Sənədlər

654

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə
edilən güzəştlər haqqında" Azərbaycan Respublikası
qanununun layihəsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası qanununun birinci oxunuşda nəzərdən keçirilmiş layihəsi əsas kimi qəbul edilsin.

2. Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komissiyasına tapşırılsın ki, Milli Məclis üzvlərinin verdikləri təklif və qeydləri nəzərə alaraq qanun layihəsini qısa müddətdə işləyib tamamlasın və ikinci oxunuşda Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV

Bakı şəhəri, 28 iyul 1993-cü il
№ 654

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi