” Gəlin, qəbul edək ki, bu lövhələr reklam daşıyıcıları olmasalar da, tanıdıcı xarakter daşıyırlar və müəyyən ölçüdə həmin müəssisənin reklamına xidmət edirlər. Ona görə həmin müddəada göstərilən subyektlərin reklam daşıyıcısı hesab edilməməsi yanlışdır və həmin subyektlərin bir az əvvəl qeyd etdiyimiz kimi, dövlət dilinə hörmətsiz yanaşmalarını davam etdirmələrinə şərait yaradan bir amildir. Qanunda onlar nəinki birmənalı olaraq reklam daşıyıcısı hesab edilməlidirlər, üstəlik, ana dilimizin qaydalarına riayət edilməsini tənzimləmək üçün qanuna müəyyən cərimələri, qadağaları nəzərdə tutan maddənin əlavə edilməsi də yəqin ki, məqsədəuyğun olardı və söhbət dildən düşmüşkən, özümüzün hazırladığımız, müzakirə etdiyimiz hazırkı layihədə də diqqətimi çəkən bir neçə dil xətasını sonrakı müzakirələrə qədər aradan qaldırılması üçün nəzərinizə çatdırmaq istəyirəm. Amma vaxtım sona çatmaq üzrədir. Onları yazılı şəkildə qanunu hazırlayanlara təqdim edəcəyəm. Ümidvaram ki, ikinci, üçüncü oxunuşlarda bu məsələyə bir daha dönə biləcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Arif müəllim, Sizin sualınız var? Buyurun.
A.Əşrəfov. Çox sağ olun, Ziyafət müəllim. Bu gün “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa dövlət nəzarətinin həyata keçirilməsi bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə həvalə olunmuşdur. Bu qanunvericilik aktı 1990-cı illərin əvvəllərində qəbul olunub. İstər Antiinhisar haqqında, istər Təbii inhisarlar haqqında, istər Haqsız rəqabət haqqında, istərsə də Reklam haqqında qanunlar 1990-cı illərin ortalarında qəbul olunduğundan bazar iqtisadiyyatının ilk dövrlərinə təsadüf edir və bugünkü iqtisadi-sosial şəraitə və Avropadakı beynəlxalq təşkilatların direktivlərinə, ümumiyyətlə, uyğun gəlmir.
Biz hazırda iki oxunuşdan keçmiş qanunvericilik aktı hazırlamışıq, bu, Rəqabət Məcəlləsidir. Biz niyə bu Rəqabət Məcəlləsini qəbul etmirik? Mən düşünürəm ki, bu qanunvericilik aktı Rəqabət Məcəlləsində öz əksini tapıb. Antiinhisar haqqında və Təbii inhisarlar haqqında qanunvericilik aktlarının qüvvəyə minməsi ilə biz iqtisadiyyatın tənzimlənməsinə nail ola bilərdik. Reklam haqqında qanunvericilik aktı Rəqabət Məcəlləsində öz əksini tapdığına görə birdəfəlik biz Rəqabət Məcəlləsinə baxsaydıq, daha yaxşı olardı. Rəqabət Məcəlləsi həm də ölkənin iqtisadi-siyasi həyatında, iqtisadiyyatın tənzimlənməsində çox mühüm rol oynayır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən hörmətli həmkarımız Arif müəllimin fikrini davam etdirmək istəyirəm. Reklam haqqında qanunvericilik aktı nəinki beynəlxalq tələblərə, eyni zamanda, bizim mənəvi, psixoloji həyatımızın tələblərinə də uyğun gəlmirdi və onun köhnəldiyini, hazırkı dövrün iqtisadi proseslərinin məntiqinə uyğun olmadığını hər kəs də qeyd edir. Nəhayət, hörmətli Vahid müəllimə təşəkkür edirik ki, bu gün işlərini başa çatdırıblar. Amma öncədən həmkarlarımızın yolqırağı məkanlarda hərbi vətənpərvərlik xarakterli reklam nişanlarının olması və sair haqqında təkliflərinə baxaraq deyirəm ki, bu, əsasən, kütləvi informasiya vasitələrində, yəni elektron və yazılı mediada olan reklam proseslərini tənzimləyir. Ona görə də qanunun adını dəyişib “KİV-də reklam haqqında” qoymaq lazımdır.
Ancaq mən mənəvi məsələlərə toxundumsa, yaddaşları-mızı təzələmək və yeni qanuna zərurətin nə qədər vacib ol-duğunu bildirmək üçün real nümunələrlə onların bir neçəsini göstərmək istəyirəm. Bir tikinti şirkəti özünün inşa etdiyi binaları vətəndaşların nəzərinə daha yeni bir şəkildə təqdim eləmək istəyir və yeni evlənənlərin ikisini efirə çıxarıb, reklam çarxına çəkib. Təbii ki, gəlin bəyi gələcək mənzillərinə aparmaq istəyir və bəyin qalstukundan tutub, – bu, bəlli bir reklam idi, yəqin, hamınız onu müşahidə eləmisiniz, – həmin məkana doğru çəkir. Azərbaycanın adət-ənənəsinin, mədəniyyətinin mühüm bir hissəsinin o reklamda nə dərəcədə qorunduğunu hamınız görməkdəsiniz və bundan sonra bəyin cəmiyyətdə statusu, o cümlədən ailələrin möhkəmliyi məsələsinə özünüz qiymət verin.
Başqa bir reklam haqqında da istəyirəm, təəssüratlarımı bölüşüm. Banklardan biri özünün üstün faiz siyasəti yürüt-düyünü və başqa banklardan fərqləndiyini bəyan eləmək istəyir. Metro stansiyasına enən, uçuruma gedən adamlar reklam olunur, sonra isə başqa bir mərtəbədən yuxarı çıxan insan həmin bankın müştərisi olduğundan gələcək dövrdə mühüm nailiyyətlər qazanıb və sair. Bununla da sanki əha-linin daha aztəminatlı hissəsinin, xüsusilə də metro nəqliy-yatından istifadə edənlərin vəziyyətinə münasibət bildirilir. Eləcə də hansısa şirniyyat növünü reklam edirlər. Vətəndaş bunu dadır və dərhal dişləri möhkəmlənir və başqa bir insa-na hücum çəkir. Açıq şəkildə öz dişinin möhkəmliyini baş-qasının üzərində göstərir və bu da zorakılığın real nümunə-sidir. Bunların hamısını, əslində, hər birimiz gündəlik gör-məkdəyik və bu psixoloji epidemiyanın hərgünkü hücumları qarşısındayıq.
Mən bu qanunda bütün maddələrlə razılaşmaqla bərabər, bircə məsələyə çox kəskin narazılığımı bildirirəm. O da 20.5-lə, daha doğrusu, 20.8-ci maddə ilə əlaqəlidir. İkinci oxunuşda bənd-bənd deyəcəyəm. Ümumi veriliş həcminin, yəni 24 saatın, – onsuz da bütün kanallarımız o həcmdə yayımlanır, – 20 faizə qədərini reklam təşkil eləyə bilər. Bu, 480 dəqiqə deməkdir, yəni 4 saat 40 dəqiqə deməkdir və təsəvvür edin ki, vətəndaş reklamın altında inildəyir. İstənilən verilişin hər bir yerində baxmayaraq ki, burada dəqiq normativlər var ki, hansı filmdə hansı dəqiqədən sonra reklam başlamalıdır, iki 45 dəqiqəlik varsa, orada ümumi tutum nə qədər olmalıdır və sair. Heç bir normativ gözlənilmədən o kəsilmələr davam edir və vətəndaşlar bu fonda hər gün psixoloji zədə alır. Filmlərdə zorakılığın təbliği, əslində, gizli reklamdır. Bizim əksər filmlərimizdə terror, başkəsənlik, dedektivlik, kriminal ciddi şəkildə gizli vasitələrlə beynimizə yeridilir. Mən bir az yumor hissi ilə demək istəyirəm, – vaxtım da qurtarmaq üzrədir, – dünyanın məşhur bir şirkəti var, onu Bakıya gətiriblər, bir yerdə də onun reklam lövhəsini yerləşdiriblər. Ermenegildo Zeqna, bilirsiniz, məşhur şirkətidir, mən deyirdim ki, bu erməni gəldi, “zeqna” nə deməkdir, bizə gizli olaraq psixoloji bir hücumun tərkib hissəsidir? Bu fəndlərin böyük əksəriyyəti bizim filmlərdə var. Milli kino fondumuz hələ ki, yeni formalaşmaqdadır, alternativləri yoxdur. Hələ ki, xarici filmlərdən istifadə etməyə məcburuq. Mən bu sənədə səs verəcəyəm, ikinci oxunuşda təfsilatlı təkliflərim olacaq. Sağ olun.
Sədrlik edən. Zahid müəllim, çox sağ olun. Bir dəqiqləşdirmə gətirmək istəyirəm. Zahid müəllim, Sizin dediyiniz bizim filmlər deyil, bizə sırınan filmlərdir. Xahiş edirəm, ifadəmizdə dəqiq olaq. Tahir Rzayev, buyurun.
T.Rzayev. Çox sağ olun. Hörmətli sədarət, təqdim olunan qanun layihəsi qeyd edildiyi kimi, reklam istehsalının dövlət tənzimlənməsinin hüquqi əsaslarının bəyan edilməsi, eləcə də bu fəaliyyətlə bağlı subyektlər arasında münasibətlərin dəqiqləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Reklam hər hansı bir malın, işin, xidmətin, tədbirin, əqli fəaliyyətin nəticəsinin tanıdılması, yayımlanması baxımından gərəkli olduğu kimi, həm də dilimizin, məişətimizin, mədəniyyətimizin, tariximizin təbliğ olunması baxımından da əhəmiyyətli vasitədir. Təsadüfi deyildir ki, bu qanunda haqlı olaraq göstərilir ki, reklamda Azərbaycan Respublikasının dövlət dilindən istifadə olunmalı, milli-mənəvi dəyərləri, insanların şərəf və ləyaqətini aşağılamayan etik normalara zidd hallara yol verilməməli, “Dövlət dili haqqında” Qanunun müddəa-larına riayət olunmalıdır. Çox haqlı tələbdir, çünki bu gün, həqiqətən də, reklam bazarında pərakəndəlikdir. Əksər rek-lamlar, əslində, dilimizin, milli-mənəvi dəyərlərimizin aşağılanmasına xidmət edir.
Bu gün Bakının hər yerində əcnəbi dillərdə yayımlanan reklamlar adamın gözünə girir. Marketlərə, şadlıq evlərinə, xidmət obyektlərinə, mallara elə əcnəbi adlar verilir ki, adam çaş-baş qalır. Yaxud da hər hansı bir malı, əşyanı reklam edən bir qız elə əcaib halda təqdim olunur ki, adam xəcalət çəkir. Bu hallar bizim televiziya və radio proqram-larında da öz əksini tapır. Belə ki, açığını demək lazımdır, bu gün reklam olunmağa layiq olmayanlar əksər hallarda reklam olunurlar. Mənim həmkarım Musa müəllim çox haqlı bir sitat gətirdi, göstərdi ki, əcnəbi həkimləri biz o qədər təbliğ edirik ki, öz həkimlərimiz artıq yadımızdan çıxıb. Diş həkimi xaricdən gəlir, burada kişi sonsuzluğu problemləri ilə məşğul olur. Yaxud elə tibb ocaqları, özəl klinikalar var ki, heç bir tibbi xidməti yoxdur, xidmətin səviyyəsi çox aşağıdır, amma saatlarla reklam olunur.
Digər tərəfdən, yoldaşlar dedilər, kinofilmlərin verilməsi uşaqların psixologiyasına çox ciddi təsir göstərir. Bunlar, əslində, çox səsli-küylü olub, kriminal vəziyyəti təbliğ edirlər. Qanun çox yaxşı qanundur. Ancaq reklamların yer-ləşdirilməsi bilavasitə bələdiyyələrin fəaliyyətindən çox asılıdır. Əvvəlki qanunvericilik aktlarında da var, reklamlar bilavasitə bələdiyyələrin ərazilərində yerləşdirilir və onlar bu reklamların yayımlanmasından müəyyən qədər vəsait götürməlidirlər. Lakin bu qanunda mən bunu görmədim, yaxşı olardı ki, ikinci oxunuşda bələdiyyələrin bu sahədə vəzifələri nədir, onların qarşısına hansı işlər qoyulur, bu, qanunda öz əksini tapsın. Mən bu qanunun qəbul olunma-sının tərəfdarıyam, çünki birinci oxunuşun tələblərinə cavab verir və elə bilirəm ki, ikinci oxunuşda ayrı-ayrı maddələr barədə öz təkliflərimizi bildirəcəyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Tahir müəllim. Gövhər xanım Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, mən diqqətlə bu qanun layihəsini oxudum. Hesab edirəm ki, yaşadığımız dövr, əlbəttə, informasiya dövrüdür və eyni zamanda, reklam informasiyası dövrüdür və hər kəsin o informasiyanı istehlakçıya çatdırmaq hüququ var. Bu baxımdan müzakirəyə təqdim olunmuş qanun layihəsini konseptual baxımdan məqbul hesab edirəm və onun lehinə səs verəcəyəm. Amma eyni zamanda, mən hesab edirəm ki, buradan bəzi bəndləri çıxarsaq, yaxşı olar. Yəni bizim xalqımızın mənafeyinə uyğun, gənclərimizin sağlamlığını qorumaq baxımından bəzi müddəaları çıxarsaq, məqsədəmüvafiq olar.
Sual oluna bilər ki, axı bu təcrübə dünyada var. Məsələn, dərmanların reklamı, tütünün reklamı və sair. Amma mən hesab edirəm ki, biz dünya təcrübəsində var deyə, onu özü-müzdə tətbiq etməməliyik. Biz o mənfi təcrübədən imtina etməliyik. Birmənalı şəkildə tütün və tütün məmulatlarının reklamı, yaxud alkoqollu içkilərin reklamı, yaxud bəzən dərman reklamı yolverilməzdir. Məsələn, bu gün Azərbaycan televiziyalarında biz görürük ki, nə qədər dər-man vasitələri reklam olunur. Heç olmasa, reklam olunursa, mütləq o söz də əlavə olunmalıdır ki, həkim məsləhətindən sonra qəbul edə bilərsiniz. Bu gün bunu etmirlər. Razılaşaq, əhalinin heç də hamısının səviyyəsi o dərəcədə deyil ki, onlar müstəqil seçim edə bilsinlər, bu dərmanı mən içsəm, bunun mənfi təsiri də ola bilər. Yaxud günəbaxan tumunu reklam edirlər, elə tibbi baxımdan bunu reklam etmək düzgün deyil. Gənclərimizə biz nə aşılayırıq? Hesab edirəm, bu düzgün deyil. Sonra, həmkarım Musa Quliyev sulu qəlyan məsələsini qaldırdı. Bu sulu qəlyan qadağan olunmalıdır. Bu bizim gənclərimizə yalnız mənfi təsir göstərir. Gənclərimiz buna aludə olur və sirr deyil ki, orada tətbiq olunan otlar bəzən narkotik keyfiyyətlərə malik olurlar. Bu baxımdan mən hesab edirəm ki, biz əhalimizin sağlamlığını qorumaq, onları ziyanlı vərdişlərdən xilas etmək üçün bu qanun layihəsindən bəzi bəndləri çıxartmalıyıq.
Bir məsələni də qeyd etmək istəyirəm. Burada, məsələn, reklamın vaxtı, bir reklamın sonundan digər reklamın baş-lanğıcına 20 dəqiqə mütləq olmalıdır, bu çox az vaxtdır. Burada digər bənddə deyilir ki, bütün efir vaxtının, məsələn, 20 faizi, yaxud 15 faizi reklam üçün istifadə oluna bilər. Siz təsəvvür edin, insanlar televizoru açırlar ki, hansı isə verilişə baxsınlar. Onların çox dəyərli vaxtının 20 faizi, 15 faizi heç də onlara gərək olmayan informasiya ilə doldurulur. Yəni bu, nə dərəcədə düzgündür? Hesab edirəm, həmin o vaxt bir qədər artırılmalıdır, məsələn, o 20 dəqiqə məsələsində, yaxud azaldılmalıdır. Yəni biz insanlarımızı qorumalıyıq, Azərbaycan vətəndaşını qorumalıyıq və onun sağlamlığı, onun rahatlığı naminə istənilən vaxt burada düzəlişlər etməliyik. Diqqətiniz üçün sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən ilk növbədə Vahid müəllimə minnətdarlığımı bild-irirəm ki, nəhayət, Reklam haqqında qanun layihəsi hazır-lanıb bizim müzakirəmizə təqdim edilib və düşünürəm ki, konseptual baxımdan layihəni qəbul etmək olar və eyni za-manda, məndən əvvəl çıxış edən həmkarlarımın da nara-hatçılığını bölüşürəm, amma detallara varmaq istəmirəm. Çünki qanun müəlliflərinin diqqətini konkret bir məsələyə cəlb etmək istəyirəm, bu da sosial reklamla bağlıdır.
Sosial reklam burada 10-cu maddədə, 10.4-də qeyd olu-nur və göstərilir ki, sosial reklamın yayımlanması pullu, yaxud da pulsuz ola bilər. Biz artıq bəri başdan pullu reklam üçün şərait yaradırıq. Reklamı yayan şirkət üçün, yaxud da qurum üçün seçim imkanı yaradırıq. Mən hesab edirəm, bu belə olmamalıdır. Burada açıq şəkildə göstərməliyik ki, sosial reklam pulsuz olaraq yayımlanır. Əlbəttə, biz burada televiziyaların, KİV-lərin və digər qurumların narahatçılığını başa düşməliyik. Onlar, adətən, belə bir təklif irəli sürən zaman qeyd edirlər ki, biz bu ödənişi pullu reklamın vaxtından etməli oluruq, yaxud da bu sosial reklamı yaymalı oluruq və maddi baxımdan biz burada itiririk. Amma hər halda bunun legitim bir formulasını tapmalı və elə etməliyik ki, sosial reklam da burada sözün əsl mənasında özünə yer tapa bilsin. Ona görə burada müxtəlif yanaşmalar var, yanaşmalardan biri belə ola bilər ki, deyək, 1 saat ərzində reklam üçün nəzərdə tutulan 9 dəqiqə, 10 dəqiqə birbaşa ödənişli reklam üçün nəzərdə tutulur və yerdə qalan 1 dəqiqə, yaxud bir neçə dəqiqə sosial reklamlar üçün əlavə olunur və yaxud da onlara ayrılan vaxt çərçivəsində sosial reklamların pulsuz olaraq yayımlanması təmin olunur. Əgər “pulsuz” sözü burada birbaşa qanunda yazılmasa, ya biz burada alternativlər versək və bu qərarı birbaşa reklam verənin üzərinə qoysaq ki, ya pullu, ya da pulsuz, sizi əmin edirəm, heç kim pulsuz olaraq sosial reklam verməyəcəkdir.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sosial reklam hazırlanır, külli miqdarda vəsait ayrılır, amma gedirsən televiziyalara və haqlı olaraq bəzən bizdən kifayət qədər pul tələb olunur. Ona görə də sualı qoyanda deyirlər, qanunda boşluqlar var, biz bunu açıq şəkildə edə bilmirik və biz də burada pul qazanmaq istəyirik. Ona görə də, hörmətli Oqtay müəllim, Siz də qanun təqdim edilən zaman təkidlə qeyd etdiniz ki, sosial reklamlara şərait yara-dılsın, bunların yerləşdirilməsi üçün müvafiq qanunverici-likdə müddəalar yer alsın. Mən hesab edirəm, hazırkı maddə buna imkan vermir və bir daha qeyd edirəm, birmənalı olaraq yazılmalıdır ki, sosial reklamlar pulsuz olaraq yerləşdirilsin. Çox sağ olun.
Sədrlik edən. Bütün televiziyalar müqavilə bağlayanda orada yazılır ki, sosial reklamlar pulsuz olmalıdır. Hamı müqaviləyə qol çəkir, həmin müqaviləni çox qayda-qanunla yerinə yetirirlər, ancaq gecə saat 12-dən sonra. Vaxt 5 faiz ayrılıb, indi mənim dediyim odur ki, o 5 faiz vaxt gecə saat 12-dən sonra olmasın, həmin reklamlar insanlar baxan vaxtlarda olsun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Bu gün biz konseptual baxımdan Reklam haqqında qanun layihəsini müzakirə edirik. Ona görə də əsas diqqət prinsipial məsələlərə yönəldilməlidir. Burada bizim deputat həmkarımız Arif müəllim söylədi ki, biz Rəqabət Məcəlləsini artıq iki oxunuşda qəbul etmişik və Reklam haqqında qanun layihəsində olan müddəaların bir çoxu həmin məcəllədə öz əksini tapıb. Mən düşünürəm ki, Arif müəllim, bu, sahəvi qanundur, yəni bu ona mane olmur, amma Rəqabət Məcəlləsinin də qəbul olunmasında deputat həmkarımı dəstəkləyirəm. Hesab edirəm ki, onu da qəbul etmək lazımdır.
Oqtay müəllim, məni bu reklamla bağlı konseptual ba-xımdan narahat edən əsas məsələlər ondan ibarətdir ki, burada biz alkoqollu içkilərin reklamına icazə veririk. Mən hesab edirəm ki, insanın sağlamlığına ziyan vuran hər hansı reklam qadağan olunmalıdır. Burada, əlbəttə, müsbət haldır ki, məsələn, III fəsildə tütün və tütün məmulatlarının, onlara aid ləvazimatların reklamı qadağan olunur. Düşünürəm ki, eyni qaydada da bu alkoqollu içkilərin reklamı qadağan olunmalıdır, çünki bu, orqanizm üçün ziyanlı bir məsələdir və biz prinsipial olaraq bu qərarı verməliyik.
Başqa bir məsələ dərman vasitələrinin reklamı ilə bağlı məsələdir. Mən hesab edirəm ki, tibbi təyinatlı texnikanın, məmulatların, tibb xidmətlərinin reklamı normaldır, amma dərman vasitələrinin reklamına biz icazə verməməliyik. Onu da nəzərə alaq ki, biz hələ tam inkişaf etmiş bir Avropa ölkəsi deyilik, Şərq mentalitetindən gələn bəzi məsələlərimiz var, insanlarımız bir çox hallarda televiziyada reklam olunan və deyilən bir fikri, həqiqətən də, Quran ayəsi kimi qəbul edirlər, çox təəssüf ki, bu belədir. Götürək elə müəyyən bir vitamini, vitaminin özü reklam olunur, onu da normadan artıq qəbul etsən, o da ziyandır, yəni başqa bir orqana ziyandır. Bunun adında dərman sözü varsa, yəni bunu televiziyada reklam etmək ki, bax, bu filan şeyə xeyirdir və camaat da gedib alsın, bu olmaz. Burada reseptli, reseptsiz satılmasından asılı olmayaraq, ümumiyyətlə, mən düşünürəm ki, dərman vasitələrinin reklamına birmənalı şəkildə biz qadağa qoymalıyıq.
Burada başqa çox ciddi bir məsələ, düşünürəm ki, silahların reklamı ilə bağlıdır. Ov silahının reklamını necə təbliğ etmək olar? Göstərmək olar ki, yəqin, bu, ov silahıdır. Hazırda dünyada ətraf mühitin qorunması ilə bağlı böyük pro-ses gedir. Yaşıllar hərəkatı dünyanın hər yerində güclənir. İnsanların sayı artır, biz digər canlıların yaşayış məskən-lərini daraldırıq, onların həyatını çətinləşdiririk, bir tərəfdən də ətraf mühiti qorumaq əvəzinə ov silahlarını reklam etməyə başlasaq, camaat başlayacaq bu silahı almağa, silahı da alan istər-istəməz başlayacaq bu heyvanlara güllə atmağa. Amma Avropada nə təbliğ olunur? Heyvanlara, təbiətə sevgi, məhəbbət təbliğ olunur. Onun üçün bu ov silahlarının təbliğini mən düşünürəm ki, prinsipial olaraq buradan çıxarmaq lazımdır.
Başqa bir məsələ. Allah Heydər Əliyevə rəhmət etsin, o vaxt bu kazinoları Azərbaycandan yığışdırdı və bir çox ailələri böyük faciələrdən xilas etdi. İndi bu idman mərc oyunlarının reklamı gedir. Düşünürəm ki, buna qətiyyən ehtiyac yoxdur, ümumiyyətlə, bu mərc oyunları yığışdırılsa idi, daha yaxşı olardı. SSRİ dövründə sport loto var idi, köhnə dövrdə yalnız ondan istifadə olunurdu. Bu mərc oyunları, siz bilmirsiniz, nə qədər ailəyə böyük problemlər yaradır. O vaxt bu barədə deyildi, çox təəssüf ki, bəzi deputat həmkarlarımız da dəstəklədi, bunu qəbul etdik. Amma idman mərc oyunlarının, – hətta buna icazə vermişiksə belə, – reklam olunmasının, məncə, qarşısı alınmalıdır. Bax, konseptual baxımdan hesab edirəm ki, bu sadaladığım məsələlərin reklam olunmasına qadağa qoyulmalıdır. Bu yalnız təbiətin, insanlarımızın, ailələrimizin qorunmasına xidmət edər. SSRİ dövründə, Oqtay müəllim, yəqin, xatırlayarsınız, idarə, müəssisə və təşkilatların üzərinə öhdəlik qoyulurdu ki, ictimai, mədəni tədbirlərin keçirilməsi üçün ayrılan vəsaitin 3 faizi xərclənməlidir. İndi biz Səhiyyə Nazirliyi üçün ayrılan vəsaitdən, yaxud Prezidentin Ehtiyat Fondundan, Nazirlər Kabinetinin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinə vəsait ayırmalıyıq ki, o sağlam həyatı təbliğ etsin, məsələn, narko-tik, alkoqol əleyhinə xüsusi çarxlar hazırlasın və bunları pulla televiziyalarda yerləşdirsin. Bu yağsız aşın dadı olmadığı kimi, pulsuz…
Sədrlik edən. Dediklərinin çoxu ilə razıyam, amma bütün reklamları da ləğv etmək olmaz. Siqaret çəkmirsən, bilirəm, hə, ləğv edək, içki də içmirsən?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Hə, içirsən, ay sağ ol. İndi sualı məzə üçün verdim. Konseptual cəhətdən qəbul etməyi təklif edirsən. Buyursun Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Reklam haqqında qanun layihəsi beynəlxalq təcrübəyə əsaslanaraq hazır-landığından burada bir sıra məsələlər qaldırıldı. İradların əksəriyyəti ondan ibarət oldu ki, yeni Reklam haqqında qanun layihəsində beynəlxalq normalar öz əksini tapıb. Hələlik biz konvensiyalara qoşulduğumuza görə, həmin qoşulduğumuz konvensiyalarda olan məqamlar mütləq qanunlarımızda da öz əksini tapmalıdır. Ona görə nə qədər ziddiyyətli olsa da, buradakı məqamların əksəriyyəti beynəlxalq qanunvericilikdə öz əksini tapan məqamlardır.
İkinci məqam. Qanun layihəsi müzakirə olunan zaman qaldırılan ən populyar sual ondan ibarət oldu ki, yaxşı, yeni qanun qəbul ediləndə mən əlavə nə qədər qazanacağam? Mənə elə gəlir, bu qanunun yenidən qəbul olunmasının, yeni mexanizminin qurulmasının səbəbi də ondan ibarətdir ki, burada bilavasitə bazar sərbəst olmalıdır, amma dövlət tərəfindən tənzimlənməlidir və qanun pozulanda ora müdaxilə edilməlidir məsələsinin optimallığı qoyulub. Növbəti sual belədir ki, sən əlavə qazancından sosial öhdəliklərin yerinə yetirilməsinə nə qədər ödəyəcəksən? Ona görə də burada Milli Məclisin Sədri cənab Oqtay Əsədovun iki dəfə qaldırdığı məsələyə xüsusi diqqət yetirmək istəyirəm ki, bizim qanun layihəsində sosial reklamlara xüsusi yer verilməli, hətta bir qədər də gücləndirilməlidir. Haqlı olaraq qeyd olunur ki, əgər doğrudan da, əlavə qazanırsansa, bu qazancı əlavə olaraq götürürsənsə, onda bunun ikinci tərəfi də var. Sosial öhdəlikləri yerinə yetirməlisən və həmin sosial reklamlar gecə saat 1-də, 2-də, 3-də deyil, bilavasitə əhalinin əksəriy-yətinin televizora baxdığı zamanlarda olmalıdır ki, vətən-daşlar baxsınlar, o sosial effekti də götürsünlər. Mənfəət ef-fektini bilavasitə marketinq qrupları, kimlər götürür, götür-sün, sosial effekti isə bilavasitə vətəndaşlar götürməlidirlər. Bu istiqamətdə parlamentin Sədrini dəstəkləməklə yanaşı, öz qanunumuz olsa da, bunun yenidən bir qədər də gücləndirilməsini vacib hesab edirəm.
İkinci məsələ, Oqtay müəllim, dilə münasibətdir. Dil elə atributdur ki, o, millətin bütövlükdə bir güzgüsüdür, ortaya çıxır. Bax, elə Bakının küçələrini 15 dəqiqə gəzmək kifayətdir ki, reklam mexanizmi vasitəsi ilə reklam bazarın-da Azərbaycan dilinə nə qədər böyük hörmətsizlik edild-iyinin şahidi olasan. Elə məhz buna görə də yeni qanunda dil məsələsinin güclü formada qoyulmasını, bu istiqamətdə əlavə tədbirlərin görülməsinin vacibliyini xüsusi qeyd etmək lazımdır. Bir haşiyə çıxım ki, hansısa bir diplomat Bakının küçələrinə baxıb görəndə ki, öz dilimizə belə bir münasibət bəsləyirik, əlbəttə, o da bizə dəvətnamələri əcnəbi dildə göndərəcək. Bax, bu məsələlər xeyli dərəcədə mürəkkəb olsa da, qanun layihəsində bunların həyata keçirilməsi istiqamətində görülən işlər, hesab edirəm ki, öz töhfəsini verəcək.
Üçüncü məsələ isə bilavasitə bəzi qanunlarla bu qanun-ların uyğunlaşdırılmasıdır. Məsələn, Rəqabət Məcəlləsi çox vacibdir. Amma Rəqabət Məcəlləsi “Reklam haqqında” Qa-nunu əvəz edə bilməz. Yaxud da “Reklam haqqında” Qanun Rəqabət Məcəlləsini əvəz edə bilməz. Ona görə də bu məsələlərə diqqət edəndə bir-birini tamamlayan qanunlar kimi göstərilməsi vacibdir.
Növbəti məsələ ondan ibarətdir ki, bu qanunun üstün-lüklərindən biri bu qanunda sağlamlığın qorunması və ekoloji məsələlərin önə çəkilməsidir. Məsələn, Avropa ekologiya məsələlərində çox gözəl bilirsiniz ki, nə qədər qabağa gedibdir. Hazırda bir nömrəli məsələ ekologiyadır. Hesab edirəm ki, bu məsələlər həm müasir dövrün tələblərinə cavab verir, həm də milli nöqteyi-nəzərdən çox mühüm əhəmiyyət kəsb edir. Ona görə, bir də qayıdıram o məsələyə ki, əgər reklamdan qazanılırsa, mütləq sosial reklamlar vaxtında verilməlidir. O 5 faiz yer ona mütləq pulsuz ayrılmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim. Oqtay müəllim, mən çıxışımı Sizin fikrinizlə başlamaq istəyirəm, Siz çox gözəl dediniz ki, hər bir müəssisənin maarifləndirici, sosial yönümlü və eləcə də informasiya yönümlü öhdəlikləri var. Amma buna baxmayaraq, hər bir təşkilat, şirkət, yəni özəl şirkət, reklam vermək istəyən kompaniya heç vaxt bu öhdəliyini həyata keçirmir və ona görə hesab edirəm ki, belə bir qanunun qəbulu ilə bağlı, eyni zamanda, qanunun həyata keçirilməsi, onun monitorinqi ilə bağlı da qanunda ayrıca bir fəslin, paraqrafın olması çox önəmlidir.
Burada məndən öncə çıxış edən millət vəkilləri, həmkarlarım çox gözəl fikirlər söylədilər. Mən ancaq səhiyyə ilə bağlı fikirlər söyləmək istəyirəm. Onu bildirmək istəyirəm ki, həmin həmkarlarım, təbii ki, hamı bunun şahididir, dünyanın heç bir ölkəsində görünməyib ki, səhiyyə müəssisəsi, – təbii, bu, Azərbaycanda özəl səhiyyə sektoruna aiddir, – özünə aid olmayan məsələləri reklam etdirsin. Bu gün Azərbaycan Respublikasında mövcud olan səhiyyə qanunvericiliyində də göstərildiyi kimi, hər bir səhiyyə işçisinin, eləcə də səhiyyə müəssisəsinin fəaliyyətinin yüzdə 25 faizi maarifləndirici və informasiya xarakterli olmalıdır. Amma bizdə özəl şirkətlər nə maarifləndirici, nə sosial yönümlü, nə də informasiya xarakterli, – yəni sırf tibbə aid, – bir reklam vermirlər və bu da bizim televiziyada hər gün gözümüz qarşısında baş verir. Biz, təbii ki, bunu bu gün konseptual nöqteyi-nəzərdən müzakirə edirik. Əminəm ki, ikinci oxunuşda bu məsələlər çox gözəl əks etdiriləcək. İlin bütün aylarında beynəlxalq aləmin, eləcə də ABŞ-ın, bütün dünya ölkələrinin qeyd etdiyi səhiyyə günləri var. AİDS günü, qadınlara qarşı zorakılıq günü, “analarda olan süd vəzi xərçənginə yox deyək” günü, eləcə də autizm günü, virus hepatiti ilə bağlı gün var. Amma bu günlərin heç birində bizim reklam verən şirkətlər, xüsusi ilə də mən yenidən təkrar vurğulamaq istəyirəm, özəl səhiyyə təşkilatları, şirkətləri, müəssisələri bununla bağlı sosial çarxlar vermirlər. Hesab edirəm ki, bu günümüzdə belə çarxlar çox önəmlidir və bunların verilməsi, tənzimlənməsi bu qanunda öz əksini tapmalıdır. Gələcəkdə bunun monitorinqi də çox ciddi nəzarət altında olmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sizin dediyinizdə köhnə bir həqiqət var. Həqiqətən, 60 yaşından sonra, bilirsiniz ki, Almaniyada əməliyyata icazə verilmir. Kimin 60 yaşı oldu, cərrahlara icazə verilmir. Bir də görürsən, bizim özəl şirkət-lər reklam verirlər. Almaniyadan filan professor gəlib, filan-filan əməliyyatları aparır. Ancaq bu adamın öz ölkəsində əməliyyat aparmağa ixtiyarı yoxdur. Belə məsələlər var. Sonra, Türkiyədə mindən yuxarı lisenziya alan şirkətin 30 faizi Azərbaycana gəlib. Orada lisenziya alıb, gəlib burada ad çıxarırlar, filan yerdən gəliblər, filan əməliyyat aparırlar. Həqiqətən, belə reklamların verilməsi düzgün deyil. Reklam veriləndə səhiyyə müəssisələri diqqətli olmalıdırlar.
İkincisi, siz deyirsiniz, özəl şirkətlər. Sosial reklamları özəl şirkətlər verməli deyillər. İndi hamı çalışır ki, – indi özümüzük burada, – harada nə isə dövləti aldatsın, bir şey etsin, xeyir qazansın. Ancaq bizim dövlət şirkətləri var ki, məcburdurlar, sosial reklamlar versinlər, onlar bunu birinci etməlidirlər. Dövlət təşkilatları bilməlidirlər ki, bunların sosial reklam vermək ixtiyarları var, bunlar televiziyaya müraciət etməlidirlər və bunların o reklamları ayrılmış vaxt üzrə qəbul olunmalıdır. Özəl şirkətlərin üzərinə sosial reklamları sala bilmərik. Mənim fikrim belədir, özəl şirkəti məcbur etmək olmaz ki, sən get, sosial reklam ver. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mən də yaz sessiyasının başlanması münasibəti ilə həmkarlarımı təbrik edirəm və hər birinə uğurlu fəaliyyət arzulayıram. Hörmətli həmkarlar, qeyd olundu ki, bu gün 2 fevral Azər-baycan gəncləri günüdür. Sevindirici haldır ki, ölkəmizdə vətəni sevən və gələcəyi düşünən gənc nəsil formalaşmışdır. Mən də fürsətdən istifadə edərək bütün gənclərimizi Gənclər günü münasibəti ilə təbrik edirəm, hər birinə can sağlığı və ölkənin gələcəyini düşünən layiqli vətəndaş kimi yetişmələrini arzulayıram.
Təqdim olunmuş qanun layihəsinin qəbulunu isə vacib sayıram. Çünki qanunun qəbulundan sonra reklam bazarı münasibətlərində tənzimləmələr həyata keçirilməklə müəyyən nizamlanma tətbiq olunacaqdır. Qanun layihəsində reklamların verilmə qaydalarını, şəraiti müayinə etməklə haqsız, gizli reklamlara qadağa qoyulmasını yaxşı hal hesab edirəm. Qoyulan tələblərdə reklamda milli dilə üstünlük verilməsini və xarici dildə olan mətnin dövlət dilindəki mətndən sonra yerləşdirilməsini, həm də tutduğu sahənin reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamasının göstərilməsini müsbət hal hesab edirəm. Hazırkı vəziyyətdə dövlət dili, demək olar ki, yaddan çıxarılır və xarici dildə yayımlanan reklamlarda nəyin reklam olunduğunu vətəndaşlar heç başa düşmürlər. Televiziya məkanında reklamların verilməsinin tənzimlənməsinə ehtiyac vardır. Müzakirə etdiyimiz qanun layihəsində efir məkanında reklamların verilmə norması müəyyən olunur və bunu təqdirəlayiq hal hesab edirəm. Həm də efir məkanında ən çox reklam olunan özəl tibb müəssisələridir. Amma nəticədə bu tibb müəssisələri öz ölkəsində yeri olmayan, savadsız əcnəbi həkimləri reklam etməklə onların ölkəmizə ayaq açmasına şərait yaradır. Bu da insanların sağlamlıqlarını müəyyən təhlükələrlə üzləşdirir.
Hesab edirəm ki, bu gün Azərbaycanda kifayət qədər istedadlı, peşəkar həkim, həm də Avropa təhsilli həkim ordusu formalaşmışdır. Belə reklamlara son qoyulmalı, sosial reklamların verilməsi genişləndirilməlidir. Sosial reklamlar cəmiyyətin inkişafına xidmət edir. Amma belə reklamlar maddi baxımdan sərfəli olmadığına görə çox az verilir və burada qeyd olunduğu kimi, münasib vaxtlarda təqdim olunmur. Ona görə də hesab edirəm ki, sosial reklamlar mütəmadi olaraq KİV vasitəsi ilə nümayiş olunmalı və KİV-lərə bir norma kimi qanunla müəyyən edilməlidir.
Qanun layihəsinin 12-ci maddəsində yetkinlik yaşına çatmayanlara aid olmayan əmtəələrin reklamlarının onların adlarına qeydiyyatdan keçirilmiş telefonlara göndərilməsinin qadağan olunmasının göstərilməsini lazımi addım hesab edirəm. Amma düşünürəm ki, ümumiyyətlə, mobil telefonlara reklam göndərilməsi qadağan olunmalıdır. Çünki mobil telefon vətəndaşın öz şəxsi istifadəsindədir və onun icazəsi olmadan telefonuna SMS xarakterli reklamların göndərilməsi qəbuledilməzdir. Bu, insanlar tərəfindən heç də yaxşı qəbul olunmur və düşünürəm ki, buna son qoyulmalıdır.
Müzakirə etdiyimiz qanun layihəsinin 1-ci maddəsində qeyd olunur ki, qanun Azərbaycan Respublikasının ərazi-sində reklam fəaliyyəti ilə məşğul olan subyektlər arasında reklamın sifarişi, istehsalı, yayılması, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir. Amma reklamın yerləşdiyi ərazi üzrə reklama görə ödənilməli rüsumlar və ya vergilər haqqında heç nə qeyd olunmur. Düşünürəm ki, hər bir reklam sahibkara müəyyən gəlir gətirir. Bunun kökündə daha çox gəlir əldə etmək məqsədi ilə əmtəə, mal və xidmətlərin ictimaiyyətin diqqətinə çatdırılması durur. Belə olan halda qanun layihəsinə bələdiyyə ərazisində yerləşdirilən reklamlarla bağlı ödəniləcək rüsum və ya vergilər haqqında müəyyən maddə daxil olarsa, bunu daha məqsədəuyğun hesab edirəm. Qanun layihəsinin konseptual baxımdan qəbuluna səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də bu qanun layihəsini çox vacib hesab edirəm. Xüsusən sosial reklamla bağlı hissəsində, hörmətli Sədr, Sizin də vurğuladığınız bir neçə maddənin daha aydın şəkildə öz əksini tapması, əslində, çox vacibdir. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, biz əsas veririk ki, sabah burada qaldırdığımız, tənqid etdiyimiz məsələlərlə bağlı yanaşmalarda fərqlilik olsun. Məsələn, qanunun 10.4-cü maddəsində deyilir ki, “müqaviləyə əsasən sosial reklamın istehsalı və yayımlanması pullu, yaxud pulsuz ola bilər”. Biz onsuz da sosial reklamla bağlı nə qədər zaman ayırırıq ki? Bütün reklamın ən azı 5 faizini biz sosial reklama ayırırıq. Bu, böyük bir rəqəm deyil. Bu 5 faizin içərisində də biz deyirik ki, bunu pullu da yayımlaya bilərsən, pulsuz da yayımlaya bilərsən. Ona seçim haqqı verilir. Qanunda da yazılıb ki, mən pullu da yayımlaya bilərəm, pulsuz da. Sabah sosial reklamı gətirən dövlət orqanlarından çox rahatlıqla pul istəyə, o pulu almadığı təqdirdə bunu yayımlamaya da bilər. Ona görə mən hesab edirəm ki, sosial reklamla bağlı məsələləri konkret qoymaq lazımdır. İstehsal ilə bağlı məsələdə bunu qoya bilərik, yəni istehsal edir, reklamla bağlı hansısa televiziyaya sifariş verir. Məsələn, bunun qarşılığında pul ala bilər, yaxud istəsə, pulsuz da dəstək göstərə bilər. Amma yayımlanması məsələsində, sırf yayımında pullu, yaxud pulsuz da ola bilər deyil, məncə, belə getməlidir: “sosial reklamın istehsalı pullu, yaxud pulsuz ola bilər, amma yayımı mütləq şəkildə pulsuz olmalıdır”. Bu, dövlət orqanlarının göndərdiyi sosial reklama aiddir. Çünki bu birmənalı şəkildə yayılmasa, sabah bu məsələ özünün istənilən həllini tapmayacaq.
Nəzərə alaq ki, bu gün qəbul etdiyimiz qanunların yerinə yetirilməsi istiqamətində, – burada da vurğulandı, – maarif-lənməyə çox böyük ehtiyac var. Ümumiyyətlə, bütün məsə-lələrdən danışanda görürük ki, əhalinin maarifləndirilməsinə ehtiyac var. Ümumi reklamın 5 faizi onsuz da o qədər böyük rəqəm deyil. Ona görə də sosial reklam dövlət orqanları tərəfindən gətirilirsə, bunun pulsuz şəkildə yayımlanmasını birmənalı şəkildə burada göstərməyimiz yaxşı olardı. Əgər bu, birmənalı göstərilərsə, sabah bu problemlər ortadan qaldırıla bilər.
Digər ikinci bir məsələyə toxunmaq istəyirəm. Burada bu aydınlığın gətirilməsi çox önəmlidir, burada “haqsız rek-lam”, “qeyri-dəqiq reklamlar” ifadələri öz əksini çox dəqiq tapıb. Gizli reklam məsələsinə də çox önəm verməliyik. Biz, məsələn, deyirik ki, tütün məhsullarının reklamını qadağan edək. Amma gizli reklam gənclərə açıq reklamdan daha dəhşətli şəkildə yeridilir. Məsələn, proqramlarda bir çox tanınmış insanların və yaxud xaricdən aldığımız filmlərdə qəhrəmanların siqareti çox ləzzətlə çəkməsi gənclərə siqaretin adi reklamından 10 dəfə daha güclü təsir edir. Bunu mütəxəssislər də hesablayırlar. Ona görə də biz qadağan olunan məhsulların gizli reklam məsələsini də diqqətdə saxlamalıyıq. Məsələn, bəzi ölkələrdə təcrübə var, əgər siz bir filmi almısınızsa, onu yayımlayan zaman qadağan olunmuş məhsulun üzəri görünməsin deyə, televiziya effektlərindən istifadə etməlisiniz. Bu məsələyə önəm verək.
Sonuncu məsələ. Burada həmkarlarım tərəfindən çox doğru vurğulandı, bu bizim yaralı yerimizdir. Əhalimizin çox ciddi şəkildə aldadılmasından söhbət gedir. Bu dərman preparatları ilə bağlı məsələ öz əksini tapıb, qadağan olun-malıdır. Mən hesab edirəm ki, vitaminlərin növlərini belə artıq şəkildə istifadə etmək olmaz. Ona görə həkim resepti ilə deyil, ümumiyyətlə, dərman vasitələrinin reklamından söhbət getməlidir. Amma ən dəhşətlisi həkimlərin reklamı-dır. Tibdən az-çox xəbəri olan insanlar bilirlər ki, həkim xəstəni ilk gördüyündə, onu ilk dəfə müayinə edəndə mən səni tam sağaldacağam təminatı verə bilməz. Amma bizim reklamlarımızda savadlı, savadsız həkimlər, əsasən, xarici həkimlər təbliğ olunur, əgər filan şeydən qısa müddətdə xilas olmaq istəyirsənsə, filankəsin xidmətindən istifadə edə bilərsən. Vətəndaşlarımız da gedirlər və aldanırlar. Ona görə məhz belə şəxslərin də bu qanunda öz əksini...
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Mən də deputat həmkarlarımın dediyi fikirlərlə razıyam. Amma sosialist düşüncə tərzindən bir az kənara çıxmalıyıq. Biz azad respublikada, azad ölkədə yaşayırıq. Dünyaya baxışlarımız tamam başqa cürdür. Biz bəşəriyyətdən kənara çıxa bilmərik. Bunu qadağan elə, onu qadağan elə, onu qoy-ma, bunu buraxma, belə olmaz. Burada baxmayacaq, inter-netdə baxacaq və yaxud da başqa bir yerdə, CNN-də, BBC-də baxacaq. Biz gərək bunun tənzimləmə mexanizmini tapaq və bu istiqamətdə hərəkət edək.
Azərbaycan tütün məhsulları da istehsal edir, spirtli içkilər də. İndi bunu harada reklam eləsin, aparsın Rusiyada reklam eləsin? Ölkə istehsal edirsə, bu istehsalın da reklamı olmalıdır. Əgər bizdə bu istehsal yoxdursa, başqa bir ölkə reklam olunursa, o tamam başqa bir məsələdir. Əgər ölkədə bu istehsal varsa, bu mütləq reklam olunmalıdır və alıcı bundan məlumatlandırılmalıdır. Digər sahələrə baxanda, məsələn, həkimlərlə bağlı reklam edir, getmə. İndi hər kəsin ağlı var, istənilən bir dərman haqqında internetdən məlumat ala bilirsən. Onun haqqında yazılan rəyləri oxuyursan. İndi savadlı insan baxsın, oxusun, görsün. Görür ki, onu aldadırlar, bundan istifadə etməsin. Burada nə var ki?
Mən başqa bir məsələyə xüsusi toxunmaq istəyirəm. Birincisi, qanunun adı “Reklam haqqında” Qanundur, amma bu, əsasən, kütləvi informasiya vasitələrindəki – qəzetlərdə və televiziyadakı reklamlara yönəlib. Məgər yollarda qoyulan banerlər və digərləri reklam deyil? Onlara baxan qəzetlərdə, yaxud da televiziyadakı reklamlara baxandan daha çoxdur. Avtobusla yol gedir, 20 dəfə qarşısına elə reklam çıxır, o da tamaşa edir. Ona görə də mən hesab edirəm ki, Vahid müəllim, bura onu da daxil etmək lazımdır. Bu, ümumi reklam haqqında qanun olmalıdır.
İkincisi, mən reklamın müddəti ilə bağlı demək istəyirəm. Televiziyada reklamı biri 7 dəqiqə verir, biri 8 dəqiqə verir. Nə qədər pul verirlərsə, o qədər də reklam verir. Bu, düzgün hesab olunmamalıdır. Qanun özü müəyyənləşdirməlidir, neçə saatdan bir və yaxud da neçə dəqiqədən bir hansı müddətə reklam ola bilər. Bu göstərilməlidir. Oqtay müəllim sosial reklamlarla bağlı məsələyə toxundu. Həmin reklamların da müddəti müəyyənləşməlidir. Yəni gecə saat 2-dən sonra deyil, müxtəlif vaxtlarda, məsələn, səhər zamanında, günorta, axşam verilməlidir. Bu 5 faiz necə bölünməlidir və necə göstərilməlidir, bu da buraya daxildir.
Mən qanuna diqqətlə baxdım. Qanunda vətənpərvərliklə, milli ordumuzla, digər məsələlərlə əlaqədar bir dənə də olsun reklam yoxdur, yəni bu haqda fikir yoxdur. İsraildə olanlar varsa, bilirlər ki, 3 reklamdan biri ordu haqqında reklamdır. Bizdə orduya çağırış, hərbi məktəblərə çağırış yoxdur, təbii ki, Oksforda çağırış var, Kembricə çağırış var və sair. Bəs Heydər Əliyev adına Ali Hərbi Məktəbə çağırış, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə çağırış və digər çağırışlar harada olmalıdır? Biz müəyyən məsələlərin qa-nunda birbaşa əksini tapmasına çalışmalıyıq. Çünki biz bunu onların ixtiyarına buraxsaq, onlar bunu etməyəcəklər. O baxımdan da biz bunu qanunla tənzimləyib o istiqamətə yönəltməliyik ki, bu çağırışlar olsun və bu gün bizim vəziy-yətimizdə, ərazimizin 20 faizinin işğal altında olduğu bir vaxtda sabah qanunda dəyişiklik edə bilək. Amma bugünkü gündə vətənpərvərlik çağırışları daha üstünlük təşkil etməlidir, nəinki digər sosial məsələlər, yol hərəkəti qaydaları və sair. O baxımdan mən hesab edirəm ki, birinci növbədə bu qanun bütün reklamlara tətbiq olunmalıdır, bütün reklamlar burada öz əksini tapmalıdır. İkincisi, bunların vaxtları, müddətləri və dəqiqələri müəyyənləşdirilməlidir. Üçüncüsü isə qeyd etdiyim kimi, sosial reklamların zamanı müəyyən olunmalıdır. Bunlar hamısı qanunvericilikdə öz əksini tapmasa, hansı qanunu qəbul etməyimizdən asılı olmayaraq o yerinə yetirilməyəcək. Yetiriləcək, gecə saat 6-da, səhərə yaxın. Heç kəsin baxmadığı vaxtda öz normasını yerinə yetirəcək. Təşəkkür edirəm.
Sədrlik edən. Reklam haqqında qəbul etmək istədiyimiz qanun, həqiqətən, çox vacib qanundur. Bu qanunu qəbul etmək lazımdır. Çox millət vəkili çıxış etdi. Qanun layihəsini konseptual baxımdan biz bu gün qəbul edək. Siyavuş Novruzovun dediyi məsələlərlə bağlı, vətənpərvərlik haqqında reklam deyil, bəzi televiziyalar vətənpərvərlik haqqında filmlərə vaxt ayırırlar və hərbi vətənpərvərliyə çağırırlar. Bizim vətənpərvər olan media və bəzi televiziyalar bunu etməlidirlər. Amma reklam etmək bir az düz alınmır, verilişlər olmalıdır. Hər bir televiziyanın şöbələri var. Mən həmişə görürəm, Lider televiziyasına bir neçə dəfə baxmışam, çox gözəl reklam edirlər, ATV-də də edirlər. Reklam deyil, verilişlər olmalıdır.
12 nəfər qalıb. Mən istəyirəm, Valeh müəllimə qısa bir söz verim, ondan sonra səsvermə keçirək. Buyurun, Valeh müəllim.
V.Ələsgərov. Sağ olun. Mən əminəm ki, hörmətli deputatlarımız qanun layihəsini diqqətlə oxusalar və burada yazılan maddələri müqayisə etsələr, sualların əksəriyyətinə cavab tapacaqlar. Ola bilsin ki, ifadələr bəzi hallarda daha dəqiq verilməlidir, anlayışlar daha dəqiq olmalıdır, cümlələr daha düzgün qurulmalıdır. Bu var və yəqin ki, bunun üzərində iş gedəcəkdir. Amma qaldırılan məsələlərin əksəriyyəti burada öz əksini tapıbdır. Buna əmin ola bilərsiniz. Bu qanun layihəsi ilə bağlı mən də bəzi təkliflərimi vermişdim. Təklifləri verməmişdən qabaq layihəni diqqətlə oxumuşam, başqa ölkələrin qanunvericiliyi ilə müqayisə etmişəm və doğrudan da, hərtərəfli hazırlanmış bir qanundur. Amma biz bunu konseptual olaraq qəbul edirik, üzərində hələ işləmək lazımdır.
Bəzi deputatlarımızın çağırışları ilə bağlı Siyavuş müəl-lim gözəl söz işlətdi, sosialist düşüncəsini bu gün bazar iqtisadiyyatında inkişaf edən ölkəyə tətbiq etmək bir az düzgün deyil. İş adamıdır, müəssisədir, lazım bildiyini edir. Bu qanun imkan verir ki, ürəyi yanan sosial reklam versin, vətənpərvər olan başqa reklam versin. Amma kimisə məcbur etmək düzgün deyil. Ona görə də mənim fikrimcə, bu qanun layihəsini konseptual olaraq qəbul etmək lazımdır. Bazar iqtisadiyyatının qanunvericiliyinə, tələblərinə, düşüncəsinə uyğun olaraq təkliflər varsa, ikinci oxunuşda onları müzakirə etmək olar.
Bir də, üzr istəyirəm, deputatlarımız reklamın dili haqqında çox dedilər. Dil haqqında danışanda biz öz dediklərimizə də bir diqqət yetirək, görək, Azərbaycan dilində olan nə qədər sözü biz xarici dildə olan sözlərlə əvəz edirik. Ona da diqqət yetirin. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. İkinci oxunuşa bütün deputatlar hazırlaşacaqlar. Ancaq mən bir də fikrimi deyirəm, xahiş edirəm, diqqətli olun, sosial reklam barəsində, onun vaxtı ilə əlaqədar yazılmasa, yenə sosial reklamlar öz vaxtında verilməyəcək. Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda konseptual baxımdan münasibət bildirək.

Səsvermənin nəticələri (saat 18.04 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.

 

 


 
EDİLMƏMİŞ
ÇIXIŞLARIN MƏTNLƏRİ

2 fevral 2015-ci il
________________________________


İlyas İsmayılov. Müzakirəyə çıxarılan Reklam haqqında qanun layihəsinin yeni redaksiyası əvvəlki redaksiyadan daha ətraflı və ünvanlıdır. Bununla yanaşı, sənəddə yer alan və ya yer almayan bəzi məsələlərə toxunmaq istərdim. Payız sessiyasında Reklam haqqında qanun layihəsinə dəyişikliklər müzakirəsiz qəbul olundu. Mən çıxışımın mətnində belə bir təklif irəli sürmüşdüm. Qanunun müvafiq (o vaxt 3-cü) maddəsinə aşağıdakı bənd əlavə edilsin: “Həkim resepti olmadan buraxılan dərman vasitələrinin, müalicə və diaqnostika üçün istifadə olunan metodların və texnikanın reklamında müəyyən qrup xəstəliklər üçün əks göstərişlərin mövcud olması haqda məlumatın verilməsi məcburidir”. Bu ifadələrlə olmasa da, bu gün müzakirəyə çıxarılan qanun layihəsinin 29-cu maddəsində bu müddəa öz əksini tapdığına görə Milli Məclisin müvafiq komitəsinə və aparatına öz minnətdarlığımı bildirirəm.
Bu gün müzakirə etdiyimiz layihəyə dair növbəti təklifim Rusiya, Kanada, İrlandiya və Çexiya kimi ölkələrin müvafiq qanunvericiliyi ilə müqayisələrdən, yəni bir növ dünya təcrübəsinə nəzər yetirdikdən sonra meydana gəlib. Məsələn, Kanada qanununda “Siyasi reklam”, “Seçki reklamı”, Rusiya qanununda “Sosial reklam” kimi reklam növləri nəzərdə tutulmuşdur. Hesab edirəm ki, bu qanun layihəsi üzərində iş zamanı göstərilən təcrübəni müzakirə etməyə dəyər. Düşünürəm ki, 13-cü maddənin 1-ci bəndində göstərilən “Sponsor” anlayışı “Əsas anlayışlar” adlanan 2-ci maddədə yerləşdirilməlidir. Bu, sənədin məntiqinə daha uyğun olardı.
Bildiyimə görə, “Telekommunikasiya haqqında” Qanun-da mobil telefon şəbəkələri vasitəsi ilə aparılan reklamla bağlı müəyyən dəyişikliklər hazırlanır. Rabitə və yüksək texnologiyalar naziri hörmətli Əli Abbasovun bildirdiyi ki-mi, mobil operatorlar tərəfindən əhaliyə lazım olmayan SMS və reklamların göndərilməsi və abunəçilərin narahatlı-ğına səbəb olması həmin qanuna dəyişikliklərdə öz əksini tapıb. Fikrimcə, bu məsələyə aid bənd Reklam haqqında qanun layihəsində də öz yerini tapmalıdır. Bunu aşağıdakı yolla əldə etmək olar: 23-cü maddədə – “Telekommunikasiya qurğuları və poçt göndərişləri ilə yayımlanan reklam” maddəsində söhbət yalnız provayder, yəni internet paylayan şirkətlərin reklamından gedir. Əgər “provayder” ifadəsi mobil telefon rabitəsi operatorlarını da əhatə edərsə, onda bu, qaldırmaq istədiyim məsələni artıq həll edər. Əks halda, bu maddədə mobil telefon rabitəsi operatorları vasitəsi ilə yayımlanan reklamın yalnız abunəçi ilə bağlanan müqavilə əsasında aparılmasının mümkünlüyü vurğulanmalıdır.
Elton Məmmədov. Müasir dövrün, qloballaşan dünyanın tələbləri və sürətli texnologiyanın inkişafı bir sıra sahələrdə olduğu kimi, reklam sahəsində də qanunvericiliyin təkmilləşdirilməsini, yeni qanunların hazırlanmasını zəruri etmişdir. Bu baxımdan 1997-ci ildə qəbul edilən və hazırda qüvvədə olan “Reklam haqqında” Qanunun da yenisi ilə əvəzlənməsinə ciddi ehtiyac duyulduğundan, eyniadlı yeni qanun bu gün müzakirəmizə təqdim edilmişdir.
Reklamın müasir cəmiyyətdə iqtisadi, sosial, siyasi, ideoloji, psixoloji, maarifləndirici, estetik baxımdan rolunu nəzərə alsaq, bu qanunun əhatə dairəsini və əhəmiyyətini təsəvvür etmək o qədər də çətin deyildir. Yeni layihənin qüvvədə olan qanunun mətni ilə müqayisəli təhlili zamanı xeyli sayda dəyişikliklərin, əlavələrin, təkmilləşmələrin şahidi oluruq. Məsələn, qanun layihəsinin preambulası daha əhatəli verilmiş, tətbiq dairəsi dəqiqləşdirilmiş, reklam fəaliyyəti, reklam obyekti, əmtəə, reklam fəaliyyətinin subyektləri, reklam yaradıcısı kimi yeni anlayışlar daxil edilmişdir.
Layihəyə günün reallığı ilə uzlaşan yeni maddələrin əlavə edilməsi və mövcud maddələrin təkmilləşdirilərək daha dəqiq ifadə edilməsi təqdirəlayiqdir. Televiziya verilişlərində reklamın yerləşdirilməsinə dair tələblərin dəyişdirilməsi və əlavə tələblərin müəyyən edilməsi, həmçinin zaman məhdudiyyətlərinin dəqiqləşdirilməsi, bəzi sahələr üzrə yeni qaydaların müəyyən edilməsi layihənin gələcəkdə qanun kimi əhatəliliyinə dəlalət edir.
Müzakirə etdiyimiz layihəyə əsasən qanunun pozulma-sına görə həm sifarişçinin, həm istehsalçının, həm də yayı-cının məsuliyyət daşıması reklam sahəsində yaranan yeni münasibətlərə tələblərin sərtliyindən irəli gəlir. Bütün qeyd olunanlarla yanaşı, qanun layihəsi ilə bağlı bir təklifimi də bildirmək istəyirəm. Fikrimcə, digər qüvvədən düşmüş qa-nunların yenisi ilə əvəzlənməsi zamanı olduğu kimi, bu layihəyə də qanunun qüvvəyə mindiyi gündən digər qanunun ləğv edilməsi ilə bağlı maddə salınmalıdır.
Hörmətli millət vəkilləri! Çıxışımın sonunda müzakirəmizə təqdim edilmiş Reklam haqqında qanun layihəsinin qəbul edilməsinin zəruriliyini, əhəmiyyətini və konseptual baxımdan birinci oxunuşun tələblərinə cavab verdiyini nəzərə alaraq, onun qəbul edilməsinə səs verəcəyimi bildirir və həmkarlarımı da səs verməyə dəvət edirəm.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi