2017-ci il 14 aprel tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VI SESSİYASI İCLASININ

PROTOKOLU № 39

Milli Məclisin iclas salonu.
14 aprel 2017-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 114 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 108
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Firsənd Qurbanov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Məhəmmədəli Süleymanov, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri.
Vəfa Mütəllimova, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının şöbə müdiri.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının şöbə müdiri.


* * *

Nuşirəvan Məhərrəmov, Milli Televiziya və Radio Şurasının sədri.
İctimai Televiziya və Radio Yayımları Şirkəti
Yayım Şurasının üzvlüyünə namizədlər.
Azər Həsrət,
Yadigar Məmmədli,
Muxtar İmanov,
Həsən Cəfərov,
Əli Cəfərov.

* * *


Elsevər Ağayev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
Natiq Məmmədov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Ceyhun Məmmədov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin  direktoru.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.
2. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında.
3. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
4. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli  906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan  Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
29. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
31. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
32. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
33. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
34. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
35. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
36. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
37. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
38. Azərbaycan – Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması haqqında.
39. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.


Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Vüqar Gülməmmədov, Fərəc Quliyev, Əli Məsimli, Fəzail İbrahimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Musa Quliyev, Ziyafət Əsgərov, Qənirə Paşayeva, İlham Məmmədov, Siyavuş Novruzov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

2. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rafael Hüseynov

Təklif: Azər Həsrət İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsin.
Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 91
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Təklif: Muxtar İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsin.
Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Təklif: Həsən Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsin.
Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi


3. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər:  Ziyafət Əsgərov, İsa Həbibbəyli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

4. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan  Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

6. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi


7. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

8. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

9. “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

10. “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi


11. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

12. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi


13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov


Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

16. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

17. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

18. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

19. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 107
Nəticə: Qəbul edildi

20. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

21. “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi


22. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

23. “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

24. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

25. “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

26. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

27. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

28. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

29. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

30. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

31. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

32. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

33. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

34. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.19 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

35. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.


Çıxış etmişdir:
  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.19 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

36. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.23 dəq.)
Lehinə 95
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

37. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə


Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.24 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

38. Azərbaycan – Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.25 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

39. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli, Tahir Kərimli, Musa Quliyev, Tahir Rzayev, Rüfət Quliyev, Hikmət Məmmədov, Qənirə Paşayeva, Sona Əliyeva, İlham Əliyev

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.11 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi



Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

MİLLİ MƏCLİSİN İCLASI

14 aprel  2017-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 108
Yetərsay 83

Çox sağ olun, yetərsay var.
Gündəlik sizə paylanıb, xahiş edirəm, gündəliyə də münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi


Gündəlik qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, gündəlikdə 39 məsələ var. Bu sizi çox qorxutmasın. Bunların 28-i qanunlara uyğunlaşdırma məsələləridir. Bu gün Hesablama Palatasının da hesabatı var. Sözü verək Vüqar Gülməmmədova. Buyursun.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli media üzvləri! 2016-cı il Hesablama Palatasının fəaliyyəti tarixində əlamətdar illərdən biri olmuşdur. Hesabat ilində ölkənin kənar dövlət maliyyə nəzarəti orqanının yaranmasının 15 illiyi qeyd edilmişdir. Ölkə rəhbəri möhtərəm cənab İlham Əliyev tərəfindən maliyyə nəzarəti və şəffaflığın gücləndirilməsi ilə bağlı qoyulmuş tələblər, mövcud qanunvericilik aktlarına cənab Prezidentin təşəbbüsü ilə edilmiş dəyişikliklər və əlavələr Hesablama Palatasının institusional möhkəmlənməsi istiqamətində mühüm addımlardan olmuşdur. 2016-cı ildəki fəaliyyət ilə bağlı hesabatı sizə təqdim etməklə diqqətinizi bir neçə istiqamətə yönəltmək istərdim.
İlk olaraq qeyd edim ki, mövcud normativ hüquqi aktlara uyğun hazırlanmış bu hesabat əvvəlki hesabatlarla müqayisədə məzmunca bir sıra fərqli məqamlara malikdir. Ali audit orqanının əsas məqsədi ölkənin maliyyə inzibatçılığı sahəsində vacib və böyük təsirə malik olan problemlərin müəyyən edilməsi və bu sahədə nöqsanların qarşısının alınması, həmçinin şəffaflığın və hesabatlılığın gücləndirilməsi tədbirlərinə dəstək olmaqdır. Bu məqsəddən çıxış edərək Hesablama Palatası son bir neçə ildə xarakterik nöqsanlar üzrə məlumatları əvvəlki illərdə sizlərə təqdim etdiyimiz hesabatlarda əks etdirmişdir. 2016-cı ildən başlayaraq isə müəyyən edilmiş nöqsanların və pozuntuların təsnifləşdirilməsi işlərinə başlanmış, bu məqsəd ilə beynəlxalq təcrübə öyrənilmiş, xüsusilə analoji maliyyə inzibatçılığı sisteminə malik olan qonşu dövlətlərin təcrübəsinə diqqət yetirilmişdir. Nəticədə ayrı-ayrı qurumlar üzrə müəyyən edilmiş maliyyə pozuntuları vahid yanaşma tətbiq edilməklə sistemləşdirilmiş və təhlil olunmuşdur. Hesabatda nöqsanların təsnifatına əsaslanılmaqla nəzarət tədbiri keçirilmiş, hər bir qurum üzrə müəyyən edilmiş nöqsanların sayı və ümumi məbləğdə xüsusi çəkisi barədə məlumat verilmişdir. Qeyd edim ki, sistemli yanaşma nəzarət fəaliyyətinin nəticələri əsasında həyata keçirilmiş tədbirlər barədə məlumatlara da tətbiq edilmişdir. Belə yanaşma informasiyanın qəbul edilməsini asanlaşdırmaqla yanaşı, fikrimizcə, müəyyən olunmuş nöqsanlar və həyata keçirilmiş tədbirlər üzrə məlumatların uyğunluğunu da təmin edir.
Hörmətli millət vəkilləri, hesabat ilində fəaliyyətimizi xarakterizə edən bəzi ünlü məlumatları diqqətinizə çatdırmaq istərdim. İlk olaraq nəzarət tədbirlərinin sayı və əhatə dairəsi barədə. 2016-cı ilin iş planına uyğun olaraq hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si təhlil işi olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u təhlil olmaqla 19 nəzarət tədbirinin başlanması ilə bağlı qərar qəbul edilmişdir. Dövlət büdcəsinin gəlirlərini əhatə edən tədbirlərin sayı 8 olmuşdur. Büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 audit keçirilmişdir. Hesabat ilində 2 analitik təhlil növbəti ilə keçirilmiş, 2 nəzarət tədbirinin nəticələrinə məxfi qaydada baxılmışdır. 1 auditin nəticələrinin yekunlaşdırılmaması səbəbindən həmin tədbir ilə bağlı məlumatlar növbəti ildə fəaliyyət ilə bağlı hesabata daxil ediləcəkdir. Ümumilikdə 2016-cı ildə audit ilə əhatə olunmuş qurumun sayı 155 olmuşdur.
Eyni zamanda, bildirmək istərdim ki, 2016-cı ilin iş planında nəzərdə tutulmuş və hesabat ilində başa çatdırılmış nəzarət tədbirlərinin sayı 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,8 faiz az olmuşdur. Bununla belə, auditlə əhatə edilmiş vəsaitin məbləği əvvəlki illərlə müqayisədə 34,2 faiz çox olmaqla ümumilikdə əhatə dairəsi hesabat ilində 5,6 milyard manat vəsaiti əhatə etmişdir. 2016-cı ildə əhatə edilmiş vəsaitin 85,5 faizi mərkəzləşdirilmiş xərclər, 14,5 faizi isə yerli xərclər üzrə olmuş, 32-si Bakı şəhərində, 30-u respublikanın ayrı-ayrı şəhər və rayonlarında, 3-ü isə xarici ölkələrdə yerləşən diplomatik korpuslarda audit tədbirləri aparılmışdır.
Fəaliyyətimizi xarakterizə edən digər bir göstərici, kəmiyyət və keyfiyyət göstəricisi barədə məlumat vermək istərdim. Yuxarıda qeyd edildiyi kimi, hesabat ilində müəyyən edilmiş nöqsanlar və pozuntular vahid yanaşma tətbiq edilməklə təsnifləşdirilmişdir. Ümumilikdə 8 istiqamət üzrə 825 halda nöqsan müəyyən edilmişdir. Yol verilmiş nöqsan və pozuntuların ümumi məbləğinin 21 faizi büdcə qanunvericiliyinin pozulması halları, 25,8 faizi əsaslı xərclər üzrə, 20,2 faizi mühasibat uçotu və hesabatlılıqla bağlı, 12,7 faizi dövlət borcu üzrə, 12,5 faizi vergi qanunvericiliyinin pozulması üzrə, 7,7 faizi dövlət satınalmaları ilə bağlı olmuş, 0,1 faizini isə digər sahələr təşkil etmişdir. Aparılmış təhlillər, müşahidələr göstərir ki, həm say, həm də məbləğdə xüsusi çəkisinə görə əsaslı təmir-tikinti işlərinin yerinə yetirilməsində, mühasibat uçotunun təşkili və hesabatlılığın təmin edilməsində, büdcə qanunvericiliyi tələblərinə riayət olunmasında və satınalmaların həyata keçirilməsində yol verilmiş nöqsanlar xüsusilə seçilir.
Sizlərə təqdim edilmiş hesabatda ötən illərdə olduğu kimi, bir neçə istiqamətə xüsusi diqqət yetirilmişdir. Məlumunuz olduğu kimi, ölkə rəhbərinin təşəbbüsü ilə vəsaitlərin təyinatının dəyişdirilməsi ilə bağlı Cinayət və İnzibati Xətalar məcəllələrində müvafiq bəndlər əlavə edilmişdir. Cənab Prezidentin maliyyə nəzarətinin və maliyyə intizamının yüksəldilməsi ilə bağlı qəti tapşırıqları, xüsusilə bu sahəyə diqqəti və ümumilikdə vəsaitlərin təyinatı üzrə istifadə olunmasının səmərəlilik və qənaətlilik istiqamətində zəruri şərt olması Hesablama Palatasının nəzarət fəaliyyətində ön planda saxlanmışdır. Hesablama Palatası vəsaitin təyinatının dəyişdirilməsi hallarını hesabat ilində, əsasən, 3 istiqamət üzrə qruplaşdırmış və diqqətə çatdırım ki, ümumilikdə 52,4 milyon manat məbləğində vəsaitin təyinatının dəyişdirildiyi müəyyən olunmuşdur. Təhlil göstərir ki, qurumlar tərəfindən satınalmaların həyata keçirilməsi zamanı ən çox yol verilən nöqsanlar satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi, tenderdə iştirak edən iddiaçılardan zəruri sənədlərin alınmaması, xüsusilə satınalma metodlarının tətbiq edilməməsi və satınalma metodunun dəyişdirilməsidir.
Hörmətli millət vəkilləri, hesab edirik ki, dövlət satınalmaları sahəsində yol verilən pozuntular ilə bağlı Milli Məclisin ötən sessiyasında Cinayət və İnzibati Xətalar məcəllələrinə edilmiş müvafiq dəyişikliklər böyük əhəmiyyətə malikdir və bu sahədə məsuliyyətin artırılmasında ciddi təkan olacaqdır. Vəsaitlərin səmərəsiz istifadə edilmə halları da diqqətdə saxlanılmışdır. Bu sahədə əsas məqsədimiz həmin halların yaranma səbəblərini müəyyən etmək və müvafiq təkliflər ilə çıxış etməkdir.
Ümumilikdə hesabat ilinin nəticələrinə əsaslansaq, Hesablama Palatası hesab edir ki, qurumlar tərəfindən həmin istiqamətlərə 82,9 milyon manat məbləğində vəsait yönəldilmişdir. Əlavə olaraq nəzarət tədbirlərinin nəticəsi əsasında dövlət büdcəsi xərclərinin proqnozlaşdırılması və icrasına xüsusilə təsir edən bir sıra nöqsanları da diqqətə çatdırmaq istərdim. Hesablama Palatasının apardığı auditlər, təhlillər, monitorinqlər, büdcənin layihəsinə və icrasına verdiyi rəylər əsasında göstərməliyik ki, audit olunan qurumlar tərəfindən beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin smetasında dəvət edilən iştirakçı sayının əsassız artırılması, dövlət investisiya proqramlarına investisiya layihələrinin bəzi hallarda tam hazırlanaraq daxil edilməməsi və yalnız proqrama daxil edildikdən sonra texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması, səhmdar cəmiyyətlər tərəfindən dövlət əmlakından səmərəli istifadə edilməməsi, xüsusilə icarə müqavilələrində ehtiyat fondlardan ayrılan vəsaitlərin vaxtında icra olunmaması, xərcləri bir maddə ilə aparılan təşkilatlar tərəfindən icra dövründə vəsaitlərin xərclər smetasında planlaşdırılmayan tədbirlərə və borclara yönəldilməsi kimi hallar da mövcuddur.
Hörmətli millət vəkilləri, həyata keçirilən tədbirlərin nəticəsi olaraq audit olunan qurumlar tərəfindən müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə bir neçə istiqamətdə tədbirlər həyata keçirilmişdir. Həmin tədbirlərə nöqsanlar səbəbindən artıq ödənilmiş vəsaitin dövlət büdcəsi və büdcədənkənar dövlət fondunun büdcəsinin bərpası ilə yanaşı, vergi borclarının əvəzləşdirilməsi, yerinə yetirilməmiş işlərin başa çatdırılması və təhvil verilməmiş mal-materialların təhvil verilməsi və sair bu kimi tədbirlər aiddir.
Hesablama Palatası ötən illərdə həyata keçirilmiş auditlər üzrə görülmüş tədbirlərin sona çatdırılması işinə xüsusi diqqət yetirir və bu məlumatlar da daim nəzarətdə saxlanılır. Beləliklə, qeyd edə bilərik ki, Hesablama Palatasının 2016-cı ildə həyata keçirdiyi maliyyə, büdcə-nəzarət fəaliyyətinin və əvvəlki illərdə başa çatmış tədbirlərin davamı olaraq ümumilikdə 11,3 milyon manat, 75 min Amerika dolları, 17,8 min avro məbləğində vəsaitin bərpası təmin edilmişdir. Bu, keçən ilin müvafiq göstəricisindən 9,6 faiz çoxdur. Həyata keçirilmiş tədbirlərin bir istiqaməti görülməmiş işlərin başa çatdırılması ilə əlaqədardır. Hesabat ilində qurumlar tərəfindən 4,1 milyon manat məbləğində görülməmiş işlər başa çatdırılmış, sifarişçi-podratçı təşkilatlar tərəfindən 4,4 milyon manat məbləğində işlərin 2017-ci ilin birinci yarısında başa çatdırılacağı ilə bağlı öhdəlik məktubu Hesablama Palatasına daxil olmuşdur. Bununla yanaşı, hesabat ilində 625,3 min manat dəyərində təhvil verilməmiş inventar və avadanlıqların təhvil verildiyini də qeyd etmək istərdim. Əlavə olaraq audit olan qurumlar üzrə 3,6 milyon manat məbləğində maliyyələşmə məbləğinin də azaldılması təmin edilmişdir.
Dövlət büdcəsi ilə yanaşı, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 282 min manat məbləğində vəsait bərpa edilmiş, yığım hesabına toplanmış 209,3 min manat məbləğində vəsait müvafiq hesabatlara bərpa edilmişdir. Hesabat ili üzrə nəzarət tədbirlərinin nəticəsi kimi audit olunan qurumlar tərəfindən 443 nəfər barədə bir sıra intizam-tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı məlumatlar Hesablama Palatasına daxil olmuşdur. Eyni zamanda, vurğulanmalıdır ki, bəzi qurumlar tərəfindən nöqsanlara və pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam icra edilməmişdir, həmçinin bu tədbirlərin preventiv xarakter daşıdığını nəzərə alaraq tətbiq edilən tədbirlər əvvəlki illərdə olduğu kimi kifayət qədər sərt olmamışdır. Hesabat ilində 1-i məxfi olmaqla 10 analitik təhlil başa çatdırılmış və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq 9 təhlil işinin nəticələri sizlərə təqdim edilmiş hesabata daxil edilmişdir.
2016-cı ildə Hesablama Palatası tərəfindən dövlət büdcəsi vəsaitlərinin icrasını təmin edən qurumların vəsaitlərin istifadəsi ilə bağlı təqdim etdikləri illik maliyyə hesabatları və balans göstəricilərinin təhlili işlərinə də başlanmışdır. Hesabat ilində 113 qurum üzrə məxfi xərclər istisna olmaqla 5,8 milyard manat məbləğində vəsait bu təhlillər ilə əhatə olunmuşdur. Təqdim olunmuş hesabatın fərqləndirici xüsusiyyətlərinin biri də həmin təhlillər əsasında icmal nəticələrin hesabatda əks etdirilməsidir.
Hörmətli millət vəkilləri, nəzarət tədbirləri ilə yanaşı, Hesablama Palatası tərəfindən həyata keçirilən inzibati fəaliyyət haqqında əlavə məlumat vermək istəyirəm. Ali audit qurumu olaraq korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində fəaliyyət gücləndirilmiş, “Açıq hökumətin təşviqinə dair 2016–2018-ci illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə nəzərdə tutulmuş tədbirlərin icrası təmin olunmuşdur. Belə ki,  hesabat ilində keçirilmiş auditlərin nəticələri, dövlət büdcəsi ilə bağlı rəylər, internet səhifəmizdə yerləşdirilmiş informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədi ilə tətbiqi proqramların icrasına başlanmışdır. Şəffaflıq və hesabatlılıqla bağlı standartların icrası istiqamətində atılmış addımlar, o cümlədən nəzarət tədbirlərinin nəticələrinin açıqlanması, həmçinin dövlət büdcəsinin icrası üzrə rəylərin məlumatlılıq səviyyəsinin gücləndirilməsi ilə bağlı fəaliyyət müsbət nəticələr vermişdir.
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən təqdim olunan 2016-cı il üçün fiskal şəffaflıq hesabatının Azərbaycanla bağlı bölməsində məhz Hesablama Palatasının fəaliyyətinin genişlənməsi ilə ölkəmizin bu sahədə əhəmiyyətli tərəqqi əldə etdiyi qeyd olunmuş, hesabat dövrü ərzində Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən dövlət büdcəsinin icrası ilə bağlı hazırlanmış rəyin geniş ictimaiyyətə açıqlanması müsbət dəyərləndirilmişdir. 2016-cı ildə 2 nəzarət tədbirinin nəticəsi Azərbaycan Respublikasının Baş Prokurorluq orqanlarına göndərilmişdir. Büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə yanaşı, korrupsiyaya qarşı mübarizə vasitəsi kimi təkliflərin hazırlanması hesabat ilində də təmin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinə 9 təklif göndərilmişdir. Aktuallığı nəzərə alınaraq vəsaitin təyinatının dəyişdirilməsi hallarının müəyyən edilməsi, həmçinin vahid büdcə təsnifatının beynəlxalq təcrübədə qəbul edilmiş dövlət maliyyə statistikası təlimatına uyğunlaşdırılması ilə bağlı təkliflərlə yanaşı, dövlət büdcəsinin gəlirləri, dövlət borcu, həmçinin məqsədli büdcə fondlarının xərcləri və təhsil xərcləri üzrə təkliflər də burada yer almışdır. Hesabat ilində Hesablama Palatası iki beynəlxalq tədbirə ev sahibliyi etmiş, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın növbəti konqresində iştirak etmiş, ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr davam etdirilmişdir.
Sonda bildirmək istəyirəm ki, 2016-cı ildə Hesablama Palatasının fəaliyyətinin təşkili məqsədi ilə dövlət büdcəsindən 3,3 milyon manat məbləğində vəsait sərf edilmişdir ki, bu məbləğin də 85,9 faizi əmək tutumlu xərclərdir. Dövlət büdcəsindən Hesablama Palatasına ayrılmış vəsaitin bütün istiqamətlər üzrə icrası haqqında məlumat təqdim etdiyimiz hesabatda geniş şəkildə öz əksini tapmışdır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hesablama Palatasının 2016-cı ildə fəaliyyəti ilə bağlı hesabatın kollegiya tərəfindən təsdiq edildiyini və təqdim olunduğunu diqqətə çatdırmaqla hesabatın nəzərə alınmasını xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Çıxış eləmək istəyən varsa, buyursun, yazılsın. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən hesab edirəm ki, Milli Məclis tərəfindən nəzarət orqanı kimi yaradılan Hesablama Palatasının hazırladığı hesabat həm də bizim uğurumuzdur. Bu sənəd çox yaxşı hazırlanmışdır. Xüsusi olaraq sənəddə bizim dəfələrlə Milli Məclisdə qaldırdığımız məsələlərə münasibət bildirilməsini mən təqdir olunan hal hesab edirəm. Məsələn, 100-cü səhifədə ikinci bənddə belə bir ifadə var. Aparılmış nəzarət tədbirləri göstərir ki, müəyyən edilmiş bir sıra nöqsanların yaranması, xüsusilə vəsaitin təyinatının dəyişdirilməsi daha çox proqnozlaşdırma proseslərindən asılıdır. Biz burada dəfələrlə proqnozlarla bağlı fikirlər bildirmişdik. Məsələn, mən büdcə daxilolmaları məsələsində 101 milyon vəsaitin cərimələrdən daxil olmasına və 1 milyon vəsaitin də yol nəqliyyatında olan qanun pozuntularından daxil olmasına münasibət bildirmişdim. Mən hesab edirdim ki, bu proqnoz doğru proqnoz sayılmalı deyil. Çünki ola bilər, həmin il bir sürücü heç bir hadisə törətməsin və 1 milyon cərimə də daxil olmasın, sahibkarlar özlərini nümunəvi aparsınlar, 100 milyon daxil olmasın. Yəni proqnozların özləri sonradan həmin orqanlar üçün də bir problem yaradır. Bu o deməkdir ki, vergi işçisisən, get, nə formada olursa tap, yaxud DYP işçiləri 1 milyon vəsait tapmalıdırlar. Bu ifadənin qoyulması doğru məsələdir və bundan sonra konkret təkliflərlə çıxış eləməsi Hesablama Palatasının uğuru sayıla bilər.
Burada göstərilir ki, qurumlar üzrə, konkret olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı, subsidiyalarla bağlı olaraq göstərilib ki, buradakı yarımmaddə vahid büdcə təsnifatından çıxarılsın, çox doğru yanaşmadır. Yaxud da ümumi ifadələr var idi, biz də dəfələrlə bu məsələlərə toxunmuşduq. Məsələn, Palata “digər alışlar və xidmətlər” yarımmaddəsinin təsnifatdan çıxarılmasını təklif edir. Sonra, “sair xərclər” paraqrafında nəzərdə tutulmuş xərclərin də daha detallı təsnifləndirilməsi təklif olunur. Bunlar normal təkliflərdir, mən hesab edirəm ki, həm çox ciddi şəkildə işləyiblər, həm də deputatların verdikləri fikirlərə münasibət bildiriblər. Ümumi müddəalarda dövlət idarəçilik sisteminin vacib tərkib hissəsi olan Hesablama Palatasının fəaliyyətinin məqsədi dövlətin inkişafı, vətəndaşların rifahı naminə dövlət vəsaitlərinin şəffaf, məqsədyönlü, səmərəli və nəticədə qənaətlə istifadə olunmasını təmin etməkdir. Bu, ardıcıl olaraq, fasilə vermədən davam eləyən bir prosesdir.
Amma məni bir məsələ maraqlandırır. Dövlət büdcəsindən ayırmaları və yaxud da banklardakı vəziyyəti biz bilirik, çox avantürist layihələrə böyük vəsaitlər ayrıldı və yaxud da kreditlər götürüldü. Bir çox vəsaitin ölkədən çıxarılması haqqında, – bu, artıq sirr deyil, – məlumatlar var. Hesablama Palatası bu məsələlərlə əlaqədar olaraq vaxtında niyə nəzarət aparmayıb və yaxud indinin özündə bu vəziyyət necədir? O vəsaitin geri qaytarılması ilə bağlı işlər görülür və yaxud görülmür? Nə qədər vəsait çıxarılıb və bu vəsaiti qaytarmaq üçün hansı tədbirlər görüləcək? Biz mütləq bu məsələlərdə normal  yanaşmalar tələb eləməliyik. Profilaktik tədbirlər görülməlidir ki, ölkənin vəsaitini çıxara bilməsinlər. Avantürist layihələrə vəsait ayrılmasın və çıxarılan vəsaitlər də geri qaytarılsın.
Ümumi müddəalarda göstərilir ki, Respublika Prokurorluğu ilə bir yerdə bu məsələlərə baxılmalıdır və inanıram ki, bu məsələlərdən nəticə olacaqdır. Bir başqa maddədə dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan vəsaitlərin dövlət büdcəsinə daxil olması göstərilir. Burada dövlət əmlakı deyiləndə yalnız dövlətin uzun illər əmlakı sayılan zavodlar, fabriklər, başqa tikililər nəzərdə tutulmalı deyil. Məsələn, bu yaxınlarda sahibsiz sayılan bir neçə villa söküldü. Oğurluq pulla tikilən villalar idi, sahibləri də görünmürdüsə, deməli, o, dövlətin əmlakı kimi milliləşdirilməli və özəlləşdirilməli idi. Məncə, bunların Bakı meri tərəfindən sökülməsi doğru sayıla bilməzdi. Bu, dövlətin oğurlanmış pulu ilə tikilibsə, dövlətin əmlakıdır, bunu pansionat kimi, uşaq bağçası kimi, xəstəxana və ya turist mərkəzi kimi istifadəyə vermək mümkün idi. Bunun sökülməsində də vəsait itirilirsə, belə şeylərə də diqqət edilməlidir. İtirilmiş vəsaiti bərpa eləmək əvəzinə onun itkisi ilə bağlı başqa tədbirin görülməsi, məncə, doğru deyil. Hesab edirəm ki, bütövlükdə götürüləndə Hesablama Palatasının işi və hazırladığı hesabat çox normaldır. Ümid edirəm ki, etdiyimiz təkliflər nəzərə alınacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən.  Çox sağ olun. Hörmətli millət vəkilləri, 15 millət vəkili yazılıb, etiraz eləmirsinizsə, 5 dəqiqəyə keçək, hamı çıxış edə bilsin. Buyurun, Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun. Cənab Sədr, vaxta bir az da qənaət eləmək üçün Vahid Əhmədovun adından da çıxış edirəm ki, ikimizin çıxışını birləşdirək. 2016-cı ilin hesabatını əvvəlki illərlə müqayisədə bir sıra cəhətdən müsbət qiymətləndirmək olar, yəni daha çox faktlara əsaslanır, təfsilatlandırma kifayət qədər aydın surətdə göstərilib, bundan əlavə, Hesablama Palatasının indiki hesabatında beynəlxalq normalara uyğun yanaşmalar daha çox üstünlük təşkil edir. Sadaladıqlarım kifayətdir ki, Hesablama Palatasının hesabatını müsbət qiymətləndirək.
Eyni zamanda, Hesablama Palatasının həm büdcənin gəlirləri və xərcləri, həm də digər tədqiqatları kontekstində bəzi məqamlara toxunmaq istərdim.  Hesab edirəm ki, indi biz yeni mərhələyə daxil olmuşuq, yeni mərhələdə Hesablama Palatasının ənənəvi təhlilləri yarımçıq xarakter daşıyacaq. Ona görə də, məsələn, “Gəlirlər” hissəsində neft gəlirləri çox olan zaman əsas yük asan pullar kimi neft gəlirlərinə verilirdi, indi artıq yeni mərhələdə sahibkarlığı inkişaf etdirmək lazımdır, digər məqamlardan istifadə eləməliyik, amma yenə asan pullara gedilir, məsələn, işığın, qazın tariflərinin qaldırılması, yaxud pensiya yaşının artırılması. Əlavə dəyər vergisi də artıq bütün vergilərin yarısından çoxunu təşkil edir.
Bunlar hamısı müvəqqəti şeylərdir, hesab edirəm ki, daha mötəbər məqamlara diqqət eləmək lazımdır, bu da sahibkarlığın inkişaf etdirilməsi, korrupsiyanın və monopoliyanın aradan qaldırılmasıdır. Hesablama Palatasının hesabatında son hissədə korrupsiyaya qarşı genişləndirilmiş  tədqiqatı müsbət hesab edirəm, amma hər halda biz kölgə iqtisadiyyatından daha çox faydalanmaqla büdcəyə əlavə vəsait cəlb eləyə bilərik, büdcədən kənarlaşmış vəsaitlərin xeyli hissəsini büdcəyə cəlb eləyə bilərik, bu da 100 milyonlarla vəsait deməkdir. Hesablama Palatasında kifayət qədər səriştəli kadrlar var, buna diqqət eləməliyik.
Xərclər məsələsinə gələndə, əgər həmin xərclərin istiqaməti bundan sonra da davam edəcəksə, Azərbaycan texnoloji cəhətdən geri qalmış ölkə olmaqda davam edəcək. Ona görə də xərclərin təkmilləşdirilməsi istiqamətində yeni addımların atılmasını vacib hesab edirik, bu istiqamətdə aparılan tədqiqatlara dəyər veririk. 2014–2015-ci illərlə müqayisədə tədqiqatların dairəsi artır, amma Oqtay müəllim, büdcəyə cəmi 11  milyondan bir qədər artıq vəsait daxil olub. Bu, dəryada bir damla deməkdir. Hesab edirəm ki, bu tədqiqatlar dərinləşdirilsə, 10 milyonlarla deyil, 100 milyonlarla ölçülən vəsaitin büdcəyə cəlb edilməsi istiqamətində addımlar atmaq olar.
Bir sıra ölkələrin təcrübəsi göstərir ki, onlar rəsmi dövlət borclarını aşağı səviyyədə saxlayırlar. Amma zəmanətli borclar gəlib o səviyyəyə çatır ki, onların bütün valyuta ehtiyatlarından da yuxarı olur. Məsələn, Rusiya. Hesab edirəm ki, həmin səhvləri buraxmamaqdan ötrü Hesablama Palatasının fəaliyyətində xarici borclanma məsələlərinə diqqət artırılmalıdır. Ona görə ki, qısa müddət ərzində xarici borclar ümumi daxili məhsula nisbətdə 10 faizdən 20 faizə qalxıb. Düzdür, inkişaf etməkdə olan ölkələr üçün bu, kritik göstərici deyil, amma biz büdcə vəsaitinin 10 faizindən artığını borcların ödənilməsinə verməyə başlamışıqsa, bu artıq diqqətçəkən, həyəcan siqnalı çalınası məsələdir ki, həmin xərcləri azaltmaqdan ötrü o vəsaitlərdən istifadənin səmərəliliyini artırmaq olar. Hesablama Palatasının tədqiqatlarına şübhə eləmirəm, onun genişləndirilməsini vacib hesab edirəm, amma bunların dərinləşməsinə ehtiyac var. Bir məktəbin tikilməsinə, bir yolun çəkilməsinə üç dəfə pul ayrılır, nə məktəb var, nə yol.  Hesab edirəm ki, artıq bu ikiqat-üçqat qanun pozuntuları Hesablama Palatasının hesabatlarında olmalıdır.
Növbəti məsələni xüsusi qeyd etmək istəyirəm ki, Hesablama Palatasında konkret adların çəkilməsi müsbət haldır. O nöqteyi-nəzərdən ki, artıq qanundan yuxarıda duran təbəqənin bir hissəsinin adı Hesablama Palatasına düşməyə başlayıb. Hesab edirəm ki, biz kölgə iqtisadiyyatını daraltmaqla, vergiyə cəlb eləməklə məmur sahibkarlığının qarşısını almasaq, Azərbaycan iqtisadiyyatının tərəqqisi yoxdur. Amma məmur sahibkarlığının qarşısını almaqla xeyli dərəcədə həmin kölgə iqtisadiyyatı vasitəsilə vəsaitləri büdcəyə cəlb eləyə bilərik. Bunun üçün bizim potensialımız yetərincədir, həmin vəsaitlərdən istifadə eləməklə büdcəmizə bir neçə milyard əlavə vəsait cəlb eləmək olar. Diqqətinizə görə təşəkkür edirəm, 15 illik münasibətilə də təbrik edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F.İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Həmkarlarımın fikirlərinə qoşuluram, səliqə-sahmanla hazırlanmış hesabatdır, indi də təqdim  olunur. Diqqətlə izlədikdə, oxuduqda, vərəqlədikdə demirəm, oxuduqda hamıda belə bir fikir yarana bilər ki, bu səliqə-sahmanın arxasında Hesablama Palatasının Milli Məclisə, bizim həmkarlara, bizlərə, ən əsası isə, özlərinə olan hörmətdən doğan bir addım atılıb. Çünki başdansovdu məsələ deyil. Fikir və mülahizələr elmi əsaslarla, faktlara söykənməklə və məntiqi ardıcıllıqla şərh edilib. Hətta bu materiallarla tanış olmadan Vüqar müəllimin hesabatına diqqətlə qulaq asdıqda görürsən ki, hesabatda dörd bölmədə ifadə olunan bütün məsələlər tam ardıcıllığı ilə şərh edilib. İlk növbədə diqqət çəkən məsələ nədən ibarətdir? Burada fəaliyyətin təşkilat prinsipləri önə çəkilir. İşin prinsipləri düzgün qoyulmadan, dərk edilmədən və prinsiplərin istiqaməti düzgün müəyyən edilmədən hər hansı bir uğurdan danışmaq olmaz.
Burada diqqət çəkən digər cəhət ondan ibarətdir ki, qanunvericiliklə müəyyən edilmiş funksiyaların icra vəziyyəti tamamilə açıq-aydın şəkildə cədvəllərlə və aydın formada ifadə olunmuşdur. Burada strateji inkişaf kursu görünür. Palata birillik hesabat verir. Əslində, bu, birillik hesabat deyil. Biz materiallara diqqətlə baxdıqda görürük ki, burada 2015–2017-ci illərin  strateji kursu müəyyən olunur, hətta gələn il Hesablama Palatası hansı addımları atacaq, o da tam aydınlığı ilə görünür. Biz Hesablama Palatası ilə tanışıq, amma kənardan belə görünə bilər ki, bu bir yoxlayıcı orqandır, audit fəaliyyəti ilə məşğuldur.
Doğrudur, onun fəaliyyətində əsas qırmızı xətt audit fəaliyyətidir. Amma, əslində, audit fəaliyyəti nə deməkdir? Bu, strukturun dövlətə münasibətidir, dövlətçiliyə münasibətidir. Bu müstəvidə də yanaşdıqda belə bir fikir söyləmək olar ki, bu məsələ də kifayət qədər ciddi formada öz həllini tapıb. Mən bunun üzərində nə üçün çox durdum? Elə strukturlar var, ora əl uzatmaq, getmək, orada yoxlama aparmaq elə bilməyin ki,  rəvan bir addımın nəticəsidir. Bəzən  ciddi çətinliklərlə üz-üzə qalmalı olursan. Amma Hesablama Palatası buna da nail olub, nəzərdə tutduğu planı tamamilə düzgün yerinə yetirib. Hesablama Palatasının ekspert-analitik fəaliyyəti də diqqəti cəlb edir. Biz bilirik ki, dövlət büdcəsi təqdim ediləndə və hökumət hesabat verəndə Hesablama Palatasının rəyi olmadan bunların heç birinə rəvac vermək mümkün deyil. Bu cəhətdən də bu böyük məsuliyyətin altına girən Hesablama Palatası bu məsələlərdə öz sözünü deyə bilib.  Məruzədə korrupsiya  ilə mübarizə, şəffaflıq məsələlərinə də toxunuldu.
Mən burada bir məsələyə diqqəti çəkmək istərdim. Görünür, bu məruzədə vaxt imkan verməyib. Mətbuatda Hesablama Palatasının verdiyi materiallar öz əksini tapıb. Biz əvvəllər, məsələn, 10 il bundan əvvəl Hesablama Palatasının təqdimatına baxdıqda zəif bir tələbənin kurs işinə bənzər bir iş görürdük. Bu gün necədir? Mətbuatı izlədikdə hətta Hesablama Palatasının hesabatına qədər biz bu strukturun fəaliyyəti ilə tam tanış oluruq. “Azərbaycan” qəzetində, mətbuat orqanlarında istər palata sədrinin, istərsə də onun müavininin çıxışları, bu yaxınlarda ayrı-ayrı saytlarda fəaliyyətləri ilə bağlı verdikləri müsahibələr bu hesabatın bu gün bu səviyyəyə gəlib çıxmasında, təbii ki, rol oynayır.
Bunların içərisində isə ən diqqəti çəkən beynəlxalq fəaliyyətdir. İstər MDB məkanında, istər qonşu dövlətlərlə, istərsə Avropa dövlətləri ilə münasibətlərin iki istiqaməti hesabatda öz əksini tapıb. Birinci istiqamət dünyanın müsbət təcrübəsinin Azərbaycana gətirilməsi və Hesablama Palatasının iş prinsipinə təqdim olunmasıdır.
İkincisi isə Azərbaycandakı Hesablama Palatasının münbit və düzgün iş prinsiplərinin dünyaya yayılmasıdır. Bu iki cəhəti özündə birləşdirəndə bunun beynəlxalq fəaliyyətinə də müsbət rəy vermək olar. Mətbuatla iş məsələsini də qeyd etdim. Bütövlüklə bütün bu deyilənləri nəzərə alsaq, belə bir fikir söyləyə bilərik ki, Hesablama Palatasının işi qənaətbəxşdir.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də Hesablama Palatasının hazırladığı bu sənədin strukturu ilə bağlı müəyyən müsbət yanaşmalara qatılıram. Hesab edirəm, Hesablama Palatasının peşəkarlıq səviyyəsi və bugünkü iş potensialı imkan verir ki, Azərbaycanda büdcə ilə bağlı auidit çalışmaları daha geniş səviyyədə aparılsın. Amma bütövlükdə sənədə qiymət vermək üçün, sadəcə, bir cümləyə baxmaq kifayətdir. Ondan sonra ayrılıqda bu sənədə bizim xüsusi təqdiredici qiymət verməyimizdə müəyyən nüanslar yaranır. 
Birincisi, burada qeyd olunur ki, Hesablama Palatasının 2016-cı ildə həyata keçirdiyi maliyyə-büdcə fəaliyyəti nəzarətinin və əvvəlki illərdə başa çatmış tədbirlərin davamı olaraq ümumilikdə 11 milyon 256 min manat, 75 min ABŞ dolları və 17 min avro məbləğində vəsaitin dövlət büdcəsinə bərpası təmin edilmişdir. Bilirsiniz, burada sənədə diqqətlə baxanda görürsən ki, dövlət qurumlarına və məmurlara aid olan məsələlərdə ancaq nöqsandan danışılır.
Azərbaycanda fərqli bir ənənə var. Vətəndaşa aid olan məsələlərdə cinayətdən, qanun pozuntusundan, mənimsəmədən danışılır, amma bu, qurumlara aid olanda ancaq nöqsanlardan danışılır. Ona görə də bu nöqsanlar məsələsinə gələndə sanki elə bil, büdcədən kimsə səhvən filan qədər vəsaiti götürüb. Bu boyda Beynəlxalq Bankdan vəsait oğurlandı, bu boyda ölkəyə, büdcəyə ziyan vuruldu, bu qədər banklarla vətəndaşlar arasında problem yarandı, milyardlarla dollar zəmanətli borcların ödənilməsi problemi var. Əgər bunların heç biri büdcəyə qaytarılmayıbsa, Hesablama Palatasının yoxlaması nəticəsində nə qədər peşəkar olurlar-olsunlar, biz bu işlə qane ola bilmərik. Dövlət orqanlarının fəaliyyətini, sadəcə, nöqsan olaraq göstərməyin nə mənası var? Ola bilsin, bu analitik araşdırmalar gedər, korrupsiya ilə, başqa məsələlərlə bağlı bunun səbəbləri doğru göstərilə, təhlil oluna bilər, ancaq Fəzail müəllim burada doğru qeyd elədi ki, hər yerə rahatlıqla girilə bilməz, Azərbaycan reallıqlarında bunu biz də başa düşürük, amma elə yerlər, elə sahələr var ki, dövlət büdcəsindən bu formada mənimsənilmiş vəsaitlərin büdcəyə qaytarılması istiqamətində daha prinsipial mövqe tutmaq lazımdır.
Siz də diqqət edirsinizsə, bu gün qida bazarında baş verən dəhşətlər hamını narahat eləməyə başlayıb. Az qala hər rayonda at kəsilir, uzunqulaq kəsilir, restoranlarda, şadlıq evlərində, başqa yerlərdə dönər, lüləkabab, başqa formada vətəndaşlara yedizdirilir. Bunun hamısının arxasında müəyyən mənada bəzi qurumların, məmurların qeyri-rəsmi formada vəsait alması durur, göz yumması durur. Yəni bunların qarşısını almaq üçün hansısa addımlar atılmalıdır.
Bu günlərdə araşdırma aparıblar, Azərbaycan əhalisinin böyük əksəriyyətinin Xəzər dənizindən tutulan balığı yeməyə imkanı çatmır. Təsəvvür edin, mal-heyvanı başa düşdük, qaz-nefti başa düşdük, bunlarda müəyyən mənada rəqabət var, xarici ölkələrlə müəyyən problemlər var, qiymətlərin tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir, balığa ki ot verilmir, yem verilmir, bunun qiymətini elə kəlləçarxa çıxarırlar ki. Vətəndaş özü tuta bilmir, yaxşı, bu satılırsa, heç olmasa, bunun qiymətini elə tənzimləmək lazımdır ki, bu ölkədə yaşayan vətəndaş kürüdən bir qaşıq özü də yeyə bilsin. Bu qiymətlərin hamısı ayrı-ayrı inhisarda olanda problemlər yaşanmağa başlayır. Ona görə hesab edirəm ki, Hesablama Palatası bizim əlimizdə yeganə vasitədir ki, büdcəyə nəzarət eləmək, o nöqsanları, qanun pozuntularını üzə çıxarmaq imkanı var, bunu etmək lazımdır, bu, dövlətimiz üçün lazımdır, ölkəmiz üçün lazımdır. Hesab edirəm ki, bu ən azı Azərbaycan əhalisinin müəyyən məsələlərdə öz sərvətimizə olan münasibətini dəyişməsi üçün lazımdır. Heç olmasa, Azərbaycanda yetişən məhsulların qiyməti üzərində müəyyən inhisarçı fəaliyyətlərin ortadan qaldırılması üçün çalışmaq lazımdır. Bu baxımdan da hesab edirəm ki, nə qədər peşəkar hazırlanır-hazırlansın, bir az daha cəsarətli sənəd ortaya qoyulması vacibdir. Ən azı insanlar görsünlər ki, Milli Məclisin nəzarət funksiyasını, büdcənin fəaliyyətinə audit yoxlamasını həyata keçirən qurum daha ciddi nöqsanları üzə çıxara bilir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli qonaqlar, hörmətli Məclis iştirakçıları! Düşünürəm ki, Hesablama Palatası öz fəaliyyətinin öhdəsindən gəlib. Əlbəttə, biz çox istəyərdik ki, aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar daha ciddi tədbirlər görülsün. Hesablama Palatasının bizə təqdim etdiyi bu hesabatda birinci səhifə bizim ölkə Prezidenti İlham Əliyevin bu sözləri ilə başlayır ki, maliyyə nəzarəti daha da gücləndirilməlidir, xüsusilə Hesablama Palatasının işi daha səmərəli şəkildə təşkil edilməlidir.
Burada, əlbəttə, çox üzücü fakt ondan ibarətdir ki, auditin aparıldığı bütün dövlət orqanlarında bu və ya digər maliyyə pozuntuları aşkar edilir. Deməli, ölkədə maliyyə nizam-intizamı ilə bağlı ciddi problemlər var. Bu barədə mütəmadi olaraq Milli Məclisdə bizim deputat həmkarlarımız danışırlar, amma elə Hesablama Palatasının özünün də bütün hesabatlarında bu barədə qeyd olunur, amma görünən odur ki, vəziyyət düzəlmir. Vaxtilə mən söyləmişdim ki, düzəlmək ehtimalı da, sözün doğrusu, yoxdur, ona görə ki, burada Hesablama Palatasının 62-ci səhifəsində nəzarət tədbirlərinin nəticəsi olaraq audit olunan qurumlar tərəfindən bir sıra inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Oxuyuram ki, o cümlədən 33 nəfər işdən azad edilmiş, 51 nəfərə şiddətli töhmət, 220 nəfərə töhmət verilmiş, 18 nəfərə ciddi xəbərdarlıq, 115 nəfərə xəbərdarlıq edilmişdir. 2 vəzifəli şəxs aşağı vəzifəyə keçirilmiş, 4 vəzifəli əməkdaşın vəzifə maaşının azaldıldığı bildirilmişdir. Yəni tətbiq olunan cəzalar bundan ibarətdir. Əvvəla, burada bilinmir ki, bu 33 nəfər işdən necə çıxarılıb. Xüsusi qərar ilə, yəni yol verdiyi nöqsanlara görə çıxarılıb, yoxsa çağırıb deyiblər ki, get, ərizəni yaz. O da buradan çıxıb gedir, başqa yerdə işə düzəlir. Yeni işə düzəldiyi yerdə də köhnə qaydada işləməyə başlayır. Hətta xüsusi qərarla çıxarılsa da, bizim əmək qanunvericiliyində elə bir məhdudiyyət nəzərdə tutulmur ki,  gedib başqa yerdə işləyə bilməz. Belə bir məhdudlaşdırıcı norma yoxdur. Bu qanun pozuntularını indi hamı, vəzifəli şəxslər də oxuyurlar. Büdcə vəsaitlərini xərcləyən insanların hamısı, adətən, vəzifəli şəxslərdir, savadlı insanlardır. Onlar bizdəki bu prosesləri izləyirlər və çəkinmədən hər dəfə bu maliyyə pozuntularına yol verirlər. Fikirləşirlər ki, aşkar olunsa, bunlar üçün ən ağır cəza nə olacaq? Burada cəzaları sadaladım da, ya töhmət veriləcək, ya işdən çıxarılacaq, ya aşağı maaşlı vəzifəyə keçiriləcək, ya da maaşından tutacaqlar. O da fikirləşir ki, qoy olsun da, bu cəzanın qarşılığında pul oğurlayaram, özümün və ailəmin, bütün gələcək nəslimin güzəranını düzəldərəm, belə deyək.
Ona görə də mən təklif edirəm ki, bu işlərin içərisində olmalı idi ki, neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub, neçə iş istintaq olunmaq üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Əlbəttə, mən o fikirlə razı deyiləm ki, cəmiyyətimizdəki bütün nöqsanlara görə Hesablama Palatasını məsul tutmaq lazımdır. Ona görə ki, Hesablama Palatası yalnız büdcə vəsaitlərinin xərclənməsinə nəzarət edir. Milli Məclis ali qanunverici orqan kimi büdcəni qəbul edir və onun icrasına nəzarət edir. Ona görə də nümayəndəli orqan kimi bu bizim birbaşa vəzifəmizdir. Parlamentdə, nəhayət, büdcə və büdcəyə nəzarət komitəsi yaradılmalıdır. Hesablama Palatası, əlbəttə, Milli Məclis tərəfindən formalaşdırılır. Oraya yüksək ixtisaslı mütəxəssislər, auditorlar cəlb olunur. Amma deputatlar bilavasitə, birbaşa büdcənin hazırlanması prosesində ilboyu iştirak etmirlər, nəzarət funksiyasının həyata keçirilməsində də birbaşa iştirak etmirlər. Düşünürəm ki, bu komitə bütün ölkələrdə var və adətən, inkişaf etmiş ölkələrdə büdcə və büdcəyə nəzarət komitəsinə bir qayda olaraq parlamentdəki müxalifət nümayəndələri rəhbərlik edirlər. Yəni bu, təcrübədə var. Ona görə biz də bu barədə bir sivil ölkə kimi düşünməliyik və dövlət əmlakını mənimsəyənlər, maliyyə pozuntusuna yol verib dediyim kimi dövlət vəsaitini, yəni xalqın vəsaitini oğurlayanlar ciddi şəkildə cəzalandırılmalıdırlar. Vüqar müəllim, Sizin gördüyünüz bu tədbirlər nəticəsində vəsait geri qaytarılır, yəni Siz sanki qarşınıza məqsəd qoymusunuz ki, oğurlanmış vəsaitlər geri qaytarılsın. Əlbəttə, bu yaxşı haldır, amma qaytarılmaqla yanaşı, o maliyyə pozuntusuna yol verən şəxslər ilk növbədə söylədiyim kimi, cəzalandırılmalıdırlar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən, əlbəttə, o millət vəkillərinin mövqeyini bölüşürəm ki, Hesablama Palatası bizə peşəkar bir rəy təqdim edibdir. İl-ildən bunun bazası, ümumi strukturu, aparılan araşdırmaların açıqlığı, şəffaflığı artmaqdadır və gerçəkdən də Vüqar müəllimin çevrəsində həmin qurumda peşəkar insanlar var və büdcənin icrasına parlamentin nəzarəti üçün kifayət qədər böyük imkanlar var. Əlbəttə, burada ayrı-ayrı məqamlar üzərində həmkarlarım dayandılar, mən keçmişdə hökumətin burada hesabat verdiyi dövrlərdə hər zaman vurğulamışam, biz belə hesabatlarda problemləri o vaxta  qədər görəcəyik ki, bütün nazirliklərin tərkibində tikinti səlahiyyəti qalmış olsun. Əksər nazirliklərdə bu mövcuddur, sanki tikinti nazirliyi kimi fəaliyyət göstərir. Halbuki onun əsas prinsipial mövqeyi hökumətin bir qurumu olaraq fəaliyyət göstərdiyi istiqamətdə olmalıdır, hansısa binanın tikintisində yox. Ona görə də mən çox arzulayıram ki, gələcəkdə Hesablama Palatası bu istiqamətdə real rəylərini təqdim etsin, parlament də bu məsələdə birləşsin. Dövlət başçısına bu məsələ daha ətraflı məruzə olunsun və əminəm ki, bu halda problemlərin miqyası azalacaq.
İkincisi, 74-cü səhifədə investisiya şirkəti ilə bağlı aparılan audit araşdırmalarının nəticələri təqdim olunub. Xatırladım ki, həmin qurum 10 ildir fəaliyyət göstərir. Yəni neft gəlirlərini, əsasən, iş yerlərinin açılmasına, qeyri-neft iqtisadiyyatının yaradılmasına qoymaq üçün təsis edilib. Sərəncamında 88 milyon manat vəsait olub. Həmin vəsaiti 10 səhmdar cəmiyyətə veriblər. İllərdir ki, ondan dividend qaytarılmır. Mən istəmirəm onları sətir-sətir oxuyum. Əsas prioritet sahələr hansılardır, necə müəyyənləşdirilir, hansı qurumlara verilir? Bunları bir kənara qoyub, son 3 ildə yalnız həmin vəsaitləri banklara depozitlər və sair şəkildə qoymaqdadırlar. İstənilən Azərbaycan vətəndaşı öz vəsaitini 2015-ci ilə qədər aparıb orada qoyurdu, hansısa bir bank faizini alırdı, yaxud da aparıb onu xarici ölkə banklarına qoyurdu. Yəni düşünürəm ki, bu hesabatın nəticəsində həmin investisiya şirkətinin rəhbərliyini mütləq cəzalandırmaq lazımdır. Qüdrət müəllim haqlı olaraq dedi. Baxın, kredit borcuna görə vətəndaşlar məhkəmə çəkişməsinə məruz qalırlar. Onların evinə, əmlakına əl qoyulur. Amma burada milyonlarla manat vəsaitdən söhbət gedir, sanki bunlara bir xəbərdarlıq gəlir ki, çalışın, bir də belə etməyin. Yəni onların cəzası bundan ibarətdir. Mən, əlbəttə, bu sənədə səs verəcəyimi öncədən söyləyirəm.
Cənab Sədr, izn versəniz, Rusiyanın tanınmış jurnalisti Vladimir Solovyovun cənab Prezident ilə görüşü ilə bağlı bir məqama toxunmaq istəyirəm. Bildiyiniz kimi, Solovyov ölkəsinə dönəndən sonra “Вести FM” radiosunda həmin görüş ilə bağlı çox mühüm təfərrüatlarını bölüşdü. Orada dövlətimiz üçün, millətimiz üçün əhəmiyyətli olan onlarla məqam var. Birində cənab Prezident Solovyovdan haqlı olaraq soruşur ki, nə üçün Rusiya efir məkanına Sizin verilişinizə azərbaycanlılar dəvət olunmur? Bilirsiniz, bu məsələ təkcə Rusiyada deyil. Qardaş Türkiyədə də, Gürcüstanda da, Ukraynada da, Avropa ölkələrində də 100 milyonlarla azərbaycanlı yaşayır. Onlar həmin ölkələrin mədəniyyətinə, ədəbiyyatına, iqtisadiyyatına, hərbi həyatına, idarəetmə sahəsinə töhfə verirlər. Ancaq efir məkanında, informasiya müstəvisində onların fəallığını biz müşahidə etmirik. Halbuki dövlət çox böyük işlər həyata keçirir və bu, milli ideologiya məsələsidir. Bütün problemlərin həllini də təkcə dövlətdən gözləmək olmaz.
Mən yaxşı xatırlayıram, ulu öndər 1995-ci ildə Fransa prezidenti ilə görüşəndə Jak Şerak demişdi ki, bu soyqırımı ilə bağlı məsələdə sizin adamlar burada çox fəal olsunlar. Ona görə də mən düşünürəm ki, ayrı-ayrı milyarderlər ki var, hansısa vəziyyətlərdə kimlərinsə yadına düşürlər, onlar bu gün investisiyalarını, pullarını orada yaşayan bizim çox təfəkkürlü, istedadlı gənc siyasətçilərimizə, hüquqşünaslarımıza, diplomatlarımıza qoysunlar. Bu halda dövlət o məkanda öz maraqlarının müdafiəsi üçün çox böyük dəstək qazanmış olar. Bir daha xüsusi vurğulamaq istəyirəm, azərbaycanlılar orada cəmiyyətin orta və yuxarı eşelonlarında təmsil olunurlar. Ölkə başçısının bu çağırışından bizim səfirliklərimiz, diaspor qurumları, digər cəmiyyətlər nəticə çıxarmalıdırlar ki, millətimiz üçün bu fəaliyyəti biz aparmalıyıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Zahid müəllim, sonra deyəcəksən ki, Oqtay müəllim irad tutur. Sən keçdin başqa mətləbə, onun müzakirəsi başqadır. Amma imkan olsaydı, Moskvada yaşasaydın, mən mütləq təklif edərdim, səni o verilişə çağırsınlar. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı ildəki fəaliyyəti barəsində hesabatı dərin təhlilə əsaslanan obyektiv məlumatları özündə əks etdirən əhəmiyyətli bir audit sənədidir. Hesabat “Hesablama Palatası haqqında” və “Büdcə sistemi haqqında” qanunların tələblərinə tam uyğun olaraq hazırlanmışdır.
Ümumiyyətlə, Hesablama Palatasının son illərdəki uğurlu fəaliyyətini qeyd etməklə bildirmək istəyirəm ki, bu palata ildən-ilə daha təkmil bir audit orqanına çevrilməkdədir və bu da bizi sevindirir. Palatanın 2016-cı ildəki fəaliyyətinə dair hesabatında görülən işlər, aparılan təhlillər, audit yoxlamaları kifayət qədər obyektiv təhlillərə əsaslanır və mən deyərdim ki, burada kifayət qədər cəsarətli tənqidi qeydlər də öz əksini tapmışdır. Palatanın fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi ilə internet resurslarından geniş, açıq və səmərəli istifadə edilməsi görülən işlər barədə ictimaiyyətin vaxtında və mükəmməl məlumat almasına şərait yaratmışdır. Hesablama Palatasının Vergilər Nazirliyinin regional idarələrində apardığı auditin nəticəsi də göstərir ki, vergi ödəmələri, uçot, nəzarət, vergi intizamının təmin olunması, əmək müqavilələrinin bağlanması, şəffaflıq və sair sahələrdə kifayət qədər problemlər vardır. Hesabatda bir sıra nazirlik və onların yerli qurumlarının fəaliyyətlərində aşkar olunmuş nöqsanların cədvəl şəklində göstərilməsi obyektiv və əyani informasiya almaq üçün şərait yaradır. Eyni zamanda, aşkar edilən nöqsanların və büdcə vəsaitinin qeyri-səmərəli xərclənməsi və təyinatı üzrə istifadə edilməməsi faktları kifayət qədər çox olsa da, kənarlaşan vəsaitin büdcəyə bərpa olunması, nöqsana yol verən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması sahəsində görülən tədbirləri qənaətbəxş hesab etmirəm. Xüsusən büdcə-maliyyə vəsaitlərinin sərəncamçısı olan rəhbər şəxslər barədə məsuliyyət tədbirlərinin ciddiləşdirilməsinə ehtiyac vardır. Palata tərəfindən aparılan nəzarət tədbirləri də göstərir ki, sosial sığorta haqlarının yığılmasında, işçilərin əmək münasibətlərinin hüquqi müstəvidə qurulmasında, fəaliyyət növünün düzgün uçota alınmasında, fiziki şəxslərlə hesablaşmanın aparılmasında, gizli işsizliyin aşkarlanmasında bir sıra problemlər var və bu problemlərin aradan qaldırılması Dövlət Sosial Müdafiə Fondunun yığım potensialını xeyli gücləndirə bilər.
Bu gün Azərbaycanda əmək qabiliyyətli məşğul əhalinin sayı 5 milyon nəfərdən artıq olduğu halda, sosial sığorta ödəyicilərinin sayının 1,5 milyondan bir az artıq olması faktı bu sahədə nə qədər böyük potensialın olduğunu göstərir. Əgər biz bu potensialdan səmərəli istifadə edəriksə, həm dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun transfertlərini minimuma endirə bilərik, həm pensiyaların və müavinətlərin məbləğini artıra bilərik, həm də yaxın vaxtlarda geniş tətbiqi nəzərdə tutulan icbari tibbi sığortanın maliyyə resurslarını artırmış olarıq. Hesablama Palatasının  bir sıra dövlət səhiyyə müəssisələrində apardığı audit yoxlamaları, dərman, ərzaq təminatı, çarpayı günləri, əmək haqqı fondunun səmərəli istifadəsi barədə iradları da məqbuldur. Amma eyni zamanda, şöbələrarası çarpayı günlərinin müqayisəsi ilə razılaşmadığımı da bildirim, çünki ümumi profilli terapiya şöbələri ilə reanimasiya və yoluxucu xəstəliklər şöbələrinin iş prinsipi tamamilə fərqlidir.
Hesabatda göstərilir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində aparılan maliyyə-büdcə nəzarəti tədbirləri nəticəsində 11 milyon 256 min manat, 75 min ABŞ dolları, 17,8 min avro vəsait dövlət büdcəsinə bərpa edilmişdir. Belə və bundan daha böyük rəqəmlərlə büdcədən yayınma hallarını biz digər qurumların fəaliyyətində də müşahidə edirik. Lakin yenə də qeyd etmək istəyirəm ki, görülən məsuliyyət tədbirləri aşkar edilən nöqsanlara adekvat deyildir. Bütövlükdə Hesablama Palatasının fəaliyyətini və hesabatını məqbul hesab edirəm, gələcək işlərində uğurlar arzulayıram.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də Hesablama Palatasının hesabatına, yüksək səviyyədə hazırlanmış bu sənədə səs verəcəyəm. Amma hesabatda bəzi məsələləri diqqətə çatdırmaq istəyirəm, çünki təxminən 2–3 ildir, hesabatda bu məsələlər eyni şəkildə qalır. Məsləhətlər, tövsiyələr verilir, amma növbəti hesabat ilində hesabatda həmin məsələlər təxminən eyni vəziyyətdə qalır. Mən məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatı, xərclər üzrə bölməsi ilə bağlı bəzi fikirlərimi söyləmək istəyirəm. 
Birincisi, bu çox təəssüf doğurur ki, 2013-cü ildə məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlb olunması faizi artmaq əvəzinə daha da azalıb. 2014-cü ildə 2013-cü ildəkindən daha az olub. 2015-ci ildə də yenə 2013-cü ildəkinə nisbətən az olub. Bu çox ciddi məsələdir. Ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlb olunması çox vacib məsələdir və  məktəbəqədər təhsil müəssisələrində uşaq yerlərinin sayında ciddi dəyişikliyin olmaması da ciddi narahatlıq doğurur. Cənab Prezidentin Nazirlər Kabinetinə verdiyi göstəriş və tapşırıqlar bu gün Məktəbəqədər təhsil haqqında qəbul olunan qanunun bu istiqamətdə bir dönüş nöqtəsi olacağına ümid verir.
Amma mənim əsas sualım Vüqar müəllimədir. Yenə eyni mənzərə çıxır, məktəbəqədər təhsil müəssisələrində bir uşaq gününə düşən ərzaq xərcləri hər rayonda fərqli-fərqlidir. Yəni elə rayon var ki, bir uşaq gününə düşən ərzaq xərci o biri rayondakından iki dəfə çoxdur, eləsi var, üç dəfə çoxdur. Hətta bəzən elə rayonlar qeyd olunur ki, bu rayonların özündə məktəbəqədər təhsil müəssisələri arasında uşaq gününə düşən ərzaq qiymətləri kəskin şəkildə bir-birindən fərqlənir. Təbii ki, bu da subyektiv məqamları ortaya çıxarır. Bu istiqamətdə təkliflər, fikirlər, müvafiq qurumların buna yanaşması müxtəlifdir. Məncə, vahid bir yanaşmanın tətbiq edilməsi vacibdir. Yoxsa “hər kəs istədiyi qiyməti tətbiq edir” anlayışı artıq doğru deyil.
İkinci məsələ səhiyyə ilə bağlıdır. Demək olar ki, səhv etmirəmsə, son 3 hesabatın hamısında xəstəxanalarda çarpayı sayının tələbatdan artıq olması və səhiyyə müəssisələrində çarpayı günlərinin icra göstəricilərinin 35–80 faiz arasında olması vurğulanır. Hər il yenə görürük ki, çarpayı sayı tələbatdan artıqdır. Sonra da hesabata yazılır ki, bunun nəticəsində vakant ştatlar müvafiq tibb işçiləri arasında bölüşdürülərək əmək haqqı fondunun səmərəsiz istifadəsinə səbəb olur. Yəni əgər maaşları artırmaq lazımdırsa, bu elə normal şəkildə maaşların artırılmasına sərf olunsun və ya səhiyyə xərcləri içərisində ciddi narahat edən məqamlar, məsələn, böyrək köçürməsinə ehtiyacı olan insanlar var, onlara sərf olunsun. Mən Səhiyyə Nazirliyinə müraciət edirəm, yarım il ərzində, sadəcə, 3 nəfər üçün böyrək köçürmə əməliyyatına pul vəsaiti ayrılıb. Ona görə ki, hazırda növbədə olan adamların sayının kifayət qədər azalmasına kömək etmək imkan xaricindədir. Bu vəsaitlər səhiyyədə bu proqramlarda insanların problemlərinin azaldılmasına kifayət qədər kömək edər.
Digər məsələ. Vurğulanır ki, çarpayı günləri sayının az olmasına baxmayaraq, dərman və ərzaqla təminatda bütün proqnozlar yerinə yetirilir. Hətta icra vəziyyəti proqnozun vəziyyətindən də yuxarıdadır. Bu necə olur ki, çarpayı günlərinin icra göstəriciləri 35–80 olur, amma ərzaq və dərmanın istifadəsi məsələsi bu qədər yüksək  olur? Bu daha ciddi bir məsələdir, bu istiqamətdə artıq islahatlara gedilməlidir ki, bu vəsaitlər doğru xərclənsin.
Üçüncüsü, “sudan istifadə birliklərinin suyun satış qiymətini müəyyənləşdirməsi bir çox hallarda əsaslı olmamışdır” yazılıb. Mən bunun üçün sizə təşəkkür edirəm.  Çünki şəxsən millət vəkili seçildiyim rayonda vətəndaşlarımız bu məsələni qaldıranda hər zaman deyirdilər ki, vətəndaşlar doğrunu bilmir. Əslində, bunlar əsaslandırılmışdır. Amma bu gün Hesablama Palatasının  hesabatında bunun əsaslandırılmış olmaması bir çox rayonlarda öz əksini tapıb. Bu mövsüm dövrüdür. Bu məsələ ümid edirik ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  tərəfindən ciddi diqqətə alınacaq və suvarma   suyunun qiymətləri ilə bağlı bölgələrdə yaranan problemlər də azalacaq.
Sədrlik edən. Sağ olun. İlham Məmmədov.
İ.Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bizim mövcud qanunvericiliyimizə əsasən Hesablama Palatası tərəfindən dövlətin maliyyə büdcəsinə nəzarətin həyata keçirilməsi üzrə aparılan  audit ali auditdir. Bu gün Milli Məclisin ali audit qurumu olan Hesablama Palatasının hesabatı, hesab edirəm ki, eyni zamanda, ictimaiyyət qarşısında da hesabatıdır. Çünki Hesablama Palatasının fəaliyyəti bilavasitə vətəndaşların həyat səviyyəsini yüksəltmək üçün əhəmiyyətli bir amildir.
Bu gün möhtərəm cənab Prezidentimizin apardığı siyasətin baş istiqaməti və xətti məhz vətəndaşların həyat səviyyəsinin yüksəlməsidir. Möhtərəm cənab Prezidentimizin bu son aylarda verdiyi fərman və sərəncamlar, ölkənin yeni iqtisadi inkişaf konsepsiyası, bu iqtisadi inkişaf konsepsiyasına uyğun yeni çağırışlar şərtləndirir ki, maliyyə şəffaflığı, işin səmərəliliyi yüksək olsun və bu fəaliyyətin həyata keçirilməsi uğurla nəticələnsin. Hesab edirəm ki,  ali audit qurumu  olan Hesablama Palatası öz fəaliyyətini məhz bu istiqamətdə qurmuş, möhtərəm cənab Prezidentin siyasətinin uğurla həyata keçirilməsi üçün öz işini təkmilləşdirmiş və bu hesabatı Milli Məclisə, xalq tərəfindən seçilmiş millət vəkillərinə yüksək səviyyədə təqdim etmişdir. Mən də bu hesabata səs verəcəyəm.
Hesabatın tərtibi haqqında hörmətli millət vəkilləri öz fikirlərini bildirdilər və mən də bu fikirlərlə şərikəm. Hesablama Palatası fəaliyyətini müəyyənləşdirərkən əsas istiqaməti hədəfləmiş, yəni hesabatlılıq, idarəetmənin şəffaflığı, elmə əsaslanmış analitik-ekspert təhlillər auditin mükəmməl səviyyədə aparıldığını göstərir. Təbii ki, burada ayrı-ayrı bölmələr haqqında qeyd etdiyim kimi, hörmətli millət vəkilləri öz müsbət fikirlərini bildirdilər. Hesabat beynəlxalq standartlara uyğun, yəni ən müasir innovativ metodların tətbiqi ilə hazırlanmışdır. Diqqəti çəkən ayrı-ayrı istiqamətlər üzrə hörmətli millət vəkillərimiz fikirlərini bildirdilər. Bu statistik rəqəmləri səsləndirərək vaxtınızı almaq istəmirəm. Amma təbii ki, bəzi məqamları qeyd etmək istəyirəm. Məsələn, 4-cü bölmədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində Hesablama Palatası öz iş prinsipini əsas kimi götürmüşdür. Bu sahədə innovativ yanaşmalar aparır və tətbiq edir. Məsələn, “Açıq hökumətin təşviqinə dair 2016–2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın “maliyyə şəffaflığının təmin edilməsi” adlı 5-ci bəndində nəzərdə tutulmuş dövlət maliyyə nəzarətinin həyata keçirilməsində informasiya və texnologiyaların tətbiqi və elektron nəzarətin təkmilləşməsi üçün xüsusi proqram təminatının yaradılmasına başlanılmışdır. Bu proqram bu gün uğurla davam etdirilir, həyata keçirilir.
Hesablama Palatası öz fəaliyyəti haqqında saytlarda da mütəmadi olaraq məlumatlar verir. Hesab edirəm ki, Hesablama Palatası öz fəaliyyəti ilə cəsarətli addımlar atır. O, əvvəl mövcud olan stereotipləri tamamilə dağıtmışdır. Hesablama Palatasının apardığı hər bir auditin arxasında  ölkənin maliyyə-büdcə sisteminin yaxşılaşdırılması istiqamətində atılan  addımı görmək olur. Məsələn, “Nöqsanlar” bölməsində xüsusi təhlil nəticəsində o qənaətə gəlinib ki, büdcə qanunvericiliyinin, mühasibat uçotunun təşkili, satınalmalar prosesində, əsaslı təmir-tikinti işlərinin tənzimlənməsində normativ hüquqi aktların tələblərinin pozulması daha çox rast gəlinən nöqsanlardır.
Bu gün böyük bir tikinti meydanına çevrilən ölkəmizdə, hesab edirəm ki, Hesablama Palatası gələcək fəaliyyətində bu normativ hüquqi aktların pozulmaması üçün satınalmalar sahəsində mövcud olan köhnə normativlərin dəyişməsi istiqamətində öz təklif və rəylərini verər. Yeni qanunvericilik bazasında əlavə və dəyişikliklərin hüquqi müstəvidə həllini tapması istiqamətində bu addımların atılması gələcək hesabatlarda Hesablama Palatasının fəaliyyətinin müsbət bir məqamı kimi qeyd oluna bilər. Mən də hesab edirəm ki, Milli Məclisin ali audit qurumu olan Hesablama Palatasının fəaliyyəti yüksək audit səviyyəsində aparılmışdır. Bu hesabata səs verəcəyəm və millət vəkillərini də bu hesabata səs verməyə dəvət edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim.  Mən də deputat həmkarlarımın fikirlərinə şərik olaraq Hesablama Palatasının hesabatını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, az bir kontingentlə bir il müddətində bu cür işləri aparmaq, yoxlamaları həyata keçirmək, doğrudan da, çox çətindir. Çünki həm planlı nəzərdə tutulan yoxlamaların, həmçinin daxil olan şikayət ərizələri əsasında yoxlamaların aparılması, həm də digər məsələlərlə əlaqədar bunların həyata keçirilməsi, doğrudan da, çətindir. Amma Hesablama Palatasında çalışan çox gözəl mütəxəssislərin sayəsində bu ağır və məsuliyyətli iş çox uğurla aparılır və vaxtlı-vaxtında Milli Məclis qarşısında hesabat verilir.
Burada çıxışlarda da qeyd olundu, Vüqar müəllim də çıxışında qeyd etdi, əsas məsələ şəffaflığın olmasıdır. Şəffaflıq əsas amillərdən biridir, bu gün müxtəlif sahələrdə qanun pozuntularının, maliyyə pozuntularının əmələ gəlməsi nəticəsində büdcəyə kifayət qədər ziyan dəyir və vətəndaşların əmlakına, o cümlədən onların vəsaitlərinə xələl gətirilir. Burada çox düzgün olaraq məsələ qoyulub ki, vəsaitlərin geri qaytarılması ən ali şərtlərdən biridir. İstənilən cəzanın verilməsindən, cəzanın ağırlaşdırılmasından və yaxud da cəzanın nə qədər olmasından asılı olmayaraq əgər o vəsait geri qayıtmırsa, onun heç bir əhəmiyyəti yoxdur. Əksinə, hələ cəza verilmiş şəxsin saxlanılması üçün də dövlət kifayət qədər vəsait ayırır. Kimlərsə maliyyə pozuntusuna yol verirlər. Qohum-əqrəbalarının əli ilə ölkənin milyardlarla pulunu aradan çıxarırlar. Bu bizim gözümüzün qarşısında bu illər ərzində bank və digər sektorlarda baş verdi. Cəza müddəti müəyyənləşdirildi. Nəticə etibarilə buna nə qədər cəza verirsən ver, bu vəsait büdcəyə qayıtmayacaq. Ona görə də birinci şərt ondan ibarət olmalıdır ki, o vəsaitlər büdcəyə və dövlətə qaytarılsın.
Bunun özündə də bir struktur dəyişikliyinə geniş ehtiyac var, hörmətli Ziyafət müəllim. Biz gözləyirik ki, cinayəti törətsin, ondan sonra gedib deyək ki, bu cinayəti törətmisən, bu qədər maliyyə pozuntusuna yol vermisən və bunu qaytar. O da desin ki, qaytara bilmirəm və bu məhkəmə çəkişmələri davam etsin. Əgər bir yerdən siqnal daxil olursa ki, burada qanun pozuntuları başlayıbdır, mən hesab edirəm, palataya səlahiyyət vermək lazımdır ki, dərhal həmin sahəni yoxlasın və orada olan qanun pozuntularını aradan qaldırsın, dövlətdən oğurlanan vəsait dövlətin büdcəsinə qaytarılsın. Yoxsa biz illərlə gözləyək, kimsə toplasın, oraya bir süpürgə çəksin və sonra başlayaq axtarmağa ki, bu pullar hara getdi, necə oldu, hansı formada sərf olundu. Biz bunu elə kreditlərdə də gördük, böyük kreditlərin verilməsində bank nəzarət etməliydi ki, o kreditlər düzgün məqsədə yönəldilib, yoxsa yönəldilməyib. İkisi danışıqlar əsasında bu kreditləri götürdülər, qırdılar daşa, çıxdılar  başa, ondan sonra da banka etibar edən insanların inamını sındırdılar. Neçə illərlə belə bir inam formalaşmışdı, maliyyə dayanıqlığı yaranmışdı. Bunun nəticəsi gəlib buraya çıxdı. Ona görə də mən hesab edirəm ki, Hesablama Palatası gələcək fəaliyyətində bu istiqamətləri nəzərə almaqla başlanılan cinayət prosesini yerindəcə saxlaya bilər və dövlət büdcəsinin vəsaitləri də geri qaytarılar. Bu məqsədəuyğun olardı.
Mən hesab edirəm ki, hesabat kifayət qədər düzgün və səmərəli hazırlanıbdır. Deputat həmkarlarımı bu hesabata səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Mən hesab edirəm, deputat həmkarlarımız kifayət qədər çıxış etdilər. Yaxşı təkliflər  də verdilər, iradları da oldu. Yəqin ki, gələcək fəaliyyətində Hesablama Palatası bunu nəzərə alacaq. Əgər etiraz etmirsinizsə, biz müzakirəni yekunlaşdıraq. Təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, Hesablama Palatasının hesabatına münasibət bildirək. Buyurun.

Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Sizi təbrik edirik və işlərinizdə uğurlar arzulayırıq. 
Növbəti məsələ İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqındadır. Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov. Buyurun.
R.Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Hörmətli millət vəkilləri, Azərbaycanın kütləvi informasiya vasitələri şəbəkəsində İctimai Televiziya və Radio Yayımları Şirkətinin xüsusi yeri var. 12 il bundan əvvəl yaranmış  İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanın efir məkanında səviyyəsi ilə, sanballığı ilə hər zaman seçilib və qazandığı uğurlarda, düşünürəm ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının da xüsusi xidmətləri var. Çünki Yayım Şurası həm nəzarət, həm də məşvərət funksiyasını yerinə yetirir,  televiziya və radionun fəaliyyətlərini şərtləndirmək baxımından  səmərəli iş görür. Bunları deyə-deyə onu da düşünürəm ki, əslində, Azərbaycanın hər aparıcı teleradio şirkətinin belə bir Yayım Şurasına ehtiyacı var. Çünki televiziya və radio ölkə həyatında, cəmiyyət həyatında son dərəcə vacib çəki daşıyan bir qurumdur və orada bilavasitə yönləndirən və nəzarət edən mexanizmin varlığına hər zaman ehtiyac duyulmaqdadır. “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Yayım Şurasında təmsil olunan səlahiyyət müddəti başa çatmış təmsilçilərin əvəzinə yeni namizədlər irəli sürülür. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlüyünə yeni namizədlərin müzakirə edilməsi ilə bağlı Milli Televiziya və Radio Şurası bizə müraciət edib. Mədəniyyət komitəsində bu namizədlər ayrı-ayrılıqda araşdırılıb, onlarla bağlı fikir mübadiləsi aparılıb. Mətbuat Şurası tərəfindən, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Yayım Şurasına hər təşkilatdan bir nəfər olmaqla yeni namizədlər irəli sürülür və biz onları bu gün müzakirə etməklə təyinatlarına səs verməliyik.
Mətbuat Şurası tərəfindən irəli sürülən 2 namizəddən Azər Həsrət əməkdar jurnalistdir, Yadigar Məmmədli jurnalistdir. Azərbaycanın mətbuat həyatı onların imzası ilə çoxdan tanışdır. Elmlər  Akademiyasından irəli sürülmüş namizəd Folklor İnstitutunun direktoru tanınmış alim Muxtar İmanovdur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının namizədlərindən Həsən Cəfərov Həmkarlar İttifaqları Konfederasiyasının aparat rəhbəridir. Cəfərov Əli isə Həmkarlar İttifaqları Konfederasiyasının Təşkilat şöbəsinin müdiridir. Bu 5 şəxsin hər biri Azərbaycanın ictimai-siyasi həyatında, mətbuat həyatında, kütləvi informasiya vasitələri şəbəkəsində daim fəallıqları ilə seçilibdir. Onlara Mədəniyyət komitəsinin rəyi də müsbət olub. Lakin bir məsələ nəzərə alınmalıdır ki, hər təşkilatdan, hər qurumdan yalnız bir namizədi biz təsdiq etməliyik. Düşünürəm ki, həmin qurumların təqdim etdiyi ardıcıllıqla biz bunları müzakirə edə bilərik. Əgər ilk namizədə yüksək rəy verilərsə, digər namizədlə bağlı əlavə səsvermənin keçirilməsinə ehtiyac qalmayacaqdır. Düşünürəm ki, yeni namizədlərin hər biri layiqlidir və onların təmsilçiliyi ilə Yayım Şurasının fəaliyyəti bir az da qüvvətlənəcək, İctimai Televiziya və Radio Yayımları Şirkətinin gələcək işlərində onlar öz səmərəli fəaliyyətləri ilə dayaq ola biləcəklər. Beləliklə, bu namizədləri sizin müzakirənizə təqdim edirik.
Sədrlik edən. Bir tərəfdən səsə qoyaq deyirsiniz, bir tərəfdən də  yazılmısınız.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gəlin, belə danışaq. Bizim  Milli Televiziya və Radio Şurasının sədri hörmətli Nuşirəvan Məhərrəmovun təqdimatı ilə bizə məktub daxil olub. Bu məktubda namizədlər ardıcıllıqla göstərilib. Əgər etiraz etməsəniz, biz həmin ardıcıllıqla namizədləri səsə qoyaq və bununla da işimizi yekunlaşdıraq. Etiraz etmirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çıxış etmək üçün təkid edən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Birinci Mətbuat Şurasının namizədlərindən başlayırıq. Azər Həsrət  Mətbuat Şurasının İdarə heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədridir. Xahiş edirəm, bu namizədə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 91
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Mən hesab edirəm ki, əgər birinci namizəd təsdiq olunursa, ona səs verilirsə, artıq ikinci namizədin səsə qoyulmasına ehtiyac yoxdur. Azər müəllim, təbrik edirik, Sizə işlərinizdə uğurlar arzulayırıq.
İkinci, Elmlər Akademiyası tərəfindən İmanov Muxtar  Kazım oğlu namizəd göstərilib. O, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktorudur. Buyurun, xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Muxtar müəllim, təbrik edirik, Sizə işlərinizdə uğurlar arzulayırıq. 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüş 2 namizəddən birincisi Cəfərov Həsən Şahhüseyn oğludur. O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının katibi, aparat rəhbəridir, namizədliyi səsə qoyulur. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Həsən müəllim, Sizi də təbrik edirik və seçilmiş hər 3 namizədə işlərində uğurlar arzulayırıq.   Sağ olun. 
Bəlkə namizədlərdən danışmaq istəyən var. Nuşirəvan müəllim, namizədlərdən  danışmaq və ya söz demək istəyən varsa, buyursun. Yoxdursa, sizə uğurlar arzulayırıq. Sağ olun.
Gündəliyimizin növbəti məsələsi Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Hörmətli deputat həmkarlarım, nəzərinizə çatdırmaq istəyirəm ki, qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılır, ancaq müzakirə olunmur. Xahiş edirəm, bunu nəzərə alasınız. Buyurun, İsa müəllim.
İ.Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  Ölkəmizdə gedən proseslərdən artıq hər kəsə aydın oldu ki, Azərbaycan dövləti özünün gələcəyi olan nəslin milli-mənəvi dəyərlər əsasında, azərbaycançılıq dəyərləri əsasında, eyni zamanda, dünyəvi prinsiplərə uyğun olaraq formalaşmasına daim diqqət göstərir. Lap bu yaxınlarda, aprel ayının 10-da Nazirlər Kabinetinin iclasında möhtərəm Prezidentimiz İlham Əliyevin ölkədəki hazırkı demoqrafik proseslərin fonunda və quruculuq işlərinin aparılması zəminində məktəbəqədər təhsil müəssisələrinin tikilməsi və inkişaf etdirilməsi ilə bağlı irəli sürdüyü məsələlər Azərbaycanın gələcəyi olan yeni nəslin hazırlanmasına dövlətimizin nə qədər həssas və diqqət ilə yanaşdığını bir daha aydın şəkildə isbat elədi.
Cənab Prezident Bakı şəhərinin yenidən qurulması əsasında tikiləcək mikrorayonlarda inşa olunacaq hər yeni binanın birinci mərtəbəsində məktəbəqədər müəssisələrin tikilməsinin zəruri olduğunu bəyan elədi. Beləliklə, bu ildən etibarən inşasına başlanılan 1-ci mikrorayonda tikiləcək 75 binanın hər birinin birinci mərtəbəsində uşaq bağçaları olacaq. Cənab Prezidentin çıxışında göstərildiyi kimi, ölkəmizdə yaxın 3–4 il ərzində bu yolla həmin işin ən geniş yayıldığı və problemin çox olduğu yerlərdən biri olan Bakı şəhərində problem həll olunacaq. Düşünürəm ki, Bakı şəhərinə aid olan bu proses ölkəmizin başqa şəhərlərində və rayonlarında yeni binaların tikintisi zamanı bir proqram şəklində həll olunacaq. Bu işin ölkə miqyasında irəli getməsi üçün cənab Prezident yeni bir yol göstərdi, bir istiqamət açdı, bu sahəyə qayğı və diqqətini bir daha yönəltdi. Bütün bunlara görə mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müstəqil Azərbaycan dövlətinin gələcəyi naminə irəli sürdüyü proqrama görə dərin minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm.
Eyni zamanda, Prezidentimizin bu fikirləri məktəbəqədər təhsil haqqında qanun layihəsinin aktuallığını və əhəmiyyətini bir daha diqqət mərkəzinə çəkir. Birinci və ikinci oxunuşlarda, plenar iclasda, komitə iclaslarında, işçi qrupu ilə olan iclaslarda qanun layihəsi üzərində geniş iş aparılıb, müzakirələr keçirilib, dəqiqləşmələr edilib.
Nəhayət, ikinci oxunuş zamanı irəli sürülən təkliflər, ikinci oxunuşdan sonra komitədə müzakirədə nəzərə çatdırılan məsələlər bir daha təhlil olunub və bugün təqdim olunan qanun layihəsi meydana çıxıb. Əvvəlki çıxışlarda irəli sürülən təklifləri iki qrupa bölmək istəyirəm. Birinci qrupdakı məsələləri təhlil edərək münasib bir qaydada təkliflərin qəbul olunması tərəfində olmuşuq. Bunlardan birincisi odur ki, “Əsas anlayışlar” maddəsinə “məktəbəqədər təlim”, “məktəbəqədər xüsusi təhsil müəssisəsi” və “kiçik təlim qrupları” anlayışları qanunun mətnində olduğu üçün artırılması məqsədəuyğun sayılmışdı. Eyni zamanda, Təhsil Nazirliyinin komitəyə göndərdiyi rəydə və bir çox millət vəkillərinin çıxışlarında, həm komitədə, həm də plenar iclasda qanunun birinci variantında olan, lakin ikinci variantdan çıxarılmış “deduktiv prinsiplər”in bərpa olunması təklifi irəli sürülmüşdü. Biz bunu məqsədəmüvafiq hesab edirik, gərəkli bir düzəlişdir. Birinci oxunuşda olan “deduktiv prinsiplər”in sizə təqdim olunan variantda saxlanmasını vacib hesab elədik. Eyni zamanda, həm birinci oxunuşda, həm də ikinci oxunuşda mübahisə doğuran məsələlərdən biri də məktəbəqədər təhsil müəssisəsi rəhbərinin təyin olunması üçün 5 illik iş təcrübəsinə malik olması məsələsinə müxtəlif yanaşmaların meydana çıxması idi. Biz referendum aktında yaş məhdudiyyəti ilə bağlı bu qəbildən olan məhdudiyyətlərin aradan götürülməsini nəzərə alıb qanunun sizə təqdim olunan variantında “5 il müddət” sözlərini aradan qaldırmışıq. “İş təcrübəsi” sözlərini saxlamaqla kifayətlənməyi məqsədəuyğun hesab eləmişik.
Millət vəkilləri, eyni zamanda, məktəbəqədər təhsil müəssisəsi rəhbərinin məktəbəqədər ixtisas təhsili almasını məqsədəuyğun hesab edirlər. Lakin müşahidələr göstərir ki, ölkə miqyasında məktəbəqədər təhsil ixtisası üzrə məzunların sayı mövcud olan və perspektivdə nəzərdə tutulan uşaq bağçalarının sayından azdır. Ona görə biz bir kompromis variant düşündük. Biz də hesab edirik ki, əlbəttə, ilk növbədə məktəbəqədər təhsil müəssisəsinin rəhbəri, hətta işçiləri də ixtisas təhsilli olmalıdırlar. Amma diqqət etsəniz, təqdim olunan variantda “məktəbəqədər təhsil müəssisəsinin rəhbəri müvafiq ixtisas təhsilinə malik olan (ehtiyac olarsa) pedaqoji ali təhsilli şəxs ola bilər” anlayışı yazılır. Bu hər iki mənada kadr təminatının uyğun şəkildə həyata keçməsinə, məncə, təminat verə, hətta kömək eləyə bilər.
7-ci maddənin adı “Məktəbəqədər təhsilin mahiyyəti və məqsədi” idi. Hörmətli millət vəkilləri, komitə sədrinin müavini, akademiyanın müxbir üzvü Bəxtiyar Əliyev təklif eləmişdi ki, maddənin məzmunu tələb elədiyi üçün bu maddənin adı “Məktəbəqədər təhsilin mahiyyəti və məqsədi” yox, “məqsədi və məzmunu” olsun. Həqiqətən, maddəyə daxil olan yarımmaddələrin müddəaları məntiqi bu formatın daha müvafiq olduğunu göstərir. Biz onu məmnuniyyətlə qəbul eləmişik, bu, sizə təqdim olunan variantda öz əksini tapıb.
Eyni zamanda, 19.2-ci maddədə texniki yanlışlıq olaraq, – birinci variantda baxsanız, orada var, – məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə əlaqədar olaraq imtiyazlı şəxslərin, əlillərin, hərbi qulluqda xidmət edənlərin, tək valideynlərin uşaqlarına üstünlük verilməsi ilə yanaşı, şəhid ailələri də nəzərdə tutulmuşdu. Amma ikinci oxunuşda tam texniki yanlışlıq üzündən “şəhid ailələrinin övladları” sözləri kənarda qalmışdı. Onu bərpa elədik. Millət vəkilləri nəzərimizə çatdırmışdılar. O artıq öz yerini burada tapdı. Qanuna sahibkarlıq və  innovasiya ilə bağlı maddə salınıb. Məktəbəqədər təhsil haqqında qanun layihəsində bu, hesab eləyirik ki, müasir dövr ilə bağlı olan əhəmiyyətli maddələrdən biridir. Amma təklif olunub ki, bu maddəyə “profil üzrə sahibkarlıq” sözləri artırılsın. Tamamilə məntiqidir. Biz “profil üzrə” sözlərini burada artırmaqla, sadəcə, söz artırmadıq. Sahibkarlığın sferasının müəyyən olunması baxımından ciddi bir dəqiqləşmə aparmış olduq.
Beynəlxalq əməkdaşlıqla bağlı 24.1-ci maddədə bu sahədə beynəlxalq əməkdaşlığın təmin edilməsi üçün ikitərəfli müqavilələrin bağlanması məqsədəuyğun sayılmışdı. “İkitərəfli” sözləri burada beynəlxalq əməkdaşlığı bir qədər çərçivəyə salır, əməkdaşlığı məhdudlaşdırır. Buradan “ikitərəfli” sözlərinin çıxarılması, ümumiyyətlə, müqavilələrin bağlanmasının əsasının yaradılması daha məqsədəuyğundur. Biz də bu dəqiqləşməni aparmışıq.
Eyni zamanda, 11.6-cı maddədə təklif olunmuşdu ki, məktəbəqədər təhsil müəssisələrinin yaradılması, ləğv edilməsi ilə bağlı olan müddəaya həm də “genişləndirilməsi” sözləri artırılsın. Tam məntiqi idi. Bu da öz yerini burada tapıbdır. “Uşaqların təsnifatı” sözlərinin “uşaq qrupları” sözləri ilə əvəz olunmasına aid olan təklif də məqbul sayılmış və sizə verilən mətndə öz əksini tapmışdır. Minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, Maliyyə Nazirliyi iki dəfə Məktəbəqədər təhsil haqqında qanun layihəsinə öz rəyini yazıb göndərmişdir və bizə yazdığı rəylərdəki müddəalara əsasən bir çox maddələrdə dəqiqləşmələr aparılıb. Eyni zamanda, dövlət məktəbəqədər təhsil müəssisələrində xidmət haqqının müəyyənləşməsi ilə bağlı ayrıca maddə də burada öz əksini tapıb. Millət vəkillərinin redaktə xarakterli təklifləri var idi. Onlara da yaradıcı yanaşmışıq. Münasib olanlarını düzəltmişik. Məsələn, normal iş şəraiti yazmaqla kifayətlənməyi vacib saymışıq. Bir sıra məsələlər isə, sözsüz ki, əlavə müzakirə tələb eləyib. Biz də bunu geniş müzakirə eləmişik. Komitədə bütün bunlar barədə əksər üzvlərin yekdil qənaəti vardır.
Birinci. Dövlətin müəssisələrindən bəhs olunarkən Məktəbəqədər təhsil haqqında qanun layihəsində yazılıb ki, bərabər imkanlar yaradılır. Bu, “Məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələri” adlı maddədə olduğu üçün millət vəkilləri belə hesab edirlər ki, bu, ancaq dövlət uşaq bağçalarına aiddir. Xeyr, “bərabər imkanlar yaradılır” sözləri “həm özəl, həm dövlət, həm də bələdiyyə bağçalarına bərabər imkanlar yaradılır” fikrini ifadə edir. Ona görə biz bunu dəyişmədik, yerində saxlamağı vacib saydıq. Eyni zamanda, bağçalara qəbulun könüllü, məktəbəqədər hazırlıq qruplarına qəbulun isə zəruri olması fikri irəli sürülmüşdü. Qətiyyən belə deyil. Bütün dünyada uşaq bağçalarına qəbul könüllülük əsasındadır. Yəni 1–5 yaşlarında uşaqların bağçaya verilməsi valideyn və uşağın arzusu ilədir. Amma artıq dünyanın qabaqcıl ölkələrində, o cümlədən 2016-cı ildən Azərbaycanda məktəbəqədər hazırlıq qruplarına uşaqların cəlb olunması zəruridir. Hətta bir çox ölkələrdə icbaridir. Məsələn, Finlandiyada, İsveçrədə icbaridir.
Mən hesab edirəm ki, biz də qanun layihəsində “məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu könüllüdür” yazmaqla 1–5 yaşlarında uşaqların qəbulunda valideynin və uşağın arzusunun əsas götürülməsini nəzərə almışıq. Amma artıq uşağın və valideynin arzusundan asılı olmayaraq ölkənin gələcəyi naminə, təhsilin inkişafı naminə uşaqların məktəbəqədər hazırlıq qruplarına cəlb olunması zəruridir, hətta icbaridir. Buradakı “zəruri” sözü “icbari” sözünün sinonimidir. Məncə, “icbari” yazmağımız daha düz olardı. Məsələn, deyim ki, İsveçrədə məktəbəqədər hazırlıq qruplarına uşaqların qəbulu 99 faizdir. Finlandiyada 98 faizdir. Bizdə də 2015-ci ildə Təhsil Nazirliyi ölkənin 85 məktəbində eksperiment qruplar yaratmışdı. 2016–2017-ci  təhsil ilinin oktyabr ayından isə ölkənin bütün məktəblərində 5 yaşına çatmış uşaqlar artıq icbari qaydada məktəbəqədər hazırlıq qruplarına cəlb olunublar. Fikirləşirəm ki, bu, dövlətimizin, Azərbaycan Prezidentinin ölkənin gələcəyi olan yeni nəslin inkişafına göstərdiyi müstəsna qayğının ifadəsidir. Qanunda bu öz əksini tapmalıdır.
Tədris dili məsələsi də mübahisə doğuran məsələlərdən biri oldu. Mən 10–15 ölkədə məktəbəqədər təhsil haqqında qanuna baxmışam. Model qanunu oxumuşam. Pedaqoji ədəbiyyatı oxuyuram. Bütün dünyada bir qayda olaraq məktəbəqədər tədris müəssisəsinin dili dövlət dilidir, yəni ana dilidir. O ölkələrdəki rəsmi dövlət dili 2 dildir, 3 dildir, onlar o qayda ilə gedir. Amma dövlət dilidir, bu, birmənalıdır. Dövlət dilinin aparıcılığının, üstünlüyünün, dominantlığının genişlənməsinin təmin edilməsi ilə yanaşı, ölkənin reallığına uyğun digər dillərdə də məktəbəqədər təhsil müəssisəsi açıla bilər və yaxud da məktəbəqədər təhsil müəssisəsində  təlim aparıla bilər. Millət vəkilləri burada “digər dillərdə” sözlərini daha açıq yazmağı təklif edirdilər. Ölkəmizdə, məsələn, 3 xalqın nümayəndələri var, onların adları bir-bir buraya yazılsın? Yaxud da dünyada ən aparıcı dillər hansılardır, onların adı yazılsın buraya? Nə qədər çox ad yazsaq belə, yenə “digər dillərdə” sözlərindən məhdud olacaqdır. “Digər dillərdə” ifadəsi ölkənin reallığına uyğun həm tənzimlənməyə, həm də şərait yaratmağa imkan verir.
Burada irəli sürülən bir təklif də var ki, bağçalarda təlim ümumi işlək dillərdə keçirilsin.  Ümumiyyətlə, dünyada dilçilik ədəbiyyatında “ümumişlək dil” anlayışı yoxdur. “Ümumişlək söz” anlayışı var. Ümumişlək söz qrammatik normadır. Ümumişlək dil isə fantaziyadır. O cür dil dünyada yoxdur. Ona görə biz hesab edirik ki, “digər dillərdə” sözləri ən münasib variantdır və bunun qalmağı çox uyğundur.
Mübahisə doğuran məsələlərdən biri də təsisçi ilə əlaqədardır. Ən müxtəlif rəylərdə millət vəkillərinin fikirlərində təsisçinin xarici ölkə vətəndaşı ola bilməsi fikri irəli sürülür. Doğrudur, belə fikirlər çox deyil, amma var və davam edir. Biz komitədə bu işi müzakirə edərkən bütün müzakirələrdə birmənalı şəkildə o fikri müdafiə edirik ki, məktəbəqədər təhsil müəssisələrində 1 yaşında, 2 yaşında, 3 yaşında uşaqların tərbiyəsinin, formalaşmasının bünövrəsi qoyulur. Təməli olan bu sahədə birincilik ölkə vətəndaşının üzərində olmalıdır. Təhsil sahəsində bizim fikrimizcə, birincilik Azərbaycan Respublikasının vətəndaşına verilməlidir. Burada istisna deyil ki, xarici sərmayədar öz ideologiyasını gətirə bilər və bu yaşda uşaqlarımızın bu ideoloji təxribatdan və yaxud da düşüncədən kənarda qalması mümkün deyil. Xarici vətəndaşın təsisçi olması fikrində olanlar onu əsas götürürlər ki, bu sahənin inkişafı üçün xarici investisiya cəlb olunsun. Biz isə bunu, – xahiş eləyirəm, millət vəkilləri, qulaq asasınız, – “Məktəbəqədər təhsil sahəsində beynəlxalq əməkdaşlıq” adlı maddədə bu sahəyə də xarici investisiyalar cəlb oluna bilər şəklində ifadə eləmişik, bunun üçün təsisçi olmağa ehtiyac yoxdur. Qoy “BP” şirkəti bir bağçanı təmir etdirsin, o birinə kömək eləsin. Bunun üçün qanun layihəsində açıq müddəalar var. Bu cəhətdən onun təsisçi olmasına heç bir ehtiyac yoxdur.
Həm də hörmətli millət vəkilləri, bütün dünya statistikası göstərdi ki, məktəbəqədər təhsil sahəsi qazanclı və gəlirli sahə deyildir. Burada hər ölkənin, indiki halda Azərbaycan dövlətinin ən böyük qazancı yüksək əxlaqi zənginliyə, vətənpərvərliyə, azərbaycançılıq dəyərlərinə malik olan yeni nəsil qazanmaqdır. Ona görə biz investisiya qazanmağa yox, insan qazanmağa çalışmalıyıq. Burada bizim iqtisadi maraqlarımız yox, milli-mənəvi maraqlarımız, üstəlik dövlətçilik meyarlarımız üstün olmalıdır. Ona görə sizə təqdim olunan variantda Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi öz əksini tapmışdır. Bu, “Təhsil haqqında” Qanunda da var. Biz bu qanuna hörmətlə yanaşırıq və o bizim çərçivə qanunumuzdur.
Məktəbəqədər təhsil müəssisəsinə də siyasət və din müdaxilə etməməlidir. Bəzi hallarda “Təhsil haqqında” Qanun ilə səsləşməyən müddəalar meydana çıxarkən bizə çərçivə qanundan kənara çıxdığımıza görə irad tutulur. Amma biz, əsasən, çərçivə qanunun prinsiplərini gözləmişik. O çərçivəni qoruyub saxlayırıq. Amma cəmiyyətin inkişafı, müasir dövrün reallığı əgər 2009-cu ildə qəbul olunan “Təhsil haqqında” Qanunun hədlərini aşıb daha yeni, kamilləşdirilmiş reallıqları ortaya qoyursa, biz onda ölkəmizin həmin dövrdəki reallığına deyil, cənab Prezidentin təsdiq elədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasına istinad eləməyi daha məqsədəmüvafiq hesab eləmişik. Loqoped və defektoloq məsələsinə gəldikdə isə ümumiyyətlə, loqopedin və defektoloqun pedaqoji profilli ali məktəblərdə, yoxsa tibb ali məktəblərində hazırlanıb-hazırlanmaması məsələsi bu qanunun predmeti deyil. Bu məsələ müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Nazirlər Kabinetinin qərarı ilə həll olunur. Bizə lazım olan odur ki, məktəbəqədər təhsil müəssisəsi təhsil müəssisəsi olduğu üçün buraya pedaqoji yönlü loqoped, pedaqoji yönlü defektoloq lazımdır. Diqqətinizə görə çox sağ olun, minnətdaram.
Sədrlik edən. Çox sağ olun, İsa müəllim. Həqiqətən, çox geniş, ətraflı, gözəl izahat verdiniz və çox xoşdur ki, ikinci oxunuşda millət vəkillərinin verdikləri təkliflərə diqqətlə, ciddiyyətlə yanaşılıb. İsa müəllim, Sizə və Sizin rəhbərlik etdiyiniz komitənin bütün üzvlərinə, işçi qrupuna təşəkkür edirik, çox sağ olun və mənə elə gəlir ki, səsə qoymaq olar. Buyurun, xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirək.


Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. İsa müəllim, təbrik edirik.
Növbəti məsələ “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri. 
Çox sağ olun, Ziyafət müəllim. 4, 5, 6, 7-ci məsələlər bir məktubla daxil olub və mahiyyəti eynidir. İcazə versəydiniz, məlumat verərdim, sonra səsə qoyardıq. Hörmətli millət vəkilləri, bilirik ki, 2017–2019-cu illər üzrə milli fəaliyyət planı təsdiq edilmişdir. Bu planın həyata keçirilməsi məqsədi ilə koordinasiya mexanizminin yaradılması nəzərdə tutulmuşdur və təklif olunur ki, bu səlahiyyətlər Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya verilsin. Məhz buna görə də birincisi, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya haqqında Əsasnaməyə müvafiq maddənin əlavə olunması təklif edilir. Söhbət çirkli pulların yuyulması ilə bağlı nəzarət mexanizmindən gedir.
İkincisi, bilirsiniz ki, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsdir, yəni bu, dövlət orqanı deyil, amma dövlət qurumudur və məhz buna görə də müvafiq qanunlarda “dövlət qurumu” ifadəsi işlənilir. Nəhayət, ümumiyyətlə, bu nəzarət mexanizminin yaradılması Avropa Şurasının MONEYVAL və FATF təşkilatlarının tövsiyələridir və beləliklə, biz çirkli pulların yuyulmasına qarşı ciddi nəzarət mexanizmi yaratmış oluruq. Bu, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya verilir və biz beynəlxalq təşkilatların tövsiyələrini də yerinə yetirmiş oluruq. Hər dörd qanunda edilən əlavə və dəyişikliklər söylədiyim mahiyyətə söykənir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Bir əlavə eləmək istəyirəm. Hörmətli deputatlar, Əli müəllim artıq bu qanun layihələri barədə izahat verdi. Onu da qeyd etmək istəyirəm ki, 2017–2019-cu illər ərzində korrupsiyaya qarşı mübarizə ilə bağlı cənab Prezident dövlət proqramı təsdiq eləyib, həmin proqramın tələblərinə uyğun olaraq bu dəyişikliklərin edilməsi zəruridir. Əlbəttə, bu qanun layihələrinin əsas fəlsəfəsi də korrupsiyaya qarşı mübarizənin daha da  gücləndirilməsindən ibarətdir. Çıxış eləmək istəyən varmı? Fazil müəllim çıxış eləmək istəyir. Buyurun.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mənim bu dəyişikliklərlə bağlı prinsipial iradım yoxdur. Sadəcə, burada “Əsas anlayışlar” hissəsində bir məsələyə toxunmaq istəyirəm. Burada publik hüquqi şəxsin tanıtımı ilə bağlı “Publik hüquqi şəxslər haqqında” Qanuna istinad edilir. Bunun özünün anlayışı var. Biz başqa qanunlarda belə bir qanuna istinad edərək onun açılışını vermirik. Ona görə bir az mənə təəccüblü gəldi ki, başqa qanunlarda bu hal görünmür. Burada publik hüquqi şəxsin tərifi verilməlidir. Konkret olaraq nədir bu hüquqi şəxs? Filan qanunda deyilib deyə, bunu ifadə eləmək bir qədər qəribə göründü.
Digər tərəfdən, Ziyafət müəllim, icazə versəniz, hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı aktual bir məsələyə toxunmaq istəyirəm.  Bu günlərdə Yasamal rayonu ərazisində məscidlə bağlı problem gündəmə gəldi və diqqət elədinizsə, bəzi qüvvələr bundan istifadə edərək icma adı ilə müəyyən etirazlarını bildirdilər. Bu, təbii ki, onların hüquqlarıdır, bunu bildirə bilərlər, amma sonra məlum oldu ki, məscid heç bir yerdə hüquqi şəxs kimi qeydiyyatdan keçməyib, ancaq icma olaraq fəaliyyət göstərir. Özü də tarixi bina və ya arxitektura abidəsi deyil. Bunun sökülməsi ilə bağlı elə bir ajiotaj yaratmağa başladılar ki, sanki ölkədə məscidlərə qarşı dövlət tərəfindən təzyiq olunur. Halbuki dövlət tərəfindən Təzə Pir məscidi təmir olundu, Əjdər bəy məscidi təmir olundu, Qafqazda ən böyük məscidlərdən biri olan Heydər məscidi istifadəyə verildi, özü də çox böyük və möhtəşəm sənət abidəsidir. Yəni demək istədiyim budur ki, hüquqi qeydiyyat məsələsinə xüsusi diqqət yetirmək lazımdır, harada qeydiyyatdan keçirilməmiş qurumlar varsa, bunlara nəzarət eləsinlər.
Burada iştirak edən jurnalist dostlarımız var, hamısına da böyük hörmətim var. Ancaq həmin hadisə ilə bağlı bir insident yarandı, guya icra başçısı icma nümayəndələri ilə bu məsələni həll eləmək istəyir, ölkə Prezidenti də tapşırıq verib ki, həmin məscidə başqa bir yer ayrılsın, daha yaraşıqlı, gözəl məscid tikilsin. Peşəkar jurnalistlərimiz çoxdur, mənim hamısına böyük hörmətim var, bir jurnalist qız icra başçısına yaxınlaşır ki, bu məsələyə izahat verin. O da sakit formada başa salır ki, məsələ aydınlaşsın, deyərik. Sonra bizə müraciət elədilər ki, bəs icra başçısı jurnalisti şillə ilə vurub, məsələyə münasibət bildirin. YouTube-a baxıb, görürük ki, nə şillə ilə vurmaq, gəlib o qədər dirənib, bir sözlə, təxribata çəkib. Mən icra başçısını müdafiə məqsədi ilə demirəm, sadəcə, demək istəyirəm ki, qoyun, məmur da öz işini görsün, dövlət yer ayırıbsa, tikiləcək. Jurnalistlər də gərək informasiya almaq azadlığından sui-istifadə eləməsinlər. İnformasiya qoparma azadlığı yoxdur ki? İnformasiya alma azadlığı var. Zorla informasiyanı qoparmayacaqsan ki. Təki məsələ həll olunsun, çünki Nardaran hadisələri də göstərdi, başqa hadisələr də göstərdi ki, bu kimi hallardan sui-istifadə eləməyə çalışanlar var. Ölkədə bu mənada dini gərginlik yaratmağa çalışanlar var. Bu baxımdan mən jurnalistlərdən də xahiş edirəm ki, olmayan bir şey haqqında yazmasınlar. Sabah bir yerdə hallandırılacaq ki, Azərbaycanda bir icra başçısı jurnalistə şillə vurdu. Halbuki Yasamal rayon icra başçısını əksəriyyət tanıyır ki, kifayət qədər mədəni, səviyyəli insandır, bir qız uşağına şillə vuran adam deyil, bu heç kamerada da görsənmir. Fotoaparatı əli ilə itələyir, vəssalam. Bunu ajiotaja çevirmək doğru hal deyil. Təbii ki, kobudluğu qəbul eləmirəm, jurnalistə hörmətlə yanaşılmalıdır, informasiya verilməlidir. Amma məmurun da hüququ var, məmuru da bu dərəcədə aşağılayıb, haqqında Azərbaycan cəmiyyətinə yanlış informasiya vermək doğru hal deyil. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil müəllim, Siz dördüncü məsələdə “hüquqi şəxsin əmlakı” anlayışı ilə bağlı dediniz, bu bizim mülki hüquqda var.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. “Publik hüquqi şəxslər” haqqında bizdə ayrıca qanun var. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Sözün doğrusu, çıxış eləmək istəmirdim, amma Fazil bəyin çıxışından sonra istədim bir məsələyə diqqət yetirim. Milli Məclisin sonuncu iclasında qərar qəbul elədik ki, bank sirləri Maliyyə Bazarlarına Nəzarət Palatasına və kənar auditorlara da verilir. Hesab edirəm ki, əgər onu qəbul eləmişiksə, bank sirləri verilirsə, burada kommersiya hüquqi şəxslərin təsisləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar da həmin qurumlara verilə bilər.
Bir bunu təklif edirdim, bir də Ziyafət müəllim, Fazil müəllimin dediyi məsələ çox aktualdır. Mən hesab edirəm, polisə müqavimət göstərən saqqallıları DTX əməkdaşları araşdırsalar, bəlli olacaq ki, onlar bu və ya digər dövlətin xüsusi xidmət orqanlarına bağlı adamlardır. Biz imkan verməməliyik ki, bizim məscidləri casus yuvasına çevirsinlər. Azərbaycan xalqının ən çox alqışladığı qərarlardan biri “Sovetski”nin yenidən qurulmasıdır. Hamımız bilirdik ki, orada vəziyyət nə yerdədir. Üfunət, antisanitariya, birmərtəbəli binalar. Vaxtilə Nardaranda da müəyyən adamlar hökuməti şantaj eləyirdilər. Orada bizim Azərbaycan dövlətinin bayrağını yandırırdılar, hər cür addımlar atırdılar, hər dəfə hökumət bir addım atmaq istəyəndə, deyirdilər ki, bu, dindarlara qarşıdır. Hökumət də bir addım geri atırdı. Sonda nəticə daha qanlı hadisələrə gətirib çıxardı. Ona görə də dövlət xarici dövlətlərin xüsusi xidmət orqanlarına işləyən 5–6 nəfər adamın qarşısından qaçmamalıdır.
Cənubi Qafqazda ən böyük məscid olan Heydər məscidi Bakıda tikilib. Kifayət qədər geniş yeri var. Həmin o “Sovetski”dəki məscid barədə də dini komitə dedi ki, bizdə qeydiyyatda belə bir məscid olmayıb. Təzə Pir məscidi ondan 100 metr aralıdadır. Namaz qılmaq üçün kifayət qədər yer var. Sözüm ondadır ki, bilirsiniz, bu cür dindarlar adı altında çox iş görülür, Ziyafət müəllim. Bu haqda harada danışılmalıdır? Bu, dövlət əhəmiyyətli məsələdir.
Sədrlik edən. Bunu Fazil müəllim dedi də, Qüdrət müəllim, Siz də dediniz, məsələ aydındır. Bu məsələ cənab Prezidentin nəzarəti altındadır. Cənab Prezidentin tapşırığı ilə komissiya müəyyən olunub, məsələ araşdırılacaq, həll olunacaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Q.Həsənquliyev. Sonda onu söyləmək istəyirəm ki, bizim Mətbuat Şurası jurnalistlərin fəaliyyəti ilə bağlı monitorinqlər keçirsin, treninqlər təşkil eləsin. Fazil bəy də söylədi, mən o kadrlara baxanda dəhşətə gəldim. Gənc jurnalistdir, hələ onun perspektivi, gələcəyi qabaqdadır. İcra başçısı olan ağsaqqal bir adamla o cür davranması, doğrudan da, böyük təəccüb doğuran bir məsələdir, ona görə də Mətbuat Şurası jurnalistlərin peşə fəaliyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən treninqlər keçirsə, yaxşı olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Siyavuş müəllim, buyurun.
S.Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. Doğrudan da, həmkarlarım çox aktual bir məsələyə toxundular. Bu il Azərbaycanda İslam həmrəyliyi ilidir. Bir neçə gün bundan qabaq hörmətli Bahar xanımla bir yerdə biz də beynəlxalq konfransda iştirak elədik. Ondan əvvəl də beynəlxalq konfranslar keçirilib. Dünyanın 57 ölkəsindən Azərbaycana nümayəndələr, dövlət başçıları gələcəklər. Bu istiqamətdə kifayət qədər addımlar atılıb.
Azərbaycanda islamın ən gözəl modeli tətbiq olunur. Mən qeyd eləmək istəyirəm ki, Azərbaycanda 2500-dən artıq məscid tikilib, fəaliyyət göstərir. Şamaxı məscidi, Gəncədəki İmam Rza məscidi ən qədim məscidlərdir. Bu məscidlər Heydər Əliyev Fondu tərəfindən təmir olunub, ən yüksək səviyyədə insanların ixtiyarına verilib. Həmkarlarım tərəfindən qeyd olundu, Heydər məscidi təkcə Cənubi Qafqazın deyil, bir çox müsəlman ölkələrində olan məscidlərin ən böyüyüdür. Bu məscidin funksiyası ondan ibarətdir ki, insanlar getsinlər, orada ibadət eləsinlər, Allaha öz münasibətlərini bildirsinlər. Məscidin funksiyası ondan ibarət deyil ki, orada yığışıb hansısa qərarlar qəbul eləsinlər, hansısa addımlar atsınlar. Bu baxımdan din-dövlət münasibətləri Azərbaycanda çox yüksək səviyyədə qurulub. Bu il İslam həmrəyliyi ili elan olunub. Ona görə də aranı qarışdırmaq istəyən qüvvələr var. Azərbaycanın bu cür missiyanı öz üzərinə götürməsini gözü götürməyən qüvvələr var. Azərbaycan Prezidentinin cəsarətli addımını, yəni islama olan münasibətini qiymətləndirmək lazımdır. İslamı terrorçu, separatçı kimi qiymətləndirmək olmaz, islam həm mədəniyyətdir, həm inkişafdır, həm də elmdir.
İslam həmrəyliyi ilinin elan olunması, oyunların da 3 il öncə müəyyən olunması artıq bəzi qüvvələri narahat edir və hesab edirəm ki, biz özümüz də bu məsələlərə ayıq-sayıq yanaşmalıyıq, hörmətli jurnalistlərimiz də bu məsələdə diqqətli olmalıdırlar. Cəmiyyətə düzgün informasiya çatdırılmalıdır ki, bu nədən ötrüdür, nədən irəli gəlir. Bu məsciddən 50–100 metr aşağıda Təzə Pir məscididir. Get, namazını orada qıl da. Namaz qılmaq istəyirsən və yaxud ibadət eləmək istəyirsən, hər cür şəraiti var, genişliyi var,  get, ondan istifadə elə. Ondan bir az o tərəfə İmam Hüseyn məscididir. Bunlar tam şəkildə fəaliyyət göstərirlər. Bu məsələdə düzgün addım atılıb və bu gün Azərbaycanda olan din-dövlət münasibətlərini bu cür inkişaf etdirmək lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm, Siyavuş müəllim. İndi isə qanun layihələrinə münasibətimizi bildirək. 4-cü məsələyə münasibətimizi bildirək. 

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
5-ci məsələyə münasibət bildirək, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
6-cı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, bu paketə daxil olan axırıncı məsələyə, 7-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, 8–34-cü məsələlər, yəni 8-ci məsələdən başlamış 35-ci məsələyə qədər olan qanun layihələrinə edilən dəyişikliklərin mahiyyəti eynidir. Ona görə icazənizlə, Əli müəllimə söz verək, bu mahiyyəti izah eləsin. Ondan sonra səsverməni ayrı-ayrı keçirərik.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, söylədiyiniz kimi, bu qanunlara edilən əlavə və dəyişikliklər 2014-cü il 30 may tarixində parlamentdə qəbul olunmuş “Uyğunluğun  qiymətləndirilməsi  sahəsində akkreditasiya haqqında” Qanuna uyğunlaşmadır. Həmin qanunun müddəaları 8-dən 34-ə qədər bütün qanunlarda öz əksini tapır. Yeganə olaraq İnzibati Xətalar Məcəlləsinə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət təklif olunur. Bu məsuliyyət də vəzifəli şəxslər üçün cərimə formasında nəzərdə tutulur. Beləliklə, səs verəcəyimiz qanun layihələri 2014-cü ildə qəbul etdiyimiz qanuna uyğunlaşdırma xarakteri daşıdığı üçün və səs vermənizi xahiş edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Əgər çıxış eləmək istəyən yoxdursa, buyurun, xahiş edirəm, 8-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
9-cu məsələyə – “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, səs verək.

Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ olan “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsverməyə çıxarılır. Buyurun, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi səsverməyə çıxarılır. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ,  “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi səsverməyə çıxarılır. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ, “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi səsverməyə çıxarılır. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ, “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi səsə qoyulur. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi. Xahiş edirəm, səs verin.

Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi səsverməyə çıxarılır. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinə, xahiş edirəm, səs verək.

Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsidir. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Dövlət rüsumu  haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.19 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Nəhayət, bu paketə daxil olan axırıncı qanun layihəsi, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.


Səsvermənin nəticələri (saat 14.19 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hadi müəllim, səsvermə gedir. Beləliklə, bu paketə daxil olan qanun layihələrini biz səsə qoyduq, qəbul etdik. Sizə çox əziyyət verdik, ona görə zəhmətinizi halal edin. Üzr istəyirəm.
Növbəti məsələlərə keçirik. 36-cı məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun qəbul edildikdən sonra çoxsaylı qanunlara dəyişikliklər edilmişdir ki, onlar da Milli Məclis tərəfindən qəbul olunmuşdur. Vergi Məcəlləsinə əlavə edilən 13.2.41-1-ci maddənin də mahiyyəti ondan ibarətdir ki, buraya “Publik hüquqi şəxslər haqqında” sözləri əlavə edilir. Ümumiyyətlə, müəyyən texniki xarakterli dəyişikliklər edilib. Əsas dəyişikliklərdən biri 58.7.1-ci maddəyə edilib.
Bu yaxınlarda “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdi. Qanunda nəzərdə tutulmuşdu ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Qanun layihəsi nəzərdə tutur ki, bütün bu dəyişikliklər Vergi Məcəlləsində öz əksini tapsın. Eyni zamanda, qanunun 190.2-ci və 190.4-cü maddələrində “almaz” sözündən sonra “xəz-dəri məmulatları” sözləri əlavə edilir. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə səs versinlər.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən.  37-ci məsələni də deyin. Bir paketdədir.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi də həmin məktubda daxil olmuşdur. Bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, burada publik hüquqi şəxslərin, qurumu təmsil etmək səlahiyyəti verilmiş qanuni təmsilçinin dövlət qeydiyyatına alınması qaydası və sair haqqında məsələlər öz əksini tapmışdır. Bundan başqa texniki xarakterli məsələlər də bu qanun layihəsində öz əksini tapmışdır. Uyğunlaşma olduğu üçün millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, gündəliyin 36-cı məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.23 dəq.)
Lehinə 95
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Gündəliyin 37-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.24 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 38-ci məsələsi Azərbaycan–Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasıdır.  Gündəlik sizin hamınızda var. Təklif olunur ki, işçi qrupu yaradılsın və Vüsal Hüseynov həmin qrupun rəhbəri olsun. Etiraz yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.25 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bugünkü gündəliyin sonuncu məsələsi Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun layihəsidir. Buyursun Hadi Rəcəbli. 
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Müzakirənizə təqdim olunan qanun layihəsi cəmiyyəti çox ciddi düşündürən sosial bir problemə və bu sahədə hüquqi bazanın möhkəmləndirilməsinə xidmət edir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə bəşəriyyətin hər 4 kişisindən və hər 20 qadınından biri mütəmadi olaraq siqaret çəkir və ya tütün aludəçisidir. Hər il dünyada 5,4 milyon insan tütün istehlakından və onun törətdiyi xəstəliklərdən həyatını itirir. Hesablamalar bu rəqəmin 2030-cu ildə 10 milyona çatacağını ehtimal edir.
BMT-nin “Tütünə qarşı mübarizə haqqında” Çərçivə Konvensiyasına dünyanın 168 ölkəsi ilə yanaşı, Azərbaycan da qoşulmuş və sənəd 2005-ci ilin 1 noyabrında bizim parlamentdə təsdiq olunmuşdur. Bütün bunlara baxmayaraq, Azərbaycanda da siqaretə aludəçiliyin dinamikası düşündürəndir və rəqəmlər heç də ürək açan deyil. Belə ki, ölkə əhalisinin 20–44 yaşadək kişilərinin 30 faizi, bu qrupun 45–64 yaşlılarının isə 51 faizi siqaret çəkir, bu insanlar orta hesabla hər gün 16 ədəd siqaretdən istifadə edirlər. Dözülməz hal odur ki, son illər respublikamızda qadınların siqaretə marağı xeyli artmış, bu göstərici artıq 1  faizi keçmişdir. Aparılan sorğular nəticəsində kişilərin 67,5 faizi, qadınların isə 52,3 faizi ətrafdakı tütün tüstüsündən əziyyət çəkir. Onu da qeyd edək ki, bu narahatçılıq xüsusən cavanlar arasında və nə edəsən ki, əsasən də ictimai yerlərdə baş verir. Təkcə onu demək kifayətdir ki, ölkə büdcəsinə və şəxsi büdcələrə birbaşa və dolayısı yollarla milyonlarla manat ziyan dəyir. Dözülməz hal odur ki, bu aludəçilik sonradan narkotik maddələrin qəbul edilməsinə də həvəsi artırır və bunun üçün zəmin rolunu oynayır. On illərin təcrübəsi göstərir ki, siqaret tüstüsündən passiv yolla əziyyət çəkənlər birbaşa aludəçilərdən dəfələrlə çox olmaqla yanaşı, bu, cəmiyyətin haqlı narahatçılığına, həmin insanların hüquqlarının pozulmasına gətirib çıxarır. Sevindirici haldır ki, son günlər ölkənin kütləvi informasiya vasitələrində bu mövzu ciddi müzakirəyə və qınaq obyektinə çevrilmişdir.
Hörmətli deputat həmkarlarım, parlamentin Əmək və sosial siyasət komitəsində layihə üzərində artıq 10 ildən çox müddətdir ki, iş gedir, bununla bağlı dünya təcrübəsi öyrənilir, deputatlarımız bir neçə xarici ölkədə təcrübə mübadiləsində olublar, Rusiyanın, Türkiyənin və digər dövlətlərin qanun yaradıcılığı təcrübəsindən faydalanıblar. Bütün bu illər ərzində Milli Məclisdə deputat həmkarlarım siqaret çəkilməsinin məhdudlaşdırılması məsələsinə vaxtaşırı toxunaraq ciddi və imperativ normalardan ibarət qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu vurğulayıblar.
Onu da qeyd edim ki, Milli Məclisin 2 komitəsi, 9 nazirlik və mərkəzi icra orqanları da layihəyə öz təkliflərini, irad və rəylərini bildiriblər. Onu da deyim ki, hörmətli Sədrimiz Oqtay müəllim də bu qanun layihəsi ilə dəfələrlə maraqlanmış və bu qanun layihəsinin daha təkmil ortaya çıxması üçün əlindən gələni əsirgəməmişdir. Bir daha yada salmaq istərdim ki, Türkiyə və Rusiyanın bununla bağlı əvvəllər hazırlanmış qanunvericilik aktları gözlənilən faydanı verməmiş, son 4 ildə yenidən işlənmiş, hətta daha mütərəqqi və işlək normalarla zənginləşdirilmişdir. Bunları nəzərə alaraq bu iki ölkənin işlək qanunları və Azərbaycan reallıqları baxımından düşünürəm ki, bizim mentalitetə və həyat tərzimizə uyğun qanun layihəsinin hazırlanmasına biz nail ola bilmişik. Layihənin son variantı İnsan hüquqları komitəsi ilə birgə müzakirə olunmuş, bu sənəddə Aqrar siyasət komitəsinin 2001-ci il 8 iyun tarixli “Tütün və tütün məmulatı haqqında” Qanunun bəzi normaları da nəzərə alınmışdır.
Onu da vurğulamağı özümə borc bilirəm ki, layihənin müzakirəsi zamanı əks arqument kimi ölkəmizdə aqrar bölmənin inkişafi ilə bağlı tütün əkin sahələrinin  genişləndirilməsi və tütün istehsalının  artırılması vəzifələri də tez-tez vurğulanır, hətta bizə bu məsələ ilə bağlı iradlar da tutulurdu. Araşdırma və təhlillər göstərdi ki, Azərbaycan bazarlarında satılan tütün məmulatlarının təxminən 60 faizi başqa ölkələrdən idxal olunur. Bir daha qeyd edim ki, dünya bazarlarında Azərbaycanın qurudulmuş tütün yarpaqlarına hazırda böyük ehtiyac vardır və bizim qəbul edəcəyimiz qanunun tütün istehsalının artırılmasına heç bir maneəsi olmayacaqdır. Digər fikir ayrılıqları isə qanunun daha da sərtləşdirilməsi, təsir dairəsinin genişləndirilməsi təklifləri ilə bağlı idi.
Düşünürük ki, birinci oxunuşdan sonra burada səslənəcək fikirlər ümumiləşdirilərək yeni layihə ictimaiyyətin geniş müzakirəsinə veriləcək, ikinci oxunuş üçün İnsan hüquqları komitəsi ilə birgə hüquq, səhiyyə, iqtisadi, gənclər və idman və digər komitələrdə müzakirə olunacaq və burada da, ola bilər ki, bəzi müddəalara və təkliflərə uyğun kompromis variantlar tapılacaqdır.
Konseptual olaraq hazırlanmış qanun layihəsini sizin müzakirənizə təqdim edir və diqqətinizə çatdırmaq istəyirəm ki, hüquqi layihə 3 fəsil və 17 maddədən ibarətdir. Oqtay müəllim, icazə versəniz, vaxta görə mən bunları çox da açıqlamayım. Burada bir şeyi demək istəyirəm ki,  müzakirənizə verilən qanun layihəsində bir neçə məqama daha çox üstünlük verilibdir. Birinci, tütün istehlakının reklamının ciddi surətdə məhdudlaşdırılması, ikinci, tütün və tütün məmulatlarının zərərinin və ziyanının cəmiyyətə daha anlaşıqlı, daha dəqiq çatdırılması, üçüncü məqam cəmiyyətin bütün qurumlarında bu sahədə maarifləndirmənin gücləndirilməsidir, dördüncü məqam isə qadağa yerlərinin sistemləşdirilməsidir. Mən açıqlayıb vaxt almaq istəmirəm. Hamınızda layihə var. Burada layihə ilə əlaqədar çoxlu fikirlər söyləyə bilərsiniz. Odur ki, deputat həmkarlarımdan müzakirələrdə fəal iştirak etmələrini və layihəyə konseptual baxımdan birinci oxunuşda səs vermələrini xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Buyursun Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar!  Məruzə üçün Hadi müəllimə də təşəkkür edirəm.  Dəyərli məruzə idi. Xüsusilə tütün məmulatlarından istifadənin sağlamlığa, ətraf mühitə ziyanı, onun reklamının qadağan olunması və sair məsələlər aktualdır. Artıq bu, bəşəri bir problemə çevrilib.  Eyni zamanda, təşəkkür edirəm ki, komitə iclaslarında bir sıra təkliflərimiz, o cümlədən dəmir yolunda  və başqa yerlərdə xüsusi yerlərin ayrılması nəzərə alınıb. Bir-birini təkrar edən 10-cu və 11-ci maddələrin birləşdirilməsi, bu qanuna görə cinayət və mülki məsuliyyət müddəalarının aradan qaldırılması müsbətdir. Eyni zamanda, orada toxunduğumuz bir sıra məsələlər hələ öz həllini tapmayıb. Bunlar haqqında yenə də öz mülahizələrimi bildirmək istəyirəm.
Birincisi, hələ də bizə aydın deyil, eyni zamanda, başqa dövlətlərin də təcrübəsindən aydın deyil ki, bu qanunun icra mexanizmi necə olacaq? Ümumiyyətlə, bu qanunun icra mexanizmi varmı, hansı orqanlar bu qanunun icrasına məsul olacaqlar? Hansı orqanlar cəza tətbiqi ilə məşğul olacaqlar? Polismi, bələdiyyəmi, drujinalarmı? Ümumiyyətlə, nəzarət mexanizminin həyata keçirilməsi aydın deyil. Eyni zamanda, Azərbaycanın digər qanunvericilik aktlarından da bu bizə aydın deyil. Ona görə bu məsələ məni çox narahat edir. Əlbəttə, bu, faydalı bir qanundur. Bu həyata keçirilsə, cəmiyyətimizə də çox fayda gətirə bilər. 
Bir sıra məsələləri də demək istəyirəm. 1.0.5-ci maddənin birinci cümləsində “tütün məmulatlarının tüstüsünün” sözlərindən sonra “yanması nəticəsində” sözlərinin əlavə edilməsi yaxşı olardı. Çünki həmin maddədə “qızma” sözündən istifadə edilib.
İkinci təklifim odur ki, biz burada, 6-cı maddədə vətəndaşların vəzifələrindən danışırıq, amma 4-cü və 5-ci maddələrdə dövlətin və bələdiyyələrin vəzifələri nəzərdə tutulmayıb. Hesab edirəm, bunlar olmalıdır, yəni nəzərdə tutulmalıdır. Niyə görə? 4.1.2-ci maddədə göstərilən insan və vətəndaş hüquqlarının müdafiəsi məhz vəzifədir, səlahiyyət deyil. Yaxud tibbi yardım göstərilməsinin təşkil edilməsi də dövlətin vəzifəsidir. 4.1.8-ci maddədə göstərildiyi kimi, əhalinin məlumatlandırılması da bir vəzifədir. Eyni zamanda, 5-ci maddədə də bunu demək olar. 5.1.3-cü maddədə göstərilir ki, əhalinin məlumatlandırılması bələdiyyələrin vəzifəsi olmalıdır. Mən hesab edirəm ki, buna görə həmin maddələrə “səlahiyyətlərindən”  sonra  “vəzifələri” sözü də əlavə olunmalıdır.  Komitədə müsbət yanaşılan təkliflərimizdən biri də ondan ibarət idi ki, 6.1.6-cı maddədə göstərilir ki,  qanunvericiliyin digər  şəxslər tərəfindən pozulması nəticəsində onların həyatına və ya sağlamlığına, əmlakına vurulmuş ziyanın ödənilməsi məhz bu vəzifəyə aiddir, yəni 6.2-ci maddəyə aiddir,  hüquqlara aid deyil. Yəni belə çıxır ki, vətəndaşların ziyanı ödəməmək hüququ da var. Belə bir hüquq təbii ki, yoxdur, bu, vəzifədir və ödənilməlidir.  Bunu da təklif edərdim ki, düzəliş olunsun.
Bir halda ki, 7.1-ci maddədə hər kəsin tütünün zərərli təsiri barədə məlumat almaq hüququ var, mən təklif edərdim ki, 10-cu, yaxud 11-ci, hətta mümkündür ki, 14-cü maddələrə, ola bilər ki,  bəzi dövlətlərdə olan təcrübə tətbiq olunsun. Bu da ondan ibarətdir ki, tütün məmulatlarının üzərində onun sağlamlığa ziyan vurmasının təsvirləri və izahları var. Bu, bizim buraxdığımız məmulatların da üzərində hökmən olsun. 
13.4-cü maddədə yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir. Amma yetkinlik yaşına çatmayanlar necə cəzalandırılacaq, hansı üsulla cəzalandırılacaq və yaxud ətraf mühitin siqaret kötüyü ilə çirkləndirilməsinin qarşısı necə alınacaq? Bu kötük şose yolda  gedən zaman atılsa, ona necə cəza tətbiq olunacaq və ya necə nəzarət olunacaq? Axırda demək istəyirəm ki, dövlət müşavirələri, tütünçülüyün inkişafı ilə bağlı televiziya verilişləri olur...
Sədrlik edən. Çox sağ olun, aydın oldu. Mən də hesab edirəm ki, Hadi müəllim bu məsələlərə bir də baxacaq. Cəza məsələləri İnzibati Xətalar Məcəlləsində öz  həllini tapacaq.  Musa Quliyev buyursun.
M.Quliyev. Çox sağ olun, hörmətli Oqtay müəllim. Vaxt azdır, ona görə mən fikirlərimi konseptual şəkildə deyəcəyəm. Birinci, hesab edirəm ki, bu, çox vacib bir qanundur. Cəmiyyətin gözlədiyi bir qanundur və komitəyə də təşəkkür edirəm ki, belə bir qanunu, nəhayət, müzakirəyə çıxarıblar. Onu da demək istəyirəm ki, bu, spesifik və icra mexanizmi çətin olan bir qanundur. Başqa ölkələrin təcrübəsi də göstərir ki, bu qanunun tətbiqi hər yerdə uğurla nəticələnmir. Ona görə də yaxşı olar ki, ikinci oxunuşa qədər qanunun icra mexanizmi barədə, heç olmasa, deputatların ümumi bir məlumatı olsun. Kim buna nəzarət edəcək, hansı qaydada nəzarət edəcək, cərimə mexanizmi necə olacaq? Yəni adətən, biz qanunları qəbul edəndən sonra bu, cənab Prezidentin sərəncamı ilə qüvvəyə minəndə icra orqanlarına  tapşırıqlar verilir. Amma bu qanun onlardan deyil. Bu qanun qəbul olunana qədər, heç olmasa, konturları müəyyən olunmalıdır ki, icra mexanizmi necə olacaq. Yoxsa işləyən bir qanuna çevrilməyəcək.
İkinci təklifim ondan ibarətdir ki, biz “Tütünə qarşı mübarizə haqqında” Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasına qoşulmuşuq. Bu qanun da onun tələbləri ilə  mütləq uyğunlaşdırılmalıdır. Səhiyyə komitəsinə də rəyə göndərilmişdi, biz də rəyimizi vermişik. Onun bir hissəsi nəzərə alınıb, bəziləri nəzərə alınmayıb. Amma hər halda bu, Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasına mütləq uyğunlaşdırılmalıdır. Yoxsa orada ziddiyyətli məqamlar olanda əlavə problemlər çıxacaq. Başqa ölkələrin təcrübəsi də nəzərə alınmalıdır.
Mənim xüsusi narahatçılığım 10-cu maddə ilə bağlıdır. Biz 10.1.2-ci maddədə yazırıq: “səhiyyə, reabilitasiya, sanatoriya-kurort müəssisələrində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla) siqaret çəkmək olmaz”. Səhiyyə müəssisəsində qapalı yer yaradacağıq ki, xəstələr də, həkimlər də siqaret çəksinlər?  Onda bu qanunu qəbul etməyin heç bir mənası yoxdur. Yaxud vərəm sanatoriyasında biz yer ayıracağıq ki, xəstələr getsin, siqaret çəksin? Bu, tamamilə absurd bir şeydir. Ümumiyyətlə, qanunun əleyhinə olan məsələlərdir.
10.1.4-cü maddədə yazırıq ki, idman yarışları keçirilən zallarda siqaret çəkmək olmaz, amma stadionlarda olar. Dünyanın heç bir yerində stadionda siqaret çəkilmir. Stadionda bəzən görürsən, 10 minlərlə insan yığışır. Biz nəyə görə stadionda siqaret çəkməyə icazə verməliyik. Bir tərəfdən də başqa bir maddədə məsələ qoymuşuq ki, ətraf mühitin tütün məmulatları ilə çirklənməsinə görə  cərimə olunur. Mən hesab edirəm ki, buna da fikir verilməlidir. Ümumiyyətlə, bu qanun ciddi işləyən ölkələrdə qapalı mühit yaradılmır. Ancaq açıq məkanlarda icazə verilir. İndi bir yumşaq yol tutmuşuq, amma biz qapalı mühitdən gec-tez imtina edəcəyik. Şimal ölkələrində – Rusiya, Finlandiya kimi ilin 9 ayı şaxtalı keçən ölkələrdə belə siqaret çəkənlər üçün qapalı mühitdən imtina ediblər. Açıq havada buyursun, siqaretini çəksin. 
Başqa bir təklifim uşaqlar və böyüklər üçün yeni yaradılmış filmlərdə tütün görüntüsünün qapadılması ilə bağlıdır. İldə nə qədər yeni filmlər yaradılır ki? Filmlərin 95 faizi əvvəl çəkilən köhnə filmlərdir. Biz niyə ancaq yenilərdə bunu tətbiq edirik? Bütün filmlərdə biz bunu qadağan etməliyik. Ümumiyyətlə, bu qanunun mahiyyəti siqaret çəkənlərə qarşı mübarizə deyil. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, uşaqlar və yeniyetmələr tütün tüstüsü görməsinlər, tütünlü mühitdən kənar olsunlar. Tütün tüstüsünün görünməməsi üçün də birinci növbədə televiziyada o görüntülər aradan qaldırılmalıdır. 
Hesab edirəm ki, konseptual baxımdan, təbii, biz bu qanunu qəbul etməliyik, həm də bunun üzərində işləməliyik. Nəhayət, cərimələrlə, cəzalarla bağlı. Orta hesabla fiziki şəxslər 50–60 avro arasında, – dünya statistikası belədir, – hüquqi şəxslər isə 500 avrodan 5 min avroya qədər cərimə olunur. Qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutan 16-cı maddədə, hesab edirəm ki, əgər müəssisələr təkrar hallarda bu qanunu pozarlarsa, müəssisənin lisenziyasının alınması və ya qapadılması məsələsi də ortaya qoyulmalıdır.
Bütövlükdə mən bu layihəni dəstəkləyirəm, lehinə səs verəcəyəm və həmkarlarımı da layihəni dəstəkləməyə çağırıram.  Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Musa müəllim, elə çıxış etdin ki, elə bil, sən Əmək və sosial siyasət komitəsinin üzvü deyilsən, təkcə Səhiyyə komitəsinin üzvü kimi çıxış edirsən. Bu komitə yaddan çıxdı. Tahir Rzayev.
T.Rzayev. Hörmətli cənab Sədr, hörmətli  deputat həmkarlarım! Təqdim olunan qanun layihəsi çoxdan gözlənilən və insanların istəyindən irəli gələn bir sənəddir. Mən tütün məmulatlarının insanlara, ailələrə, cəmiyyətə vurduğu ziyan haqqında danışmaq istəmirəm. Çünki bu barədə qanun layihəsində ətraflı verilir. Ancaq bildirmək lazımdır ki, bu, çox vacib bir sənəddir. İlk öncə bu sənədin üzərində işləyənlərə, onun təşəbbüskarlarına öz minnətdarlığımı bildirirəm. Çox böyük zəhmət çəkiblər. Yaxşı bir qanun ortaya qoyublar.
Lakin burada müəyyən məsələlər var, onlara öz münasibətimi bildirmək istəyirəm. Burada dövlətin, bələdiyyələrin səlahiyyətləri və vəzifələri aydın şərh olunub. Hətta vətəndaşların hüquq və vəzifələri qanunda öz əksini tapır. Bu çox vacibdir. Mən istərdim ki, burada qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətlərinin, ictimai birliklərin də vəzifələri  öz yerini tapsın. Çünki bunlar çox böyük qurumlardır və mühüm layihələri həyata keçirən təşkilatlardır. Bunlar layihə keçirməklə, təbliğat aparmaqla tütün məmulatları istifadəçilərinin qarşısını bir növ ala bilərlər. Hadi müəllim çox ağıllı söz dedi ki, son illər gənclər arasında, xüsusilə qadınlar arasında tütün məmulatlarından istifadə edənlərin sayı artıb, siqaret çəkənlərin sayı artıb. Bu bizi düşündürməlidir. Digər tərəfdən mən burada müəyyən ifadələrin dəqiqləşdirilməsinin tərəfdarıyam. Çünki qanunda söhbət tütün məmulatlarının istifadəsindən gedir. Ancaq burada bəzi qanunlarda, əsasən, əksəriyyətində “tütün satışı”, “tütündən istifadə”, “tütün çəkilməsi” ifadələri işlədilir ki, elə bilirəm, bu düzgün deyil. Çünki tütün məmulatlarından istifadənin məhdudlaşdırılması qanunun əsas predmetidir.
Digər tərəfdən 14-cü maddədə tütün satışının qadağan edilməsi ifadəsi var. Elə bilirəm, “tütün satışının qadağan edilməsi” ifadəsi yerində işlənməyib. Çünki tütün satışı heç vaxt qadağan edilə bilməz. O məhdudlaşdırıla bilər, özü də tütün satışı deyil, tütün məmulatlarının satışı. Bunun satışı qadağan edilə bilməz. Hadi müəllim də burada dedi ki, artıq ölkədə tütünçülüyün inkişafı ilə əlaqədar müəyyən tədbirlər görülür. Hətta tütünün inkişafına dövlət dəstəyi ilə əlaqədar cənab Prezidentin sərəncamı var, tütünçülüyün inkişafı haqqında qanun var və son müşavirələrdə cənab Prezident ölkədə tütünçülüyün inkişafını dəfələrlə xatırladıb. Ona görə də tütün satışına qadağa qoymaq bu sahənin inkişafını ləngitmək, digər tərəfdən insanların hüquqlarını əlindən almaq demək olardı. Çünki elə insan var, bir siqaret çəkir, elə insan da var, gündə iki qutu siqaret çəkir. Biz bu məmulatların satışını məhdudlaşdırmalıyıq. Digər tərəfdən “tütün çəkilməsinə icazə verilməyən yerlər” ifadəsi var. Elə bilirəm, “tütün məmulatlarının istifadə edilməsinə icazə verilən yerlər” ifadəsi olsa, daha yaxşı olardı. Ümumiyyətlə, qanun layihəsi birinci oxunuşun tələblərinə tam cavab verir. Əlbəttə ki, ikinci oxunuşda bizim hər birimiz qanunun ayrı-ayrı maddələri haqqında öz fikirlərimizi deyəcəyik. Diqqətinizə görə çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Rüfət Quliyev.
R.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, ilk növbədə mən də bu qanunun lehinəyəm. Amma bəzi fikirlərimi komitə iclasında da çatdırmışam və burada, plenar iclasda da çatdırmaq istəyirəm. Birinci, bu qanun rus modelindən götürülüb. Bu gün bizim bir çox deputatımız Rusiyada olub, gəlib. Rusiyanın özündə elə bir ciddi qadağa qoyublar ki, o qadağadan heç nə başa düşmürsən, küçədə çəkmək olmaz, ictimai yerdir, otağın içində də çəkmək olmaz, meşədə də çəkmək olmaz.
Siqaret çəkən insanın hüquqları var. Yəni bu siqaret çəkən insanın hüquqları da haradasa qorunmalıdır. Mənim təklifim nədir? Bu qanunda, həqiqətən, müəyyən müsbət məqamlar var, yəni yenə deyirəm, mən bu qanunun lehinəyəm, amma istər restoranlarda, istər barlarda, istərsə də kafe və iaşə obyektlərində xüsusi ayrılmış yerlər olmalıdır. Hər yerdə xüsusi yerlər ayrılmalıdır, havalandırma olmalıdır və buna icazə verilməlidir. Mən bunun tərəfdarıyam.
Sonra, siqaret ilə mübarizə aparmaq üçün ən yaxşı antireklam nədir? Siqaretin üstündə, yəni qutunun üstündə təkcə adı yazılsın, qalan bütün şeylər olmasın, ağ olsun. Yəni bunu artıq Avropa ölkələrinin çoxunda edirlər, yəni tək siqaretin adı qalır. Nəyə görə? Ona görə ki, xaricdən gələn siqaretlər, idxal olunan siqaretlər məşhurdur və hörmətli Hadi müəllim dedi, Azərbaycan bazarında satılan siqaretlərin 60 faizi, mən deyərdim, bəlkə də 80 faizi xaricdən idxal olunan siqaretlərdir və bunların da əksəriyyəti dünyada məşhur olan siqaretlərdir. Bu adları tanıyırlar. Onları rəngindən də tanıyırlar. Yəni imkan olsa idi, biz qanunda bunu qeyd edərdik ki, qutunun üstündə reklam xarakteri daşıyan bu məlumatı götürək.
Ən böyük təkliflərimdən biri ondan ibarətdir ki, filtrsiz siqaretin istehsalını qəti qadağan etmək lazımdır. Hörmətli həmkarlar, bunu elm də təsdiq edib, bunu səhiyyə də təsdiq edib, istehlak cəmiyyətinin sədri Eyyub müəllim bəlkə 3 ildir “vuruşur”, hələ 2000-ci ildən başlamışdı, təzədən “vuruşur”, filtrsiz siqaretin ziyanı filtrli siqaretdən 3 dəfə, 4 dəfə çoxdur. Bunun istehsalını qətiyyətlə dayandırmaq lazımdır. Azərbaycanda filtrsiz siqaretlər buraxılmamalıdır.
Bundan başqa, hörmətli cənab Sədr, qeyd etmək istəyirəm ki, istehsal edilən siqaretlərin keyfiyyəti və xaricdən gətirilən siqaretlərin keyfiyyəti ciddi formada yoxlanılmalıdır. Bunun üçün xüsusi laboratoriyalar var. Təbiidir ki, bu laboratoriyalar çox bahalı laboratoriyalardır. Amma bunlar olmalıdır və bu laboratoriyaların nəticəsində bilinəcək ki, üstündəki yazı uyğundur, ya uyğun deyil.
Burada hörmətli Hadi müəllim kənd təsərrüfatına da toxundu. Bu gün mən bu kürsüdən demək istəyirəm ki, Azərbaycanda keçən ildən 2500 ton, bəlkə də daha çox tütün var.  O tütünün xaricə satılmasını möhtərəm cənab Prezident hədəf qoyub. Biz ən yaxın yolla 10 min tona gedib çıxmalıyıq. Birinci istehlakçı bu gün Azərbaycanda olan 3 tütün fabrikidir və mən bunu təsdiq edə bilərəm. Onlar ən azı 1000–1500 ton tütündən istifadə edə bilərlər. Əgər öz məhsullarını daxili bazarda rahat satsalar, çox yaxşı olar. Çünki bu gün tütünün xarici bazara bu formada çıxarılması bəzi problemlərlə üzləşə bilər, yəni biz keyfiyyəti qaldırmalıyıq, müəyyən qədər işlər getməlidir. Bu barədə mən məlumat verə bilərəm. Siqaretdən büdcəyə 100 milyonlarla pul gəlir. Mən də onun tərəfdarıyam ki, siqaretin qiyməti qaldırılsın, ya aksizin qiyməti qaldırılsın, bu formada da mübarizə aparmaq olar. Mən bunun tərəfdarıyam. Yekunda mən bu qanuna səs verəcəyəm. Amma xahiş edirəm, hamını nəzərə alsınlar. Bu zalda oturanların yarısından çoxu siqaret çəkəndir və hamı da başa düşür ki, əgər imkan yaradılmasa...
Sədrlik edən. Sağ olun. Hikmət Məmmədov.
H.Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Doğrudan da, siqaret böyük bir  sosial bəladır. Əslində, siqaret çəkmək narkomaniyanın birinci mərhələsidir və yaxud başlanğıcıdır. Hadi müəllim çox maraqlı bir statistika dedi ki,  müəyyən yaş həddində dünyada hər 4 kişidən biri siqaret çəkir. Azərbaycanda isə bunu 51 faiz kimi qeyd etdi. Belə çıxır ki, Azərbaycanda hər 2 nəfərdən biri siqaret çəkir. Bu çox qorxulu rəqəmdir, buna yol vermək olmaz.  Ona görə düşünürəm ki, bu çox gözəl qanundur və mütləq qəbul etmək lazımdır. Ancaq bəzi məsələlər var ki, burada müəyyən dəqiqləşdirmələr aparılmalıdır.
Biz burada 1-ci maddənin 1-ci bəndində tütün məmulatlarını təsvir edirik, sonra sadalayırıq, hətta elektron siqareti də bu kateqoriyaya daxil edirik. Ancaq nədənsə burada sulu qəlyanın adı çəkilmir. Əgər bunu qanundan kənarda saxlamaq istəyiriksə, yazmaq lazımdır ki, sulu qəlyan istisna olmaqla. Çünki əks təqdirdə bu qanunun bir əhəmiyyəti olmayacaqdır. Sulu qəlyan da dediyimiz kimi, tütün məmulatlarından hazırlanan bir vasitədir. Burada təsvir olunan bənzərlikləri onda da tapmaq olar. Düşünürəm ki, burada kiçik bir ziddiyyət var. Onu aradan qaldırmaq lazımdır. Amma hər halda onu da qadağan etsəniz, çox yaxşı olardı.
İkinci məsələ 1-ci maddənin 9-cu bəndində xüsusi yerlərin ayrılması məsələsidir. Bu məsələyə 2 dəfə toxunulur. Birinci, 1.0.9-cu maddədə hüquqi formasından asılı olmayaraq bütün idarə və müəssisələrə tövsiyə olunur ki, tütün çəkmək üçün qapalı yer ayrılsın. 10-cu maddənin ikinci bəndində isə məcburiyyət kimi göstərilir. Belə çıxır ki, biz də Milli Məclisdə siqaret çəkənlər üçün xüsusi qapalı yer ayırmalıyıq və bunu hava təmizləyiciləri ilə təmin etməliyik. Buna vəsait ayırmalıyıq ki, kimsə burada siqaret çəksin. Mən düşünürəm ki, qapalı yerlər məsələsi qanundan çıxarılsa yaxşıdır. Bayaq Rusiya Federasiyasının adı çəkildi. Orada da qanun buna bənzərdir. Onlar artıq qapalı yerləri yavaş-yavaş ləğv edirlər, ümumiyyətlə, ondan istifadə etmirlər. Çünki bundan istifadə etmək mümkün deyil, əlavə xərclər yaradır.
Başqa bir məsələ. Burada terminlərin izahı ilə bağlı, məsələn, 6-cı maddədə yazılır kı, tütündən qorunmaq sahəsində vətəndaşların hüquqları. Mən düşünürəm ki, burada “tütün” sözü “tütün məmulatlarından qorunmaq” kimi verilməlidir. Çünki Azərbaycanda tütünçülüyün inkişafı ilə bağlı xüsusi konsepsiya həyata keçirilir.  Tütün əkib-beçərmək ziyansız bir işdir. Vətəndaşa deyəndə ki, sən tütün ək, deyəcək,  mənim tütündən qorunmaq hüququm var, mən tütün əkmirəm. Ona görə də burada tütündən emal edilərək  alınan məhsuldan  söhbət gedir ki, ziyanlı olan odur və onun yanması nəticəsində əmələ gələn tüstüdür. Bunları dəqiqləşdirmək lazımdır.
Bir başqa məsələ də var. Burada haqlı olaraq kütləvi informasiya vasitələrinin adı çəkilir və tütünün antireklamının təşkil olunmasından söhbət gedir. Amma çox təəssüf ki, bu məsələ təkcə elektron mediaya, yəni radio və televiziyaya şamil edilir və qeyd olunur ki, ayda bir dəfə 90 dəqiqədən az olmayaraq bunun antitəbliğatı aparılmalıdır. Mən düşünürəm ki, bu gün çap mediası da bu işi görə bilər və nəzərdə tutulan normativlər çap mediası üçün də keçərli ola bilər. Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, digər icra hakimiyyəti orqanlarının adları çəkilir ki, sosial reklamlar, daha doğrusu, tütünlə bağlı antireklamlar hazırlasınlar. Çap mediasında da müəyyən hədd müəyyənləşdirib bunu etmək olar ki, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun meyarlarına uyğun olaraq hər gün çıxan və yaxud tirajı filan saydan aşağı olmayan qəzetlərdə ayda bir dəfə 20 min işarəli antireklam kampaniyası aparılmalıdır. Buraya könüllü qeyri-hökumət təşkilatlarını, biznes strukturlarını da cəlb etmək olar ki, onlar da bu prosesə vəsait xərcləsinlər. Sosial reklam çərçivəsi halında ödənişli formada bu antireklamı aparmaq olar. Çünki mətbuatın bir funksiyası da maarifləndirməkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Mən də bu qanun layihəsinə səs verəcəyəm. Bu qanun layihəsi yəqin ki, son illərdə ən sərt müxalifəti olan qanun layihəsidir. Cəmiyyətimizdə insanlar arasında ən geniş şəkildə müzakirə olunan bir qanun layihəsidir. Biz başa düşürük, siqaretdən asılılıqları olan insanlar üçün asan deyil. Qapalı yerlərdə, ictimai yerlərdə siqaretin çəkilməsinin məhdudlaşdırılması bu insanlar üçün ilk öncə çox dəhşətli görünür. Amma zaman-zaman özləri də anlayacaqlar ki, bu qanun layihəsi onlar üçün nə qədər vacibdir. Hadi müəllim Azərbaycanda siqaretdən istifadə edənlərin sayı ilə bağlı rəqəm səsləndirdi. Amma bu rəqəmdən daha dəhşətli bir rəqəm ondan ibarətdir ki, demək olar, insanlarımızın əksəriyyəti ictimai yerlərdə, qapalı məkanlarda siqaret çəkmədikləri halda belə siqaretin zərərli təsirinə məruz qalırlar. Elm adamları da sübut ediblər ki, siqaret çəkməklə siqaret çəkilən bir mühitdə dayanıb nəfəs almağın heç bir fərqi yoxdur. İnsanın sağlamlığına eyni dərəcədə ziyan vurur.
Bu qanunda ən vacib məsələ ilk öncə siqaret çəkməyənlərin qorunması, ikincisi isə siqaret çəkənlərin qorunmasıdır. Qardaş Türkiyənin təcrübəsi bir məsələni ortaya qoydu. Bu qanun layihəsi qəbul olunandan sonra statistikaya baxdılar ki, tütün məhsullarından istifadə edənlərin sayı azalır. Yəni sorğu keçirib görüblər ki, gündə 10 dəfə siqaretdən istifadə edən insan bu qanun qəbul olunandan sonra, bir  çox yerlərdə bu məhdudluğu gördüyü zaman yavaş-yavaş buna alışır və günün birində siqaretdən asılılığın psixoloji bir şey olduğunun fərqində olur. Ona görə də mən hesab edirəm ki, bu qanun layihəsi cəmiyyətimiz üçün çox önəmlidir. Mən bir az öncə Ceyhun müəllimdən də soruşdum, bu məsələ ilə bağlı hər zaman onlarla söhbətlər aparırıq. Qanun layihəsində Əsas anlayışlarda sulu qəlyanların olmaması məsələsini Ceyhun müəllim də vurğuladı ki, əslində, bunun tütün məhsullarından fərqi yoxdur. Yəni insanın özünə də, ətrafdakılara da zərəri var. Ona görə hesab edirik ki, Əsas anlayışlara bunun da əlavə edilməsi vacib olardı.
İkinci bir məsələ odur ki, burada çox önəmli maddələr yer tutur. Amma dünya təcrübəsində görürük ki, bir məsələ xüsusi yer tutur. Həm idxal olunan siqaret məhsullarında, həm də istehsal olunan siqaret məhsullarının üzərində siqaretin insana vurduğu zərərin nə qədər acı olduğunu əks etdirən fotoların yerləşdirilməsi artıq inkişaf edən ölkələrin demək olar ki, əksəriyyətində var. Siqaretin insan orqanizminə zərərli təsiri siqaretin üz qabığının ən azı 30 faizi qədər həcmini tutan böyüklükdə yazılmalıdır. Bu çox önəmlidir. Bu həm də psixoloji cəhətdən önəmlidir ki, hər insan siqaretə baxdığı zaman ağciyərin, qaraciyərin, ürək-qan-damar sisteminin nə vəziyyətə düşdüyünü görür və yazılar böyük şəkildə olduğundan psixoloji olaraq tütün məhsullarından uzaqlaşmaya səbəb olur. Məncə, bu da əlavə olunmalıdır. Həm idxal olunan, həm də istehsal olunan məhsulların üzərində ən azı 30 faiz hissəni əhatə edəcək şəkillər siqaretin insan orqanizminə zərərini geniş şəkildə əks etdirməlidir.
Oqtay müəllim, Siz vurğuladınız ki, cərimə, cəza  mexanizmləri İnzibati Xətalar Məcəlləsində öz əksini tapacaqdır. Biz inanırıq ki, bu mexanizmlər sərt olacaq, çünki buna çox ehtiyac var. Xüsusi bir maddədə azyaşlılara siqaretin satılması ilə bağlı məsələnin öz əksini tapması çox vacibdir. Amma bununla bağlı mexanizmlərin də sərt olmasına ehtiyac var. Çünki bizim “Tütün və tütün məmulatları haqqında” Qanunda, əvvəllər bu istiqamətdə olan qanunlarda da bu maddə vardı, amma buna əməl olunmurdu. Bu onu göstərir ki, ciddi cərimə və cəza mexanizmlərinin olması lazımdır ki, kiçik yaşlı uşaqlarımızı bu təsirdən qoruyaq. İnsanlarımız siqaret haqqında danışdıqda onun gizli ölüm olduğunun fərqində olmurlar. Ürək xəstəliklərindən danışırlar. Artan ağciyər xərçənglərindən danışırlar. Amma ağciyər xərçənglərinin 90 faizinin siqaret mənşəli olduğunun bəlkə də fərqində olmurlar. Ona görə insanlarımızın sağlamlığını qorumaq üçün vacib qanundur, inanıram ki, hamımız dəstəkləyəcəyik.  Geniş maarifləndirmə aparılaraq...
Sədrlik edən. Sağ olun. Sona Əliyeva da çıxış eləsin, buyurun.
S.Əliyeva. Söz verdiyinizə görə təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Mən bu layihənin hazırlanmasında iştirakı olan hər bir millət vəkilinə və komitə üzvlərinə təşəkkür edirəm. Ona görə ki, kifayət qədər aktual və insanların həyatına bilavasitə mənfi təsirləri özündə ehtiva edən bir məsələ üzərində iş aparılıb. Onu da demək istəyirəm ki, bu zərərli vərdiş öz ardınca daha ağır fəsadlı vərdişlərin də əmələ gəlməsinə meyillilik yaradır. Bu baxımdan aktual bir qanun layihəsidir.
Bəzi məqamlara toxunmaq istəyirəm. İlk öncə burada Hikmət  Məmmədov və hörmətli Qənirə xanım Paşayeva bu məsələyə toxundular. Sulu qəlyanın “Əsas anlayışlar”dan çıxarılması məsələsi hamını kifayət qədər narahat edir. Ona görə ki, bu gün təhsil müəssisələrinin yaxınlığında çox məkanlar var ki, burada yeniyetmələr sulu qəlyandan istifadə edirlər və təbii ki, bu da onların həyatına, sağlamlığına mənfi təsir göstərir, gələcəkdə onların daha riskli, zərərli vərdişlərə alışmasına yol açır.
Eyni zamanda, ikinci bir məsələni qeyd etmək istəyirəm, redaktə xarakterlidir. 5.1.2-ci maddədə “tütündən istifadənin nəticələrinin müalicəsinə yönəlmiş” ifadəsi əks olunub.  Lakin biz “Əsas anlayışlar”da bu ifadəyə rast gələndə görürük ki, orada nəinki xəstəliklər, eləcə də insanların  həyatına iqtisadi və sosial dərəcədə zərərlər nəzərdə tutulur. Ona görə güman edirəm ki, bu ifadə sağlamlığa aid olan hissələrdə işlədilən zaman mütləq “tütündən istifadənin nəticəsi zamanı yaranan xəstəliklərin müalicəsi” ifadəsi kimi işlədilməlidir. Eləcə də 12.2-ci maddədə göstərilir ki, tədris proqramlarına mövzuların salınması, bu, təbii ki, redaktə xarakterlidir. Güman edirəm ki, qanunun yazılışında düzgün ifadələrdən istifadə edilməlidir. 
Eyni zamanda, düzgün olardı ki, təhsil-tərbiyə müəssisələrinin nəinki ərazilərində, hətta onlara yaxın ərazilərdə tütün məmulatlarından istifadə olunan qapalı məkanların fəaliyyətinə icazə verilməsin, çünki uşaqların sağlamlığı baxımından bunun vacib məqam olduğunu düşünürəm. Həmçinin kütləvi informasiya vasitələrində verilişlərin hazırlanması ilə bağlı radio verilişləri göstərilib, amma güman edirəm ki, xarici ölkələrdə də yayılmış təcrübədir, mütləq sosial roliklərin hazırlanaraq reklam fasilələrində göstərilməsi insanların daha çox maarifləndirilməsinə müsbət töhfə vermiş olardı. Bu qədər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Yazılan həmkarlarımızdan çıxış üçün təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun,  İlham Əliyev.
İ.Əliyev. Təşəkkür edirəm, Oqtay müəllim.  Hörmətli Oqtay müəllim, hörmətli həmkarlarımız! Əlbəttə ki, bu çox ciddi qanundur və bu qanun layihəsinə, şəxsən mən də səs verəcəyəm. Uzun illərdən bəri gözlənilən bir qanundur. Burada mənə qədər həmkarlarım tərəfindən bu qanun layihəsi ilə bağlı çoxlu fikirlər söylənildi. Mən bu söylənilən fikirlərin bir qismi ilə razıyam, digər qismi ilə razı deyiləm.
Ümumiyyətlə, hesab edirəm, hamımız bu cəmiyyətdə yaşadığımız dövrdə görürük ki, son illər hansı müəssisələrdə, hansı yerlərdə siqaretin çəkilməsinə qadağa qoyulub. Bunlar iri otellərdir, iri restoranlardır, hava limanlarıdır ki, siqaret çəkilməsinə qəti qadağa qoyulub. Hamımız çox tez-tez xarici ölkələrə səfərlərə gedirik, bilirik ki, iri hava limanlarında ancaq biznes zallarda siqaret çəkmək üçün qapalı yer var. Məsələn, Dubay aeroportunda mən hələ indiyə qədər görməmişəm ki, siqaret çəkməyə yer olsun. Amma onun biznes zalında  siqaret çəkməyə qapalı yer düzəldilib.
Musa müəllim çox düzgün məsələ qaldırdı, mən onun fikri ilə tam razıyam. Tibb ocaqlarında necə qapalı yer yaratmaq olar ki, gəlib orada siqaret çəksinlər? Biz siqaret çəkənlərin hüquqlarını tapdamırıq. Bu, narkotik maddədən istifadə deyil ki, bizdə onlara nifrət yaransın, bu, cəmiyyətdir, kimsə siqaret çəkir, kimsə çəkmir, kimsə onun aludəçisidir, kimsə ondan nadir hallarda, keyfi olanda, xoş istirahətdə istifadə edir. Bu o demək deyil ki, onların hamısına qadağa qoyulmalıdır. Sadəcə, bunun üçün hava məkanı var.
Mən bir şey də deyim, seçkilərə qoşulmamışdan qabaq bilirsiniz ki, mən Prezident Administrasiyasında fəaliyyət göstərmişəm. İnandırım sizi ki,  Prezident  Administrasiyasında bəlkə 10 ildən çoxdur, siqaret çəkməyə qadağa qoyulub. Kimsə öz kabinetində ola bilər, gizli çəkir, onu heç kim güdmür. Hər halda siqaret çəkmək üçün ayrıca yer ayrılmayıb, kafesində, yaxud onun gözləmə yerlərində siqaret çəkməyə qəti qadağa qoyulub. Hətta bu günlərdə mən şahidi oldum, iri şadlıq saraylarının birində külqabılar yığışdırılıb, administrator yanaşır ki, burada siqaret çəkmək qadağandır, çıxın, çöldə çəkin.
Bir şeyi də deyim, hər halda mənimlə razılaşarsınız. Ümumiyyətlə, biz millət vəkilləri ya iclas zalında oluruq, ya kabinetimizdə oluruq, ya otaqda oluruq, ya da yeməkxanada. Foyedə biz çox nadir hallarda, ola bilər ki, müsahibə verəndə oluruq. Amma bəzən foyeyə çıxanda görürük ki, tanımadığımız insanlar ola bilər, jurnalistdir, yaxud operatordur, yaxud da deputat köməkçisidir, sıra ilə oturublar, siqaret çəkirlər. Mən çox xahiş edərdim, Oqtay müəllim, foyedə siqaretin çəkilməsinə qadağa qoyaq, çünki bir qədər bizə layiq deyil, sürücülər, texniki işçilər gəlib otururlar orada, siqaret çəkirlər. Ümumiyyətlə, mən bir daha təkrar edirəm, bu qanun layihəsinə canla-başla səs verəcəyəm və həmkarlarımı da buna dəvət edirəm. Sadəcə, orada toxunulan məqamlara bir daha baxılsın və qapalı yerlər yığışdırılsın. Minnətdaram.
Sədrlik edən. Bu qanun layihəsi hələ çox müzakirə olunacaq. Bu, birinci oxunuşdur.  Mən belə zəif müzakirə olacağını gözləmirdim.  Mən hamıdan çox xahiş edirəm, nə fikirləri, təklifləri varsa, yazılı şəkildə komitəyə versinlər. Bu qanuna baxılması ümumi müzakirələrlə davam edəcək. Dediyim kimi, qanunda bəzi məsələlər hələ tam həll olunmayıb. Bu istiqamətdə də biz işimizi aparacağıq.
Hadi müəllim, xahiş edirəm, bütün təklifləri qəbul edin. Əgər başqa etiraz yoxdursa, birinci oxunuşda konseptual şəkildə  qanun layihəsini səsə qoyaq. Xahiş edirəm, buyurun, səs verin.

Səsvermənin nəticələri (saat 15.11 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qanun layihəsi birinci oxunuşda qəbul edildi.
Milli Məclisin gələn iclası ayın 25-də olacaq. Sağ olun. 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi