2015-ci il 30 sentyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XVI  SESSİYASI  İCLASININ

PROTOKOLU № 113

Milli Məclisin iclas salonu.
30 sentyabr 2015-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 90
Yetərsay 83

İclasa dəvət olunmuşdur:

Səriyyə Seyidova, Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizəd.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında.
2. S.S.Seyidovanın  Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
3. 2015-ci il aprelin 28-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” Azərbaycan Res-publikasının Qanununa  Azərbaycan Respublikası Prezidentinin etirazları barədə Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi haqqında.
4. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
5. NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Mis-siyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun Baş katibi arasında məktublar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan  Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair”  Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Res-publikası Hökuməti arasında dəniz nəqliyyatına dair” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Azərbaycan Respublikası Hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı  Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı  Təşkilatı arasında FAO–Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Beynəlxalq   Əmək Təşkilatının “Ödənişli məzuniy-yətlər haqqında” (1970-ci ildə yenidən işlənmiş) Konvensi-yasına Azərbaycan Respublikasının qoşulması barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 19 iyul tarixli 856 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. Azərbaycan  Respublikasının 1994-cü il 8 fevral ta-rixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan  Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. Azərbaycan  Respublikasının 1997-ci il  3  oktyabr  tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
18. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik-lər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə  təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Torpaq islahatı haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsində də-yişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. Azərbaycan  Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “Torpaq bazarı haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
29. “Torpaq islahatı haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. “Yeyinti məhsulları haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
31. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
32. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
33. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
34. “Azərbaycan Respublikasının 2015-ci il dövlət büd-cəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanu-nunun layihəsi haqqında.
35. “Dövlət qulluğu haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbay-can Respublikası qanununun layihəsi haqqında.
36. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
37. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
38. Babək rayonunun Qoşadizə kəndinin Babək qə-səbəsinə birləşdirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
39. Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov
        
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Musa Quliyev, Zahid Oruc, Qənirə Paşayeva, Əli Məsimli, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı


Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

2. S.S.Seyidovanın  Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rafael Cəbrayılov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

3. 2015-ci il aprelin 28-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa  Azərbaycan Respublikası Prezidentinin etirazları barədə Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

4. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov,  Rəbiyyət Aslanova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 99
Nəticə: Qəbul edildi

5. NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun Baş katibi arasında məktublar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında”  Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Azər Kərimli, Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Bahar Muradova, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Bahar Muradova, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

9. “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikası Hökuməti  (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı  Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Eldar İbrahimov, Aytən Mustafayeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

11. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO–Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.07 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

12. “Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” (1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 19 iyul tarixli 856 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 86
Nəticə: Qəbul edildi

13. Azərbaycan  Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Azər Kərimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

14. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Azər Kərimli, Zahid Oruc, İsa Həbibbəyli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

15. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

16. Azərbaycan  Respublikasının 1997-ci il  3  oktyabr  tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 80
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 80
Nəticə: Yetərsay yoxdur

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rafael Cəbrayılov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

18. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.31 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

19. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rafael Cəbrayılov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

20. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

21. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə  təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

22. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov, Qüdrət Həsənquliyev, Zahid Oruc, Arif Əşrəfov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Arif Rəhimzadə, Bəxtiyar Əliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.04 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rafael Cəbrayılov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.06 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.08 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

27. Azərbaycan  Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.09 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

28. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.09 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.10 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 83
Nəticə: Qəbul edildi

30. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.12 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

31. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.14 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

32. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rafael Cəbrayılov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

33. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi


34. “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.20 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

35. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rafael Cəbrayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

36. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rafael Cəbrayılov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 88
Nəticə: Qəbul edildi

37. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rafael Cəbrayılov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

38.  Babək rayonunun Qoşadizə kəndinin Babək qəsəbəsinə birləşdirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Arif Rəhimzadə, İsa Həbibbəyli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.29 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

39. Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Rafael Cəbrayılov, Fəzail Ağamalı, Asim Mollazadə, Şəmsəddin Hacıyev, Məlahət İbrahimqızı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.39 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 


 
MİLLİ  MƏCLİSİN  İCLASI

30 sentyabr  2015-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, yerlərinizi tutasınız. Dördüncü çağırış Milli Məclisin son sessiyasını açıq elan edirəm.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

Sədrlik edən. Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir  90
Yetərsay   83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, gündəlikdə 39 məsələ var. Bu say sizi çox qorxutmasın. Burada çoxlu beynəlxalq sazişlər, qanuna dəyişikliklər var. Ona görə, hesab edirəm ki, birbaşa gündəliyə keçək. Etiraz yoxdur ki? Gündəliyin 1-ci məsələsi Milli Məclisin 2015-ci il payız sessiyasının qanunvericilik işləri planı barəsindədir. Fikri olanlar buyursunlar. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də payız sessiyasının açılışı münasibəti ilə bütün həmkarlarımı təbrik edir, yenidən namizədliyini irəli sürmüş həmkarlarıma uğurlar arzulayıram.
Azərbaycanda əhalinin sosial müdafiəsinin güclən-dirilməsi, səhiyyə qanunvericiliyi sahəsində görülən işlər göz qabağındadır. Bu məsələ cənab Prezidentin həmişə diqqəti və qayğısı altındadır. O cümlədən uşaqların icbari dispanserləşdirilməsi, sağlamlıqlarının qorunması ilə bağlı  Milli Məclis dəyərli qanunlar qəbul edir, habelə cənab Prezidentin göstərişi ilə hər il əhalinin dispanserləşdirilməsi həyata keçirilir. Mənim təklif etdiyim məsələ uşaqların anadangəlmə lal-karlığının aradan qaldırılmasının  həllinə yönəlik bir məsələdir. Hesab edirəm ki, biz bu sahədə  qanunvericilikdə  müəyyən əlavə və dəyişiklik etsək, yerinə düşər. Məsələ burasındadır ki, anadangəlmə lal-karlıq uşaqlar hər iki eşitmə aparatında problem ilə doğulduqları halda baş verir və 3 yaşına qədər cərrahi müdaxilə,  yaxud konkret olaraq qulağa implant qoyulması baş verməsə, bu uşaq ömrü boyu anadangəlmə lal-kar kimi qalır, həm dövlətə, həm ailəsinə yük olur, həm də özünə problemli bir həyat qazanır. Azərbaycanda çox deyil, ildə təxminən 130–150 nəfər belə uşaq doğulur ki, hər iki qulağının eşitmə aparatında problem olur. Hazırda müasir tibb texnologiyasının tətbiqi ilə koxlear implantasiya deyilən bir əməliyyat etməklə bu problem tamamilə aradan qalxır və uşaq digər normal yaşıdları kimi öz həyatına davam edir.
Azərbaycanda artıq koxlear implantasiya tətbiq olunur, istər özəl, istərsə də dövlət klinikalarında, xüsusən Tibb Universitetinin Cərrahiyyə korpusunda bu iş çox gözəl qurulubdur və uğurla da həyata keçirilir. Bu implantın alınıb gətirilməsi, bundan sonra surdoloji xidmət, uşaq doğularkən hər iki qulağında eşitmənin vəziyyətinin hələ doğum evində müəyyənləşdirilməsi üçün lazım olan avadanlıqların alınmasına, təbii ki, müəyyən xərclər lazımdır. Belə əməliyyatlar 15–20 min manata başa gəlir. Dövlət müəssisələrində isə bunu daha ucuz həll etmək olar. Bütövlükdə Azərbaycanda bu problemi həll etmək üçün iki, iki milyon yarım vəsait bəs eləyəcək. Amma bundan ötrü qanunvericilikdə müvafiq dəyişiklik olmalıdır ki, bu məsələ dövlət proqramına salınsın.
İndi Heydər Əliyev Fondunun müəyyən dəstəyi ilə Səhiyyə Nazirliyi öz imkanları daxilində bu işi qismən həyata keçirir. Amma bütövlükdə Azərbaycanda 150 uşağın buna ehtiyacı varsa, yeni doğulan uşaqlarda bunu həll eləməyə, mən hesab edirəm ki, dövlətin imkanı çatar və millət vəkilləri də dəstək verərlər. Onu da deyim ki, əgər 3 yaşına qədər uşaqlarda  implant qoyulmasa, onların nitq qabiliyyəti inkişaf eləməsə,  bunun heç bir əhəmiyyəti olmaz. Buna görə mən xahiş eləyirəm ki, bizim səhiyyə qanunvericiliyimizə müvafiq dəyişikliklər edilməsinə Milli Məclis ya icazə versin,  ya da tövsiyə etsin, yaxud da bir surdoloji reabilitasiya haqqında qanun layihəsi işləyək, hazırlayaq. Bununla həmin uşaqların problemini tamamilə həll etmiş olarıq.
Digər bir məsələ müəllimlərin və həkimlərin ipotekası ilə bağlı qaldırmaq istədiyim məsələdir. Bilirsiniz ki, sosial ipotekanın şərtləri və imkanlarının genişləndirilməsi üçün cənab Prezident əlavə vəsait ayrılması barədə hökumətə və konkret olaraq Mərkəzi Banka öz tapşırıqlarını veribdir. Amma müəllim və həkimlərin maaşlarının indi qoyulan normativlərə kifayət qədər çatmaması səbəbindən onların əksəriyyəti bu ipotekadan istifadə edə bilmir. Təklif edərdim ki, bizim ipoteka haqqında qanunvericilikdə müvafiq dəyişikliklər olsun. Müəllim və həkimlər xüsusi kateqoriya şəxslər kimi sosial ipotekadan yararlana bilsinlər. Hökumət və Mərkəzi Bank bunun şərtlərini özü müəyyənləşdirə bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli həmkarlar, payız sessiyasının işə başlaması münasibəti ilə sizi təbrik edir, habelə qarşıdakı seçki dönəmində müba-rizəyə qoşulan hər kəsə millətimiz adına, dövlətimiz adına uğurlar diləyirəm. Qarşıdakı mübarizədən uğur qazanıb ye-nidən parlamentə dönəcək və yaxud bu statusu yeni qazanacaq hər kəsin Azərbaycanda hüquqi dövlət qurucu-luğu məsələsində daha fəal, uğurla iştirak eləməsini arzulayıram.
Hörmətli cənab Sədr, dediyiniz kimi, vaxta qənaət naminə qısa təkliflərimi səsləndirmək istəyirəm. Birinci məsələ, –xatırlayırsınızsa, bir müddət öncə Azərbaycan dövləti də bu məsələyə çox ciddi reaksiya verdi, –  cəbhə xətti boyunca baş verən hadisələrin mediaya müəyyən bir formada nəzarətsiz yansıması, nəzarətsiz daxil olması, informasiya təhlükəsizliyi maraqları baxımından əleyhimizə işləməsi ilə bağlıdır. Bir sıra hallarda düşmən ilə sinxron, eyni təbliğat bəzən içərimizdə gedir. Ordu həm də mənəvi-psixoloji varlıqdır. Əlində silah tutan  robot deyil,  insandır, arxa cəbhədən məlumatlar alır. Ona görə də dövlət  ölkə rəhbərinin imzası ilə xüsusi bir sərəncam – cəbhə xətti boyunca təhlükəsizliyin gücləndirilməsi ilə bağlı müəyyən orqanların vəzifəsini özündə ehtiva edən sənəd qəbul elədi. Amma ondan sonrakı dövrdə də müşahidə elədiyimiz bəzi problemlər qalmaqdadır. Ona görə də mən təklif edirəm ki, bizim KİV haqqında qanunvericilikdə dəyişiklik olsun.
Söhbət nədən gedir? Məsələn, cəbhə xəttində son aylar  vəziyyətin kifayət qədər gərginlədiyini hər kəs bilir. Hətta ayrı-ayrı hallarda lokal toqquşmalar olur. Bəzən xəbərlərdə artilleriya qurğularının işə düşəcəyi məsələləri də yayılır. Ancaq bunlar mərkəzləşmiş şəkildə baş verəndə, – həqiqətən də dövlətin bəlli bir xətti burada işləyir, –  cəmiyyət bununla nəfəs alır, öz həyatını bununla qurur. Əlbəttə, biz hərbi vəziyyət haqqında qanunun şərtlərini başa düşürük. Bu hətta keçmiş sovet dövründən  də fərqli olaraq bütün siyasi fəaliyyətin məhdudiyyəti  və sair deməkdir. Əgər hərbi vəziyyət elan olunmayıbsa, bu o demək deyil ki, bütün KİV-in qeyri-məhdud dərəcədə hərbi məsələlərə çıxışı olmalıdır. Məsələn, bir neçə gün öncə Azərbaycan əsgəri, Azərbaycan zabiti cəbhədə düşmənə çox ciddi zərbələr vurmuş oldu və bu, xəbərlərdə yayımlandı. Amma mən diqqət elədim, bu xəbər kütləvi informasiya vasitələrində neçənci yerdə idi. Yəni xüsusi bir özəl münasibətim olmasa da, haqq və ədalətlə deyərdim ki, ANS kanalı  xəbər planında onu birinci verməyi özünə borc bildi. Bu, bir milli vəzifədir. Bəlkə biz  KİV haqqında qanuna dəyişiklik eləməliyik ki, Müdafiə Nazirliyinin xəbəri birinci yerə qoyulmalıdır. Xəbər sahəsində işləyənlər bilirlər ki, bunun 3-cü, 5-ci, 7-ci xəbər yerində verilməsi cəmiyyətdə bunun elə 7-ci dərəcəli məsələ olduğu təəssüratını doğurur. Bu aradan qalxsın deyə, nə qədər ki müharibə qurtarmayıb, bizim bütün özəl və dövlət media qurumları üçün vahid bir vəzifə olmalıdır ki, Müdafiə Nazirliyinin məlumatları cəbhə xəbərləri kimi ön planda saxlansın. Buna hər kəs əməl eləməlidir, çünki dünən Müdafiə Nazirliyinin bəyanatında belə fikirlər yayılıb ki, guya ayrı-ayrı şəxslərin ölümü ilə bağlı verilən adlar yanlışdır. Bunu götürüb dərc eləmək olmaz, bu bizim maraqlarımıza zərbə vurur, çünki düşmənlə biz  həm də informasiya səngərindəyik və informasiya müharibəsi bu müharibənin başqa bir hissəsidir. Birinci bunu təklif eləmək istədim, cənab Sədr.
İkinci, parlament olaraq keçmişdə çox gözəl qanun qəbul etmişdik. Hər iki valideynini itirmiş şəxslərin 23 yaşına qədər təhsil haqlarını  dövlət öz üzərinə götürür. Bu çox humanist bir tədbirdir. Lakin gerçəklikdə belə bir vəziyyət yaranır, hörmətli cənab Sədr. 23 yaşına qədər şəxs, məsələn, təhsilin birinci pilləsini başa vurur, sonra  magistraturaya daxil olur. Bir ili başa vurandan sonra, yəni 22 yaşından 23 yaşına keçiddə magistraturanın birinci pilləsini qurtarır, ikinci ili o artıq  həmin təhsil haqlarının qarşısında aciz qalır. Bu xərclər isə təxminən 2000–2500 manat civarındadır. Mən hesab edirəm, biz nəzərə almalıyıq, bu, əlillik durumu deyil ki, sağalsın və bir tibbi müayinə ilə vəziyyəti özünə qayıtsın. O, hər iki valideynini itirib, deməli,  bunlar artıq qayıtmayacaqlar və dövlət də öz humanizmini sona qədər çatdırmalıdır. Qanunda belə bir bənd artırıla bilər ki, 23 yaşına qədər bu təhsil sisteminə başlayanlara təhsillərini başa vurmaq hüququ verilsin, bu məsələyə parlament baxa bilər.
Sonuncu təklifim, cənab Sədr, nə ilə bağlıdır? Təhsil Nazirliyi qəbul siyasətində bu mərhələdə çox inqilabi bir addım atdı. Çünki biz uzun illər ərzində aşağı bal ilə daxil olanların aşağı ballı universitetləri yaşatmaq siyasətinin tərkib hissəsi olduğunu, sadəcə, biznesə önəm verən, təhsili kənarda saxlayan universitetlərə yem olduğunu deyirdik.  Bu il keçid balı 150-dən 250-ə qaldırıldı və düşünürəm, bəlkə  gələcəkdə bu məsələyə də baxılacaq ki, ümumiyyətlə, keçid balı daha yuxarı olsun. Biz cəmiyyətə keyfiyyətli, istedadlı, qabiliyyətli, intellektual insanlar istehsal eləyib buraxmaq istəyirik. Bunlar gələcəkdə dövlət quruculuğunda, ictimai və sosial həyatın bütün sahələrində əsas rol oynayacaqlar. Ona görə də düşünürəm ki, biz bu tələbə qəbulu ilə bağlı xüsusi bir qanun qəbul etməliyik. Mən inkar eləmirəm ki, ötən illər ərzində Azərbaycanda tələbə qəbulu ilə bağlı son dərəcə yüksək, çox ədalətli, hədsiz demokratik,  qanunauyğun bir proses getməkdədir. İndi artıq tələbə qəbulu prosesinə kənar əllər, çirkli əllər bulaşa bilmir. Hamı etiraf eləyir ki, o binaların qarşısını zamanında kimlər isə ticari bir məkana çevirmək istəyirdilər, o əllər kəsilib. İndi ola bilər ki, ABU əvəzinə insanlar Ukraynaya və digər məkanlara üz tutmaqdadırlar. Bu var, bunu inkar eləmək olmaz. Amma ölkədə  qəbul prosesi şəffaf gedir. Hesab edirəm ki, biz bunu qanunla qəbul eləsək ki, keçid balları bir formada qərarlaşsın, bu artıq hər kəs üçün bəlli bir səviyyə yarada bilər. Cənab Sədr, mən bilirəm ki, bizim cəmi iki iclasımız qalıbdır. Ən azı bu təkliflər səsləndi. Əminəm ki, V çağırış parlament dönəmində bu sənədlər də qəbul oluna bilər. Diqqətiniz üçün təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Amma Zahid müəllim, hər şey Milli Məclisin qanunu ilə idarə olunmur. Bizim o boyda Nazirlər Kabinetimiz var, onun da qərar vermək ixtiyarı var. Bu məsələ Nazirlər Kabinetinin qərarı ilə ola bilər. Biz hər şeyi Milli Məclisdə həll eləməli deyilik ki. Buyursun Qənirə Paşayeva.
Q.Paşayeva. Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də digər həmkarlarıma qoşularaq seçkilərdə iştirak edən bütün həmkarlarımıza uğurlar arzu edir və 2015-ci ilin payız sessiyasının qanunvericilik işləri planı ilə bağlı bəzi təklifləri  səsləndirmək istəyirəm. İlk öncə həmkarım Musa müəllimin təklifini dəstəkləyirəm. Bu çox ciddi bir məsələdir. Çox sayda ailələr müraciət edir, çünki eşitmə qabiliyyəti tamamilə olmayan və ya çox zəif olan onlarla övladımız doğulur və bu uşaqlar bir müddətdən sonra eşitmə qabiliyyətləri olmadığı üçün danışa da bilmirlər. Dövlət onlara 18 yaşına qədər müavinət verir, 18 yaşından sonra da ömürlərinin sonuna qədər pensiya alırlar. Bu, böyüyən gəncimizin özü üçün çox böyük problemdir, çünki eşidə bilmir, sonra da danışa bilmir. Təbii ki, sosial həyata da adaptasiya edə bilmir, dövlət hər ay kifayət qədər vəsait ödəyir. Amma zamanında biz bu uşaqların daxili qulağının protezləşməsi əməliyyatına dəstək olsaq, onları xilas edə bilərik. Bu uşaqlar da gələcəkdə təhsil alaraq həyatın bütün istiqamətlərində çalışa bilərlər,  dövlət büdcəsindən də bu qədər vəsait ayrılmaz.
Bizə çox sayda ailələr müraciət edirlər. Söhbət ondan gedir ki, bu əməliyyatlar özəl klinikalarda bahadır. Amma bildiyim qədər indi dövlət müəssisələrində, – Əhliman müəllim buradadır, – Tibb Universitetinin klinikalarında artıq bu istiqamətdə iş gedir, bu əməliyyatların həyata keçirilməsi imkanları genişlənir. Mən də Musa müəllimin təklifini dəstəkləyirəm, əgər biz qanunvericilikdə müəyyən dəyişiklik və əlavələr edərək bu ailələrə kömək edə bilsək, Musa müəllimin vurğuladığı kimi, bunun üçün hər il ayrılan vəsait gələcəkdə dövlət büdcəsində qalacaq. Çünki bu uşaqlar əməliyyat oluna bilməsələr, gələcəkdə mütləq ya müavinət, ya da əlilliyə görə pensiya almalı olacaqlar. Ona görə mən də xahiş edərdim ki, bu məsələyə baxaq. Bununla biz belə uşaqlarımıza kömək etmiş olarıq.
Mən Musa müəllimin qaldırdığı ikinci məsələni də dəstəkləyirəm. Özəlliklə müəllimlər bu istiqamətdə çox müraciət edirlər. Cənab Prezidentin rəhbərliyi altında çox gözəl işlər görülür ki, insanlarımızın sosial ipotekadan yararlanması üçün imkanlar daha da genişlənsin. Bu çox önəmlidir ki, hərbiçilər yararlanırlar. Elm arxasınca gedən insanlarımız da sosial ipotekadan xüsusi güzəştlərlə yararlanırlar. Hesab edirəm ki, bu qrupların içərisinə müəllimlərin, xüsusən orta məktəb müəllimlərinin daxil edilməsi çox yaxşı olar. Çünki orta məktəb müəllimləri bugünkü ipoteka şərtləri ilə, demək olar ki, dövlətin bu dəstəyindən yararlana bilmirlər. Ona görə müəyyən güzəştlərlə, bəlkə vaxt güzəşti, ya da ödənişin həcmini hər ay bir az azaltmaqla müəllimlərə kömək etmiş olarıq ki, bu da onlar üçün çox önəmli bir dəstək olar.
Digər bir məsələni xahiş etmək istərdim, səbəbini də söyləyəcəyəm. Bizdə Reproduktiv sağlamlıq haqqında qanun layihəsi var, mən ona baxılmasını xahiş edərdim. Burada ziddiyyətli müddəalar, demək olar ki, çıxarılıb. Bu qanun layihəsinin müzakirəyə çıxarılması ona görə vacibdir ki, bu gün övladları olmayan onlarla ailə müraciət edir. Onlar tibbin imkanlarından yararlanmaq istəyirlər, süni mayalanma məsələsindən bəhs edən qanun layihəsinin Sosial siyasət komitəsindəki müzakirələrindən  televiziya vasitəsi ilə ictimaiyyətin xəbəri olub. Orada göstərilir ki, on ilə yaxın övladı olmayan ailələrə dövlət tərəfindən bu dəstək bir dəfə göstəriləcək ki, onlar süni mayalanmanı dövlət vəsaiti hesabına həyata keçirsinlər. Ona görə ictimaiyyət  xahiş edir ki, bu qanun layihəsi müzakirəyə çıxarılsın və onlar həmin müddəada göstərilən maddədən yararlana bilsinlər, çünki bu əməliyyatı həyata keçirmək üçün maddi imkanı olmayan kifayət qədər insan var.
Digər bir məsələ barədə də demək istəyirəm. Oqtay müəllim, sağ olun, bu məsələ müzakirə olunanda dediniz ki, bu məsələyə komitədə baxılsın. Məhz ondan sonra Sosial siyasət komitəsində bununla bağlı müzakirə gedir. Söhbət autizmdən əziyyət çəkən uşaqlar və onların ailələrinin müraciətlərindən gedir. Bu məsələnin qanunvericilik şəklində öz həllini necə tapması ilə bağlı Sizin də fikriniz oldu ki, bu məsələyə, doğrudan, baxılması lazımdır. Bu məsələyə də qanunvericilik çərçivəsində baxılması  bu xəstə uşaqlarımızın gələcəyi deməkdir ki, onları indidən xilas etsək, sağlamlığını itirmiş xeyli uşağı, əslində, biz həyata qaytara bilərik və bununla bağlı  əksər ölkələrdə proqramlar qəbul olunur. Bizdə də bunun ilkin müzakirəsi lazımdır, nələr edə bilərik ki, bu ailələrə daha çox dəstək göstərilsin.
Mən sonda qeyd etmək istəyirəm ki, İctimai yerlərdə siqaretin çəkilməsi haqqında qanun layihəsi də hazırdır. Bunun vacibliyini mütəxəssislər də irəli sürür və mən də xahiş edərdim ki, yaxın zamanda bu məsələlərə baxılsın. Qanun layihələri də, demək olar ki, hazır şəkildədir, təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun. Hörmətli Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Payız sessiyasının başlanması münasibətilə mən də hamını təbrik edirəm, işlərində uğurlar arzulayıram. Payız sessiyasının qanunvericilik işləri planında kifayət qədər vacib qanunvericilik sənədləri öz əksini tapıb. Amma burada sayın az olmasını  mən bu cür izah edərdim ki, Azərbaycan öz inkişafının yeni mərhələsinə keçir və bu yeni mərhələdə yeni modelin tətbiqinin məntiqindən və tələblərindən çıxış edərək əsas güc qanunvericilik sənədlərində əlavə və dəyişikliklərə veriləcək. Bu nöqteyi-nəzərdən bəzi fikirləri həm qanunlar, həm də qanunvericiliyə edilən əlavə və dəyişikliklər kontekstindən bildirmək istərdim.
Birinci, qeyd eləmək istərdim ki, əgər model dəyişirsə, xammala əsaslanan modeldən insan kapitalına əsaslanan modelə keçiriksə, onda insan amilinə üstünlük verilən məqamların qanunvericilikdə öz əksini daha çox tapması istiqamətində təkmilləşdirmələr getməlidir, bu baxımdan “Təhsil haqqında” Qanunun tələblərindən irəli gələn bir neçə yeni qanunun, məsələn, Ali təhsil haqqında və bir sıra digər qanunların qəbulunun sürətləndirilməsini vacib hesab edirik.
İkinci məqam kimi qeyd eləmək istəyirəm ki, indi bilavasitə qənaət rejiminə keçsək də, çox doğru olaraq sosial sahədə heç bir qənaət yoxdur, bütün sosial proqramlar və layihələr həyata keçirilir. Bu nöqteyi-nəzərdən  qanunvericilik sənədlərində də, yəni bu siyasətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlarda da, hesab edirəm ki,  yeni sosial layihələrin həyata keçirilməsi istiqamətində qanunvericilikdə də dəyişikliklər edilməlidir. Bu istiqamətdə bir məqam qeyd edildi, bir balaca fərqli formada demək istəyirəm  ki, əgər ipoteka kreditlərinə əlavə olaraq vəsait ayrılırsa, bu, kifayət qədər nəzərə çarpan 200 milyon manat məbləğindədirsə, deməli, hökumət bu istiqamətdə ciddi addımlar atmaq istəyir və bu addımlara əlavə olaraq gənc ailələrin bilavasitə ipotekadan faydalanması istiqamətində qanunvericilik sənədlərində dəyişikliklərin edilməsi, bu prosesi sürətləndirməkdən ötrü isə sosial evlər layihəsinin öz əksini tapması istiqamətində dəyişikliklərin edilməsini vacib hesab edirik.
Vacib olanlardan biri də qanunvericilik sənədlərində son illərdə özünü əks etdirən mütərəqqi məqamlardır. Mən qanunvericilik sənədlərində əlavə və dəyişikliklər edilən zaman bələdiyyələrin,  bir də qeyri-hökumət təşkilatlarının rolunun artırılması istiqamətində əlavələrin edilməsini alqışlayıram, amma indiki dövrün tələblərindən çıxış edərək dəyişikliklər zamanı bura bir neçə məqamın da əlavə edilməsini vacib hesab edirəm.
Birinci, maraqların münaqişəsindən  maraqların harmoniyasına keçid istiqamətində dəyişikliklərin  edilməsi, ikinci isə dünyada gedən indiki proseslərin tələblərinə, həmin çağırışlara uyğun surətdə iqtisadi təhlükəsizlik məqamlarının qanunvericilikdə əlavə və dəyişikliklərdə nəzərə alınmasını vacib hesab edirik.
Sosial məqamlardan danışan zaman isə bir qanunla bağlı fikrimi bildirmək istəyirəm ki, indi Azərbaycanda əmək haqqı 500 manat altındadır, təhsil haqları isə aşağısı 1000 manat, yuxarısı isə 5000 manatdır. Ali təhsil alan tələbələrdən bilavasitə üç nəfərdən ikisi ödənişli təhsil alır və  əmək haqları arasında  olan belə nisbət şəraitində Təhsil kreditləri haqqında qanun layihəsinin də sürətləndirilməsini vacib hesab edirik. Ümumiyyətlə götürəndə, payız sessiyasının gündəliyinə daxil olan qanunvericilik sənədləri çox vacibdir, həmin qanun layihələrinin qəbul edilməsi prosesində hamıya uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri və media nümayəndələri! Mən də həmkarlarımı payız sessiyasının başlanması münasibətilə təbrik edirəm. Həm də öz namizədliyini irəli sürmüş həmkarlarıma qarşıdan gələn seçkilərdə uğurlar arzulayıram. Hörmətli Oqtay müəllim, biz hamımız bu yaxınlarda şahidi olduq ki, Azərbaycan ordusu işğalçı ordunun bir neçə əsgərini öldürəndən sonra ATƏT-in Minsk qrupu yenidən bir bəyanatla çıxış elədi və öz narahatçılığını dilə gətirdi. Halbuki bundan öncə, Azərbaycanın dinc sakinləri işğalçı ordunun əsgərləri tərəfindən qətlə yetiriləndə biz bu münasibəti, bu reaksiyanı görməmişdik. Bu sonuncu hadisə bir daha təsdiq elədi ki, əslində, 23 ildir, formalaşdırılmış ATƏT-in Minsk qrupu bu problemin həllində acizdir, baxmayaraq ki, həmin Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçıları mütəmadi olaraq bəyanatlarla çıxış edirlər ki, status-kvo qəbuledilməzdir, amma özləri status-kvonu qoruyub  saxlamaq fikrindədirlər, işğalçı dövlətə hər hansı bir sanksiya tətbiq etmək və ya təsir göstərmək fikrindən çox uzaqdırlar.
Sonuncu hadisələrdən sonra düşünürəm ki, – parlament olaraq bizim bir neçə iclasımız qalıb,  – Dağlıq Qarabağ məsələsi mütləq Milli Məclisin qalan iclaslarından birinə salınmalıdır. Biz ölkənin tanınmış ziyalılarını, tanınmış KİV rəhbərlərini, təhlükəsizlik məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının rəhbərlərini, o cümlədən ölkənin müdafiə  və xarici işlər nazirlərini də dəvət etməliyik və bu məsələ parlamentdə müzakirə olunmalıdır.  Dünya birliyinə də mesajımızı verməliyik ki, Azərbaycan  artıq işğalla barışmaq fikrində deyil. İndi görürük ki, dünyada ümumi daxili məhsulun 12–14 faizini istehsal eləyən və 500 milyon  əhalisi olan Avropa Birliyinə bir neçə yüz min qaçqın gəlib,  onlar hansı panik durumdadırlar, hansı həyəcanı keçirirlər. Bu zaman beynəlxalq humanitar hüququn da bütün prinsipləri tapdalanır, qaçqınlara göstərilən təzyiqləri  və sairi də görürük.  Belə olduğu halda 1 milyon qaçqını 9  milyonluq Azərbaycan görün bu illər ərzində necə saxlayır. Onlar əmlaklarını və iş yerlərini itiriblər, bu gün bir çoxu hələ də işlə təmin olunmayıb, hələ də acınacaqlı vəziyyətdə  yataqxanalarda yaşayanlar var. Ona görə də  müzakirə etməliyik ki, bundan sonra biz nə edək? Dağlıq Qarabağ məsələsi  öz həllini necə tapmalıdır? Bunun üçün qeyd etdiyim kimi, ölkənin tanınmış simalarının iştirakı ilə bu məsələnin Milli Məclisdə müzakirəsinə çox böyük ehtiyac var. Mən düşünürəm ki, bu məsələni mütləq sonuncu iclaslardan birinin gündəliyinə salmalıyıq və Azərbaycan ordusu da çalışmalıdır ki, Azərbaycanın işğal olunmuş torpaqlarını işğalçılardan azadetmə əməliyyatına başlamazdan öncə sərhəddə Ermənistan mütəmadi olaraq itkilər versin. Məhz bu itkilərin nəticəsidir ki, Ermənistan panik durumdadır, əhali ölkəni tərk edir, bilirik ki, hər il 8 min erməni Ermənistandan birdəfəlik çıxıb gedir. Buna görə də bu hadisələr ara-sıra baş verməməlidir, Azərbaycan ordusu mütəmadi olaraq Qarabağdakı erməni əsgərlərini məhv eləməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Sağ olun, cənab Sədr. Hörmətli sədarət! Mən də təbriklərə qoşuluram, hamınıza ürəkdən can sağlığı və müvəffəqiyyət arzulayıram. Sizin dediyiniz kimi,  bilirəm ki, 2013–2015-ci illərdə Sizin razılığınızla və Aparatın rəhbəri Səfa müəllimin əmri ilə  tətil vaxtı  müraciət eləyən deputatların cəbhə bölgələrinə göndərilməsi barədə Sizin fikriniz, razılığınız olub. Əlbəttə, mən həmin müddətdə cəbhə bölgələrində  8–10 gün olmağımla əlaqədar fikrimi söyləmək istəmirəm, amma bir məsələni demək istəyirəm ki, bizim bu qanunvericilikdə göstərilən məsələlərdə iki istiqamət gördüm, birincisi cəbhə ilə əlaqədar, ikincisi isə əhalinin sosial rifahı və ümumiyyətlə, sosial məsələlərlə əlaqədar. Mənə elə gəlir ki,  birinci məsələ, yəni ölkənin üzləşdiyi məsələlərlə, yəni erməni təcavüzü, digər ölkələrin təcavüzləri ilə əlaqədar  burada fikir səsləndirildi, həmkarım Qüdrət müəllim də səsləndirdi, yaxşı olar ki, Qərbi Azərbaycan və Qarabağ məsələsi Milli Məclisin gündəliyinə çıxarılsın. Əgər təkcə Qarabağla əlaqədar məsələni müzakirə eləsək, belə çıxır ki, Qərbi Azərbaycan məsələsini yaddan çıxarır və unuduruq. Bunlar 200 il ərzində Azərbaycana qarşı olan itki və tələfatlardır, Azərbaycanın əraziləri hissə-hissə tarixi məqamlardan istifadə edilərək işğal edilmişdir. Yaxşı olar ki,  biz millət vəkilləri və sədarət bu məsələnin gündəliyə salınması barədə fikirləşək. Lakin qanunvericiliyə baxanda millət vəkillərinin və sədarətin bu barədə düşünməməsi məni təəccübləndirir.
“Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun 5 ildir, yəni 1998-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən təsdiq olunub.  Azərbaycan  MDB ölkələri içərisində bu qanunu ilk  qəbul edən ölkələrdən biri olub. Səkkiz ay sonra Rusiya Federasiyası da bu qanunu qəbul edib, amma 14–15 dəfə həmin qanunda əlavə və dəyişikliklər olub. Amma 1998-ci ildə imzalanan bu qanunda biz  indiyədək heç bir əlavə və dəyişikliklər etməmişik. Hesab edirəm ki, bu məsələ komitədə müzakirə olunub, amma komitədən sonra Milli Məclisin müzakirə olunası məsələləri sırasında səsləndirilmir. Bu qanun  büdcəyə ziyan vermir, əksinə, Azərbaycanın korrupsiyaya qarşı mübarizəsini daha da gücləndirir. Misal üçün, adam var ki, evini girov qoyub kredit götürmək istəyir. Bank isə deyir ki, Zaqataladakı, yaxud Kürdəmirdəki ev mənə lazım deyil, əmlak Bakı şəhərində  olmalıdır. Yaxud da ayrı-ayrı kredit müəssisələrinin özlərinə xidmət edən qiymətləndirici firmaların təsis edilməsi bu qanunvericilikdə nəzərdə tutulmur. Əksinə, qanunvericilikdə göstərilir ki, qohumluq əlaqəsi və yaxud marağı olan heç bir  məqama yol verilmir. Ona görə də mən hesab edirəm ki, həm büdcəmiz, həm əhalinin rifahı, həm də iqtisadi demokratiyanın bərqərar olması üçün parlament səviyyəsində bu qanunun  gündəliyə salınması, payız sessiyasında müzakirə edilərək qəbul edilməsi barədə, cənab Sədr, Sizin və hörmətli millət vəkillərinin fikirləri bir olarsa, bu daha məqsədəuyğun olar. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xanhüseyn müəllim, bir fikir işlətdiniz ki, Səfa müəllimin əmri ilə. Səfa müəllim əmr verə bilməz ki, millət vəkili harasa getsin. Bəlkə də ezamiyyətə göndərmək haqqında dediniz, xahiş edirəm, elə şeylərdə bir az diqqətli olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır, yəni mən deyirəm ki, cümlə düz işlənsin. İkincisi, Siz İqtisadi siyasət komitəsinin üzvüsünüz, komitənin sədri buradadır, qanun layihələri varsa, müzakirəyə çıxmalıdırsa, əvvəl komitələrdə çıxmalıdır. Müzakirə edin, gəlsin çıxsın, əgər hazır qanundursa, yay ayları o qədər vaxt olub, gərək   məsələni qaldıra idiniz, bu plana salına idi. Deyirsiniz, buna bir daha baxarıq.
Əgər başqa çıxış eləyən yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, payız sessiyasının gündəliyində qanun-vericilik işləri planı qəbul olundu.
Gündəliyin ikinci məsələsinə keçirik. Bu, Səriyyə Seyidovanın Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələdir. Buyursun Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov.
R.Cəbrayılov,  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli həmkarlar! Səriyyə Seyid qızı Seyidovanın Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə yenidən təyin olunmasına dair ölkə Prezidentinin məktubu parlamentə daxil olub. Səriyyə Seyid qızı Seyidovanın tərcümeyi-halı hörmətli həmkarlarıma paylanıb. O, peşəkar hüquqşünasdır, uzun illər hüquqi fəaliyyətlə məşğul olub. 1990-cı ildən bilavasitə məhkəmə hakimiyyəti sistemində çalışıb. 2000-ci ildən isə müxtəlif məhkəmə orqanlarında hakim vəzifəsini daşıyıb. Düşünürəm ki, ölkə Prezidentinin Səriyyə Seyid qızı Seyidovanın yenidən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmasına dair etimadı dəstəklənməli və bu təyinata razılıq verilməlidir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Səriyyə xanım, təbrik edirik, işlərinizdə müvəffəqiyyətlər. 
Gündəliyin 3-cü məsələsi 2015-ci il aprelin 28-də Azər-baycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazları barədə Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsidir. Buyursun Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Nəzərinizə çatdırmaq istəyirəm ki, hörmətli Sədrimizin dediyi kimi, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2015-ci il aprelin 28-də “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” Qanun qəbul olunmuş və imzalanmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edilmişdir. Qanunun bəzi müddəaları Azərbaycan Respublikası Konstitusiyasının və Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun müəyyən maddələrinə uyğun gəlmədiyi üçün Azərbaycan Respublikasının Prezidenti onu imzalamadan geri qaytarmışdır. Aqrar siyasət komitəsi 2015-ci il sentyabrın 18-də keçirdiyi iclasda bu məsələyə baxaraq “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifinin qəbul edilməsini Milli Məclisə tövsiyə etmişdir. Hesab edirəm ki, bu təklifi qəbul etmək olar. Hörmətli həmkarlarımdan xahiş edirəm, buna səs verək.
Sədrlik edən. Xahiş edirəm, qərara münasibət bildirək. 
 
Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qərar layihəsi qəbul edildi.
Növbəti dördüncü məsələ Vətəndaşların müraciətləri haqqında qanun layihəsi barədədir (üçüncü oxunuş). Buyursun Rəbiyyət Aslanova.
R.Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Hörmətli millət vəkilləri! Bu gün Vətəndaşların müraciətləri haqqında  Azərbaycan Respublikasının qanun layihəsi üçüncü oxunuşda sizin müzakirənizə təqdim olunur. Vətəndaşların müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyən və vəzifəli şəxslərin müraciətlərinə baxılması qaydasını müəyyən edən bu sənəd demokratik cəmiyyətdə dövlət–vətəndaş münasibətlərinin yüksələn xətt üzrə təkamülünü təmin edən sənədlərdən biridir. Bu baxımdan  qanun layihəsinin önəmi olduqca vacibdir. Əslində, milli qanunvericiliyimizdə mövcud olan bütün qanunların hər biri dövlət–vətəndaş münasibətlərini tənzimləyən bir sənəddir. Ancaq bunlar həmin münasibətləri müxtəlif aspektlərdən tənzimləyir. Bütün bu qanunlar dövlət–vətəndaş münasibətlərini iqtisadi, siyasi, sosial və mədəni baxımından tənzimləyir. Ancaq “Vətəndaşların müraciətləri haqqında” Qanunun özünəməxsusluğu ondan ibarətdir ki, bu sənəd hər bir vətəndaşın dövlət idarəçiliyində öz fəallığını, vətəndaş məsuliyyətini ortaya qoyur. Vətəndaşın müraciət hüququ onun konstitusion hüququdur. Hər bir kəsin dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq onu narahat edən, cəmiyyətdə mövcud olan hər hansı bir neqativ hallarla əlaqədar yuxarı instansiyalara, vəzifəli şəxslərə, mərkəzi icra hakimiyyəti orqanlarına müraciət etmək hüququ var. Belə bir hüququn məhdudlaşdırılması qanunla yolverilməz haldır.
Bu gün Azərbaycan vətəndaşının müraciətlərinə baxıl-ması, onlara həssas münasibətin göstərilməsi dövlət başçımız tərəfindən xüsusi diqqətin ayrıldığı bir sahədir və təsadüfi deyil ki, hər ay mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər işçiləri ayrı-ayrı bölgələrdə məhz bu insanların müraciətləri, təklifləri, tövsiyələri ilə tanış olur və nəticədə  Azərbaycan gerçəkliyində bu münasibətlərin sivil yolla inkişafına yardım edir. Qanun layihəsi iki oxunuşda müzakirənizə təqdim olunmuşdu və hər müzakirədən sonra hörmətli millət vəkillərimizin tövsiyələri, iradları nəzərə alınaraq qanun layihəsi daha təkmil bir şəkildə bu gün üçüncü oxunuşda sizə təqdim olunur. Əlbəttə ki, sənəd olduqca vacib sənəddir, 17 maddənin hər birinə bu və ya digər dərəcədə dəyişikliklər edilmişdir və sənədlə tanış olarkən bir daha görürük ki, bu gün hər bir vətəndaşın müraciətinə həssaslığın bariz nümunəsi olan bu sənədə səs verməyimiz gələcəkdə cəmiyyətdaxili münasibətlərin daha sivil formada inkişafına kömək edəcək. Sənəd sizin müzakirənizə təqdim olunur, sənədlə hər biriniz tanışsınız və hesab edirəm ki, sənədə səs verərək qəbul etməyimiz bu gün tarixi bir zərurətə çevrilə bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa fikir, başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirək.

                       
 

Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 5-ci və 12-ci məsələlər beynəlxalq sazişlərdir. Xahiş edirəm, səsvermələrdə diqqətli olaq. 5-ci məsələ NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun Baş katibi arasında məktublar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqındadır. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkil-ləri!  Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun Baş katibinin müzakirənizə təqdim olunmuş məktublarının mübadiləsi formasında olan Saziş layihəsi Azərbaycanla NATO arasında əməkdaşlığın hüquqi bazasının daha da möhkəmləndirilməsi baxımından olduqca vacibdir. Bilirsiniz ki, xeyli müddətdir, Azərbaycan silahlı qüvvələrinin 90 nəfərdən çox hərbçisi  Əfqanıstanda sülhyaratma missiyasında çox yaxından iştirak edir. Bu iştirakın, eyni zamanda, əməkdaşlığın digər formalarının möhkəmləndirilməsi, hüquqi bazasının daha da genişləndirilməsi və gücləndirilməsi baxımından bu sazişin olduqca böyük əhəmiyyəti var. Hesab edirəm, Azərbaycanın milli maraqları baxımından olduqca vacib bir sazişdir və sizin hamınızı bu sazişə dəstək verməyə dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Xahiş edirəm, sazişə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti saziş “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyursun Azər Kərimli.
A.Kərimli, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Azərbaycan müstəqillik qazandıqdan sonra Bolqarıstanla ikitərəfli münasibətlər dinamik inkişaf etmişdir. Hələ ulu öndər Heydər Əliyev Bolqarıstana ilk rəsmi səfəri 1995-ci ildə etmiş və bu səfər ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafına yeni təkan vermişdir. Bundan sonra hər iki ölkə rəhbərinin dəfələrlə qarşılıqlı səfərləri olmuşdur və yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, Bolqarıstanın prezidenti cənab Rosen Plevneliyev İlk Avropa Oyunlarının bağlanış mərasimində  iştirak etmək üçün Azərbaycana səfər etmiş, oyunların yüksək səviyyədə təşkilinə görə dövlət başçımıza bolqar xalqının təşəkkürünü çatdırmışdır. Azərbaycanın Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz xarici siyasətimizdə dövlətlərlə ikitərəfli münasibətlərin inkişafına daha çox önəm verməliyik. Bu tezisi Avropanın bu yaxınlarda Azərbaycana qarşı qəbul etdiyi qərəzli, şər və böhtanla dolu qətnaməsi bir daha sübut etdi.
Bolqarıstan Azərbaycanla ikitərəfli münasibətləri ən yüksək səviyyədə olan Avropa dövlətlərindən biridir. Müzakirəmizə təqdim olunan “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında”  Birgə Bəyannamə isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ilin mart ayında Bolqarıstana rəsmi səfəri çərçivəsində imzalanmışdı. Bu bəyannamə dövlətlərarası münasibətlərin bütün sahələrini əhatə edir. Mən diqqətinizi bu bəyannamənin siyasi durumla bağlı bir hissəsinə cəlb etmək istərdim. Burada Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsip və normalarına, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunul-mazlığı əsasında sülh yolu ilə həll olunmasının əhəmiyyəti vurğulanmışdır. Bu səfəri zamanı möhtərəm cənab Prezident də öz çıxışında belə ədalətli mövqeyə görə Bolqarıstan tərəfinə öz minnətdarlığını bildirmişdi. Hesab edirik ki, bu birgə bəyannamə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə genişləndirilməsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün daha böyük zəmin yaradacaqdır. Millət vəkillərindən bu qanun layihəsinin lehinə səs vermələrini xahiş edirəm. Təşəkkür edirəm.


Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir

Sədrlik edən. Sağ olun, Azər müəllim. 6-cı məsələni səsə qoyuruq, buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul olundu, sağ olun.
Növbəti 7-ci məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Ziyafət müəllim, buyurun.
Z.Əsgərov. Sağ olun, Bahar xanım, təşəkkür edirəm. Hörmətli deputatlar! Bildiyiniz kimi, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın müxtəlif sahələri mövcuddur, o cümlədən hərbi əməkdaşlığımız da  çox sürətlə inkişaf edir. Xatırlamaq kifayətdir ki, elə bu yaxınlarda  Azərbaycan və Türkiyənin silahlı qüvvələrinin iştirakı ilə Azərbaycanda Turaz hərbi təlimləri keçirildi. Bu qəbildən olan sənədlərdən biri  bu gün  sizin müzakirənizə təqdim olunur. Bu memorandumda xüsusi təyinatlı birləşmələrin təliminin keçirilməsi ilə əlaqədar məsələlərin hüquqi çərçivəsi müəyyən olunur, habelə əməkdaşlığın formaları, maliyyələşdirilməsi məsələləri, eyni zamanda, bu memorandumun qüvvəyə minməsi, onun müddəti və digər məsələlər öz əksini tapıb. Hesab edirəm ki, əlbəttə, Türkiyə kimi dövlətlə belə sənədlərin imzalanması olduqca vacibdir və mən sizin hamınızı bu memorandum layihəsinə səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Təşəkkür edirik, Ziyafət müəllim. Başqa bir fikri olan yoxdursa, məsələni səsə qoyuram. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul olundu.
Növbəti 8-ci məsələyə keçirik. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə buyursun Ziyafət müəllim.
Z.Əsgərov. Sağ olun, Bahar xanım. Hörmətli deputatlar, bilirsiniz ki, bu qəbildən olan xeyli sənəd qəbul etmişik. Sizin müzakirənizə təqdim edilmiş Saziş Azərbaycanla  Özbəkistan arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması ilə bağlıdır. Bilirsiniz ki, Fövqəladə Hallar Nazirliyinin xətti ilə qonşu ölkələrə xeyli yardım edilib və bu cür sazişlərin imzalanması əməkdaşlığın genişlənməsi və fövqəladə halların aradan qaldırılmasında olduqca vacib əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu bizim milli maraqlarımıza uyğun gələn bir sənəddir və nəzərə almaq lazımdır ki, bu sənəd bizə dost olan bir ölkə ilə – Özbəkistanla imzalanır. Bunun da xüsusi bir önəmi var. Ona görə də xahiş edirəm, bu sənədə də müsbət münasibət bildirəsiniz.
Sədrlik edən. Sağ olun, Ziyafət müəllim. Beynəlxalq münasibətlər komitəsi, Azər müəllim, bir sözünüz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Səsə qoyuruq, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Qəbul edildi, sağ olun. Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Bu qanun layihəsi ilə bağlı komitə sədri Ziyad Səmədzadə məlumat verəcək, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Saziş azad ticarət gəmiçiliyi prinsipləri əsasında hər iki ölkə arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın genişlən-dirilməsini nəzərdə tutur. Sazişdə beynəlxalq standartlara, eləcə də hər iki ölkənin milli maraqlarına cavab verən mad-dələr nəzərdə tutulmuşdur. Ona görə də millət vəkillərindən xahiş edərdim ki, sazişə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Əgər çıxış etmək istəyən yoxdursa, buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti  (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Komitə sədri Eldar İbrahimov məlumat verəcək, buyurun, Eldar müəllim. Eldar müəllim, üzr istəyirəm, digər məsələ də cənab Prezidentin məktubu ilə daxil olub, bəlkə elə ikisini bir yerdə məruzə edəsiniz, səsverməni ayrı aparaq. Buyurun.
E.İbrahimov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Mən də o fikirdəyəm ki, hər iki saziş eyni, bir-birini tamamlayan sazişlərdir. Mən bir yerdə məlumat verərəm, sonra ayrılıqda səsə qoyarıq. Hörmətli deputat həmkarlarım, müzakirənizə təqdim olunan FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi və FAO–Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında sazişlər 2015-ci il mayın 25-də Bakı şəhərində imzalanmışdır. Bildiyiniz kimi, FAO BMT-nin nüfuzlu, ixtisaslaşdırılmış təşkilatlarından biridir. Əsas vəzifəsi əhalinin ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq, kənd təsərrüfatı istehsalı, meşə və balıqçılığın inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirməklə dünyada aclıqla, yoxsulluqla mübarizədə davamlı inkişafa nail olmaqdır. Qeyd etmək lazımdır ki, FAO ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq mövcuddur və əlaqələrimiz son illər daha intensiv xarakter almışdır. FAO Azərbaycanda bir sıra layihələr həyata keçirir, xüsusi qeyd etmək istərdim ki, FAO bəzi başqa beynəlxalq təşkilatlardan fərqli olaraq Azərbaycanda həyata keçirilən tədbirlərə çox düzgün və obyektiv qiymət verməsi ilə seçilir. Belə ki, bu günlərdə, yəni 26 sentyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi ilə həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və minilliyin inkişaf məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olan FAO-nun və digər BMT üzvü olan bir sıra dövlət və beynəlxalq təşkilatlar tərəfindən təsis edilmiş Cənub-Cənub mükafatı ilə təltif edildi. Bu münasibətlə hörmətli Prezidentimizi təbrik edir, ona yeni uğurlar arzu edirik.
Eyni zamanda, qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın FAO-nun qarşısında duran məqsədlərə nail olunmasında  humanitar və ekologiya sahəsindəki səmərəli fəaliyyətinə görə bu nüfuzlu beynəlxalq təşkilatın xoşməramlı səfiri elan olunması bizdə qürur hissi doğurur.  Bu sazişlərin imzalanması da məhz bu xoş niyyətlərdən irəli gəlir.
FAO-nun ofisi dünyada cəmi beş ölkədə mövcuddur, Azərbaycan altıncı ölkədir ki, burada bu təşkilatın ofisi yaradılır. Sazişlər qüvvəyə minəndən sonra FAO qərargahında Azərbaycan mütəxəssislərinin, ekspertlərinin işləməsi üçün xüsusi kvota ayrılacaq. Təqribən 6 nəfər gənc FAO-nun Baş qərargahında işləmək hüququ əldə edəcək. Eyni zamanda, nəzərdə tutulur ki, FAO-nun buradakı ofisində işləyəcək ekspertlərin böyük əksəriyyəti yerli mütəxəssislər olsun. Yəni bu bizim potensialımızın güclənməsinə, gələcəkdə müvafiq bacarıq və vərdişlərin əldə edilməsinə  çox böyük bir töhfə verəcək.
Bilirsiniz ki, Azərbaycan artıq donor ölkəyə çevrilir. Tərəfdaşlıq proqramı sazişində də nəzərdə tutulub ki, Azərbaycan öz töhfəsini ilkin olaraq cəmi on milyon ABŞ dolları həcmində, hər il iki milyon olmaqla 5 il müddətinə qoyacaq və bu vəsait bilavasitə Azərbaycanda icra olunacaq layihələrə sərf ediləcək. Yəni qoyulmuş vəsait Azərbaycanda faydalı işlərə yönəldiləcəkdir. Gələcəkdə isə bilavasitə donor funksiyasını FAO öz üzərinə götürəcək.
Ümumiyyətlə, FAO-nun Bakıda yaradılacaq ofisi bu əlaqələrin inkişafına yeni təkan verəcək, ölkəmizdə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi və davamlı inkişafına köməklik göstərəcəkdir.
İndi isə icazənizlə hər iki sazişin strukturu barədə sizə çox qısa şəkildə məlumat vermək istərdim. “Azərbaycan Respublikası Hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” Sazişlə tərəflər Bakı şəhərində FAO-nun ofisinin  təsis edilməsi, ölkəmizə texniki yardım göstərilməsi, Tərəfdaşlıq Proqramının hazırlanması razılığına gəlmişlər. Bu saziş 18 maddə və “Hökumətin FAO-nun Tərəfdaşlıq və Əməkdaşlıq Ofisinə Töhfəsi” adlanan əlavədən ibarətdir.
Təqdim olunan ikinci “FAO–Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Saziş 13 maddə, 57 bənd və “Razılaşma” adlanan qoşmadan ibarətdir.
Burada əməkdaşlığın əhatə dairəsinin prioritet sahələri müəyyən edilmişdir. Bunlara heyvan sağlamlığı və bitki mühafizəsi, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafına sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradılması, kənd təsərrüfatı sahəsində təhsil, tədqiqat və məsləhət xidməti, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı üzrə siyasət və institusional çərçivənin gücləndirilməsi, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının artırılması məsələləri daxildir.
Hər iki sazişdə onların qüvvəyə minməsinin proseduru  göstərilmişdir. Təqdim olunan sazişlər bu növ dövlət sənədlərinin tərtib olunma tələblərinə cavab verir. Sazişlərin təsdiq edilməsi haqqında qanun layihələrinə komitəmizdə baxılmış və  təsdiq olunması məqsədəuyğun hesab edilmişdir. Hörmətli həmkarlarımdan xahiş edirəm, bu sazişlərə səs verək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Aytən xanım çıxış etmək istəyir. Buyurun, Aytən Mustafayeva.
A.Mustafayeva. Təşəkkür edirəm. Eldar müəllim 2 sazişin strukturu və mətni ilə bizi tanış etdi. İlk öncə mən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanı təbrik etmək istəyirəm. Yayda ona FAO təşkilatı tərəfindən  böyük mükafat verildi. Bu yaxınlarda ölkə başçımız cənab İlham Əliyevə Cənub-Cənub mükafatı təqdim olundu. Onu da qeyd etməliyəm ki, bu iki fəaliyyətə qiymət verilməsi məhz Azərbaycanda ekoloji təhlükəsizliyin qorunması və qida məhsullarının təhlükəsizliyi ilə bağlıdır. Qeyd edim ki,  FAO BMT-nin məhz yeyinti məhsulları, kənd təsərrüfatı ilə bağlı böyük bir strukturudur. Azərbaycan tərəfi, ümid edirəm ki, ilk öncə  ekologiyamızın və qida məhsullarının təhlükəsizliyi nöqteyi-nəzərindən, habelə milli maraqları qorumaq şərti ilə bu  əməkdaşlığı davam etdirəcək. Mən bu məsələyə nə üçün diqqət yetirirəm? Ona görə ki, dünyada genetik modifikasiya olunmuş məhsulların  yayılması məhz FAO tərəfindən aparılır. Nəzərə alsaq ki, cənab Prezident bu məsələyə çox böyük diqqət yetirir və Leyla xanım Əliyeva da ekoloji təhlükəsizlik baxımından çox böyük fəaliyyət göstərir, mən inanıram ki, bu sahədə də biz uğurlara nail olacağıq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Eldar müəllim  və Aytən xanım. Biz də deyilən təbriklərə qoşuluruq. Buyurun, əgər başqa çıxış etmək istəyən yoxdursa, 10-cu məsələyə, “Azərbaycan Respublikası Hökuməti  (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı  Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
11-ci məsələyə – “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı  Təşkilatı arasında FAO–Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.07 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti 12-ci məsələ – “Beynəlxalq   Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” (1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına Azərbaycan Respublikasının qo-şulması barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 19 iyul tarixli 856 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verəcək. Buyurun, Hadi müəllim.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Minnətdaram, Ziyafət müəllim. Hörmətli Ziyafət müəl-lim, hörmətli deputat həmkarlarım! Azərbaycan Respubli-kası Beynəlxalq Əmək Təşkilatı ilə mütəmadi əməkdaşlıq edir və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə apardığı siyasətdə də vətəndaş, vətəndaşın sosial müdafiəsi daim öndə görünür. Bu baxımdan 1994-cü ildə qəbul edilmiş sənədə 2 ciddi dəyişiklik edilib. Birinci texniki dəyişiklikdir. Burada “işlənmiş” sözü  “baxılmış” sözü ilə əvəz edilib.
İkinci məsələ isə ondan ibarətdir ki, biz 132 nömrəli bir bəyanata qoşuluruq. Burada da ən ciddi məsələ budur ki, Azərbaycan vətəndaşları üçün ən aşağı məzuniyyət 21 gün elan ediləcək. Bu,  Azərbaycan vətəndaşlarının sosial müdafiəsinə xidmət edən bir sənəddir.  Biz bu sənədi parlamentə göndərdiyinə görə həm möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk, həm də  deputat həmkarlarımızı bu sənədə səs verməyə çağırırıq. Sağ olun. 
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 86
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan  Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan  Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Bu barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli məlumat verəcək. Buyurun, Azər müəllim.
A.Kərimli. Təşəkkür edirəm, Ziyafət müəllim.  Hörmətli millət vəkilləri! Hər birinizə məlumdur ki, 2013-cü ilin sentyabr ayında ölkəmizdə artıq yeni nəsil  biometrik pasportların verilməsinə və istifadəsinə başlanmışdır. 2014-cü ilin fevral ayında cənab Prezidentin Milli Məclisə təqdim etdiyi “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanunu qəbul etmişik. Əvvəllər 15 yaşına çatmamış vətəndaşlara pasport yalnız 3 halda, yəni xarici dövlətə səfər təhsillə, müalicə ilə və idman yarışlarında iştirakla bağlı, özü də doğum şəhadətnaməsinin əsasında verilirdisə, artıq yeni nəsil biometrik pasportlar 1 yaşdan etibarən bütün Azərbaycan vətəndaşlarına verilə bilər. Ancaq bu biometrik pasportların verilməsi üçün mütləq Azərbaycan vətəndaşının identifikasiya  nömrəsi olmalıdır ki, həmin pasporta daxil edilsin. Bu baxımdan nəzərə alsaq ki, xaricdə təhsil alan və ya diplomatik fəaliyyətdə olan valideynlərlə birgə və ya başqa səbəblərdən xarici dövlətlərdə müvəqqəti yaşayan 15 yaşına çatmamış Azərbaycan vətəndaşları da biometrik pasportlarla təmin edilməlidirlər, o zaman Azərbaycanın xarici dövlətlərdəki konsulluqlarına bu qanun layihəsində göstərilən 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, hər hansı sənədləri  müvafiq icra hakimiyyəti orqanlarına göndərmək və konsulluğa daxil olmuş kartı müraciət etmiş şəxsə  təqdim etmək hüququnun verilməsi zərurəti yaranır. Həmkarlarımdan bu qanun layihəsini dəstəkləməyi xahiş edirəm. Təşəkkür edirəm.


Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən.  Xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
14-cü məsələ “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Azər Kərimli.
A.Kərimli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Diqqətinizə təqdim olunan “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2 bəndində – 11-ci və 18-ci bəndlərdə dəyişiklik təqdim olunur. Bu, eyni dəyişiklikdir. Məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə, yaxud tutduqları vəzifədən vaxtından əvvəl geri çağırıla bilərlər. Biz,  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin  üzvləri eyni fikirdəyik ki, bu qanunda müəyyən boşluq var idi və bu gün təklif olunan əlavə və dəyişikliklərlə bu boşluq aradan qaldırıla bilər. Hər birimiz bilirik ki, Azərbaycanın vətəni ləyaqətlə təmsil edən yüzlərlə peşəkar diplomatı var. Amma bu dəyişikliklər qəbul olunarsa, hesab edirik ki,  bizim diplomatlarımız öz xidməti vəzifələrinə daha da məsuliyyətlə yanaşacaqlar. Həmkarlarımdan xahiş etmək istəyirəm, bu qanunun lehinə səs versinlər. Təşəkkür edirəm.
Sədrlik edən.  Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Əslində, mühüm bir dəyişikliyi qəbul edirik. Çünki ötən müstəqillik illərində ölkənin daxili həyatında Azərbaycanın ulu öndəri tərəfindən həyata keçirilən kadr quruculuğu işləri ilə bərabər ölkəmizin xarici məkanda da maraqlarının qorunması üçün mühüm addımlar atıldı. Bu həm də diplomatik korpusların əhatə dairəsinin  genişlənməsi idi. Onlar təkcə hər bir ölkədə  kiçik coğrafi məkan qazanmadılar, habelə siyasi əlaqələri genişləndirdilər, siyasi nüfuzu artırdılar, o ölkələrdəki informasiya məkanına Azərbaycanın adını, fəaliyyətini, rolunu, əməkdaşlıq inkanlarını qatmış oldular. Bu mənada biz ötən dövr ərzində milli maraqlar, milli təhlükəsizlik və sair kimi anlayışları qazanmış olduq. İndi Azərbaycanın içərisində kiçik ölkə sözünü deyən yoxdur və biz bu sindromdan azad olmuşuq. Hər bir ölkə coğrafiyası və əhalisi ilə böyük və  ya kiçik deyil. Hər bir ölkə coğrafiyada  yerinə yetirdiyi missiya ilə, funksiya ilə, siyasi əhəmiyyətlə böyük və ya kiçikdir. Mənim aləmimdə Azərbaycan öz coğrafiyasından və əhali sayından daha artıq böyük önəmə malikdir. Bu həm də beynəlxalq məkanda bizim diplomatlarımızın Azərbaycanın maraqlarını orada irəlilətməsi hesabına həyata keçirilib. Lakin bir tərəfdən də bu iş yenidir. Ona görə də bu sahədə qanunvericilik yönümündə atılan addım-ları milli maraqlar anlayışında qəbul etmək lazımdır, çünki son dəyişikliklərə yönəlib başqa reaksiya verənlər də var. 
Cənab Sədr, eyni zamanda, biz nəzərə almalıyıq ki, Azərbaycanda bu yöndə Diplomatik Akademiya kimi mühüm bir  təhsil mərkəzi fəaliyyət göstərir. Bu, ixtisaslı kadrların formalaşması üçün çox önəmli olacaqdır. Əminəm ki, Xarici İşlər Nazirliyi sahəsinə kadrların seçimi elə  yüksək səviyyədə həyata keçiriləcək ki, biz hər zaman ən çətin şəraitdə belə şərəflə işləyən insanların şahidi olacağıq.
Ancaq cənab Sədr, mənim çıxışa yazılmağımın səbəblərindən biri də ondan ibarətdir ki, – bəlkə obrazlı ifadədir, bu başqa cür də qəbul oluna bilər, – mənim aləmimdə diplomatlar  xəfiyyə strukturlarından fərqli olaraq gizli xidmət aparanlar deyil, açıq mənada ölkənin həm də kəşfiyyat fəaliyyətini yerinə yetirənlərdir. Niyə mən bu sözü deyirəm? Çünki onlar məxfi xidmət, məxfi informasiya daşıyıcılarıdır. Onlar ölkənin  həyatı ilə bağlı müxtəlif ssenariləri, siyasəti, addımları, qərarları bilə bilirlər. Məxfilik dərəcəsinə görə şifrələnmiş kodlara onların bir qisminin çıxışı olur. Ona görə də bu sahədə fəaliyyət göstərən insanlar ömürlərinin axırına qədər bu informasiyaları qorumağa borcludurlar. Necə ki, kəşfiyyat  sahəsində çalışan əməliyyatçılara “sabiq” sözünü aid etmirlər və söyləyirlər ki, onlar daim bu işi hansısa bir formada yerinə yetirirlər, eləcə də diplomatlar üçün bu sözü demək olar.
Biz son ildə nəyin şahidi olduq? Gördük ki, bu ölkənin daxili həyatından özlərinə casus şəbəkələri düzəldib onu ölkə əleyhinə istifadə edə bilməyənlər bu fəaliyyəti, bu prosesi xarici məkana çıxarmağa çalışdılar. Azərbaycanın 1, bəlkə də 2 diplomatını ələ keçirmək, casus fəaliyyətinə cəlb etmək, onların üzərində  bir missiya qurmaq üçün addımlar atıldı.
Mən xatırlayıram ki, cənab Prezident bu ilin əvvəlində Nazirlər Kabinetində keçirdiyi müşavirədə çox mühüm bir tezis, əslində, bir qədər də sətiraltı məna ilə bir  mühüm mesaj  vermişdi. Demişdi ki, bəzi bizim ayrı-ayrı dövlət adamları müxtəlif təsir altına düşə bilirlər. Ona görə də hesab edirəm ki, bir adamın hansısa təşkilat yaratması, fəaliyyət aparması, çevrəsinə kimisə aid etməsi, ölkədaxili siyasi mübarizəyə qatılması və hansısa iddialarda bulunmasının Azərbaycan hakimiyyətinə,  Azərbaycan iqtidarına, bu ölkənin real həyatına heç bir aidiyyəti yoxdur, heç bir önəmi yoxdur. Amma onlar özlərində məxfi informasiya daşıyırlar.  Axı nə ixtiyarları var ki, bunlardan gen-bol şəkildə istifadə etsinlər? Ona görə də bu dəyişiklikləri çox əhəmiyyətli hesab edirəm və düşünürəm ki, onlar bu fəaliyyətlərinə görə məsuliyyət daşıyırlar. Onların ixtiyarları yoxdur ki, Brüsseldən Berlinə və başqa dəhlizlərdə Azərbaycanın həyatı ilə bağlı, keçmişi ilə bağlı hansısa məsələləri bölüşsünlər. Mən iddia etmirəm ki, onlar qeyri-adi dərəcədə böyük informasiyalara sahibdirlər. Ancaq hər bir dövlətin qarşısında o insanlar  imza edirlər və bu imzalarına görə məsuliyyət daşıyırlar. Diplomatik xidmətə gəlmə, gəlmisənsə, demək, açıq mübarizə meydanlarında, beynəlxalq həyatda bu ölkə üçün məsuliyyətli olmağı üzərinə götürmüsən, ona görə də bu öhdəliyə əməl etməyə borclusan. Nə zaman ki öhdəliyi pozursan, o dövlətin ixtiyarı var ki, hər hansı bir şəkildə səni geri gətirsin və qanun qarşısında cavabdehliyə cəlb etsin. Ona görə də mən bu sənədi əhəmiyyətli hesab edirəm və buna səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ ol, Zahid. Amma sən Xarici İşlər Nazirliyini kəşfiyyat idarəsinə çevirmək istəyirsən. Bunlar tamam başqa-başqa şeylərdir. Nanəcib adam hər yerdə olur. Misal üçün, bu Snouden kim idi?  Hər yerdən hər cür adam çıxa bilir. Ona görə də sən nazirlik haqqında, ya da hansısa təşkilatın adını dəyişmək haqqında danışma. Necə yəni hamı kəşfiyyatçıdır. Kəşfiyyatçı öz yerindədir, diplomat öz yerində. Elə demək olmaz. Buyursun İsa Həbibbəyli.
İ.Həbibbəyli. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Hamınıza yaxşı məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə cəmiyyət həyatının bütün sahələri, o cümlədən xarici siyasət sahəsi də daim təkmilləşir, inkişaf eləyir. Son illərdə bizim diplomatiya sahəsində beynəlxalq miqyasda çox böyük uğurlara  imza atılmışdır. Bu istiqamətdə Azərbaycanın xarici siyasəti öz fəaliyyətini genişləndirməkdə davam edir. Sözsüz ki, Azərbaycan dövlətinin xarici siyasət sahəsində, beynəlxalq aləmdə, diplomatiya istiqamətində qazandığı nailiyyətlər, əldə elədiyi ümumi nəticələr, gəlib çıxdığı yeni mərhələ “Diplomatik xidmət haqqında” Qanunun da müasir dövrün tələblərinə uyğunlaşdırılmasını tələb edir. Bu mənada mən həmin qanuna əlavə və düzəlişlərin edilməsini tamamilə təbii və məntiqli hesab edirəm. Xatırlatmaq istəyirəm ki, bundan bir az əvvəl də diplomatik xidmətdə çalışanların rütbələrinin 3 pillə üzrə, fövqəladə və səlahiyyətli səfirdən başqa, həm də 1-ci və 2-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir rütbələri şəklində verilməsi məsələsi də həll olunmuşdu. Bu da qanunun təkmilləşməsinə, bu sahədəki fəaliyyətin inkişafına xidmət eləyən mühüm addımlardan biri idi.
İndiki halda Azərbaycanın xarici siyasətinin, xarici siyasət sahəsindəki fəaliyyətinin təkmilləşməsinə doğru atılan addımların içərisində diplomatik xidmət sahəsində çalışanların məsuliyyət hissinin daha da  artırılması ön mövqedə dayanır. Heç şübhəsiz ki, ölkəmizin böyük uğurlarına dünyada sevinənlər çoxdur. Amma bu sahəyə  qısqanclıqla yanaşanlar, paxıllıq eləyənlər, nailiyyətlərimizə digər sahələrdə olduğu kimi göz yumanlar, burada yol verilən kiçik səhvlərdən istifadə eləyib böyük ajiotaj yaratmaq istəyənlər də vardır. Ona görə də mən hesab edirəm ki, diplomatik xidmət sahəsində çalışanların məsuliyyət hissinin daha da artırılması istiqamətində atılacaq hər bir addım, qanunvericilikdə ediləcək hər hansı bir dəyişiklik bu sahədə dövlətimizin daha uğurlu fəaliyyətinin təmin olunmasına öz töhfəsini verəcəkdir.
Konkret olaraq qanunun 11-ci maddəsində xidməti fəaliyyət sahəsində kobud səhvlərə yol verdiklərinə görə və ya xidmət sahəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə diplomatik rütbələrin aşağı salınması, yaxud diplomatik rütbələrdən məhrum edilməsi haqqındakı təkliflər tamamilə obyektiv reallığı əks etdirir. Bunlar diplomatik xidmət sahəsində gələcəkdə daha uğurlu və möhkəm siyasətin həyata keçirilməsinin təmin edilməsinə öz töhfəsini verə bilər. Hesab edirəm ki, bu, tamamilə məqsədəuyğun olaraq xarici siyasətimizin uğurlu inkişafına kömək edəcəkdir. Eyni zamanda, kobud səhvlərə yol verdiyinə və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlər etdiyinə görə diplomatik rütbəsi əlindən alınmış şəxslərin ömürlük diplomatik rütbə daşıması halı da qeyri-mümkündür. Mən 11-ci maddəyə uyğun olaraq,  eyni zamanda, ömürlük diplomatik rütbə daşımağa dair bəndin də bu maddəyə uyğunlaşdırılmasını qanunauyğun hesab edirəm. Bütövlükdə bu dəyişikliklər cəmiyyətimizin inkişafının yeni mərhələsindən doğan və bizi uğurla daha böyük hədəflərə aparmağa xidmət eləyən dəyişikliklərdir. Qanun layihəsinə səs verməyi məqsədəuyğun hesab edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 2 məsələ – 15 və 16-cı məsələlər bir məktubla daxil olub. Mən xahiş edərdim, Ziyafət müəllim bunları bir yerdə təqdim eləsin, ayrı-ayrı səsə qoyarıq. Buyurun, Ziyafət müəllim.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Tamamilə düzgün qeyd elədiyiniz kimi, hər iki qanun layihəsi cənab Prezidentin bir məktubu ilə daxil olub. Söhbət nədən gedir? İstər “Hərbi qulluqçuların statusu haqqında” Qanunda, istərsə də “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsində məqsəd onların İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılması ilə bağlıdır. Belə ki, 2014-cü il dekabr ayının 16-da biz İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun qəbul etdik. Orada göstərilir ki, intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. Əgər məsuliyyətə səbəb olmuş hal intizam nizamnaməsində nəzərdə tutulubsa, onda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti daşıyırlar. Qalan hallarda isə İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Hər iki qanun layihəsinə edilmiş dəyişikliklərin mahiyyəti bundan ibarətdir ki, biz bu dəyişiklikləri 2014-cü il dekabr ayının 16-da qəbul edilmiş qanuna uyğunlaşdıraq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. 15-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
16-cı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 80
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 80
Nəticə: Qəbul edildi

Diqqətsiz olanları dəvət eləyin, gəlsinlər. Xahiş edirəm, bir də səsvermə keçirək.

Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 17–18-ci məsələlər də bir məktub ilə gəlib. 17-ci məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Buyursun Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar! İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə təklif olunan dəyişiklik texniki xarakter daşıyır. Belə ki, hörmətli həmkarlarımın yadındadırsa, keçən il dekabr ayının sonunda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik edilmişdi. Orada “çağırışçılar” və “hərbi vəzifəlilər” ifadələri “vətəndaşlar” ifadəsi ilə əvəz edilmişdi. İndi məqsəd İnzibati Xətalar Məcəlləsini adını çəkdiyim həmin qanuna uyğunlaşdırmaqdır. Belə ki, “vətəndaşlar” ifadəsi İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə gətirilir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 18-ci məsələ “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputatlar! Bildiyiniz kimi, 2014-cü il dekabrın 30-da “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmişdik. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi də həmin qanuna uyğunlaşma baxımından təqdim olunub. Burada söhbət texniki xarakterli dəyişikliklərdən gedir. Yəni “uçotdan” sözü “qeydiyyatdan” sözü ilə əvəz edilir və eyni zamanda, “qeydiyyat” sözünə “xüsusi”  sözü əlavə edilir, yəni “xüsusi qeydiyyat”. Yenə deyirəm, bu, texniki xarakter daşısa da, qanunların bir-birinə uyğunlaşması zərurətindən irəli gəlir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.31 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 19-cu məsələ “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun. Hörmətli Sədr, 19 və 20-ci məsələlər mahiyyətcə eyni xarakterlidir və bir məktub ilə daxil olub. İcazənizlə mən onların ikisini də birdən təqdim edərdim. Sonra ayrı-ayrılıqda səsə qoyulardı.
19-cu məsələdə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda olunan dəyişiklik, hörmətli Ziyafət müəllimin də qeyd etdiyi kimi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda edilən dəyişikliklə bağlıdır. Burada “mükəlləfiyyət qeydiy-yatından” ifadəsi, sadəcə, “qeydiyyatdan” ifadəsi ilə əvəz olunur.
“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”dəki “uçotdan” sözü “qeydiyyatdan” sözü ilə əvəz olunur. “Qeydiyyata” sözü isə “xüsusi qeydiyyata” ifadəsi ilə əvəz olunur. Buna görə düşünürəm ki, burada mübahisə doğuran elə bir məsələ yoxdur. Səsə qoymaq olar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Bunlar texniki dəyişikliklərdir. Xahiş edirəm, 19-cu məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun.
20-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti 21-ci məsələ Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Mən bir az bundan əvvəl artıq “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsinə dəyişikliklər haqqında məlumat verdim. İndi həmin qanun layihəsinə yenə dəyişikliklər edirik. Bu nə ilə bağlıdır? Bayaq qeyd etdim ki, 2014-cü ilin 30 dekabrında biz “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun qəbul eləmişik. Həmin qanunun tələblərinə uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də də dəyişikliklər edilməlidir. Sizə təqdim olunan bu dəyişikliklər ki var, bunlar hamısı qəbul etdiyimiz o “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda nəzərdə tutulub və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” də qəbul etdiyimiz qanuna uyğunlaşdırılır. Dəyişikliklərin mahiyyəti bundan ibarətdir. Ona görə də bu dəyişikliklərə müsbət münasibət bildirməyinizi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, bu dəyişikliklərə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Qaz təchizatı haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Milli Məclis deputatları! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 22 may  tarixli, 1/175 saylı məktubu ilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Qanun layihəsinin müvafiq qaydada Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirə edildikdən sonra Milli Məclisin müzakirəsinə təqdim edilməsi tövsiyə olunmuşdur. Son illər ərzində qaz təchizatı sahəsində fəaliyyət göstərən bəzi qurumların, misal üçün, Azəriqazın statusunu dəyişməsi, inşaat və yenidənqurma işlərinin nəticəsi olaraq  infrastrukturun müasirləşdirilməsi, qaz təchizatının daha səmərəli və təhlükəsiz şəkildə qurulması sahəsində aparılan genişmiqyaslı işlərin nəticəsi olaraq qaz təchizatı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac yaranmışdır. Eyni zamanda, qaz paylayıcısı və qaz istehlakçısı arasında münasibətlərin, o cümlədən bunların məsuliyyət həddinin, öhdəliklərinin, vəzifələrinin daha dəqiq təsbit edilməsi, qaz təchizatı sahəsində münasibətlərin kompleks şəkildə tənzimlənməsi məqsədi ilə “Qaz təchizatı haqqında” Qanuna müzakirəmizə təqdim edilmiş dəyişikliklər təqdim edilmişdir.
Təbii ki, bu qanun layihəsi qəbul edilib qüvvəyə minən-dən sonra müvafiq normativ hüquqi aktlarda da dəyişikliklər ediləcək. Əminəm ki, təklif edilmiş dəyişikliklərlə tanışsınız və bununla əlaqədar geniş izahat verməyə ehtiyac yoxdur. Ancaq belə bir ehtiyac olsa, cavab verməyə hazırıq. Özümə borc bilirəm, sizin nəzərinizə çatdırım ki, komitəmizin iclasında deputatlarımız tərəfindən qaldırılmış məsələlər müvafiq qurumlarla və birinci növbədə qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə edilmiş, təklif edilən dəyişikliklərin konsepsiyasına zidd olmayan təklifləriniz qəbul olunmuşdur. Diqqətinizə görə minnətdarlığımı bildirmək istəyirəm və əminəm ki, qanun layihəsinin qəbul edilməsini dəstəkləyəcəksiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Artıq payız daxil olub, qarşıdan qış gəlir. Yəqin ki, Bakıda çoxlu sayda yeni tikilmiş hündürmərtəbəli binalarda mənzil almış insanlar bu qışı da qazsız keçirəcəklər.  Bilirsiniz, elektrik enerjisindən qızdırma üçün istifadə ona gətirir ki, naqillər həddindən artıq yüklənir və bu da açılmalara səbəb olur, həm də digər problemlər yaradır. Dövlət Neft Şirkəti dəfələrlə bəyan edib ki, əgər istənilən mənzil təhvil verilibsə, istismara qəbul olunubsa, onu qaz ilə təmin eləyə bilər. Amma hazırda vəziyyət nədən ibarətdir? Biz dəfələrlə  bu məsələni Milli Məclisdə qaldırmışıq. Hazırda dövlət məsuliyyəti vətəndaşların üzərinə qoyur ki, siz gedin, tikinti şirkətinin sahibinə təzyiq edin, o, binanı vaxtında təhvil versin. Olmasa, gedin, məhkəməyə verin. Məhkəmə də bəzən illərlə davam edir.
Biz bilirik ki, bir çox hallarda bəzi tikinti şirkətlərinin dələduz rəhbərləri bir mənzili bir neçə şəxsə satırlar. Binanı şərikli tikən sahibkarlar arasında problemlər yaranır, hərə özü üçün bir möhür çıxarır,  ayrı-ayrılıqda başlayır o mənzilləri satmağa və min bir əziyyətlə vəsait toplamış insanlarımız çox böyük çətinliklə üz-üzə qalırlar. Halbuki bu məsələnin çox sadə həlli var. Dövlət ona görədir ki, bizim həyatımızda, ictimai həyatın bu və ya digər sahəsində problemlər yaranarsa, dərhal onu qanunvericilik qaydasında tənzimləsin. Əgər biz tikinti şirkətlərinin marağını yox, sadə vətəndaşların marağını əsas götürsək, qanunvericiliyə kiçicik bir düzəliş etsək ki, tikinti şirkəti mənzilləri yalnız bina dövlət istismarına qəbul edildikdən sonra notarial qaydada sata bilər, bununla da bu problemi həll edə bilərik. Amma biz marağındayıq ki, hələ fundament qazılanda insanlar getsinlər, ayrı-ayrı tikinti şirkətlərinə pul ödəsinlər. O tikinti şirkətləri də həmin vətəndaşın öz pulu ilə o binanı tiksin, bina başa çatandan sonra şirkətin rəhbəri camaata desin ki, bilirsiniz, mənim pulum yoxdur, aparıb verim və binanı dövlət tərəfindən qəbul etdirim. Beləliklə də, insanlar illərlə çox böyük əziyyətlə  üz-üzə qalırlar.
Bu barədə dəfələrlə Milli Məclisdə məsələ qaldırılıb. Mən xahiş edirəm ki, Valeh müəllim, Siz bu məsələni bizim hökumət qarşısında qaldırasınız, nəhayət, onlar qanun-vericilik təşəbbüsü ilə çıxış etsinlər və  biz tikinti şirkətlərinə mənzil satışını qadağan edək. Necə ki, vətəndaş, ayrı-ayrı hüquqi şəxslər hansısa əmlakını satanda bu, notarial qaydada  həyata keçirilir, eyni ilə də tikinti şirkəti mənzillər istismara qəbul olunandan sonra qoy onları notarial qaydada satsın. Mən sizi əmin edirəm ki, bu dəqiqə yüzlərlə bina var ki, bir neçə ildir, insanlar orada tam məskunlaşıb yaşayır, ancaq hələ də qazla təmin olunmayıb. Biz bunu, sadəcə olaraq, qıraqdan durub seyr etməməliyik. Hesab edirəm ki, Milli Məclis olaraq bu məsələyə müdaxilə etməliyik və hökumətdən də tələb etməliyik ki, bu sahədə, nəhayət ki, nizam-intizam yaratsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Biz bu məsələni, həqiqətən, dəfələrlə burada müzakirə etmişik. Mən bayaq bizim Zahid Oruca da dedim, bütün bu məsələlər təkcə qanunla tənzim olunmur. Nazirlər Kabineti var, onlara da deyilə bilər. Onların qərarları var. Həqiqətən, o qərarlarda da var ki, mənzil təhvil verilməmiş o mənzilə köçməsinlər. Fərdi şəkildə hər kəs müqavilə bağlayır. Tutaq  ki, mənzil təhvil verilməyib, qaz da təhvil verilməyib. Qaz təhvil verilməmiş binaya köçmək olmaz, qaz ən ağır bir məsələdir, bunu dəfələrlə demişik, Nazirlər Kabinetinə də demişik, bir  də qaldırarıq. Ancaq insanlar özləri müqavilə bağlayırlar. Bu müqavilədə onlar hamısı öz yerini tapır. Notarial qaydada təsdiq eləmək üçün qanun çıxartmaq lazım deyil ki. Mən deyirəm, qanun da var, qərar da var. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Mən Sizin fikirlərinizi bölüşürəm. Əlbəttə, ötən müddət ərzində xüsusilə də Bakının mavi yanacaqla təminatı məsələsində qeyd etdiyimiz vəziyyət yaranıbdır və hörmətli həmkarım Qüdrət Həsənquliyevin mövqeyi o cəhətdən əhəmiyyətlidir ki, tikinti qurumları əksər hallarda öz mənzillərini satdıqları insanlardan bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Bir sıra hallarda isə həmin tikintilər gerçəkdən də normativ tələblərə cavab vermir. Bu fonda Azəriqaz üçün daha önəmlidir ki, həmin resursu vətəndaşa satsın. Bu elə 100 illərlə saxlanan bir vəsait deyil ki, onu orada resurs kimi qorusun. O istəyir ki, elə anındaca yerin altından çıxmış bu sərvət vətəndaşlara verilsin və onun nəticəsi də dövlətə vəsait kimi geri dönsün. Ona görə də mən hesab edirəm ki, Bakı miqyasında bu məsələnin həlli üçün bütün tikinti qurumları vətəndaşlarla müqavilə bağlayanda  bütün bu infrastruktur təminatı orada göstərilməlidir. O, qaz, su və enerji ilə bağlı  öhdəliyi üzərinə götürməlidir. Hansısa bir şəkildə onu tikinti qurumlarından keçirib ən sonda sadə xalq dili ilə desək, bütün bina üçün kupçanı almağı bacarmalıdır. Bu onun üzərinə düşən məsuliyyətdir. İndi isə təminatsız qalan insanlar özləri öz aralarında hansı isə bir forma axtarırlar ki, bu problemi yoluna qoysunlar.
Cənab Sədr, açığı, çıxışa yazılmağımın səbəbi həm də ondan ibarət oldu ki, mənim təmsil etdiyim Bərdə bölgəsi Qarabağ üçün həm çıxış, həm də giriş qapısıdır. O baxımdan ki, orada işğal reallığına görə əhalinin böyük bir hissəsi, sadə rəqəmlə desəm, 126 minə qədəri Bərdədə məskunlaşmış qaçqınlardır. Əhalinin 135–136 min olduğunu nəzərə alsaq, bir yerli sakinə bir qaçqın, bir köçkün düşür. Bu vəziyyətdə dövlət çox mühüm qərarlar qəbul etdi. Biz, mənim özüm də bəzən hansı isə çatışmazlıqlara, problemlərə daha çox köklənirik, onları qaldırırıq. Amma ötən il ərzində Bərdənin qazla təminatını  statistik olaraq sizə demək istəyirəm. İlk dövrlərdə gerçəkdən də ölkənin büdcə vəziyyətinə görə durum kifayət qədər gərgin idi. Bərdənin bütövlükdə 110 kəndi var. Bu 110 kəndin 90-ı ən yüksək səviyyədə tamamilə qazlaşıbdır və bu proses orada başa çatmaq üzrədir. Mən bunu Sovet statistikasındakı 5 illik öhdəliklər, nə bilim nə, “Staxanov hərəkatı”nın nümayəndəsi kimi demirəm, gerçək məsələləri söyləyirəm və bu işdə rolu olan insanlar var. Mən fürsətdən istifadə edib həm cənab Prezidentə, eyni zamanda, Azəriqaza, Dövlət Neft Şirkətinə, hörmətli Rövnəq müəllimə təşəkkür edirəm ki, bu dövr ərzində o qərarları düzgün verdilər. Çünki oradakı camaatın problemi bəlkə də Şimal zonasından daha çox idi və əminəm ki, o iş başa çatacaqdır.
Bu gün də qaz pullarının toplanmasında yük icra nümayəndələrinin, bələdiyyə orqanlarının üstünə düşür. Niyə, nə üçün belə olmalıdır? Halbuki ölkədə qazlaşma siyasətində bu sayğacla bağlı məsələni birdəfəlik həll edə bilərdik. Bizim heç birimiz mobil telefonlara, onun bal-ansına depozit qoymasaq, işlədə bilmirik. İndi artıq bu sidkabellər sistemi, smart-kart, enerji sektorunda sayğaclar və sair bərqərar oldu. Mən burada bu sahəyə xeyli yaxın olan Muxtar müəllimdən soruşmuşam. Bu sayğacda çoxmu texniki elementlər dəyişilməlidir ki, o özünü smart-kart sis-temində hiss etsin? Vətəndaş qazı hələ işlətmədən dövlətə sanki böyük bir vəsait vermiş olur və ancaq ondan sonra qazdan istifadə edir. Yeri gəlmişkən, bu artıq Bakıda bir çox yerlərdə tətbiq olunubdur. İndi Azərbaycanın qaz sərfiyyatı 12 milyard kubmetrdən artıqdır. Halbuki əgər smart-kart sistemləri bərqərar olsa, bu sərfiyyat 6 milyard kubmetrə enəcəkdir. Elə Sovet dövründəki rəqəmə. Bu halda biz həmin milyard kubmetrləri beynəlxalq kodirovkalara, bazardakı qiymətlərə vursaq, kifayət qədər böyük vəsait edəcək.
Cənab Sədr, bilirəm ki, öyrənmisiniz, o sahə haqqında kifayət qədər  məlumatlar var, bilirəm, bəlkə də nəyi isə deyəcəksiniz. Ancaq bilirəm ki, bu, milyarda yaxın vəsait deməkdir. Böyük, külli miqdarda vəsait deməkdir, mən bunu anlayıram, amma bu vəsait qoyulacağı təqdirdə dövlət onu dediyimiz saydan qayıdıb götürəcəkdir və insanlar da üz-göz olmayacaqlar. Daha başqası bu işdə məsuliyyət daşımayacaq. Vətəndaş özü abunəçi kimi bu sahədə məsuliyyətli olacaq. Çox sağ olun.
Sədrlik edən. İstəyirsən deməyim? Amma bir şeyi düz demirsən ki, smart-kart qoyulandan sonra Sovet dövründəki vaxta gəlib çıxacaq. Sovet dövründə bir belə rayonlarda qazlaşdırma yox idi. İndi hansı gün televizoru açırsan, görürsən, filan kəndə qaz çəkilir. Necə köhnə dövrə qayıda bilər ki, həqiqətən, qaz sərfiyyatı bu qədər çoxdur. Ancaq smart-kartlar artıq Bakı şəhərində, ətrafda çox yüksək səviyyədə tətbiq olunur, yəqin, yavaş-yavaş yenə tətbiq olunacaq.  Arif Əşrəfov.
A.Əşrəfov. Çox sağ olun, cənab Sədr. Cənab Sədr, mənim təklifim 5-ci maddənin ikinci bəndinədir. Burada göstərilir ki, sənaye qurğularının yoxlanılması və onların sınağının keçirilməsi müstəqil qaz ekspertinə həvalə olunur. Mənim təklifim budur ki, orada “müstəqil” sözünün yerinə “akkreditə olunmuş” sözləri əlavə olunsa, daha məqsədəmüvafiq olar. Çox sağ olun.
Sədrlik edən. Valeh müəllim nə isə əlavə etmək istəyir. Buyurun, Valeh müəllim.
V.Ələsgərov. Təşəkkür edirəm. Bir daha yenə də deyirəm ki,  Azərbaycanı  qaz ehtiyatları və qaz istehsalı qat-qat artıq olan qonşu ölkələrlə müqayisə edin. Ondan sonra deyə bilərik ki, Azərbaycanda bu işlər hansı sürətlə gedir, nə qədər geniş yayılır. Hər kəs istəyər ki, yüzdə-yüz qazlaşma olsun. Amma reallıq var, bunun maliyyə tərəfi var, texniki və coğrafi tərəfi var, hər texnika hər dağın başına dırmaşa bilmir. Bu məsələlər də var. Bir də ki, Zahid müəllim, çox emosional çıxışınızla diqqəti cəlb etdiniz. Azərbaycanda əhali nə 12 milyard, nə də 6 milyard kubmetr qaz işlədir, o qədər qaz işlətsələr, bir kənd də sağ qalmazdı. Bir dəqiqləşdirin, əhali nə qədər qazdan istifadə edir. Siz dediyinizdən qat-qat aşağıdır. Qalan məsələlər də ki, ekspertdir, filandır, xahiş edirəm, bu anlayışlara diqqətlə baxın. Bunlar hamısı qeyd olunubdur, heç bir ekspert, bu prosesin iştirakçısı müvafiq qeydiyyatdan keçməyibsə, lisenziyası, əlində müvafiq sənədi yoxdursa,  bu işlə məşğul ola bilməz. Bu gün artıq bu təcrübə var və davam edəcəkdir. Təşəkkür edirəm, xahiş edirəm, səs verəsiniz, qəbul edək, çünki çox önəmli dəyişikliklərdir.
Sədrlik edən. Sağ olun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, “Avtomobil yolları haqqında” Qanun qəbul ediləndə böyük bir yol qrupu var idi, yerli yollar adlanırdı. Onlar bələdiyyə yollarına aid edildi. Bələdiyyələr baxırdı yollara, intəhası adı başqa cür idi. Müzakirəyə təqdim olunan layihə də həmin düzəlişin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna daxil edilməsini nəzərdə tutur.
Sədrlik edən. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Bu qanunla əlaqədar bir neçə qanun da var. Həm torpaq islahatı, həm bələdiyyə torpaqlarının ayrılması və həm də bələdiyyə torpaqlarının idarə edilməsi haqqında. Şübhəsiz ki, bu edilən dəyişiklik olduqca zəruridir, vacib bir məsələdir. Amma bundan irəli gələn digər problemlər də var. Biz çox yaxşı bilirik ki, bələdiyyə torpaqları ayrılan zaman bu torpaq islahatı ondan əvvəl getmişdi və pay torpaqları verilmişdi. Bu pay torpaqlarının böyük bir hissəsi, – hətta Bakı şəhərində, – kənd təsərrüfatı torpaq sahələri idi, o kolxozlar, sovxozlar ləğv olunanda bunlar pay torpaqları kimi həmin kolxoz və sovxozlarda çalışan insanlara  verilirdi. O pay torpaqları kənd təsərrüfatı təyinatlı olması ilə yanaşı, onları qorumaq üçün salınmış tarla qoruyucu, meşə zolaqları və yaxud qoruyucu zolaqlar var idi ki, bunlar da kifayət qədər böyük ərazilər idi. İndi artıq o ərazilərin hamısı pay torpaqlarına qatılıb. Həmin pay torpaqlarından insanlar öz mülkiyyətləri kimi istifadə ediblər və qanunvericiliyə müvafiq olaraq hissələrə bölüb onları başqa adamlara satıblar və bu torpaqlar özgəninkiləşdirilibdir. Amma o pay torpaqlarının arasında olan o zolaqlar heç kimə verilməmişdi. Yəni nə bələdiyyəyə verilibdir, nə dövlət mülkiyyətində qalıbdır, nə də o insanlara verilibdir. Amma həmin insanlar pay torpaqlarının arasındakı o zolaqları bölüşdürərək  öz ərazilərinə qatıblar. Heç bir yerdə də bunun qeydiyyatı getməyib. İndi fikir verib görürük ki, reallıqda kənd təsərrüfatı təyinatlı həmin torpaqlarda kifayət qədər evlər tikilibdir və bəzən də görürsən ki, harada isə bir 10 sot yerdə 1 sot–1 sot bölüblər, bir-birinin içində, bir-birinə uyuşmayan şəkildə arxitekturasız, texniki baxımdan, təhlükəsizlik baxımından uyğun gəlməyən evlər tikilib və bununla yanaşı, orada dolanbac yollar gedir. Bu yollar haradan gedir və bu yollar kimə aid olacaqdır? Bələdiyyə yollarımı hesab olunacaqdır? Bunlar hansı zolaqlardan, meşə zolaqlarındanmı, qoruyucu zolaqlardanmı keçir? Bunlar kimin mülkiyyətindədir? İnsanlar bunları da öz ərazilərinə aid ediblər və bu gün də onların heç biri  heç bir yerdə qeydiyyata alınmayıb.
Ona görə mən hesab edirəm ki, bax bu dəyişikliyin zərurətini duyan müvafiq qurumlar, şübhəsiz ki, ilk növbədə bu halları nəzərə alaraq qanunvericiliyə dəyişiklik etməli idilər. Azyararlı və yararsız torpaqlar da vətəndaşlara pay torpaqları və digər formada verilibsə, onlar da orada fərdi yaşayış evləri tikiblərsə, onda birinci qanuna dəyişiklik edilməli idi ki, bu torpaqlardan fərdi yaşayış evlərinin tikilməsi üçün istifadə edilə bilər və ondan sonra o yollar məsələsinin də həll olunması üçün o zolaqların  taleyinə bir aydınlıq gətirilməli idi. Çünki hazırda faktiki istifadədə olan o sahibsiz zolaqlar min hektarlara çatır. Mən düşünürəm ki, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, –  burada əvvəldən mövcud olan yollar nəzərdə tutulur, –  taleyi aydındır. Amma  bu torpaqlarda yeni tikilmiş evlər arasında, o yaşayış məntəqələri arasında  olan dolanbac və qanunsuz ərazilərdə salınmış bu yollara biz necə qanuni status verəcəyik? Bu düzəliş edildikdən sonra? O hansı fəsadlara gətirib çıxaracaq, mənim üçün olduqca qaranlıq qalır. Ona görə də hesab edirəm ki, bu barədə bir balaca düşünmək lazımdır. Özümüz üçün yeni problem yaratmazdan əvvəl qanunvericiliyə əlavə və dəyişiklik verən qurumlarda bu məsələlər tam aydınlaşdırılmalıdır. Bilirik ki, bu gün bu re-allıqlar Bakı şəhərində olduqca ağır vəziyyətdədir, qeydiy-yatsız evlər var. Qeydiyyatsız evlər haradadır? Həmin pay torpaqlarında tikilmiş evlərdir, onların taleyinə hələ də ay-dınlıq gətirilməyib. Ona görə istərdim ki, bununla bağlı qanunvericiliyə kifayət qədər tutarlı  əlavə və dəyişikliklər  edilsin, ondan sonra bu yollar və sair servitutlar məsələsinə birdəfəlik baxılsın. Necə ki, Mülki Məcəllədə tələb olunub, o Mülki Məcəlləyə uyğun olaraq servitutlar məsələsi bələdiyyə torpaqları ilə, onların idarə edilməsi ilə bağlı qanunlarda öz əksini tapsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdur ki? Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.

 (FASİLƏDƏN SONRA)

Sədrlik edən. Gündəliyin 24-cü məsələsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyursun Eldar İbrahimov.
E.İbrahimov.  Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Müzakirənizə təqdim olunan layihədə “Torpaq islahatı haqqında” Qanunun “Bələdiyyə torpaqları” adlanan 7-ci maddəsinin 1-ci hissəsinin altıncı abzasında “yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların” sözlərinin “bələdiyyə yollarının və təsərrüfatdaxili yolların” sözləri ilə əvəz edilməsi təklif olunur. Bu dəyişiklik bu qanunların bir-birinə uzlaşması ilə bağlıdır, ona görə layihənin lehinə səs vermək olar. Xahiş edirəm, hörmətli həmkarlarım bu dəyişikliyə səs versinlər.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 16.04 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 25-ci məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədədir. Buyursun Rafael Cəbrayılov.
R.Cəbrayılov.  Çox sağ olun, hörmətli cənab Sədr. Mülki Məcəllənin 152.5-ci maddəsinə olunan dəyişiklik keçən ilin dekabr ayında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklə bağlıdır. Hörmətli həmkarlarım yəqin xatırlayırlar ki, həmin qanunda edilən dəyişikliklə bağlı fərdi yaşayış evlərinin tikilməsi üçün vətəndaşların bələdiyyələrdən aldıqları torpaq sahələrinin 5 il müddətinə özgəninkiləşdirilməsinə icazə verilmirdi. Mülkiyyət hüququnda belə dəyişikliyin  “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna daxil edilməsi özlüyündə Mülki Məcəllədə mülkiyyət hüququ anlayışının və məzmununun dəyişdirilməsi zəruriyyətini yaratdı. Mülki Məcəllənin 152.5-ci maddəsinə dəyişiklik bu baxımdan olunur. Dəyişiklik də ondan ibarətdir ki, buraya “qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla” ifadəsi daxil olur. Bu da mənim qeyd etdiyim “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna edilən dəyişikliklə bağlıdır ki, həmin dəyişiklik öz əksini Mülki Məcəllədə tapır. Mülki Məcəllə həmin qanuna uyğunlaşdırılır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Başqa sual yoxdursa, xahiş edirəm, dəyişikliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.06 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Eldar İbra-himov.
E.İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Torpaq Məcəlləsi 28, 29-cu məsələlərə aiddir. Mən elə konkret olaraq biri haqqında deyirəm, o birilərinə də aid olduğuna görə, sizin icazənizlə, onları ayrıca səsə qoymaq olar.
Müzakirənizə təqdim olunan layihələrdə Torpaq Məcəlləsinin 56-cı maddəsinin ikinci hissəsinin dördüncü cümləsinə, “Torpaq bazarı haqqında” Qanunun 8-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə, “Torpaq islahatı haqqında” Qanunun 19-cu maddəsinin ikinci hissəsinin ikinci cümləsinə “vətəndaşların mülkiyyətinə” sözlərindən sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş “məhdudiyyət nəzərə alınmaqla” sözlərinin əlavə edilməsi təklif olunur.
Bu dəyişikliklərlə əlaqədar qanun layihələri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə “Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1025 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Hörmətli həmkarlarımdan xahiş edirəm, bunlara səs verək.
Sədrlik edən. Eldar müəllim, Siz 26–28-ci məsələləri deyirsiniz? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda Arif Rəhimzadə də  qısaca desin, sonra. 
A.Rəhimzadə. Sağ olun, Oqtay müəllim. Rafael müəllim dedi, Eldar müəllimin də dediyi məsələlər elə burada öz əksini tapır. Həyətyanı torpaq sahəsi alan vətəndaşlar 5 il ərzində onu özgəninkiləşdirə bilməzlər. Bu, layihədə öz əksini tapır və buraya daxil edilməsi üçün nəzərdə tutulub. Hamısı eyni şeydir. Sağ olun. 
Sədrlik edən. Sağ olun. 26-cı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.08 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
27-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.09 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
28-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.09 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Nəhayət, 29-cu məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.10 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 83
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Keçirik 30-cu məsələyə. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə buyursun Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Müzakirənizə təqdim olunan  layihədə  qanunun 16-cı maddəsinin altıncı hissəsində “İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, ekspertizası” sözlərinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsində nəzərdə tutulmuş “xərclər, habelə istifadəyə yararsız yeyinti məhsullarının götürülməsi” sözləri ilə əvəz edilməsi təklif olunur.
Bu dəyişiklik “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli, 810 nömrəli Sərəncamının icrasını təmin etmək  məqsədi ilə hazırlanmışdır. Layihənin lehinə səs vermək olar.
Sədrlik edən. Xahiş edirəm, dəyişikliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.12 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 2 məsələ də bir məktubla daxil olub. 31-ci məsələ  “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyurun, Eldar müəllim. 
E.İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Müzakirənizə təqdim olunan layihədə “Meliorasiya və irriqasiya haqqında” Qanunun 32-ci maddəsindəki “vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada intizam, maddi, mülki, inzibati və cinayət məsuliyyəti” sözlərinin “şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət” sözləri ilə əvəz edilməsi təklif olunur.
Bu dəyişiklik “Azərbaycan Respublikasının Su Məcəl-ləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Res-publikasının 2014-cü il 16 dekabr tarixli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin  2015-ci il 2 fevral tarixli, 1014 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Həmkarlarımdan xahiş edirəm ki, səs verək.
Sədrlik edən. Münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.14 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Dediyim kimi, 32-ci və 33-cü məsələlər bir məktubla daxil olub. Azərbaycan Respublikasının Cinayət Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında  və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Buyursun Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, hörmətli cənab Sədr. Cənab Sədr, Siz buyurduğunuz kimi, hər iki məsələ 1 məktubla daxil olub. Azərbaycan Respublikasının Cinayət Məcəl-ləsinə və  İnzibati Xətalar Məcəlləsinə təklif olunan hər iki dəyişiklik torpaq qanunvericiliyi ilə bağlıdır. Dəyişikliklər ölkə Prezidentinin aqrar sahədə idarəetmənin təkmilləş-dirilməsi və instruksional  islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında keçən il verdiyi fərmandan irəli gələn tələblərin respublikanın qanunvericiliyində öz əksini tapması ilə bağlıdır. Söhbət torpaq üzərində mülkiyyət hüququnun, torpaqdan istifadə qaydalarının pozulması ilə bağlı məsuliyyətin sərtləşdirilməsi və bununla bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsindən gedir. Cinayət Məcəlləsində 188-ci maddə yeni redaksiyada verilir, bu da torpaq üzərində mülkiyyətdən istifadənin, icarə  hüququnun pozulması və bundan irəli gələn məsuliyyəti müəyyən edir. Dispozisiya yeni redaksiyada verilib. Hörmətli həmkarlarımda olan mətndə, 188.1-ci maddədə “torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma”, ondan sonra “özbaşına” sözü də əlavə olunub. Qanunvericilik hüququnun subyekti ilə razılaşdırılıb. Hörmətli Eldar müəllim də bu təklifi irəli sürmüşdü. İndi mətn belədir: “Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, yəni özbaşına torpaq sahəsinin hasarlanması, becərilməsi...” və s.
Cinayət Məcəlləsinə bundan başqa 314-2-ci maddədə də kiçik bir dəyişiklik olunub. Burada da dispozisiya hissəsinə “yaxud” bağlayıcısı əlavə olunub. Düzəliş dispozisiyada müstəqil cinayət tərkiblərinin daha aydın görünməsindən ötrü əlavə olunub.
İnzibati Xətalar Məcəlləsinə olunan dəyişiklikdə isə 70-ci maddə, yəni meşə fondu torpaqlarının özbaşına tutulması ilə bağlı norma çıxarılıb. Çünki torpaqların zəbt olunması ilə bağlı inzibati məsuliyyət istisna olunur. Bundan sonra bu məsuliyyət qeyd etdiyimiz kimi, sərtləşdirilib. Burada artıq cinayət məsuliyyətindən söhbət gedir. Torpaqdan təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi ilə bağlı 88-1-ci maddə yeni redaksiyada verilib. Burada məqsəd sanksiyanın sərtləşdirilməsidir.  Düşünürəm ki, bu dəyişikliklər heç bir hüquqi mübahisə doğurmur və səsə qoymaq olar. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, 32-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
33-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi


Çox sağ olun, qəbul edildi.
Növbəti 34-cü məsələ “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Xatırlayırsınızsa, Azərbaycan Respublikasının 2015-ci il üzrə daxili dövlət borclanmasının həddi 1,5 milyard manat müəyyən edilmişdi. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli fərmanı ilə 2015-ci ildə bir sıra dövlət layihələrinin maliyyələşdirilməsi üçün lazım olan vəsaitin cəlb edilməsindən ötrü sözü gedən qanunla təsdiq edilmiş daxili dövlət borclanmasının yuxarı həddinin 3 milyard manat artırılması təklif edilir. Beləliklə, xarici borcumuzun səviyyəsi büdcədə təsdiq olunmuş miqdarda qalır, daxili borcumuzun isə daxili vəsaitlər hesabına 4,5 milyard olması təklif edilir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 16.20 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq edildi.
Növbəti 35-ci məsələ “Dövlət qulluğu haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! “Dövlət qulluğu haqqında” Qanuna edilən dəyişiklik təsnifat dəyişikliyi ilə bağlıdır. Söhbət konkret olaraq Azərbaycan Respublikasının Ali Məh-kəməsindən gedir. Bu dəyişikliyə qədər, bu gün qüvvədə olan redaksiyaya görə Ali Məhkəmə 1-ci kateqoriya dövlət orqanları sırasına daxil idi. Dəyişiklik ondan ibarətdir ki, Ali Məhkəmə Ali kateqoriya dövlət orqanlarının sırasına daxil olunacaq. Düşünürəm ki, bu da hüquqi baxımdan tamamilə məqsədəuyğundur, hakimiyyətin qolları arasında bərabərliyi təmin etmək məqsədi daşıyır. Bundan başqa onun  aparat rəhbəri də müvafiq olaraq ali kateqoriyalı təsnifat qrupuna keçirilir. Dəyişiklik yalnız bundan ibarətdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 36-cı məsələ “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qa-nununda dəyişikliklər edilməsi barədədir. Buyurun, Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli Məclis üzvləri! “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna  təklif olunan dəyişikliklər keçən il həmin bu qanuna olunan bir sıra dəyişikliklərlə, o cümlədən Azərbaycan Respublikası vətəndaşlığının itiril-məsi  maddəsinin qanuna daxil edilməsi ilə bağlıdır. Qanu-nun 15-ci maddəsinin sonuna edilən dəyişiklik Kons-titusiyada ölkə Prezidentinin səlahiyyətləri ilə bağlı olan maddənin bura köçürülməsidir ki, Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Bundan başqa, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi haqqında maddəyə edilən dəyişiklik də eyni xarakterlidir və bu iddianın məhkəmə qaydasında həyata keçirilməsi ilə bağlıdır ki, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinin məhkəmə qaydasında həyata keçirilməsini qanunvericiliyə gətirir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 88
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
37-ci məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədədir. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr. “Yol hərəkəti haqqında” Qanuna təklif olunan dəyişikliklər bu qanunun 27-ci maddəsinin ikinci hissəsinin üçüncü və dördüncü bəndlərinə edilən dəyişikliklərlə bağlıdır ki, burada da söhbət qanunvericilik texnikasına əməl edilməsindən gedir. Düşünürəm ki, bunlar hüquqi baxımdan zəruri dəyişikliklərdir. İkinci hissədən “digər” ifadəsi çıxarılır və mən onu qeyd eləmək istəyirəm ki, qanunvericilik texnikası baxımından “digər”, “və sair” ifadələrinin istifadə olunması o qədər də uğurlu terminlər deyil. Bu, qanun dairəsinin hüquq tətbiqetmə orqanları tərəfindən genişləndirilməsinə səbəb ola bilir. Ona görə də onun əvəzinə “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən” ifadəsi işlənib. Düşünürəm ki, bu, hər iki bənddə daha düzgündür. Nəzəri baxımdan bu qədər detallaşdırılması o qədər də düzgün deyil, çünki detallaşdırmanın hüquq tətbiq edən orqanların səlahiyyətinə buraxılması daha düzgündür və qanunda da edilən dəyişiklik bundan ibarətdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Babək rayonunun Qoşadizə kəndinin Babək qəsəbəsinə birləşdirilməsi haqqında qanun layihəsi. Buyurun, Arif Rəhimzadə.
A.Rəhimzadə. Sağ olun, Oqtay müəllim. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi müraciət edib ki, Babək rayonunun Qoşadizə kəndi Babək qəsəbəsinə birləşdirilsin. Bu birləşmə Babək qəsəbəsini də şəhər formasına salacaq. Əhalinin böyük hissəsi bu iki qəsəbədə ya yaşayır, ya da işləyir və onların məişət məsələləri də birdir. Bu birləşmə bir çox məsələlərin həllinə kömək edəcək. Beləliklə, Babək qəsəbəsi həm əhalinin sayına görə, həm də infrastruktur inkişafına görə gələcəkdə şəhər statusu ala bilər. Məsələ komitədə müzakirə olunub. Ancaq sizə verilən layihədən fərqli olaraq bir neçə düzəliş edilib. Bu da redaktə xarakterli düzəlişlərdir. Xahiş edirəm, məsələyə müsbət rəyinizi verəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. İsa Həbibbəyli.
İ.Həbibbəyli. Hörmətli həmkarlar! Babək rayonunun Qoşadizə kəndinin Babək qəsəbəsinə birləşdirilməsi haqqındakı qanun layihəsi obyektiv reallığı əks etdirir. Belə ki, indiki halda Qoşadizə kəndi nəinki Babək qəsəbəsinə bitişikdir, hətta deyərdim ki, Qoşadizə kəndi Babək qəsəbəsinin içində bir böyük məhəlləyə çevrilib. Qoşadizə kəndindən Naxçıvan şəhərinə doğru uzanan ərazidə də Babək qəsəbəsini əhatə eləyən idarə və təşkilatlar üçün binalar tikilib. Ona görə də bu, tamamilə qanunauyğun prosesdir. Amma bir məsələni də qeyd etməyi vacib sayıram. Bu, digər dəyişmələrə də aiddir. Yer adlarının dəyişməsində ehtiyatlı məsələlərdən biri toponimin itməsi ilə bağlıdır. Çünki bu toponimlərin bir çoxu xalqımızın soykökü,  tarixi ilə bağlı olan mühüm məsələləri özündə əks etdirir. Qoşadizə kəndinin Babək qəsəbəsinə birləşdirilməsi ilə toponimin itməsi təhlükəsi olmur. Çünki Naxçıvan Muxtar Respublikasının ərazisində bir neçə yerdə – Şərur rayonunda, Culfa rayonunda Dizə adlı kəndlər var. Eyni zamanda, Babək rayonunun özündə də tərkibində “dizə” sözü olan yaşayış məntəqəsi fəaliyyət göstərir. Beləliklə, tarixi toponimlər qorunub saxlanmış olur. Ona görə də mən bu qanun layihəsinə səs verməyi münasib sayır və onun azərbaycançılıq prinsiplərinə uyğun olduğunu qeyd etmək istəyirəm.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.29 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, sonuncu, 39-cu məsələ Publik hüquqi şəxslər haqqında qanun layihəsidir, birinci oxunuşdur. Xahiş edirəm, diqqətli olun. Buyursun Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar!  Müzakirənizə təqdim olunan Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası qanununun layihəsi mənim də üzvü olduğum Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən hazırlanmışdır. Belə bir qanun layihəsi Azərbaycan qanunvericiliyi üçün yenidir. İndiyə qədər respublikamızda belə bir qanun olmamışdır. Amma dünya təcrübəsində, Avropanın bir sıra ölkələrində oxşar qanunlar mövcuddur. Almaniya, Fransa, İtaliya, Rusiya, Estoniya, Litva və digər ölkələr bu qəbildəndir. Bu ölkələrdə publik hüquqi şəxslərin fəaliyyəti qanunvericiliyin bir sıra sahələri ilə tənzimlənir. Məsələn, Fransa inzibati qanunvericiliyində publik hüquqi şəxslər inzibati hüquq münasibətlərinin   subyektləri sırasında da sadalanırlar. Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində çox böyük uğurlar qazanıb. Hüquqi tənzimləmənin daim təkmilləşməsi Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindəndir. Məhz bu məqamlar belə bir qanun layihəsinin hazırlanıb müzakirəyə təqdim edilməsinin zərurətini yaradan əsas səbəblərdəndir.
Hörmətli həmkarlar, bu gün Azərbaycanda elə hüquqi şəxslər mövcuddur ki, onlar  Azərbaycan Respublikası Mülki Məcəlləsinin hüquqi şəxslər haqqında IV fəslinin normaları ilə mükəmməl tənzimlənməyə bir növ tabe olmurlar. Çünki bu hüquqi şəxslər Mülki Məcəllədə nəzərdə tutulan, – obrazlı desək, – klassik hüquqi şəxslərdən fərqlənir. Buraya Azəriqaz, Azərişıq, Azərenerji, Neft Şirkəti, təhsil, səhiyyə, mədəniyyət sahəsində dövlət tərəfindən yaradılan bir sıra hüquqi şəxslər daxildir. Bu hüquqi şəxslər dövlət tərəfindən yaradılmaları, ilkin əmlakla təmin edilmələri, keyfiyyətlərini özlərində birləşdirmələri ilə yanaşı, ictimai fəaliyyətlə də məşğul olurlar. Həmin qurğunun saxlanılması xərcləri istisna olmaqla, mənfəət üzərində sərbəst sərəncam verə bilmirlər. Bu hüquqi şəxslər, eyni zamanda, dövlət hakimiyyətinin daşıyıcısı kimi çıxış edirlər ki, bütün bu keyfiyyətlər də onları mülki hüququn təsbit etdiyi plastik hüquqi şəxslər çərçivəsindən kənara çıxarmaqla hüquqi şəxslərin xüsusi növünə çevirir. Ona görə də bu qəbildən olan hüquqi şəxslər fərqli hüquqi yanaşmanın tətbiq olunması zərurətini meydana çıxarır.
Hörmətli həmkarlar, sizə təqdim olunan qanun layihəsi hazırlanarkən yuxarıda qeyd olunan ölkələrin analoji qanunları öyrənilərək bu ölkələrin təcrübəsi nəzərdən keçirilib. Diqqətinizə təqdim olunan Publik hüquqi şəxslər haqqında qanun layihəsində bu qəbildən olan hüquqi şəxslərin yaradılması, dövlət qeydiyyatına alınması, onların fəaliyyəti, dövlət orqanları ilə yanaşı, bələdiyyələrin də belə hüquqi şəxslər yaratmaq hüquqları, bu hüquqi şəxslərin məsuliyyəti, onları yaradan təşkilatların, dövlətin və bələdiyyələrin məsuliyyət payı geniş şərh olunub. Sözsüz ki, Azərbaycan qanunvericiliyi üçün yeni olan bu layihənin ideal olmasını iddia etmək fikrindən uzağıq. Düşünürəm ki, hər bir qanun öz tətbiqi prosesində cilalanır və təkmilləşir. Hörmətli həmkarlarımın söyləyəcəyi təkliflər nəzərə alınmaqla növbəti oxunuşlara qədər layihə üzərində geniş iş aparılacaq. Hörmətli həmkarlarımın müzakirə vaxtı söyləyəcəkləri hər bir fikrə görə qabaqcadan öz adımdan və komitəmiz adından dərin təşəkkürümü bildirirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı, sualı var.
F.Ağamalı. Çox sağ olun, cənab Sədr. Mənim sualım ondan ibarətdir ki, bəlli olduğu kimi, Azərbaycan Res-publikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıqla məşğul olan məhdud məsuliyyətli cəmiyyətlər var. Bunlarla publik hüquqi şəxslər arasında hansı prinsipial fərqlər var? İstərdim ki, bunun cavabını alım.
Sədrlik edən. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sadəcə olaraq, təklif olunan qanunda “publik hüquqi şəxslər” ifadəsi Azərbaycan dilinə uyğun deyil, yəni “publik” nə deməkdir? “İctimai” sözü var, ingilis dilində “pablik” sözü  var. Biz qanun qəbul ediriksə, bu, Azərbaycan Respublikasının Qanunudursa, o zaman Azərbaycan dilindən istifadə etməliyik və anlayış da qanunun mahiyyətinə, onun təklif olunan adına uyğun olmalıdır. Mənə elə gəlir ki, bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Xarici sözlərdən və  anlayışlardan Azərbaycan  qanunvericiliyində istifadə edəndə müəyyən qədər ehtiyatlı davranmalıyıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Şəmsəddin Hacıyev.
Ş.Hacıyev. Cənab Sədr, mənim də təklifim elə bu məsələ ilə bağlıdır. “Publik hüquqi şəxs” anlayışı. 2.1-ci maddədə “Publik hüquqi şəxs” anlayışı verilib. Amma diqqətlə oxusanız, görərsiniz ki, bu, dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs adından yaradılan təşkilatdır. Biz “publik şəxs” anlayışını verə bilməmişik, amma artıq onun adından  deyirik. Ona görə də mən təklif edirəm ki, birinci, “publik hüquqi şəxs” anlayışı düzgün verilsin, ondan sonra onun adından yazılsın. Mən də tərəfdarıyam ki, məsələn, rus dilində “публичное право” sözü var,  Azərbaycan dilində də bunun uyğun variantını tapmaq məqsədəuyğun  olardı. “Pablik” sözü həm ictimai gedir, həm də kütləvi gedir. Ona görə Azərbaycan dilində bir yaxşı söz, ifadə tapılıb deyilsə idi, yaxşı olardı. O ki qaldı qanun layihəsinin digər maddələrinə, mən diqqətlə oxumuşam, onlara heç bir iradımız yoxdur. Orada müəyyən düzəliş edilsə, hesab edirəm ki, qanunun adı ilə məzmundakı anlaşılmazlıq da aradan qalxar. Çox sağ olun, diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Şəmsəddin müəllim. Elm və təhsil komitəsinin sədri kimi bu qanunu əhatə edə bilən bir termin tap, dəyişək. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun. Mən də hesab edirəm ki, belə bir qanun layihəsinin parlamentin müzakirəsinə buraxılması çox önəmlidir. Son illər ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu, bələdiyyə institutlarının təkmilləş-dirilməsi istiqamətində çox böyük işlər görülür. Nəzərə alsaq ki, Avropanın inkişaf etmiş ölkələrində belə qanunlar artıq çoxdan qəbul və tətbiq olunur, bunu çox yüksək dəyərləndirmək lazımdır. Sözsüz ki, bu gün konseptual baxımdan qanuna səs verəcəyik. Mənim  Rafael müəllimə sualım var, burada vəzifələri genişləndirmək olarmı? Publik hüquqi şəxsin vəzifələri nədən ibarət olacaq, buna aydınlıq gətirilsə, yaxşı olardı. Buna səs verəcəyik, təbii ki, vacib bir qanun layihəsidir. Çox sağ olun.
Sədrlik edən. Şəmsəddin  müəllim, sən indi cavab verməyə hazırsan?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Adın yazılıb. Sənə vaxt verdim ki, hazırlaşasan, tələsmə. Bu, qanun layihəsinin birinci oxunuşudur. Burada hələ qanunun içərisinə diqqətlə girməmişik. İkinci oxunuşda dəyişikliklər olacaq. Ona görə birinci oxunuş kimi, hesab edirəm ki, artıq səsə qoymaq olar. Əgər etiraz yoxdursa, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.39 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İclasımız sona çatdı. Bildiyiniz kimi, bu sessiyada yəqin ayın 12–13-də büdcə zərfinə baxacağıq.  Komitələr ayın 2-dən sonra büdcəyə baxmağa başlayacaq. Ona görə, xahiş edirəm, büdcənin müzakirəsində fəal olaq. Düzgün başa düşək, düzgün yanaşaq. Çox sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi